QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
Tək əldən səs çixmaz L.Süleymanova - Gürcüstan Azərbaycanlı Qadınlar İttifaqının sədri
Hər hansı üçün toplaşan azərbaycanlı qadınlar, başqa qadınlar kimi
tez-tez öz problemlərini müzakirə edirlər. Çox təbii ki, günün ən
vacib-gündəlik problemləri və onların aradan qaldırılması yolları
haqqında söhbət gedir.
Belə görüşlərin birində Gürcüstanda azərbaycanlı qadınları birləşdirən
təşkilatın yaradılması ideyası ortaya çıxdı. Belə olduğu təqdirdə, öz
hüquqlarını asan müdafiə etmək, özü haqqında səslə bəyan etmək və əmin
olmaq olardı ki, onu şübhəsiz eşidərlər. Necə deyərlər, deyildiyi kimi
də edildi. Beləliklə, 2000-ci ilin noyabr ayında Gürcüstanda
Azərbaycanlı Qadınlar İttifaqı yarandı ki, onun sədri Leyla Süleymanova
oldu.
Leyla - ADU-nun şərqşünaslıq fakültəsinin və Tunis Canlı
Dillər İnstitutunun məzunudur. O, şərqşünasdır. 1996-cı ildən Gürcüstan
Azərbaycanlıları Mədəniyyət Mərkəzinin elmi işçisidir.
Təşkilatın əsas məqsədləri bunlardır: azərbaycanlı qadınların
Gürcüstan cəmiyyətinə inteqrasiyası, onları dövlətin ictimai-siyasi
həyatında rolunu, qərarların qəbuledilməsi və vətəndaş cəmiyyətin
quruculuğunda iştirakı prosesinə yönəltmək.
Azərbaycanlı Qadınlar İttifaqı bütün qadın təşkilatları,
Gürcüstanda olduğu kimi, onun xaricində də digər QHT-ı ilə
əməkdaşlığını möhkəmlətmək, azərbaycan və gürcü xalqları arasında
humanist və harmonik münasibətlərin möhkəmləndirilməsinə yardım
göstərmək, cinsi əlamətlərinə görə qadınların diskriminasiyasına
maneçilik törətmək kimi hallara öz münasibətini bildirir.
Bunlara üstünlük verilməsi təsadüfi deyildir. Təşkilatın
azərbaycanlı qadınların yığcam yaşadığı yerlərdə keçirilmiş bir sıra
monitorinq və problemlərin tədqiqatları aydın göstərmişdir ki, qadınlar
sosial planda daha fəaldırlar, onlar daha savadlı olsalar da, lakin
bununla bərabər, ictimai fəaliyyətlə məşğul ola bilmirlər. Səbəbləri
müxtəlifdir: ailənin buna mənfi münasibəti və ya qadının vaxtının böyük
hissəsini alan məişət çətinlikləridir.
Lakin vəziyyət o qədər də çıxılmaz deyildir. Tbilisidə də,
rayonlarda da fəal qadınların böyük potensialı mövcuddur. Onlar üçün
ictimai-siyasi və mədəni həyatda iştirak etmək üçün platforma vacibdir.
L.Süleymanova bildirdi: - Yaddan çıxarmaq lazım deyil ki, "tək
əldən səs çıxmaz". Sıx birləşən qadınlar öz hüquqları üçün
müvəffəqiyyətlə mübarizə apara bilərlər. Bizim bilavasitə iştirakımız
olmamış heç kəs bizim yerimizə problemlərimizi həll edə bilməz.
Təşkilatımız yaşadığımız cəmiyyət üçün əlverişli olan fəaliyyət və
əməkdaşlıq proqramı işləyib hazırlayır. Heç kəsdən gizli deyildir ki,
mentalitet və cəmiyyətmizdəki mövcud olan stereotipləri nəzərə alsaq
qadın təşkilatlarına münasibət, sadəcə desək, skeptikdir.
İttifaq öz fəaliyyətinə mədəni-xeyriyyə tədbirləri ilə
başlamışdır. Təşkilatın köməyi ilə ehtiyacı olan azərbaycanlı ailələrin
uşaqlarına humanitar yardım göstərilmiş, tənha və yaşlı adamlara
dərmanlar verilmişdir. Təşkilatın nəzdində Gürcüstanda yeganə olan
azərbaycan "Ulduz" folklor rəqs ansamblı yaradılmışdır ki, qısa müddət
ərzində Gürcüstanda və onun xaricində ən müxtəlif festivallarda,
müsabiqə və konsertlərdə iştirak etmişdir. Türkiyənin Erbaa şəhərində
keçən folklor festivalı buna misal ola bilər. Bu festivalda Gürcüstan
azərbaycanlılarının mədəniyyəti ilk dəfə nümayiş etdirilmişdir.
Bundan başqa, İttifaq hər il Novruz bahar bayramını geniş
miqyasda qeyd edir. Bu bayram mart ayı ərzində çərşənbə axşamları qeyd
edilir. Hər bir çərşənbə axşamına həyatın 4 ünsüründən biri - su, od,
torpaq və hava təsadüf edir.
L.Süleymanova deyir: - Bu bayramın kökləri Zərdüştə, "Avestaya" gedib
çıxır. Elə buna görə də yeni ilin daxil olmasını (fars dilindən
tərcüməsi "Novruz" - "yeni gün" deməkdir) yalnız azərbaycanlılar deyil,
gürcülər, asuriyalılar, farslar, türklər, Orta Asiya xalqları, yəni
zərdüştlük yayılmış bölgələr qeyd edirlər. Ənənəyə görə belə hesab
edilir ki, Novruz Xeyirlə Şərin mübarizəsini göstərir. Bu ad altında
Baharla Qış nəzərdə tutulur ki,
Xeyrin Şər üzərində qələbəsi zəruridir. Xalqda belə bir inam var ki, Novruzla başlanan hər bir yeni iş uğurlu olur.
Bundan başqa, təşkilatın üzvləri müxtəlif konfrans və seminarlarda
iştirak edir. İttifaq tərəfindən azərbaycanlıların yığcam yaşadığı
bölgələrdə çoxlu tədbirlər hazırlanır və xüsusi layihələr həyata
keçirilir. Belə tədbirlərdən biri, məsələn Marneuli r-da "Qadınlara
informasiya yardımı Mərkəzini" göstərmək olar. Layihənin
komponentlərindən biri qadınların və uşaqların zorakılığdan müdafiə
komitəsidir ki, onun xidmətlərindən qadınlar kimi, kişilər də istifadə
edə bilərlər. Layihə 10 aylığa nəzərdə tutulmuş və mərkəzin nəzdində
"hüquq məsləhətxanası" fəaliyyət göstərəcəkdir.
L.Süleymanova aydınlaşdırır: - Mərkəzin yaradılması bölgə ilə
paytaxt arasında əlaqələndirmə körpüsünə çevriləcəkdir. Mərkəzin
informasiya bazasında Gürcüstanda qadın hərəkatı haqqında istənilən
informasiya olacaqdır. Beləliklə biz rayonun qadınlarına layihə və
proqramlarda, ölkədə baş verən proseslərdə iştirak etmək imkanı
veririk.
Elə buradaca biz digər layihə - "Marneuli r-da QHT-nın inkişaf
Mərkəzi" haqqında danışmaq istərdik. Gürcü dilini öyrənmək,bilgisayarda
işləmək və mülki təhsil əsaslarına yiyələnmək istəyənlərə də imkan
yaradılır. Mərkəzin müdavimləri üçün hüquqi kitabxananın yaradılması da
nəzərdə tutulur.
L.Süleymanova qeyd edir: - "Heç kəsə gizli deyil ki, bu gün yığcam
halda etnik azlıqlar yaşayan yerlərdə ölkənin dövlət dilinin
öyrənilməsi məsələsi daha ciddi tutur. Mərkəzin periferiyaları praktiki
olaraq təcrid olunması informasiya qıtlığı, ixtisaslı gürcü dili
müəllimlərinin azlığı və bir çox amillər bu problemin həllinə əngəl
yaradır. Rayonda orta təhsil məktəblərinin şagirdləri üçün dövlət
dilinin öyrənilməsi üzrə Dövlət Proqramı həyata keçirilməsinə
baxmayaraq, daha yaşlı vətəndaşlar üçün bu məsələ həll edilməmiş qalır.
Bizim layihəmiz məhz həmin yaşlı əhali üçün nəzərdə tutulmuşdur ki,
buraya 18 yaşdan yuxarı adamlar daxildir. Göründüyü kimi, bu yaş
kateqoriyası təsadüfi deyildir. Leyla xanım daha sonra yığcam halda
etnik azərbaycanlılar yaşayan r-da fəal işləməyi və habelə paytaxtda
yaşayan azərbaycanlı qadınlar üçün müxtəlif tədbirlər keçirməyi də
nəzərdə tutur.
Gənclik Kavkaz Ekspresi, iyun-iyul 2003
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|