Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


V


 

Vəlibəyova Xədicə Əhmədcan qızı

 

1904-cü ildə Astraxan şəhərində anadan olmuş, Bakı şəhəri Myasnikov küçəsi 4 ünvanında yaşamışdır. Uşaq bağçasında tərbiyəçi işləmişdir. Ailə tərkibi: bacıları Arifə Musabəyova (Qəzənfər Musabəyovun həyat yoldaşı), Məryəm. Həyat yoldaşı Vəlibəyov Ba­hadur Qasım oğlu 5 yanvar 1937-ci ildə əksinqilabi fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Vəlibəyova Xədicə Əhmədcan qızı SSRİ XDİK Xüsusi Müşavirəsinin 11 iyun 1940-cı il qərarına əsasən sosial-təhlükəli ünsür kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsi Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 7 yanvar 1956-cı il qərarına əsasən Vəlibəyova Xədicə Əhmədcan qızına bəraət verilmişdir.

 

 

 

Vəlibəyova Əfruz Mərdan qızı

 

1883-cü ildə Qusar rayonunun Avarmux kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Şeydabəyov Şeydabəy Yüzbəy oğlu 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 772-ci atıcı alay komandirinin məlumatına əsasən 2 aprel 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Vəlibəyova Əfruz Mərdan qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-cü maddənin II hissəsi ilə təqsirli bilinərək SSRİ XDİK-nin 28 may 1941-ci il əmrinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Vəlibəyova Əfruz Mərdan qızının yaşadığı yerdən çıxmamaq haqqında iltizamı Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 25 iyul 1943-cü il məlumatına əsasən oğlunun vətən xaini olması barədə Hərbi Tribunaldan sorğu daxil olmadığı üçün Vəlibəyova Əfruz Mərdan qızının işinə xitam verilmişdir.

 

 

 

Vəlibəyova Zülfü Allahqulu qızı

 

1869-cu ildə Qusar rayonunun Ağaxur kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Vəlibəyov Naməy Vəlibəy oğlu (1914) vətən xaini kimi həbs edilmişdir. SSR XDİK-nin 2 iyun 1943-cü il tarixli qərarına əsasən Vəlibəyova Zülfü Allahqulu qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə vətən xaininin anası kimi təqsirli bilinərək rep­ressiyaya məruz qalmışdır.

 

 

 

Vəlixanova Gülnisə Davud qızı

 

1912-ci ildə Qusar rayonunun Avaron kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Vəlixanov Əlixan Həbib oğlu 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 772-ci atıcı alay komandirinin məlumatına əsasən 2 aprel 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Vəlixanova Gülnisə Davud qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-cü maddənin III hissəsi ilə təqsirli bilinərək SSRİ XDİK-nin 28 may 1941-ci il əmrinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Vəlixanova Gülnisə Davud qızının yaşadığı yerdən çıxmamaq haqqında iltizamı Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 25 iyul 1943-cü il məlumatına əsasən həyat yoldaşının vətən xaini olması barədə Hərbi Tribunaldan sorğu daxil olmadığı üçün Vəlixanova Gülnisə Davud qızının işinə xitam verilmişdir.

 

 

 

Vəlixanova Xansənəm Cəbrayıl qızı

 

1914-cü ildə Qusar rayonunun Avaran kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Vəlixanova Sonaxanım Şafəddin qızı 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Vəlixanov Şafəddin Adıgözəl oğlu 386-cı atıcı diviziyasının Hərbi Tiribunalı tərəfindən 22 yanvar 1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 19 sentyabr 1942-ci il qərarına əsasən Vəlixanova Xansənəm Cəbrayıl qızı vətən xaini­nin həyat yoldaşı kimi 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 28 fevral 1990-cı il rəyinə əsasən Vəlixanova Xansənəm Cəbrayıl qızına bəraət verilmişdir.

 

 

 

Vəzirova Leyla Nikitiçna

 

1898-ci ildə Quba şəhərində anadan olmuş, Bakı şəhəri, 3-cü paralelnaya 21 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Taksim - 1918-ci il, Heydər - 1922-ci il, qızı Elmira - 1932-ci il təvəllüdlü. Həyat yoldaşı Vəzirov Heydər Nikitiçna Azərbaycan SSR CM-nin 72/73-cü maddələri ilə təqsirli bilinərək SSRİ MİK-nin 4 iyun 1934-cü il 00486  saylı əmrinə əsasən 20 fevral 1938-ci ildən həbs edilmiş, SSRİ XDİK-nin 9 aprel 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın 29 aprel 1955-ci il qərarına əsasən Vəzirova Leyla Nikitiçna bəraət qazanmışdır.

 

 

 

Vəliyeva Qaraxanım Söydüm qızı

 

1915-ci ildə Şamaxı rayonunun Çalov kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Qaibov Sosuq Ağamalı oğlu (1907) 1941-ci ilin avqust ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 30.01.1942-ci il tarixdə 74-cü atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Vəliyeva Qaraxanım Söydüm qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 20.01.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29.01.1990-cı il tarixli rəyinə əsasən Vəliyeva Qaraxanım Soydum qızına bəraət verilmişdir.

 

 

 

Vəliyeva Nigar Ramazan qızı

 

 1903-cü ildə Qazax rayonunun Əli - Bayramlı kəndində ana­dan olmuşdur. Ailə tərkibi: qızları Sayalı Musa qızı - 1933-cü il, Gülsüm Musa qızı - 1938-ci il, qardaşı Nəbiyev Aslan Ramazan oğlu Qızıl Orduda. Həyat yoldaşı Vəliyev Musa Əli oğlu (1900) düşmən tərəfə keçməyə cəhd göstərdiyinə görə həbs edilmişdir. Vəliyeva Nigar Ramazan qızı vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 17 mart 1943-cü il qərarı ilə Vəliyeva Nig­ar Ramazan qızına qarşı repressiya dayandırılmışdır.

 

 

 

Vəliyeva Yasəmən Hüseyn qızı

 

1917-ci ildə Şamxor rayonunun Zəyəm - Çırdaxan kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Sənəm - 1 yaş, oğlu Dəmir - 10 yaş, Talıb -6 yaşında. Həyat yoldaşı Vəliyev Əmir Vəli oğlu (1901) Kirovabad qarnizonu Hərbi Tribunalı tərəfindən Azərbaycan SSR CM-nin 63-cü maddəsinin II hissəsi ilə təqsirli bilinərək hərbi hissədən qaçdığına görə 14 avqust 1943-cü ildə 10 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Vəliyeva Yasəmən Hüseyn qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Lakin oğlu Qızıl Orduda xidmət etdiyinə görə SSRİ XDİK-nin 11 sentyabr 1943-cü il qərarına əsasən yaşadığı yeri tərk etməmək haqqında arayışı ləğv edilmişdir. Azərbaycan SSR XDİK-nin 23 oktyabr 1943-cü il qərarına əsasən Vəliyeva Yasəmən Hüseyn qızının işinə xitam verilmişdir.

 

 

 

Vəzirova İzzət İsmayıl qızı

 

1903-cü ildə Tiflis şəhərində kiçik məmur ailəsində anadan olub. Erkən yaşlarında atasını itirmiş, sonra anası ilə birlikdə Qazax qəzasına köçmüşdür. 1920-ci ildə Vəzirov Qamboy Məmməd oğlu ilə ailə qurmuşdur. Azərbaycan diviziya komandiri Q.Vəzirov 1937-ci ilin iyul ayının 27-də həbs edilmiş və həmin ilin oktyabr ayının 13-də əksinqilabi-millətçi təşkilatın üzvü kimi güllələnmişdir. İzzət xanım Vəzirova 1937-ci il oktyabrın 5-də həbs edilib. Vəzirova İzzət xanım Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələrinə əsasən ittiham edilmiş, ilk dəfə oktyabrın 22-də dindirilmişdir. İlk dindirmədən sonra istintağın başa çatması bildirilmiş və onun haqqında ittihamnamə hazırlanmışdır. İttihamnamədə aşağıdakılar yazılmışdır: «13 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən Vəzirov Qamboy Məhəmməd oğlu əksinqilabi-millətçilik fəaliyyətinə və vətən xaini olduğuna görə 1-ci kateqoriya ilə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən 6 oktyabr 1937-ci ildə Vətən xaininin həyat yoldaşı kimi Vəzirova İzzət İsmayıl qızı həbs edilmişdir. SSRİ XDİK-nin 15 avqust 1937-ci il 00486 saylı əmrini rəhbər tutaraq Vəzirova İzzət İsmayıl qızının 14176 №-li istintaq işi SSRİ XDİK-in Xususi Müşavirəsinə göndərilsin». SSRİ XDİK yanında Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il qərarına əsasən Vəzirova İzzət İsmayıl qızı vətən xaininin həyat yoldaşı kimi müqəssir hesab edilərək 8 il müddətinə azadlıqdan mərhum edilmişdir. İzzət xanımın sürgün həyatı Qazaxstanın Akmolinski şəhərində keçib. 1944-cü ildə həbsdən azad olunaraq Bakıya qayıdıb. Lakin məcburiyyət qarşısında qalıb Bakıda deyil, Şamaxıda yaşamalı olub. Sonralar Bakıya köçüb. İzzət xanım Vəzirova uzun müddət ərinin və özünün bəraəti ilə bağlı mübarizə aparmışdır. Məhz onun təkrar - təkrar müraciətlərindən sonra Vəzirov Qamboy Məmməd oğlunun istintaq işinə yenidən baxılmış və işdə cinayət tərkibi olmadığına görə 28 iyul 1956-cı ildə ona bəraət verilmişdir. İzzət xanım Vəzirovaya isə 4 oktyabr 1956-cı ildə bəraət verilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb