Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


"MƏİŞƏT ZORAKILIĞI VƏ TRAFİKİNQ BİR-BİRİ İLƏ ƏLAQƏLİDİR"


2007112402_120Mehriban Zeynalovanın qənaətincə, insan alverinin qurbanları arasında ailədaxili zorakılıqdan əziyyət çəkənlər kifayət qədərdir. ABŞ Dövlət Departamentinin hesabatında qeyd edilir ki, hər il 800 mindən artıq insan qurbana çevrilir. Onların 80 faizi qadınlar və gənc qızlardan ibarətdir. Ümumiyyətlə isə, dünya ölkələri üzrə insan alverinin qurbanlarının sayı 27 milyon nəfərə yaxındır.

Azərbaycan insan alverində "mənbə ölkə" olmaqla yanaşı, eyni zamanda məcburi əmək və cinsi istismara məruz qalmış insanların daşınmasında tranzit ölkə kimi də tanınmaqdadır. Ölkə rəhbərliyi problemin qarşısını almaq üçün bir sıra addımlar atıb. Bir neçə il əvvəl insan alveri ilə mübarizə aparan ölkələr sırasında 3-cü qrupda qərarlaşan ölkəmiz bu addımlar nəticəsində artıq 2-ci qrupa daxil edilib. Lakin mütəxəssislər qeyd edirlər ki, ölkənin qrupda yerinin dəyişməsi heç də bütün problemlərin həll edilməsindən xəbər vermir. Bu sahədəki mövcud vəziyyəti "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ilə birgə araşdıracağıq.

"Ailədə zorakılıq, eləcə də trafikinq bu gün ölkəmizdə aktual mövzulardandır" deyən birlik sədrinin sözlərinə görə, sadalanan məsələlərlə mübarizə aparmaq indi bir qədər asanlaşıb. "Belə ki, bu problemlərin varlığını hökumət orqanları da artıq təsdiq edir və bu sahədə lazımi qanunvericilik bazası hazırlanıb. Lakin bir neçə il əvvəl bu problemin varlığı barədə eşitmək belə istəmirdilər və qeyd edirdilər ki, bu məsələlər milli mentalitetimizə yaddır. QHT olaraq bu məsələləri qaldırdıqda isə bizi günahlandırırdılar. Lakin hadisələrin gedişindən bir daha aydın oldu ki, dünyanı narahat edən məsələlər barəsində sakitcə danışmaq mümkün deyil. 2002-ci ildə insan alverinə həsr edilmiş ilk "dəyirmi masa" keçirildi və bu tədbir ilk dəfə olaraq hökumət qurumlarını və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirdi", - deyə o əlavə etdi.

Birlik sədrinin sözlərinə görə, Azərbaycan Palermo Protokoluna qoşulduqdan sonra insan alveri ilə mübarizə dövlət səviyyəsinə keçdi və bu istiqamətdə ciddi mübarizəyə başlanıldı. Növbəti ildə isə insan alveri ilə mübarizəyə dair dövlət proqramı qəbul edildi.

M.Zeynalova deyir ki, rəhbərlik etdiyi təşkilatın Azərbaycanda insan alveri ilə mübarizə sahəsində az əməyi olmayıb. Belə ki, hazırda "Təmiz Dünya" İctimai Birliyi trafikinqlə yanaşı, məişət zəminində qadınlara qarşı zorakılıqla da mübarizə aparır. Xanım Zeynalova bunun səbəbini belə izah edir: "Ümumiyyətlə, məişət zorakılığı və trafikinq bir-biri ilə əlaqəlidir. Əgər biz trafikinqin səbəblərini, köklərini axtarsaq, ailəsində zorakılıq və digər ciddi problemlər olan qadınların bu yola sürükləndiyinin şahidi olarıq. Biz qadınların psixoloji və hüquqi yardım almaları üçün "qaynar xətt" də təşkil etmişdik. Qeyd edim ki, "qaynar xətt"ə müraciət edənlərin sayı kifayət qədər çoxdur. Və onlar təkcə insan alverinin qurbanı olmuşlar deyil, eyni zamanda ailədaxili zorakılıqdan əziyyət çəkən qadınlardır. Qeyd edim ki, onların arasında gənc qadınların sayı çoxluq təşkil edir. Ümumiyyətlə, "qaynar xətt"ə edilən bu zənglərin hər birinin arxasında birmənalı şəkildə qadın hüquqlarının pozulması faktı dayanır. Biz daxil olan zəngləri araşdırır və ailədə baş verən gərginliyi aradan qaldırmağa çalışırıq. Çünki bizim məqsədimiz problemin həllinə, eləcə də ailənin qorunub-saxlanılmasına nail olmaqdır".

Birlik sədri tez-tez rast gəlinən hadisələrdən birini bizimlə bölüşdü: "Məsələn, qadınlar müraciət edərkən həyat yoldaşları tərəfindən müntəzəm olaraq döyüldüklərini, təhqirlərə məruz qaldıqlarını deyirlər. Biz məsələni araşdırmaq üçün onların tanışları, əsasən qonşuları ilə əlaqə yaradır və vəziyyəti öyrənməyə çalışırıq. Bəlli olur ki, ətraf bu ailəni daha fərqli tanıyır və burada hər hansı zorakılıq faktının olduğunu ağıllarına belə gətirmirlər. Bu kimi halları aradan qaldırmaq üçün ilk növbədə insanların maariflənməsi, ailədə münasibətlərin formalaşması istiqamətində ciddi işlər aparılmalıdır".

İnsan alveri ölkə ərazisində geniş yayılıb. Lakin bəzi rayonlarda, məsələn, Şamaxı və Ağsuda trafikinqlə bağlı indiyə qədər heç bir fakt qeydə alınmayıb. "İnsan alveri ilə bağlı faktların daha çox rast gəlindiyi bölgələr isə əsasən Gəncə, Əli Bayramlı, Mingəçevir, Xaçmaz və cənub bölgəsidir", - deyə birlik sədri qeyd etdi.

Ölkə ərazisində insan alveri ilə bağlı qeydə alınan faktların statistikasına gəlincə, Mehriban Zeynalova qeyd etdi ki, rəhbərlik etdiyi təşkilatda cari ildə 29 belə hadisə qeydə alınıb. Lakin o hesab edir ki, həqiqi statistika söyləniləndən artıq olmalıdır. "Əlbəttə ki, qeyri-rəsmi statistika fərqlidir. Çünki belə hadisələrin baş verdiyi zaman qadınlar yardım üçün bu və ya digər təşkilata müraciət etmirlər. Hesab edirlər ki, baş vermiş hadisədə özləri günahkardır və bundan kimsə xəbər tutarsa, onlara qarşı fərqli münasibət formalaşa bilər. Qeyd etmək yerinə düşər ki, qadınlarla bərabər kişilər də trafikinqlə rastlaşırlar. Belə ki, onların istismarı əmək xarakterli olur. İnsan alverinin qurbanı olan kişilər isə bu barədə susurlar. Bu səbəbdən də indiyə qədər ölkəmizdə bununla bağlı cəmi 1 fakt qeydə alınıb. Bizdə olan məlumata görə, Zaqatalada kişilər arasında insan alveri kifayət qədər geniş yayılıb. Lakin indiyə qədər bununla bağlı bizə də, dövlət qurumlarına da heç bir müraciət daxil olmayıb".

Söhbət əsnasında birlik sədri insan alverinin marşrutuna aydınlıq gətirərək qeyd etdi ki, qurbanlar əsasən Pakistan, İran, Birləşmiş Ərəb Əmirlikləri və s. Şərq ölkələrinə aparılırlar. Onun qənaətincə, trafikörlərin (insan alverçilərinin) məhz bu marşrutları seçməsi əsasən xərclərlə bağlıdır. Belə ki, onlar qurbanların mənzil başına çatdırılması üçün mümkün qədər ucuz variantları seçməyə çalışırlar. "Məsələn, Orta Asiya ölkələrindəki mövcud şəbəkələr daha geniş əraziləri əhatə edir. Belə ki, onlar qurbanları Malayziya, Çin kimi ölkələrə aparırlar", - deyə o əlavə etdi.

Birlik sədri insan alveri ilə məşğul olan qruplaşmaların əsasən kişilər tərəfindən idarə olunmasına dair mətbuatda gedən yanlış informasiyalara toxundu. Təcrübə də göstərir ki, trafikinqlə məşğul olanlar əsasən qadınlardan ibarətdir: "Dünya təcrübəsinə nəzər salsaq, analoji vəziyyətin şahidi olarıq. Mən 1999-cu ildə baş vermiş bir hadisəni sizin yadınıza salmaq istəyirəm. Azərbaycanın qərb rayonlarından birindən olan gənc qız qonşularının tövsiyəsi ilə bacısı ilə birgə Türkiyəyə işləməyə gedir. Sonradan bacıları İraqa qul kimi satırlar. Orada bəlli olur ki, bu kənddə MBD-nin digər ölkələrindən olan qızlar da qul kimi işlədilir. Əsirlikdəki qızlardan biri imkan tapıb zəng vuraraq düşdükləri durumu əlaqədar orqanlara çatdırır və onlar azad edilirlər. Vətənə qayıdan qızlar isə ailələri tərəfindən qəbul edilmir. Hər kəs baş vermiş hadisədə onları günahkar hesab edir. Bu da həmin bacıların cəmiyyətə inteqrasiyasına, eləcə də insanlara yenidən etibar etməsinə mane olur. Lakin biz həmin gənc qıza dəstək olaraq iş tapmaqda, həyata bağlanmasına yardımçı olduq. İndi o, əmək fəaliyyətini davam etdirir və insan alveri ilə mübarizə aparanlar sırasındadır".

İnsan alveri ilə məhz qadınların məşğul olmasına gəlincə, Mehriban Zeynalova deyir ki, bu, ilk növbədə qadınlara daha çox güvənmə ilə bağlıdır. "Bu qadınlar çarəsiz, ailədə baş verənlərdən təngə gəlmiş qadınlarla daha tez ünsiyyətə girə, onları daha tez inandıra bilirlər. Məsələn, rayonlarda bu tipli cinayətlə məhz qadınlar məşğul olurlar. Digər tərəfdən bu qadınlar yad deyil, qonşular, tanışlar, bəzi hallarda isə qohumlar olur. Maraqlısı isə odur ki, bu adamların özləri vaxtı ilə insan alverinin qurbanı olublar. Onların əhatə dairəsi geniş olduğundan onları cinayət başında yaxalamaq olduqca çətindir. Bu qruplarla mübarizə aparmaq isə ilbəil çətinləşir. Hesab edirəm ki, trfikörlərlə mübarizə aparmaq təkcə qeyri hökumət təşkilatlarının gücü daxilində deyil. Odur ki, bu sahədə QHT, hökumət strukturları, eləcə də media nümayəndələrinin bərabər işləməsi vacibdir. Burada hər sektorun üzərinə düşən konkret iş var. Qeyd edim ki, insan alveri ilə bağlı ictimaiyyətin məlumatlandırılması istiqamətində gördüyü işlər əvəzsizdir. Hesab edirəm ki, bu birgə fəaliyyət insan alveri ilə mübarizədə əvəzsiz nəticələr verə bilər", - deyə M.Zeynalova bildirdi.

Qurbanların cəmiyyətə inteqrasiyası məqsədi ilə reabilitasiya mərkəzi yaradılıb və o, 50 nəfərə xidmət üçün nəzərdə tutulub. Burada xüsusi peşəkarlar çalışır və onlar insan alverinin qurbanlarının cəmiyyətə inteqrasiyası üçün kifayət qədər kurs keçib, biliklər əldə ediblər.

M.Zeynalova bildirdi ki, rəhbərlik etdiyi təşkilat insan alveri ilə mübarizə istiqamətində bir sıra layihələr həyata keçirir ki, bunlardan biri də insan alveri, eləcə də məişət zorakılığı ilə əlaqədar ölkə mətbuatında dərc edilən məqalələrin monitorinqi ilə bağlıdır. "Bu layihənin nəticəsi olaraq belə qərara gəldik ki, həftə ərzində ölkədə zorakılıq zəminində 1-2 cinayət baş verir. Baş vermiş hadisələr nəticəsində qadınlar həyatları boyu sağlamlıq problemləri ilə üz-üzə qalır və bunun əziyyəti ilə yaşayırlar. İki illik monitorinqin nəticələrinə əsaslanaraq deyə bilərəm ki, bu məzmunlu cinayətlər ilbəil artmaqdadır. Əfsuslar olsun ki, biz maliyyə çətinliyi üzündən artıq bu monitorinqi davam etdirə bilmirik. Amma əminəm ki, bu sahədə dəyərli bilgilərin alınması üçün analoji monitorinqin davam etdirilməsinə ehtiyac hələ də var".

Birliyin həyata keçirdiyi, "Demokratiyadan sonra" adlanan digər bir layihə isə bölgələrdən olan gənc universitet tələbələri üçün bazar günü məktəbidir. Müsahibim bildirdi ki, bazar günü məktəbi layihəsinin başlıca məqsədi gənc qızlara qadın hüquqlarına dair bilgilər vermək, həmçinin ictimai həyatda fəal olan lider qadınlarla görüşünü təşkil etməkdir. "Bizim başlıca məqsədimiz bölgədən olan gənclərin hüquqi savadsızlıqlarını, məlumatsızlıqlarını aradan qaldırmaqdır. Təəssüflə qeyd etmək istəyirəm ki, hələ də bölgələrimizdə hüquqlarını bilməyən, savadsız, əlifbanı belə tanımayan qadınlarımız var. Bizim təşkil etdiyimiz bazar günü məktəbinin də başlıca məqsədi bölgələrdən olan qızlara hüquqlarını qorumaq sahəsində dəyərli məlumatlar verməkdir. Onlar bu kurslarda aldıqları bilgiləri rayonlarına qayıtdıqdan sonra digər qadınlarla da bölüşmüş olacaqlar. Bununla da biz bölgələrdə yaşayan qadınların hüquqlarının müdafiəsi ilə bağlı müəyyən töhfələr verəcəyimizi düşünürük. Bundan əlavə, birliyimizdə gənc hüquqşünaslardan ibarət qrup yaratmaq niyyətindəyik. Qrupun başlıca məqsədi hüquqi yardıma ehtiyacı olan qadınların problemlərini hüquqi əsasda çözmək olacaq".

 

 N.SÖHBƏTQIZI, A.HƏSƏNOVA                                 

                               

http://www.ayna.az/rubric.php?rid=59

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb