Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


"TƏBİİ DOĞUŞ QEYSƏR KƏSİYİ ƏMƏLİYYATINA QARŞI"


Qadın Jurnalistləri Birliyi yeni kampaniyaya start verib                                 

 Azərbaycan Jurnalist Qadınlar Birliyi "Təbii doğuş qeysər kəsiyi əməliyyatına qarşı" kampaniyasına start verib. Birliyin sədri Sevinc Osmanqızı deyir ki, son illərdə ölkədə müşahidə edilən vəziyyət belə bir kampaniyaya başlamağa əsas verib. Ümumdünya Səhiyyə Təşkilatının normalarına əsaslanan birlik sədri qeyd etdi ki, təşkilatın sənədlərinə görə, qeysər kəsiyi əməliyyatları ilə təbii doğuşun nisbəti 15 faizdən artıq olmamalıdır. "Ancaq son illər Azərbaycanda, xüsusi ilə də Bakı şəhərində qeysər kəsiyi əməliyyatlarının sayı artıb. Rəsmi məlumatlarda bu nisbətin 13 faiz həcmində olduğu bildirilsə də, bu göstəricinin daha yüksək olduğu güman edilir", - deyə S.Osmanqızı əlavə edib.

Qeysər kəsiyi əməliyyatının nəticəsi ilə bağlı bir sıra məlumatlar açıqlayan birlik üzvü İlhamə Novruzova bildirdi ki, cərrahi müdaxilələr zamanı ana ölümü halları daha çox baş verir. O qeyd etdi ki, dünyada bu əməliyyatlar zamanı analar arasında ölüm hallarının nisbəti 1/2500-dirsə, təbii doğuş zamanı bu nisbət 1/10.000 olur. Planlaşdırılmış doğum tarixi ilə vaxtından əvvəl dünyaya gələn körpədə bəzi fəsadların yaranması ehtimalı, təbii doğuşla müqayisədə cərrahi müdaxilə zamanı anaya infeksiya ötürülməsi faizi də kifayət qədər çoxdur.

Zərifə 2 uşaq anasıdır. Dediyinə görə, birinci hamiləliyi zamanı hər şey normal olsa da, doğuşa az qalmış həkim doğuşun qeysər kəsiyi əməliyyatı ilə aparılacağını bildirib: "Demək olar ki, müayinəyə müntəzəm olaraq gedirdim və həkimim hər şeyin qaydasında olduğunu deyirdi. 8-ci ayda bəlli oldu ki, uşağın istiqamətini dəyişmək üçün müəyyən idman hərəkətləri etməyə ehtiyac var. Həkim məni inandırdı ki, bu prosesdən sonra uşağın istiqaməti uşaqlıq yoluna doğru dəyişəcək və bu, normal doğuşa imkan verəcək. Lakin son anda bəlli oldu ki, bu hərəkətlərin heç bir nəticəsi olmayıb və təbii doğuş uşağın həyatı üçün təhlükəli ola bilər. Biz çıxış yolu kimi əməliyyata razılıq verdik".

Söhbət əsnasında müsahibim qeyd etdi ki, həkimlərin normal doğuşu aparmaq üçün yetərincə təcrübəsi olmadığından, müxtəlif vasitələrlə gənc anaları qeysər kəsiyi əməliyyatı etdirmək faktı qarşısında qoyurlar. Zərifənin daha bir etirazı əməliyyat zamanı ananın bədənində qoyulan həddindən artıq kobud tikiş izlərindəndir: "Əlbəttə ki, bunu hamıya şamil etmək olmaz. Amma eşitdiklərimə əsasən, deyə bilərəm ki, həkimlər bu əməliyyatı həyata keçirərkən qarşısındakının insan olduğunu unudurlar. Bəzən yaranı lazımi səviyyədə təmizləmirlər, kobud tikişlər qoyurlar. Halbuki, Avropada belə əməliyyat keçirən qadının bədənində qısa müddətdən sonra bu əməliyyatdan nişanə belə qalmır".

Ekspertlər isə qeyd edirlər ki, bəzi hallarda qadınlar özləri həkimləri belə bir əməliyyatın keçirilməsinə təhrik edirlər. Nigar deyir ki, üçüncü övladını dünyaya gətirəndə yaşı 40-ı keçmişdi. "Düşündüm ki, bu yaşda təbii doğuş mənim üçün çətin olar. Odur ki, ilk gündən özünü məhz əməliyyata hazırlaşdırdım. Düşündüm ki, bu, həm mənim, həm də körpənin gələcək həyatının təhlükəsizliyini təmin etmiş olar. Əlbəttə ki, əməliyyat bir az çətin keçdi. Həm də əməliyyatdan sonra müəyyən qaydalar var ki, ana ona əməl etməlidir. Amma mənim üçün ən çətini ilk aylarda uşağımı qucağıma ala bilməməyim idi. Çünki yara sağalana qədər həkim ehtiyatlı olmağımı tövsiyə etmişdi. İndi hər şey qaydasındadır və mən özümü normal hiss edirəm", - deyə o bildirdi.

Ümumiyyətlə, qeysər kəsiyi əməliyyatından bütövlükdə imtina edilməlidirmi? Ginekoloq Zemfira Topçubaşova isə hesab edir ki, bu əməliyyatdan tamamilə imtina edilməsi düzgün olmaz. Onun sözlərinə görə, bəzi hamiləlik müddətində bu əməliyyatın zəruriliyi qaçılmaz olur. Lakin ginekoloq qeyd etdi ki, bu əməliyyatın zəruriliyi və tarixi barədə ana deyil, həkim qərar verməlidir. "Bu proses tibbi göstəriş əsasında həyata keçirilməlidir", - deyə o əlavə edib.

Belə bir fikrə tez-tez rast gəlirik ki, müasir qadınların sağlamlıq durumu əvvəlkilərlə müqayisədə zəif olduğundan onlar təbii doğuşdan imtina edirlər. Ginekoloq Zərifə Topçubaşova tez-tez söylənilən bu fikirlərlə razılaşmadı. "Hesab edirəm ki, qadınlar hamiləlik müddətində lazım olan müayinələrdən vaxtlı-vaxtında keçməli, həkimin məsləhətlərinə əməl etməlidirlər. Əlbəttə ki, təbii doğuşa üstünlük verilməlidir", - deyə ginekoloq vurğuladı.

 

 N.İSMAYILOVA                                 

                               

http://www.ayna.az/rubric.php?id=26985

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb