Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


X


 

Xanbudaqova Şeyla Tağı qızı

 

 

1903-cü ildə Kirovabad şəhərində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Xanbudaqov Eyyub Şirin oğlu (1893) SSRİ XDİK Xüsusi Müşavirəsinin 10.10.1937-ci il tarixli qərarına əsasən SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə əksinqilabi-millətçi, terrorçu təşkilatın aparıcısı kimi güllələnməyə məhkum edilmişdir. Xanbudaqova Şeyla Tağı qızı vətən xaininin həyat yoldaşı kimi SSR MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarına əsasən 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 08.09.1956-cı il tarixli rəyinə əsasən Xanbudaqova Şeyla Tağı qızına bəraət verilmişdir.

 

 

 

Xasay Kurbaç Məhəmməd qızı

 

1899-cu ildə Balakən rayonunun, Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Ömər Kurbaç Ramazan oğlu 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Xasay Kurbaç Məhəmməd qızı 1930-cu il aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi 31 mart 1931-ci ildə həbs edilmiş, Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 

 

 

Xanəhmədova Əzimə Cabbar qızı

 

1910-cu ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Xanəhmədov Hüseyn Piri oğlu (1911) 9 sentyabr 1941-ci ildə Quba Rayon Hərbi Komissarlığı tərəfindən Qızıl Ordu sıralarına səfərbər edilmiş, Primorsk XDİK Xüsusi şöbəsinin 25 fevral 1942-ci il məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum olunmuşdur. Xanəhmədova Əzimə Cabbar qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddənin II hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti repressiyaya məruz qalmışdır. 7 iyun 1943-cü ildə Azərbaycan SSR XDİK Hərbi Tribunaldan cavab gələnə kimi yaşadığı yerdən çıxmamaq şərti ilə istintaq işinin dayandırılmasına göstəriş vermişdir. Azərbaycan SSR XDİK Quba rayon şöbəsinin 22 iyul 1943-cü il qərarına əsasən Xanəhmədova Əzimə Cabbar qızının işinə xitam verilmişdir.

 

 

 

Xanbudaqova-İsayeva Kapitalina İvanovna

 

 

1902-ci ildə Bakıda anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Mahmud Xanbudaqov - 1906-cı il təvəllüdlü. Xanbudaqova-İsayeva Kapita­lina İvanovna Azərbaycan SSR CM-nin 63, 72 və 73 maddələri ilə təqsirli bilinərək 26 sentyabr 1928-ci ildə həbs olunmuşdur. Kollegiyasının Xüsusi Müşavirəsinin 15 aprel 1929-cu il qərarına əsasən RSFSR CM-nin 58/10 maddəsi ilə Orta Asiyaya 3 il müddətinə sürgün olunmuşdur. Azərbaycan SSR Prokurorluğunun 30 noyabr 1989-cu il rəyinə əsasən Xanbudaqova-İsayeva Kapitalina İvanovnaya bəraət verilmişdir.

 

 

 

Xanəhmədova Zərxanım Allahverdi qızı

 

1882-ci ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Hüseyn Piri oğlu (1882) 25 fevral 1942-ci ildə Komandanlığın məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Xanməmmədova Zərxanım Allahverdi qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-cü maddənin III hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır.

 

 

 

Xanım Hacı Ağakişi qızı

 

1911-ci ildə Qax rayonunun Almalı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Kamal - 2 yaş, qızı Xədicə - 3 aylıq. Həyat yoldaşı Məmməd Xasməmməd oğlu əksinqilabi təbliğatçı kimi həbs edilmişdir. Xanım Hacı Ağakişi qızı 23 fevral 1931-ci ildə vətən xaini­nin həyat yoldaşı nəzarətdə saxlanılmışdır. 19 mart 1931-ci il qərarına əsasən Zaqatala Dairə Fövqəladə Üçlüyünün qərarı ilə nəzarətdən azad edilmişdir.

 

 

 

Xalfina Aişə Abdulla qızı

 

1896-cı ildə Kazan şəhərində anadan olmuşdur. 29 oktyabr 1946-cı ildə Çuvaşskoy ASSR Belovoljçk rayon xəstəxanasının ginekologiya şöbəsində müdür işləmişdir. Ailə tərkibi: həyat yoldaşı Xalfun Nəcid Lətif oğlu (1886) 1918-ci ildə sovet hökuməti əleyhinə silahlı üsyanda fəal iştirak etdiyinə görə 5 iyun 1937-ci ildə həbs edilmişdir. Xalfina Aişə Abdulla qızı SSRİ MİK-nin 4 ıyul 1934-cü il qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 1 noyabr 1944-cü il qərarına əsasən Xalfina Aişə Abdulla qızına bəraət verilmişdir.

 

 

 

Xalsa Musa qızı

 

1872-ci ildə Nuxa (Şəki) rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Sirac İsmayıl oğlu 1930-cu il üsyanının iştirakçısı kimi həbs edilmişdir. Xalsa Musa qızı Azərbaycan Dövlət Siyasi İdarəsi 24 sentyabr 1931-ci il qərarı ilə Azərbaycan SSR CM-nin 18/79 maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı ki­mi həbs edilmişdir. 22 may 1934-cü ildə Dövlət Siyasi İdarəsi tərəfindən işə xitam verilmişdir.

 

 

 

Xanım Maroma qızı                                        

 

1901-ci Zaqatala rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Həbibulla - 1921-ci il, qızı Şəmsiyyət -1925-ci il təvəllüdlü. Həyat yoldaşı Məmməd Hacı Tinov Mahmudov aprel üsyanının iştirakçısı kimi güllələnməyə məhkum edilmişdir. Xanım Maroma qızı vətən xaininin həyat yoldaşı kimi Zaqa­tala Dairəsi Fövqaladə Üçlüyünün mart 1931-ci il qərarına əsasən sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29.06.1990-cı il tarixli rəyinə əsasən Xanım Maroma qızına bəraət verilmişdir.

 

 

 

Xanım Hacı Əkbər qızı

 

1882-ci ildə Nuxa (Şəki) rayonunun Oxut kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Məmməd Hacı İslam oğlu 32 yaş, Əhməd Hacı İslam oğlu 24 yaş, qızı Bəysultan - 20 yaşında. Məmməd Hacı İslam oğlu 1930-cu illərdə üsyanın iştirakçısı kimi təqsirləndirilərək həbs olunmuşdur. Xanım Hacı Əkbər qızı oğlunun üsyan iştirakçısı olduğuna görə Azərbaycan SSR CM-nin 18/79 maddələri ilə təqsirli bilinərək Azərbaycan Dövlət Siyasi İdarəsi Nuxa (Şəki) Rayon Şöbəsi tərəfindən təqsirli bilinərək 19 iyul 1932-ci il tarixdə həbs olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsinin Nuxa (Şəki) Şəhər Şöbəsinin 20 oktyabr 1932-ci il qərarına əsasən Xanım Hacı Əkbər qızının əməlində cinayət tərkibi olmadığı üçün işinə xitam verilmişdir.

 

 

 

Xanımbala Mirsultan qızı

 

1913-cü ildə Zuvand rayonunun Zaladulan kəndində anadan olmuş, Zuvand rayonunun Şinqyadulan kəndində yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Kərimov Kamil Yusif oğlu (1911) sovet hökuməti əleyhinə təbliğat apardığına görə həbs edilmişdir. SSRİ XDİK Zuvand Rayon Şöbəsi tərəfindən vətən xaininin həyat yoldaşı kimi Xanımbala Mirsultan qızı 4 sentybr 1937-ci ildə 17 №-li orderlə həbs edilmişdir. 15 yanvar 1939-cu ildə XDİK Lerik rayon şöbəsi tərəfindən azad edilmişdir.

 

 

 

Xanməmmədova Güllü Qulu qızı

 

1873-cü ildə Neftçala rayonunun Kultuk kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Xanməmmədov Məlik Şirməmməd oğlu (1912) 30 dekabr 1942-ci ildə vətən xaini kimi Hərbi Tribunal tərəfindən həbs edilmişdir. Xanməmmədova Güllü Qulu qızı Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə vətən xaininin anası kimi təqsirli bilinərək repressiyaya məruz qalmışdır.

 

 

 

Xanməmmədova Tərlan Cəfər qızı

 

1890-cı ildə Masallı rayonunun Kosakül kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Xanməmmədov Musa Cavad oğlu - 1889-cu il, oğlu Cavadov Surxay Musa oğlu - 1906-cı il, Cəlal - 1933-cü il, qızı Qızxanım - 1939-cu il təvəllüdlü. Oğlu Cavadov Bəşir Musa oğlu (1915) 12.09.1942-ci il tarixdə 48-ci ordunun 211-i atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Xanməmmədova Tərlan Cəfər qızı vətən xaininin anası ki­mi Azərbaycan SSR CM-nin 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 20.01.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 09.02.1990-cı il tarixli rəyinə əsasən Xanməmmədova Tərlan Cəfər qızına bəraət verilmişdir.

 

 

 

Xasayeva Nisə Xanım Paşa qızı

 

1897-ci ildə Tiflis şəhərində anadan olmuşdur. Ailə tərkibi: qızı Zemfira - 12 yaş, oğlu Xasbulat - 10 yaşında. Həyat yoldaşı Xasayev Məmməd Kəlbi oğlu (1907) 16 iyul 1937-ci ildə Azərbaycan XDİK tərəfindən həbs edilmiş, əksinqilabçı-millətçilik fəliyyətinə görə 7 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Xasayeva Nisə Xanım Paşa qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK-nin 4 ıyun 1938-ci il qərarı ilə Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Zaqafqaziya Dairəsi Hərbi Tribunalının 23 dekabr 1955-ci il qərarına əsasən Xasayeva Nisə Xanım Paşa qızına bəraət verilmişdir.

 

 

 

Xasməmmədova Laləzar Ələsgər qızı

 

1909-cu ildə Cəbrayıl rayonunun Pir Əhmədli kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Fərrux Hüseynqulu oğlu 22.07.1931-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə vətən xaini kimi həbs edilmişdir. Xasməmmədova Laləzar Ələsgər qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan Dövlət Siyasi İdarəsi Kollegiyasının 23.10.1931-ci il tarixli qərarına əsasən 01.11.1931 -ci il tarixdən hesablanmaqla 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Zaqafqaziya Sovet Federativ Sosialist Respublika Dövlət Siyasi İdarənin Kollegiyasının Məhkəmə İclasının 29.05.1932-ci il tarixli qərarına əsasən Xasməmmədova Laləzar Ələsgər qızı azad edilmişdir.

 

 

 

Xasmmədova Nübar Abdulla qızı

 

1915-ci ildə Nuxa (Şəki) şəhərinin Bideiz kəndində anadan olmuşdur. Ailə tərkibi: anası Əsmər Abdulla qızı - 1882-ci il, qızı Sahibə Əziz qızı -1 yaşında. Qardaşı Yehya Abdulla oğlu əksinqilabi təbliğat apardığına görə həbs edilmişdir. Xasmmədova Nübar Abdulla qızı 26 avqust 1937-ci il qərarına əsasən 73 №-li orderə əsasən vətən xaininin bacısı kimi həbs edilmişdir.

 

 

 

Xeyrullayeva Səfurə Məmməd Tağı qızı

 

 

1879-cu ildə Bakı şəhəri, Balaxanı kəndində anadan olmuş, Balaxanı kəndi, Ağamalıoğlu küçəsi, ev 47 (51) ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Xanım -1921-ci il, Rəhimə - 1926-cı il, oğlu Həbib - 1913-cü il təvəllüdlü. Həyat yoldaşı Xeyrulla Hüseyn Hacı Heybət oğlu 18.10.1937-ci il tarixdə XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının fəal iştirakçısı olduğuna görə Azərbaycan SSR Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən həbs edilmişdir. Xeyrullayeva Səfurə Məmməd Tağı qızı SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən Azərbaycan SSR CM-nin 72,73 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 14.03.1990-cı il tarixli rəyinə əsasən Xeyrullayeva Səfurə Məmməd Tağı qızına bəraət verilmişdir.

 

 

 

Xeyrənsə Qurban Əli qızı

 

1872-ci ildə Nuxa (Şəki) rayonunun Oxut kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Əşrəf Səfər oğlu 1930-cu il Nuxa (Şəki) üsyanın iştirakçısı kimi həbs olunmuşdur. Xeyrənsə Qurban Əli qızı Azərbaycan SSR CM-nin 18/79 maddələri ilə təqsirli bilinərək Azərbaycan Dövlət Siyasi İdarəsinin Nuxa (Şəki) Rayon Şöbəsi tərəfindən 25 iyul 1932-ci il tarixdə həbs olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsinin Nuxa (Şəki) Şəhər Şöbəsinin 20 oktyabr 1932-ci il qərarına əsasən günahı olmadığı üçün azad olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsi Nuxa (Şəki) Şəhər Şöbəsinin 16 aprel 1941-ci il qərarına əsasən Xeyrənsə Qurban qızının əməlində cinayət tərkibi olmadığı üçün işinə xitam verilmişdir.

 

 

 

Xəlilova Aleksandra Solomonovna

 

 

1900-cu ildə Dağıstan SSR Xunzak kəndində anadan olmuş, Vodovoznaya 15 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Teymur - 13 yaşında. Həyat yoldaşı Xəlilov Məhəmməd Murad oğlu (1890) 8 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Xəlilova Aleksandra Solomonovna SSRİ MİK-nın 4 iyul 1934-cü il qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə (31 dekabr 1937-ci ildən hesablanmaqla) azadlıqdan məhrum edilmişdir. Zaqafqaziya Dairəsi Hərbi Tribunalının 29 may 1956-cı il qərarına əsasən Xəlilova Aleksandra Solomonovnaya bəraət verilmişdir.

 

 

 

Xədicə Uluxan qızı

 

1891-ci ildə Azərbaycan SSR Zaqatala rayonunun Zəqəm kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Əmrah - 1907-ci il, Ağa -1916-cı il, gəlini Numinat Camal qızı - 1911-ci il, qızı Züleyxa - 1912-ci il təvəllüdlü. Həyat yoldaşı Cuma Təmraz oğlu (1882) 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Xədicə Uluxan qızı Azərbaycan Dövlət Siyasi İdarəsinin Fövqəladə Üçlüyünün 09.03.1931-ci il qərarına əsasən 1930-cu il aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi Qazaxstana sürgün edilmişdir. Azərbaycan Respublika Prokurorluğunun 28 iyun 1991-ci il rəyinə əsasən Xədicə Uluxan qızına bəraət verilmişdir.

 

 

 

Xəlilova Validə Hüseyn qızı

 

 

1913-cü ildə Şamaxı rayonunda anadan olmuş, Bakə şəhəri, Poluxin küçəsi, tupik 6, ev 4 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Yaqo - 1 yaşında. Həyat yoldaşı Xəlilov Həmzə Məmməd oğlu (1911) 02.07.1938-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Xəlilova Validə Hüseyn qızı vətən xaininin həyat yoldaşı ki­mi SSRİ XDİK Xüsusi Müşavirəsinin 23.08.1938-ci il tarixli qərarına əsasən sosial təhlükəli ünsür kimi 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 28.02.1990-cı il tarixli rəyinə əsasən Xəlilova Validə Hüseyn qızına bəraət verilmişdir.

 

 

 

Xəlilova-Şıxseyidova Təmraz Həmzə qızı

  

1912-ci ildə Balaxanı rayonunun Qabaq Çel kəndində anadan olmuş, Bakı şəhəri, 6-cı Kommunist döngəsi, ev 2 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Şıxseyidov Mirzə Seyid oğlu (1905) SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyasının 5 yanvar 1937-ci il tarixli qərarına əsasən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Xəlilova - Şıxseyidova Təmraz Həmzə qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın 13.08.1955-ci il ta­rixli rəyinə əsasən Xəlilova - Şıxseyidova Təmraz Həmzə qızına bəraət verilmişdir.

 

 

 

Xəlilova Nənəbacı Ağabala qızı

 

1900-cı ildə Lənkəran rayonunun Səpinəkəran kəndində anadan olmuşdur. Ailə tərkibi: atası Ağabala, anası Mərcan, övladları - Aqil -5 yaşında, qızı Xatun - 3 yaşında, İzzətulla - 2 yaşında, Gülçuva - 1 yaşında. Xəlilova Nənəbacı Ağabala qızı Azərbaycan SSR XDİK Astara rayon şöbəsi tərəfindən 23 mart 1943-cü ildə sovet hökuməti əleyhinə söhbətlər apardığına görə məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan SSR XDİK Astara rayon Prokurorluğunun 26 noyabr 1943-cü il tarixli göstərişi ilə Xəlilova Nənəbacı Ağabala qızının işinə xitam verilmişdir.

 

 

 

Xəlilova Zəhra Məmməd qızı

 

1924-cü ildə Səfərəliyev rayonunun Əlibayramov kəndində anadan olmuşdur. Ailə tərkibi: atası Əliyev Məmməd Xəlil oğlu, anası Gülşən Ağa Qulu qızı. Xəlilova Zəhra Məmməd qızı kolxozçular arasında Sovet hökuməti əleyhinə təbliğat apardığına görə Azərbaycan SSR CM-nin 72 - 2 hissəsi ilə təqsirli bilinərək SSRİ XDİK-nin 10 iyun 1941-ci il tarixdən məsuliyyətə cəlb edilərək 12 iyul 1941-ci ildən Kirovabad həbsxanasına salınmışdır. Azərbaycan SSR Kirovabad şəhəri XDİK tərəfindən 15 dekabr 1941-ci ildə hökm çıxarmışdır ki, məhkəmə prosesində Xəlilova Zəhra Məmməd qızının işi sübut olmadığı üçün ona bəraət verilsin. Haqqında qəti imkan tədbiri dəyişilib bu gundən etibarən təcili həbsdən azad edilsin.

 

 

 

Xəzərəliyeva Xatun Şahpələng qızı

 

1910-cu ildə Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Xəzərəliyev Sultan Əhməd Ərəbxan oğlu 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Ərəbxan Nəzər oğlu (1913) 9 sentyabr 1941-ci ildə Qızıl Orduya səfərbər edilib. 31 may 1942-ci ildə 25-ci atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən 387-ci atıcı alayının keçmiş əsgəri Xəzərəliyeva Ərəbxan oğlu düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə Xəzərəliyeva Xa­tun Şahpələng qızı vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. Buna görə Xəzərəliyeva Xatun Şahpələng qızının 5 il müddətinə sürgün edilməsi haqqında təklif baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmiş və SSRİ XDİK Xüsusi Müşavirəsinin 23 aprel 1943-cü il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir.

 

 

 

Xudadatova Tələt Nəsrulla qızı

 

1912-ci ildə Tiflis şəhərində anadan olmuş, Bakı şəhəri, Qızıl Ordu 43 ünvanında yaşamışdır. Diş həkimi işləmişdir. Ailə tərkibi: qızları Fədicə -16 yaş, Gülnarə - 5 yaş, oğlanları Oqtay - 13 yaş, Arif - 11 yaşında. Həyat yoldaşı Xudadatov Əsədulla İsmayıl oğlu 05.08.1937-ci il tarixdə həbs edilmiş, SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyasının 02.01.1938-ci il tarixli qərarına əsasən I kateqoriya ilə millətçilik, terrorçuluq fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Xudadatova Tələt Nəsrulla qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK - nin 04.07.1934-cü il ta­rixli qərarına əsasən 05.11.1937-ci il tarixdə həbs edilmiş, SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ Ali Məhkəmənin Hərbi Kollegiyanın 17.10.1956-cı il tarixli rəyinə əsasən Xudadatova Tələt Nəsrulla qızına bəraət verilmişdir.

 

 

 

Xızrı Banu

 

1891-ci ildə Qasım-İsmayılov rayonunun, Xanavənd kəndində anadan olmuşdur. Evdar qadın idi. Ailə tərkibi: oğlanları Bədəlov Məmməd 1911-ci il, Surxay - 1923-cü il təvəllüdlü. Həyat yoldaşı Hüseyn Bədəl oğlu (1893) 1930-cu il aprel üsyanının fəal iştirakçısı kimi güllələnməyə məhkum edilmişdir. Xızrı Banu Gəncə Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 may 1990-cı il rəyinə əsasən Xızrı Banuya bəraət verilmişdir.

 

 

 

Xocastə Əbdülrəhim qızı

 

1917-ci ildə Nuxa (Şəki) rayonunun Oxut kəndində anadan olmuşdur. Ailə tərkibi: anası Cahanxanım -22 yaşında, qardaşları Sahil - 7 yaşında, Kamil - 7 yaşında, bacısı Güləbətin - 3 yaşında. Atası Əbdülrəhman (40 yaşında) 30-cu illərdə üsyanın iştirakçısı kimi həbs edilmişdir.                                                 Xocəstə Əbdülrəhim qızı Azərbaycan SSR CM-nin 18/79 maddələri ilə təqsirli bilinərək Azərbaycan Dövlət Siyasi İdarəsinin Nuxa (Şəki) Rayon Şöbəsi tərəfindən 19 iyul 1932-ci il tarixdə həbs olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsinin Nuxa (Şəki) Şəhər Şöbəsinin 20 oktyabr 1932-ci il qərarına əsasən Xocastə Əbdülrəhim qızının əməlində cinayət tərkibi olmadığı üçün işinə xitam verilmişdir.

 

 

 

Xocay Maral İsa qızı

 

1883-cü ildə Balakən rayonunda anadan olmuşdur. Ailə tərkibi: qızları Tamam - 15 yaş, Millətim - 8 yaş, oğlanları Musa - 4 yaş, İsa - 2 yaşında. Həyat yoldaşı Tahir Hacı Məmməd oğlu 1930-cu il aprel üsyanının fəal iştirakçısı olduğuna görə güllələnməyə məhkum edilmişdir. Xocay Maral İsa qızı vətən xaininin həyat yoldaşı kimi Zaqatala Dairəsi Fövqəladə Üçlüyünün 19.03.1931-ci il tarixli qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29.06.1990-cı il tarixli rəyinə əsasən Tağıyeva Xocay Maral İsa qızına bəraət verilmişdir.

 

 

 

Xudiyeva Qızana Şahpələng qızı

 

1905-ci ildə Şamaxı rayonunun Bağırlı kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Parya Vəhdət qızı - 1928-ci il, Matoş -1941-ci il, oğlanları Məhəmməd - 1926-cı il, İbran - 1931-ci il, Əlikram - 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Xudiyev Vəhdət Sərdar oğlu (1902) 31 avqust 1942-ci ildə 280-ci atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum olunmuşdur. Xudiyeva Qızana Şahpələng qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 12 dekabr 1942-ci il qərarına əsasən Xu­diyeva Qızana Şahpələng qızının işinə xitam verilmişdir.

 

 

 

Xuluflu Fatma Əli qızı

 

 

1903-cü il Kirovabad şəhərində anadan olmuş, Bakı şəhəri, V. Kradbişinskaya, ev 6/8 ünvanında yaşamışdır. Univermağın tikiş şöbəsində tikişçi işləmişdir. Ailə tərkibi: oğlu Çingiz - 14 yaş, qızı- Sunduz- 15 yaşında. Həyat yoldaşı  Xuluflu Vəli Məmməd Hüseyn oğlu (1894) Azərbaycan EA    Azərbaycan  İnstitutunun direktor müavini vəzifəsində çalışmışdır. 28 fevral 1937-ci ildə Azərbaycan XDİK tərəfindən əksinqilabi pantürkist təşkilatının üzvü kimi həbs edilmişdir. Xuluflu Fatma Əli qızı vətən xaininin həyat yoldaşı kimi 10 aprel 1938-ci il tarixdə həbs edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsaslanaraq Xuluflu Fatma Əli qızı SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 may 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 15 fevral 1957-ci il qərarına əsasən Xuluflu Fatma Əli qızının əməlində cinayət tərkibi olmadığı üçün işinə xitam verilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb