Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


"Qadın və sülh" qəzeti


"Qadin və sülh" qəzetİ


MİLLİ ŞƏBƏKƏNİN YARADILMASINDAN MƏMNUNAM

BMT Qadınlar üçün İnkişaf Fondn UNİFEM-in "Qadınlar Cənubi Qafqazda Münaqişələrin qarşısının alınması və Sülh Yaradılması Uğrunda" layihəsinin Azərbaycan üzrə baş Texniki Məsləhətçisi Patrisiya MakFillipsin eksklüziv müsahibəsini nəzərinizə çatdırırıq.

-Patrisiya xanım, UNİFEM-in dəstəyi ilə Məcburi Köçkün Qadınların Milli Şəbəkəsi yarandı. Bizə göstərdiyiniz dəstək üçün Sizə təşəkkür edirik.

- Məmnunuq ki, belə bir şəbəkəni yaratmısınız. Biz çoxdan arzulayırdıq ki, siz köçkün qadınlar hər hansı bir müstəqil qurumda fəaliyətinizi qura biləsiniz. Bu işdə Sizə mümkün qədər kömək etmişiksə, bu bizi sevindirir. UNİFEM-in layihəsi başa çatmaq üzrədir. İstərdik ki, sizə hər hansı kömək göstərək ki, bizdən sonra da digər xarici təşkilatlarla da geniş əlaqələr yaradasınız.

-Şəbəkədə birləşən köçkün qadınlara arzularınız...

- Təəssüflər olsun ki, məcburi köçkün qadınlar arasında birlik zəifdir. Amma onlar arasında savadlı, ziyalı, enerjili, güclü qadınlar çoxdur. Onlar təcavüzə nə qədər məruz qalsalar da, ümidlərini itirməyiblər. İstərdim ki, bu qadınlar möhkəm birləşsinlər və onların səsləri hər hansı bir qərarın qəbul edilməsində eşidilsin. Passivlikdən çıxıb, aktiv həyata qədəm qoysunlar. Fəaliyyət növündən asılı olmayaraq, qadınlarımıza öz hüquqlarınızı müdafiə etməyi arzu edirəm.

Bəsirə Məmmədli



UĞURLU GƏLƏCƏYİNİZƏ İNANIRAM

BMT-nin Qadınlar üçün İnkişaf Fondunun "Qadınlar Cənubi Qafqazda münaqişənin qarşısının alınması və sülh yaradılması" adlı regional layihəsi çərçivəsində məcburi köçkün qadınların münaqişənin qarşısının alınması və danışıqlar aparılması sahəsində səy və bacarıqlarını artırmaq, bu layihənin ümdə məqsədlərindən biridir. Bu məqsəd çərçivəsində 2002-2003-cü illərdə bir sıra fəaliyyət proqramı həyata keçirilib. Belə ki ,2002-ci ildə məcburi köçkün qadınlar üçün "Münaqişənin qarşısının alınması və sülh yaradılması uğrunda" 3 günlük 15 treninq keçirildi. Treninqdə iştirak edən qadınlar arasında seçilən fəallar bu il 4 günlük treninqdə iştirak ediblər. Bu treninqlərdə qadınlara daha dərin biliklər verildi. Ən vacibi bu oldu ki, 4 bölgədə yerli şəbəkə yaradıldı: Bakı, Gəncə, Sabirabad, Ağdam şəbəkələri. Sonra Bakıda 2 günlük seminar keçirdik ki, bu seminarda 4 şəbəkədən olan qadınlar qərara gəldilər ki, məcburi köçkün qadınların Milli Şəbəkəsini yaratsınlar. Bundan sonra milli şəbəkənin koordinasiya şurasını da yaratdılar. Koordinasiya Şurasına 8 nəfər-hər şəbəkədən 2 nəfər olmaqla, nümayəndələr seçildi. Sevindirici haldır ki, koordinasiya şurası üzvlərinin görüşündən sonra geniş fəaliyyət proqramı tərtib olundu. Artıq bu şəbəkələrin yerlərdə geniş fəaliyyəti hiss olunur. Şəbəkələr 21 sentyabr "Beynəlxalq Sülh Günü"nə həsr edilmiş tədbirlər planı üzrə 4 məktəbdə rəsm müsabiqələri keçirirlər. Müsabiqənin qalibləri və şəbəkə üzvləri sentyabrın 21-də Sabirabadda toplaşacaqlar. İnanıram ki, milli şəbəkə öz fəaliyyətini uğurla davam etdirəcək.

Gülşən Paşayeva

UNİFEM-in "Qadınlar Cənubi Qafqazda Münaqişələrin Aradan Qaldırılması və Sülh Yaradılması Uğrunda" Layihənin Azərbaycan üzrə milli əlaqələndirici



ŞƏHİD ANALARINI SÜLH UĞRUNDA MÜBARİZƏYƏ ÇAĞIRIRAM

Müharibədə ən ağır zərbə alanlardan biri də mənəm. Ancaq bu illər mənə şəhid anası, milli qəhrəman anası, analar anası kimi bu ad da qazandırıb. Şəhərdə "şəhid anaları" cəmiyyətinin sədri kimi şərəfli iş aparıram. İndi həyatımın mənasını dünyada sülhün qorunmasına torpaqlarımızın işğaldan azad edilməsinə, şəhid olan ruhların azad edilməsinə az-çox xidmətdə görürəm. Bir-neçə il öncə İstambulda keçirilən sülh konfransının iştirakçısı oldum. Dünyanın 105 ölkəsindən gələn qadınların bir istəyi vardı. Elə o gündən ağrılı günlərini unutmağa çalışıram. Mənim dünyaya baxışlarımı bir daha UNİFEM-in keçirdiyi treninqlər dəyişdirdi. Qadınların sülh carçısı kimi apardığı mübarizə bizi məcbur edir ki, təhlükədə olan dünyamızı qoruyaq. Şəhid anaları bu mübarizənin önündə getməlidirlər. Bütün dünya qadınları kimi biz Azərbaycan qadınları da sülh carçısına çevrilməliyik.

Səyyarə İsgəndərova



HƏVVA MƏMMƏDOVA

1958-ci ildə anadan olub. 1980-ci ildə Xankəndi Pedaqoji Universitetinin tarix fakultəsini, 1992-ci ildə isəBakı Sosial İdarəetmə Politologiya institutunu bitirmişdir. 2001 -ci ildə Ermənistan-Azərbaycan münaqişəsi üzrə tədqiqat elmləri namizədi adını almışdır. Qarabağ mövzusu ilə bağlı 3 kitabın müəllifidir. Belçikada nəşr olunan "Yeni Avropa" jurnalının Bakı üzrə təmsilçisidir. Məcburi köçkün qadınların Bakı şəbəkəsinin üzvüdür.

Qavva Mamedova

Rodilasğ 1958-om qodu. V 1980-om qodu okonçila istoriçeskiy fakulğtet Pedaqoqiçeskoqo Universiteta Xankendi, a 1992-om qodu Bakinskiy İnstitut Politoloqii i Soüialğnoqo upravleniə. V 2001-om qodu zahitila kandidatskuö dissertaüiö na temu Arməno-Azerbaydjanskomu konfliktu. Avtor 3- x kniq .

Çlen Bakinskoy seti.



AYGÜN KƏRİMOVA

1956-cı ildə Laçında anadan olub. APİ-nin biologiya fakultəsini bitirib. Sarıqayada yerləşən 21 saylı Laçın orta məktəbin direktorudur. Laçın İcra Hakimiyyətinin yerli nümayəndəsidir. Məcburi köçkün qadınların Gəncə şəbəkəsinin üzvüdür

Ayqön Kerimova

Rodilasğ 1956-om qodu. Okonçila bioloqiçeskiy fakulğtet ALİ. Direktor Laçinskoy sredney şkolı № 21 naxodəhiysə v Sarıqae. Mestnıy predstavitelğ ispolnitelğnoy vlasti Laçinskoqo rayona. Çlen seti Qəndji.



ÜLKƏR QULİYEVA-HÜSEYNOVA

1954-cü ildə Füzuli rayonunda anadan olub. 1977-ci ildə indiki N.Tusi adına ADPU-nin filalogiya fakultəsini bitirib. 1993-ci ildən Sabirabad rayonundakı Qalaqayın köçkün düşərgəsindəki 27 saylı Fizuli rayon orta məktəbinin direktoru işləyir. Məcburi köçkün qadınların Sabirabad şəbəkəsinin üzvüdür.

Ulker Qulieva-Quseynova

Rodilasğ 1954-om qodu v Fizulinskom rayone.V 1977-om qodu okonçila AQPU. S 1993-qo qoda rabotaet direktorom v şkole dlə pereselenüev. Çlen seti Sabirabadskoqo rayona.



PƏRVİN HÜSEYNOVA

1982-ci ildə Şuşada anadan olub. Şuşa rayon 1 saylı orta məktəbini bitirib. ADU-nin IVkurs tələbəsidir. .Məcburi köçkün qadınların Bakı şəbəkəsinin üzvüdür.

Parvin Quseynova

Rodilasğ 1982-om qodu. Okonçila srednöö şkolu № 1 v qorode Şuşa. Student 4-qo kursa AQU. Çlen seti Baku.



SƏYYARƏ İSGƏNDƏROVA

1047-ci ildə anadan olub. Qubadlı rayon köçkünüdür. Gəncə şəhəri Şəhid Analar Cəmiyyətinin sədridir. Gəncə şəhərindəki 1 5 saylı orta məktəbdə təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Məcburi köçkün qadınların Sabirabad şəbəkəsinin üzvüdür.

Saəra İskenderova

Rodilasğ v 1 947-om qodu. Pereselenka iz Kubadlinskoqo rayona. Predsedatelğ Orqanizaüii Materey Şaxidov. Çlen seti Sabirabada.



BƏSİRƏ MƏMMƏDLİ

1975-ci ildə Laçın rayonunda anadan olub. ADPU-nun filalogiya fakultəsini bitirib. "Reabilitasiya" HumanitarTəşkilatının sədr müavini, "Azərbaycan Ordusu" qəzetinin müxbiridir. Məcburi köçkün qadınların Gəncə şəbəkəsinin üzvüdür.

Basira Mammedli

Rodilasğ v 1975-om qodu v Laçinskom rayone. Okonçila filoloqiçeskiy fakulğtet AQPU. Zamestitelğ predsedatelə Qumanitarnoy Orqanizaüii "Reabilitaüiə", korrespondent qazetı "Azerbaydjan Ordusu". Çlen seti vınujdennıx pereselenok Qəndji.



AYBƏNİZ MƏHƏRRƏMOVA

1958-ci ildə Ağdamın Sarıçalı kəndində anadan olub .Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. 2001-2002-ci ildən Ağdam rayonunun Sarıçalı kəndində məktəb direktoru işləyir. Məcburi köçkün qadınların Ağdam şəbəkəsinin üzvüdür.

Aybeniz Maqarramova

Rodilasğ 1958-om qodu Sariçalinskoy sele Aqdama. Okonçila Qəndjinskiy Qosudarstvennıy Pedaqoqiçeskiy İnstitut. S 2001-2002-qo uçebnoqo qoda rabotaet direktorom v sredney şkole rodnoqo sela.

Çlen Aqdamskoy seti.



NAZİLƏ ABBASOVA

1955-ci ildə anadan olub. Ali təhsilli aqronomdur. X çağırış keçmiş SSRİ Ali Sovetinin deputatı olub. 1984-ci ildən Ağdam rayon İcra Hakimiyyətində çalışır. Məcburi köçkün qadınların Ağdam şəbəkəsinin üzvüdür.

Bütün dünyada silahlı qarşıdurmalar və insan hüquqlarının pozulması nəticəsində 40 milyon insan evlərini tərk etmişdir.Bunun 80 faizi qadınlardır.



NAZİLƏ ABBASOVA

Rodilasğ v 1955-om qodu. Aqronom s vısşim obrazovaniem. Bıla deputatom Verxovnoqo Soveta X sozıva v bıvşem SSSR.

S 1984-qo qoda rabotaet v İspolnitelğnoy Vlasti Aqdamskoqo rayona. Çlen seti vınujdennıx pereselenok Aqdama.



BU GÜN UTOPİYA...

SABAH REALLIQ

Bu gün bəşəriyyətin başı üstünü almış kütləvi ölüm təhlükəsinin mənbəyi olan müharibələr çox təəssüf ki, səngimək əvəzinə getdikcə artmaqdadır. Saysız-hesabsız dağıntılara, ağır faciələrə səbəb olan bu nıüharibələrin törətdiyi fəlakətlərin nəticələrini əsrlər boyu bərpa etmək mümkün olmur.

Bəşəriyyətin mütərəqqi fikirli insanları müharibə əleyhinə mübarizə aparsalar da, təəssüflər olsun ki, dünyanın taleyi hələ də müharibəni qazanc mənbəyi kimi sayanlardan asılıdır. Zorla cəlb edildiyimiz müharibəni bitirmək üçün sülhün yeganə çıxış yolu olduğunu bəyanlayan beynəlxalq təşkilatlar bəşəriyyəti bu yolla mübarizəyə çağırırlar. Bu gün xəyal, utopiya kimi görünə bilən ideya sabah reallığa çevrilə bilər.

Müharibənin acılarını yaşamış köçkün olaraq, hesab edirəm ki, sülh yaratma prosesində köçkün qadınlar daha fəal olmalı, öz mövqelərini bildirməkdən çəkimməməlidirlər. Mövcud şərait tələb edir ki, düçar olduğumuz əzablardan qurtarmaq üçün özümüz real addımlar atmalı, nəhayət, xalq diplomatiyasına qoşulmalıyıq. Maarifləndirmə işi ön plana çəkilməlidir. Bu mənada insanların sülhyaratma prosesində fəallığını təmin etmək, onlarda sülh mədəniyyətini formalaşdırmaq, bu işin əsl mahiyyətini göstərmək üçün təbliğata və maarifləndirməyə ehtiyac böyükdür. BMT-nin Qadınlar üçün İnkişaf Fondu (UNİFEM) "Qadınlar Cənubi Qafqazda Münaqişələrin Qarşısını Alınmnası və Sülh Yaradılması Uğrunda" layihəsi çərçivəsində qadınların bu proseslərə qoşulması, onların bilik və bacarıqlarının artırılması, qender bərabərliyi yönümündə apardığı işlər öz müsbət nəticələrini verməkdədir. Bu istiqamətdə respublikamızın ayrı-ayrı bölgələrində müntəzəm treninqlər, seminarlar təşkil olunur, qender bərabərliyi üzrə insanlar arasında maarifləndirmə işi aparılır. Mənim də yaxından iştirak etdiyim treninqlərdən sonra qadınlarda özlərinə inanı hissinin gücləndiyinin şahidi olmuşam. Qadınlar bu proseslərə həvəslə qoşularaq, öz güclərini nümayiş etdirmək əzmində olduqlarını dəfələrlə söyləyirdilər.

Bu treninqlərdə iştirak etməmişdən əvvəl düşünürdüm ki, müharibə torpaqlarımızın azad edilməsində son variantdır. Keçdiyim seminarlardan sonra qərara gəldim ki, bu münaqişənin sülh yolu ilə həllinə nail olmaq olar. Təkrar qan tökülməməsi üçün dünyada gedən sülhməramlı proqramlara qoşularaq, münaqişə dinc yolla həll oluna bilər.

Adı çəkilən layihənin baş texniki məsləhətçisi Patrisiya MakFilips və layihənin Azərbaycan üzrə milli əlaqələndiricisi Gülşən Paşayeva və trenerlər fəal çalışaraq, insanlarda sülh mədəniyyətinin formalaşması üçün əllərindən gələni əsirgəmirdilər. Onların xalq üçün bu gərəkli fəaliyyətləri alqışlanmalı, bu istiqamətdə olan hər bir mütərəqqi fikir genişləndirilməlidir. İnsanlar sülh ideyası ətrafında sıx birləşsələr, dünyadakı münaqişə ocaqları söndürülər, sülh bərqərar olar. Böyuk azadlıq şairi Şəhriyar demişkən: "Birləşsə, cahanda milyard ürəklər, bütün arzulara yetişər bəşər".

Bəsirə Məmmədb



GƏRƏK BÜTÜN QADINLAR AYAĞA QALXSIN

Sülh bəşəri bir kəlamdır. İnsanlar hər zaman bu 4 hərfdən ibarət olan sözün qarşısında ölüm-dirim savaşına qalxsalar da, sülhü qoruyub, saxlamaq üçün bütün qüvvə və güclərini səfərbər etmişlər. Ancaq yaşadığımız və şahidi olduğumuz bütün dövrlər ərzində uzunmüddətli sülhün şabidi olmamışıq.

Dünyaya gələn insan xoşbəxt doğulur. Onun sonrakı taleyi tarixin müxtəlif məqamlarında formalaşıb inkişaf edir. Azərbaycan qadınının keçmişi olduqca maraqlı və zəngin tarixə malikdir. At belində qılınc oynadıb, ərənlərə qoşulan həcərlərimiz, nigarlarımız, öz diplomatiyası ilə ölkəmizə sülh və firavanlıq gətirən sara xatunumuz və ümumiyyətlə, Azərbaycan tarixin keçdiyi 5 min illik inkişaf yolunda Azərbaycan qadınlarının rolu daha böyük olmuşdur. Azərbaycan qadınları həmişə sülh tərəfdarı olmuşlar.

Yaşadığımız Cənubi Qafqaz regionu geostrateji baxımdan əlverişli mövqedə yerləşdiyinə görə, yaxın qonşularımızın və Böyük dövlətlərin diqqət və marağına səbəb olmuşdur.

Mən, Xankəndindən məcburi köçkün düşmüşəm. Köçkünlük bəyatımın tarixdə baş verməsi səbəbləri haqqında baba-nənəmdən eşitmişdim. Məm də 3-cü nəslin nümayəndəsi olaraq, Dağlıq Qarabağda belə ağır, mərhumiyyətli, dəhşətli günlər yaşadım və sonda məcburi köçcünə çevrildim.

Yeni III minilliyə qədəm qoymuşuq. Yeni minilliyin 3 ilini yaşayırıq. Lakin hələ 10 illərdir ki, çadır həyatını yaşayan məcburi köçkünlərimiz öz doğma ata-baba yurdlarına qayıtmaq arzusu ilə yaşayırlar. Bu vaxta qədər məcburi köçkün qadınların bütün bu proseslərdə heç bir rolu olmamışdır. Ona görə ki, ba proseslərə qadınları cəlb etmişdilər. Ancaq biz tarixdə real həqiqətə çevrilmiş qadınlarımızın tarixi təcrübəsindən istifadə etməliyik. Yəni məcburi köçkün qadınların regional, beynəlxalq konfranslardakı görüşləri, öz müstəqil fikirləri olmalıdır. Mən bir məcburi köçkün qadın kimi müharibənin davam etdirilməsini istəməzdim. İstərdim ki, bu proseslərdə hər iki tərəfin qadınları sərhəd görüşləri keçirsinlər, üz-üzə, göz-gözə dayana bilsinlər. Qadınlar bir-birini dinləyə bilsələr və müharibəni sona çatdırmaq üçün birgə düşünsələr XXI əsrdə dünyada gedən ictimai-siyasi proseslərdə qadınların rolu daha da artar. Cənubi Qafqaz regionunda yaşayan qadınların birgə fəaliyyəti baş tutarsa, biz Cənubi Qafqazda sülh və əminamanlığa nail olarıq.

Təsadüfi deyil ki, BMT XXI əsrin ilk 10 ilini sülh mədəniyyəti ili elan etmişdir. Bu gün sülhün saxlanılmasında qadınların rolunun artırılması məqsədəuyğundur. Gərək müharibə ocaqlarının söndürülməsi üçün bütün qadınlar ayağa qalxsın. Elə bu məqsədlə də məcburi köçkün qadınlar BMT-nin Qadınlar üçün İnkişaf Fondunun dəstəyi ilə məcburi köçkün qadınların milli şəbəkəsinin koordinasiya şurasını yaratdılar.

Havva Məmmədova

Tarix elmləri namizədi



ƏSİR ƏSGƏRİN ANASINA YAZIĞIM GƏLDİ...

Həyatda bəzən insan özündə güc-qüvvə tapıb, başqalarına təsir edə bilir, onlan dəbşətli hadisələrindən çəkindirə bilir.

Heç vaxt yadımdan çıxmaz. 1994-cü ilin fevral ayının sonları idi. Yurdumuzdan didərgin salınıb Sabirabad rayonunda məcburi köçkünlər üçün salınmış çadır düşərgəsində məskunlaşmağımızdan 6 ay keçirdi. Bu 6 ay bizə 6 il qədər uzun gəlsə də, çadırlardan düzəlmiş "otaqlarda" yaşayır, çadır məktəbdə dərs keçirdik. Sarsıntı almış, kədərli gözləri ilə uşağa bənzəməyən, dindirəndə ağlamağa hazır olan şagirdləri məktəbə güclə cəlb etmişdik.

Xocalı soyqırımı günü məktəbdə geniş tədbir keçirirdik. Tədbirimizdə ata-anası çadır düşərgəsində yaşayan 1 nəfər əsgər də iştirak edirdi. Aradan bir-iki gün keçmişdi. Səhər tezdən yaxınlıqdakı səs-küyə yuxudan oyandım. Tez həyətə çıxdım. Yaxınlaşıb nə baş verdiyini soruşdum. Gördüm ki, tədbirimizdə iştirak edən həınin əsgər bir erməni əsgərini əsir tutub, onu Bakıya təhvil verməyə aparır. Camaatı təskinləşdirmək, onları qələbəmizə inandırmaq üçün əsgəri əvvəl bura gətirib. Şəhid ailələri erməni əsgərinə acı sözlər deyib, onu vurmağa çalışırdı. Səs-küydən qulaq tutulurdu. Mənim qorxa-qorxa, yazıqcasına ətrafa baxan və özünü qorumağa çalışan bu əsgərə, onun anasına yazıgım gəldi, qəlbim ağrıdı.

Onun 19-20 yaşı ancaq olardı: "Bəlkə onu zorla müharibəyə gətiriblər? Bəlkə o, heç adam öldürməyib? Bəlkə o da siyasətçilərin qurbanıdır?"

Bu sözlərlə adamlara təsir etməyə çalışırdım. Adamlar səs-küydən məni eşitmirdilər. Mən qorxdum ki, birdən onu öldürərlər?!

Bu zaman həyat yoldaşım da köməyimə gəldi. O, camaata acıqlandı ki, əli-qolu bağlı əsiri öldürməyə nə var ki! Amma fikirləşin, onu müvafiq orqanlara təhvil vermək lazımdır. Əsirlə belə rəftar etmək Allha ağır gedir, camaat etiraz etdi: "Ermənilər nə qədər adamlarımızı qırıblar, əsirlərimizə işgancə veriblər". "Onlar düz ediblər?" deyə mən soruşdum. "İnsan insanı öldürməməlidir".

Camaab bir təhər sakitləşdirdik. Həmin əsiri gətirən əsgər onu aparıb, orqanlara təhvil verdi. Adamlar sonradan bizə deyirdilər ki, nə yaxşı onları çəkindirdik, onların əli qana batmadı

Kaş dünyada insanlar bir-birinə "insan" kimi baxaydı, bir-birinin qədrini biləydi. Bir-birinə pisdik etməyəydi! Millətlər siyasətçilərə aldanmayıb, dinc, yanaşı yaşasaydı!!! O zaman dünyaya nə şəhid olmazdı, nə də qəlbi yaralı insanlar...

Ülkər Hüseynova-Quliyeva



BEŞİK YELLƏYƏN ƏL DÜNYANI İDARƏ EDƏCƏK

Müharibədə qalib galənlər yox, yalnız məğlub olanlar vardır, çünki hər iki tərəf mütləq nə isə itirir.

Müharibənin törətdiyi iyrəncliklərin şahidi kimi mənə həmişə sülh arzusu ilə yaşamışam, istəmişdim ki, insanlar arasında qarşılıqlı anlaşma və əmin-amanlıq bərqərar olsun. İndiyə qədər bütün bunlar yalnız arzularım idi. Lakin "Qadınların Danışıqların Aparılması və Sülh yaradılmasında rolu və şəbəkə yaradılması'' mövzusunda UNİFEM-in təşkil etdiyi treninqdə iştirak etdikdən sonra mən də yollarımı gerçəkləşdirmək şansını qazandım. Treninqin fəal iştirakçılarından biri kimi Dağlıq Qarabağdan olan məcburi köçkün qadınların milli şəbəkəsinin koordinasiya şurasına üzv seçildim. Bu hadisədən sonra məsuliyyətim daha da artdı. Qarşıda duran vəzifənin agırlığını daha yaxşı başa düşdüm. Mən xalqımın rifahı və sülh ugrunda mübarizə aparmagı özümə borc bilirəm və bunun üçün əlimdən gələni etməyə hazıram. Biz Dağlıq Qarabağ qadınları ilk növbədə işgal olunmuş torpaqlarımıza qayıtmaq, regionda sülhün və əmin-amanlığın bərqərar olmasını, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasını, xüsusilə də qadınların hüquqlarına hörmətlə yanaşmasını istəyirik və bu işlərə bacardığımız qədər təkan vermək üçün fəaliyyət planı hazırlamışıq. Nəzərdə tutduğumuz işləri həyata keçirmək üçün ilk növbədə məcburi köçkün qadınların dəstəyi ilə ehtiyac duyuruq. Çünki qadın həqiqətən də böyük qüvvədir: "Beşik yelləyən əl dünyanı idarə edəcək".

Pərvin Hüseynova



MÜHARİBƏNİ QIRMIZI RƏNGDƏ GÖRÜRƏM

Doğulduğum- Füzuli rayonunda müharibə alovlananda mənim 4 yaşım var idi. 1993-cü il avqustun 18-də isə ailəmizlə birlikdə kəndimizi tərk etmişik. O vaxt mənim 5 yaşım var idi. Ancaq o günləri aydın xatırlayıram. Topların gurultusu hələ də qulaqlarımda səslənir. Axşamlar atamla çıxıb mərmilərin işığına baxardıq. Onların səsi uzaqdan gəlirdi. Ən çox qorxduğum topların gurultusu idi. Bəlkə ona görə də belə aramsız döyüşdən sonra bibim dəhşətli şeylər danışırdı. O, cərrah idi və hərbi hospitalda işləyirdi. Bir dəfə o evə gələndə qana batmış xalatını gətirmişdi. Öyrəndim ki, o qan yaralı əsgərin qanıdır. O vaxtlar elə düşünürdüm ki, eşitdiyim o dəkşətli səslər nə qədər çox olsa, bibimin xalatında o qanlar çox olacaq. Gecələr o qan ləkəli xalat gözümün önündən getmirdi. Bəlkə buna görədir ki, mən müharibəni qırmızı rəngdə görürəm. O vaxtlar mənim ən böyük arzum döyüş səsi eşitməmək və qırmızı qan rəngli heç bir şey görməmək idi. Biz kənddən çıxıb Göyçay rayonunda yerləşdik. Orada köhnə məktəb binasında qalırdıq. Məktəbin böyük bağı var idi. Biz atamla bağda olanda qəflətən yaxından güllə səsi eşitdik. Mən bu səsdən qorxub özümdən getmişəm. Güllə atan kənd sakini imiş. Sonra o, atamdan üzr istədi.

İndi mənim 15 yaşım var. Bu satirləri yazarkən o günlər kino lenti kimi gözümün önündən keçir. Mənə elə gəlir ki, 100 yaşım olsa da, dünyanın harasında olsam da, güllə səsi məni diksindirəcək. Qan müharibəni xatırladacaq. Bu gün isə dünyadakı uşaqların heç birinə belə uşaqlıq xatirəsi arzulamıram. Ekranlarda gördüyüm müharibələr, terror hadisələri məni dəhşətə gətirir. O vaxtlar mən atamdan soruşardım ki, ermənilər necə olur? Deyərdi ki, bizim kimi insandır. Onda deyərdim: "Bəs onun uşağı yoxdur? " Biləndə ki, onların da uşağı var, düşünürdüm ki, yəqin top atanda onun da uşağı qorxur, bəs niyə atır?Axı, ata müharibə etməz.!!!

Qoy, uşaqlar atalarını, bacılar qardaşlarını, analar oğullarını qan tökməyə qoymasınlar, hər atılan güllə, tökülən qan bir uşağın, bir gəncin həyatını korlayır, yaddaşına qara ləkə salır. Yaşadığım çadır şəhətciyindəki yaşıdlarımın da uşaqlıq xatirələri mənimkindən fərqlənmir. Hələ ondan da dəhşətlisi var. Çadır şəhərciyində doğulanların yaddaşına isə zindan çadır həyatı yazılacaq. Qayğısız uşaqlıq illəri deyəndə düşünürəm ki, bizim uşaqlığımız qayğılı keçib. Açılan hər şəhərdən kədərli bir hadisə gözləyirdik.

Bu gün mən və bütün dünyanın müharibə görmüş uşaqları müharibə törədənlərə deməyə haqqımız var:

Uşaqların və gənclərin həyatını pozmayın! Yaddaşlara qan izi yazmayın! Qoy, dünyanı yaşıl otların, mavi səmanın, sarı günəşin rəngində görək.



ALİYƏ KAZIMOVA

Füzuli rayon 27 saylı orta məktəbin X sinif şagirdi Sabirabad Qalaqayın köçkün düşərgəsi



YUXULARIMIZI NƏ ÜÇÜN ÇİN ETMƏYƏK?!

Taleyimə məcburi köçkünlük l993-cü ilin avqust ayında yazıldı.

Mən və mənim kimi minlərlə uşağın ömrünün ən qayğısız, gözəl, eyni zamanda məhsuldar illəri məcburi köçkünlüyün qəflətən gətirdiyi əzab və qayğıları ilə əvəz edildi.

Bu qəfləti zərbənin təsirindən ayılıb bu amansız həqiqətlə (evsizlik, işsizlik, pərakəndəlik)- maddi və mənəvi itkilərin varlığı ilə barışıb, yaşamaq lazım idi. . . Bəli , lazım idi. . .

Əvvəllər mən düşünürdüm ki, valideynlərim, yaxınlarım üçün yaşamalıyam. Çünki bu acılardan sonra fərd olaraq hər bir "mən" öz valideynləri və övladları üçün yaşamalı idilər. O illəri ki mənim yaşıdlarım yaşayırdılar, qayğısız, şən. Mən o illəri uşaq kimi yaşaya bilmədim. Mən bu gözəl illərin haradan və nə vaxt keçdiyini hiss etmədim. Mən bilmədim ki, məktəb həyatının ən gözəl çağları necə keçdi, mən bilmədim ki, mənim əlimdən tutub, məktəb partası arxasına otuzduran, mənə dərs verən müəllimlərimin mənə arzuları nə oldu , mən bilmədim ki, "son zəng" harada çalındı və daha nələr, nələr . . . Aldığım bütün maddi və mənəvi zərbələrə baxmayaraq, mən özümdə güc tapdım, oxudum və təhsil aldım. Körpə yaşlarımdan məktəbə gedənə qədər kənddə nənəmin və babamın yanında böyümüşəm.

Mən vətənpərvərliyi, qorxmazlığı, cəsarəti uzun illər çiyinlərində paqon gəzdirən, el-oba yükü daşıyan, onların qayğısına qalmağa çalışan, indi də həmişə adı hörmətlə çəkilən babamdan öyrənmişəm.

İndi mən onun heç qəbrini də ziyarət edə bilmirəm. Yuxularımda həmişə uşaqlığımda qayğısız günlər keçirdiyim nənə-babamın həyəti və bir də həmişə həsrətində olduğum məktəbimi görürəm. O yuxulu anlarımda o qədər xoşbəxt oluram ki. . . Ayılanda isə ...

Hadisələrə baxışlarımı isə büsbütün dəyişən 2002-ci ildə Gürcüstanda keçirilən regional görüş oldu. Məhz onda mən fikirləşdim ki, nə üçün bizim yuxularımız çin olmasın? Nə üçün mən və mənim kimi gənclər bu gün hadisələrin gedişinə təsir göstərməyək? Mən bilirəm ki, bu çox çətin bir prosesdir. Lakin mümkünsüz deyil.

Mən o insanlarla görüşəcəkdim ki, onlar mənim çin olmayan yuxıılarımın, həyata keçirmək istədiyim, lakin hələ də keçirə bilmədiyim arzularımın səbəbkarı idilər. Mən hadisələrdən sonra o insanlarla birinci dəfə idi ki, görüşürdüm.

Çox həyəcanlı idim. Düşünəndə ki, bu insanlar mənim çəkdiyim bütün əzabların səbəbkarlarıdırlar, ancaq, o an. . . Görüşəndə düşündüm ki, qarşımda duran adi bir insandır. Biləndə ki, o da müharibənin zərbəsini almış bir bacıdır, bu an mən hiss etdim ki, sən demə, mən artıq bir başqa insan olmuşam. Çünki miharibənin dəhşətlərini görmüş bir insan, üçün müharibə barədə düşünmək çox çətindir. Mənim fikrimcə, biz XXI əsrin gəncləri artıq illərdən bəri köhnəlib qalmış fikirləri kənara qoyub, hadisələrə sivil qaydada yanaşmalıyıq.

Nəzakət Məmmədova
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb