Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Gürcüstanin Azərbaycanli Qadinlar Birliyi



 
Marneuli rayonunda Qeyri-hökumət Sektorunun İnkişaf Mərkəzinin fəalları
 
 
Gürcüstanın Azərbaycanlı Qadınlar Birliyi (GAQB) qeyri-hökumət, qeyri-kommersiya, qeyri-siyasi təşkilatdır. 2000-ci ilin sentyabrında yaradılmış, 2001-ci ilin martında Marneuli rayon məhkəməsi tərəfindən qeydə alınmışdır. Təşkilatın rəhbəri Leyla Süleymanovadır.

GAQB-nin rəhbər orqanı - idarə heyəti, icraçı orqanı- təşkilatın aparatıdır, ona baş katib rəhbərlik edir.

GAQB-ın vəzifəsi: Gürcüstanın azərbaycanlı qadınlarının hüquqlarının müdafiəsi üçün onların birləşməsinə və Gürcüstanda demokratik islahatların və vətəndaş cəmiyyətinə dəstəyinə yardımçı olmaq.

GAQB-ın əsas məqsədləri

  • Xalqlar arasında humanist və harmonik əlaqələrin möhkəmləndirilməsinə yardım:
  • Azərbaycanlı qadınların gürcü cəmiyyətinə inteqrasiyasına yardım;
  • Azərbaycanlı qadınların qərar qəbul etmə prosesinə cəlb olunmasına yardım;
  • Qadınların cinsi əlamətlərə görə diskriminasiya edilməsinə mane olmaq;
  • Azərbaycan və gürcü xalqları arasında dostluğun bərqərar olmasına yardım etmək;
  • Həm Gürcüstanda, həm də onun sərhədlərindən kənarda qadın QHT-ləri ilə əlaqə və əməkdaşlığın yaradılması.

  • Marneuli rayonunun fəal qadınları, Gürcüstandakı Azərbaycanlı Qadınlar Birliyi tərəfindən təşkil edilmiş treninqin iştirakçıları
    GAQB-ın fəaliyyət dairəsi: GAQB-ın vasitəçiliyi ilə ehtiyacı olan ailələrin uşaqlarına humanitar yardım, tənha və qoca adamlara dərman preparatları təqdim edilmişdir. Tbilisidə GAQB-nin nəzdində ilk Azərbaycan "Ulduz" folklor rəqs ansamblı yaradılmışdır. GAQB Tbilisi azərbaycanlıları üçün milli "Novruz bayramı"nın keçirilməsinin təşəbbüsçüsü və proqramın müəllifidir.

    15 dekabr 2003-cü ildə Marneuli şəhərində Leyla Süleymanovanın rəhbərliyi altında GAQB tərəfindən yaradılmış qeyri-hökumət sektorunun inkişaf Mərkəzi öz işinə başlamışdır. Mərkəz ABŞ səfirliyi nəzdində Demokratik Fondun dəstəyi ilə fəaliyyət göstərir. Təşkilat qadın hərəkatının müxtəlif sahələrində işləyən könüllülərdən ibarətdir. GAQB mərkəz (Tbilisi) və Gürcüstanın regionları, Azərbaycan və Gürcüstan QHT-ləri arasında körpü rolunu oynayır.

    Birlik müxtəlif qeyri-hökumət və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, Gürcüstanın ictimai-siyasi həyatında fəal iştirak edir.
    SAYTIN XƏBƏRLƏRİ

    "Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
    - İslam dini zorakılığı qadağan edir
    - İslamda qadın-kişi bərabərliyi
    - İslamda qadının ictimai həyatdakı rolu
    - İslamda ailə həyatı




    VİRTUAL MUZEY

    XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




    AVROPA QADIN TEZAURUSU

    Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




    GENDER DİREKTORİYASI

    Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




    AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

    Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




    QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




    QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




    QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




    GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






    Human Rights in the XXI Century - Azerbaijan
















    Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




         Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb