Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


DÜNYA VƏ UŞAQLARIN DÜNYASI


2007100601_120_03BMT Baş Məclisinin 2002-ci ildə keçirilmiş 27-ci xüsusi sessiyasının yekun sənədi olan "Uşaqlar üçün yararlı dünya" Bəyannaməsinin və Fəaliyyət Planının qəbul edilməsindən sonrakı beş il ərzində əldə olunmuş nailiyyətləri qiymətləndirmək məqsədi ilə dekabrın 11-12-də Nyu-Yorkda BMT Baş Məclisinin geniş iclası keçirilmişdir. İclasda BMT-yə üzv dövlətlərin rəsmi nümayəndə heyətləri ilə yanaşı, "Uşaqlar üçün yararlı dünya" Bəyannaməsinin tələblərinə müvafiq surətdə müxtəlif ölkələri təmsil edən uşaqlar da yaxından iştirak etmişlər. Uşaqların toplantıda bilavasitə iştirakında məqsəd onların problemlərinin özləri tərəfindən səsləndirilməsindən ibarət olmuşdur. Bu da uşaqların özlərinin fəal iştirakı ilə onların problemlərinin həlli yollarının axtarılması üçün real imkan yaratmışdır.

İclasda ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir. Nümayəndə heyətinin tərkibində Azərbaycan uşaqlarını təmsil edən Turab Teymurov və Elnarə Əliyeva da olmuşdur.

Komitədən bildirmişlər ki, H.Hüseynova BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Əlcəzairdəki nümayəndəliyində, habelə dövlət binalarında törədilmiş terror aktından təəssüfləndiyini bildirmiş və faciə qurbanlarının yaxınlarına, bütün Əlcəzair xalqına başsağlığı vermişdir. H.Hüseynova məruzəsində iclas iştirakçılarına BMT-nin "Uşaqlar üçün yararlı dünya" Bəyannaməsi və Fəaliyyət Planının qəbul edilməsindən ötən müddətdə Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində əldə edilən nailiyyətlər və qarşıya çıxan problemlər haqqında geniş məlumat vermişdir. O, Fəaliyyət Planında geniş əks olunmuş HİV/AİDS probleminin ölkəmizi də narahat etdiyini xüsusi vurğulamış və bu xəstəliklə mübarizə sahəsində görülən tədbirlərdən danışmışdır. H.Hüseynova Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində uşaq hüquqlarının kütləvi surətdə pozulduğunu iştirakçıların diqqətinə çatdırmışdır. O, xüsusi qeyd etmişdir ki, buna baxmayaraq, istər dövlət qurumları, istərsə də qeyri-hökumət təşkilatları tərəfindən qaçqın və məcburi köçkün uşaqların öz hüquqlarından səmərəli istifadə etməsi üçün lazımi şəraitin yaradılması üzrə ardıcıl tədbirlər görülür. Komitə sədri Heydər Əliyev Fondunun Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr haqqında iclas iştirakçılarına ətraflı məlumat vermişdir.

Səfər çərçivəsində H.Hüseynova Avropa Şurası baş katibinin müavini xanım Mod de Bur Bukikkio ilə görüşmüşdür. Görüşdə Avropa Şurası ilə müvafiq sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. H.Hüseynova İtaliyanın ailə məsələləri üzrə naziri xanım Rozi Bindi ilə də görüşmüşdür. R.Bindi Azərbaycan Prezidenti İlham Əliyevin ailə, qadın və uşaq problemləri sahəsində dövlət siyasətinin həyata keçirilməsinin vahid dövlət orqanına həvalə edilməsi barədə qərarını yüksək qiymətləndirmişdir. Görüşdə ölkələrimiz arasında müvafiq sahələrdə təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

AzərTAc

http://www.xalqqazeti.com/index.php?lngs=aze&cats=8&ids=15092

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb