Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


LEYLA ƏLİYEVA: MƏN RUSİYANIN AZƏRBAYCAN GƏNCLƏRİ TƏŞKİLATINA İNANIRAM


2007112901_120_01AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Moskvadakı "Mir" kino-konsert salonunda Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən təşkil edilmiş tədbir keçirilmişdir. Bu tədbir çərçivəsində Nümayəndəliyin rəhbəri Leyla Əliyeva ilə görüş olmuşdur. Görüşdə Rusiyanın 40 regionunu təmsil edən gənclər təşkilatlarının fəalları, diaspor rəhbərləri, Ümumrusiya Azərbaycan Konqresinin və Federal milli-mədəni muxtariyyətin 200-dən çox nümayəndəsi iştirak etmişdir.

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova görüşü açaraq, Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyinin fəaliyyəti barədə məlumat vermişdir. O, Nümayəndəliyin rəhbərinin apardığı böyük işləri xüsusi vurğulayaraq bildirmişdir ki, qısa müddətdə Rusiyanın müxtəlif ali məktəblərində azərbaycanlı gənclər klubları yaradılmağa başlanmış, bir sıra regionlarda yerli administrasiya və diasporlarla görüşlər təşkil edilmişdir. Fond Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmləndirilməsinə, Azərbaycan mədəniyyətinin nailiyyətlərinin nümayiş etdirilməsinə, Rusiyadakı azərbaycanlı gənclərin sıx birləşməsinə, Azərbaycanın bügünkü reallıqlarının Rusiya ictimaiyyətinə çatıdırılmasına böyük əhəmiyyət verir.

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev qeyd etmişdir ki, Azərbaycan diasporunun sıx birləşdirilməsi ideyası xalqımızın ümummilli lideri böyük Heydər Əliyevə məxsusdur. Bu ideyanın reallaşdırılması ÜAK-ın yaradılması ilə nəticələnmişdir və bu gün Konqresin gördüyü işlər ulu öndərimizin ideyalarının təcəssümüdür. E.Quliyev vurğulamışdır ki, azərbaycanlı tələbələrin Rusiya ali məktəblərində təhsil almaq imkanı gənclər siyasətinə çox böyük diqqət yetirən Prezident İlham Əliyevin böyük xidmətidir.

Sonra Rusiyanın müxtəlif regionlarını təmsil edən gənclərə söz verilmişdir. Onlar Fondun Rusiyadakı nümayəndəliyinin gənclərin sıx birləşməsini və onların Rusiya cəmiyyətinə inteqrasiya etməsini dəstəklədiyinə, müxtəlif layihələrin həyata keçirilməsinə köməyinə, azərbaycanlı gənclərin Rusiyanın ictimai-siyasi həyatında rolunun və nüfuzunun artmasına şərait yaratdığına görə Nümayəndəliyə təşəkkür etmişlər. Regionların kitabxana və məktəblərinin zəruri ədəbiyyat, dərsliklər və müxtəlif vəsaitlərlə təmin olunmasında Fondun fəal iştirakı xüsusi qeyd edilmişdir.

Leyla Əliyeva bu xoş sözlərə görə təşəkkürünü bildirərək qeyd etmişdir ki, Rusiyadakı azərbaycanlı gənclər çox fəal, qabiliyyətli və müsbət əhval-ruhiyyəli gənclərdir. O demişdir: "Bizim hər birimiz harada olsaq da, Azərbaycana çox xeyir verə bilərik. Biz əlbir olsaq, daha böyük uğurlar qazanarıq".

Sonra bayram konserti olmuşdur. Konsertdən əvvəl çıxış edən Leyla Əliyeva Heydər Əliyev Fondunun Rusiyada fəaliyyətinin əsas prioritetləri barədə söhbət açaraq xüsusi vurğulamışdır ki, müasir dünyada anlaşılmazlıqlar, fikir ayrılıqları və saxta stereotiplər çoxdur. Bu şəraitdə mədəni dialoq bir sıra problemlərin həllinin universal açarıdır. Nümayəndəliyin prioritet vəzifələrindən biri də Azərbaycan ilə Rusiya arasında mədəni dialoqun inkişaf etdirilməsi və genişləndirilməsidir. Bununla əlaqədar Rusiya-Azərbaycan münasibətlərindən bəhs edən L.Əliyeva qeyd etmişdir ki, bu münasibətlər bir sıra istiqamətlər üzrə dinamik inkişaf edir və dövlətlərimizin başçıları onu strateji tərəfdaşlıq münasibətləri hesab edirlər. O, bu münasibətlərin inkişaf etdirilməsində gənc nəslin xüsusi rol oynamasını vurğulayaraq demişdir ki, azərbaycanlı gənclər Rusiya cəmiyyətinə hərtərəfli inteqrasiya etməli, onun ictimai-siyasi həyatına fəal cəlb edilməli, lakin eyni zamanda, öz milli mədəniyyətini qoruyub saxlamalıdırlar. Azərbaycan klublarının, bazar günü məktəblərinin və digər mədəni mərkəzlərin əhatə dairəsinin genişləndirilməsi vacibdir, azərbaycanlı tələbələr bu mərkəzlərdə öz dilini, mədəniyyətini öyrənmək, eyni zamanda, Azərbaycanda baş verən prosesləri izləmək imkanından istifadə etməlidirlər.

Leyla Əliyeva Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) yaradılmasına böyük ümidlər bəsləyir. O demişdir: "İnanıram ki, RAGT elə bir vahid məkan yaratmağa nail olacaq ki, orada azərbaycanlı gənclərin hər bir nümayəndəsi özünə münasib maraqlı ideyalar tapacaq, yeni dostlar qazanacaqdır. Biz istəyirik ki, bu təşkilat bir-birini sevmək, dostluq etmək, ünsiyyət saxlamaq, Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini vermək istəyənlərin hamısı üçün bir növ körpü olsun".

Sonra çıxış edən "Yedinaya Rossiya" Partiyası Ali şurası katibinin müavini, RF Dövlət Dumasında "Yedinaya Rossiya" fraksiyasının sədr müavini Valeri Ryazanski demişdir ki, ölkələrimiz arasında münasibətlər mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur və bunun çox böyük perspektivləri vardır. O, təmsil etdiyi partiyanın rəhbərliyinin tədbir iştirakçılarına təbrikini oxumuşdur. Sənəddə bildirilir ki, azərbaycanlı gənclərin forumu Rusiya üçün və "Yedinaya Rossiya" üçün çox məsul bir məqamda - Dövlət Dumasına seçkilər ərəfəsində keçirilir. Ona görə də bu aksiyanın ucsuz-bucaqsız ölkənin bütün guşələrindən buraya toplaşmış azərbaycanlı gənclər tərəfindən dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir. V.Ryazanski demişdir: "Sizin Putinə və "Yedinaya Rossiya"ya səs verməyiniz təkcə öz vətəndaş mövqeyinizin nümayiş etdirilməsi deyil, həm də bizim ümumi qələbəmizin, Rusiyanın qələbəsinin təminatı olacaqdır".

Leyla Əliyeva qonağa Azərbaycan ilə Rusiya arasında qarşılıqlı münasibətlərdən bəhs edən kitab hədiyyə edərək demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki ölkə arasında dostluğun inkişaf etdirilməsinə həmişə böyük əhəmiyyət verirdi.

"Molodaya qvardiya" hərəkatı adından bu təşkilatın federal əlaqələndiricisi Aleksey Şapoşnikov çıxış etmişdir. O da müasir siyasi həyatda, ictimai-sosial proseslərdə gənclərin rolunu xüsusi vurğulamışdır.

Tver vilayətinin azərbaycanlı gənclərinin nümayəndəsi Ş.Məmişova iştirakçıları qəti əmin etmişdir ki, azərbaycanlı gənclər Putini dəstəkləyəcəklər.

Sonra tədbir iştirakçıları Azərbaycan haqqında, onun bugünkü uğurları haqqında süjetə tamaşa etmişlər.

Tədbir maraqlı konsert proqramı ilə başa çatmışdır. Bakıdan gəlmiş solistlər və yaradıcı kollektivlər öz məharətlərini nümayiş etdirmişlər.

 

www.azertag.com
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb