Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


"HİCABA QADAĞA MÜDDƏASI QANUNDAN ÇIXARILACAQ"


2007112101_120_01Rəbiyyət Aslanova ölkənin hüquq müdafiəçiləri ilə görüşməyə hazırdır. "Təhsil haqqında qanunda hicabla bağlı qadağanın əks olunması yolverilməzdir". Bu sözləri "Ayna"ya açıqlamasında Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova müzakirəyə çıxarılmış qanun layihəsində bu məsələ ilə bağlı ajiotajı şərh edərkən bildirdi. Onun sözlərinə görə, Azərbaycanda təhsil dünyəvi sistem üzrə olsa da, bununla yanaşı dini təhsil müəssisələri də var. Onların daxili nizamnaməsinə görə, geyim qaydaları göstərilib. "Hesab edirəm ki, bu müddəa oradan çıxarılacaq", - deyə o bildirdi.

Ölkədə insan haqları sahəsində ciddi pozuntuların olması ilə bağlı hüquq müdafiə təşkilatlarının səsləndirdiyi bəyanatları şərh edən R.Aslanova qeyd etdi ki, siyasi hüquqlar sahəsində Azərbaycanda heç bir problem yoxdur: "İstənilən vətəndaş öz siyasi hüquqlarını gerçəkləşdirə bilər. Onun fəaliyyətini məhdudlaşdıran elə bir müddəa yoxdur".

Ölkədə 50-dən artıq qeydiyyatdan keçmiş partiyanın fəaliyyət göstərdiyini deyən millət vəkili bunun çoxpartiyalı sistemin formalaşması üçün əsas yaratdığını dedi. "Bu gün Azərbaycanda çoxpartiyalı sistem formalaşmayıb. Sistemin formalaşması asan məsələ deyil. Bunun üçün oturuşmuş, böyük elektorata malik olan siyasi partiyalar lazımdır".

R.Aslanova insan hüquqları daimi komissiyasının sədri kimi bütün bu sahədə fəaliyyət göstərən QHT nümayəndələri ilə görüşməyə hazır oldğunu bildirdi.

"İnsan hüquqları komissiyası iqtidar partiyasının komissiyası deyil, hər bir vətəndaşın təkliflərini ünvanladığı bir qurumdur. Siyasi mənsubiyyətindən asılı olmayaraq hamı ilə görüşməyə hazıram", - deyə o bildirdi.

Rəbiyyət Aslanova 2007-ci ilin siyasi yekunlarından razıdır. Jurnalistlərlə söhbətində o qeyd etdi ki, ötən il prezidentin imzaladığı "İnsan hüquqlarının qorunması ilə əlaqədar Milli Fəaliyyət Proqramı"ndan ötən bir il ərzində Azərbaycanda vətəndaşların hüquqlarının təmin olunması istiqamətində atılan addımlar göz önündədir.

R.Aslanovanın sözlərinə görə, insan hüquqlarının qorunması bir dəfə gerçəkləşib sonradan davamı olmayan proses deyil. "Hər gün, hər an bu hüquqların qorunması lazımdır. Mənim gələn ildən gözləntim hüquq-mühafizə orqanlarının fəaliyyətinin daha da yaxşılaşmasıdır. Doğrudur, bu vəziyyət yaxşıdır, amma bizə şikayətlərin heç gəlməməsini istərdim. Bundan başqa, məmur-vətəndaş münasibətlərində irəliyə doğru addımlar atılmasını gözləyirəm", - deyə o vurğuladı.                                  

 X.SƏFƏRLİ                                       

http://www.ayna.az/rubric.php?id=28621

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb