Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


N


 

Nadirşina Arifa Musa qızı

 

1902-ci ildə Penza vilayətinin Qaraçayka kəndində anadan olmuş, Bakı şəhəri, Zabrat, 57 mənzil 26 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Əhməd - 1928-ci il, Əlif - 1933-cü il təvəllüdlü. Həyat yoldaşı Nadirşina Abdulla İbrahim oğlu (1902) 4 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmənin Səyyar Sessiyası tərəfindən əksinqilabi, ziyanverici - təxribatçı və terrorçuluq fəaliyyətlərinə görə I kateqoriya ilə həbs edilmişdir. Nadirşina Arifa Musa qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 16 mart 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 dekabr 1957-ci il qərarına əsasən Nadirşina Arifa Musa qızına bəraət verilmişdir.

 

 

 

Nadirəliyeva Sayaxanım Ağahüseyn qızı

 

1914-cü ildə Qusar rayonunun Tahircan kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Qulan- 1940-cı il, baldızı Pakı - 1927-ci il təvəllüdlü. Həyat yoldaşı Nadirəliyev Nadirəli Əziz oğlu 36-cı kursant atıcı brıqadanın Hərbi Tribunalı tərəfindən 10.05.1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Nadirəliyeva Sayaxanım Ağahüseyn qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSRİ XDİK Xüsusi Müşavirəsinin 05.09.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə Qazax­stana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Nadirəliyeva Sayaxanım Ağahüseyn qızına bəraət verilmişdir.

 

 

 

Nağıyeva Gülnaz Bəxtiyar qızı

 

1878-ci ildə anadan olmuşdur. Ailə tərkibi: qızı Bədir- 1930-cu il, oğlanları Məşq- 1928-ci il, İdris - 1923-cü il təvəllüdlü. Həyat yoldaşı Nağıyev Usub Əbdül Əzim oğlu (1875) 10 mart 1938-ci il tarixdə əksinqilabi fəaliyyətinə görə güllələnib. Nağıyeva Gülnaz Bəxtiyar qızı vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır.

 

 

 

Nağıyeva Səkinə Məmməd Sadıx qızı

 

1917-ci ildə Dəstəfur rayonunun Qabaq Təpə kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Tərlan - 1 yaşında. Həyat yoldaşı Nağıyev Hüseyn Hacı Əli oğlu SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın  Səyyar Sessiyası  tərəfindən   5 yanvar 1937-ci il tarixli qərara əsasən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Nağıyeva Səkinə Məmməd Sadıx qızı vətən xaininin həyat yoldaşı kimi SSR MİK 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 3 il müddətinə adazlıqdan məhrum edilmişdir. Zaqafqaziya Dairə Hərbi Tribunalının 18.06.1957-ci il tarix­li qərarına əsasən Nağıyeva Səkinə Məmməd Sadıx qızına bəraət verilmişdir.

 

 

 

Nağıyeva Leyli Xanməmməd qızı

 

1920-ci ildə Şamaxı rayonunun Ərəbşahverdi kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Gülrza - 2 yaş, qayınatası Mİrzə Mustafayev Nağı oğlu 1877-ci il, qayınanası İzzət Mustafayeva. Həyat yoldaşı Rzabala Nağıyev Qızıl Ordu sıralarına səfərbər edilmiş, düşmən tərəfə keçdiyinə görə 2 aprel 1942-ci ildə 775-ci alay komandanlığının məlumatına əsasən həbs edilmişdir. Nağıyeva Leyli Xanməmməd qızı SSRİ XDİK-nin 2 aprel 1941-ci il tarixli 00247/00884 №-li əmri ilə vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63 maddəsi ilə yaşadığı yerdən çıxmamaq şərti ilə, 28 aprel 1943-cü ildən hesablanaraq repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Nağıyeva Leyli Xanməmməd qızının yaşadığı yerdən çıxmaması haqqında işi dayandırılmışdır.

 

 

 

Nağıyeva Tamara Məryəm xanım qızı

 

1906-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Kommmunist küçəsi 116 mənzil 17 ünvanında yaşamışdır. Ailə tərkibi: atası Xələf Meylamov, qardaşları Əsəd, Qüdrət, Səməd. Bacısı Züleyxa. Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən 25 mart 1933-cü il tarixdə Siyasi fəaliyyətinə go­rə həbs edilmiş, Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə təqsırli bilinərək nəzarətdə saxlanılmışdır. Azərbaycan Dövlət Siyasi İdarəsinin 20 may 1933-cü il qərarı ilə günahı sübuta yetmədiyi üçün 27 may 1933-cu il tarixdə 599 №-li orderə əsasən azad edilmişdir.

 

 

 

Nağıyeva Şəkər Bayram qızı

 

1892-ci ildə Ermənistan SSR Basarkeçər rayonunun Kəsəmənli kəndində anadan olmuşdur. Nağıyeva Şəkər Bayram qızı dövlət əleyhinə əksinqilabi çıxışlar etdiyinə görə Azərbaycan SSR CM-nin 72-ci maddəsi ilə müqəssir bilinərək 27 mart 1942-ci il qərarına əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 26 dekabr 1989-cu il qərarına əsasən Nağıyeva Şəkər Bayram qızına bəraət verilmişdir.

 

 

 

Namazova Bilqeyis Kəlbə Cabbar qızı

 

1889-cu ildə Naxçıvan ASSR Abrakunis rayonunun Abrakunis kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Cəlal - 21 yaş, Salman - 8 yaş, qızı Balaxanım - 15 yaş, qardaşı Həsənov Meşi Kəlbə Cabbar oğlu 1895-ci il təvəllüdlü. Namazova Bilqeyis Kəlbə Cabbar qızı sovet hökuməti əleyhinə təbliğat apardığına görə Azərbaycan SSR CM-nin 71 və 72-ci maddələrilə təqsirli bilinərək 5 il müddətinə sürgün edilmişdir. 20 iyul 1939-cu il Zaqafqaziya Hərbi Dairə 340-cı Hərbi Tribunalının qərarı ilə 19 iyul 1941-cı ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının qərarı ilə şikayət əsasında işə baxılmış 6 mart 1941-ci il qərarı ilə Namazova Bilqeyis Kəlbə Cabbar qızı günahsız olduğuna görə azad olunmuşdur.

 

 

 

Namazova Güləmbər Ağalar qızı

 

1911-ci ildə Cəbrayıl rayonunun Pir Əhmədli kəndində ana­dan olmuşdur. Ailə tərkibi: oğlu Tavat - 4 yaş, qızı Sona - 7 yaşında. Həyat yoldaşı Əmirqulu Abbas oğlu 22.07.1931-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə vətən xaini kimi həbs edilmişdir. Namazova Güləmbər Ağalar qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan Dövlət Siyasi İdarə Kollegiyasının 23.10.1931-ci il tarixli qərarına əsasən 01.11.1931-ci il tarixdən hesablanmaqla 3 il müddətinə Qazaxstana sürgün edilmişdir.  Zaqafqaziya Sovet Federativ Sosialist Respublika Dövlət Siyasi İdarə Kollegiyasının Məhkəmə İclasının 29.05.1932-ci il tarixli qərarına əsasən Namazova Güləmbər Ağalar qızı azad edilmişdir.

 

 

 

Namazova İmileyla Rzaqulu qızı

 

1894-cü ildə Naxçıvan ASSR Abrakunis rayonunun Abraku­nis kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Narxanım - 14 yaş, Göhər - 10 yaş, Məleykə - 8 yaş, Şahlar - 6 yaşında. Həyat yoldaşı Namazov Lətif. Namazova İmileyla Rzaqulu qızı sovet əleyhinə təbliğat apardığına görə Azərbaycan SSR CM-nin 71 və 72  maddələrilə təqsirli bilinərək 5 il müddətinə sürgün edilmişdir. 20 iyul 1939-cu il Zaqafqaziya Hərbi Dairə 340-cı Hərbi Tribunalının qərarı ilə 19 iyul 1940-cı ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının qərarı ilə şikayət əsasında işə baxılmış, 6 mart 1941-ci il qərarı ilə Namazova İmileyla Rzaqulu qızı günahsız olduğuna görə azad olunmuşdur.

 

 

 

Nemətova Dusarə Kərbala Tağı qızı

 

1912-ci ildə Naxçıvan rayonunun Nehrəm kəndində anadan olmuşdur. «Qızıl Ordu» adına kolxozda işləmişdir. Ailə tərkibi: qızı Nemətova Xanım - 1934-cü il, oğlu Nəsir - 1938-ci il, Həsən - 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Nemətova Məmmədəli Nəsir oğlu (1905) 1941-ci ilin iyununda orduya səfərbər edilmiş, 16 iyul 1942-ci ildə 15-ci süvari korpusunun Hərbi Tribunalı tərəfindən vətənə xəyanət etdiyinə görə güllələnməyə məhkum edilmişdir. Sonra güllələnmə 10 il işlə əvəz edilmişdir. Nemətova Dusarə Kərbala Tağı qızı vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 oktyabr 1942-ci il qərarına əsasən Nemətova Dusarə Kərbala Tağı qızının 3 azyaşlı körpə uşağı olduğunu nəzərə alaraq yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.

 

 

 

Nəbiyeva Hənifə Məmməd qızı

 

1924-cü ildə Nuxa rayonunun Qışlaq kəndində anadan olmuşdur. Ailə tərkibi: anası Məmmədova Gülzar İlyas qızı - 1893-cü il, bacısı Mina - 1926-cı il təvəllüdlü. Qardaşı Məmmədov Rəşid Məmməd oğlu (1943) 9 yanvar 1942-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 3 oktyabr 1942-ci il tarixdə 48-ci Ordunun 211-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum olunmuşdur. Nəbiyeva Hənifə Məmməd qızı vətən xaininin bacısı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddə ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Lakin əmiləri Qızıl Orduda xidmət etdikləri üçün SSRİ XDİK-nin 11 sentyabr 1943-cü il qərarına əsasən yaşadığı yeri tərk etməmək haqqında arayış ləğv olunmuşdur. Azərbaycan SSR XDİK-nin 23 oktyabr 1943-cü il qərarına əsasən Nəbiyeva Hənifə Məmməd qızının işinə xitam verilmişdir.

 

 

 

Nəcəfova Bikə Hüseynqulu qızı

 

1921-ci ildə Astraxan-Bazar (Cəlilabad) rayonunda anadan olmuşdur. Molotov adına kolxozda işləmişdir. Ailə tərkibi: qızları Səniyyə - 1933-cü il, Ədilə - 1938-ci il, oğlu Əli - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Nəcəfov Sayad Əmir oğlu (1904) 03.07.1942-ci il tarixdə Qızıl Ordudan qaçıb düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Nəcəfova Bikə Hüseynqulu qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63 - 1 maddənin 30.05.1943-cü il tarixli qərarına əsasən 10 il müddətinə həbs edilmişdir. Azərbaycan SSR XDİK Xüsusi Müşavirəsininın 03.12.1943-cü il tarixli qərarına əsasən Nəcəfova Bikə Hüseynqulu qızının işinə xitam verilmişdir.

 

 

 

Nəcəfova Ceyran Fərəc qızı

 

1917-ci ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Teyubməmməd - 3 yaş, Xanəhməd -2 yaşında. Həyat yoldaşı Nəcəfov Xeybər Nəriman oğlu 1942-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, Ordudan qaçdığına görə həbs edilmişdir. Nəcəfova Ceyran Fərəc qızı 1942-ci il tarixdə vətən xaini­nin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır.

Azərbaycan SSR XDİK-nin 7 iyul 1942-ci il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Nəcəfova Ceyran Fərəc qızının işi dayandırılmışdır. Azərbaycan XDİK Astara Rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən Nəcəfova Ceyran Fərəc qızının işinə xi­tam verilmişdir.

 

 

 

Nəcəfova Göyçək Sadat qızı

 

1922-ci ildə Cəbrayıl rayonunun Maralyan kəndində anadan olmuşdur. Ailə tərkibi: atası Sadat, anası Nülar, qardaşı Kərim. Nəcəfova Göyçək Sadat qızı əksinqilabi təbliğat apardığına görə Azərbaycan SSR CM-nin 130-cu maddənin II hissəsi ilə təqsırli bilinərək 2 il müddətinə həbs edilmişdir. 1945-ci ildə əfv olunmuşdur.

 

 

 

Nəcəfova Keç-xanım Yəhya qızı

 

1913-cü ildə Astara rayonunun Şiyakəran kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Şahnisə - 8 yaş, qızı Bacı - 7 yaş, oğlu İbrahim Ağa - 6 yaş. Həyat yoldaşı Nəcəfov Yavər Nəriman oğlu 1942-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmişdir. 25 fevral 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Nəcəfova Keç - xanım Yəhya qızı 1942-ci il tarixdə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1942-ci il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi işi dayandırılmışdır. Azərbaycan XDİK Astara Rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən Nəcəfova Keç - xanım Yəhya qızının işinə xitam verilmişdir.

 

 

 

Nəcəfova Zərri Nağı qızı

 

1920-ci ildə Abrakunis rayonunun Ərifsə kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Nəcəfov Xeybər əksinqilabi fəaliyyət göstərdiyinə görə həbs edilmişdir. Nəcəfova Zərri Nağı qızı əksinqilabi təbliğat apardığına go­rə Azərbaycan SSR CM-nin 130-cu maddəsi ilə təqsirli bilinərək həbs edilmişdir. Azərbaycan SSR Naxçıvan XDİK-nin 24 avqust 1943-cü il qərarına əsasən Nəcəfova Zərri Nağı qızının işinə xitam verilmişdir.

 

 

 

Nənəxanım Əsəd qızı

 

1894-cü ildə Cəbrayıl rayonunun Pri- Əhmədli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Mütəllim - 6 yaş, Əhməd - 4 yaşında. Həyat yoldaşı Hüseyn Əhməd oğlu 22.07.1931-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə vətən xaini kimi həbs edilmişdir. Nənəxanım Əsəd qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan Dövlət Siyasi İdarəsi Kollegiyasının 23.10.1931-ci il tarixli qərarına əsasən 01.11.1931 -ci il tarixdən hesablanmaqla 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Zaqafqaziya Sovet Federativ Sosialist Respublika Dövlət Siyasi İdarə Kollegiyasının Məhkəmə İclasının 29.05.1932-ci il tarixli qərarına əsasən Nənəxanım Əsəd qızı azad edilmişdir.

 

 

 

Nərimanova Marina Alekseyevna

 

1902-ci ildə Saratov şəhərində anadan olmuş, Bakı şəhəri, Myasnikova küçəsi, ev 4 ünvanında yaşamışdır. Ali təhsilli rəssam idi. 1927-ci ildən ÜİK(b)P - nın üzvü olmuşdur. 30 sentyabr 1937-ci ildə vətən xaininin həyat yoldaşı kimi partiyadan xaric edilmişdir. Ailə tərkibi: qızı Cəmilə -12 yaşında. Həyat yoldaşı Nərimanov Müzəffər Əkbər oğlu (39 yaş) 3 sentyabr 1937-ci ildə Azərbaycan XDİK tərəfindən əksinqilabi fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Nərimanova Marina Alekseyevna SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarın əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK-nin 29 may 1938-ci il qərarına əsasən 1585 №-li orderlə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Nərimanova Marina Alekseyevna XDİK-in 30 sentyabr 1945-ci il qərarına əsasən azad edilmişdir. SSRI Ali Məhkəməsinin Cinayət İşləri Məhkəmə Kollegiyasının 17 sentyabr 1955-ci il qərarına əsasən Nərimanova Marina Alekseyevna bəraət qazanmışdır.

 

 

 

Nərgiz Mehdi qızı

 

1907-ci ildə Nuxa rayonunun Zeqzit kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Zoqray - 3 yaş, Alagöz - 9 aylıq. Həyat yoldaşı Sultan Abdulla oğlu 1930-cu il Nuxa üsyanın iştirakçısı kimi həbs olunmuşdur. Nərgiz Mehdi qızı Azərbaycan SSR CM-nin 18/79 maddələri ilə təqsirli bilinərək Azərbaycan Dövlət Siyasi İdarəsinin Nuxa Rayon Şöbəsi tərəfindən 15 aprel 1932-ci il tarixdə həbs olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsi Nuxa Şəhər Şöbəsinin 20 oktyabr 1932-ci il qərarına əsasən günahı olmadığı üçün azad olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsi Nuxa Şəhər Şöbəsinin 16 aprel 1941-ci il qərarına əsasən Nərgiz Mehdi qızının işinə xitam verilmişdir.

 

 

 

Nəsibova Tükəzban Qəmbər qızı

 

1917-ci ildə Tovuz rayonunun Ala-Kol kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Tağıyev Mikayıl Oruc oğlu - 1932-ci il, qardaşı Qiyas - 1937-ci il, qızları Gülisat - 1939-cu il, Gilas -1941-ci il təvəllüdlü. Həyat yoldaşı Məmmədov Oruc Tağı oğlu (1904) 12-13 noyabr 1942-ci ildə 283-cü atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Nəsibova Tükəzban Qəmbər qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 16 iyun 1943-cü il qərarına əsasən Nəsibova Tükəzban Qəmbər qızı vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 07 mart 1990-cı il rəyinə əsasən Nəsibova Tükəzban Qəmbər qızına bəraət verilmişdir.

 

 

 

Nəsifat Murtuzəli qızı

 

1896-cı ildə Zaqatala rayonunun Çardaxlar kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Fatimat - 12 yaş, Səlimət - 5 yaş, oğlanları Şamil - 3 yaş, Əhməd - 2 aylıq. Həyat yoldaşı Abdulla Salam Əli oğlu (36 yaş) 1930-cu il üsyanın iştirakçısı kimi həbs edilmişdir. Azərbaycan SSR Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Nəsifat Murtuzəli qızı həyat yoldaşına görə  ailəsi ilə birlikdə Qazaxstana sürgün edilmişdir. Azərbaycan Respublikası Prokurorluğunun 13 aprel 1994-cü il rəyinə əsasən Nəsifat Murtuzəli qızına bəraət verilmişdir.

 

 

 

Nəsirova Nərgiz Feyzulla qızı

 

1923-cü ildə Quba rayonunun Amsar kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Xavər. Həyat yoldaşı Nəsirov Bircəbala Heybət oğlu 25.02.1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə Komandanlıq tərəfindən məsuliyyətə cəlb edilmişdir. Nəsirova Nərgiz Feyzulla qızı vətən xaininin həyat yoldaşı kimi 07.07.1943-cü il tarixdə Azərbaycan SSR CM-nin 63-cü maddənin III hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır.

 

 

 

Nəsirova Məhfuzə Bərtitdin qızı

 

30 oktyabr 1912-ci ildə Çkalov vilayətinin Buqruslan şəhərində anadan olmuş, Bakı şəhəri Ermənikənd küçəsi, 5-ci Naqornıy, 189-cu məhəllə, ev 15, mənzil 30 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Eldar Hakim oğlu 1932-ci il təvəllüdlü. Həyat yoldaşı Nəsirov Hakim Əzim oğlu (1905) 12 okyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi, pantürkist, təxribatçılıq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Nəsirova Məhfuzə Bərtitdin qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq 15 oktyabr 1937-ci ildə vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 yanvar 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 12 avqust 1942-ci il tarixli qərarına əsasən Nəsirova Məhfuzə Bərtitdin qızı azad edilmişdir.

 

 

 

Nəsirova Zəhra Şükür qızı

 

1911-ci ildə Yardımlı rayonunun Kənar Qışlaq kəndində anadan olmuşdur.

Ailə tərkibi: qızı Firuzə.Həyat yoldaşı Nəsirov Məmməd Ağahüseyn oğlu 01.04.1943-cü ildə Bakı Hava Hücumundan Müdafiə Ordusunun Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Nəsirova Zəhra Şükür qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 02.09.1944-cü il tarixli qərarına əsasən 5 il müddətinə Cənubi Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 09.02.1990-cı il tarixli rəyinə əsasən Nəsirova Zəhra Şükür qızına bəraət verilmişdir.

 

 

 

Nəzakət Murtuzəli qızı

 

1906-cı ildə Zaqatala rayonunun Çardaxlı kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Səlimə - 1926-cı il, oğlu Əhməd - 2 yaşında. Həyat yoldaşı Abdulla Salam Əli oğlu 1895-ci il təvəllüdlü. Azərbaycan Dövlət Siyasi İdarəsi 18 mart 1931-ci il qərarına əsasən qolçomaq ailəsi kimi həbs edilmiş, 19 mart 1931-ci il Azərbaycan Dövlət Siyasi İdarəsi Fövqəladə Üçlüyünün qərarı ilə uşaqları ilə birlikdə Qazaxstana sürgün edilmişdir. Azərbaycan Respublika Prokurorluğunun 13 aprel 1994-cü il rəyinə əsasən Nəzakət Murtuzəli qızına bəraət verilmişdir.

 

 

 

Nəzərli Zivər Məmmədəli qızı

 

1902-ci ildə Şamaxı rayonunda anadan olmuş, Bakı şəhəri, Suraxanı küçəsi, 81, mənzil 4 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Böyük-Ağa - 18 yaşında. Həyat yoldaşı Nəzərli Hacı Ələsgər oğlu (18 95) 16.07.193 7-ci il tarixdə tutulmuşdur. XDİK-in 08.01.1938-ci il tarixli qərarına əsasən SSRİ Ali Məhkəmə HKSS tərəfindən I kateqoriya ilə əksinqilabi ziyanverici, millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Nəzərli Zivər Əli qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 00486 №-li 04.07.1934-cü il tarixli qərarını rəhbər tutaraq SSRİ XDİK Xüsusi Müşavirəsinin CM 72,73-cü maddələrilə təqsirli bilinərək 22.11.1937-ci il tarixdən hesablanmaqla 09.04.1938-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının 07.02.1956-cı il tarixli qərarına əsasən Nəzərli Zivər Əli qızına bəraət verilmişdir.

 

 

 

Nəzərova Gülgəz Əzim qızı

 

1898-ci ildə Siyəzən rayonunun Saadan kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Nəzərov Mustafa Güləli oğlu (60 ) 775-ci atıcı alay komandirinin 02.04.1942-ci il tarixli məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Nəzərova Gülgəz Əzim qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-cü maddənin III hissəsilə yaşadığı yerdən çıxmamaq şərti XDİK-in 25.04.1942 il tarixli qərarına əsasən repressiyaya məruz qalmışdır. XDİK-in 11.07.1943-cü il tarixli qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Nəzərova Gülgəz Əzim qızının işinə xitam verilmişdir.

 

 

 

Nifəliyeva Minəvvər Məmmədəli qızı

 

1892-ci ildə Quba rayonunun Xaspolad kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Məhəbbət - 1 yaşında. Həyat yoldaşı Zamanov Xıdır Nadir oğlu (1915) 22.05.1941-ci il tarixdə Hərbi Tribunal tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Nifəliyeva Minəvvər Məmmədəli qızı XDİK-in 30.05.1942-ci il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR XDİK-nin 31 oktyabr 1942-ci il qərarına əsasən Nifəliyeva Minəvvər Məmmədəli qızının əməlində cinayət tərkibi olmadığına görə işə xitam verilmişdir.

 

 

 

Niftalıyeva Zeynəb Haçıbala qızı

 

1910-cu ildə Qusar rayonunun İmamqulu kəndindən anadan olmuşdur. Ailə tərkibi: qızları Xanımnaz - 1932-ci il, Kigixanım - 1936-cı il, oğlu Razmet - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Əhməd Xan Bəbirxan oğlu (1907) Hərbi Trbiunal tərəfindən 12 fevral 1942-ci il tarixdə Azərbaycan SSR CM-nin 58 - 1-ci maddəsi ilə güllələnməyə məhkum olunmuşdur. Niftalıyeva Zeynəb Haçıbala qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə sürgün edilmişdir.

 

 

 

Niftiyeva-Qarayeva Zeynəb Cəbi qızı

 

1898-ci ildə Astraxan-Bazar (Cəlilabad) rayonunda anadan olnıuşdur. Ailə tərkibi: oğlanları Niftulla - 1928-ci il, Divan - 1930-cu il təvəllüdlü. Oğlu Qarayev Fərrux Poli oğlu 06.12.1942-ci il tarixdə Hərbi Tribunal tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Niftiyeva-Qarayeva Zeynəb Cəbi qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsilə repressiyaya məruz qalmış SSRİ XDİK Xüsusi Müşavirəsinin 01.03.1944-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstan vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 09.02.1990-cı il tarixli rəyinə əsasən Niftiyeva-Qarayeva Zeynəb Cəbi qızına bəraət verilmişdir.

 

 

 

Nisanova Rahilə Alan qızı

 

1885-ci ildə Quba şəhərində anadan olmuş, Bakı şəhəri, Azad Azərbaycanlılar küçəsi, ev 218 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Nisanov Yakov Savelyeviç (1919) -21.12.1941-ci il tarixdə 404-cü atıcı diviziyanın göstərişi ilə vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Nisanova Rahilə Alan qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsilə repressiyaya məruz qalmış SSRİ XDİK Xüsusi Müşavirəsinin 03.03. 1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Nisanova Rəhilə Alan qızına bəraət verilmişdir.

 

 

 

Nizaməddinova Sofiya Nikolayevna

 

1900-cu ildə Tatarıstan ASSR-də Kazan quberniyasının Onbiya kəndində anadan olmuş, Bakı şəhəri, Çadra küçəsi ev 27 unvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Nizaməddinov Ayməddin (1900) 10 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Nizamməddinova Sofiya Nikolayevna SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarını əsas tutaraq 15 oktyabr 1937-ci ildə vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 5 fevral 1957-ci il qərarına əsasən Nizamməddinova Sofiya Nikolayevnaya bəraət verilmişdir.

 

 

 

Novruzəliyeva Həcər Paşa qızı

 

1924-cü ildə Nuxa rayonunun Şirinbulaq kəndində anadan olmuşdur. Ailə tərkibi: qardaşları Yəhya Paşa oğlu - 1929-cu il, Təmraz Paşa - 1932-ci il təvəllüdlü. Qardaşı Əsgər Paşa oğlu (1922) 1942-ci ilin oktyabrında Orduya səfərbər edilmiş, iyul ayının 14-də 15-ə keçən gecə düşmən tərəfə keçməyə cəhd göstərərkən 894-cü atıcı alayı, 2-ci batalyonunun keçmiş əsgəri Novruzəliyev Əsgər Paşa oğlu güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə vətən xaini­nin bacısı kimi repressiyaya məruz qalmış İsmayılova Zeynəb İsgəndər qızının 5 il müddətinə sürgün edilməsi haqqında təklif SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmişdir. Materiallardan göründüyü kimi Novruzəliyeva Həcər Paşa qızı qardaşından ayrı yaşadığına görə onun sürgün edilməsi qəbul edilməmiş və şəhərdən çıxmamaqla cəzalandırılmışdır. SSRİ XDİK 7 iyul 1944-cü il qərarına əsasən Novruzəliyeva Həcər Paşa qızının işinə xitam verilmişdir.

 

 

 

Novruzova-Bayramova Həmail Həsən qızı

 

1909-cu ildə Laçın rayonunun Zürük kəndində anadan olmuş, Tərtər rayonunun Köçərli kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları Yusif - 1935-ci il, Nəsib - 1940-cı il qızı Ağgül - 1937-ci il təvəllüdlü. Həyat yoldaşı Novruzov Qaraş Süleyman oğlu (1906) 1942-ci ilin fevral ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş 13.01.1943-cü il tarixdə 3-cü Ordunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Novruzova - Bayramova Həmail Həsən qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 16.06.1943-cu ıl tarıxli qərarına əsasən 5 il müddətinə Novosi­birsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorlğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Novruzova - Bayramova Həmail Həsən qızına bəraət verilmişdir.

 

 

 

Novruzova Gülxanım Hüseyn Əli qızı

 

1925-ci ildə Zəngilan rayonunun Ağali kəndində anadan olmuşdur. Ailə tərkibi: qardaşı Novruzov İslam - 1927-ci il, bacısı Novruzova Balaxanım - 1918-ci il təvəllüdlü. Qardaşı Novruzov Əli Hüseyn Əli oğlu vətən xaini kimi həbs edilmişdir. Novruzova Gülxanım Hüseyn Əli qızı 27 may 1943-cü il tarixdə Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə vətən xai­ninin bacısı kimi təqsirli bilinərək repressiyaya məruz qalmışdır.

 

 

 

Novruzova Xanım Novruz qızı

 

1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Qulu - 10 yaş, Tofiq - 4 yaş, Vahab - 2 yaş, Soxçu - 6 aylıq. Həyat yoldaşı Novruzov Heyrət Qulu oğlu (1902) 3 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmənin Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi, millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Novruzova Xanım Novruz qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 72-73-cü maddələri ilə təqsirli bilinərək 9 oktyabr 1937-ci il tarixdə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan SSRİ XDİK-nin 19 aprel 1939-cu ildə qərarına əsasən Novruzova Xanım Novruz qızının işinə xitam verilmişdir.

 

 

 

Novruzova Savad Qəhrəman qızı

 

1913-cü ildə Kəlbəcər rayonunun Abdullauşağı kəndində anadan olmuş, Bərdə rayonu, Hacıllı kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları Cəfər - 1933-cü il, Hidayət - 1937-ci il, Əli - 1939-cu il, qızı Məryəm - 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Novruzov Şahmar Abdul oğlu (1905) 1942-ci ilin fevral ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 13.11.1942-ci il tarixdə 283-cü atıcı diviziyanın Hərbi Trıbunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Novruzova Savad Qəhrəman qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 21.08.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Novruzova Savad Qəhrəman qızına bəraət verilmişdir.

 

 

 

Novruzova Səlbi Əliqulu qızı

 

1903-cü ildə Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Qəmbər Qasım oğlu- 1929 cu il, Sərməz Qasım oğlu - 1937-ci  il, Çimnaz Qasım qızı 1942-ci ıl təvəllüdlü. Heyat yoldaŞ1 Novruzov Qasım İvas oğlu (1902) 4 may 1942-ci ildə 3-cu ordunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Novruzova Səlbi Əliqulu qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 29 dekabr 1943-cü il qərarına əsasən Novruzova Səlbi Əliqulu qızı vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. SSRİ XDİK-nin 12 yanvar 1946-cı il qərarına əsasən Novruzova Səlbi Əliqulu qızı cəzasının qalan hissəsindən azad edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19 fevral 1990-cı il rəyinə əsasən Novruzova Səlbi Əliqulu qızına bəraət verilmişdir.

 

 

 

Novruzova-Aslanova Zinyət Xanlar qızı

 

1910-cu ildə Qubadlı rayonunda anadan olmuş, Bakı şəhəri, Basin küçəsi 71 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Novruzov Müseyib Mail oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 25.07.1937-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə  məhkum edilmişdir. Novruzova-Aslanova Zinyət Xanlar qızı  vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarı əsas tutularaq SSRİ XDİK Xüsusi Müşavirəsinin 05.11.1937- ci il tarixli qərarı ilə həbs edilmişdir.

 

 

 

Numinat Camal qızı

 

1911-ci ildə Azərbaycan SSR Zaqatala rayonunun Zəqəm kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Əmrah Cuma oğlu (1907) 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Numinat Camal qızı Azərbaycan Dövlət Siyasi İdarəsi Fövqəladə Üçlüyünün 09.03.1931-ci il qərarına əsasən 1930-cu il aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi Qazaxstana sürgün edilmişdir. Azərbaycan Respublika Prokurorluğunun 28 iyun 1991-ci il rəyinə əsasən Numinat Camal qızına bəraət verilmişdir.

 

 

 

Nuriyeva Gövhər Aman qızı

 

1910-cu ildə Astraxan-Bazar (Cəlilabad) rayonunun Kurunc kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Nuriyev Hüsü Abbas oğlu (1898) 14 mart 1942-ci ildə Bakı Hava Hücumundan Müdafiə ordusunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Nuriyeva Cövhər Aman qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə təqsirli bilinərək repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 10 may 1943-cü il qərarına əsasən Nuriyeva Cövhər Aman qızının işinə xitam verilmişdir.

 

 

 

Nuriyeva Məryəm Abdulla qızı

 

1897-ci ildə Balakən rayonunun Mula kəndində anadan olmuşdur. «Telman» adına kolxozda işləmişdir. Ailə tərkibi: oğlanları Nuriyev Müqbil Rəsul Əli oğlu -1930-cu il, Ramazan - 1932-ci il, Şamil - 1939-cu il, Musa - 1917-ci il, qızı Aişə - 1925-ci il təvəllüdlü. 1941-ci ilin iyun ayında ordu sıralarına çağırılmış, 3 fevral 1949-ci ildə 224-cü atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən güllələnməyə məhkum edilmiş 160-cı atıcı alayının əsgəri Nuriyev Musa Əli oğlunun həyat yoldaşı Nuriyeva Məryəm Abdulla qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 29 dekabr 1942-ci il qərarına əsasən Nuriyeva Məryəm Abdulla qızının atası Nuriyev Əli Murtuzəli oğlunun orduda olduğuna görə işi dayandırılmışdır.

 

 

 

Nuriyeva Sarat Xubəddin qızı

 

1890-cı ildə Siyəzən rayonunun Şaqlocan kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Nuriyev Muradəli Əbdüləli oğlu 1909-cı il təvəllüdlü. Oğlu Nuriyev Şəkərəli Əbdüləli oğlu Qızıl Ordu sıralarında xidmət etmiş, 04.03.1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə 775-ci atıcı alay komandirinin 02.04.1942-ci il tarixli göstərişinə əsasən məsuliyyətə cəlb olunmuşdur. Nuriyeva Sarat Xubəddin qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddənin II hissəsi ilə rep­ressiyaya məruz qalmışdır. XDİK-in 04.07.1943-cü il tarixli qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Nuriyeva Sarat Xubəddin qızının işinə xitam verilmişdir.

 

 

 

Nuriyeva Şirinbəyim Əliverdi qızı

 

1904-cü ildə İmişli rayonunun Soltanmuradlı kəndində anadan olmuşdur. Nuriyeva Şirinbəyim Əliverdi qızı Azərbaycan SSR CM-nin 72-ci maddəsinin I hisəsi ilə təqsirli bilinərək (kolxozçular arasında əksinqilabi təbliğat apardığına görə) Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə kollegiyasının 10 yanvar 1940-cı il qərarına əsasən 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Prokurorluğunun 11 dekabr 1991-ci il rəyinə əsasən Nuriyeva Şirinbəyim Əliverdi qızına bəraət verilmişdir.

 

 

 

Nurməmmədova  Fatma Əbdül qızı

 

1899-cu ildə Şamaxı şəhərində anadan olmuş, Bakı şəhəri, Köhnə Poçt 43 ünvanında yaşamışdır. Ailə tərkibi: anası Əliyeva Zabitə - 90 yaşında. Həyat yoldaşı Nurməmmədov Mirzə Həsən Nurməmməd oğlu (1896) 4 iyul 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərfindən əksinqilabi terrorçuluq fəaliyyətinə görə II kateqoriya ilə həbs edilmişdir. Nurməmmədova Fatma Əbdül qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi 8 sentyabr 1937-ci ildə SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının 2 mart 1956-cı il qərarına əsasən Nurməmmədova Fatma Əbdül qızına bəraət verilmişdir.

 

 

 

Nuriyeva Zeynəb Bayram qızı

 

1913-cü ildən İsmayıllı rayonunun Daxar kəndində anadan olmuşdur. «1 may» adına kolxozda işləmişdir. Ailə tərkibi: oğlu Nuriyev Balaəhməd İbrahim oğlu - 1938-ci il, Nuru- 1940-cı il. Həyat yoldaşı Nuriyev İbrahim Nuru oğlu 10 iyun 1942-ci il, 25-ci atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Nuriyeva Zeynəb Bayram qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 13 yanvar 1944-cü il qərarına əsasən Nuriyeva Zeynəb Bayram qızının qardaşı orduda xidmət etdiyinə görə işə xitam verilmişdir.

 

 

 

Nuriyeva Zərif Rüstəm qızı

 

1882-ci ildə İsmayıllı rayonunun Daxar kəndində anadan olmuşdur. Ailə tərkibi: gəlini Zeynəb - 1913-cü il, nəvələri - Baləhməd - 1938-ci il, Nuru - 1940-cı il təvəllüdlü. Oğlu Nuriyev İbrahim Nuru oğlu (1909) 10 iyun 1942-ci ildə 25-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən vətənini dəyişdiyinə görə güllələnməyə məhkum olunmuşdur. Nuriyeva Zərif Rüstəm qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSRİ XDİK-nin 14 yanvar 1944-cü il qərarına əsasən yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə imzalanmışdır. SSRİ DTK 8 iyul 1944-cü il qərarına əsasən Nuriyeva Zərif Rüstəm qızının işinə xitam verilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb