Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


"BİZDƏ MƏHBUSLARIN SAYININ AZALMASI DÜNYADA TƏƏCCÜBLƏ QARŞILANIB"


 Ombudsman Elmira Süleymanovanın sözlərinə görə, vətəndaşların şikayətlərinin xarakteri dəyişib                                 

 X.SƏFƏRLİ                                 

 "Ombudsman institutunun fəaliyyət göstərdiyi müddət ərzində quruma 32 mindən çox şikayət daxil olub. Hər il Ombudsman Aparatına təxminən 7000-7500 şikayət daxil olur. Son illər şikayətlərin xarakterində dəyişikliklər hiss edilir. Məsələn, bir neçə il əvvəl insanlar daha çox seçki hüquqları ilə bağlı müraciət edirdilər. Əhalinin, demək olar, 50 faizinin şəxsiyyət vəsiqəsi yox idi və onlar seçkidə iştirak edə bilmirdilər. Biz bu məsələnin qısa müddət ərzində həllinə nail olduq. Şikayətlərin bir qismi isə sosial problemlərlə bağlı olub. Biz bu məsələnin də həllinə çalışmışıq". Bu sözləri APA-ya müsahibəsində Azərbaycanda insan haqları üzrə müvəkkil Elmira Süleymanova bildirib.

Bir neçə il əvvəl qaçqın və məcburi köçkünlər tərəfindən müxtəlif problemlərlə əlaqədar çoxlu şikayət olunduğunu deyən ombudsman qeyd edib ki, bu gün onların böyük bir hissəsinin yaşayış yeri ilə bağlı problemləri həll olunub, yeni qəsəbələr istifadəyə verilib.

Ombudsman cəzaçəkmə müəssisələrində vəziyyətin müsbətə doğru dəyişməkdə olduğunu bildirib: "Ancaq şəraitin daha da yaxşılaşdırılmasına ehtiyac var. Azərbaycanda məhbusların sayının azalması dünyada çox böyük təəccüb və razılıqla qarşılanır. Əvvəllər bizdə hər 100 min əhaliyə 500-600 məhbus düşürdüsə, bu gün bu rəqəm 200 nəfərə enib. Bir çox ölkələr bunun səbəbləri ilə maraqlanır. Biz cəzaçəkmə müəssisələrində vəziyyətin daha da təkmilləşdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə çoxsaylı təkliflər vermişik. Əvvəllər cəzaçəkmə müəssisələrində işgəncələrlə bağlı çoxsaylı fakt vardı. Son illər bu sahədə müəyyən dəyişikliklər var. Ancaq hələ də döyülmə halları ilə bağlı müraciətlər olur. Bu sahədə işin təkmilləşməsinə ehtiyac var. Daxili İşlər Nazirliyi ilə birgə mühüm işlər görürük, bu işlərin böyük səmərəsi olur. Ombudsman təsisatının 200 il yaşı var, bizdə isə bu təsisat 5 ildir fəaliyyət göstərir".

E.Süleymanova bildirib ki, bu gun Azərbaycanda ən çox narahatlıq doğuran, müzakirə obyekti olan məsələ jurnalistlərin həbsi və zorakılığa məruz qalmasıdır: "Biz öz cəmiyyətimizin inkişafına, söz, mətbuat və sərbəst toplaşmaq azadlığının qorunmasına çalışırıq. Demək olmaz ki, burada problemlər yoxdur. Həbsdə olan jurnalistlərin hamısının vəziyyəti eyni deyil".

E.Süleymanova mətbuat ombudsmanının yaranmasına etiraz etmədiyini vurğulayıb. Onun sözlərinə görə, bəzi ölkələrdə beş-altı ombudsman fəaliyyət göstərir: "Bizdə ombudsmanın müşavirləri var, onlar müxtəlif problemlərlə məşğul olurlar. Bu müşavirlər hər biri öz sahəsində ixtisaslaşmış mütəxəssisdir. Biz çalışırıq ki, öz fəaliyyətimizdə bütün sahələri əhatə edək. Mətbuat ombudsmanı yaradılsa, biz onun fəaliyyətini müşahidə edərik. Hər halda bu məsələyə baxmaq lazımdır, prinsipcə, mənim mətbuat ombudsmanının yaradılmasına etirazım yoxdur".

Elmira Süleymanova onun fəaliyyətini tənqid edən hüquq müdafiəçilərinə münasibətini açıqlayıb. Ölkənin hüquq müdafiəçiləri Gürcüstanda keçirilən mitinqlər zamanı bu ölkənin ombudsmanının fiziki təzyiqlərə məruz qalmasına baxmayaraq, mitinq iştirakçılarının yanında olmasını Azərbaycan ombudsmanına nümunə kimi göstərməyə çalışıblar. E.Süleymanova bununla razı deyil. Onun sözlərinə görə, Gürcüstan ombudsmanı həmin hadisələr zamanı əməlli-başlı döyülmüşdü: "Bu hadisə ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər olundu. Ombudsmana qarşı bu hadisənin baş verməsi nonsensdir. Burada insan huquqlarına münasibətdən söhbət gedir. Mən heç bir iğtişaş istəmirəm".

Əvəzində ombudsman hüquq müdafiəçilərini siyasi məhbus adı altında bizneslə məşğul olmaqda ittiham edib. Bəzi hüquq müdafiəçilərinin Azərbaycanda yeni siyasi məhbus siyahısı hazırlamasına mövqe bildirən E.Süleymanova qeyd edib ki, Azərbaycanda siyasi məhbus məsələsinə münasibət bəllidir. "Bu siyahıların necə hazırlandığı və bu siyahıya kimlərin adlarının salındığı da məlumdur. Bəzi təşkilatlar bu işə biznes kimi baxır. Biznes məşğulluq deməkdir, bu onların həyat tərzidir", - deyə ombudsman rişxəndlə bildirib.                                  

                                                               

http://www.ayna.az/rubric.php?id=27810

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb