Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Ə



Əbdülova Mirvari Əsgər qızı

 

1909-cu ildə Yardımlı rayonunun Abdin kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Zəkulla Poladxan oğlu - 1935-ci il, qızları Firuzə - 1937-ci il, Pakizə - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Abdulov Poladxan Yunis oğlu (1912) 1941-ci ilin 23 dekabrında Qızıl Orduya səfərbər edilmişdir. 1942-ci ilin fevralında ordudan qaçdığına görə Azərbaycan SSR CM 63 - 1 maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Əbdülova Mirvari Əsgər qızı vətən xaininin həyat yoldaşı ki­mi 10 fevral 1943-cü ildə yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK tərəfindən 24 iyul 1945-ci ildə Əbdülova Mirvari Əsgər qızının yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.

 

 


Əfəndiyeva Əsmət Əhməd qızı

 

1912-ci ildə Qazax rayonunda anadan olmuşdur. Ailə tərkibi: oğlanları Elman 4 aylıq, Kulobat - 7 yaş, qızı Elmira - 2 yaşında. Həyat yoldaşı Əfəndiyev Mürsəl Osman oğlu (1907) 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi fəaliyyətinə görə I kateqoriya ilə tutulmuşdur. Əfəndiyeva Əsmət Əhməd qızının SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutaraq vətən xainin həyat yoldaşı kimi 2 №-li orderlə, 29 mart 1938-ci il tarixdə həbs edilməsi haqqında göstəriş verilir. SSRİ XDİK Xüsusi Müşavirənin 28 dekabr 1937-ci il qərarına əsasən Əfəndiyeva Əsmət Əhməd qızı vətən xaininin həyat yoldaşı kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi (4 aylıq oğlu El­man ilə birlikdə Akmolinsk şəhərinə XDİK Karlaqa düşərgəsində saxlanmaqla). Azərbaycan SSR Ali Məhkəmənin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 6 noyabr 1956-cı il qərarına əsasən Əfəndiyeva Əsmət Əhməd qızına bəraət verilmişdir.

 

 


Əfəndiyeva Fatma Məmməd qızı

 

1906-cı ildə Ermənistan Respublikası Dilican rayonunun Çaykənd kəndində anadan olmuş, Bakı şəhəri (Krepost) Pestel küçəsi, ev 37 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Nazim - 6 yaşında. Həyat yoldaşı Əfəndiyev Bala İbrahim oğlu (1893) 7 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik, terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarını əsas tutaraq Əfəndiyeva Fatma Məmməd qızı Azərbaycan SSR Prossesual Məcələsinin 430-cu maddəsi ilə vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavifəsinin 9 aprel 1938-ci il qərarına əsasən 2187 №-li orderlə 27 oktyabr 1937-ci ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSR Ali Məhkəmənin Hərbi Kollegiyasının 24 dekabr 1955-ci il qərarına əsasən Əfəndiyeva Fatma Məmməd qızına bəraət verilmişdir.

 

 


Əfəndiyeva Gülzar Akif qızı

 

1903-cü ildə Türkiyənin Ərzurum şəhərində anadan olub. 1915-ci ilə kimi orada yaşayıb və həmin ili ruslar Həsən qalanı alan vaxt əsir götürülür. Uşaq ikən onu türk vətəndaşı olmuş bir erməni (çəkməçi) Tiflisə aparır. 1918-ci ilə kimi (13 yaşa) kimi saxlayır. O bolşevik kimi menşeviklərdən azad olmaq üçün Rusiyaya qaçır. Gülzar xanım isə 2 uşaqla qalır. Uşaqlar acından ölürlər. Əfəndiyeva bu faciəli hadisədən huşunu itirir və onu ruhi xəstəxanada yerləşdirirlər və orada 4 aya yaxın qalır. 1919-cu ilə kimi Tiflis şəhrində Muxranskoy küçəsi ev № 57 ünvanında yaşayır. Həmin il Krasnodara gələrək hərbi xəstəxanada «sidelka» kimi xidmət edir. Lakin yaşamaq çətin olduğundan Novo - Labinskə qayıdaraq burada 1922-ci ilə kimi kənd təsərrüfatı işi ilə məşğul olur. Sonradan Bakıya gəlmək üçün Krasnodara qayıdan Gülzar 1923-cü ildə Bakıya gəlir. Gələn zaman Quba vilayətində 1 rus komisarı ilə tanış olur və onunla yaşayır, sonra o yoxa çıxır. 1923-cü ildə Bakıya gələn Əfəndiyeva «Semaşka» xəstəxanasında sidelka işinə düzəlir. 1 ildən sonra 1926-cı ilə kimi I mualicədə işləyir. Sonra Azselbankda işə girir orada işdən azad olunur Zakqostorqa düzəlir və orada da işləyə bilmir, «Lenin» adına toxuculuq fabrikində işə düzəlir. Oradan əsəbi kimi işdən çıxarılır. 6 ay işsiz qaldıqdan sonra 1930-cu ilin aprel ayında «Molot» gəmisinin mexaniki Qasımov Xeyrulla Qafqaz oğlunun zəmanəti ilə gəmiyə toxucu kimi işə qəbul edilir. Bir müddətdən sonra gəmidə xidmətçi işləyir. İşlədiyi müddətdə Əfəndiyeva qarşı dəfələrlə haqsızlıq edilmiş və onun hüquqları pozulmuşdur. Öz hüquqlarını müdafiə etdiyinə görə «Molot» gəmi kapitanının I köməkçisi Mikaelyanın rəhbərliyi ilə ona şər atılmış qanunsuz olaraq onun kayutunda axtarış aparılmış və onu xarici ölkənin casusu adlandırmışlar. Gəminin kapitanı da ona qarşı haqsızlıq etmiş, mövcud vəziyyəti araşdırmadan və gəminin Həştərxanda olmasına baxmayaraq Əfəndiyeva Gülzar Akif qızı haqqında Heştərxan nəqliyyat Dövlət Siyasi İdarəsinə yazılı məlumat göndərir. Nəticədə 18 iyun 1931-ci ildə Əfəndiyevanı Dövlət Siyasi İdarəsinin əməkdaşları gəmidən aparırlar. Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən Azərbaycan SSR CM 68 maddəsi ilə əksinqilabi fəaliyyətdə və quldurluqda günahlandırılaraq Əfəndiyeva 16 iyul 1931-ci il 200 №-li orderlə həbs edilir. Lakin Əfəndiyeva Gülzar Akif qızının heç bir günahı olmadığı sübuta yetmiş və Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən azad edilməsi haqqında göstəriş verilmişdir. Bakı şəhər Dövlət Siyasi İdarəsi tərəfindən Əfəndiyeva Gülzar Akif qızı haqqında 8371 №-li cinayet işinə xitam verilmişdir.

 

 


Əfəndiyeva Həvva Həsən qızı

 

1907-ci ildə Ağdaş şəhərinin Qalaaltı kəndində anadan olmuş, Bakı şəhəri, Komenistaya küçəsi, ev. 189 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Nailə - 2 yaşında. Həyat yoldaşı Əfəndiyev Əhməd Sədrəddin oğlu 04.06.1937-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə əksinqilabi terrorçuluq fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Əfəndiyeva Həvva Həsən qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə SSRİ XDİK Xüsusi Müşavirənin 09.04.1937-ci il tarixli qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Zaqafqaziya Hərbi Tribunalının Hərbi Dairəsinin 26.10.1955-ci il tarixli rəyinə əsasən Əfəndiyeva Həvva Həsən qızına bəraət verilmişdir.

 

 


Əfəndiyeva Zivər Xanım Məlik qızı

 

Görkəmli inqilabcı, dövrün ictimai - siyasi xadimi S.M.Əfəndiyevin həyat yoldaşı Zivər xanım 1905-ci ildə Şamaxıda anadan olub. Zivər xanım Azərbaycan Tibb Universitetini bitirmişdir. 1937-ci ildə həbs edilib. Həbs ediləndə 3 övladı olub. 1938-ci ildə 8 illik həbs cəzasına məhkum edilərək Mordvanın Potma həbs düşərgəsinə göndərilmişdir. 1939-cu ildə Voloqdaya köçürülüb və burada həkim kimi fəaliyyət göstərmişdir. Zivər xanımın məhbus həyatı 1946-cı ilə kimi davam edib. Həmin il Bakıya qayıdıb, ancaq orada yaşamağa icazə verilmədiyindən əvvəl Zərdabda, sonra isə Gəncədə yaşamalı olmuşdur. 1954-ci ildə Zivər xanımın həyat yoldaşı Soltan Məcid Əfəndiyevə bəraət verilmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın 7 dekabr 1955-ci il qərarına əsasən bəraət aldıqdan sonra Zivər xanım Bakıya köçmüşdür.

 

 


Əhədova Durna Söhbət qızı

 

1886-cı ildə Şamaxı rayonunun Hacı Qədirli kəndində ana­dan olmuşdur. Ailə tərkibi: oğlu Əhədov Seyfulla Sərxan oğlu 386-cı atıcı dıviziya komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə Hərbi Tribunalın 01.03.1942-ci il tarixli qərarına əsasən güllələnməyə məhkum edilmişdir. Əhədova Durna Söhbət qızı Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK-nin qərarına əsasən 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 30.05.1942-ci il tarixli rəyinə əsasən Əhədova Durna Söhbət qızının işinə xitam verilmişdir.

 

 


Əhədova Gülsura Murad qızı

 

1907-ci ildə Şamaxı rayonunun Hacı Qədirli kəndində anadan olmuşdur. Ail tərkibi: qaynı Əhədov Seyfulla Sərxən oğlu 386-cı atıcı diviziya komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə Hərbi Tribunalın 01.03.1942-ci il tarixli qərarına əsasən güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 30.05.1942-ci il tarixli rəyinə əsasən Əhədova Gülsura Murad qızı Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış SSRİ XDİK-nin qərarına əsasən 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR XDİK-nin 26 iyul 1942-ci il tarixli qərarına əsasən Əhədova Gülsara Murad qızının işinə xitam verilmişdir.

 

 


Əhədova Mina Dərgah qızı

 

1924-cü ildə Şamaxı rayonunun Hacı Qədirli kəndində anadan olmuşdur. Ailə tərkibi: qaynanası Durna Söhbət qızı 1886-cı il təvəllüdlü. Həyat yoldaşı Əhədov Seyfulla Sərxan oğlu 386-cı atıcı diviziya komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə Hərbi Tribunalın 01.03.1942-ci il tarixli qərarına əsasən güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 30.05.1942-ci il tarixli rəyinə əsasən Əhədova Mina Dərgah qızı Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış SSRİ XDİK-nin qərarına əsasən 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR XDİK-nin 26 iyul 1942-ci il tarixli qərarına əsasən Əhədova Mina Dərgah qızının işinə xitam verilmişdir.

 

 


Əhmədova Aftab Abbas qızı

 

1943-cü ildə Kirovabad şəhərində anadan olmuş, Kirovabad şəhəri, Sabir küçəsi ev 12, mən. 1 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Şiraz - 3 yaş, Yaşa - 5 aylıq. Həyat yoldaşı Əhmədov Yaqub Abdulla oğlu 3 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən həbs edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 14 iyun 1990-cı il rəyinə əsasən Əhmədova Aftab Abbas qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi XDİK 11 may 1938-ci il qərarı ilə körpə uşağı olduğunu nəzərə alaraq yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 26 iyul 1942-ci il tarixli qərarına əsasən Əhmədova Altab Abbas qızına bəraət verilmişdir.

 

 


Əhmədova Əminə Soltan qızı

 

1877-ci ildə Quba rayonunun Püstəqasım kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Rəhman, qızı Mənsurə. Oğlu Şahbazov Baba Məhərrəm oğlu 02 aprel 1942-ci ildə 772-ci atıcı alayı komandanlığı tərəfindən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Əhmədova Əminə Soltan qızı vətən xaininin anası kimi 07.07.1943-cü il tarixdə Azərbaycan SSR CM 63-cü maddənin III hissəsilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi iş dayandırılmışdır. Azərbaycan XDİK Quba Rayon Şöbəsinin 22 iyul 1943-cü il gostərişinə əsasən işə xitam verilmişdir.

 

 


Əhmədova Çilə Nəsrulla qızı

 

1912-ci il Dəvəçi rayonunun Kulax kəndində anadan olmuş, Siyəzan rayonunun Saadan kəndində yaşamışdır. Ailə tərkibi: oğlu Məhərrəm - 9 aylıq, qaynı - Gülmürad. Həyat yoldaşı Əhmədov Hətəm Əhməd oğlu (vətən xaini) düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Əhmədova Çilə Nəsrulla qızı Azərbaycan SSR CM 63-3 maddənin 2-ci hissəsi ilə vətən xaininin həyat yoldaşı kimi yaşadığı yerdən çıxmamaq şərti ilə təqsirli bilinərək repressiyaya məruz qalmışdır.

 

 


Əhmədova Gülbanu Vəli qızı

 

1879-cu ildə Qasım-İsmayılov rayonunun Fəhralı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Şirinov Binnət Usub oğlu (1908) 29 iyun 1944-cü ildə Belarus partizanları ilə birləşdiyinə görə vətən xaini kimi güllələnməyə məhkum olunmuşdur. Əhədova Gülbanu Vəli qızı vətən xaininin anasi kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 12 dekabr 1944-cü il qərarına əsasən Əhmədova Gülbanu Vəli qızının yaşını nəzərə alaraq ona qarşı repressiya dayandırılmışdır.

 

 


Əhmədova Həmidə Nəsrulla qızı

 

1907-ci ildə Dəvəçi rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Əhmədov Yusif Salam oğlu (23 yaş) 1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Əhmədova Həmidə Nəsrulla qızı vətən xainin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək 5 il müddətinə sürgün edilmişdir.

 

 


Əhmədova Nafiyə Tanur qızı

 

1903-cü ildə Türkiyədə ana­dan olmuşdur. İlk təhsilini «Çamlıc» litseyində almış, sonra isə pedaqoji kursu bitirmişdir. 1922-ci ildə Nafiyə xanım İstan­bul Universitetinə qəbul olunmuş və burada Əmin Abidlə tanış olaraq ailə qurmuşdur. 1927-ci ildə Abidlə birlikdə Bakıya köçmüşdür. 1931-ci ildə Türkiyəyə getmis 1935-ci ilə kimi orada yaşamışdır. 11 avqust 1938-ci ildə Acariya Xalq Daxili İşlər Komissarı dövlət təhlükəsizlik kapitanı Zaxaryanın məlumatında bildirilir ki, Əhmədova Nafiyə 10 avqust 1938-ci ildə Bakı şəhərindən Batumi şəhərinə gəlmiş və orada Türkiyənin konsulluğu ilə əlaqə saxlamışdır. Buna görə o, cəsusluqda ittiham edilərək avqustun 11-də 6298 №-li orderə əsasən Batumidə həbs edilərək Azərbaycan SSR XDİK-nin sərəncamına göndərilmişdir. Nafiyə xanım 19 fevral 1940-cı ildə müddəti 11 avqust 1938-ci ildən hesablanmaqla 3 il müddətinə azadlqdan məhrum edilmişdir. Sürgün həyatını başa vurduqdan sonra Nafiyə xanım öz arzusu ilə Türkiyəyə getmişdir.

 

 


Əhmədova Sitarə Abbas Qulu qızı

 

1909-cu ildə Ağdam rayonunun Sarqaclı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Əhməd - 1927-ci il, qızı Tamara - 1929-cu il təvəllüdlü. Əhmədova Sitarə Abbas Qulu qızı Azərbaycan SSR CM 141 maddəsilə Ağdam Rayon Xalq Məhkəməsinin 03.01.1943-cü il tarixli qərarına əsasən əksinqilabi fəaliyyətinə görə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 16.09.1991-ci il tarixli qərarına əsasən Əhmədova Sitarə Abbas Qulu qızına bəraət verilmişdir.

 

 


Əkbərova Firuzə Nəzər qızı

 

1919-cu ildə Ermənistan SSR Sisiyan rayonunun Anqebut kəndində anadan olmuş, Naxçıvan ASSR, Şahbuz rayonunun, Şada kəndində yaşamışdır. «Orcanikidze» adına kolxozda kolxozçu işləyib. Ailə tərkibi: oğlanları Əkbər - 1932-ci il, Heydər - 1930-cu il, qızı Xanımzar - 1940-cı ildə təvəllüdlü. Həyat yoldaşı Əkbərov Muxtar Ağababa oğlu (1903) 1942-ci ilin mart ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 22.05.1942-ci il tarixdə 50-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən silahla düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Əkbərova Firuzə Nəzər qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 31.05.1943-cü il tarixli qərarına əsasən 20.05.1943-cü il tarixdən hesablanmaqla 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29.01.1990-cı il tarixli rəyinə əsasən Əkbərova Firuzə Nəzər qızına bəraət verilmişdir.

 

 


Əhmədova Zərəngiz Hümbət qızı

 

1923-cü ildə Qasım-İsmayılov rayonunun Tokkalar (Qara-qoyunlu) kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Alya - 1942-ci il təvəllüdlü. Həyat yoldaşı Əhmədov Əhməd Taptıq oğlu (1910) 07.05.1943-cü il tarixdə Kirovabad qarnizonu Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Əhmədova Zərəngiz Hümbət qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 25.11.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Əhmədova Zərəngiz Hümbət qızına bəraət verilmişdir.

 

 


Əhmədova-Vəliyeva Mələk Əlihüseyn qızı

 

1907-ci ildə Qasım İsmayılov rayonunun Qaşaltı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Manaf - 6 yaş, Zəkəriyyə - 4 yaş, qızı Nazilə -1 yaşında. Həyat yoldaşı Əhmədova Adil Həsən oğlu 1914-cü ilin iyununda ordu sıralarına səfərbər edilmiş, 25 fevral 1942-ci ildə 25-ci atıcı Diviziyasının Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Əhmədova - Vəliyeva Mələk Əlihüseyn qızı SSRİ XDİK Xüsusi Müşavirəsinin 7 oktyabr 1942-ci il qərarına əsasən Azərbaycan SSR CM 63-3 maddənin II hissəsi ilə təqsirli bilinərək 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsi Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 19 aprel 1966-cı il qərarına əsasən Əhmədova-Vəliyeva Mələk Əlihüseyn qızına bəraət verilmişdir.

 

 


Ələkbərova Hüseynova Qüdrət Mənsuməli qızı

 

1900-cı ildə Azərbaycan SSR Qaryagin rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində anadan olmuş, Qaryagin rayonu, Kərimbəyli kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları Quliyev Əli Cəlal oğlu 5 yaş, Quliyev Xəlil Cəlal oğlu 1 yaş, qızı Quliyeva Şəfiqə Cəlal qızı 5 yaş, bacısı Hüseynova Maya Mənsuməli qızı. Həyat yoldaşı Quliyev Cəlil Ələkbər oğlu (1880) 20 noyabr 1941-ci ildə Hərbi Tribunalı tərəfindən (vətən xaini kimi) güllələnməyə məhkum olunmuşdur. 21 oktyabr 1942-ci il tarixdə Ələkbərova Qüdrət Mənsuməli qızı CM 63-3 maddəsi ilə XDİK qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. 12 dekabr 1947-ci il tarixdə sürgündən qaçdığına görə CM 63-3 maddənin II hissəsi ilə təqsirli bilinərək XDİK qərarı ilə tutulmuşdur. 21 fevral 1990-cı il tarixdə Azərbaycan Respublikası Prokurorluğunun rəyinə əsasən Ələkbərova Hüseynova Qüdrət Mənsuməli qızına bəraət verilmişdir.

 

 


Ələkbərova İmmisalam Rza qızı

 

1878-ci ildə Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Vəliyev Həsən Kazım oğlu (1919) alman ordusunda xidmət etmişdir. Ələkbərova İmmisalam Rza qızı Azərbaycan SSR CM 63-3 maddələri ilə vətən xaininin anası kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 24 may 1944-cü il qərarına əsasən Ələkbərova İmmisalam Rza qızına qarşı repressiya dayandırılmışdır.

 

 


Ələkbərova Kubra Məmməd qızı

 

1923-cü ildə Zaqatala şəhərində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Abdullayev Maxmud Abdul oğlu (1896) 31 iyul 1948-ci ildə əksinqilabi fəaliyyətinə görə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Ələkbərova Kubra Məmməd qızı 24 mart 1948-ci il tarixdən hesablanmaqla Azərbaycan SSR CM 72 maddənin 2-ci hissəsi ilə və CM 136 maddəsi ilə həyat yoldaşının əksinqilabi təbliğat apardığına görə təqsirli bilinərək cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.

 

 


Ələkbərova Tamara Xəlil qızı

 

1912-ci ildə Kirovabad şəhərində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Hacıyev İsmayıl İsrafil oğlu Komandanlığın məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Ələkbərova Tamara Xəlil qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır.

 

 


Ələsgərova Xatun Əzim qızı

 

1877-ci ildə Şuşa rayonunun Zarıslı kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Ələsgərov Qafar Hüseyn oğlu, oğlanları Hüseynov Qulu Qafar oğlu - 1927-ci il, İsa - 1931-ci il, Qəmbər - 1936-cı il, İldırım- 1939-cu il, Kamran - 1921-ci il, qızları Firəngiz - 1929-cu il, Qədəmjir - 1934-cü il təvəllüdlü. Oğlu Hüseynov İbrahim Qafar oğlu (1915) 1939-cu ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 28 dekabr 1942-ci ildə 37-ci ordunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Ələsgərova Xatun Əzim qızı Azərbaycan SSR CM 63-3 maddələri ilə vətən xaininin anası kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR Prokurorunun 16 dekabr 1944-cü il qərarına əsasən Ələsgərova Xatun Əzim qızına qarşı repressiya dayandırılmışdır.

 

 


Ələsgərova Pərcahan Adıgözəl qızı

 

1902-ci ildə Xızı rayonunun Xirək kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Şahbala - 17 yaş, Mahmud - 12 yaş, Nusrət - 10 yaşında. Həyat yoldaşı Əsgərov Qəni Mahmud oğlu (1897) Sovet hakimiyyəti əleyhinə çıxdığına görə 1933-cü ildə həbs edilmişdir. 30 sentyabr 1937-ci il tarixdə Ələsgərova Pərcahan Adıgözəl qızı vətən xaininin həyat yoldaşı kimi tutulmuşdur.

 

 


Ələsgərova Yaman Abbas qızı

 

1908-ci ildə Səfərəliyev rayonunun Kövlərsarı kəndində anadan olmuş, Kirovabad şəhəri, Əzizbəyov küçəsi, 8-ci döngə, ev 23 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Ələsgərov Hüseyn Məmmədhəsən oğlu (1903) 1941-ci ilin avqust ayında Kirovabad şəhər Hərbi Komissarlığı tərəfindən Qızıl Ordu sıralarına səfərbər edilmişdir. 30 aprel 1942-ci ildə 109-cu atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə kursant məktəbinin kiçik leytenantı, keçmiş əsgər güllələnməyə məhkum edilmişdir. 5 may 1942-ci ildə güllələnmə 10 il işlə əvəz edilmişdir. Azərbaycan SSR CM 63-3 maddəsi ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya düşən Əsgərova Yaman Abbas qızının SSRİ XDİK Xüsusi Müşavirəsinin 24 aprel 1943-cü il qərarına əsasən sürgün edilməsi haqqında qərar ləğv edilmişdir.

 

 


Ələsgərova Əsmət Nəcəf qızı

 

1881-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Poluxin küçəsi 113/115 ünvanında yaşamışdır. Ailə tərkibi: Həyat yoldaşı Ələsgərov Rza Məmməd oğlu (1919) düşmən tərəfə keçdiyinə görə 4 oktyabr 1941-ci il tarixdə güllələnib. Ələsgərova Əsmət Nəcəf qızı CM 63-3 maddəsi ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək repressiyaya məruz qalmışdır.

 

 


Ələsgərova Mərziyə Abbasəli qızı

 

1912-ci ildə Tiflis şəhərində anadan olmuş, 5-ci parallelnaya 17 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Yusif - 7 yaş, qızı Roza - 8 yaşında. Həyat yoldaşı Ələskərov Ələskər Yusif oğlu 5 noyabr 1937-ci ildə əksinqilabi fəaliyyətinə görə həbs edilmişdir. Ələskərova Mərziyə Abbasəli qızı vətən xaininin həyat yoldaşı 9 dekabr 1937-ci ildə həbs edilmişdir.

 

 


Əlibalayeva Urfat Mövlan qızı

 

1908-ci ildə Quba rayonunun Amsar kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Absalam - 12 yaşında, Sabir - 6 yaşında, qızı Kifayət - 10 yaşmda, Faizə - 6 yaşında. Həyat yoldaşı Əlibalayev Qüdrət Səfər oğlu (1906) 772-ci atıcı alay komandirinin 2 aprel 1942-ci il məlumatına əsasən 25 fevral 1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə vətən xaini kimi məsuliyyətə cəlb olunmuşdur. Əlibalayeva Urfat Mövlan qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsinin II hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmış, 7 iyul 1943-cü ildə işinin Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılması haqqında göstəriş verilmişdir. 22 iyul 1943-cü ildə isə Əlibalayeva Urfat Mövlan qızının işinə xitam verilmişdir.

 

 


Əlibəyova Aruzya Mustafa qızı

 

1915-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sverdlovski küçəsi 1, ev 27 ünvanında yaşamışdır. BDU - nun dosenti olmuşdur. Ailə tərkibi: anası Əlibəyova Xədicə Əli qızı 1887-ci il. Atası Əlibəyov Mustafa Cabbar oğlu (1868) Sovet hökuməti əleyhinə çıxdığına görə 1937-ci ildə həbs edilmişdir. Əlibəyova Aruzya Mustafa qızı 23 mart 1943-cü il tarixdə əksinqilabi təbliğat apardığına görə Azərbaycan SSR CM 72 -2 maddəsi ilə təqsirli bilinərək həbs edilmişdir.

 

 


Əlibəyova Əfrus Yusif qızı

 

1910-cu ildə Nuxa (Şəki) şəhərində anadan olmuş, Bakı şəhəri, 4-cü Zavağzalnaya, ev 2 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Tovuz - 3 yaş, Roza - 6 yaşında. Həyat yoldaşı Əlibəyov Əli Əhməd oğlu 12 oktyabr 1937-ci il tarixdə vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Əlibəyova Əfrus Yusif qızı Azərbaycan SSR XDİK-nin 9 dekabr 1937-ci il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi həbs edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsi Hərbi Kollegiyasının 25 avqust 1956-cı il tarixli qərarına əsasən Əlibəyova Əfrus Yusif qızına bəraət verilmişdir.

 

 


Əlibəyova Məryəm Ələkbər qızı

 

1902-ci ildə Şamxor rayonunun Murul kəndində anadan olmuşdur. Əlibəyova Məryəm Ələkbər qızı 27 iyul 1937-ci il tarixdən hesablanmaqla RSFSR CM 58 - 10, 58 - 11 maddələrinə əsasən XDİK Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il tarixli qərarı ilə əksinqilabi təbliğat apardığına görə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Əlibəyova Məryəm Ələkbər qızı Azərbaycan SSR CM 58 -10 maddəsilə Sovet Hökuməti əleyhinə təşkilatın üzvü kimi DTK - nın Xüsusi Müşavirəsinin 2 noyabr 1949-cu il tarixli qərarına əsasən 16 avqust 1949-cu il tarixdən hesablanmaqla Uzaq Sibirin Kolıma rayonuna sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29 fevral 1956-ci il tarix­li rəyinə əsasən Əlibəyova Məryəm Ələkbər qızına bəraət verilmişdir.

 

 


Əlifova Luminat Oruc qızı

 

1917-ci ildə Qusar rayonunun Düstahir kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Həqiqət- 1939-cu il, oğlu Əzəmət - 1941 -ci il, baldızı Sarayxanım - 1923-cü il təvəllüdlü. Həyat yoldaşı Əlifov Muradxan Samurxan oğlu (1911) 30 aprel 1942-ci il tarixdə vətən xaini kimi həbs olunmuşdur. Əlifova Laminat Oruc qızı XDİK 22 iyul 1942-ci il tarixdə vətən xaninin həyat yoldaşı kimi təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmişdir.

 

 


Əlixanova Əlifiyat Xanəhməd qızı

 

1882-ci ildə Qusar rayonunun Qarazühur kəndində anadan olmuş, Qusar rayonunun, Alpan kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları Ruhulla - 1916-cı il, Nəcməddin - 1921-ci il, Nurulla - 1922-ci il, qızı Kubra - 1928-ci il təvəllüdlü. Həyat yoldaşı Əlixanov İman Xaspolad oğlu (1905) düşmən tərəfə keçdiyinə görə 30.04.1942-ci il tarixdə Komandanlığının məlumatına əsasən həbs edilmişdir. Əlixanova Əlifiyat Xanəhməd qızı vətən xaininin həyat yoldaşı kimi 24 iyul 1942-ci il tarixdə Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır.

 

 


Əlixanova Rahiyə Nəsir qızı

 

1910-cu ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Əlixanov Şahbaba Paşa oğlu 772-ci atıcı alay komandirinin 2 aprel 1942-ci il məlumatına əsasən 25 fevral 1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə vətən xaini kimi məsuliyyətə cəlb olunmuşdur. Əlixanova Rahiyə Nəsir qızı vətən xaininin həyat yoldaşı ki­mi Azərbaycan SSR CM 63-3 maddəsinin II hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. 7 iyul 1943-cü ildə Əlixanova Rahiyə Nəsir qızının işinin Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılması haqqında göstəriş verilmişdir. 22 iyul 1943-cü ildə isə Əlixanova Rahiyə Nəsir qızının işinə xitam verilmişdir.

 

 


Əlixanova Sürahi Babaxan qızı

 

1870-cı ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Şahbaba (bax yuxarı: Əlixanov Şahbaba Paşa oğlu), Əlibaba. Əlixanova Sürahi Babaxan qızı vətən xaininin anası kimi 07.07.1943-cü il tarixdə Azərbaycan SSR CM 63-cü maddənin III hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır.

 

 


Əliməmmədova Saat Əmirqulu qızı

 

1917-ci ildə Şamaxı rayonunun Şudux kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Əsmər, Ərzəgül. Həyat yoldaşı Əliməmmədov Seyid Əhməd Əzməmməd oğlu 12 aprel 1942-ci il tarixdə Hərbi Tribunal tərəfindən 58 maddənin 1 «b» bəndilə güllələnməyə məhkum edilmişdir. Əliməmmədova Saat Əmirqulu qızı vətən xainin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək 5 il müddətinə sürgün edilmişdir.

 

 


Əlipaşayeva Şeyla Ağaməmməd qızı

 

1897-ci ildə Quba rayonunun Südüx kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Göhər - 1933-cü il, Şükufə - 1939-cu il, oğlu Hacı Kərim 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Əlipaşayev Aydəmir Məmməd oğlu (1904) düşmən tərəfə keçdiyinə görə Azərbaycan SSR CM 63-3 II hissəsi ilə məsuliyyətə cəlb edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirənin 2 sentyabr 1942-ci il qərarına əsasən Əlipaşayeva Şeyla Ağaməmməd qızı vətən xaininin həyat yoldaşı kimi Qazaxstan SSR-nin Qızıl - Ordu vilayətinə 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19 fevral 1990-cı il rəyinə əsasən Əlipaşayeva Şeyla Ağaməmməd qızına bəraət verilmişdir.

 

 


Əlişova Sitarə Həsən qızı

 

1917-ci ildə İmişli rayonunun Əliqullar kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Abdulla - 1939-cu il, qızları Minayə -1940-cı il, Sərvinaz - 1939-cu il, qardaşı Bəxtiyar. Həyat yoldaşı Əlişov İsrafil Zeynal oğlu (1909) 1942-ci ilin yanvar ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 12.09.1943-cü il tarixdə 211-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Əlişova Sitarə Həsən qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 10.03.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorlğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Əlişova Sitarə Həsən qızına bəraət verilmişdir.

 

 


Əliyeva Abidə Babalar qızı

 

1910-cu ildə Şamaxı rayonunun Bağırlı kəndində anadan olmuşdur. Ailə tərkibi: anası Durnisə xanım - 1871-ci il, həyat yoldaşı Əziz Hacı - 1910-cu il təvəllüdlü. Qaynı Əliyev Dursunəli Ağacan oğlu (1923) 10 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Əliyeva Abidə Babalar qızı vətən xaininin ailə üzvü kimi Azərbaycan SSR CM 63-3 maddənin II hissəsilə təqsirli bilinmiş və Azərbaycan SSRİ XDİK-nin 28 aprel 1942-ci ildə yaşadığı yeri tərk etməmək haqqında iltizam almışdır. Azərbaycan SSR XDİK-nin 28 may 1942-ci il qərarına əsasən Əliyeva Abidə Babalar qızı 5 il müddətinə Şimali Qazaxstana sürgün olunmuşdur. Azərbaycan SSR XDİK-nin 24 iyul 1945-ci il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Əliyeva Abidə Baba­lar qızının yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.

 

 


Əliyeva Ağaxanım Kərim qızı

 

1911-ci ildə Xaçmaz rayonunun Ləcət kəndində anadan olmuş, Xaçmaz rayonunun, Taqaroba kəndində yaşamışdır. «Muxtadir» adına kolxozda işləmişdir. Ailə tərkibi: baldızı Əliyeva Zəhra Məmmədbəy qızı -1929-cu il, qayınları Əliyeva Məmməd Məhəmməd Bəy oğlu. Əliyev Əli Məmmədbəy oğlu (1917) 1941-ci ilin sentyabr ayında orduya çağırılmışdır. 15 mart 1942-ci ildə 386-cı atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən vətənə xəyanət üstündə güllələnməyə məhkum edilmişdir. Əliyeva Ağaxanım Kərim qızı Azərbaycan SSR Cinayət Məcələsinin 63-3 maddələri ilə vətən xaininin ailə üzvü kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 16 oktyabr 1942-ci il qərarına əsasən Əliyeva Ağaxanım Kərim qızına qarşı repressiyası dayandırılmışdır.

 

 


Əliyeva Anna İvanovna

 

1912-ci ildə Voronej şəhərində anadan olmuş, Bakı şəhəri Engels küçəsi 19 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Albert - 7 yaş, qızı Tamara - 1 yaş 1 aylıq. Həyat yoldaşı Əliyev Əli Məşədi Qasım oğlu (1906) 23 dekabr 1937-ci ildə əksinqilabçı trotski-terrorçu təşkilatın üzvü ki­mi tutulmuş, 4 iyul 1938-ci ildə SSRİ MİK-nin Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən Əliyeva An­na İvanovna vətən xaininin həyat yoldaşı kimi 15 iyul 1937-ci ildə məsuliyyətə cəlb edilmişdir. 10 mart 1939-cu il qərarına əsasən Əliyeva Anna İvanovnanın yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.

 

 


Əliyeva Bikə Piroğlan qızı

 

1910-cu ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Lyubiya - 10 yaş, Zəmanə - 16 yaş, oğlu Niyaməddin - 15 yaşında. Həyat yoldaşı Əliyev Hüseyn Mülküm oğlu vətən xaini kimi 28 aprel 1942-ci ildə güllələnməyə məhkum edilmişdir. 28 aprel 1942-ci il tarixdə Əliyeva Bikə Piroğlan qızı CM-nin 3 maddənin 2-ci hissəsi ilə repressiyaya məruz qalmışdır.

 

 


Əliyeva Canxanım Əli qızı

 

1901-ci ildə Astara rayonunun Səncərdi kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Yaqubov Camal - 16 yaş, Bilal - 6 yaş, qızı Kifin - 1933-cü il təvəllüdlü. Həyat yoldaşı Bayramov Hacı Ağa Yaqub oğlu Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 sentyabr 1942-ci il tarixli qərarına əsasən vətən xaini kimi həbs edilmişdir. Əliyeva Canxanım Əli qızı 27 may 1943-cü il tarixdə XDİK Xüsusi Müşavirəsinin - nin qərarına əsasən 5 il müddətinə sürgün edilmişdir.

 

 


Əliyeva Fəridə İlyas qızı

 

1924-cü ildə Kirovabad şəhərində anadan olmuş, Kirovabad şəhəri, Pioner küçəsi 58 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Nağıyev Arif İsmayıl oğlu 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Hacıyev İsmayıl İsfəndiyar oğlu (1912) 15 de­kabr 1942-ci ildə Hərbi Tribunal tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Əliyeva Fəridə İlyas qızı Azərbaycan SSR CM 63-3 maddələri ilə təqsirli bilirlərək vətən xaininin həyat yoldaşı kimi yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır.

 

 


Əliyeva Firəngiz Müseyib qızı

 

1911-ci ildə Kirovabad şəhərində anadan olmuş, Kirovabad şəhəri, N/Naqornaya 8, dalan 5 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Rauf - 17 yaş, Arif - 6 yaş, qızı Zərəngiz - 3 aylıq. Həyat yoldaşı Əliyev Subhi Məmməd oğlu (1905) 3 yanvar 1938-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyası Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Əliyeva Firəngiz Müseyib qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 72/73 maddələri ilə təqsirli bilinərək Bakı şəhərindən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır.

 

 


Əliyeva Fizzə Bağır qızı

 

1915-ci ildə İrəvan şəhərində anadan olmuşdur. Ailə tərkibi: qızları Tamilla -4 yaş, Hafizə - 5 ay, qaynanası Tavat - 60 yaşında. Həyat yoldaşı Əliyev Çərkəz Atakişi oğlu SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyasının 2 fevral 1938-ci il tarixli qərarına əsasən əksinqilabi fəaliyyətinə görə həbs edilmişdir. Əliyeva Fizzə Bağır qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il ta­rixli qərarına əsasən 7 dekabr 1937-ci ildə Azərbaycan SSR CM 72 - 73 maddəsi ilə repressiyaya məruz qalmışdır.

 

 


Əliyeva Həvva Səməd qızı

 

1903-cü ildə Tovuz rayonunda anadan olmuşdur. Ailə tərkibi: qızlan Dilavər - 15 yaş, Firuzə - 13 yaş, oğlanları Həsən - 11 yaş, Sabir - 8 yaş, Əli - 2 aylıq. Həyat yoldaşı Əliyev Həşim Hüseyn oğlu 14 avqust 1937-ci il tarixdə (vətən xaini kimi) əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Əliyeva Həvva Səməd qızı SSRİ MK-nin 4 iyul 1934-cü il tarixli qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi həbs edilmişdir. SSR XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il tarixli qərarına əsasən Azərbaycan SSR CM 72/73 maddələrilə təqsirli bilinərək sosialist təhlükəli ünsür kimi 2 il müddətinə yaşadığı yerdən çıxmaması şərti ilə səsi alınmışdır. 9 ap­rel 1940-cı il tarixdə azad edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 12 sentyabr 1990-cı il tarixli rəyinə əsasən Əliyeva Həvva Səməd qızına bəraət verilmişdir.

 

 


Əliyeva Firuzə Əli qızı

  

1908-ci ildə İrəvan şəhərində anadan olmuş, Nuxa şəhəri, Proletar küçəsi 6 ünvanında yaşamışdır. Bakı şəhəri Lenin adına fabrikdə dərzi işləmişdir. Ailə tərkibi: qızları Sara - 14 yaş, Səmayə -12 yaş, Aidə - 8 yaş, oğlu Aydın - 10 yaşında. Həyat yoldaşı Əliyev Şalap Fərrux oğlu 3 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Əliyeva Firuzə Əli qızı Azərb. SSRİ MİK-nın 4 iyul 1934-cü il qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi 1 dekabr 1937-ci ildə Bakı şəhər həbsxanasına salınmaqla həbs edilmiş, SSRİ XDİK-nin 9 aprel 1938-ci il qərarına əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Övladları qohumlarının himayəsinə verilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsi tərəfindən 14 iyun 1941-ci ildə Əliyeva Firuzə Əli qızının cəza müddətinin qalan hissəsindən azad edilməsi haqqında qərar verilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 19 dekabr 1955-ci il qərarına əsasən Əliyeva Firuzə Əli qızına bəraət verilmişdir.

 

 


Əliyeva Həlimə Zeynalabdin qızı

 

1908-ci ildə Tovuz rayonunun Qaraxanlı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Sahib - 1938-ci il, qızı Qönçə - 1936-cı il, qardaşı Salman - 1924-cü il təvəllüdlü. Həyat yoldaşı Abbasov Mirəli Niftalı oğlu (1898) 1942-ci ilin mart ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 1942-ci ilin yayında Qızıl Ordudan qaçdıgına görə tutulub 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Əliyeva Həlimə Zeynalabdin qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 19.01.1944-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Əliyeva Həlimə Zeynalabdin qızına bəraət verilmişdir.

 

 


Əliyeva Həvva Atakişi qızı

 

1910-cu ildə Yardımlı rayonunun Deman kəndində anadan olmuşdur. Ailə tərkibi: Həyat yoldaşı Əliyev Həmid İman oğlu 26 yan­var 1942-ci ildə Ordu Sıralarından qaçdığına görə Əliyeva Həvva Atakişi qızı Azərbaycan SSR CM 63 - 1 maddəsi ilə təqsirli bılinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır.




Əliyeva Humay Xalıq qızı

 

1918-cı ildə Quba şəhərində anadan olmuş, Quba şəhəri, Miçurin küçəsində yaşamışdır. Ailə tərkibi: qızları Firəngiz - 1937-ci il, Firuzə - 1939-cu il, Fəridə - 1941-ci il, oğlu Firuddin - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Əliyev Məmməd Ağa İbrahim oğlu (1911) 23.09.1942-ci il tarixdə 402 atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişərək döyüşçülər arasında əksinqilabi təbliğat apardığına görə güllələnməyə məhkum edilmişdir. Əliyeva Humay Xalıq qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış SSRİ XDİK Xüsusi Müşavirəsinin 30.12.1942-ci il tarixli qərarına əsasən Novosibirsk vilayətinə 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 09.02.1990-cı il tarixli rəyinə əsasən Əliyeva Humay Xalıq qızına bəraət verilmişdir.

 

 


Əliyeva Xamataf Cavad qızı

 

1913-cü ildə Ağdam şəhərində anadan olmuş, Füzuli küçəsi ev 72 ünvanında yaşamışdır. Ağdam şəhər xəstəxanasında xadimə işləyib. Ailə tərkibi: həyat yoldaşı Əliyev Əliş Səfər oğlu 1 iyul 1942-ci ildə 15-ci süvari korpusu Hərbi Tribunalının qərarı ilə 1-ci süvari diviziyası 6-cı alayının əsgəri Əliyev Nurəddin Əliş oğlu vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Əliyeva Xamataf Cavad qızı Azərbaycan SSR CM 63-3 maddələri ilə təqsirləndirilərək yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 23 oktyabr 1943-cü qərarına əsasən Əliyeva Xamataf Cavad qızının işinə xitam verilmişdir.

 

 


Əliyeva Xanım Mirsəməd qızı

 

1917-ci ildə Quba şəhərində anadan olmuş, Quba şəhəri, Proletar küçəsi, dalan 2, mən. 1 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Kabutər - 10 aylıq. Həyat yoldaşı Əliyev Məhərrəm Hacı Əşrəf oğlu 3 yanvar 1938-ci ildə SSRi Ali Məhkəmənini Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Əliyeva Xanım Mirsəməd qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi XDİK-nin 9 aprel 1938-ci il qərarına əsasən 2 il müddətinə səsi alınmışdır. Azərbaycan SSR Prokurorluğunun 14 iyun 1990-cı il rəyinə əsasən Əliyeva Xanım Mirsəməd qızına bəraət verilmişdir.

 

 


Əliyeva Xırda Abış qızı

 

1904-cü ildə Qubadlı rayonunun Xalac kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Həmid Mirkazım oğlu 12 yaş, Yusif Mirkazım oğlu 9 yaşında. Həyat yoldaşı Molla Kazım Seyid oğlu sovet hökuməti əleyhinə qarşı çıxdığına görə həbs edilmişdir. Əliyeva Xırda Abış qızı Sovet əleyhinə çıxanın həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 18 oktyabr 1937-ci il qərarına əsasən sürgün edilmişdir.

 

 


Əliyeva Xurşud Heydər qızı

 

1911-ci ildə Naxçıvan rayonunun Qaraçuxur kəndində anadan olmuş, Naxçıvan rayonu Qaraxanbəyli kəndində yaşamışdır. Ailə tərkibi: qardaşı Heydərov Heydər Heydər oğlu 1939-cu ildə Qızıl Ordu sıralarına səfərbər edilmişdir, qızları Bədəlova Dilarə Əziz qızı - 1935-ci il, Əliyeva Gülarə Ələkbər qızı 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Əliyev Ələkbər Əli oğlu vətən xaini kimi Hərbi Tribunal tərəfindən güllələnməyə məhkum edilmişdir. Əliyeva Xurşud Heydər qızı vətən xaininin həyat yoldaşı kimiAzərbaycan SSR XDİK-nin 11 iyul 1942-ci il tarixli qərarı ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan SSR XDİK-nin 24 iyul 1945-ci il tarixli qərarı ilə Əliyeva Xurşud Heydər qızının işinə xitam verilmişdir.

 

 


Əliyeva Qəmər Məmməd qızı

 

1891-ci ildə Bakı şəhəri Əhmədli kəndində anadan olmuş, Bakı şəhəri, Qloçevski №1 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Xanım -15 yaş, Adilə - 9 yaş, Ağabacı Bədri - 7 yaş, oğlu Adil - 11 yaşında. Həyat yoldaşı Əliyev Mənsum (1887) 2 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmənin Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi musavatçılıq fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Əliyeva Qəmər Məmməd qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tuturaq vətən xaininin həyat yoldaşı kimi 10 yan­var 1938-ci ildə SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 14 fevral 1940-cı il qərarına əsasən Əliyeva Qəmər Məmməd qızı azad edilmişdir.

 

 


Əliyeva Kinəxanım Hadı qızı

 

1916-cı ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Məmmədov Zakir Mirzə Məmməd oğlu 3 yaş, qızı Məmmədova Xaskinə Mirzə Məmməd qızı 4 yaşında. Həyat yoldaşı Əliyev Mirzə Məmməd Məmməd oğlu 1941-ci ilin sentyabr ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, ordudan qaçdığına görə həbs edilmişdir. Əliyeva Kinəxanım Hadı qızı Azərbaycan SSR CM 63-3 maddənin 2-ci hissəsi ilə vətən xaininin həyat yoldaşı kimi yasadığı yerdən çıxmamaq şərti ilə təqsirli bilinərək repressiyaya məruz qalmışdır.

 

 


Əliyeva Qorki Həsən qızı

 

1912-ci ildə Yardımlı rayonunun, Xanbulaq kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Əliyeva Həzərxan Baxış oğlu (1900) Qızıl Ordudan qaçdığına görə məsuliyyətə cəlb olunması haqqında göstəriş verilmişdir. Azərbaycan SSR CM 63-3 maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Əliyeva Qorki Həsən qızı vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. 24 iyul 1945-ci ildə Azərbaycan SSR XDİK-nin qərarı ilə Əliyeva Qorki Həsən qızının yaşadığı yerdən çıxmamaq haqqında işi dayandırılmışdır.

 

 


Əliyeva Kəniz İmaməli qızı

 

1910-cu ildə Sumqayıt şəhərinin Corat kəndində anadan olmuşdur.Ailə tərkibi: oğlu Oqtay - 11 yaşında. Həyat yoldaşı Əliyev Niyaz Muxtar oğlu (1904) 15 fevral 1937-ci ildə əksinqilabi fəaliyyətinə görə həbs edilmişdir. Əliyeva Kəniz İmaməli qızı 13 aprel 1938-ci il tarixdə vətən xaininin həyat yoldaşı kimi həbs edilmiş, XDİK-nin 29 may 1938-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsındə çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 26 oktyabr 1979-cu il tarixdə Azərbaycan SSR Ali Məhkəmənin və cinayət işləri üzrə Məhkəmə Kollegiyasının qərarına əsasən Əliyeva Kəniz İmaməli qızı bəraət almışdır.

 

 


Əliyeva Mayrux Suleyman qızı

 

1909-cu ildə Quba rayonunda anadan olmuş, Bakı şəhəri, Proletar küçəsi, ev 76 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Elmira -1933-cü il təvəllüdlü. Həyat yoldaşı Əliyev Hacı Əli oğlu (1906) 17 avqust 1937-ci ildə əksinqilabi-millətçilik fəaliyyətinə görə həbs edilmişdir. Əliyeva Mayrux Suleyman qızı 15 oktyabr 1937-ci il tarixdə SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən həbs olunmuş, Azərbaycan SSR XDİK Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il tarixli qərarı ilə vətən xaininin həyat yoldaşı ki­mi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 25 avqust 1956-cı il tarixdə SSR Ali Məhkəməsinin Hərbi Kollegiyanın qərarına əsasən Əliyeva Mayrux Suleyman qızı bəraət almışdır.

 

 


Əliyeva Məryəm Xəlfəli qızı

 

1923-cü ildə Sumqayıt rayonunun Saray kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Əliyev Mikayıl İsmayıl oğlu düşmən tərəfə keçdiyinə görə XDİK-in 30.05.1942-ci il tarixli qərarına əsasən Azərbaycan SSR CM 63-2 maddəsi ilə təqsirli bilinərək vətən xaini kimi 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Əliyeva Məryəm Xəlfəli qızı 30.05.1942-ci il tarixdə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmış, Azərbaycan SSR XDİK-nin 18 iyun 1943-cü il qərarına əsasən işə xitam verilmişdir.

 

 


Əliyeva Mələk Cavad qızı

 

1914-cü ildə Kirovabad şəhərində anadan olmuş, Kirovabad şəhəri, Poçt küçəsi, ev 10 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Əliyeva Solmaz - 6 yaş, Raminə - 3 yaş, bacısı Qazızadə 1 yaşında. Həyat yoldaşı Əliyev Cəlil Paşa oğlu (1905) 1 yanvar 1937-ci ildə əksinqilabi fəaliyyətinə görə Əliyeva Mələk Cavad qızı XDİK-in 9 aprel 1938-ci il ta­rixli qərarı ilə vətən xaininin həyat yoldaşı kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublika Prokurorluğunun 3 iyul 1990-cı il tarixli rəyinə əsasən Əliyeva Mələk Cavad qızına bəraət verilmişdır.

 

 


Əliyeva Məryəm Qurban qızı

 

1907-ci ildə Balakən rayonunun Puştatala kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Şaban - 1927-ci il, Əli - 1930-cu il, İsmayıl - 1941-ci il, İbrahim - 1922-ci il, qızları Fatimat -1929-cu il, Kalimat - 1933-cü il, Samarat - 1938-ci il təvəllüdlü. Həyat yoldaşı Əliyev Nuru İsmayıl oğlu (1897) 20.05.1942-ci il tarixdə Zaqafqaziya cəbhəsi Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Əliyeva Məryəm Qurban qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış SSRİ XDİK Xüsusi Müşavirəsinin 27.01.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Əliyeva Məryəm Qurban qızına bəraət verilmişdir.

 

 


Əliyeva Raziyə Əli qızı

 

1916-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xrebtovi küçəsi ev 8, ev 50 ünvanında yaşamışdır. Sürücü ixtisasına yiyələnmişdir. Ailə tərkibi: qardaşı Salman Əli oğlu - 1911-ci il, bacısı Nüsrətova Tutu Əli qızı - 1916-cı il təvəllüdlü. Həyat yoldaşı Həsənov Xanəli Əsgər oğlu 1913-cü il təvəllüdlü. Əliyeva Raziyə Əli qızı Azərbaycan SSR CM 63-1 maddələri ilə təqsirli bilinərək sosialist - təhlükəli ünsür kimi SSRİ DTN Xüsusi Müşavirəsinin 16 aprel 1949-cu il qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. SSRİ Prokurorluğunun 10 oktyabr 1955-ci il qərarına əsasən Əliyeva Raziyə Əli qızına bəraət verilmişdir.

 

 


Əliyeva Raziyə Xəlil qızı

 

1916-cı ildə Xaçmaz rayonunun Köhnə Xudat kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Səlyar - 3 yaş, qızı Rafiyan - 4 yaşında. Həyat yoldaşı Əliyev Əmir Şirin oğlu (1904) 3 yanvar 1938-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqorilə güllələnməyə məhkum edilmişdir. Əliyeva Raziyə Xəlil qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 72 - 73 maddələri ilə təqsirli bilinərək repres­siyaya məruz qalmışdır.

 

 


Əliyeva Rəhimə Həbib qızı

 

1921-ci ildə Bakıda anadan olmuş, Balakən rayonunun Roç-Əhməd kəndində yaşamışdır. Roç-Əhməd kənd məktəbində müəllimə işləyib. Ailə tərkibi: qardaşları Əliyev İkrar Həbib oğlu - 1923-cü il, Əmir Həbib oğlu 1927-ci il təvəllüdlü. Əliyeva Rəhimə Həbib qızı Sovet hökuməti əleyhinə çıxdığına görə Azərbaycan SSR CM 72 maddənin II hissəsi ilə təqsirli bilinərək Azərbaycan SSR XDİK Balakən Rayon Şöbəsi tərəfindən 1 yanvar 1943-cü ildə həbs edilmişdir. (Nuxa şəhər həbsxanasında saxlanılmaqla). Azərbaycan SSR XDİK Qoşunları Hərbi Tribunalının 23 mart 1944-cu il qərarına əsasən Əliyeva Rəhimə Həbib qızının xəstəliyini nəzərə alaraq işinə xitam verilmişdir.

 

 


Əliyeva Səriyyə Xudu qızı

 

1908-ci ildə Astraxan-Bazar rayonunun Kurunc kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Əliyev Cümşüd Şirin oğlu 1934-cü il təvəllüdlü. Həyat yoldaşı Əliyev Şirin baba oğlu (1897) 14.03.1942-ci il tarixdə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 06.10.1942-ci il tarixdə Hərbi Tribunal tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Əliyeva Səriyyə Xudu qızı vətən xaininin həyat yoldaşı ki­mi SSRİ XDİK Xüsusi Müşavirəsinin 03.03.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29.01.1990-cı il tarıxli rəyinə əsasən Əliyeva Səriyyə Xudu qızına bəraət verilmişdir.

 

 


Əliyeva Sona Ağaməmməd qızı

 

1923-cü ildə İsmayıllı rayonunun Salyan kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Dəstəcan - 1940-cı il, oğlu İsrail - 1942-ci il təvəllüdlü. Həyat yoldaşı Əliyev İsmayıl Məmmədəli oğlu (1910) 11 yanvar 1942-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 31 may 1942-ci ildə 25-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövgeyini dəyişdiyinə görə güllələnməyə məhkum olunmuşdur. Əliyeva Sona Ağaməmməd qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmış, onun 5 il müddətinə sürgün olunması haqqında təklif baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim olunmuşdur. SSRİ XDİK-nin Xüsusi Müşavirənin 28 aprel 1943-cü il qə rarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün olunmuşdur. Azərbaycan Respublikası Prokurorluğunun 24 dekabr 1997-ci il rəyinə əsasən Əliyeva Sona Ağaməmməd qızı qanunsuz sürgün olunduğundan «Siyasi repressiya qurbanlarına bəraət verilməsi» haqqında Azərbaycan SSR 15 mart 1996-cı il ta­rixli qanununun 2.5 maddələrinə əsasən repressiya qurbanı sayılmır və ona bəraət verilmişdir.

 

 


Əliyeva Sona Mədət qızı

 

1925-ci ildə Qasım - İsmayılov rayonunun Qaraqucaq kəndində anadan olmuşdur. Ailə tərkibi: qardaşı Fərhad Mədət oğlu (1922) 1942-ci ilin yanvarında Qızıl Ordu sıralarına səfərbər edilmişdir. 14 oktyabr 1942-ci ildə 8-ci Qvardiya atıcı briqadasının Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Əliyeva Sona Mədət qızı Azərbaycan SSR SM 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin bacısı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 4 sentyabr 1943-cü il qərarma əsasən Əliye-va Sona Mədət qızı vətən xaininin bacısı kimi Şimali - Qazaxs-tana 5 ü müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 28 fevral 1990-cı il rəyinə əsasən Əliyeva Sona Mədət qızına bəraət verilmişdir.

 

 


Əliyeva Sona Məhərrəm qızı

 

1887-ci ildə Gədəbəy rayonunun Söyüdlər kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Əsgərov Hüseyn Vəli oğlu 25 mart 1943-cü ildə vətən xaini kimi Hərbi Tribunal tərəfindən güllələnməyə məhkum edilmişdir. Əliyeva Sona Məhərrəm qızı Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək vətən xaininin anası kimi yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır.

 

 


Əliyeva Şəhri Əziz qızı

 

1919-cı ildə Astraxan-Bazar (Cəlilabad) rayonunun Abbasəli kəndində anadan olmuşdur. «Komsomol» adına kolxozda işləmişdir. Ailə tərkibi: qızı Əliyeva Əskinaz Əsgər qızı - 1936-cı il, oğlanları Əlixan Əsgər oğlu - 1938-ci il, Davaxan Əsgər oğlu 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Cəfərov Əsgər Adikişi oğlu (1910) 1941-ci ilin sentyabrında Qızıl Ordudan qaçdığına görə Azərbaycan SSR CM 63-2 maddələri ilə təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Əliyeva Şəhri Əziz qızı vətən xaininin həyat yoldaşı kimi 10 iyun 1942-ci ildən yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır. Azərbaycan SSR CM 21 yanvar 1943-cü il qərarına əsasən Əliyeva Şəhri Əziz qızının yaşadığı yerdən çıxmamaq haqqında işi dayandırılmışdır.

 

 


Əliyeva Şomu Zeynal qızı

 

1918-ci ildə Laçın rayonunun Mincuxlu kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Mina - 1936-cı il təvəllüdlü. Həyat yoldaşı Əliyev Şükür Əbdüləzim oğlu (1909) 1942-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 03.09.1942-ci il tarixdə 217-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövgeyini dəyişdiyinə görə ğüllələnməyə məhkum edilmişdir. Əliyeva Şomu Zeynal qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 11.12.1944-cü il tarixli qərarına əsasən 5 il müddətinə Cənubi Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 28.02.1990-cı il tarixli rəyinə əsasən Əliyeva Şomu Zeynal qızına bəraət verilmişdir.

 

 


Əliyeva Toma Mirağa qızı

 

1865-ci ildə Lerik rayonunun Dikəbənd kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Əliyev Cəbi Əsgər oğlu 1860-cı il təvəllüdlü. Oğlu Əsgərov Pələng Cəbi oğlu (1910) 1941-ci ilin dekabr ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 28 aprel 1942-ci ildə 25-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən güllələnməyə məhkum olunmuşdur. Əliyeva Toma Mirağa qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM 63-3 maddəsilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmış, işi Azərbaycan SSR XDİK-nin 9 dekabr 1943-cü il qərarına əsasən baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim olunmuşdur, lakin onun bir oğlu Qızıl Orduda xidmət etdiyinə görə azad olunmuşdur. Azərbaycan SSR 9 fevral 1944-cü il qərarına əsasən Əliyeva Toma Mirağa qızının işinə xitam verilmişdir.

 

 


Əliyeva Usmay Murad qızı

 

1913-cü ildə Maştağa rayonunun Kürdaxanı kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Solmaz - 3 aylıq. Həyat yoldaşı Əliyeva Ağacan Aslan oğlu 02.01.1938-ci ildə əksinqilabi-millətçilik təşkilatının üzvü kimi I kateqoriya ilə həbs edilmişdir. Əliyeva Usmay Murad qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 72 - 73 maddələri ilə təqsirli bilinmiş və XDİK-in 29 may 1938-ci il qərarına əsasən körpə uşağı olduğunu nəzərə alaraq 2 il müddətinə səsi alınmışdır. Azərbaycan SSR Prokurorluğunun 19 iyun 1990-cı il rəyinə əsasən Əliyeva Usmay Murad qızına bəraət verilmişdir.

 

 


Əliyeva Yaqut Qasım qızı

 

1880-cı ildə Gədəbəy rayonunun İvanovka kəndində anadan olmuş, Gədəbəy rayonu, Kərimli kəndində yaşamışdır. Ailə tərkibi: qızı Telli - 1927-ci il, oğlu Ziyat - 1918-ci il təvəllüdlü. Oğlu Əliyev Kərəm Həsən oğlu əlində silah düşmən tərəfə keçdiyinə görə 25-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən güllələnməyə məhkum edilmişdir. Əliyeva Yaqut Qasım qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış Azərbaycan SSR XDİK Xüsusi Müşavirəsinin 30.05.1942-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. 12.08.1944-cü il tarixdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən Əliyeva Yaqut Qasım qızının yaşadığı yerdən çıxmamaq şərti ilə işinə xitam verilmişdir.

 

 


Əliyeva Yetər Mütəllim qızı

 

1922-ci ildə Ağdaş rayonunun Ərəbbasar kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Əliyev Mustafa Rəsul oğlu (1906) 19 sentyabr 1942-ci ildə 6-cı Ordunun Hərbi Tribunalı tərəfindən güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM 63-3 maddələri ilə Əliyeva Yetər Mütəllim qızı vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. Əliyeva Yetər Mütəllim qızının 5 il müddətinə sürgün edilməsi haqqında təklif baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmiş və SSRİ XDİK Xüsusi Müşavirənin 29 may 1942-ci il qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayyətinə sürgün edilmişdir. Azərbaycan Respublikası Prokurorluğunun 7 yanvar 1998-ci il rəyinə əsasən materiallardan göründüyü kimi Əliyeva Yetər Mütəllim qızı heç bir təqsiri olmadan əsasız cəzalandırılmışdır və ona «Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında» Azərbaycan Respublikasının 15 mart 1996-cı il tarixli qanununun 1, 2, 5 maddələrinə əsasən bəraət verilməklə təmizə çıxarılmışdır.

 

 


Əliyeva Zalihə Talıb qızı

 

1891-ci ildə Qasım-İsmayılov rayonunun Qaraqucaq kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Əliyev Mədət Məmməd Rəhim oğlu 1881-ci il, oğlanları Əliyev Ələkbər Mədət oğlu 1930-cu il, Əliyev Məmməd Mədət oğlu - 1936-cı il; qızları Sima Mədət qızı - 1933-cü il, Nataliya Mədət qızı - 1940-cı il, Sona Mədət qızı 1925-ci il təvəllüdlü. Oğlu Fərhad Mədət oğlu (1922) 1942-ci ilin yanvarında Qızıl Ordu sıralarına səfərbər edilmişdir. 14 oktyabr 1942-ci ildə o Qvardiya atıcı briqadasının Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Əliyeva Zalihə Talıb qızı Azərbaycan SSR Cinayət Məcəlləsinin 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin anasi kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 4 sentyabr 1943-cü il qərarına əsasən Əliyeva Zalihə Talıb qızı vətən xaininin anası kimi Şimali Qazaxstana 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 28 fevral 1990-cı il rəyinə əsasən Əliyeva Zalihə Talıb qızına bəraət verilmişdir.

 

 


Əliyeva Zeynəb Balaəli qızı

 

1892-ci ildə Bakı şəhərinin Mərdəkan kəndində anadan olmuş, Şərifov küçəsi, ev 1 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Əliyev Baba Əli oğlu (1877) 2 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarına əsasən həbs edilmişdir. Əliyeva Zeynəb Balaəli qızı XDİK-in 8 aprel 1938-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəmənın Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 6 mart 1956-cı il tarixli qərarına əsasən Əliyeva Zeynəb Balaəli qızına bəraət verilmişdir.

 

 


Əliyeva Zeynəb Rəhim qızı

 

1909-cu ildə Naxçıvan ASSR, Stalin rayonu, Kurtçam kəndində anadan olmuşdur. Əliyeva Zeynəb Rəhim qızı 26 sentyabr 1940-cı il tarixdə işdə töhmət aldığına görə Azərbaycan SSR CM 21/70 maddələrinə əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.

 

 


Əliyeva Zəhra Məmmədbəy qızı

 

1929-cu ildə Xaçmaz rayonunun Taqaroba kəndində anadan olmuşdur. «Muxtadir» adına kolxozda işləmişdir. Ailə tərkibi: gəlini Əliyeva Ağaxanım Kərim qızı - 1911-ci il, qardaşları Əliyev Məmməd Məhəmməd Bəy oğlu, Əliyev Vəkil Məmmədbəy oğlu 1911-ci il təvəllüdlü. Əliyev Əli Məmmədbəy oğlu (1917) 1941-ci ilin sentyabr ayında orduya çağırılmışdır. 15 mart 1942-ci ildə 386-cı atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən vətənə xəyanət üstündə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR XDİK-nin 16 oktyabr 1942-ci il qərarına əsasən Əliyeva Zəhra Məmmədbəy qızının repressiyası dayandırılmışdır.

 

 


Əliyeva Zəhra Yusif qızı

 

1914-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, 9-cu Konitopinskaya, kvartal 237, mənzil 115 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Nuru - 4 yaş, Fərhad - 1 yaşında. Həyat yoldaşı Əliyev Nəcəf Qulu oğlu (1903) 3 yanvar 1938-ci il tarixli qərarına əsasən SSRİ Ali Məhkəmə Hərbi Kollegiyası Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Əliyeva Zəhra Yusif qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 72 - 73 maddələri ilə təqsirli bilinərək Bakıdan çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır.

   


Əminə xanım Hacı Bala qızı

 

1912-cı ildə Nuxa (Şəki) rayonunun Oxut kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Sovdar - 2 yaşında. Həyat yoldaşı Əhməd (20 yaş) 30-cu ıl üsyanın iştırakçısı kimi həbs edilmişdir. Əminə xanım Hacı Bala qızı Azərbaycan SSR CM 18/79 maddələrı ilə təqsirli bilinərək Azərbaycan Dövlət Siyasi İdarəsinin Nuxa (Şəki) Rayon Şöbəsi tərəfindən 19 iyul 1932-ci il tarixdə həbs olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsi Nuxa (Şəki) Şəhər Şöbəsinin 20 oktyabr 1932-ci il qərarına əsasən Əminə xanım Hacı Bala qızının əməlində cinayət tərkibi olmadığı üçün işinə xitam verilmışdır.

 

 


Əminət İsa qızı

 

1806-cı ildə Zaqatala dairəsi Balakən rayonunun Kevaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: bacısı Həvva İsa qızı 28 yaşında. Qardaşı Sapan İsa oğlu 1930-cu il üsyanın fəal iştirakçısı ki­mi həbs edilmişdir. Əminət İsa qızı Zaqatala Dairəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il tarixli qərarına əsasən vətən xaininin bacısı ki­mi Qazaxstana sürgün edilmişdir.

 

 


Əminət Musa qızı

 

1906-cı ildə Balakən rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Soltan Hacı Əli oğlu 1930-cu il aprel üsyanın iştirakçısı olduğuna görə güllələnmişdir. Əminət Musa qızı antisovet fəaliyyətinə görə təqsirli bilinərək 20 yanvar 1931-ci ildə Balakən Rayon Fövqəladə Üçlüyü tərəfindən həbs olunmuşdur. Azərbaycan SSR Zaqatala Dairəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Əminət Musa qızı azad olunmuşdur.

 

 


Əminət Samir qızı

 

1911-ci ildə Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində anadan olmuşdur. Ailə tərkibi: oglu Ramazan - 2 aylıq. Həyat yoldaşı Əliyev Nəbi Əli oğlu 19 yaşında. Atası Əli Yüzbaşı Quşan oğlu 1931-ci üsyanının iştirakçısı kimi Qazaxstana sürgün edilmişdir (sürgündə ölmüşdür). Əminə Samir qızı 15-16 yaşlarında (atası vəfat edəndən sonra) Qazaxstandan Zaqatala rayonuna gəlir və tütün fabrikində işləyir, o, atasına görə nəzarətdə saxlanılmış, Zaqatala Dairə Fövqəladə üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən qolçomaq ailə üzvü kimi ailəsi ilə birlikdə Qazaxstana sürgün edilmişdir. Azərbaycan Respublikası Prokurorluğunun 13 aprel 1994-cü il qərarına əsasən Əminət Samir qızına bəraət verilmişdir.

 

 


Əmirbəyova Minayə Hüseyn qızı

 

1906-cı ildə Quba rayonunda anadan olmuş, Xaçmaz rayonu, 28 aprel küçəsi, ev 36 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Ədilə - 11 yaş, oğlanları Əbdürəhman - 9 yaş, Zakir - 7 yaşında. Həyat yoldaşı Əmirbəyov İsmayıl Dadaş oğlu 08.01.1938-ci il tarixdə əksinqilabi millətçi təşkilatının fəal iştirakçısı olduğuna görə Azərbaycan SSR Ali Məhkəməsinin Hərbi Kollegiyasının Hərbi Sessiyası tərəfindən həbs edilmişdir. Əmirbəyova Minayə Hüseyn qızı SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarı əsas tutularaq Azərbaycan SSR CM 72,73 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək XDİK Xüsusi İdarəsinin 9 aprel 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 müddətinə məhkum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 14.03.1990-cı il tarixli rəyinə əsasən Əmirbəyova Minayə Hüseyn qızına bəraət verilmişdir.

 

 


Əmirova Əsti Ağacan qızı

 

1885-ci ildə Astraxan-Bazar (Cəlilabad) rayonunun Tumarxanlı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Məmişov Rəhim Fərrux oğlu 1906-cı il təvəllüdlü. Həyat yoldaşı Əmirov Fərrux Məmiş oğlu (1861) 21.06.1943-cü il tarixdə düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Əmirova Əsti Ağacan qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR XDİK-nin 15 may 1945-ci il qərarına əsasən Əmirova Əsti Ağacan qızının yaşını nəzərə alaraq, işə xitam verilmişdir.

 

 


Əmirova Gülyavər Ağayar qızı

 

1912-ci ildə İsmayıllı rayonunun Dilman kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Əmirov Mövsüm Hacı Həmzə oğlu (1899) 1934-cü ildə Dövlət Siyasi İdarəsi Kollegiyası tərəfindən əksinqilabi fəaliyyətinə görə 3 il müddətinə həbs olunmuşdur. 1937-ci ildə sürgündən qayıtdıqdan sonra fəaliyyətin davam etdirdiyinə görə Azərbaycan SSR XDİK Uçlüyünün 21 oktyabr 1937-ci il qərarına əsasən güllələnməyə məhkum olunmuşdur. Əmirova Gülyavər Ağayar qızı Sovet hökuməti əleyhinə getdiyinə görə təqsirli bilinərək Azərbaycan SSR XDİK Üçlüyü tərəfindən 27 sentyabr 1937-ci ildə həbs olunmuşdur. Azərbaycan SSR XDİK Üçlüyünün 21 oktyabr 1937-ci il tarixli qərarına və 245 №-li orderə əsasən Əmirova Gülyavər Ağayar qızı azad olunmuşdur.

 

 


Əmirova Səkinə Nəzər qızı

 

1868-ci ildə Lenin rayonunun, Zabrat kəndində anadan olmuşdur. 17.10.1941-ci il tarixdə keçmiş müsavatçı Mövsüm Səlimovla əlaqəsinə görə 18 noyabr 1941-ci il tarixdə həbs edilmişdir. Azərbaycan SSR CM 65-ci maddəsi ilə əksinqilabi fəaliyyətinə görə Azərbaycan SSR XDİK-nin 6 noyabr 1941-ci il qərarına əsasən 94 №-li orderlə azad edilmişdir.

 

 


Əmirova Sitarə Zeynalabdin qızı

 

1900-cı ildə Qaryagin (Fizuli) rayonunun Diloqarda kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Tağı - 1934-cü il, oğlanları Bəyəndik -1939-cu il, Məstalı - 1920-ci il təvəllüdlü. Həyat yoldaşı Mənsi (1895) 1942-ci ilin fevral ayında Qaryagin (Fizuli) Rayon Hərbi Komissarlığı tərəfindən Qızıl Ordu sıralarına səfərbər edilmiş, 11 sentyabr 1942-ci ildə 319-cu atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən güllələnməyə məhkum olunmuşdur. Əmirova Sitarə Zeynalabdin qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmış, işi baxılmaq üçün XDİK Xüsusi Müşavirəsinə təqdim olunmuşdur, lakin onun 2-ci oğlu Qızıl Orduda xidmət etdiyinə görə yaşadığı yeri tərk etməməklə cəzalandırılmışdır. SSRİ DTK-nın 11 oktyabr 1943-cü il qərarına əsasən Əmirova Sitarə Zeynalabdin qızının yaşadığı yeri tərk etməmək haqqında işinə xitam verilmişdir.

 

 


Əmirova Zəkiyə Əbdül qızı

 

1899-cu ildə Tacıkistanda anadan olmuşdur. Ailə tərkibi: oğlu Kamil - 17 yaşında. Əmirova Zəkiyyə Əbdül qızı Sovet hökumətinə qarşı təbliğat apardığına görə Azərbaycan SSR CM 72, 73 maddələri ilə təqsirli bilinərək 07.02.1930-cu il tarixdə həbs edilmişdir. Dövlət Siyasi İdarəsinin 9 fevral 1930-cu il qərarına əsasən Əmirova Zəkiyyə Əbdül qızı azad edilmişdir.

 

 


Əmrahova Gülruh Bala qızı

 

1905-ci ildə Balaxanı kəndində anadan olmuş, Bakı şəhəri, Balaxanlı kəndi. Çaparidze küçəsi, ev 3 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Əmrah - 14 yaş, Tofiq - 8 yaş, qızları Mayruh - 12 yaş, Rəfiqə - 10 yaş, Zoya - 3 yaşında. Həyat yoldaşı Əmrahov Müslüm Rza oğlu 29.05.1937-ci il tarixdə əksinqilabi millətçi təşkilatının fəal iştirakçısı olduğuna görə həbs edilmişdir. Əmrahova Gülruh Bala qızı SSR MİK-in 04.12.1934-cü il tarixli qərarına əsaslanaraq 26.11.1937-ci il tarixdə həbs edilmiş, XDİK Xüsusi Müşavirəsinin 26.11.1938-ci il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 04.04.1956-cı il tarixli qərarına əsasən Əmrahova Gülruh Bala qızına bəraət verilmişdir.

 

 


Əmrahova Narın Hüseyn qızı

 

1920-ci ildə Quba rayonunun Xaspolad kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Zamanov Xıdır Nadir oğlu (1915) 22 may 1941-ci ildə Hərbi Tribunal tərəfindən vətən xaini kimi həbs edilmişdir. Əmrahova Narın Hüseyn qızı Azərbaycan SSR XDİK-nin 30 may 1942-ci il qərarına əsasən 5 il müddətinə sürgün olunmuşdur. Azərbaycan SSR XDİK-nin 31 oktyabr 1972-ci il qərarına əsasən Əmrahova Narın Hüseyn qızının əməlində cinayət tərkibi olmadığına görə işinə xitam verilmişdir.

 

 


Əsədullayeva Sürəyya Ələkbər qızı

 

1904-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuş, Montin qəsəbəsi, korpus 85 ünvanında yaşamışdır. Zavodda xadimə işləyib. Aile tərkibi: qızları Şövkət- 1934-cü il, Əminə - 1923-cü il, oğlu Əsədulla - 1928-ci il təvəllüdlü. Həyat yoldaşı Əsədullayev Məmməd Cəfər oğlu 29 iyul 1937-ci ildə əksinqilabi-millətçilik fəaliyyətinə görə II kateqoriya ilə həbs edilmişdir. Əsədullayeva Sürəyya Əli qızı XDİK-in 16 aprel 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19 iyun 1990-cı il rəyinə əsasən Əsədullayeva Sürəyya Ələkbər qızına bəraət verilmişdir.

 

 


Əsədova Münəvvər Əhməd qızı

 

1900-cı ildə Naxçıvan şəhərinin, Noraşen rayonunda anadan olmuşdur. Ailə tərkibi: qızları Gülsüm -12 yaş, Roza - 4 yaş, Tükəzban -1 yaşında. Həyat yoldaşı Əsədov Hüseyn Həsən oğlu 15.07.1937-ci ildə əksinqilabi təbliğat apardığına görə həbs edilmişdir. Əsədova Münəvvər Əhməd qızı vətən xaininin həyat yoldaşı kimi XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə 04.01.1938-ci il tarixdən hesablanmaqla həbs edilmişdir. Azərbaycan SSR Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 11.08.1958-ci il tarixli rəyinə əsasən Əsədova Münəvvər Əhməd qızına bəraət verilmişdir.

 

 


Əsədova Qızdar Nağı qızı

 

1892-ci ildə Şamaxı rayonunun Muğanlı kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Əsədova Durna - 9 yaş, oğlanları Faiq - 12 yaşında, Əsədov Vahab Nəsir oğlu 25.09.1942-ci il tarixdə Hərbi Tribunal tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Əsədova Qızdar Nağı qızı vətən xaininin anası kimi 12.10.1943-cü il tarixdə Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək repressiyaya məruz qalmışdır.

 

 


Əsgərova Firuzə Məmməd qızı

1912-ci ildə Dağıstan SSR Aul Kamış - Burun kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Rauf, Əsgər - 5 yaşında. Həyat yoldaşı Əsgərov Əbdul Həmzə oğlu 11.10.1937-ci il tarixdə vətən xainı kimi güllələnməyə məhkum edilmişdir. Əsgərova Firuzə Məmməd qızı vətən xaininin həyat yoldaşı kimi 14.09.1937-ci il tarixdən hesablanmaqla XDİK Xüsusi Müşavirəsinin 09.12.1937-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 23.04.1956-cı il tarixli rəyinə əsasən Əsgərova Firuzə Məmməd qızına bəraət verilmişdir.

 

 


Əsgərova Güllər Məmmədəli qızı

 

1908-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. «1 may» adına kolxozda işləmişdir. Ailə tərkibi: qardaşı Adıgözəlov Səfər Məmmədəli oğlıı - 1940-cı il, oğlanları Zirəddin - 1933-cü il, Firudun - 1941-ci ü, qızı Zibeydə - 1935-ci il. Qaynı Əsgərov Əhməd Novruz oğlu vətən xaini kimi Hərbi Tribunalın 19 may 1943-cü il qərarına əsasən güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəmənin Hərbi Kollegiyanın 22 iyul 1943-cü il tarixli qərarı ilə güllələnmə ləğv edilmişdir. Əsgərova Güllər Məmmədəli qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 13 yanvar 1943-cü il qərarına əsasən repressiyaya məruz qalmışdır.

 

 


Əsgərova Mülayim Şıxməmməd qızı

 

1920-ci ildə Siyəzən rayonunun Calqan kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Əskərov Əliağa Ağabala oğlu 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 4 mart 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Əsgərova Mülayim Şıxməmməd qızın 4 aprel 1942-ci il tarixdə Azərbaycan SSR CM 63-3 maddənin 2-ci hissəsi ilə vətən xaininin həyat yoldaşı kimi yaşadığı yerdən çıxmamaq şərti ilə təqsirli bilinərək repressiyaya məruz qalmışdır.

 

 


Əsgərova - Ələsgərova Suqra Namaz qızı

 

1925-ci ildə Gədəbəy rayonunun İvanovka kəndində anadan olmuş, Gədəbəy rayonunun, Kərimli kəndində yaşamışdır. Ailə tərkibi: qızı Səkinə - 1942-ci il təvəllüdlü. Həyat yoldaşı Əliyev Kərəm Həsən oğlu əlində silah düşmən tərəfə keçdiyinə görə 25-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən 10 iyul 1942-ci il tarixdə güllələnməyə məhkum edilmişdir. Əsgərova - Ələsgərova Suqra Namaz qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, Azərbaycan SSR XDİK Xüsusi Müşavirəsinin 30.08.1942-ci il tarixli qərarına əsasən cəzasını İslah Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. 12.08.1944-cü il tarixdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən Əsgərova - Ələsgərova Suqra Namaz qızının yaşadığı yerdən çıxmamaq şərti ilə işinə xitam verilmişdir.

 

 


Əsmət Kərim qızı

 

1906-cı ildə Qazax rayonunun Şıxlı kəndində anadan olmuş, Qazax rayonunun, Sadıxlı kəndində yaşamışdır. Ailə tərkibi: qızı Sayastan - 1929-cu il, həyat yoldaşı Hacı Xəlil Molla oğlu. Qardaşı Hümbət Kərim oğlu əksinqilabi fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Əsmət Kərim qızı vətən xaininin bacısı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 03.08.1936-cı il tarixli qərarına əsasən sosial təhlükəli ünsür kimi 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 28.02.1990-cı il tarixli rəyinə əsasən Əsmət Kərim qızına bəraət verilmişdir.

 

 


Əşrəfova Molla Bağı Mikayıl qızı

 

1915-ci ildə Qusar rayonunun Kuzin kəndində anadan olmuş, Qusar rayonu, Kuzin Qışlaq kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları Hacı ağa - 4 yaş, oğlu Böyükağa - 1 yaşında. Həyat yoldaşı Əşrəfov Əli Ağa Hacı Ağa oğlu (1919) 3 ap­rel 1942-ci ildə 772-ci atıcı alay komandanlığı tərəfindən düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Əşrəfova Molla Bağı Mikayıl qızı 6 may 1942-ci il tarixdə Azərbaycan SSR CM 63-3 maddənin 2-ci hissəsi ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi iş dayandırılmışdır. Azərbaycan XDİK Qusar Rayon Şöbəsinin 25 iyul 1943-cü il göstərişinə əsasən Əşrəfova Molla Bağı Mikayıl qızının işinə xitam verilmişdir.

 

 


Əyyubova Sənubər Nəsib qızı

 

1905-ci ildə Qazax rayonunun Dağ - Kəsəmən kəndində anadan olmuş, Bakı şəhəri Malaya Krepostnaya, 14 ünvanında yaşamışdır. İlk təhsilini Qazax qız məktəbində almışdır. 1920-ci ildə Kommunist Partiyasına qəbul edilib. 1924-cü ildə Azərbaycan Ali Pedaqoji Qadın İnstitunu bitirib təyinatla Qubaya göndərilib. 1929-cı ildə Mehdi Məhərrəmovla ailə qurub. (2 yanvar 1938-ci ildə Sovet hökuməti əleyhinə terrorçu təşkilatın üzvü kimi həbs edilmişdir). Övladları: Alanqo - 7 yaş, Çinqiz - 2 yaşında. 1935-ci ildə Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsinin dekanı seçilib. 20 iyun 1937-ci ildə həbs edilmiş, SSRİ XDİK-nin 29 may 1938-ci il qərarına əsasən Qazaxstana sürgün edilib. 1946-cı ildə sürgündən qayıdıb. Əvvəlcə Kürdəmirdə sonra isə Şamaxıda yaşayıb. Azərbaycan SSR Ali Məhkəməsi Hərbi Kollegiyanın 7 may 1955-ci il qərarına əsasən bəraət aldıqdan sonra Bakıya köçüb. Bakı Dövlət Universitetinin prorektoru olub. 1967-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib.

 

 


Əzizova Alimə İbrahim qızı

 

1902-ci ildə Dağıstan SSR Xnov kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Cəmilə - 12 yaş, Gülağa - 1 yaş, oğlanları Adil - 14 yaş, İlyas - 13 yaşında. Həyat yoldaşı Həşim Əziz oğlu sovet hökuməti əleyhinə təbliğatda təqsirli bilinərək Azərbaycan SSR XDİK-nin 14 oktyabr 1937-ci il tarixli qərarına əsasən həbs edilmişdir. Əzizova Alimə İbrahim qızı Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır.

 

 


Əzizova Cəmilə Həşim qızı

 

1924-cü ildə Dağıstan Xnov kəndində anadan olmuşdur. Ailə tərkibi: anası Alimə, bacısı Balaş, qardaşları Adil, İlyas. Atası Həşim Əziz oğlu sovet hökuməti əleyhinə təbliğatda təqsirli bilinərək Azərbaycan SSR XDİK 14 oktyabr 1937-ci il tarixli qərarına əsasən həbs edilmişdir. Əzizova Cəmilə Həşim qızı Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək vətən xaininin qızı kimi repressiyaya məruz qalmışdır.

 

 


Əzizova Möminat Həsən qızı

 

1930-cu ildə Qusar (Xudat) rayonunun Uzdan - oba kəndində anadan olmuşdur. Ailə tərkibi: bacısı Zahidə - 1917-ci il təvəllüdlü. Qardaşı Əziz (1911) 23 fevral 1942-ci il tarixdə vətən xaini kimi güllələnmişdir. 27 iyun 1942-ci il tarixdə Əzizova Möminat Həsən qızı vətən xaininin bacısı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə repressiyaya məruz qalmış, 30 may 1942-ci il tarixdə XDİK-in qərarı ilə 4 il müddətinə sürgün edilmişdir.

 

 


Əzizova Zahidə Həsən qızı

 

1917-ci ildə Qusar rayonunun Uzdan - oba kəndində anadan olmuşdur. Ailə tərkibi: bacısı Əzizova Mominat Həsən - 12 yaşında. Qardaşı Əzizov Əziz Həsən oğlu (1911) 1941-ci ilin sentyabr ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 23 fev­ral 1942-ci ildə 386-cı atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən əlində silah düşmən tərəfə keçməyə cəhd göstərərkən güllələnmişdir. Əzizova Zahidə Həsən qızı vətən xaininin bacısı kimi Azərbaycan SSR CM 63-3 maddələri ilə təqsirli bilinərək repressiyaya məruz qalmışdır. SSRİ Prokurorluğunun 215/51 maddələri ilə vətən xaininin bacısı kimi 4 il müddətinə sürgün edilməsi haqqında təklif baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmiş və vətən xaininin bacısı Əzizova Zahidə Həsən qızının yaşadığı yerdən çıxmamaq haqqında arayış (16 iyul 1942-ci il tarixdə) ləğv edilmişdir. SSRİ XDİK-nin 24 iyul 1945-ci il tarixli qərarına əsasən Əzizova Zahidə Həsən qızının işinə xitam verilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb