Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


G


 

Gəncəliyeva Nazxanım Canmirzə qızı

 

1912-ci ildə Qusar rayonunun Çaqar kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları - Tabist - 8 yaş, Aysət - 6 yaş, oğlu Əzim - 1 yaşında. Həyat yoldaşı Gəncəliyev Şahbuz Zaman oğlu 23 yanvar 1942-ci ildə 772-ci atıcı alay komandanlığı tərəfindən düşmən tərəfə keçdiyinə görə 3 aprel 1942-ci ildə məsuliyyətə cəlb edilmişdir. Gəncəliyeva Nazxanım Canmirzə qızı 1 may 1942-ci il tarixdə Azərbaycan SSR CM 63-3 maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Gəncəliyeva Nazxanım Canmirzə qızının işi dayandırılmışdır. Azərbaycan XDİK Qusar Rayon Şöbəsinin 25 iyul 1943-cü il göstərişinə əsasən işə xitam verilmişdir.

 

 

 

Göhər Bəylər qızı

 

1885-ci ildə Cəbrayıl rayonunun Pir Əhmədli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Əmirqulu Abbas oğlu 22.07.1931-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə vətən xaini kimi həbs edilmişdir. Göhər Bəylər qızı vətən xaininin anası kimi Azərbaycan Dövlət Siyasi İdarəsi Kollegiyasının 23.10.1931-ci il tarixli qərarına əsasən 01.11.1931-ci il tarixdən hesablanmaqla 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Zaqafqaziya Sovet Federativ Sosialist Respublika Dövlət Siyasi İdarənin Kollegiyasının Məhkəmə İclasının 29.05.1932-ci il tarixli qərarına əsasən Göhər Bəylər qızı azad edilmişdir.

 

 

 

Göyçək Bağır qızı

 

1881-ci ildə Qasım-İsmayılov rayonunun Səfikürd kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Nəsir - 1913-cü il, Əli - 1916-cı il, İlyas - 1922-ci il, İslam - 1926-cı il, qızları Nadisovadin -1928-ci il, Vəzifə - 1930-cu il təvəllüdlü. Həyat yoldaşı Molla Qasım Molla Nəsir oğlu (1880) qolçomaq kimi güllələnməyə məhkum edilmişdir. Göyçək Bağır qızı Gəncə Dairəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 may 1990-cı il rəyinə əsasən Göyçək Bağır qızına bəraət verilmişdir.

 

 

 

Göyçət Abbas qızı

 

1882-ci ildə Cəbrayıl rayonu Pir Əhmədli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Hüseyn Əli oğlu 22.07.1931-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə vətən xaini kimi həbs edilmişdir. Göyçət Abbas qızı vətən xaininin anası kimi Azərbaycan Dövlət Siyasi İdarəsi Kollegiyasının 23.10.1931-ci il tarixli qərarına əsasən 01.11.1931-ci il tarixdən hesablanmaqla 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Zaqafqaziya Sovet Federativ Sosialist Respublika Dövlət Siyasi İdarənin Kollegiyasının Məhkəmə İclasının 29.05.1932-ci il tarixli qərarına əsasən Göyçət Abbas qızı azad edilmişdir.

 

 

 

Gözəlova Bilal Balay qızı

 

1911-ci ildə Balakən rayonunda anadan olmuşdur. Ailə tərkibi: oğlanları İsmayıl - 4 yaş, Nadirşah - 2 yaşında. Həyat yoldaşı Həsənəli İsmayıl oğlu 1930-cu il aprel üsyanının fəal iştirakçısı kimi güllələnmişdir. Gözəlov Bilal Balay qızı 21 yanvar 1934-cü ildə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır.

 

 

 

Gözəlova Əsli Məmməd qızı

 

1904-cü ildə Balakən rayonunda anadan olmuşdur. Ailə tərkibi: qızları Zərifə - 1921-ci il, Kaşiza - 1925-ci il, Roza - 1926-cı il, Firuzə - 1927-ci il, Şəfi - 1929-cu il. Qaynatası Gözəlov Hacı Baxış oğlu 1930-cu il aprel üsyanın iştirakçısı kimi güllələnməyə məhkum edilmişdir. Gözəlova Əsli Məmməd qızı vətən xaininin ailəsi kimi Zaqafqaziya İdarəsi Fövqəladə Üçlüyünün 19.03.1931-ci il ta­rixli qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 04.03.1991-ci il tarixli rəyinə əsasən Gözəlova Əsli Məmməd qızına bəraət verilmişdir.

 

 

 

Gözəlova Tamam Hacı Baxış qızı

 

1903-cü ildə Balakən rayonunda anadan olmuşdur. Ailə tərkibi: qardaşları Həbibulla Hacı Baxış oğlu 1911-ci il təvəllüdlü, qardaşı Abdulla Hacı Baxış oğlu (1905) 1930-cu il silahlı üsyanın iştirakçısı kimi həbs edilmişdir. Gözəlova Tamam Hacı Baxış qızı Vətən xaininin həyat yoldaşı kimi 09.03.1931-ci il tarixdə Zaqatala Dairəsi Fövqalədə Üçlüyünün qərarına əsasən sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 30.03.1990-cı il tarixli rəyinə əsasən Gözəlova Tamam Hacı Baxış qızına bəraət verilmişdir.

 

 

 

Gözəlova Tükəzban Tağı qızı

 

1905-cü ildə Balakən rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları İsmət - 1930-cu il, Baxış - 1931-ci il, baldızı Tamam - 1903-cü il. Qayınatası Gözəlov Hacı Baxış. Həyat yoldaşı Abdulla Hacı Baxış oğlu (1905) 1930-cu il ap­rel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Gözəlova Tükəzban Tağı qızı 1930-cu ildə aprel üsyanının iştirakçısının həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 30 mart 1990-cı il rəyinə əsasən Gözəlova Tükəzban Tağı qızına bəraət verilmişdir.

 

 

 

Gülbacı Qurban qızı

 

1911-ci ildə Zaqatala dairə Balakən rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı İsmayıl Bayram oğlu 1930-cu ildə aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Gülbacı Qurban qızı 1930-cu il aprel isyanının fəal iştirakçısının həyat yoldaşı kimi 8 mart 1931-ci ildə həbs edilmiş, Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 04 iyul 1990-cı il rəyinə əsasən Gülbacı Qurban qızına bəraət verilmişdir.

 

 

 

Güləliyeva Bəsən Babəli qızı

 

1885-ci ildə Qusar rayonunun Zindan Murad kəndində ana­dan olmuşdur. Ailə tərkibi: oğlanları Mustafa - 1936-cı il, Əmirəli - 1940-cı il, İmaməli - 1940-cı il, qızı Ayarxanım - 1930-cu il təvəllüdlü.

Həyat yoldaşı Güləliyev Fətəli Mustafa oğlu 8 sentyabr 194l-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 772-ci atıcı alay komandirinin məlumatına əsasən 25 fevral 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Güləliyeva Bəsən Babəli qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63 maddənin III hissəsi ilə təqsirli bilinərək SSRİ XDİK-nin 28 may 1941-ci il əmrinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Güləliyeva Bəsən Babəli qızının yaşadığı yerdən çıxmamaq haqqında iltizam Hərbi Tribunaldan cavab gələnə kimi dayandırışmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 25 iyul 1943-cü il məlumatına əsasən həyat yoldaşının vətən xaini olması barədə Hərbi Tribunaldan sorğu daxil olmadığı üçün Güləliyeva Bəsən Babəli qızının işinə xitam verilmişdir.

 

 

 

Güləliyeva Zəlimə Mustafa qızı

 

1905-ci ildə Qusar rayonunun Zindan Murad kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Ağaxanım, oğlanları İmaməli, Əmrəli. Oğlu Güləliyev Mustafa Qızıl Ordu sıralarına səfərbər edilmiş, düşmən tərəfə keçdiyinə görə komandanlığının məlumatına əsasən 25 fevral 1942-ci il tarixli qərarına əsasən güllələnməyə məhkum edilmişdir. Güləliyeva Zəlimə Mustafa qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək repres­siyaya məruz qalmışdır.

 

 

 

Gülxanım Xası qızı

 

1881-ci ildə Qasım-İsmayılov rayonunun Səfikürd kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Aslan - 1907-ci il, qızı Balaxanım - 1914-cü il təvəllüdlü. Həyat yoldaşı Adil Bəy Həsən Əlibəy oğlu 1930-cu il aprel üsyanının fəal iştirakçısı kimi güllələnməyə məhkum edilmişdir. Gülxanım Xası qızı vətən xaininin həyat yoldaşı kimi Gəncə İdarəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 may 1990-cı il rəyinə əsasən Gülxanım Xası qızına bəraət verilmişdir.

 

 

 

Gülxanım Mustafa qızı

 

1914-cü ildə Şamaxı rayonunun Aşağı Qarasaqqal kəndində anadan olmuşdur. Ailə tərkibi: atası Mustafa Musa oğlu (1861) sovet hökuməti əleyhinə çıxdığına görə həbs edilmişdir. Gülxanım Mustafa qızı Azərbaycan SSR XDİK Fövqəladə Üçlüyünün 4 mart 1931-ci il tarixli qərarı ilə Qazaxstana sürgün edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 29 sentyabr 1993-cü il qərarına əsasən Gülxanım Mustafa qızına bəraət verilmişdir.

 

 

 

Güllər Nurəli qızı

 

1910-cu ildə Nuxa (Şəki) rayonunun Qaraxanlı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Şərif - 3 yaş, Kərim - 4 yaş, Veysəl - 6 yaş, qızı Elmira - 5 yaşında. Həyat yoldaşı Səfər Cabbar oğlu 1930-cu il üsyanının iştirakçısı kimi həbs edilmişdir. Güllər Nurəli qızı Azərbaycan SSR CM 18/79 maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi Azərb. Dövlət Siyasi İdarəsi Nuxa (Şəki) Şəhər Şöbəsinin 20 oktyabr 1932-ci il tarixli qərarına əsasən Güllər Nurəli qızının günahı sübuta yetmədiyi üçün azad edilmişdir.

 

 

 

Güllü Əli Məmməd qızı

 

1913-cü ilde Nuxa (Şəki) rayonunun Oxut kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Məsudə - 3 yaşında. Həyat yoldaşı Məmməd Hacı İslam oğlu (32 yaş) 30-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Güllü Əli Məmməd qızı Azərbaycan SSR CM 18/79 maddələri ilə təqsirli bilinərək Azərbaycan Dövlət Siyasi İdarəsi Nuxa (Şəki) Rayon Şöbəsi tərəfindən təqsirli bilinərək 19 iyul 1932-ci il tarixdə həbs olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsi Nuxa (Şəki) Şəhər Şöbəsinin 20 oktyabr 1932-ci il qərarına əsasən Güllü Əli qızının əməlində cinayət tərkibi olmadığı üçün işinə xitam verilmişdir.

 

 

 

Gülsavad Talıb qızı

 

1881-ci ildə Qasım-İsmayılov rayonunun Qasım - Bəyli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Məhyəddin - 1913-cü il, İbrahim -1921-ci il, Cəmil - 1928-ci il, qızı Zərəngiz - 1926-cı il təvəllüdlü. Həyat yoldaşı Xəlil bəy Mirməhəmməd bəy oğlu (1881) qolçomaq kimi güllələnmişdir. Gülsavad Talıb qızı qolçomaq ailəsi kimi Gəncə Dairəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən 3 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 may 1990-cı il rəyinə əsasən Gülsavad Talıb qızına bəraət verilmişdir.

 

 

 

Günəş Qəmbər qızı

 

1896-ci ildə Qasım-İsmayılov rayonunun Qırxlı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Hidayət- 1927-ci il, Firudin - 1929-cu il, Məmməd - 1926-cı il. Həyat yoldaşı İslam Nağı oğlu (1891) qolçomaq kimi güllələnmişdir. Günəş Qəmbər qızı qolçomaq ailəsi kimi Gəncə Dairəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən 3 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 may 1990-cı il rəyinə əsasən Günəş Qəmbər qızına bəraət verilmişdir.

 

 

 

Günəşova Böyükxanım Böyükağa qızı

 

1921-ci ildə Şamaxı rayonunun Ərəbşahverdi kəndində ana­dan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Günəşov Qiyas Bəylər oğlu (1911) 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmişdir. 2 may 1942-ci ildə 775-ci alayın komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Günəşova Böyükxanım Böyükağa qızı SSRİ XDİK-nin 28 iyun 1941-ci il tarixli 00247/00884 №-li əmri ilə vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63 maddəsi ilə yaşadığı yerdən çıxmamaq şərti ilə 28 aprel 1943-cü ildən hesablanaraq repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Günəşova Böyükxanım Böyükağa qızının yaşadığı yerdən çıxmaması haqqında işi dayandırılmışdır.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb