Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


E


 

Eyvazova Xurşud Muxtar qızı

 

1915-ci ildə Qasım-İsmayılov rayonunun Ağamalıoğlu kəndində anadan olmuşdur. Ailə tərkibi: qayınanası Eyvazova Telli - 1892-ci il; qaynı Eyvazova Bəbir - 1929-cu il; baldızı Eyvazova Humay - 1927-ci il, oğlu Eyvazov Fərman - 1928-ci il, qızı Eyvazova Tamara - 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Eyvazova Süleyman Süleyman oğlu (1905) 1941-ci ilin iyun ayında Qızıl Orduya səfərbər edilmişdir. 16 iyun 1942-ci ildə 15-ci Kavaler Korpusu Hərbi Tribunalı tərəfindən vətənə xəyanət etdiyinə görə 151-ci atıcı diviziyasının, 626-cı atıcı alayının keçmiş əsgəri kimi güllələnməyə məhkum edilmişdir. Eyvazova Xurşud Muxtar qızı vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 25 oktyabr 1942-ci il qərarına əsasən Eyvazova Xurşud Muxtar qızının yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.

 

 

 

Eldarova Zara Əmir qızı

 

1909-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Voroşilov küçəsi, ev 4, mənzil 8 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı İnessa - 8 yaşında. Həyat yoldaşı Abdulov Kərim Yahya oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 11.10.1937-ci il tarixdə əksinqilabi - millətçi və üsyançı təşkilatın üzvü olduğuna görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Eldarova Zara Əmir qızı vətən xaininin həyat yoldaşı kimi SSR MİK 04.07.1934-cü il tarixli qərarı əsas tutularaq SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.12.1937-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 14.03.1990-cı il tarixli rəyinə əsasən Eldarova Zara Əmir qızına bəraət verilmişdir.

 

 

 

Eminbəyli Firuzə Məmməd Tağı qızı

 

1905-ci ildə Kirovabad şəhərində anadan olmuş, Bakı şəhəri Zamkovaya küçəsi, ev 38 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Nazim - 15 yaş, Yavuz - 9 yaş, qızı Nuriyə - 13 yaşında. Həyat yoldaşı Eminbəyli İbrahim Abdulla oğlu (1894) 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi trotski-terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Eminbəyli Firuzə Məmməd Tağı qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK-nin 9 dekabr 1937-ci il qərarına əsasən 14 oktyabr 1937-ci il tarixdən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Uşaqları qohumu Zəhra Hadı qızının himayəsinə verilmişdir. (Ünvan: Bakı şəhəri, Kanitapinskaya küç. ev 276). Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının 19 oktyabr 1955-cı il qərarına əsasən Eminbəyli Firuzə Məmməd Tağı qızına bəraət verilmişdir.                                      

 

 

 

Eyyubova Pəri Abdul qızı

 

1898-ci ildə Qazax rayonunun Salahlı kəndində anadan olmuş, Bakı şəhəri, Kommunist küçəsi, ev 90 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Mahmud - 15 yaş, İsmayıl - 11 yaş, qızları Gülzar - 14 yaş, Adilə - 13 yaşında. Həyat yoldaşı Eyyubov Şəmistan Mahmud oğlu (1895). 05.01.1938-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi trotski- millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Eyyubova Pəri Abdul qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə SSRİ XDİK-nin 09.04.1938-ci il tarixli qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 19.12.1955-ci il tarixli rəyinə əsasən Eyyubova Pəri Abdul qızına bəraət verilmişdir.

 

 

 

Eyvazova Sultanxanım Seyid qızı

 

1922-ci ildə Qusar rayonunun Çiləgirə kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Rəmziyyə - 2 yaşında. Həyat yoldaşı Eyvazov Vəliyəddin Rüstəm oğlu 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 13 fevral 1942-ci ildə Hərbi Tribunal tərəfindən güllələnməyə məhkum edilmişdir. Eyvazova Sultanxanım Seyid qızı vətən xainin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə sürgün edilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb