Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Iqtisadi, Sosial Və Mədəni Hüquqlar Haqqinda Beynəlxalq Pakt


Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200 A (XXI) nömrəli Qətnaməsi ilə qəbul edilib

 

PREAMBULA

 

Bu Paktda iştirak edən dövlətlər,

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində bəyan olunmuş prinsiplərə əsasən, bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqət hissinin, onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq,

bu hüquqların insan şəxsiyyətinə xas olan ləyaqət hissindən irəli gəldiyini etiraf edərək,

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsasən qorxu və ehtiyacdan azad insan şəxsiyyəti idealının yalnız hər kəsin öz iqtisadi, sosial və mədəni, həmçinin, mülki və siyasi hüquqlarından istifadə edə bilməsi üçün şərait yaradıldığı təqdirdə həyata keçirilə biləcəyini etiraf edərək,

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən dövlətlərin insan hüquqlarına və azadlıqlarına hörmət və riayət olunmasına hər vəchlə yardım etməli olduqlarını nəzərə alaraq,

Hər bir şəxsin digərlərinə və mənsub olduğu kollektivə münasibətdə vəzifələr daşıyaraq, bu Paktda nəzərdə tutulan hüquqların müdafiəsinə və onlara riayət olunmasına səy göstərməli olduğunu nəzərə alarag,

asağıdakı maddələr barədə razılığa gəlirlər:

 

I HİSSƏ

 

Maddə 1

 

1. Bütün xalqlar öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Bu hüquq əsasında onlar azad şəkildə öz siyasi statuslarını müəyyənləşdirir və sosial-iqtisadi və mədəni inkişaflarını təmin edirlər.

2. Bütün xalqlar öz məqsədlərinə çatmaq üçün mənfəət prinsiplərinə əsaslanan beynəlxalq iqtisadi əməkdaşlıqdan və beynəlxalq hüquqdan irəli gələn hər hansı öhdəliklərə zərər vurmadan öz təbii sərvət və ehtiyatlarından azad şəkildə istifadə etmək hüququna malikdirlər. Heç bir xalq heç bir vəchlə ona məxsus olan yaşayış vasitələrindən məhrum edilə bilməz.

3. Bu Paktda iştirak edən bütün dövlətlər, özüidarə olunmayan və qəyyumluq altında olan ərazilərin idarə olunması üçün məsuliyyət daşıyan dövlətlər də daxil olmaqla Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müddəalarına əsasən öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə yardım etməli və bu hüquqa hörmət bəsləməlidirlər.

 

II HİSSƏ

 

Maddə 2

 

1. Bu Paktda iştirak edən hər bir dövlət fərdi şəkildə və xüsusilə də iqtisadi və texniki sahələri əhatə edən beynəlxalq yardım və əməkdaşlıq qaydasında bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini bütün vasitələr, o cümlədən, qanunverici tədbirlərin görülməsi yolu ilə mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır.

2. Bu Paktda iştirak edən dövlətlər bu Paktda bəyan edilmiş hüquqların irqi, dərinin rəngi, dil, din, siyasi və digər əqidə, milli və sosial mənşə, əmlak vəziyyəti, doğum və s. fərqlər əsasında ayrı-seçkiliyə yol vermədən həyata keçirilməsini öhdələrinə götürürlər.

3. İnkişaf etməkdə olan ölkələr insan hüquqlarını və milli iqtisadiyyatlarının imkanlarını qiymətləndirərək, öz ölkələrinin vətəndaşları olmayan şəxslərə bu Paktda nəzərdə tutulan iqtisadi hüquqları hansı dərəcədə təmin edəcəklərini müəyyənləşdirə bilərlər.

Maddə 3

 

Bu Paktda iştirak edən dövlətlər kişi və qadınların Paktda nəzərdə tutulmuş bütün iqtisadi, sosial və mədəni hüquqlardan bərabər istifadə etmələrini təmin etməyi öhdələrinə götürürlər.

 

Maddə 4

 

Bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, bu Pakta əsasən təmin etməyi öhdələrinə götürdükləri hüquqlardan istifadəni yalnız bu hüquqların təbiətinə uyğun olduğu qədər və yalnız demokratik cəmiyyətin ümumi rifahının yaxşılaşdırılması məqsədilə, qanunla müəyyənləşdirilən dərəcədə məhdudlaşdıra bilərlər.

 

Maddə 5

 

1. Bu Paktda heç nə hər hansı dövlətə, şəxslər qrupuna və ya ayrı-ayrı şəxslərə bu Paktda nəzərdə tutulmuş hər hansı hüquq və azadlığın məhvinə və yaxud Paktda nəzərdə tutulduğundan artıq dərəcədə məhdudlaşdırılmasına yönəldilmiş hər hansı fəaliyyətlə məsğul olmaq və ya hər hansı hərəkət törətmək hüququ verilməsi kimi təfsir oluna bilməz.

2. Hər hansı bir ölkədə qanun, konvensiya, qayda və yaxud adət qüvvəsində mövcud olan əsas hüquqların heç biri bu Paktda həmin hüquqların nəzərə alınmaması və ya daha kiçik həcmdə nəzərə alınmaması və ya daha kiçik həcmdə nəzərə alınması bəhanəsi ilə məhdudlaşdırılmasına və ya azaldılmasına yol verilmir.

 

III HİSSƏ

 

Maddə 6

 

1. Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımla atacaqlar.

2. Bu Paktda iştirak edən dövlətlər tərəfindən bu hüququn tam təmin olunması məqsədilə gördüyü tədbirlərə texniki-peşə təhsili və hazırlığı proqramları, insanların əsas siyasi və iqtisadi hüquqlarının təmin olunduğu şəraitdə durmadan iqtisadi, sosial və mədəni inkişafa, tam və məhsuldar məşğulluğa nail olmağın yolları və üsulları daxildir.

 

Maddə 7

 

Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən:

 

1. Bütün zəhmətkeşlər üçün ən azı:

a) ədalətli əmək haqqı və eyni dəyərli iş üçün heç bir fərq qoyulmadan hamının bərabər mükafatlandırılması; bu zaman qadınlara kişilər üçün olduğundan pis olmayan iş səraiti təmin edilməli və eyni əmək üçün bərabər haqq ödənüməlidir;

b) onların özləri və ailələri üçün bu Paktın qərarlarına müvafiq olaraq qənaətbəxş yaşayış;

2. Təhlükəsizlik və gigiyena tələblərinə cavab verən iş şəraiti;

3. Hamının yalnız iş stajı və ixtisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərait imkanı;

4. İstirahət, asudə vaxt və iş gününün ağlabatan şəkildə məhdudlaşdırılması və ödənilən mütəmadi məzuniyyət, eləcə də bayram günlərinin haqqının ödənilməsi təmin olunmalıdır.

 

Maddə 8

 

 

1. Bu Paktda iştirak edən dövlətlər aşağıdakıları təmin etməyi öhdələrinə götürürlər:

a) hər bir şəxsin öz iqtisadi və sosial maraqlarını həyata keçirmək və müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və müvafiq təşkilatın qaydalarını gözləmək şərti ilə onlara daxil olmaq hüququna, həmin hüquqdan istifadə olunmasına qanunda nəzərdə tutulandan və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai asayişin və yaxud başqalarının hüquq və azadlıqlarının qorunması üçün zəruri olanlardan əlavə heç bir məhdudiyyət qoyulmamalıdır,

b) həmkarlar ittifaqlarının milli federasiyalar və konfederasiyalar yaratmaq və axırıncıların beynəlxalq həmkarlar ittifaqları təşkilatları yaratmaq, yaxud onlara qoşulmaq hüququnu;

c) həmkarlar ittifaqlarının qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyi və ictimai asayişin qorunması məqsədilə olan məhdudiyyətlərdən başqa heç bir məhdudiyyət olmadan fəaliyyət göstərmək hüququnu;

d) hər bir ölkənin qanunlarına uyğun şəkildə keçirilməklə tətil hüququnu.

2. Bu maddə silahlı qüvvələrə, polisə və dövlət idarəetmə orqanlarına daxil olan şəxslərin bu hüquqlardan istifadə etmələrinə qanuni məhdudiyyətlərin qoyulmasına maneə törətmir.

3. Bu maddədə heç nə assosiasiyalar azadlığı və təşkilatlanma hüququnun müdafiəsinə dair Beynəlxalq Əmək Təşkilatının 1948-ci il Konvensiyasının iştirakçısı olan dövlətlərə həmin Konvensiyada nəzərdə tutulmuş təminatlara zərər vuran qanunvericilik aktları qəbul etmək və ya qanunları bu təminatlara zərər vuran tərzdə tətbiq etmək hüququ vermir.

 

Maddə 9

 

Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar.

 

Maddə 10

 

Bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki:

1. Cəmiyyətin başlıca özəyi olan ailəyə imkan dairəsində, ələlxüsus onun yaranma dövründə və öhdəsinə kiçik yaşlı uşaqların böyüdülməsi və tərbiyə olunması məsuliyyəti düşdüyü zaman hərtərəfli mühafizə və kömək təmin olunmalıdır. Nikah ona daxil olanların azad razılığı ilə bağlanmalıdır.

2. Analar doğumdan əvvəl və sonra, müəyyən müddət ərzində xüsusi himayə ilə təmin olunmalıdır. Bu müddət ərzində işləyən analara haqqı ödənilən məzuniyyət və ya sosial təminat üçün kafi müavinət təmin olunmalıdır.

3. Bütün uşaqlara və yeniyetmələrə münasibətdə, ailə mənşəyinə və digər əlamətlərə görə heç bir ayrı-seçkilik salmadan xüsusi himayə və kömək tədbirləri görülməlidir. Uşaqlar və yeniyetmələr iqtisadi və sosial istismardan müdafiə olunmalıdırlar. Onların əməyinin onların mənəviyyatları və səhhətləri üçün zərərli, həyatları üçün təhlükəli olan və ya normal inkişaflarına ziyan vura biləcək sahələrdə istifadəsi qanunla cəzalandırılmalıdır. Bundan başqa, dövlətlər muzdlu uşaq əməyindən istifadə üçün yaş hədlərini müəyyənləşdirməlidirlər, həmin hədlərdən aşağı yaşlarda bu cür əməkdən istifadə qadağan edilməli və cəzalandırılmalıdır.

 

Maddə 11

 

1. Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin özünün və ailəsinin kifayət qədər qidalanmasını, geyimini, yaşayış yerini və həyat şəraitinin daimi yaxşılaşmasını əhatə edən münasib həyat səviyyəsi hüququnu tanıyırlar. İştirakçı-dövlətlər bu hüququn həyata keçirilməsi üçün azad razılığa əsaslanan beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verərək müvafiq tədbirlər görəcəklər.

2. Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin aclıqdan azadlıq hüququnu etiraf edərək:

a) elmi və texniki biliklərdən geniş şəkildə istifadə edərək, ərzaq məhsullarının istehsalının, saxlanmasının və paylanmasının üsullarını yaxşılaşdırmaq, qidalanmanın prinsipləri haqqında bilikləri yaymaq və aqrar sistemləri təbii ehtiyatların daha səmərəli istifadəsinə nail olmaq üçün təkmilləşdirmək və islah etmək; və

b) həm ixracatçı, həm də idxalatçı ölkələrin tələbatlarını və problemlərini nəzərə alaraq, dünya ərzaq ehtiyatlarının ədalətli paylanmasını təmin etmək üçün fərdi şəkildə və beynəlxalq əməkdaşlıq yolu ilə konkret proqramların qəbulunu əhatə edən addımlar atmalıdırlar.

 

Maddə 12

 

1. Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin fiziki və psixi sağlamlığının ən yüksək səviyyəsinə çatmaq hüququnu tanıyırlar.

2. Bu Paktda iştirak edən dövlətlərin bu hüququ tam həyata keçirmək üçün görməli olduğu tədbirlər sırasına:

a) ölü doğulan uşaqların sayını və uşaq ölümü hallarının azaldılması və uşaqların sağlam inkişafının təmini;

b) ətraf mühitin gigiyenasının və sənayedə əmək gigiyenasının bütün aspektlərinin yaxşılaşdırılması;

c) epidemik, endemik, peşə xəstəlikləri və digər xəstəliklərin qarşısının alınması və onların müalicəsi;

d) xəstəlik təqdirində hamı üçün tibbi yardımın və tibbi xidmətin təmin olunması üçün şəraitin yaradılması məqsədilə atılan addımlar daxildir.

 

Maddə 13

 

1. Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin təhsil hüququnu tanıyırlar. Onlar razılaşırlar ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir. Onlar daha sonra razılaşırlar ki, təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir, bütün millətlər, irqi, dini və etnik qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və Birləşmiş Millətlər Təşkilatının sülhü qoruma sahəsində fəaliyyətinə yardım etməlidir.

2. Bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, bu hüququn tam şəkildə həyata keçirilməsi üçün:

a) ibtidai təhsil hamı üçün icbari və pulsuz olmalıdır.

b) Orta təhsil və onun müxtəlif formaları, orta texniki-peşə təhsili də daxil olmaqla, bütün tədbirlər görmək, xüsusilə və tədricən pulsuz təhsilə keçmək yolu ilə açıq və hamıya müəssər olmalıdır.

c) Ali təhsil bütün lazımi tədbirlərin, xüsusilə də tədricən pulsuz tədrisin tətbiq edilməsi yolu ilə hər kəsə qabiliyyətinə görə eyni dərəcədə müəssər olmalıdır.

d) İbtidai təhsil alma, ibtidai təhsil almamış və ya onu tam bitirməmiş şəxslər üçün imkan dairəsində həvəsləndirilməli və intensivləşdirilməlidir.

e) Məktəblər şəbəkəsinin fəal inkişafı həyata keçirilməli, qənaətbəxş təqaüd sistemi təyin olunmalı və müəllim heyətinin maddi vəziyyəti daim yaxşılaşdırılmalıdır.

3. Bu Paktda iştirak edən dövlətlər valideynlərin və müvafiq hallarda qəyyumların öz uşaqları üçün təkcə dövlət tərəfindən təsis olunmuş məktəbləri deyil, həmçinin, dövlətin təhsil üçün təyin etdiyi minimum tələblərə cavab verən digər məktəbləri də seçmək və öz etiqadlarına əsasən uşaqlarının dini və mənəvi tərbiyəsini təmin etmək hüququna hörmət etməyi öhdələrinə götürürlər.

4. Bu maddənin heç bir hissəsi bu maddənin birinci bəndində irəli sürülmüş prinsiplərə mütləq şəkildə əməl olunmaqla və belə təhsil müəssisələrində verilən təhsilin dövlət tərəfindən müəyyən edilmiş tələblər minimumuna cavab verməsi şərti ilə ayrı-ayrı şəxslərin və qurumların təhsil müəssisələri yaratmaq və onlara rəhbərlik etmək hüququnun pozulması kimi təsvir oluna bilməz.

 

Maddə 14

 

Bu Paktda iştirak edən hər bir dövlət, onun iştirakçısı olana qədər öz metropoliyası ərazisində və yaxud onun yurisdiksiyası altında olan ərazilərdə icbari pulsuz ibtidai təhsil prinsipinin tədricən - planda göstərilən müəyyən müddət ərzində - həyata keçirmək üçün əhatəli fəaliyyət planı hazırlamağı öhdəsinə götürür.

 

Maddə 15

 

1. Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin:

a) mədəni həyatda iştirak etmək;

b) e!mi tərəqqinin nəticələrindən və onların praktiki tətbiqindən istifadə etmək;

c) müəllifi olduğu hər hansı elmi, ədəbi, yaxud incəsənət əsərlərinin nəticəsində meydana çıxan maddi və mənəvi maraqların müdafiəsindən istifadə etmək hüququnu tanıyırlar.

2. Bu Paktda iştirak edən dövlətlərin bu hüququ tam şəkildə həyata keçirmək üçün görəcəyi tədbirlər sırasına elmi və mədəni nailiyyətlərin mühafizəsi, inkişafı və yayılması üçün vacib olanlar da daxildir.

3. Bu Paktda iştirak edən dövlətlər elmi tədqiqatlar və yaradıcılıq fəaliyyəti üçün qeyri-şərtsiz olaraq lazım olan azadlığa hörmət etməyi öhdələrinə götürürlər.

4. Bu Paktda iştirak edən dövlətlər elmi və mədəni sahələrdə beynəlxalq əlaqə və əməkdaşlığın həvəsləndirilməsi və inkişafından irəli gələn faydanı təsdiq edirlər.

 

Maddə 16

 

1. Bu Paktda iştirak edən dövlətlər, onun bu hissəsinə əsasən görülən tədbirlər və Paktda nəzərdə tutulan hüquqların həyata keçirilməsindəki tərəqqi haqqında hesabatlar verməyi öhdələrinə götürürlər.

a) Bütün hesabatlar Birləşmiş Millətlər Təşkilatı Baş katibinin adına ünvanlanır, o, hesabatın surətlərini bu Paktın müddəalarına əsasən iqtisadi və Sosial Şuraya göndərir.

b) Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu Paktda iştirak edən dövlətlərin hesabatlarının istənilən müvafiq hissələrinin surətlərini həmin ölkələrin də üzvü olduqları ixtisaslaşdırılmış təsisatlara göndərir, çünki bu hesabatlar və onların hissələri adları çəkilən təsisatların təsis aktlarına əsasən onların məsuliyyəti dairələrinə daxildir.

 

Maddə 17

 

1. Bu Paktda iştirak edən dövlətlər öz hesabatlarını iqtisadi və Sosial Şuranın təyin edəcəyi proqram əsasında, bu Pakt qüvvəyə mindikdən bir il sonra mərhələlər üzrə iştirakçı dövlətlər və müvafiq ixtisaslaşdırılmış təsisatlarla məsləhətləşmələr əsasında təqdim edirlər.

2. Hesabatlarda bu Pakt üzrə öhdəliklərin yerinə yetirilməsinə təsir göstərən amillər və çətinliklər göstərən bilər.

3. Əgər müvafiq məlumat əvvəllər Birləşmiş Millətlər Təşkilatına və yaxud onun ixtisaslaşdırılmış təsisatlarından birinə verilibsə, o zaman bu məlumatların yenidən göstərilməsinə ehtiyac yoxdur və həmin məlumata dəqiq istinad kifayətdir.

 

Maddə 18

 

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən insan hüquqları və əsas azadlıqlar sahəsində vəzifələrini icra edərkən, İqtisadi və Sosial Şura ixtisaslaşdırılmış təsisatlarla, bu Paktın onların sahələrinə aid qərarlarının icrasına tərəqqi haqqında hesabat təqdim olunmasına dair saziş bağlaya bilər. Bu hesabatlar icra vəziyyəti haqqında onların səlahiyyətli orqanları tərəfindən qəbul olunan qərar və tövsiyələrin təfərrüatlarını əhatə edə bilər.

 

Maddə 19

İqtisadi və Sosial Şura nəzərdən keçirmək və ümumi tövsiyələr vermək, xüsusi hallarda isə məlumat üçün dövlətlərin 16 və 17-ci maddələrə, ixtisaslaşdırılmış təsisatların isə 18-ci maddəyə əsasən təqdim etdikləri insan hüquqlarına dair hesabatlarını insan Hüquqları Komissiyasına təqdim edə bilər.

 

Maddə 20

 

Bu Paktda iştirak edən maraqlı dövlətlər və ixtisaslaşdırılmış təsisatlar 19-cu maddəyə əsasən verilmiş hər hansı ümumi tövsiyəyə və ya İnsan Hüquqları Komissiyasının hər hansı sənədində və ya hər hansı digər sənəddə bu məsləhətə istinada dair qeydlərini iqtisadi və Sosial Şuraya təqdim edə bilərlər.

 

Maddə 21

 

İqtisadi və Sosial Şura vaxtaşırı olaraq Baş Assambleyaya ümumi xarakterli tövsiyələrdən alınmış məlumatların qısa xülasəsindən və Paktda nəzərdə tutulmuş hüquqların ümumi müdafiəsinin təmin edilməsi sahəsində görülmüş tədbirlər və əldə olunmuş nailiyyətlərdən ibarət olan hesabatlar təqdim edə bilər.

 

Maddə 22        

 

İqtisadi və Sosial Şura texniki yardım göstərilməsi ilə məşğul olan Birləşmiş Millətlər Təşkilatının digər orqanlarının, onların yardımçı qurumlarının və ixtisaslaşdırılmış təsisatların diqqətini bu Paktın bu hissəsində göstərilən hesabatlarla bağlı yaranmış çətinliklərlə əlaqədar hər hansı məsələyə cəlb edə bilər ki, bu da onların hər birinin öz səlahiyyəti daxilində bu Paktın tədricən, effektiv həyata keçirilməsinə kömək edə biləcək beynəlxalq tədbirlərin məqsədəuyğunluğu barədə qərarlar qəbul edərkən faydalı ola bilər.

 

Maddə 23

 

Bu Paktda iştirak edən dövlətlər razılaşır ki, bu Paktda nəzərdə tutulan hüquqların həyata keçirilməsinə yardım edən beynəlxalq tədbirlər sırasına könvensiyaların bağlanması, tövsiyələrin qəbulu, texniki yardımın göstərilməsi, məsləhətləşmələr aparılması məqsədilə keçirilən regional və texniki iclasların çağırılması və həmçinin maraqlı hökumətlərlə birlikdə təşkil olunan tədqiqatların aparılması kimi vasitələrin tətbiqi daxildir.

 

Maddə 24

 

Bu Paktda heç nə bu Paktın toxunduğu məsələlərə münasibətdə Birləşmiş Millətlər Təşkilatının müxtəlif orqanlarının və onun ixtisaslaşdırılmış təsisatlarının müvafiq vəzifələrini müəyyənləşdirən Birləşmiş Millətlər Təşkilatının və onun ixtisaslaşdırılmış agentliklərinin nizamnamələrinin əhəmiyyətinin azaldılması kimi təfsir olunmamalıdır.

 

Maddə 25

 

Bu Paktda heç nə bütün xalqların öz təbii sərvət və ehtiyatlarına sahib olmaq və onlardan istifadə etmək kimi ayrılmaz hüququnun pozulması kimi təfsir oluna bilməz.

 

V HİSSƏ

 

Maddə 26

1. Bu Pakt Birləşmiş Millətlər Təşkilatının və ya onun hər hansı ixtisaslaşdırılmış təsisatının, Beynəlxalq Məhkəmə Statutunun üzvü olan və ya Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən bu Paktda iştirak etməyə dəvət olunmuş hər hansı dövlət tərəfindən imzalanmaq üçün açıqdır.

2. Bu Pakt təsdiq olunmalıdır, Təsdiq fərmanları Birləşmiş Millətlər Təşkilatı Baş Katibinə saxlanmaq üçün verilir.

3. Bu Pakt bu maddənin birinci bəndində nəzərdə tutulmuş bütün dövlətlərin qoşulması üçün açıqdır.

4. Pakta qoşulma bu haqda sənədin saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatı Baş Katibinə verilməsi yolu ilə baş verir.

5. BMT Baş Katibi bu Paktı imzalamış, yaxud ona qoşulmuş bütün dövlətlərə hər yeni təsdiq fərmanının və ya qoşulma haqqında sənədin saxlanmaya verilməsi haqqında məlumat göndərir.

 

Maddə 27

 

1. Bu Pakt otuz beşinci təsdiq fərmanının və ya qoşulma haqqında sənədin saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə verilməsindən üç ay sonra qüvvəyə minir.

2. Bu Paktı otuz beşinci təsdiq fərmanının və ya qoşulma haqqında sənədin saxlanmaya verilməsindən sonra təsdiq edən və ona ya qoşulan döviət üçün Pakt onun təsdiq fərmanının və ya qoşulma haqqında sənədinin saxlanmaya verilməsindən üç ay sonra qüvvəyə minir.

 

Maddə 28

 

Bu Paktın qərarları federativ dövlətlərin bütün tərkib hissələrinə heç bir məhdudiyyət və ya istisna olmadan şamildir.

 

Maddə 29

 

1. Bu Paktda iştirak edən istənilən dövlət düzəlişlər təklif edə və onları Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təqdim edə bilər. Baş Katib təklif edilmiş hər hansı düzəlişi, bu təkliflərə baxmaq və onlar üzrə səsvermə keçirmək məqsədilə konfrans çağırmağa tərəfdar olub-olmadıqlarını bildirmək xahişi ilə Paktda iştirak edən dövlətlərə göndərir, iştirakçı-dövlətlərin heç olmasa üçdə biri belə konfransın keçirilməsi lehinə olarsa, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Birləşmiş Millətlər Təşkilatının himayəsi altında həmin konfransı çağırır. Həmin konfransda və səsvermədə iştirak edən iştirakçı-dövlətlərin çoxluğu tərəfindən qəbul edilən düzəliş Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasına təsdiq üçün göndərilir.

2. Düzəliş Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən təsdiq olunduqdan və bu Paktda iştirak edən dövlətlərin üçdə ikisi tərəfindən onların konstitusion prosedurlarına müvafiq olaraq qəbul olunduqdan sonra qüvvəyə minir.

3. Düzəlişlər qüvvəyə mindikdən sonra onları qəbul edən dövlətlər üçün məcburi xarakter daşıyır, digər iştirakçı-dövlətlər üçün isə bu Paktın qərarları və onların əvvəl qəbul etdikləri düzəlişlər məcburidir.

 

Maddə 30

 

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi 26-cı maddənin 5-ci bəndinə əsasən verdiyi məlumatlardan asılı olmayaraq, həmin maddənin 1-ci bəndində nəzərdə tutulan bütün dövlətlərə aşağıdakıları bildirir:

a) 26-cı maddəyə əsasən imzalamalar, təsdiqlər və qoşulmaları;

b) 27-ci maddəyə əsasən bu Paktın qüvvəyə minməsi və 29-cu maddəyə əsasən hər hansı düzəlişin qüvvəyə minməsi tarixlərini.

 

Maddə 31

 

1. Mətni ingilis, ispan, çin, rus və fransız dillərində autentik olan bu Pakt Birləşmiş Millətlər Təşkilatının arxivində saxlanılmalıdır.

2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu Paktın təsdiq olunmuş surətlərinı 26-cı maddədə göstərilən bütün dövlətlərə göndərir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb