Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


NEFTÇİ QADINLARIN HÜQUQLARI POZULUR


2007112405_120Mirvari Qəhrəmanlının sözlərinə görə, vəzifədə kişiləri, ixtisarlarda isə qadınları irəli çəkirlər. Statistikaya görə, hazırda neft sektorunda çalışan 61.692 nəfərin 14.869-nu qadınlar təşkil edir. Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, səkkiz il əvvəl bu sahədə çalışan qadınların sayı 20 minə yaxın olub. Hüquq müdafiəçisi qeyd edir ki, neft şirkətlərində ixtisarlar aparılanda, adətən siyahının yarıdan çoxunu qadınlar təşkil edir. "Bu, artıq bir ənənəyə çevrilib. Əgər neft şirkətində ixtisarlar baş verirsə, mütləq çox sayda qadın işdən azad edilməlidir. Ümumiyyətlə, biz sovet illəri ilə indiki dövrü müqayisə etsək, görərik ki, hazırda Dövlət Neft Şirkətində rəhbər vəzifədə çalışanlar arasında qadınlar yoxdur. Sovet dövründə bir kvota mövcud idi və buna əsasən vəzifələr üzrə təyinatda gender balansı qorunurdu. Müstəqillik illərində isə bu tendensiya unuduldu. Əlbəttə ki, bu məsələlərin tənzimlənməsi rəhbərlikdən və onun yürütdüyü siyasətdən birbaşa asılıdır", - deyə o əlavə etdi.

Hüquq müdafiəçisi hesab edir ki, vəzifə tutan qadınların sayının azaldılmasının heç bir əsası yoxdur. "Bunun gülməli səbəbləri var. Neft daşlarında növbə ilə işləyirlər. Əgər orada şöbə rəisi yeri boş olarsa, bu posta qadının təyin edilməsi müşkül olur. Deyirlər ki, "bu növbəli işdir, qadın burada çalışa bilməz". Amma fəhləliyə qadını götürmək mümkündür. Necə deyərlər, ixtisara qadınlar, vəzifəyə isə kişilər irəli sürülür. Təəssüf ki, belə yanlış stereotiplər qadınların vəzifələrdə təmsil olunmasına imkan vermir. Əgər şöbədə ixtisar aparılırsa, bu sırada mütləq qadınlar olmalıdır. Bütün bu halları qadınlara qarşı bilərəkdən diskriminasiya hesab edirəm", - deyə o əlavə etdi.

Qadınların çalışdığı sahələrə gəlincə, müsahibim qeyd etdi ki, neft şirkətindəki qadınların 90 faizi neftin sudan ayrılması sexində çalışır. "Burada istifadə edilən texnologiya sovet dövründəki ilə eynidir. Hələ də bir irəliləyiş yoxdur. Burada qadınların ciddi xəstələnmə ehtimalı böyükdür. Çünki sudan ayrılmış, tərkibində ağır metallar olan lay suları açıq formada sexin ərazisi ilə nəql edilir. Bu isə qadınların sağlamlığına ciddi təsir edir, xərçəng xəstəliyinin yaranması ehtimalını artırır", - deyə M.Qəhrəmanlı bildirdi.

Müsahibim deyir ki, bu qadınlar ildə bir dəfə tibbi müayinədən keçsələr də, işçi formalarının standartlara cavab verməməsi, eləcə də mövcud iş şəraiti bu yoxlamanın effektini azaldır: "Çoxları evlərindən gətirdikləri paltarlardan istifadə edirlər. Həmçinin növbə ilə çalışanlara istirahət üçün ayrılmış sahə də yetərli deyil. Burada həm dincəlir, həm də yemək bişirirlər. Düşünmək lazımdır ki, belə sahələrdə çalışan qadınlara xüsusi diqqət yaradılmalıdır. Normativlərdə qadınların çalışdıqları yerlərdə xüsusi gigiyena otaqları olmalıdır. Amma bunlara əməl edilmir. Kişilərdən fərqli olaraq qadınlar dünyaya uşaq gətirir, ona görə də zəif cinsə xüsusi diqqət yetirilməlidir".

"Əgər tibbi müayinə qadının sağlamlığında hansısa problem aşkar etsə, onun iş itirmək təhlükəsi varmı?" sualına cavab verən M.Qəhrəmanlı bir misal çəkdi: "Bizə bir xanım müraciət etmişdi. Belə ki, xəstəxana tərəfindən ona verilən arayışda qeyd edilirdi ki, o, hipertonik olduğundan bu sexdə işləyə bilməz. Bu səbəbdən də onu işdən çıxarmaq istəyirdilər. O zaman biz məsələyə müdaxilə etdik və bildirdik ki, onun xəstə olması heç də işdən uzaqlaşdırılmasını şərtləndirmir. Qanunvericiliyə görə, belə hallarda işçi səhhəti ilə əlaqədar olaraq daha münasib bir işə keçirilməlidir. Bu hadisədə verilən arayışın forması da yanlış idi və o, müəssisə rəhbərinin əlinə əsas verir. Mən o zaman mətbuatda verdiyim müsahibələrimdə də qeyd etmişdim ki, əgər insanlar tutduqları vəzifələrdən xəstəliklərinə görə uzaqlaşdırılırlarsa, o zaman şirkətin bir sıra tanınmış məmurları da xəstəlikləri ilə bağlı qurumu tərk etməlidirlər".

"Sizcə, mövcud qanunvercilik neftçi qadınların hüquqlarının kifayət qədər qorunmasına imkan verirmi?" sualını cavablandıran hüquq müdafiəçisi bildirdi ki, Azərbaycanın Əmək Məcəlləsi qadınlara olduqca böyük güzəştlər verir: "Bundan idarə və müəssisələr lazımi səviyyədə istifadə etsələr, hər bir qadın əmək fəaliyyəti ilə məşğul ola bilər. Analar 3 yaşınadək körpəsini tərbiyə edə bilərlər".

Hüquq müdafiəçisi xarici neft şirkətlərinin fəaliyyətinə də toxundu: "Burada qadınların hüquqları, demək olar, qorunmur. Məsələn, xarici neft şirkətlərində analıq məzuniyyəti 4 aydan artıq verilmir. Qadın bunu doğuşdan əvvəl və ya sonrakı müddətdə götürə bilər. Eyni zamanda işə başlayan qadın hamilə olub-olmaması barədə məlumat verməlidir. Şirkət onun hamilə olduğunu bildikdə işə götürməyə də bilər. Bu yaxınlarda bizə belə bir şikayət olmuşdu. Qadın işə başlayarkən hamilə olduğunu bildirməmişdi və o, analıq məzuniyyətindən qayıtdıqdan sonra şirkət onu əvvəlki vəzifəsinə bərpa etmək istəmirdi. Ümumiyyətlə, Əmək Məcəlləsində qadınlar üçün nəzədə tutulmuş çoxlu sayda güzəştlər xarici şirkətlərdə tətbiq edilmir".

M.Qəhrəmanlı deyir ki, qanunvericiliyin müddəalarını pozduğuna görə şirkətlərə qarşı cərimə və cəzalar da nəzərdə tutulur. Amma hazırda onun icrasına nəzarət edilmir. Onun sözlərinə görə, bu kimi halların icra olunmasına əmək müfəttişliyi, eləcə də həmkarlar konfederasiyası nəzarət etməlidir. Lakin indi vəziyyət o yerə çatıb ki, bu idarələr qorxularından xarici şirkətlərin işlərinə müdaxilə edə bilmir. Halbuki, neft gəlirlərinin artdığını ilk növbədə qadınlar hiss etməlidir. Çünki hər bir ailənin büdcəsi onlar tərəfindən idarə edilir: "Neftçi qadın çalışdığı sahədəki inkişafı öz işində, əməkhaqqında, yaşayışında hiss etməlidir. Həmçinin onun hüquqları müdafiə olunmalıdır ki, o, ölkəsi üçün gördüyü faydalı işdən zövq ala bilsin".

 

 AYGÜN                                 

                               

http://www.ayna.az/rubric.php?id=26984

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb