Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Müqəddimə


 

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. O vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş dərəcədə yeni gender münasibətlərinin kontekstini yaradırdılar. Elə düşünmək olar ki, məhz onlar, adi xeyriyyəçilik aksiyaları, indi deyildiyi kimi «sponsorluq», ilk qadın məktəblərinin, qadın yığıncaqlarının və klublarının yadılması vasitəsilə digər sosial fəal qadın qruplarının əmələ gəlməsini təşəbbüsləndirirdilər.

 

Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Azərbaycan Gender İnformasiya Mərkəzi Beynəlxalq Vətəndaş Mədəniyyəti Mərkəzi (Gürcüstan) ilə birgə XIX əsrin sonu - XX əsrin əvvəllərində qadınların ictimai fəallığı tarixini öyrənmək yolu ilə vətəndaş cəmiyyəti və vətəndaş təşəbbüsləri tarixini yaratmağa yardım edirlər. 2003-cü ildə Azərbaycan tarixi muzeyinin neqativ fondunda (nəticələr www.gender-az.org saytının «Virtual muzey» bölməsində təqdim edilmişdir) və Gürcüstanın tarixi arxivlərində həyata keçirilən pilot işləri göstərdi ki, qadınların ictimai fəallığı ilə bağlı çox maraqlı material mövcuddur: qadın təşkilatlarının, dərnəklərin, cəmiyyətlərin, qarşılıqlı yardım kassalarının nizamnamələri, onların hesabatları, foto sənədlər. Sovet dövründə artıq çoxlarına məlum olan material, birmənalı təqdim olunmurdu, eyni zamanda həm «partiya senzurasına», həm də bədbəxt və əsarətə salınmış qadın təsvirinin hakim ənənələrinə məruz qalırdı.

 

«Azərbaycanda qadın fəallığının ənənələri (XIX əsrin sonu - XX əsrin əvvəli)» məcmuəsinin müəllifləri qarşılarına təkcə elmi, istorioqrafiya mövzuları qoymurdular. Açıq Cəmiyyət İnstitutunun Qadın Şəbəkə Proqramının dəstəyilə həyata keçirilmiş bu nəşr, müasir ictimai model üçün də olduqca aktual görünür. Dövlətli və kasıblar arasında ifrat təbəqələşmə, fundamental ideyaların və ictimai münasibətlərin sekulyarizasiyasının bərpasının münaqişəli prosesləri ilə xarakterizə olunur.

 

Açıq Cəmiyyət İnstitutunun Qadın Şəbəkə Proqramı, Azərbaycan və Gürcüstanın iki təşkilatı tərəfindən keçirilmiş araşdırmalar vaxtı toplanmış materialların populyarlaşdırılması yolu ilə qadın problemləri və gender bərabərliyi haqda ictimai müzakirə çərçivələrini genişləndirməyi planlaşdırır. Düşünürük ki, «Azərbaycanda qadın fəallığının ənənələri (XIX əsrin sonu - XX əsrin əvvəli)» məcmuəsi təkcə feminist hərəkatı və gender inkişafı tarixinə dair mütəxəssislər üçün deyil, həm də geniş oxucu kütləsi üçün də maraqlı olacaq.

Qadın hərəkatı tarixinin tədqiqatçıları, gender problemlərinə dair mütəxəssislər, sosioloqlar və politoloqlar Cənubi Qafqaz və ilk növbədə Azərbaycanda onun ilkin mərhələlərində qadın hərəkatına necə münasibət bəsləmək haqda indiyədək vahid rəyə gəlməmişlər. O, sözün əsl mənasında Qərb cəmiyyətinin sosial təməlini sarsıtmış feminizmin ilk dalğası ilə heç olmazsa cüzi dərəcədə əlaqəlidirmi? Əgər qadın hərəkatı təyinatına görə patriarxal ənənələr kontekstində inkişaf edə bilmirsə, onda onun Azərbaycan cəmiyyətində yaranmasının ilkin səbəbinə nə xidmət etmişdir? O, ideya və nəzəriyyələrin toqquşmasının nəticəsi və ya onun tarixi olmuşdurmu? - bu, daha doğrusu insan talelərinin, güclü və məqsədyönlü şəxsiyyətlərin faciə dolu salnaməsidir. Bu kitabın qəhrəmanları feminizm ideyasının daşıyıcıları olmuşdularmı və onların ictimai münasibətlərin inkişafına təsirin dərəcəsi necə idi?

Bu suallara cavab almaqda və ola bilsin ki, həqiqətə yaxınlaşmaqda əlinizdə tutduğunuz «Azərbaycanda qadın fəallığının ənənələri (XX əsrin sonu - XX əsrin əvvəli)» kitabı əhəmiyyətlidir. Məcmuəni çapa hazırlayan Azərbaycan Gender İnformasiya Mərkəzində, qoyulmuş məsələnin bütün çətinliyini yaxşı başa düşürlər.

 

Məsələnin nə dərəcədə yerinə yetirildiyinə ilk növbədə yanlış rəylərə əsaslanmayan oxucu cavab verməlidir. Müəlliflər onların ixtiyarına həm xüsusi, həm də populyar ədəbiyyatda dərc edilməyən, həqiqətən unikal sənədlər təqdim etmişlər. Lakin materialların seçilməsi probleminə biz hələ qayıdacağıq.

Ölkədə formalaşdırılan qadın hərəkatı, Azərbaycanda qadın fəallığının əsaslarını və ənənələrini, onun mənbələrini dərindən dərk edərək, maraqla öyrənir. Tarixi palitra kifayət qədər zəngindir: massagetlərin məğrur çariçası, Əhəmənilər sülaləsinin əsasını qoymuş əfsanəvi Kirə qalib gəlmiş Tomris, qəhrəman qadın hökmdarlar Nüşabə, Şirvana hücum edən Krım xanını və osmanlı qoşunlarını məğlub edən Heyran Nisə Bəyim, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Sara xatun, Dəspinə xatun və Mehinbanu Sultanım xanım özlərini diplomatiya sahəsində göstərmişlər. Mədəni fonda məşhur şairələr pleyadası parlamışdır: orta əsrlər dövründə qadının sevgili seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, Şuşada ilk ədəbiyyat məclisi yaratmış Xurşudbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Şahnigar xanım, Aşıq Pəri. Lakin «kişi» tarixinə yol açmış qadın hökmdarlar, döyüşçülər, diplomatlar, şairələr və rəssamlar nadir şəxsiyyətlər idi. Bəs nə qədər istedadlı və ağıllı, əzəmətli və cəsarətli qadının adı unudulmuşdur.

İndi isə biz məcmuədə təqdim edilmiş sənədlərlə işləyərkən bu seçimin prinsipləri və rəhbər tutduğumuz motivləri izah etmək istərdik. Çox vacibdir ki, oxucu başa düşsün: dövlətimizdə qadın hərəkatının ilkin mərhələsi dəqiq surətdə iki mərhələyə ayrılmışdır - Azərbaycanın sovetləşdirilməsindən əvvəl və sonra. Onların arasında təbii tarixi ardıcıllıq demək olar ki, yoxdur. Bu, Azərbaycan cəmiyyətinin iki dünyasının, iki modelinin antoqonizmi ilə izah edilir: inqilabdan əvvəlki və sonrakı.

 

Qadın azadlığı uğrunda mübarizənin ön səhnəsinə birinci olaraq imtiyazlı sinfin qadınları çıxmışlar. Onlar üçün feminizm və ya bərabər seçki hüququ anlayışının özü, nə isə uzaq, başqa, yabançı ölçüdə mövcud olan anlayış idi.

Elə həmin S.Tağıyeva-Ərəblinskaya da, L.Tuqanova da, İ.Aşurbəyova da xeyriyyəçilik və maarifçilik fəaliyyətləri ilə məşhurlaşmış bir çox digər qadınlar da, onların doğulduğundan bir az əvvəl Qərbdə ictimai hərəkət kimi yaranmış bu ənənəvi, klassik, liberal, humanist feminizmin ideyaları ilə tanış idilərmi? Çox güman ki, onlar indi deyildiyi kimi, bu problemə dair informasiyaya malik idilər. Həqiqətən, Azərbaycan cəmiyyətinin kübar qadınları yaxşı təhsil almış və tez-tez xaricdə olmuşdular. Lakin digər tərəfdən Azərbaycanın neft sənayeçilərinin arvadları və qızlarının Qərbin feminizm ideyalarına təmayülü haqda nə yazılı, nə şifahi dəlil qalmamışdır. Onlar Rusiyalı «bestujevkalar» və «ravnopravkalar» haqda nə bilirdilər və ümumiyyətlə, bilirdilərmi? Rusiya qəzetləri bu qadın hərəkatları haqqında yazırdılar və məlum olduğu kimi kübar qadınlar səyli oxucu idilər. Lakin rusiyalı feministlər raznoçin təbəqələrdən çıxmışlar, Azərbaycanın kübar qadın cəmiyyəti isə özünün sosial identikliyini nə isə bir aristokratik birlik keyfiyyətində qururdular.

Və daha qətiyyətlə demək olar ki, bizim qəhrəmanlar Amerikanın toxucu qadınlarının tətili xatirəsinə elan edilmiş Beynəlxalq qadın günü haqqında heç nə eşitməmişdilər. Baxmayaraq ki, tətilin özü də, 8 martı qadın bayramı elan edən Kopenqagen konfransı da Azərbaycan xeyriyyəçiliyinin çiçəklənməsi dövrünə təsadüf edir: iyirminci əsrin birinci onilliyi. Bəs onda qadın xeyriyyəçiliyi və maarifçiliyinin mənbəyi və onların əsas tərkib hissəsi nə idi?

Güman etmək olar ki, üç belə mövqe ayırmaq olar: Rusiya imperiyasında kapitalizm inkişafının konkret tarixi dövrü və xüsusilə də bu dövlətin ən çox sənayesi inkişaf etmiş Azərbaycanda, Azərbaycan Maarifçiliyinin ideyaları və necə də idealistcəsinə səslənməsə də, bu qadınların qəlblərinin təmizliyi. Bu o mənəvi hisslərdi ki, hansılarla ulu Kant başının üstündə ki ulduzlu səma kimi heyran olurdu.

 

Beləliklə, o dövrün rəsmi ictimai imperativləri haqda. III Aleksandrın idarəçiliyi dövründə Rusiyada kapitalizmin sürətli inkişafı liberal dəyərlərin həyata keçirilməsi üçün münbit zəmin yaratdı. Əlbəttə, söhbət xalq nümayəndəliyindən və ya burjua azadlığından gedə bilməzdi, ancaq xeyriyyəçiliyə nəinki yol verilir, hətta çarizm tərəfindən tamamilə rəğbətləndirilirdi. İmperatriça Mariya Fyodorovnanın özü bu hərəkata başçılıq edirdi. O, «ictimai nifrət» institutuna rəhbərlik etmişdir. Birinci Dünya müharibəsi ərəfəsində Rusiya İmperiyasında təxminən on beş min müxtəlif xeyriyyə cəmiyyəti fəaliyyət göstərirdi, onlardan çoxu qadın cəmiyyəti idi. Bu, «nemətlərin sızması» burjua nəzəriyyəsinin praktiki ifadəsinin formalarından biri idi: cəmiyyətin hakim təbəqəsindən, son dərəcə yoxsul təbəqələrinə qədər. Təbiidir ki, gənc Azərbaycan kapitalizmi özünün bütün əyalı ilə yeni ictimai münasibətlər sisteminə inteqrasiya etməli idi, xeyriyyəçiliyi təkcə dini ənənə kimi deyil, sosial, ictimai dəyər kimi qəbul etməli idi. Güman edilir ki, təhsilli, o vaxtkı Azərbaycan üçün zəngin qadınlar anlayışına adekvat olanlar, Rusiya imperiyasının xeyriyyəçilik prinsipləri ilə tanış idilər. Bu, yazıçı və şair F.Qlinkanın arvadı A.Kutuzova-Qolenişevanın bütün imperiyada məşhur olan «Tovarişestva dobroxotnoy kopeyki» cəmiyyətinin nizamnaməsində daha yaxşı ifadə edilmişdir: «Dadim obet pered sovestyu - otdelyat dobroxotno odnu kopeyku ot kajdoqo rublya, potraçennoqo na predmetı roskoşi i dlya svoyeqo tualeta».

 

Avropa, xüsusilə də radikal əhval-ruhiyyəli feministlər mövqeyindən, «dünya güclüləri»nin arvadları və qızları tərəfindən qadın hərəkatına töhfəsi siyasi və ya sosial dəlillərə malik deyildi və iyirminci əsrin əvvəllərinin xeyriyyəçiliyi üçün adi formalardan kənara çıxmırdı. Lakin biz, zəngin və səxavətli qadınların yalnız xeyriyyəçilik hərəkətlərinin izah edilməsindən uzağıq. Onların sinfi zümrəsinin, son Paris modası ilə geyinmiş nümayəndələrinin heç də hamısı könüllü xeyriyyəçilik ehtirası ilə seçilmirdilər. Lakin, etiraf edək ki, Qərb feministlərinin «Dünyaya xeyriyyəçilik gərək deyil, dünyaya ədalət lazımdır» döyüş çağırışı Azərbaycanın kübar qadınları üçün konseptual olaraq yabanı idi. Onların anlayışında ədalət, çətin ki, fəlsəfi və ya psixoloji vəziyyətin sinonimi idi. Bu anlayışı Tereza ana, ona Nobel mükafatı təqdim edilərkən, «Mərhəmətlə bağışlanma» nitqində çox dəqiq xarakterizə etmişdir. Bəli, özlərinin az sürən firəvan həyatları bahasına nə cür ağır qurban verəcəklərini təsəvvür etməyən bu nəcib, ağıllı, vicdanlı qadınlar, çadra altında cəhalətdə ömür sürən yaşıdları, onların külli dövlət mənbəyi - Bakı mədənləri qarşısında günah hissi keçirməyə bilməzdilər. Əlbəttə, zəngin ailələrdən olan xanımlar, bu sözün dini qurban və ya inqilabi mənasında «xalq arasına» getmirdilər. Bu da təsadüfi deyil ki, onların sərf etdikləri əsas qüvvə, məhz maarifçilik fəaliyyəti olmuşdur.

 

 

İndi deyərdilər ki, onların başlanğıc şəraitləri bütün Cənubi Qafqazda ən pis vəziyyətdə idi. Görkəmli Azərbaycan maarifçisi Həsənbəy Zərdabi o vaxt ürək yanğısı ilə yazırdı: «Tiflisdə və digər qonşu şəhərlərdə tədris müəssisələri açılarkən və ümumiyyətlə düzgün mədəniyyətin üsulları aşılanarkən, Şərqi Zaqafqaziya elə bil ki, unudulmuşdu... Bəli, Şərqi Zaqafqaziyanın əhalisi də, əsasən də müsəlmanlar, mədəniyyətsiz, mədəniyyətə uyuşmayan hesab edilirdi... Zaqafqaziyaya gələn fars təbəələrinin böyük kütləsi, yoxsulluq və cəhalətdən başqa heç nə gətirə bilmirdilər. Onlar Zaqafqaziyanı daha çox bürüyür, elə bil ki, səhvən buraya sirayət edən Avropa mədəniyyətinin şüalarını söndürürdülər»[1]. Mən əminəm ki, Tağıyeva da, Aşurbəyova da və onların əhatəsində olan digər qadınlar da onları əhatə edən müasir cəmiyyətin faciəli vəziyyətini hiss edirdilər. Ona görə onlar özlərinin bütün səylərini maarifçilik fəaliyyətində cəmləşdirir, ilk növbədə azərbaycanlı qızların təhsil almasına imkan yaratmağa çalışırdılar. Bu qayğıkeş və eyni zamanda çox səmərəli yanaşmada, Azərbaycan Maarifçiləri - Axundov, Zərdabi, Sabir, Məmmədquluzadə, Minasazov, Hadi və bir çox mütəfəkkirlərin bilavasitə təsiri görünür.

 

Azərbaycanda maarifçilik «kişi başlanğıcına» malik idi, və Z.Quluzadənin dəqiq rəyi ilə razılaşmamaq olmaz: «həmin dövrdə Azərbaycanda gender münasibətlərinin özünəməxsusluğu ondan ibarət idi ki, Avropadan fərqli olaraq burada qadın öz hüquqlarını fəal müdafiə etmək üçün real imkanlardan məhrumdu. Onun hüquq və azadlığı uğrunda yüksək inkişaf etmiş milli mədəniyyətin humanist və demokratik prinsipləri üzərində tərbiyə görən əsasən kişilərlə təmsil edilmiş milli ziyalılar çıxış edirdilər»[2].

Maarifçi-kişilərin ali cəmiyyətin qabaqcıl qadınlarına təsiri çox böyük idi. Demək kifayətdir ki, onların hamısı bir-biri ilə şəxsən tanış idilər. Elə Həsənbəy Zərdabinin özü «Nicat» qadın maarifçilik cəmiyyətinin yaradıcılarının ruhlandırıcılarından biri idi, həvəskar tamaşaların həyacanında böyümüş milli teatrın başlanğıcında dayanmışdır. Gözəl jurnalist C.Məmmədquluzadənin adı «İşıq» ilk qadın jurnalının işıq üzü görməsi ilə əlaqədardır. Belə misalları çox çəkmək olar.

Azərbaycan maarifçiliyi, Avropa maarifçiliyindən fərqli olaraq, daha romantik, daha inqilabi olmuşdur. Onun antiklerikal yönümü isə on yeddinci əsrin filosoflarında olduğundan daha parlaq ifadə edilmişdir. Bununla bağlı bu dövrün məşhur tədqiqatçısı E.Əhmədovun fikirləri daha doğrudur: «Azərbaycan maarifçiliyi fəlsəfəsinin xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun durumu xalqın milli özünü anlama prosesinin formalaşması ilə üst-üstə düşmüşdür»[3]. Tamamilə təbiidir ki, Azərbaycan qadınlarının azadlıq problemi, onların fəlsəfi müşahidəsi və publisistik çıxışlarının mərkəzi mövzularından biri olmuşdur. Bunula əlaqədar Azərbaycanın görkəmli maarifçilərindən biri Q. Minasazovun nöqteyi-nəzəri olduqca səciyyəvidir. Onun «İrşad» qəzetinin redaktoru Əhməd bəy Ağayevə açıq məktubunda deyilir: «Hələ ki, qadın məsələsi həll olunmayıb, hələ ki, müsəlman qadını qul vəziyyətində qalacaq, hələ ki, «arvad» sözü müsəlmanlar üçün ən təhqiramiz söz olacaq, hələ ki, ana və arvadlarımız zülmət, mədəniyyətsizlik və əqli şikəstlik atmosferində qalırsa - bizim, guya müsəlmanların ümumbəşər mədəniyyətinə qoşulması, onların inkişaf, mədəniyyət tərəfdarları olması haqda gurultulu sözlərimiz qeyri-səmimi və kobud lovğalıq olacaq»[4].

 

«Bakı neft möcüzəsinin» sosial təbəqəsindən olan qadınlar üçün yaratdıqları Azərbaycan Maarifçiliyinin demokratik pafosu artıq dərəcədə radikal hesab etmək olarmı? Məlum dərəcədə, bəli. Qəyyumluq, xeyriyyəçilik, ilk növbədə gənc azərbaycanlı qızlarının təhsilinə xeyli güc və vəsait sərf etmiş kübar qadınlar çox zəngin yaşamalarsa da, demokratik azadlıq uğrunda mübarizənin hansısa bir uzaqlığında mövqe tuturdular. Buna baxmayaraq, müsəlman xeyriyyə cəmiyyətlərindən olan kübar qadınlar, qadın məktəbləri və uşaq evlərinin himayəçiləri, Azərbaycan Maarifçiliyi yolunda xeyirxahlıq edənlər Azərbaycanda qadın hərəkatının başlanğıcında dururdular.

Azərbaycanda qadın hərəkatının güc toplayan inqilabdan əvvəlki dövrü, təkcə onun kübar qanadının deyil, həm də demokratik qanadının mövcudluğu ilə xarakterikdir. Onu təmsil edən qadınlar, əlbəttə, xalq arasından çıxmamışlar. Lakin məhz onlar, maarifçilərin dini ortodokslara yönəldilmiş parlaq həcvlərin qəzəbini bölüşürdülər. «Molla Nəsrəddin» jurnalının səhifələrində açılmış müzakirələri diqqətlə izləyirdilər. Seçmə dairələrin qadınları və onların daha demokratik ardıcılları, demək olar ki, zaman müddətində ayrılmırdılar, lakin kübar qadınlar üçün qadın hüquqları uğrunda mübarizə abstrakt, ekzotik kateqoriya idisə, onların ardıcılları üçün isə maarifçi feminizm ideyaları ideoloji konsepsiya, şəxsi dünyagörüşü mövqeyi idi. Bakının neft kapitalları təhsil və maarifçilik yönümündə qadın təhsil və maarifçilik sponsorluğunu təşəbbüsləndirirdilər, lakin demokratik qanadın qadınları Q.Məlikova-Zərdabi, A.Əfəndiyeva, X.Əlibəyova, X.Vəzirova və bir çox başqaları, artıq özləri təhsil prosesinin mərkəzində yerləşir, onu yaradır və azərbaycanlı qızlar üçün məktəbdə müəllimlik edirdilər.

Sosial sarsıntılar dövründə ölkə, əsl təşkilati və təbliğati qabiliyyətlə fərqlənmiş gənc qadınların - Q.Cavanşir, A.Axundzadə, Q.Qazıyeva və digərlərinin adlarını öyrənəcək.

Heç olmasa bu qadınların Zəngəzur və Volqaboyunda aclıq çəkənlərə yardım məqsədilə keçirdikləri genişmiqyaslı kampaniyanı yada salaq. Eyni zamanda Avropa təhsilli X.Əzizbəyova, Ş.Əfəndiyeva, M.Bayraməlibəyova, R.Əzim-zadə artıq özlərini siyasət zəminində axtarırdılar. Onlar sponsorluq və xeyriyyəçilik çərçivəsindən kənara çıxan qadın cəmiyyətləri yaradır və onlarla işləyirlər. «İlk qadın jurnalı «İşığın» meydana çıxması mühüm hadisə olur. Jurnalın üz qabığında çadralı qadının öz uşağının əlindən tutaraq çıxan günəşi ona göstərməsi olduqca simvolikdir»[5].

 

Jurnalın redaktoru Xədicə Əlibəyova oldu və təkcə bu, hətta savadlı cəmiyyət üçün şok sensasiya və açıq çağırış oldu. Az ömürlü (cəmi iki il) «İşıq» jurnalının müəllifləri təkcə Azərbaycan maarifçiliyi ideyalarının zirvəsində durmur, hətta bərabər seçki hüquqları üğrunda mübarizədə (Həlimə Axundova), qadın birliklərinin (Münəvvər Əlixanova), qadın vətənpərvərlik təşkilatlarının (Həyatxanım Çayqırağlı) yaradılmasında iştirak edirdilər. «İşıq» jurnalı, sözsüz ki, demokratik dəyərlərə istiqamətlənmişdi, lakin qadın emosionallığı, indi deyildiyi kimi, müəlliflərin passionarizmi, ona aydın ifadə olunmuş inqilabi istiqamət verirdi. Bizim oxucu biləcək ki, jurnalın müəllifləri öz qadın oxucularına bu sözlərlə müraciət edirdilər: «Mənim bacılarım...». Onlar bununla mənəvi yaxınlıq, inam və fikir birliyi atmosferi yaradırdılar. Bu isə, öz növbəsində jurnalın sayına təsir edirdi. Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiyanın müxtəlif şəhərlərindən müsəlman qadınlar «İşığa» təkcə məktub deyil, həm də özlərinin şəxsi korrespondensiyalarını, məqalə və hətta şerlərini göndərirdilər.

Oxucuların diqqətini xüsusilə iyirminci əsrin lap əvvəllərində yaşlı həyata qədəm qoyan qadınların tarixcəsinə cəlb etmək istərdik. Onların hamısı nəinki sovet cəmiyyətinə inteqrasiya olunur, hətta müasir Azərbaycanın əsl qəhrəmanları olur, onun milli sərvətinə çevrilirdilər. Bunlar - maarifçi Həmidə Cavanşir-Məmmədquluzadə, həkim və musiqiçi Nəzirə Şah-Mirzə, dramatik aktrisalar, ana və qızı Əzizə və Sona Məmmədovalar, neftçi-mühəndis Firuzə Kərimova, həmkarlar ittifaqı xadimi Məryəmxanım Bayraməlibəyova və bir çox başqa qadınlar idilər. Onların şanlı həyat yolu haqda oxucu bu kitabdan öyrənəcək. Bunun üçün məcmuənin tərtibçiləri, indi Qərbdə populyar olan sənədləşdirmə, «oral history» - şifahi tarix formasını seçmişlər. Məğzinə görə bunlar Azərbaycanın mədəni, sənaye, elmi şöhrətini yaradan qadın qəhrəmanların qızları, nəvələri və hətta nəticələrinin sözlərindən yazılmış kiçik hekayətlərdir. Qısa memuarlar oxucuların diqqətini səmimiliyi və məşhur azərbaycanlı qadınların həyat yollarını dolğun verməyimizlə cəlb edəcək. Güman edirik, bu fakt da səciyyəvi ola bilər ki, nağıl edənlərin özləri də gözəl alim, pedaqoq, həkim, musiqiçi, fəal həyat mövqeyi tutan adamlar, əsl vətənpərvərlər olmuşlar.

 

Ola bilsin ki, qadın hərəkatının sovet dövrünün ilk illərinə həsr edilmiş bölməsi daha çox mübahisə yaratsın. Güman edilir ki, məhz bu tarixi dövrə, Şərq qadınına cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı verən azadlığa irəliləyiş kimi nəzər yetirmək olar. Uzun illər belə mövqe şübhəsiz hesab edilirdi. Lakin indi, gender problemlərinin müasir tədqiqatçıları arasında tez-tez digər nöqteyi-nəzər qalib gəlir. Onların rəyinə görə, sovet dövrü «məcburi feminizmin» çiçəklənməsi ilə xarakterizə olunur. Burada «məcburi» anlayışı «zoraki» anlayışının evfemizmidir. Həmçinin apriori təsdiq edilir ki, qadın məsələsinin həlli kommunist təbliğatı tərəfindən «sosializm mütərəqqiliyinin sübutu» kimi istifadə edilirdi. Məlum ehkamlarda şəxsi tarixi keçmiş sifətində özünə «antipərəstişgah» yaratmaq haqda qadağa yoxdur, deməli, bu nöqteyi-nəzər də müəyyən dünyagörüşlü mövqeyi-nəzəri əks etdirir. Lakin yadda saxlamaq lazımdır ki, cinslərin bərabərliyinin təsdiqi həmişə marksist, sosial-demokrat və kommunist ideologiyasının immanent tərkibi olmuşdur. Gender bərabərliyi - sosializmin nailiyyətlərini nümayiş etdirmək üçün istifadə edilən idman uğurları deyil. Qadın azadlığı sosializmin, məsələn, sənayenin milliləşdirilməsi kimi, ictimai mənalı məqsədi idi və o, sosializm ideologiyasına səciyyəvi olan inqilabi üsullarla əldə edilirdi.

Buna baxmayaraq, tədqiqatçıların çoxu bu gün özlərinə belə sual verirlər: 1920-ci ilin aprel hadisələri olmasaydı, Azərbaycan Demokratik Respublikasının ictimai-siyasi sisteminin kontekstinə qoyulmuş sosial dəyərlər milli feminizm modelinin çiçəklənməsi üçün əlverişli zəmin ola bilərdirmi, onlar, ən mühümü gender bərabərliyi sayılan maarifçilik ideyalarının qələbəsinə gətirib çıxara bilərdimi? Bu suala qətiyyətlə «hə» cavabı vermək o vaxt olar ki, problemə zaman çərçivəsində baxılmasın. Axı, nə vaxtsa «gözəl gələcəkdə» gender bərabərliyi məsələləri, müasirliyin digər həyati problemləri kimi dünya birliyi tərəfindən həll olunacaq, əgər onun özünün inkişaf yolunu hər hansı bir ümumdünya təbii və ya antropogen kataklizmi dayandırmasa.

 

Bununla belə, sualın qoyuluşunun özü ciddi düşüncələr üçün zəmin yaradır, hərçənd, tarixdə felin lazım formasının olmaması müddəası artıq gündəlik kəlməyə çevrilmişdir. Qeyri-real, fərziyyəyə əsaslanan faktların sərbəst hallandırılması isə elmi dəyərə malik deyil, onlar dar partiya, çox hallarda isə rəqabət məqsədlərinin ideoloji əsaslandırılması üçün alət kimi xidmət edirlər. Buna baxmayaraq, ADR-in ictimai strukturlarının inkişafı kontekstində, Qərbi Avropa modeli üzrə qadın azadlığı nəzəriyyəsinin tərəfdarlarının sübutlar sistemini təhlil etməyə çalışaq. Təbiidir ki, təkamül yolu, qanuni qəbul edilmiş demokratiya və liberalizm normaları sistemində feminist ideyalarının inkişaf etdirilməsi nəzərdə tutulur.

İlk növbədə şərtləşək ki, heç kim gender bərabərliyinə nail olmaq üçün təkcə öz dövrlərində deyil, həm də onu qabaqlayan, Azərbaycan və Avropanın humanist ideyalarında tərbiyə almış ADR liderlərinin səmimi cəhdini şübhə altına salmır. Məlumdur ki, hələ 1907-ci ildə Rusiyanın Dövlət Dumasında müsəlman fraksiyasının lideri X.Xasməmmədov ölkə qadınlarına seçki hüququnun verilməsi haqqında qanun layihəsi təqdim etmiş və müsəlman fraksiyası, dəyişiklərlə olsa da, bu qanunverici təşəbbüsü dəstəkləmişdir.

Bəli, Azərbaycan Şərqdə ilk dəfə olaraq, gender ziddiyyətləri problemlərinin həllində hətta bəzi Avropa ölkələrini qabaqlayaraq, qadınlara seçki hüquqlarının verilməsi haqqında rəyini bildirmişdir. Bəli, ADR-in Təsis yığıncağı seçkilərə hazırlıq prosesində qadınlara seçmək və seçilmək hüququ vermişdir ki, bu da dünya qadın hərəkatı tarixində çox böyük nailiyyət idi.

Lakin Azərbaycan demokratlarına qadın azadsızlığının minillik paradiqmasını qırmaq, xoş niyyətlərini həyata keçirmək, bütün cəmiyyəti, təkcə onun seçmə hissəsinin deyil, insanın təbii hüquqlarını anlamağa yaxınlaşdırmaq müəssər oldumu? Təəssüf ki, yox. Təqdim edilən kitabda oxucu, ADR hökumətinin qadın hərəkatını dəstəkləməsi və qadınların siyasətə cəlb etməsini sübut edən faktlar tapacaq. Əlamətdar bir fakt: belə ki, 1917-cu ildə Tiflisdə keçirilən Qafqaz müsəlmanlarının Birinci Qurultayında Azərbaycan nümayəndəliyinə qadın, Şəfiqə Məmmədova daxil edilmişdi. İstedadlı pedaqoq, cəsarətli natiq, zalda əyləşənlərə müsəlman qadınlarının ağır problemlərindən xəbər vermək üçün özü söz almışdır. Lakin onun ağıllı və emosional çıxışı nəticəsiz qaldı. Qurultay nəinki onun sözlərinə biganə qaldı, hətta natiqin özünü bədxahlıqla qarşıladı. Bu da o dövrdə qadınların siyasi iştirakına münasibətin göstəricisi idi.

Bir çox tədqiqatçının fikrincə, sovet rejimi Azərbaycan cəmiyyətinin bütövlükdə, qadın hərəkatının isə ayrılıqda inkişafını dayandırdı. Sonuncunun «qalib gəlmiş Qərb feminizmi» sisteminə inteqrasiya etməsinə imkan vermədi. İndi bu müddəa, yeni tarixi paradiqmanın tərkib hissəsi olaraq, sübut və təsdiq tələb etməyən Dekartın «anadangəlmə ideya»sı kimi qəbul edilir. Əgər «zaman əlaqəsi» qırılmasaydı, əgər neft fontanı kimi dərin feodalizmdən kapitalizm dünyasına daxil olan Azərbaycan, məsələn, sakit və tolerant Hollandiya kimi, inkişaf etsəydi, müasirlərimiz əsl feminizmin çiçəklənməsini görərdilərmi? Ancaq ah çəkmək qalır. Biz alimin retortasında Faustun qomunkulu kimi inkişaf edə bilməzdik, dünya və lokal müharibələr, müstəmləkəçilik təcavüzləri, inqilablar və iyirminci əsrin digər şiddətli sarsıntıları bizdən yan keçə bilməzdi. Və biz tam azad Avropa yönümlü cəmiyyətə çevrilə bilməzdik. «Müstəmləkəçiliyin carçısı» Cozef Redyard Kiplinq çox düzgün demişdi: «Qərb Qərbdir, Şərq isə Şərq, onlar bir-birinə uyğunlaşmayacaq...». Heç bir patriarxal cəmiyyət, vacib deyil ki, müsəlman cəmiyyəti olsun, qadın azadlığı probleminin həll olunduğu dövlətə çevrilməmişdir. Belə dövlətlərin bəzi rəhbərləri (təkcə İran şahını yada salmaq kifayətdir, onun əmrilə qadınların çadralarını çıxarırdılar) xüsusi «direktiv feminizm» həyata keçirməyə çalışırdılar. Cəmiyyət isə bütövlükdə patriarxal və ya dini ənənələrdən kənara çıxa bilmədi.

Bu o ölkələrə də aiddir ki, onların hökumətlərinin və ya siyasi hərəkatlarının başında, məntiqə zidd olaraq qadınlar durur: Hindistanda İndira və Sonya Qandi, Pakistanda Benəzir Bhutto, Şri-Lankada Siramavo Bandanaraiki və Çandrika Kumaratunqa, Myanmada Aun San Su Çji və başqaları. Rəhmətə getmiş ölkə rəhbərlərinin, gözəl Avropa təhsili almış qızları və ya dul qadınları qadın məsələsinə çox həssaslıqla yanaşırdılar. Onlar başa düşürdülər ki, ümumi seçki hüququ, kişi və qadın bərabərliyinin əsl təntənəsinə heç cür dəlalət edə bilməz. Dini-patriarxal cəmiyyətin ətalət qüvvəsi qadın problemi məsələlərinin həlli səyini üstələyir və uzun müddət üstələyəcək.

Lakin ADR-in siyasi və sosial-mədəni islahatlarının start meydançası, Azərbaycandan sonra müstəqillik əldə etmiş, inkişaf etmiş Şərq dövlətlərindən, daha yaxşı xarakteristikalarla seçilirdimi? Əlbəttə ki, yox. Məşhur siyasətçi və alim Riçard Payps daxil olmaqla, bir çox Qərb tədqiqatçıları paytaxtda kapitalizmin gur inkişafını, ümumilikdə millətin deyil, milli burjuaziyanın mədəni inkişafının təminatına xidmət edən qeyri-adi nəzəriyyə hesab edirdilər. Elə bu gün də, hətta ən varlı Şərq monarxiyalarından danışsaq da, gərək etiraf edək ki, neft dollarları və feminizm - o isə dünya mədəniyyətinin tərkib hissəsidir, qətiyyən qarşılıqlı əlaqə anlayışı deyildir.

 

Lakin, həqiqətən, milli demokratlar hakimiyyət başında olanda Azərbaycan qadını hansı milli-mədəni səviyyədə dururdu? Xatırladaq ki, 1897-ci ilin siyahıya almasına görə, yerli əhalinin ancaq 4,6 faizi savadlı hesab olunurdu. Buradan savadlı qadınların payına düşən faizi ancaq ehtimal etmək olar. Ənənəvi həyat tərzi problemlərini və qadınların vəziyyətini mübariz publisistikanın və ciddi sosioloji araşdırmaların baş mövzusuna çevirən maarifçilərin şəhadət etdikləri mötəbər mənbələrə müraciət edək. F.Köçərli, M.F.Axundov və H.Zərdabinin tənqidi ənənələrini davam etdirərək, müasir cəmiyyətin təşəbbüssüzlüyünü, ətalətini onunla izah edirdi ki, «heç bir təhsil və tərbiyə almayan müsəlman qadın ailə və cəmiyyət qarşısında öz borcunu yerinə yetirmək iqtidarında deyil. Belə vəziyyət uşaqların tərbiyəsinə, məişətin sağlamlığına, kişilərin iş qabiliyyətliliyinə və mənəvi inkişafına mənfi təsir göstərir»[6]. Amma belə dəlillər «reduction ad absurdum» (cəfəngiyyata qədər kiçiltmə), yəni dəlil o qədər əxlaq qaydalarına zidd və təhlükəlidir ki, öz-özünü rədd edir.

Bununla belə, hətta xalq kütlələrinin ən içəri hissələrindən çıxmış gənc azərbaycanlı qızlar arasında etiraza yer vardımı? Təəcüblü olsa da, var idi. Şərq üçün kifayət qədər səciyyəvi olan misalları - əri, onun qohumları və hətta öz valideynləri ilə münaqişəyə girmiş gənc qadınların həyatı könüllü surətdə tərk etmələri - bizim araşdırmamızdan kənara qoyaq. Bu, passiv etirazın sonuncu forması deyilmi? Üsyançı Koroğlunun silahdaşı sadiq dostu - Nigar xanımın, Azərbaycan Robin Qudu, Qaçaq Nəbinin həyat yoldaşı Həcərin göstərdiyi aktiv etiraz nümunəsi üzərində diqqəti cəmləşdirməyəcəyik. Bir çox hallarda qadın etirazının özü qəribə, əcaib formalar alırdı.

Oxucu bu kitabda səksən il bundan əvvəl işıq üzü görmüş və o vaxtdan çap olunmayan çox maraqlı «Qadın «əl-Quranı» oçerkini oxuya biləcək. Söhbət «Adobu-Nisə» kitabından gedir. Kitab İrandan gətirilmiş və rəvayətə görə qadın qəlbinin dərin bilicisi sayılan Fətəli şahın əmri ilə tərtib edilmişdir. Kitabın məzmununu, hərəmxana qadınının kişi zorakılığı ilə mübarizə tarixi təşkil edir. Lakin bu mübarizə üsulları bəzən, həqiqətən də, qadınsayağı mərdli, bəzən də gülüş doğururdu. Xalq təbliğçiləri Gülsüm Nənə, Kxuli-Can-Ağa, Babi-Şah-Zeynəb və başqaları, bu metodları Şərq qadınlarına çatdırır, onlarda haqsızlığa müqavimət və nifrət hissi inkişaf etdirirdilər.

Beləliklə, xalq kütlələrinin dərinliyində müxtəlif ictimai qüvvələr tərəfindən daxil edilmiş və gözlənilən sosial aksiyalar nəticəsində partlayışa düçar ola bilən, kifayət qədər düşünülmüş etiraz ruhu yetişirdi. Bu, tarixi hadisələrin gözlənilməz dəyişikliyi inqilabi xarakter almalı idi.

 

Qadın hərəkatının ilkin sovet dövrünə həsr edilmiş bölməsində, o illərə aid sənədlər, məqalələr və müasirlərin xatirələri təqdim edilmişdir. Siz burada məcmuə müəlliflərinin şərhlərini və məqalələrini tapa bilməzsiniz. Ancaq, klassikin dediyi kimi «dünyada heç bir şeyi dəyişə bilməyən» faktlar verilmişdir. Tarixi keçmişin əsatirləşməsində özünəməxsus casus belli, bəhanə verməmək üçün, biz hər hansı bir müəllif rəyindən çəkinmişik. Bundan başqa, biz əminik ki, ciddi tarixi araşdırmaların aparılması üçün baza olmağa məsləhət görülən işdə, çox dəqiq şəkildə vurğulanmış müəlliflərin «qarışmamaq mövqeyi» tarixi əsatirlərin legitimləşdirilməsindən yaxa qurtarmağa imkan verər, buna isə hətta qızğın mübahisədə də yol vermək olmaz.

Ona görə də, oxucuya ancaq uzaq keçmişin sənədləri təqdim olunur. Bir çox hallarda onlar sadəlövh, nədə isə radikaldır. Lakin siz qızların məcburi surətdə klublara cəlb olunması, ələlxüsus da çadraların məcburi çıxarılması haqda söz tapmazsınız. Ümumiyyətlə, müasir tarixdə, Əfqanıstanda və Xomeyni İranında olduğu kimi, çadranın qadağan olunmasından daha çox, onun məcburi taxılmasına dair faktlar tapa bilərsiniz. Gənc azərbaycanlı qız üçün «sosialist feminizm» aksiyaları dolayı yolla həyata keçirilirdi: «qadın klubu-savadsızlığın ləğv edilməsi-peşəyə yiyələnmə və yalnız sonra çadranın çıxarılması». Hər bir qızın qarşısında, ər evində dörd divar arasında faktiki dustaq həyatı keçirməkdən daha cəlbedici perspektivlər açılırdı. Bu analogiyanı davam etdirərək, xatırladaq ki, qızlar qadın klublarına bolşeviklərin qışqırığı altında qurban quzuları kimi getmirdilər. Bu, düşünülmüş və cəsarətli addım idi. Bu məcmuənin sənədlərindən siz öyrənəcəksiniz ki, Azərbaycanda sadəcə «azadlıq prosesi» deyil, qadın azadlığı uğrunda əsl mübarizə gedirdi və hər bir mübarizədə olduğu kimi, onun da öz qəhrəmanları, öz qurbanları var idi. Siz onların adlarını bu kitabdan öyrənəcəksiniz.

 

Həm Şərqdə, həm də Qərbdə qadın azadlığının yolu hansısa bir mərhələdə inqilabdan keçib: fransız, Amerika... Hətta bu günkü, zərərsiz, adət halını almış etiketi qırmağa hipertrofiya meylli Qərb feminizmi, sosial sabitlik parametrlərinə 1968-ci il hadisələrindən, «yeni solçular» inqilabından sonra nail olmuşdur. Onların radikal şüarları hətta Sovet Siyasi bürosunun qocalmış üzvlərini də təşvişə salırdı. Məşhur «affirmative actions» - bir vaxtlar diskriminasiyaya məruz qalmış sosial qruplara: qadınlara, qaradərililərə imtiyazlar verilməmişdən əvvəl, Parisin Latın məhəlləsində barrikadalar, Kentdə tələbə nümayişinin güllələnməsi, Romada çoxmilyonlu etiraz yürüşləri olmuşdur.

Bu gün Azərbaycanda Qadın hərəkatı tədqiqatçılarının çoxu bu ictimai fenomenin öyrənilməsinə, təkcə tarixi sənədlərin, məşhur elmi əsərlərin öyrənilməsi ilə deyil, həm də xatirələrin, müasirlərin məqalələrinin öyrənilməsi, qadınlara məxsus ədəbi əsərlərin təhlili baxımından yanaşırlar. Bu üsul Qərbdə çoxdan və uğurla tətbiq edilir. Məcmuənin müəllifləri, bu mövqeyə şərik olaraq, «On doqquzuncu iyirminci əsrlərin hüdudlarında qadın fəallığı» əsərində onu özlərinə metodoloji əsas kimi qəbul etmişlər və ümidvardırlar ki, əsər mütəxəssislərin, marağı olan oxucuların diqqətindən yayınmayacaq.

«Azərbaycanda qadın fəallığının ənənələri (XIX əsrin sonu - XX əsrin əvvəli)» məcmuəsinin müəllifləri öz qarşılarına təkcə elmi, istorioqrafik məqsədlər qoymurdular. Açıq Cəmiyyət - Azərbaycan Yardım Fondu İnstitutunun Qadın Şəbəkə Proqramının dəstəyi ilə həyata keçirilmiş bu nəşr, müasir ictimai model üçün də çox aktual təsəvvür edilir. Burada yalnız mütərəqqi tendensiyalar deyil, həmçinin əsaslı ideyaların və ictimai münasibətlərin dünyəviləşdirilməsinin rəsmi doktrinasını bərpa etməyə cəhd edən qüvvələr arasında hiss olunan sosial təbəqələşmə, münaqişəli proseslər də yer alır.

 

 

Azərbaycan Gender İnformasiya Mərkəzi, tədqiqatlar prosesində toplanan materialların populyarlaşdırılması yolu ilə qadın problemləri və gender bərabərliyi üzrə ictimai müzakirələrin çərçivəsini genişləndirməyi planlaşdırır. Güman edirik ki, «Azərbaycanda qadın fəalığının ənənələri» məcmuəsi təkcə feminist hərəkatı tarixi və gender inkişafı üzrə mütəxəssislər üçün deyil, ən geniş oxucu kütləsi üçün də maraqlı olacaq.

Bu kitab, mütəxəssislərin köməyi olmadan işıq üzü görə bilməzdi. Onların səyi nəticəsində xalqın tarixi yaddaşının şəhadətləri qorunub saxlanır. Onların əməyi sayəsində neçə-neçə dissertasiyalar yazılmış, kitablar çap edilmişdir, lakin onlar «kadr arxasında» qalmağa öyrəşmişlər. Sirr deyil ki, bizim muzeylərdə sənədlərin saxlanma şəraiti idealdan uzaqdır və öz işlərinin entuziastları olan Xalq təhsili Muzeyinin direktoru Lalə xanım Bayramova, Xalq təhsili Muzeyinin baş mühafizi Aliyə xanım Abbasova, Salman Mümtaz adına Azərbaycan Dövlət ədəbiyyat və incəsənət Arxivinin direktoru Maarif Teymurov, Azərbaycanın Milli tarix Muzeyinin ən yeni tarix şöbəsinin müdiri Zərifə xanım Dulayeva nəinki materiallar təqdim edir, həmçinin öz bilikləri ilə bölüşür, o zamankı siyasi çarpışmaların qəhrəmanların talelərində necə əks etdiyindən söhbət açırdılar. Ona görə də, biz çalışmışıq ki, onların canlı hekayələrini tarixi sənədlərə daxil edək.

 

Ailə və şəxsi arxiv materiallarını təqdim etdiklərinə görə Mina Davatdarovaya, Xurşid Abdullayevaya, Naidə Məmmədovaya, Tamila Kəngərlinskayaya, Böyükxanım Nəzirovaya, Kövsər Tarıverdiyevaya, Rabiyə xanım Sultan-zadəya, Elmira Fərəcullayevaya xüsusi minnətdarlığımızı bildiririk. Onlar bizim, «Azərbaycanda qadın fəallığının ənənələri (XIX əsrin sonu - XX əsrin əvvəli)» fotosənədlər və memuarlarla bərpa etmək ideyamıza, yəni bizi «çoxdan ötən günlərə yaxınlaşdırmağa» qızğın dəstək verdilər.

Xüsusi minnətdarlığa tərcüməçilərimiz Natella Axundova və Tofiq Bağırov, dizayner, Azərbaycan və Gürcüstan nəşrlərinin buraxılışı və virtual təqdimi üzrə məsul olan Fərhad Zöhrəbbəyov layiqdirlər.

Qadın liderliyinin inkişafı üzrə treninqlərin praktikasında tez-tez belə suallar nəzərdən keçirilir: «Biz kimik? Biz haradan gəlmişik? Hara gedirik?» Ola bilsin ki, bu nəşrin materiallarının bir qismi bu suallara cavab verməyə kömək edəcək.

 

Azərbaycan Gender İnformasiya

Mərkəzinin direktoru

Yelena Qasımova

E-mail: info@gender-az.org



[1] Həsənbəy Zərdabi. Seçilmiş məqalələr və məktublar. Bakı, 1962, səh. 349.

[2] Quluzadə Z. Gender Azərbaycanda. B.,2003, səh.147.

[3] Əhmədov E.M. Azərbaycan Maarifinin Fəlsəfəsi. B., Azərnəşr, 1983, s. 290.

[4] Hüseynova D.S., (sitat). Azərbaycan ziyalıları XIX əsrin sonu - XX əsrin əvvələrində. Tarix elmrəri üzrə doktorluq dissertasiyasının aftoreferatı. B.,1993, səh. 19.

[5] S.Məmmədov. Azərbaycanın təhsil və mədəniyyətinin inkişafı uğrunda azərbaycanlı qadınların rolu (XIX əsrin sonu - XX əsrin əvvəlləri). Namizədlik dissertasiyasının avtoreferatı. Bakı, 1967, səh.12.

[6] Talıbova S.Q. Azərbaycan burjuaziyasının mədəni-maarif və xeyriyyəçilik fəaliyyəti (XIX əsrin sonu - XX əsrin əvvəlləri). Tarix elmləri üzrə namizədlik dissertasiyasının avtoreferatı. Bakı, 1994, səh.17.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb