Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


F


 

Fatimə Süleyman qızı

 

1901-ci ildə Balakən rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Məhəmməd 22 yaş, qızları Fatimat 7 yaş, Sənubə - 5 yaş, Coray - 3 yaş, Məryəm - 6 aylıq.            Həyat yoldaşı Zeynalov Abid Ramazan oğlu 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Fatima Süleyman qızı 1930-cu il aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 

 

 

Fatimat Məhəmməd qızı

 

1896-cı ildə Zaqatala rayonunun Danaçı kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Aşa - 7 yaş, oğlanları Ömər - 5 yaş, Məhəmməd - 1 yaşında. Həyat yoldaşı Molla Muquma Şaban oğlu aprel üsyanının iştirakçısı kimi güllələnməyə məhkum edilmişdir. Fatimat Məhəmməd qızı vətən xaininin həyat yoldaşı kimi Zaqatala Dairəsi Fövqəladə Üçlüyünün 19.03.1931-ci il tarixli qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 18.06.1990-cı il tarixli rəyinə əsasən Fatimat Məhəmməd qızına bəraət verilmişdir.

 

 

 

Fatimat Ramazan qızı

 

1904-cü ildə Balakən rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Maxa - 10 yaş, baldızı Kərimət İbrahim qızı. Həyat yoldaşı Məhəmməd Purt İbrahim oğlu 1930-cu il ap­rel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Fatimat Ramazan qızı 1930-cu il aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1934-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorunun 4 iyul 1990-cı il qərarına əsasən Fatimat Ramazan qızına bəraət verilmişdir.

 

 

 

Fatimat Məhəmməd qızı

 

1901-ci ildə Zaqatala dairəsi Balakən rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Məhdiyyət - 12 yaş, Rizvan - 9 yaşında. Həyat yoldaşı Məhəmməd Hacı Həbibulla 1930-cu il aprel üsyanının iştirakçısı kimi güllələnmişdir. Fatimat Məhəmməd qızı 8 mart 1931-ci il Zaqafqaziya Dairəsi Fövqəladə Üçlüyü tərəfindən həbs edilmişdir. Zaqafqaziya Dairəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarı ilə azad edilmişdir.

 

 

 

Fatma Əli qızı

 

1901-ci ildə Zaqatala dairəsi Balakən rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Ramazan - 9 yaş, Məhəmməd - 5 yaş, qızları Arma - 16 yaş, Xacay - 12 yaş, Həvva - 5 yaşında. Həyat yoldaşı Molla Muqama aprel inqilabının fəal iştirakçısı kimi həbs edilmişdir. Fatma Əli qızı Zaqafqaziya Dairəsi Fövqəladə Üçlüyünün 18 mart 1931-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi uşaqları ilə birlikdə RSFSR hüdudlarından kənara sürgün edilməsi haqda göstəriş verilmişdir. Zaqafqaziya Dairəsi Fövqəladə Üçlüyünün (ZDFÜ) 19 mart 1931-ci il qərarına əsasən Fatma Əli qızı azad edilmişdir.

 

 

 

Fatma Əsəd qızı

 

1909-cu ildə Qasım-İsmayılov rayonunun, Mingəçevir kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Surəyyə - 1929-cu il, oğlu Hacı - 1930-cu il təvəllüdlü. Həyat yoldaşı Cəlil Ələkbər oğlu (1905) qolçomaq kimi həbs edilmişdir. Fatma Əsəd qızı qolçomaq ailəsi kimi Gəncə Dairəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən 3 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 may 1990-cı il rəyinə əsasən Fatma Əsəd qızına bəraət verilmişdir.

 

 

 

Fatma Hacı Yusif qızı

 

1906-cı ildə Vartaşen (Oğuz) rayonunun Mollalı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Məşədi - 18 yaş, Əhməd - 7 yaş, qızları Səbiyə - 5 yaş, Firuzə - 2 yaşında. Həyat yoldaşı Baba Hacı Əyyub oğlu Nuxa (Şəki) üsyanının iştirakçısı kimi həbs edilmişdir. Fatma Hacı Yusif qızı Nuxa (Şəki) üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi Azərbaycan SSR CM 18-79 maddələri ilə təqsirli bilinərək 23 avqust 1931-ci ildə həbs olunmuş Azərbaycan Dövlət Siyasi İdarəsi Kollegiyasının Xüsusi Müşavirəsinin 26 sentyabr 1931-ci il qərarına əsasən Qubaya sürgün olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsi Xüsusi Müşavirəsinin 24 ovabr 1931-ci il qərarına əsasən Fatma Hacı Yusif qızı azad olunmuşdur.

 

 

 

Fatma Xasməmməd qızı

 

1899-cu ildə Vartaşen (Oğuz) rayonunun Muxas kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Cəbrayıl - 12 yaş, Mikayıl - 7 yaş, Abdülkərim - 4 yaş, qızları Səkinə - 8 yaş, Tamara - 1 yaş, baldızı Şikat - 27 yaşında. Həyat yoldaşı Taptıq Üzeyir oğlu Nuxa üsyanının iştirakçısı kimi həbs edilmişdir. Fatma Xasməmməd qızı Nuxa (Şəki) üsyanının fəal iştirakçınının həyat yoldaşı kimi Azərbaycan SSR CM 18-79 maddələri ilə təqsirli bilinərək 23 avqust 1931-ci ildə həbs olunmuş Azərbaycan Dövlət Siyasi İdarəsi Kollegiyası Xüsusi Müşavirəsinin 26 sentyabr 1931-ci il qərarına əsasən Qubaya sürgün olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsi Xüsusi Müşavirəsinin 24 noyabr 1931-ci il qərarına əsasən Fatma Xasməmməd qızı azad olunmuşdur.

 

 

 

Fatma Molla İsa qızı

 

1882-ci ildə Balakən rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Çiçək - 5 yaş, Həlimət - 3 yaş, baldızı Mosed Hacı Məmməd qızı 30 yaşında. Həyat yoldaşı Cavad Hacı Məhəmməd oğlu (40 yaş) 1930-cu il üsyanın fəal iştirakçısı kimi həbs edilmişdir. Zaqatala dairəsi Fövqəladə Üçlüyünün 7 mart 1931-ci il qərarına əsasən Fatma Molla İsa qızı qızları Çiçək, Kalimat, Moset Hacı Məmməd qızı, uşaqları: Hidayət - 7 yaş, Abdull Məcid - 5 yaş, Əminə - 2 yaş yarım ilə RSFSR-in hüdudlarından kənara sürgün edilmişlər. Lakin Zaqatala Dairəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Fatma İsa qızı günahsız olduğu üçün azad edilmişdir.

 

 

 

Feyzullayeva Turfa Əsəd qızı

 

1921-ci ildə Şamaxı rayonunun Hacı Qədirli kəndində anadan olmuşdur. Ailə tərkibi: anası Rüstəmova Züleyxa İbad qızı - 1882-ci il, qardaşları Feyzullayeva Əliheydər Əsəd oğlu - 1924-cü il, Çoban - 1929-cu il təvəllüdlü. Oğlu Kərim (1914) 8 sentyabr 1941-ci ildə Şamaxı Rayon Hərbi Komissarlığı tərəfindən Qızıl Ordu sıralarına səfərbər edilmiş, 6 aprel 1942-ci ildə 386-cı atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Feyzullayeva Turfa Əsəd qızı Azərbaycan SSR CM 63-3 maddələri ilə vətən xaininin anası kimi təqsirli bilinərək repressyiaya məruz qalmış, Azərbaycan SSR XDİK tərəfindən 13 iyul 1942-ci il tarixdən yaşadığı yerdən çıxmaması haqqında göstəriş verilmişdir. Azərbaycan SSR XDİK-nin 29 iyul 1942-ci ildə Feyzullaye­va Turfa Əsəd qızının yaşadığı yerdən çıxmaması haqqında işi Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. 31 iyul 1942-ci ildə SSRİ XDİK tərəfindən işə xitam verilmişdir.

 

 

 

Feyzullayeva Fatma Atababa qızı

 

1924-cü ildə Qazı-Məmməd rayonunun Qubalı Bala - oğlan kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Həbibə - 1941-ci il, baldızı Fatma - 1927-ci il, qayınanası Fatma Nəcəf qızı 1883-cü il təvəllüdlü. Həyat yoldaşı Feyzullayev Nəsrulla Əsəd oğlu (1911) 1941-ci ilin avqust ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, mövgeyini dəyişdiyinə görə 27.12.1942-ci il tarixdə Bakı Hava Hücumundan Müdafiə Ordusu tərəfindən güllələnməyə məhkum edilmişdir. Feyzullayeva Fatma Atababa qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 18.03.1944-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali  Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Feyzullayeva Fatma Atababa qızına bəraət verilmişdir.

 

 

 

Feyzullayeva Fatma Nəcəf qızı

 

1883-cü ildə Qazı-Məmməd rayonunun Qubalı Bala - oğlan kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Fatma - 1927-ci il təvəllüdlü. Oğlu Feyzullayev Nəsrulla Əsəd oğlu (1911) 1941-ci ilin av­qust ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, mövgeyini dəyişdiyinə görə 27.12.1942-ci il tarixdə Bakı Hava Hücumundan Müdafiə Ordusu tərəfindən güllələnməyə məhkum edilmişdir. Feyzullayeva Fatma Nəcəf qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 18.03.1944-cü il ta­rixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Feyzullayeva Fatma Nəcəf qızına bəraət verilmişdir.

 

 

 

Fərəcova Zərbəyim Qəhrəman qızı

 

1904-cü ildə Qaryagin rayonunun Kərimbəyli kəndində ana­dan olmuşdur. Ailə tərkibi: qızı Sənubər Usub qızı 6 yaş, oğlanları Hüseyn - 9 yaş, Məmməd - 1 yaşında. Həyat yoldaşı Fərəcov Usub Əliqulu oğlu 1896-cı ildə anadan olmuşdur. 20 noyabr 1941-ci ildə Bakı şəhər Qarnizonu Hərbi Tribunalının hökmü ilə vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Fərəcov Zərbəyim Qəhrəman qızı Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK-nin 21 oktyabr 1942-ci il qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 2 fevral 1990-cı il rəyinə əsasən Fərəcova Zərbəyim Qəhrəman qızına bəraət verilmişdir.

 

 

 

Fərzad Rüstəm qızı

 

1872-ci ildə Cəbrayıl rayonunun Pir - Əhmədli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Mehdi İsmayıl oğlu 22.07.1931-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə vətən xaini kimi həbs edilmişdir. Fərzad Rüstəm qızı vətən xaininin anası kimi Azərbaycan Dövlət Siyasi İdarəsi Kollegiyanın 23.10.1931-ci il tarixli qərarına əsasən 01.11.1931-ci il tarixdən hesablanmaqla 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Zaqafqaziya Sovet Federativ Sosialist Respublika Dövlət Siyasi İdarənin Kollegiyasının Məhkəmə İclasının 29.05.1932-ci il tarixli qərarına əsasən Fərzad Abbas qızı azad edilmişdir.

 

 

 

Fətəliyeva Ləzifə Abbas qızı

  

1912-ci ildə İrəvan şəhərində anadan olmuşdur. Ailə tərkibi: oğlu Fuad - 6 yaşında. Həyat yoldaşı Fətəliyev Toid Əhməd oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyası Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Fətəliyeva Ləzifə Abbas qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK-nin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 26.06.1956-cı il tarixli rəyinə əsasən Fətəliyeva Ləzifə Abbas qızına bəraət verilmişdir.

 

 

 

Fərzəliyeva Güldəstə Cəfərqulu qızı

 

1903-cü ildə Cəbrayıl rayonunun Pir-Əhmədli kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Əmirqulu Abbas oğlu 22.07.1931-ci il tarixdə əksinqilabi fəaliyyətinə görə vətən xa­ini kimi həbs edilmişdir. Fərzəliyeva Güldəstə Cəfərqulu qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan Dövlət Siyasi İdarəsi Kollegiyasının 23.10.1931-ci il tarixli qərarına əsasən 01.11.1931-ci il tarixdən hesablanmaqla 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Zaqafqaziya Sovet Federativ Sosialist Respublika Dövlət Siyasi İdarənin Kollegiyasının Məhkəmə İclasının 29.05.1932-ci il tarixli qərarına əsasən Fərzəliyeva Güldəstə Cəfərqulu qızı azad edilmişdir.

 

 

 

Fərzəliyeva Sona Mahmud qızı

 

1894-cü ildə Qubadlı rayonunun Hacıqurbanlı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Əjdər - 13 yaş, ögey oğlu Əli - 23 yaşında. Həyat yoldaşı Fərzəliyev Əli Abbas oğlu sovet hökuməti əleyhinə qarşı çıxdığına görə həbs edilmişdir. Fərzəliyeva Sona Mahmud qızı sovet hökuməti əleyhinə çıxanın həyat yoldaşı kimi XDİK Qubadlı Rayon Şöbəsi tərəfindən 13 sentyabr 1937-ci ildə nəzarətə götürülmüşdür. 20 sentyabr 1937-ci il qərarına əsasən Fərzəliyeva Sona Mahmud qızının cinayəti sübuta yetmədiyinə görə işə xitam verilmişdir.

 

 

 

Fətəliyeva Məleykə Eyvaz qızı

 

1903-cü ildə Astraxan-Bazar (Cəlilabad) rayonunun Kurunc kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Yusif - 1934-cü il, Bayramqulu -1936-cı il, Fətəli - 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Fətəliyev Feyzi Fərzi oğlu (1903) ordudan qaçdığına görə Hərbi Tribunal tərəfindən məsuliyyətə cəlb edilmişdir. Fətəliyeva Məleykə Eyvaz qızı Azərbaycan SSR CM 63-2 maddəsi ilə təqsirli bilinərək XDİK-nin 20 yanvar 1943-cü il qərarına əsasən 25 yanvar 1943-cü ildən hesablanmaqla 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29 yanvar 1990-cı il rəyinə əsasən Fətəliyeva Məleykə Eyvaz qızına bəraət verilmişdir.

 

 

 

Firdas Dibir qızı

 

1899-cu ildə Zaqatala dairəsi Çardaxlar kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Məmməd Şərif - 7 yaş, qızları  Gülzar - 6 yaş, Hürü - 5 yaşında. Həyat yoldaşı Əli Yüzbaşı Qusan oğlu 1930-cu il üsyanın iştirakçısı kimi həbs edilmişdir. Azərbaycan SSR Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Firdas Dibir qızı vətən xaininin həyat yoldaşı kimi ailəsi ilə birlikdə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 13 aprel 1994-cü il qərarına əsasən Firdas Dibir qızına bəraət verilmişdir.

 

 

 

Firdas Məhəmmədəli qızı

 

1901-ci il Balakən rayonunda anadan olmuşdur. Ailə tərkibi: qızları Leyla - 9 yaş, Fatma - 7 yaş, Məryəm 3 aylıq, oğlu Abikar - 11 yaş. Həyat yoldaşı Həsənəli İsmayıl oğlu aprel üsyanının iştirakçısı kimi 4 fevral 1931-ci ildə tutulmuşdur. Firdas Məhəmmədəli qızı 21 yanvar 1934-cü ildə vətən xa­ininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR Zaqatala dairəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarı ilə azad edilmişdir.

 

 

 

Firuzə İsmayıl qızı

 

1912-ci ildə Nuxa (Şəki) rayonunun Şabalıd kəndində ana­dan olmuş, Nuxa (Şəki) rayonunun Qaradağlı kəndində yaşamışdır. Ailə tərkibi: oğlu Əkbər, qardaşı Sirac İsmayıl oğlu 1930-cu il üsyanının iştirakçısı kimi həbs edilmişdir. Firuzə İsmayıl qızı Azərbaycan SSR CM 18/79 maddələri ilə vətən xaininin bacısı kimi Azərbaycan Dövlət Siyasi İdarəsinin 24 sentyabr 1931-ci il qərarı ilə həbs edilmiş, 25 iyun 1932-ci il tarixli qərarına əsasən nəzarətdən azad edilmişdir. Nuxa (Şəki) şəhər XDİK-nin 16 aprel 1941-ci il qərarına əsasən Firuzə İsmayıl qızının işinə xitam verilmişdir.

 

 

 

Firuzə Mikayıl qızı

 

1916-cı ildə Ərdəbil şəhərində anadan olmuş, Bakı, Romana kəndi, 3-cü korpus, mənzil 32 ünvanında yaşamışdır. Ailə tərkibi: qardaşı Mikayılov İman - 32 yaşında. Firuzə Mikayıl qızı Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsinin 6 fevral 1938-ci il qərarına əsasən əksinqilabçı kimi Azərbaycan SSR CM 72 maddəsi ilə təqsirli bilinərək 1435 №-li orderlə həbs edilmişdir. Azərbaycan SSR XDİK-nin 13 fevral 1938-ci il qərarına əsasən Firuzə Mikayıl qızının işinə xitam verilmişdir.

 

 

 

Firuzə Mustafa qızı

 

1902-ci ildə Nuxa (Şəki) rayonunun Oxut kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Mayruza - 8 yaş, Naməddin - 3 yaş, qızı Sovdar - 9 yaş. Həyat yoldaşı Adışirin Məmməd oğlu (50 yaşında) 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Firuzə Mustafa qızı Azərbaycan SSR CM 18/79 maddələri ilə təqsirli bilinərək Azərbaycan Dövlət Siyasi İdarəsinin Nuxa (Şəki) Rayon Şöbəsi tərəfindən təqsirli bilinərək 19 iyul 1932-ci il tarixdə həbs olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsi Nuxa (Şəki) Şəhər Şöbəsinin 20 oktyabr 1932-ci il qərarına əsasən Firuzə Mustafa qızının əməlində cinayət tərkibi olmadığı üçün işinə xitam verilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb