Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


“İLYAS ƏFƏNDİYEV BEYNƏLXALQ MÜKAFATI 2007”nin LAUREATLARININ ADLARI AÇIQLANDI


İlyas Əfəndiyev Fondunun İdarə Heyəti 2006-cı ildə "İlyas Əfəndiyev Beynəlxalq Mükafatı"nı təsis etmişdir. Mükafat xüsusi hazırlanmış miniatür heykəldən, diplom və laureat haqqında yazılmış monoqrafiyadan ibarətdir. Mükafatın laureatlarının təyin edilməsini, sənədləşmə işlərini və mükafatın laureatlara təqdim edilməsini nüfuzlu Mükafat Komissiyası həyata keçirir.

2006-cı ildə "İlyas Əfəndiyev Beynəlxalq Mükafatı" üç nominasiyada təqdim edilmişdir. "İlyas Əfəndiyev Beynəlxalq Mükafatı 2006"-nın laureatı adına Azərbaycan Rspublikası Milli Məclisinin deputatı, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva, Litva Respublikasının Prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri cənab Valdas Adamkus və Macarıstan Respublikasının "Duna TV" Teleşirkətinin Prezidenti cənab Laslo Çelenyi layiq görülmüşlər.

2007-ci ildə isə AMEA Nizami adına Əbəbiyyat İnstitutunun direktoru, akademik, filologiya elmləri doktoru, professor Bəkir Nəbiyevin sədrliyi ilə keçirilən Mükafat Komissiyasının iclasında mükafatın 5 nominasiyada - 1. "Sülh və demokratiyanın tərəqqisində göstərdiyi xidmətlərə görə", 2. "Xeyriyyəçilik sahəsində göstərdiyi xidmətlərə görə", 3. "Elmin inkişafında göstərdiyi xidmətlərə görə", 4. "Maarifin tərəqqisində göstərdiyi xidmətlərə görə", 5. "Azərbaycan ədəbiyyatının təbliğində göstərdiyi xidmətlərə görə" nominasiyalarında təqdim olunması qəbul edilmişdir.

Komissiya üzvləri ölkəsində sabitliyin bərqərar olması, uğurlu iqtisadi inkişaf və demokratik islahatların həyata keçirilməsinə nail olması və sivilizasiyalararası dialoq prosesində böyük xidmətlər göstərməsini nəzərə alaraq Finlandiya Respublikasının Prezidenti xanım Tarya Kaarina Haloneni Sülh və demokratiyanın tərəqqisində göstərdiyi böyük xidmətlərə görə" nominasiyasında; dünyanın müxtəlif ölkələrində müxtəlif sahələrdə, o cümlədən QİÇS-lə mübarizə, yoxsulluğun aradan qaldırılması, gənclərə dəstək və digər sahələrdə apardığı səmərəli xeyriyyəçilik fəaliyyətini nəzərə alaraq Norveç Krallığının Tac Şahzadəsi Əla-Həzrət Haakon Magnusu "Xeyriyyəçilik sahəsində göstərdiyi böyük xidmətlərə görə" nominasiyasında; dünyada kosmik, kompüter, foto, audio və video, tikinti və digər sahələrdə yeni texnologiyaların əldə edilməsində qeyri-səlis məntiq nəzəriyyəsinin müstəsna rolunu nəzərə alaraq Soft Computing İnstitutunun direktoru, professor Lütfi Zadəni "Elmin inkişafında göstərdiyi xidmətlərə görə" nominasiyasında; təhsildə innovasiyaların tətbiqi, təhsil islahatlarında və təhsil haqqında qanunun hazırlanmasında yaxından iştirak etməsini nəzərə alaraq Moskva Humanitar Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor İqor İlyinskini "Maarifin tərəqqisində göstərdiyi xidmətlərə görə" nominasiyasında; Azərbaycan ədəbiyyatına böyük maraq göstərən və onun 20-dən çox nümunələrini Ukrayna dilinə tərcümə edib, təbliğ etməsini nəzərə alaraq Ukrayna Milli Yazıçılar Birliyinin üzvü Valentin Tsipkonu "Azərbaycan ədəbiyyatının təbliğ edilməsində göstərdiyi xidmətlərə görə" nominasiyasında "İlyas Əfəndiyev Beynəlxalq Mükafatı 2007"nin laureatları adına layiq gördülər.

Komissiyanın üzvləri: AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, filologiya elmləri doktoru, professor Bəkir Nəbiyev (sədr); Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev; Xalq şairi, əməkdar incəsənət xadimi, millət vəkili Vaqif Səmədoğlu; Millət vəkili Fəttah Heydərov; Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyev; Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın və SSRİ xalq artisti, dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəyli; Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamal Abdulla; Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətov; Azərbaycan Jurnalistlər Birliyinin sədri, Azərbaycanın əməkdar jurnalisti Elçin Şıxlı.

 

İlyas Əfəndiyev Fondunun

Mətbuat Xidməti

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb