Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


D


 

Dadaşova Fəxrəndə Eynulla qızı

 

1919-cu ildə Lənkəran şəhərinin Vələdi kəndində anadan olmuş, Lənkəran şəhəri Kommunist küçəsi dalan 3, ev № 35 ünvanında yaşamışdır. Ailə tərkibi: qardaşı Dadaşov İsrafil Eynulla oğlu - 1928-ci il, qaynı Bağırov Seyidağa Mirbağır oğlu - 1934-cü il təvəllüdlü. Həyat yoldaşı B.Mirhüseyn Mirbağır oğlu 8 sentyabr 1941-ci ildə orduya çağrılmış, ordudan qaçdıqdan sonra 19 noyabr 1942-də 45-ci Zaqafqaziya cəbhəsinin 45-ci ordusunun Hərbi Tribunalı tərəfindən 30 noyabr 1942-ci ildə vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM 63-3 maddələri ilə Dadaşova Fəxrəndə Eynulla qızı vətən xaininin həyat yoldaşı kimi yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 25 avqust 1943-cü il qərarına əsasən Dadaşova Fəxrəndə Eynulla qızının işinə xitam verilmişdir.

 

 

 

Dadaşova Kimya Cabbar qızı

 

1915-ci ildə Kirovabad şəhərində anadan olmuş, Bakı şəhəri, Qoqol küçəsi 3 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Cəfər - 5 yaş, qızı Ruqiyə - 2 yaşında. Həyat yoldaşı Dadaşov Ağa Kərim Cəfər oğlu SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 05.07.1938-ci il tarixli qərarına əsasən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Dadaşova Kimya Cabbar qızı vətən xaininin həyat yoldaşı kimi SSR MİK 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 23.08.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 14.03.1990-cı il tarixli rəyinə əsasən Dadaşova Kimya Cabbar qızına bəraət verilmişdir.

 

 

 

Dadaşova Mədinə Camar qızı

 

1910-cu ildə Bakı şəhərində anadan olmuş, 3-cü Kapitalinskaya 15, mən. 44 ünvanında yaşamışdır.

Ailə tərkibi: oğlanları Əhədulla - 6 yaş, Hafiz - 3 aylıq, qızı Rəhilə - 3 yaşında. Həyat yoldaşı Dadaşov Yadulla Əhədulla oğlu (1908) 1 iyul 1937-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyasının 12 oktyabr 1937-ci il qərarına əsasən əksinqilabi fəaliyyətinə görə I kateqoriya ilə həbs olunmuşdur. Dadaşova Mədinə Camar qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsaslanaraq vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSRİ XDİK Xüsusi Müşavirənin 9 yanvar 1938-ci il qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Azərbaycan SSRİ XDİK Xüsusi Müşavirənin 18 iyun 1941-ci il qərarına əsasən Dadaşova Mədinə Camar qızı cəzasının qalan hissəsindən və nəzarətdən azad edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 18 iyun 1956-cı il qərarına əsasən Dadaşova Mədinə Camar qızına bəraət verilmişdir.

 

 

 

Daşdıyeva Tutuxanım Əliverdi qızı

 

1917-ci ildə Qusar rayonunun Düstahir kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Daşdıyev Abdulfəttah Salah oğlu (1912) 8 sentaybr 1941-cı ildə Qusar Rayon Hərbi Komissarlıq tərəfindən Qızıl Orduya səfərbər edilmişdir. 30 aprel 1942-ci ildə 386-cı atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən əlində silah düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir.  Sonra güllələnmə 8 il işlə əvəz edilmişdir. Daşdıyeva Tutuxanım Əliverdi qızı Azərbaycan SSR CM 63-3 maddəsi ilə vətən xaininin həyat yoldaşı kimi (yaşadığı yerdən çıxmamaqla) təqsirli bilinərək repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 13 avqust 1942-ci il qərarına əsasən Dasdıyeva Tutuxanım Əliverdi qızının yaşadığı yerdən çıxmamaq haqqında işi dayandırılmışdır.

 

 

 

Davudova Gülsüm Kərimxan qızı

 

1872-ci ildə Qusar rayonunun Sudur kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Məmmədov Məmmədəli Fətulla oğlu 386-cı atıcı diviziya komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə Hərbi Tribunalın 01.03.1942-ci il tarixli qərarına əsasən güllələnməyə məhkum edilmişdir. Davudova Gülsüm Kərimxan qızı vətən xainin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış SSRİ XDİK-nin qərarına əsasən 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 30.05.1942-ci il tarixli rəyinə əsasən Davudova Gülsüm Kərimxan qızının işinə xitam verilmişdir.

 

 

 

Dəstəxanım Sadıx qızı

 

1902-ci ildə Nuxa (Şəki) rayonunun Oxut kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Fərman - 7 yaş, Loğman - 5 yaş, qızı Zərnişan-8 yaşında. Həyat yoldaşı Qurban Əhməd oğlu (40 yaş) 30-cu il üsyanının iştirakçısı kimi təqsirli bilinərək həbs edilmişdir. Dəstəxanım Sadıx qızı həyat yoldaşı görə Azərbaycan SSR CM 18/79 maddələri ilə təqsirli bilinərək Azərbaycan Dövlət Siyasi İdarəsinin Nuxa (Şəki) Rayon Şöbəsi tərəfindən 19 iyul 1932-ci il tarixdə həbs olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsinin Nuxa (Şəki) Şəhər Şöbəsinin 20 oktyabr 1932-ci il qərarına əsasən Dəstəxanım Sadıx qızının əməlində cinayət tərkibi olmadığı üçün işinə xitam verilmişdir.

 

 

 

Dostuyeva Müşərrəf Cəfərqulu qızı

 

1907-ci ildə Yardımlı rayonunun Məcair kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Dostuyev Mürsəl Əsməd oğlu (1912) 2 mart 1943-cü ildə Bakı Ordusunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi 1941-ci ilin dekabr ayında güllələnməyə məhkum olunmuşdur. Dostuyeva Müşərrəf Cəfərqulu qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək repressiyaya məruz qalmış, onun 5 il müddətinə sürgün edilməsi haqqında təklif SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29 yanvar 1944-cü il qərarına əsasən 5 il müddətinə sürgün olunmuşdur. Azərbaycan Respublikası Prokurorluğunun 21 yanvar 1998-ci il tarixli rəyinə əsasən Dostuyeva Müşərrəf Cəfərqulu qızının həyat yoldaşı ilə heç bir cinayət əlaqəsi olmamış və əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir.

 

 

 

Dövlətova Anna Fyodrovna

 

1905-ci ildə Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində anadan olmuş, Bakı şəhəri Mustafa Sübhü küçəsi 223 ünvanında yaşamışdır. Orta təhsilli, evdar qadın olmuşdur. Ailə tərkibi: qızı Laura - 1921-ci il, oğlu Vladimir - 1919-cu il təvəllüdlü. Həyat yoldaşı Dövlətov İsa İvanoviç 12 iyun 1937-ci ildə Azərbaycan XDİK tərəfindən xalq düşməni kimi tutulmuşdur. Dövlətova Anna Fyodrovna vətən xaininin həyat yoldaşı ki­mi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 15 oktyabr 1937-dən hesablanmaqla SSRİ XDİK-nın 29 may 1938-ci il qərarına əsasən 8 il müddətinə həbs edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 27 yanvar 1956-cı il qərarına əsasən Dövlətova Anna Fyodrovnaya bəraət verilmişdir.

 

 

 

Dövlətova-Qaraxanova Anaxanım Bayram qızı

 

1913-cü ildə Masallı rayonunun Sığınacaq kəndində anadan olmuş, Masallı rayonunun Həsənli kəndində yaşamışdır. Ailə tərkibi: qızı Səriyə - 1936-cı il, qızı Gülarə - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Qaraxanov Əliş Qulu oğlu (1905) 1941-ci ilin avqust ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 03.09.1942-ci il tarixdə 212-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən əksinqilabi qrup yaradıb düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Dövlətova - Qaraxanova Anaxanım Bayram qızı vətən xai­ninin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 16.08.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali - Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Dövlətova - Qaraxanova Anaxanım Bayram qızına bəraət verilmişdir.

 

 

 

Dövlətova Laura İsa qızı

 

1921-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailə tərkibi: anası Dövlətova Anna, qardaşı Dövlətov Vladimir İsayeviç. Atası Dövlətov İsa İvanoviç aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Dövlətova Laura İsa qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin qızı kimi həbs edilmişdir. SSRİ XDİK-nın 6 aprel 1938-ci il qərarına əsasən Dövlətova Laura İsa qızının günahı olmadığına görə azad edilmişdir.

 

 

 

Dündərova Ənsər Dadaşbala qızı

 

1917-ci ildə Qusar rayonunun Badışqala kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Maral - 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Dündərov Balaxan Abbas oğlu (1913) 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 2 ap­rel 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə 772-ci atıcı alay komandirinin məlumatına əsasən məsuliyyətə cəlb olunmuşdur. Dündarova Ənsər Dadaşbala qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63 maddənin III hissəsi ilə təqsirli bilinərək SSRİ XDİK-nın 28 may 1941-ci il əmrinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Dündərova Ənsər Dadaşbala qızının yaşadığı yerdən çıxmamaq haqqında iltizam Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 25 iyul 1943-cü il məlumatına əsasən həyat yoldaşının vətən xaini olması barədə Hərbi Tribunaldan sorğu daxil olmadığı üçün Dündərova Ənsər Dadaşbala qızının işinə xitam verilmişdir.

 

 

 

Dündərova Səriyyə Muradxan qızı

 

1882-ci ildə Qusar rayonunun Badış Qala kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Balaxan, Səfixan. Oglu Dündərov Balaxan Abbas oğlu 8 sentyabr 1941-ci ildə Oızıl Ordu sıralarına səfərbər edilmiş, 772-ci atıcı alay koman­dirinin məlumatına əsasən 25 fevral 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Dündərova Səriyyə Muradxan qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM 63 maddənin III hissəsi ilə təqsirli bilinərək SSRİ XDİK-nin 28 may 1941-ci il əmrinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Dündərova Səriyyə Muradxan qızının yaşadığı yerdən çıxmamaq haqqında iltizam Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 25 iyul 1943-cü il məlumatına əsasən oğlunun vətən xaini olması barədə Hərbi Tribunaldan sorğu daxil olmadığı üçün Dündərova Səriyyə Muradxan qızının işinə xitam verilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb