QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
C, Ç
|
Camalbəyova
Güllü Şərif qızı
|
|
1879-cu ildə Tiflis şəhərində anadan olmuş,
Sumbatov küçəsi, ev 9 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı
Camalbəyov İsmayıl Abbas Qulu oğlu (1883) SSRİ Ali Məhkəmə Hərbi
Kollegiyasının Səyyar Sessiyası tərəfindən 05.01.1938-ci il tarixdə
əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir.
Camalbəyova Güllü Şərif qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin
04.07.1934-cü il tarixli qərarına əsaslanaraq 31.12.1937-ci il tarixdə
tutulmuş SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə
cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum
edilmişdir. Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının 16 mart 1995-ci il
qərarına əsasən Camalbəyova Güllü Şərif qızına bəraət verilmişdir.
|
|
|
|
Cabbarova Mina İbrahim qızı
|
|
1898-ci ildə Azərbaycan SSR, Bakı şəhərinin Dolat
kəndində anadan olmuş, Bakı şəhəri, Kürdaxanı kəndində yaşamışdır. Ailə
tərkibi: qızları Səlimxanım - 20 yaşında, Leyla - 17 yaşında. Həyat yoldaşı
Cabbarov Əli Dost Kərim oğlu 1880 «Əksiniqilabi Musavat» partiyasının üzvü
kimi 1937-ci ilin sentyabrında həbs edilmişdır. SSRİ Ali Məhkəməsinin Hərbi
Kollegiyanın Səyyar Sessiyasının 5 yanvar 1938-ci il qərarına əsasən I
kateqoriya ilə güllələnməyə məhkum olunmuşdur. Cabbarova Mina İbrahim qızı
SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq vətən xainin həyat
yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına
əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan
məhrum edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirənin 8 yanvar 1944-cü il qərarına
əsasən Cabbarova Mina İbrahim qızının xəstəliyi nəzərə alınaraq İslah-Əmək Düşərgəsindən
azad edilmişdir. Azərbaycan SSR Ali Məhkəmə Cinayət işləri üzrə Məhkəmə
Kollegiyasının 11 iyun 1959-cu il qərarına əsasən Cabbarova Mina İbrahim
qızına bəraət verilmişdir.
|
|
|
|
Cəniyeva
Səriyyə Qasım qızı
|
|
1919-cu ildə Astara rayonununu Təngərüd kəndində
anadan olmuşdur. «Beriya» adına kolxozunda işləmişdir. Ailə tərkibi: həyat
yoldaşı Caniyev Xalis Ağarza oğlu (1918) düşmən tərəfə keçdiyinə görə 8
dekabr 1942-ci ildə Hərbi Tribunal tərəfindən həbs edilmişdir. Cəniyeva
Səriyyə Qasım qızı Azərbaycan SSR CM 63-2 maddələri ilə vətən xaininin həyat
yoldaşı kimi yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır.
Azərbaycan SSR XDİK-nin 22 iyun 1943-cü il qərarına əsasən Cəniyeva Səriyyə
Qasım qızının işinə xitam verilmişdir.
|
|
|
|
Cəbrayılova
Nadejda Sergeyevna
|
|
1902-ci ildə Ryazan quberniyasının Berezyansk
kəndində anadan olmuş, Bakı şəhəri, 2-ci təzəpir döngəsi 23 ünvanında
yaşamışdır. Ailə tərkibi: qızı Şura - 9 yaşında. Həyat yoldaşı Cəbrayılov
Məmməd Hüseyn Rüstəm oğlu (1900) 5 yanvar 1938-ci ildə SSRI Ali Məhkəməsinin
Səyyar Sessiyasının qərarı ilə Azərbaycanda əksinqilabi millətçilik
fəaliyyətinə görə CM 64,70,73 maddələri ilə təqsirli bilinərək həbs
edilmişdir. Cəbrayılova Nadejda
Sergeyevna SSRİ MİK-nin 4
iyul 1934-cü il qərarına əsaslanaraq vətən xaininin həyat yoldaşı kimi
SSRİ XDİK Xüsusi Müşavirənin 9 aprel 1938-ci il qərarı ilə cəzasını
İslah-Əmək Düşərgəsində çəkməklə 11 dekabr 1937-ci ildən hesablanmaqla, 867
№-li orderə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan
SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə Kollegiyasının 24 dekabr
1955-ci il tarixli qərarına əsasən Cəbrayılova Nadejda Sergeyevnaya bəraət
verilmişdir.
|
|
|
|
Cəfərova
Əzizə Seyid Əhməd qızı
|
|
1904-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı
şəhəri, Kiçik Qala küçəsi 60 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Hürriyət -14 yaşında,
Validə - 2 yaşında, oğlanları Hikmət - 12 yaşında, Amil - 10 yaşında. Həyat
yoldaşı Mircəfərov Mir Abdulla Həsən Mir Məmməd Əmin oğlu-02.08.1937-ci il
tarixdə əksinqilabi millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum
edilmişdir. Cəfərova Əzizə Seyid Əhməd qızı vətən xaininin həyat yoldaşi kimi
SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarı əsas tutularaq SSRİ XDİK-nin
09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə
8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin
Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 06.02.1956-cı il tarixli rəyinə
əsasən Cəfərova Əzizə Seyid Əhməd qızına bəraət verilmişdir.
|
|
|
|
Cəbrayılova Əsli Mirzə qızı
|
|
1900-cı ildə Ucar rayonunun Lək kəndində anadan
olmuşdur. Ailə tərkibi:
oğlanları -
Cəbrayılov
Məhərrəm Əli oğlu -1928-ci il,
Əmrəli -
1938-ci
il, qızları Qəribnisə - 1930-cu il, Fatma - 1936-cı il, Əsmət - 1937-ci il
təvəllüdlü. Həyat yoldaşı
Cəbrayılov Cəbrayıl Əmirəli oğlu (1903) 1942-ci ildə 157-ci atıcı briqadanın Hərbi
Tribunalı tərəfindən güllələnməyə məhkum edilmişdir. Cəbrayılova Əsli
Mirzə qızı Azərbaycan SSR CM 63-3 maddələri ilə vətən xaininin həyat yoldaşı
kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 30 oktyabr 1943-cü
il qərarına əsasən vətən xaininin həyat yoldaşı
kimi 5 noyabr 1943-dən hesablanmaqla 5 il müddətinə Şimali
Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29 yanvar 1990-cı il
rəyinə əsasən Cəbrayılova Əsli Mirzə qızına bəraət verilmişdir.
|
|
|
|
Cəbiyeva
Mənsumə Hüseyn qızı
|
|
1909-cu ildə Sabirabad rayonunun Məmişlər
kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Xanım - 1938-ci il, Səfurə -
1939-cu il, Nadya - 1943-cü il, oğlu Nadir - 1941-ci il təvəllüdlü. Həyat
yoldaşı Cəbiyev Xasay Mansur oğlu (1902) 05.05.1943-cü il tarixdə Qızıl Ordu
sıralarına səfərbər edilmiş, düşmən tərəfə keçdiyinə görə 21.06.1943-cü il
tarixdə 163-cü cərimə rotasının 2-ci taqımnın Hərbi Tribunalı tərəfindən
güllələnməyə məhkum edilmişdir. Cəbiyeva Mənsumə Hüseyn qızı vətən xaininin həyat
yoldaşı kımi SSRİ XDİK Xüsusi Müşavirəsinin 24.06.1944-cü il tarixlı qərarına
əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmışdir. Azərbaycan
SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Cəbiyeva Mənsumə
Hüseyn qızına bəraət verilmişdir.
|
|
|
|
Cəfərova Gözəl Yusif qızı
|
|
1920-ci ildə Sabirabad rayonunun Qaraçalar
kəndində anadan
olmuşdur. Ailə tərkibi:
qızları Sənəm -
1940-cı
il, Tamara -
1941-ci
il təvəllüdlü. Həyat yoldaşı Əsədov İbadulla Mənsuməli oğlu (1912)
12.09.1942-ci il tarixdə Qızıl Ordu sıralarına səfərbər edilmiş, hərbi
hissədən qaçaraq düşmən tərəfə keçdiyinə görə 24.12.1942-ci il tarixdə
güllələnməyə məhkum edilmişdir. Cəfərova Gözəl Yusif qızı vətən xaininin
həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 22.05.1943-cü il tarixli
qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir.
Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən
Cəfərova Gözəl Yusif qızının bəraət verilmişdir.
|
|
|
|
Cəfərova Gülxanım Qasım qızı
|
|
1915-ci
ildə Ermənistan SSR İrəvan şəhərində anadan olmuş, Kirovabad şəhəri, II yeni
İrəvan küçəsi 42 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Gülsüm Əsgər
qızı - 1932-ci il, Dilarə -1937-ci il, Tamilə - 1941-ci il təvəllüdlü. 4
noyabr 1942-ci ildə 283-cü atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən
mövqeyini dəyişdiyinə görə 858-ci atıcı alayın keçmiş əsgəri, 1912-ci il təvəllüdlü
Cəfərov Əsgər Hüseyn oğlu vətən xaini kimi güllələnməyə məhkum edilmişdir.
Cəfərova Gülxanım Qasım qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR
CM 63-3 maddəsi ilə repressiyaya məruz qalmış və SSRİ XDİK-in 27 fevral
1943-cü il qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün
edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə
Kollegiyasının 6 yanvar 1959-cu il qərarına əsasən Cəfərova Gülxanım Qasım
qızına bəraət verilmişdir.
|
|
|
|
Cəfərova Meymət Məsmə Rza qızı
|
|
1888-ci ildə Kirovabad şəhərində anadan olmuş,
Şamxor rayonu, Keçli kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları Mikayıl -
14 yaşında, Ələddin - 12 yaşında, Nurəddin - 8 yaşında. Həyat yoldaşı Cəfərov
Taptıq Ziyad oğlu XDİK tərəfindən əksinqilabi millətçi təşkilatın üzvü
olduğuna görə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyasının
05.01.1938-ci il tarixli qərarına əsasən həbs edilmişdir. Cəfərova Meymət
Məsmə Rza qızı vətən xaininin həyat yoldaşı kimi SSR MİK 04.07.1934-cü il
tarixli qərarına əsaslanaraq 13.01.1938-ci il tarixdə həbs edilmiş, SSRİ XDİK
Xüsusi Müşavirəsinin 09.04.193 8-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək
Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan
SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Cəfərova Meymət
Məsmə Rza qızına bəraət verilmişdir.
|
|
|
|
Cəfərova Xədicə Nəsir qızı
|
|
1896-cı ildə Yevlax rayonunun, Aşağı Karxun
kəndində anadan olmuşdur, «Stalin» adına kolxozda işləmişdir. Ailə tərkibi:
oğlu Mirzəli Mehralı oğlu - 15 yaşında, qızları Əminə - 17 yaşında, Fəridə -
1932-ci
il təvəlludlü.
Həyat yoldaşı Cəfərov Məmməd İman oğlu (1890) 1 aprel 1943-cü ildə 18-ci
Ordunun 337-ci atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən vətən xaini
kimi güllələnməyə məhkum edilmişdir. Cəfərova Xədicə Nəsir qızı Azərbaycan
SSR CM 63-3 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya
məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 8 sentyabr 1943-cü il
qərarına əsasən yaşadığı yerdən çıxmamaq haqqında göstəriş ləğv edilmiş və 15
yanvar 1944-cü il qərarına əsasən Cəfərova Xədicə Nəsir qızının oğlu
çağırışçı olduğuna görə işinə xitam verilmişdir.
|
|
|
|
Cəfərova Qələmkar Nəcəf qızı
|
|
1907-ci ildə Bərdə rayonunun Alpout kəndində
anadan olmuşdur. Ailə tərkibi: oğlanları Zakir- 1938-ci il, Zöhrab- 1942-ci
il, qızları Xumar - 1932-ci il, Gülzar - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı
Cəfərov Zəkəriyyə Teymur oğlu (1899) 27.06.1942-ci il tarixdə 269-cu atıcı
diviziyanın Hərbi Tribunalı tərəfindən mövgeyini dəyişərək Azərbaycanlı
döyüşçülər arasında Sovet hökuməti əleyhinə təbliğat apardığına görə
güllələnməyə məhkum edilmişdir. Cəfərova Qələmkar Nəcəf qızı vətən xaininin
həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz
qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 04.11.1942-ci il tarixli qərarına
əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan
SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Cəfərova Qələmkar
Nəcəf qızına bəraət verilmişdir.
|
|
|
|
Cəfərova Səriyyə İsmayıl qızı
|
|
1882-ci ildə Naxçıvan şəhərinin Nehrəm kəndində
anadan olmuşdur. Kolxozçu işləmişdir. Ailə tərkibi: oğlu Səfər - 1933-cü il
təvəllüdlü. Oğlu Səfərov Hüseyn Həsən oğlu 21.05.1941-ci il tarixdə Hərbi
Tribunal tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Cəfərova
Səriyyə İsmayıl qızı vətən xaininin anası kimi 5 il müddətinə sürgün
edilmişdir.
|
|
|
|
Cəfərova Tatan Adışirin qızı
|
|
1913-cu ildə Sabirabad rayonunun, Saatlı kəndində anadan olmuşdur. Ailə tərkibi:
oğlanları Maqsud, İdris, İmanqulu; qızı Əminə. Cəfərova Tatan Adışirin qızı əksinqilabi-millətçi
təşkilatın üzvü kimi SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar
Sessiyası tərəfindən 7 yanvar 1938-ci
ildə I kateqoriya ilə
güllələnməyə məhkum edilmiş Cəfərov Qulu Əkbər oğlunun həyat yoldaşı kimi
SSRİ MİK-nin 4
iyul
1934-cü il qərarını əsas tutaraq SSRİ XDİK Xüsusi Müşavirəsinin 4 iyun 1938-ci il qərarı ilə
sosialist -
təhlükəli
ünsür kimi 2
il
müddətinə yaşadığı yerdən çıxmamaqla məsuliyyətə cəlb edilmişdir. (Azərbaycan
SSR CM 72 - 73 maddələri ilə). Azərbaycan SSR Prokurorluğunun 15 iyun 1990-cı
il rəyinə əsasən Cəfərova Tatan Adışirin qızına bəraət verilmişdir.
|
|
|
|
Cəlalova-Əhmədova Esma Amət qızı
|
|
1908-ci ildə Krım şəhərinin, Qarasu - Bazar kəndindən
anadan olmuşdur. Ali təhsilli həkim idi. Ailə tərkibi: oğlu - Azəf - 8 yaşında.
Həyat yoldaşı Cəlalov Rəcəb (1904). Əksinqilabi millətçi-pantürkıst təşkilatının
fəal iştirakçısı kimi 2 yanvar 1938-ci ildə həbs edilmişdir. Cəlalova-Əhmədova
Esma Amət qızı XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarına əsasən
Azərbaycan SSR CM 72,73 maddələri
ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək cəzasını İslah-Əmək Düşərgəsində
çəkməklə 8 il müddətinə sürgün edilmişdir. Azərbaycan Ali Məhkəmə Cinayət
İşləri üzrə Məhkəmə Kollegiyasının 04.09.1962-ci il tarixli qərarına əsasən Cəlalova-Əhmədova
Esma Amət qızına bəraət verilmişdir.
|
|
|
|
Cəfərova Zəbərcat Usub qızı
|
|
1889-cu ildə Salyan rayonunda anadan olmuşdur. Ailə tərkibi:
qızları Zümrüd -12
yaşında,
Qeybə -
8 yaşında, oğlanları
Akif - 9 yaşında, Tahir -5 yaşında. Həyat yoldaşı Cəfərov
Muxtar Abdul
oğlu
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 07.01.1938-ci il tarixdə əksinqilabi - millətçilik
fəaliyyətinə görə I
kateqoriya
ilə güllələnməyə məhkum edilmişdir. Cəfərova Zəbərcat Usub qızı vətən xaininin həyat yoldaşı
kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən
SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum
edilmişdir. SSRİ XDİK Xüsusi
Müşavirəsinin 9.05.1942-ci il tarixli rəyinə əsasən Cəfərova Zəbərcat Usub
qızına bəraət verilmişdir.
|
|
|
|
Cəmiyeva Zülqayda Mirzə qızı
|
|
1907-ci ildə Quba rayonunun Qəçər - Zeyid
kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Şahbala - 5 yaş, qızı Marya - 2
yaşında. Həyat yoldaşı Cəmiyev Əbubəkr Şahbala oğlu 09.09.1942-ci il tarixdə
Qızıl Ordu sıralarına səfərbər edilmiş, 19.01.1942-ci il tarixdə 386-cı atıcı
diviziyanın Hərbi Tribunalı tərəfindən Azərbaycan SSR CM 58 - 11, 58-1-b
bəndi ilə güllələnməyə məhkum edilmişdir. Cəmiyeva Zülqayda Mirzə qızı vətən
xaininin həyat yoldaşi kimi Azerbaycan SSR CM 63-3 maddəsilə repressiyaya
məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 27.05.1942-ci il tarixli
qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdır. 20.07.1945-ci il
tarixdə XDİK tərəfindən isə xitam verilmişdir.
|
|
|
|
Cəfərova-Kremer Mariya İsayevna
|
|
1909-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Karantinnaya
55, mənzil 4 ünvanında yaşamışdır. Ali təhsilli. Ailə tərkibi: oğlu Emin - 4
yaş 1933-cü il təvəllüdlü. Həyat yoldaşı Cəfərov İbrahim Abbas oğlu (1905) 5
aprel 1937-ci ildə Azərbaycan XDİK tərəfindən əksinqilabi fəaliyyətə görə
həbs edilmiş və 13 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi
Kollegiyasının Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə güllələnməyə
məhkum edilmişdir. Cəfərova - Kremer Mariya İsayevna SSRİ MİK-nin 4 iyul
1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 14 oktyabr 1937
- də SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il qərarı ilə cəzasını
İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə Kollegiyasının 17 fevral
1956-cı il qərarına əsasən Cəfərova -Kremer Mariya İsayevnaya bəraət
verilmişdir.
|
|
|
|
Cuvarlinskaya Çiçək Cümşüd qızı
|
|
1907-ci ildə Qaryagin (Fizuli) rayonunun Cuvarlı
kəndində anadan olmuşdur. Evdar qadın olmuşdur. Ailə tərkibi: oğlanları
Fikrət 9 yaş, Oktay - 5 yaş, qızları Ofelya - 2 yaş, Raya - 1 yaşında. Həyat
yoldaşı Cuvarlinski Gülmalı Rza Qulu oğlu (1902) Kirovabad MTS-in direktoru
olmuş, 25 iyul 1937-ci ildə əksinqilabi-millətçilik təşkilatının üzvü kimi
tutulmuşdur. 5 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının
Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik pantürküst təşkilatın
üzvü kimi I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Cuvarlinskaya Çiçək
Cümşüd qızı SSRİ MİK-nin 4 iyul 1934-ci il qərarına əsasən vətən xaininin
həyat yoldaşı kimi 24 mart 1938-ci il qərarı ilə məsuliyyətə cəlb edilmişdir.
Azərbaycan SSR XDİK-nin 20 mart 1939-cu il qərarına əsasən günahı olmadığı
üçün Cuvarlinskaya Çiçək Cümşüd qızının işinə xitam verilmişdir.
|
|
|
|
Çobanzadə
Ruqiyyə Gəray qızı
|
|
1904-cü ildə Ulyanovski şəhərində anadan
olmuşdur. Bakıda konservatoriyanı bitirdikdən sonra M.F.Axundov adına Opera
və Balet Teatrında işləmişdir. Həyat yoldaşı Çobanzadə Bəkir Vahab oğlu
Azərbaycan SSRİ XDİK tərəfindən 2 fevral 1937-ci ildə vətən xaini kimi həbs
edilmiş və 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Səyyar Sessiyası
tərəfindən 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4
iyul 1934-cü il qərarı əsas götürülərək Çobanzadə Ruqiyyə Gəray qızı vətən
xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 11 oktyabr 1937-ci il
qərarı ilə həbs edilmiş və 8 il müddətinə sürgünə göndərilmişdir. 1945-ci
ildə sürgündən qayıdan Ruqiyyə xanım məcburiyyət üzündən Şamaxıda yaşamalı
olub. 13 dekabr 1955-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı
Çobanzadə Ruqiyyə Gəray qızına bəraət vermişdir.
|
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|