Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


C, Ç


 

Camalbəyova Güllü Şərif qızı

 

1879-cu ildə Tiflis şəhərində anadan olmuş, Sumbatov küçəsi, ev 9 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Camalbəyov İsmayıl Abbas Qulu oğlu (1883) SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 05.01.1938-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Camalbəyova Güllü Şərif qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsaslanaraq 31.12.1937-ci il tarixdə tutulmuş SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının 16 mart 1995-ci il qərarına əsasən Camalbəyova Güllü Şərif qızına bəraət verilmişdir.

 

 

 

Cabbarova Mina İbrahim qızı

1898-ci ildə Azərbaycan SSR, Bakı şəhərinin Dolat kəndində anadan olmuş, Bakı şəhəri, Kürdaxanı kəndində yaşamışdır. Ailə tərkibi: qızları Səlimxanım - 20 yaşında, Leyla - 17 yaşında. Həyat yoldaşı Cabbarov Əli Dost Kərim oğlu 1880 «Əksiniqilabi Musavat» partiyasının üzvü kimi 1937-ci ilin sentyabrında həbs edilmişdır. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyanın Səyyar Sessiyasının 5 yanvar 1938-ci il qərarına əsasən I kateqoriya ilə güllələnməyə məhkum olunmuşdur. Cabbarova Mina İbrahim qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq vətən xainin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirənin 8 yanvar 1944-cü il qərarına əsasən Cabbarova Mina İbrahim qızının xəstəliyi nəzərə alınaraq İslah-Əmək Düşərgəsindən azad edilmişdir. Azərbaycan SSR Ali Məhkəmə Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 11 iyun 1959-cu il qərarına əsasən Cabbaro­va Mina İbrahim qızına bəraət verilmişdir.

 

 

 

Cəniyeva Səriyyə Qasım qızı

 

1919-cu ildə Astara rayonununu Təngərüd kəndində anadan olmuşdur. «Beriya» adına kolxozunda işləmişdir. Ailə tərkibi: həyat yoldaşı Caniyev Xalis Ağarza oğlu (1918) düşmən tərəfə keçdiyinə görə 8 dekabr 1942-ci ildə Hərbi Tribunal tərəfindən həbs edilmişdir. Cəniyeva Səriyyə Qasım qızı Azərbaycan SSR CM 63-2 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 22 iyun 1943-cü il qərarına əsasən Cəniyeva Səriyyə Qasım qızının işinə xitam verilmişdir.

 

 

 

Cəbrayılova Nadejda Sergeyevna

1902-ci ildə Ryazan quberniyasının Berezyansk kəndində anadan olmuş, Bakı şəhəri, 2-ci təzəpir döngəsi 23 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Şura - 9 yaşında. Həyat yoldaşı Cəbrayılov Məmməd Hüseyn Rüstəm oğlu (1900) 5 yanvar 1938-ci ildə SSRI Ali Məhkəməsinin Səyyar Sessiyasının qərarı ilə Azərbaycanda əksinqilabi millətçilik fəaliyyətinə görə CM 64,70,73 maddələri ilə təqsirli bilinərək həbs edilmişdir. Cəbrayılova Nadejda  Sergeyevna  SSRİ  MİK-nin 4  iyul 1934-cü il qərarına əsaslanaraq vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirənin 9 aprel 1938-ci il qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 11 dekabr 1937-ci ildən hesablanmaqla, 867 №-li orderə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə Kollegiyasının 24 dekabr 1955-ci il tarixli qərarına əsasən Cəbrayılova Nadejda Sergeyevnaya bəraət verilmişdir.

 

 

 

Cəfərova Əzizə Seyid Əhməd qızı

1904-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Kiçik Qala küçəsi 60 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Hürriyət -14 yaşında, Validə - 2 yaşında, oğlanları Hikmət - 12 yaşında, Amil - 10 yaşında. Həyat yoldaşı Mircəfərov Mir Abdulla Həsən Mir Məmməd Əmin oğlu-02.08.1937-ci il tarixdə əksinqilabi millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Cəfərova Əzizə Seyid Əhməd qızı vətən xaininin həyat yoldaşi kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarı əsas tutularaq SSRİ XDİK-nin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 06.02.1956-cı il tarixli rəyinə əsasən Cəfərova Əzizə Seyid Əhməd qızına bəraət verilmişdir.                       

 

 

 

 

Cəbrayılova Əsli Mirzə qızı

 

1900-cı ildə Ucar rayonunun Lək kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları - Cəbrayılov Məhərrəm Əli oğlu -1928-ci il, Əmrəli - 1938-ci il, qızları Qəribnisə - 1930-cu il, Fatma - 1936-cı il, Əsmət - 1937-ci il təvəllüdlü. Həyat yoldaşı Cəbrayılov Cəbrayıl Əmirəli oğlu (1903) 1942-ci ildə 157-ci atıcı briqadanın Hərbi Tribunalı tərəfindən güllələnməyə məhkum edilmişdir. Cəbrayılova Əsli Mirzə qızı Azərbaycan SSR CM 63-3 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 30 oktyabr 1943-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 5 noyabr 1943-dən hesablanmaqla 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29 yanvar 1990-cı il rəyinə əsasən Cəbrayılova Əsli Mirzə qızına bəraət verilmişdir.

 

 

 

Cəbiyeva Mənsumə Hüseyn qızı

 

1909-cu ildə Sabirabad rayonunun Məmişlər kəndində ana­dan olmuşdur. Ailə tərkibi: qızları Xanım - 1938-ci il, Səfurə - 1939-cu il, Nadya - 1943-cü il, oğlu Nadir - 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Cəbiyev Xasay Mansur oğlu (1902) 05.05.1943-cü il tarixdə Qızıl Ordu sıralarına səfərbər edilmiş, düşmən tərəfə keçdiyinə görə 21.06.1943-cü il tarixdə 163-cü cərimə rotasının 2-ci taqımnın Hərbi Tribunalı tərəfindən güllələnməyə məhkum edilmişdir. Cəbiyeva Mənsumə Hüseyn qızı vətən xaininin həyat yoldaşı kımi SSRİ XDİK Xüsusi Müşavirəsinin 24.06.1944-cü il tarixlı qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmışdir.                                                                       Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Cəbiyeva Mənsumə Hüseyn qızına bəraət verilmişdir.

 

 

 

Cəfərova Gözəl Yusif qızı

 

1920-ci ildə Sabirabad rayonunun Qaraçalar kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Sənəm - 1940-cı il, Tamara - 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Əsədov İbadulla Mənsuməli oğlu (1912) 12.09.1942-ci il tarixdə Qızıl Ordu sıralarına səfərbər edilmiş, hərbi hissədən qaçaraq düşmən tərəfə keçdiyinə görə 24.12.1942-ci il tarixdə güllələnməyə məhkum edilmişdir. Cəfərova Gözəl Yusif qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 22.05.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Cəfərova Gözəl Yusif qızının bəraət verilmişdir.

 

 

 

Cəfərova Gülxanım Qasım qızı

 

 1915-ci ildə Ermənistan SSR İrəvan şəhərində anadan olmuş, Kirovabad şəhəri, II yeni İrəvan küçəsi 42 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Gülsüm Əsgər qızı - 1932-ci il, Dilarə -1937-ci il, Tamilə - 1941-ci il təvəllüdlü. 4 noyabr 1942-ci ildə 283-cü atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə 858-ci atıcı alayın keçmiş əsgəri, 1912-ci il təvəllüdlü Cəfərov Əsgər Hüseyn oğlu vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Cəfərova Gülxanım Qasım qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə repressiyaya məruz qalmış və SSRİ XDİK-in 27 fevral 1943-cü il qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 6 yanvar 1959-cu il qərarına əsasən Cəfərova Gülxanım Qasım qızına bəraət verilmişdir.

 

 

 

Cəfərova Meymət Məsmə Rza qızı

 

1888-ci ildə Kirovabad şəhərində anadan olmuş, Şamxor rayonu, Keçli kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları Mikayıl - 14 yaşında, Ələddin - 12 yaşında, Nurəddin - 8 yaşında. Həyat yoldaşı Cəfərov Taptıq Ziyad oğlu XDİK tərəfindən əksinqilabi millətçi təşkilatın üzvü olduğuna görə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyasının 05.01.1938-ci il tarixli qərarına əsasən həbs edilmişdir. Cəfərova Meymət Məsmə Rza qızı vətən xaininin həyat yoldaşı kimi SSR MİK 04.07.1934-cü il tarixli qərarına əsaslanaraq 13.01.1938-ci il tarixdə həbs edilmiş, SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.193 8-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Cəfərova Meymət Məsmə Rza qızına bəraət verilmişdir.

 

 

 

Cəfərova Xədicə Nəsir qızı

 

1896-cı ildə Yevlax rayonunun, Aşağı Karxun kəndində anadan olmuşdur, «Stalin» adına kolxozda işləmişdir. Ailə tərkibi: oğlu Mirzəli Mehralı oğlu - 15 yaşında, qızları Əminə - 17 yaşında, Fəridə - 1932-ci il təvəlludlü. Həyat yoldaşı Cəfərov Məmməd İman oğlu (1890) 1 aprel 1943-cü ildə 18-ci Ordunun 337-ci atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Cəfərova Xədicə Nəsir qızı Azərbaycan SSR CM 63-3 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 8 sentyabr 1943-cü il qərarına əsasən yaşadığı yerdən çıxmamaq haqqında göstəriş ləğv edilmiş və 15 yanvar 1944-cü il qərarına əsasən Cəfərova Xədicə Nəsir qızının oğlu çağırışçı olduğuna görə işinə xitam verilmişdir.

 

 

 

Cəfərova Qələmkar Nəcəf qızı

 

1907-ci ildə Bərdə rayonunun Alpout kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Zakir- 1938-ci il, Zöhrab- 1942-ci il, qızları Xumar - 1932-ci il, Gülzar - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Cəfərov Zəkəriyyə Teymur oğlu (1899) 27.06.1942-ci il tarixdə 269-cu atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövgeyini dəyişərək Azərbaycanlı döyüşçülər arasında Sovet hökuməti əleyhinə təbliğat apardığına görə güllələnməyə məhkum edilmişdir. Cəfərova Qələmkar Nəcəf qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 04.11.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Cəfərova Qələmkar Nəcəf qızına bəraət verilmişdir.

 

 

 

Cəfərova Səriyyə İsmayıl qızı

 

1882-ci ildə Naxçıvan şəhərinin Nehrəm kəndində anadan olmuşdur. Kolxozçu işləmişdir. Ailə tərkibi: oğlu Səfər - 1933-cü il təvəllüdlü. Oğlu Səfərov Hüseyn Həsən oğlu 21.05.1941-ci il tarixdə Hərbi Tribunal tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Cəfərova Səriyyə İsmayıl qızı vətən xaininin anası kimi 5 il müddətinə sürgün edilmişdir.

 

 

 

Cəfərova Tatan Adışirin qızı

 

1913-cu ildə Sabirabad rayonunun, Saatlı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Maqsud, İdris, İmanqulu; qızı Əminə. Cəfərova Tatan Adışirin qızı əksinqilabi-millətçi təşkilatın üzvü kimi SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 7 yanvar 1938-ci ildə I kateqoriya ilə güllələnməyə məhkum edilmiş Cəfərov Qulu Əkbər oğlunun həyat yoldaşı kimi SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarını əsas tutaraq SSRİ XDİK Xüsusi Müşavirəsinin 4 iyun 1938-ci il qərarı ilə sosialist - təhlükəli ünsür kimi 2 il müddətinə yaşadığı yerdən çıxmamaqla məsuliyyətə cəlb edilmişdir. (Azərbaycan SSR CM 72 - 73 maddələri ilə). Azərbaycan SSR Prokurorluğunun 15 iyun 1990-cı il rəyinə əsasən Cəfərova Tatan Adışirin qızına bəraət verilmişdir.

 

 

 

Cəlalova-Əhmədova Esma Amət qızı

 

1908-ci ildə Krım şəhərinin, Qarasu - Bazar kəndindən ana­dan olmuşdur. Ali təhsilli həkim idi. Ailə tərkibi: oğlu - Azəf - 8 yaşında. Həyat yoldaşı Cəlalov Rəcəb (1904). Əksinqilabi millətçi-pantürkıst təşkilatının fəal iştirakçısı kimi 2 yanvar 1938-ci ildə həbs edilmişdir. Cəlalova-Əhmədova Esma Amət qızı XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarına əsasən Azərbaycan SSR CM 72,73  maddələri ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə sürgün edilmişdir. Azərbaycan Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 04.09.1962-ci il tarixli qərarına əsasən Cəlalova-Əhmədova Esma Amət qızına bəraət verilmişdir.

 

 

 

Cəfərova Zəbərcat Usub qızı

1889-cu ildə Salyan rayonunda anadan olmuşdur. Ailə tərkibi: qızları Zümrüd -12 yaşında, Qeybə - 8 yaşında, oğlanları Akif - 9 yaşında, Tahir -5 yaşında. Həyat yoldaşı Cəfərov Muxtar Abdul oğlu SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 07.01.1938-ci il tarixdə əksinqilabi - millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Cəfərova Zəbərcat Usub qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.  SSRİ XDİK Xüsusi Müşavirəsinin 9.05.1942-ci il tarixli rəyinə əsasən Cəfərova Zəbərcat Usub qızına bəraət verilmişdir.

 

 

 

Cəmiyeva Zülqayda Mirzə qızı

 

1907-ci ildə Quba rayonunun Qəçər - Zeyid kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Şahbala - 5 yaş, qızı Marya - 2 yaşında. Həyat yoldaşı Cəmiyev Əbubəkr Şahbala oğlu 09.09.1942-ci il tarixdə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 19.01.1942-ci il tarixdə 386-cı atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən Azərbaycan SSR CM 58 - 11, 58-1-b bəndi ilə güllələnməyə məhkum edilmişdir. Cəmiyeva Zülqayda Mirzə qızı vətən xaininin həyat yoldaşi kimi Azerbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 27.05.1942-ci il tarix­li qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdır. 20.07.1945-ci il tarixdə XDİK tərəfindən isə xitam verilmişdir.

 

 

 

Cəfərova-Kremer Mariya İsayevna

 

1909-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Karantinnaya 55, mənzil 4 ünvanında yaşamışdır. Ali təhsilli. Ailə tərkibi: oğlu Emin - 4 yaş 1933-cü il təvəllüdlü. Həyat yoldaşı Cəfərov İbrahim Abbas oğlu (1905) 5 aprel 1937-ci ildə Azərbaycan XDİK tərəfindən əksinqilabi fəaliyyətə görə həbs edilmiş və 13 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Cəfərova - Kremer Mariya İsayevna SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 14 oktyabr 1937 - də SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə Kollegiyasının 17 fevral 1956-cı il qərarına əsasən Cəfərova -Kremer Mariya İsayevnaya bəraət verilmişdir.

 

 

 

Cuvarlinskaya Çiçək Cümşüd qızı

 

1907-ci ildə Qaryagin (Fizuli) rayonunun Cuvarlı kəndində anadan olmuşdur. Evdar qadın olmuşdur. Ailə tərkibi: oğlanları Fikrət 9 yaş, Oktay - 5 yaş, qızları Ofelya - 2 yaş, Raya - 1 yaşında. Həyat yoldaşı Cuvarlinski Gülmalı Rza Qulu oğlu (1902) Kirovabad MTS-in direktoru olmuş, 25 iyul 1937-ci ildə əksinqilabi-millətçilik təşkilatının üzvü kimi tutulmuşdur. 5 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik pantürküst təşkilatın üzvü kimi I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Cuvarlinskaya Çiçək Cümşüd qızı SSRİ MİK-nin 4 iyul 1934-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 24 mart 1938-ci il qərarı ilə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan SSR XDİK-nin 20 mart 1939-cu il qərarına əsasən günahı olmadığı üçün Cuvarlinskaya Çiçək Cümşüd qızının işinə xitam verilmişdir.

 

 

 

Çobanzadə Ruqiyyə Gəray qızı

 

1904-cü ildə Ulyanovski şəhərində anadan olmuşdur. Bakıda konservatoriyanı bitirdikdən sonra M.F.Axundov adına Opera və Balet Teatrında işləmişdir. Həyat yoldaşı Çobanzadə Bəkir Vahab oğlu Azərbaycan SSRİ XDİK tərəfindən 2 fevral 1937-ci ildə vətən xaini kimi həbs edilmiş və 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Səyyar Sessiyası tərəfindən 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas götürülərək Çobanzadə Ruqiyyə Gəray qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 11 oktyabr 1937-ci il qərarı ilə həbs edilmiş və 8 il müddətinə sürgünə göndərilmişdir. 1945-ci ildə sürgündən qayıdan Ruqiyyə xanım məcburiyyət üzündən Şamaxıda yaşamalı olub. 13 dekabr 1955-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı Çobanzadə Ruqiyyə Gəray qızına bəraət vermişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb