Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


YOXSULLUQ VƏ ETİMADSIZLIQ


2007120101_120Yoxsulluq və etimadsizliq səbəbindən həkim nəzarətindən keçməyən hamilə qadinlar özlərinin və körpələrinin sağlamlığını risqə atırlar                                 

 Yeganənin 22 yaşı var. O, 5 ildir ailə qurub və bu müddətdə üç uşaq dünyaya gətirib. Lakin körpələrindən biri, ən böyüyü Sənan dörd yaşında dünyasını dəyişib. Faciənin təsirindən çıxa bilməyən Yeganə üstəlik üçüncü - bir aylıq körpəsini də itirmək təhlükəsi ilə üzləşib. O, körpəsinin həyatda qalması üçün hər gün Allaha dua edir və ümidini itirmir.

"Yeganə həddindən artıq zəifdir. O, 16 yaşında - hələ qadın orqanizmi tam formalaşmadan ailə qurub. Üstəlik, Yeganə 5 ilə üç uşaq dünyaya gətirib. Zəif orqanizmlə belə qısa müddətə dalbadal üçüncü dəfə hamilə qalan ananın bətnində döl də lazımi dərəcədə inkişaf etməyib. Bu səbəbdən doğuşdan sonra körpənin həyatda qalıb-qalmaması sual altındadır. Beş ilə üç uşaq doğmaq - bu cür hallar, ümumiyyətlə, məqsədəuyğun sayılmır". Bunu 1 saylı Gəncə şəhər Uşaq Xəstəxanasının nevrologiya şöbəsinin müdiri Sevil Oruclu deyir.

Həkim belə halların Gəncədə, xüsusi ilə də ətraf rayonlarda artdığını bildirdi. Müsahibimiz hamiləliyi ağır keçirən Yeganənin doğuşunun evdə baş tutmasını vurğulayaraq bunun körpənin vəziyyətini daha da ağırlaşdırdığını bildirdi. Sevil həkim deyir ki, mikrosefaliya diaqnozu ilə (kəllə sümüyünün inkişaf etməməsi) dünyaya gələn körpənin həyatda qalıb-qalmamasını 20 günlük müalicənin təsirindən sonra müəyyənləşdirmək mümkün olacaq. Üstəlik belə ağır doğuşla dünyaya gələn uşağı həkimə gec, yəni doğuşundan 25 gün sonra gətiriblər.

Sevil Oruclu xatırlatdı ki, qadınlar hamiləlikdən doğuşa qədər müntəzəm olaraq həkim nəzarətindən keçməli, uşağın inkişafı izlənilməli, həmçinin gələcək analar özlərini stresdən, əsəbdən qorumalı, düzgün qidalanmalı və hamiləlik zamanı həkim tapşırıqlarına ciddi əməl etməlidirlər.

Bu kimi vacib məsələlərə əməl etməyən cəmiyyətimizdə Yeganə kimi minlərlə qadının olduğunu vurğulayan Ana və Uşaqların İnkişafı İctimai Birliyinin əməkdaşı Mina Əlizadə belə halların əsasən məlumatsızlığın təzahürü olduğuna diqqət çəkdi. Onun sözlərinə görə, ölkəmizdə əksər qızlar çox erkən yaşlarında ailə qururlar. Onların heç özlərinə belə doğru qulluq etməyi bacarmadıqları halda uşaqlarına necə baxacaqlarının sual altında olduğunu deyən Mina Əlizadə bu sahədə onların maarifləndirilməsinə ehtiyac olduğunu bildirdi: "Bu gün ana olmağa hazırlaşan çox az qadın tapmaq mümkündür ki, onun analıq kitabçası olsun. Qəribə də olsa, onlar gələcək körpələrinə, eləcə də özlərinə qulluq etmək haqda bilgilər öyrənməyə can atmırlar" deyən Mina həkim bildirdi ki, şəhərimizdə hamilə qadınlara sağlam uşaq dünyaya gətirmək üçün zəruri şərtlər barədə məlumatlar verən kifayət qədər qadın məsləhətxanaları olduğu halda, həkimlərə müraciət edənlərin sayı azdır.

Lakin başqa fikirdə olan qadınlar da var. 32 yaşlı Flora 2 uşaq anasıdır. O, hamilə olduğu vaxt yalınız bir-iki dəfə həkim nəzarətindən keçdiyini bildirdi: "Mən həkimə getməmişəm və dünyaya sağlam körpələr gətirmişəm. İndiki həkimlərin nə yüksək peşəkarlığı, nə də onların yazdıqları dərmanların keyfiyyəti var. Bu dərmanlar bir yerə xeyir etdikdə, min yerə ziyan vurur. Artıq böyük qızımın 9 yaşı var, Allaha şükür, hələ onun canı dava-dərman görməyib".

Mina Əlizadə bu gün qadınların həkim yanına getmələrinə əngəl törədən amillərdən birinin mütəxəssislərə inamsızlıq olduğunu təsdiqlədi. İnamsız yanaşmalarında qadınlarımızın bəzi hallarda haqlı olduqlarını da vurğulayan həkim bu gün xəstəxanlarda çox savadlı kadrların da olduğunu xatırlatdı: "Bir həkim savadsızdır deyə, bütün həkimlərdən üz döndərmək düzgün baxış deyil. Orqanizmlər müxtəlif olduğu kimi, hamiləlik də müxtəlif keçir. Bu baxımdan "filankəs heç həkimə getməyib, amma dünyaya sağlam uşaq gətirib" deyib həkimə müraciət etməmək düzgün fikir deyil".

Bununla belə, bir sıra, o cümlədən ultrasəs aparatları ilə müayinələrin rahat aparıldığını deyən Mina həkim ödənişli olması, həmçinin maddi vəziyyəti aşağı olan qadınların dərmanların bahalığı səbəbindən bu xidmətlərdən istifadə etməkdən məhrum olduqlarını qeyd etdi: "Ayağını xəstəxanaya basdığın andan pul istəyirlər. Həkimə, onun köməkçisinə, USM apartından müayinədən keçmək üçün ayrı-ayrılıqda pul verməli olursan. Hər dəfə bu qədər pul verə bilmədiklərindən aztəminatlı qadınlar həkimə getməkdən imtina edirlər".

Bütün bu kimi halların olmasına baxmayaraq, müsahibimiz qadınlara özlərinin və körpələrinin sağlamlıqları naminə həkimə getməyin zəruriliyini söylədi.

Günay ilk dəfədir hamilədir. O, əkiz uşaq dünyaya gətirəcək. Daim həkim nəzarətində olduğunu deyən Günay hamiləliyini rahat keçirdiyini bildirir: "Mənə ali təhsil ocağında da körpə ana bətnində olarkən ona qulluq etmək barədə məlumatlar verilirdi. Buna görə də hamilə qaldığım andan vaxtlı-vaxtında həkim nəzarətində oluram". Günay bir dəfə müayinəyə getməyin 20-40 manata başa gəldiyini söylədi.

Gəncə şəhər Qadın Məsləhətxanasının baş həkimi Rəna Bağırova hamiləliyin ilk aylarından qadın məsləhətxanalarına müraciət etməyi zəruri hesab edir. Çünki bu fizioloji prosesə ciddi nəzarət gərəkdir: "Hamilə qadının həyat tərzi adi vaxtlardan fərqlənir. Uşağın bətndə düzgün inkişaf etməsi üçün ananın özü ilk növbədə sağlam olmalıdır".

Rəna Bağırova hər bir hamilə qadının 5 aya qədər müddətdə bir dəfə, 5 aydan 7 ayadək hər ay, 7 aydan doğuşa qədər isə həftədə bir dəfə qadın məsləhətxanalarına müraciət etməli olduqlarını xatırlatdı: "Qadın məsləhətxanalarına müraciət etdikləri zaman onlardan analizlər götürülür, müayiənlər aparılır. Nəticələrdən asılı olaraq qadınlara standart, yaxud xüsusi tibbi xidmət göstərilir".

Baş həkim bəzən hamiləliyin inkişafında yaranan ağırlaşmaların səbəbinin qadının hamiləlikdən əvvəl keçirdiyi xəstəliklərdən asılı olduğunu bildirdi. Belə ki, ürək qüsurları, qan dövranı və mədə-bağırsaq pozuntuları, ağ ciyərdə olan problemlər, həmçinin qidaya, yaxud dərmana qarşı allergiya hamiləlik zamanı özünü xüsusilə biruzə verir. Müsahibim bildirir ki, hər bir hamilə qadın vaxtlı-vaxtında planlı olaraq müayinədən keçməlidir; ehtiyac yarandıqda müalicə aparılarsa, bu zaman qadının hamiləlik dövründə və doğuş zamanı heç bir problemi yaranmaz: "Qadın məsləhətxanaya gələrkən həkimlər gələcək ananı müayinədən, müalicədən keçirdikdən sonra hamiləliyi və doğuşu proqnozlaşdırmalıdırlar. Həmçinin hamilə qadınlara düzgün qidalanma, tez-tez havada olması, yüngül fiziki məşğələlər, geyim seçimi və digər vacib məqamlar haqda da tövsiyə verirlər".

Göstərilən tələblərə əməl etməyən qadınların həm özlərinin, həm də körpələrinin səhhətlərində sonradan bir sıra fəsadlar yaranır. Bu halı xüsusilə vurğulayan Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanası "Yeni doğulmuşların patologiyası" şöbəsinin müdiri Rəna Hüseynzadə bildirdi ki, xəstəxanaya daxil olan uşaqlardan yalnız 10 faizi doğuş zamanı travma alanlardırsa, qalanları hamiləlik zamanı anaların tələb olunan qaydalara riayət etməmələri səbəbindən müxtəlif sağlamlıq problemləri ilə doğulan körpələrdir. Rəna həkim bu ilin doqquz ayında sözügedən şöbəyə 395 nəfər körpə xəstənin qəbul edildiyini bildirdi.

Müsahibimiz xəstəxanadakı körpələrin anaları ilə söhbət zamanı onların əksəriyyətinin hamiləlik dövründə həkim nəzarətindən keçmədiklərinin məlum olduğunu deyir. Rəna həkim bu il ərzində xəstəxanaya gətirilən körpələrdən 212 nəfərinin mərkəzi sinir sisteminin hipotik-işemik zədələnmələri, 85 nəfərinin kəskin respirator xəstəlikləri, 12 körpənin isə yarımçıq doğuşla bağlı daxil olduğunu bildirdi: "Sadalanan xəstəliklərin əksəriyyəti hamiləlik dövründə yaranıb. Biz təbii ki, buradakı körpələri müalicə edirik. Lakin bəzi hallarda xəstəlik ağır olduğundan, bu fəsadlar körpələrdə ömürlük qalır və daimi müalicələr aparılmasına ehtiyac duyulur".

Rəna Hüseynzadə əsasən doğum evlərində vəziyyətləri ağırlaşan uşaqların müalicəsi üçün nəzərdə tutulan xəstəxanaya hazırda körpələrin daha çox evlərdən daxil olduğunu bildirdi. Onun sözlərinə görə, bəzən körpələrin ilkin anda müalicəyə cəlb olunmamaları səbəbindən fəsadlar daha ağır nəticələrə gətirir: "Doğuşdan sonra ən azı bir həftə müddətində ana və körpə doğum evlərində nəzarət altında olmalıdırlar. İndi isə cəmi 1-2 gündən sonra xəstələr evlərinə buraxılırlar. Evdə də uşaqların vəziyyəti daha da ağırlaşdıqdan sonra onları bizə gətirməli olurlar".

Rəna həkim 9 ayda xəstəxanaya gətirilən körpələrdən 153-nün doğum evlərindən göndərildiyini, 297-sinin isə birbaşa bu tibb ocağına gətirildiyini bildirdi. Rəna həkim söylənilən səbəblər ucbatından bəzən körpələrin tam sağalmalarına olduqca çətin nail olunduğunu və bu il ərzində xəstəxanada qeydiyyatdan keçən iki körpənin vəfat etdiyini söylədi.

Sonda Rəna Hüseynzadə də bütün anaları uşaqlarının sağlamlığı naminə onların qayğısına hamilə olduqları andan etibarən qalmağa səslədi.

Məqalə "Doğru doğuşa doğru" müsabiqəsinə təqdim edilir.

Nüşabə FƏTULLAYEVA, Gəncə Media Mərkəzi

                               

http://www.ayna.az/rubric.php?id=27342

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb