Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


K


 

Kaxayeva Mominat Ramazan qızı

 

1918-ci ildə Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Fatma Koxav qızı 6 yaş, Abidat Koxav qızı 3 yaşında. Həyat yoldaşı Koxayev Koxay Əbdürrəhman oğlu (1909) 27 dekabr 1942-ci ildə 46-cı Ordunun Hərbi Tribunalı tərəfindən vətənini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Kaxayeva Mominat Ramazan qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 17 iyul 1943-cü il qərarına əsasən Kaxayeva Mominat Ramazan qızı vətən xaininin həyat yoldaşı kimi 23 iyul 1943 - dən hesablanmaqla 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29 yanvar 1990-cı il rəyinə əsasən Kaxayeva Mominat Ramazan qızına bəraət verilmişdir.

 

 

 

Kamalova Güllər Cavad qızı

 

1922-ci ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. «1 may» adına kolxozda işləmişdir. Ailə tərkibi: qızı Adilə Əmirməmməd qızı - 1941-ci il. Həyat yoldaşı Kamilov Əmirməmməd Nizam oğlu 15 iyul 1942-ci ildə 30-cu Kavaler diviziyasının 134-cü Kavaler alayının Hərbi Tirbunalı tərəfindən (vətən xaini kimi) güllələnməyə məhkum edilmişdir. Kamalova Güllər Cavad qızı Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 15 mart 1944-cü il tarixli qərarına əsasən Kamalova Güllər Cavad qızının atası orduda olduğuna görə SSRİ Prokurorluğunun 30 may 1945-ci il tarixli 215/51 №-li əmrinə və Azərbaycan SSR XDİK-nin 19 aprel 1944-cü il qərarına əsasən sürgün qəbul edilməyib, işə xitam verilmişdir.

 

 

 

Kamilova Gülsabah Ağabəy qızı

 

1900-cu ildə Quba rayonunun Yeni - Xujda kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Kəmaləddin - 12 yaş, Ələddin - 6 yaş, Sədrəddin - 3 yaş, qızı Gülgözəl - 9 yaşında. Həyat yoldaşı Kamilov Kamil (1896) komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Kamilova Gülsabah Ağabəy qızı vətən xaininin həyat yoldaşı kımi Azərbaycan SSR CM-nin 63-cü maddənin III hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repres­siyaya məruz qalmışdır.

 

 

 

Kamilova Sona Ələkbər qızı

 

1907-ci ildə Quba rayonunun Yeni - Xujda kəndinə anadan olmuşdur. Ailə tərkibi: qızı Sima - 4 yaş, oğlanları Adil - 10 yaş, Nadir - 2 yaşında. Həyat yoldaşı Şamil Şirin oğlu (1900) 02.04.1942-ci il tarixdə komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Kamilova Sona Ələkbər qızı vətən xaininin həyat yoldaşı ki­mi Azərbaycan SSR CM-nin 63-cü maddənin III hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır.

 

 

 

Kornetova Məryəm Muquma qızı

 

1891-ci ildə Zaqatala dairə Balakən rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: uşaqları - Suraqat- 1919-cu il, Mamed- 1914-cü il, Züleyxa - 1916-cı il, Abibat - 1918-ci il, Qara Əli - 1924-cü il, Müslüm - 1926-cı il, Maqom oğlu - 1928-ci il, Ramazan - 1929-cu il təvəllüdlü. Həyat yoldaşı Kornetov İsa Dibir Əli oğlu (1881) 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Kornetova Məryəm Muquma qızı 1930-cu il aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 4 iyul 1990-cı il rəyinə əsasən Kornetova Məryəm Muquma qızına bəraət verilmişdir.

 

 

 

Köçərıyeva Pərişan Veys qızı

 

1901-ci ildə Zərdab rayonunun Seyidlər kəndində anadan olmuş, Ağdaş rayonunun Çardam kəndində yaşamışdır. Ailə tərkibi: oğlu Xəlilov Həsən Məmməd oğlu 1927-ci il, qızı Xəlilova Sevgili Məmməd qızı 1938-ci il təvəllüdlü. Həyat yoldaşı Hüseynov Məmməd Xəlil oğlu (1905) 1 may 1942-ci ildə 13-cü Ordunun 143-cü atıcı diviziyasının XDİK Xüsusi Şöbəsi tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Köçərıyeva Pərişan Veys qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 16 avqust 06 avqust 1943-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 21.08.1943-cü ildən hesablanmaqla 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 07 mart 1990-cı il rəyinə əsasən Köçərıyeva Pərişan Veys qızına bəraət verilmişdir.

 

 

 

Kazımova Leyla Məhərrəm qızı

 

1907-ci ildə Kaxetin rayonu­nun Muğan kəndində anadan olmuş, Bakı şəhəri Krupskaya küçəsi ev 16 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Kazımov Əli Hüseynəli oğlu 1928-ci il təvəllüdlü. Kazımova Leyla Məhərrəm qızı Azərbaycan SSR CM-nin 72 maddəsinin II hissəsi ilə əksinqilabi təbliğat aparmaqda təqsirli bilinərək SSRİ XDİK-nin 3 iyun 1942-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 20 noyabr 1989-cu il rəyinə əsasən Kazımova Leyla Məhərrəm qızına bəraət verilmişdir.

 

 

 

Kəlbiyeva Zərifə Museyib qızı

 

1920-ci ildə Lənkəran rayonunun Şilvar kəndində anadan olmuş, Lənkəran şəhəri, Kommunist küçəsi 41 ünvanında yaşamışdır. Ailə tərkibi: qayınanası Yaqubova Məsmə Rza qızı (1885) evdar qadın, oğlu Novruzov Faiq Sadıx oğlu - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Novruzov Sadıx Qulam oğlu 7 aprel 1942-ci ildə 396-cı atıcı Diviziyasının Hərbi Tribunalı tərəfindən tutulub güllələnməyə məhkum edilmişdir. SSRİ XDİK Xüsusi İdarənin 29 iyul 1942-ci il qərarına əsasən Kəlbiyeva Zərifə Museyib qızı Azərbaycan SSR CM-nin 63-3 maddələrinin II hissələri ilə vətən xaininin ailə üzvü kimi SSRİ XDİK Xüsusi Müşavirə tərəfindən 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 2 fevral 1990-cı il rəyinə əsasən Kəlbiyeva Zərifə Museyib qızına bəraət verilmişdir.

 

 

 

Kərimova Bikə Məhəmməd qızı

 

1920-ci ildə Siyəzən rayonunun Saadan kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Aqasiyeva Əminə Babat qızı 2 yaşında. Həyat yoldaşı Kanev Babat Azay oğlu 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Kərimova Bikə Məhəmməd qızı 4 mart 1942-ci il tarixdə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək repressiyaya məruz qalmışdır.

 

 

 

Kənqərlinskaya-Abdullayeva Xədicə Əsgər qızı

 

 

1914-cü ildə İrəvan şəhərində anadan olmuş, Bakı şəhəri, Kommunist küçəsi, 14 ünvanında yaşamışdır. ATİ-nin IV kürs tələbəsi. Ailə tərkibi: qızı - Sanya İbadulla qızı - 7 yaşında. Həyat yoldaşı Abdullayev Aman Abdulla oğlu (1900) 03.07.1938-ci il tarixdə SSRİ Ali Məhkəməsi Hərbi Komissarlığının Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçi, terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Kənqərlinskaya-Abdullayeva Xədicə Əsgər qızı SSRİ MİK- nin 04.07.1934-cü il qərarı əsas tutularaq vətən xaini­nin həyat yoldaşı kimi                                                              Azərbaycan SSR CM-nin 63-3 maddəsilə repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 23.08.1938-ci il tarixli qərarına əsasən cəza müddəti 10 iyul 1938-ci ildən hesablanmaqla 5 il müddətinə Qazaxstanın Alma-Ata şəhərinə sürgün edilmişdir. Qızın tərbiyəsi İrəvan şəhərində yaşamış Kəngərlinskaya Darya xanıma tapşırılmışdır. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 08.10.1959-cu il tarixli qərarına əsasən Kənqərlinskaya - Abdullayeva Xədicə Əsgər qızına bəraət verilmişdir.

 

 

 

Kərəməli Səltənət Şahməmməd qızı

 

1910-cu ildə Ərdəbil şəhərində anadan olmuş, Bakı şəhərı Daglı küçəsi, ev 197 ünvanında yaşamışdır.  ək- təbhğat apardığma görə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan SSR CM-nin 4-cü  maddənin 5-ci hissəsi ilə əksinqilabi təbliğat apardığına görə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan SSR XDİK-nin 1941-ci il 22 oktyabr tarixli qərarına əsasən Kərəməli Səltənət Şahməmməd qızının əməlində cinayət tərkibi olmadığı üçün işinə xitam verilmişdir.

 

 

 

Kərimova Firuzə Əkbər qızı

  

1906-cı ildə Qazax şəhərində anadan olmuş, Poluxina 13 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Ənvər - 9 yaş, qızı Mina - 13 yaşında. Həyat yoldaşı Kərimov Rəşid Tağı oğlu (1897) 77-ci diviziyanın batalyon komandiri, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyası tərəfindən 3 yanvar 1938-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Kərimova Firuzə Əkbər qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 13.11.1956-cı il tarixli rəyinə əsasən Kərimova Firuzə Əkbər qızına bəraət verilmişdir.

 

 

 

Kərimət İbrahim qızı

 

1896-cı ildə Balakən rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: qardaşı Məhəmməd Purt Ibrahim oğlu 35 yaş, oğlanları Əhməd - 4 yaş, Hacı - 1 aylıq. Həyat yoldaşı Abdulla Əli oğlu (35 yaş) 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Kərimət İbrahim qızı 1930-cu il aprel üsyanının fəal iştirakcısının həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorunun aprel 1991-cı il qərarına əsasən Kərimət İbrahim qızına bəraət verilmişdir.

 

 

 

Kərimova Güləbətin Lətif qızı

 

1899-cu ildə Nuxa (Şəki) rayonunun Baş - Zeqzit kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Zahid - 22 yaş, İsmayıl - 10 yaş, Məmməd - 6 yaş, qızları Salatın - 12 yaş, Gülzar - 13 yaş, Abuzər -23 yaşında. Həyat yoldaşı Xudu İbrahimov 1930-cu il üsyanının iştirakçısı kimi həbs edilmişdir. Kərimova Güləbətin Lətif qızı Azərbaycan SSR CM-nin 18/79 maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi Azərb. Dövlət Siyasi İdarəsi Nuxa (Şəki) Şəhər Şöbəsinin 20 oktyabr 1932-ci il tarixli qərarına əsasən Kərimova Güləbətin Lətif qızının günahı sübuta yetmədiyi üçün azad edilmişdir.

 

 

 

Kərimova Gülruf Əmir qızı

 

1910-cu ildə İmişli rayonunun Karantikli kəndində anadan olmuşdur. Ailə tərkibi: atası Əmir, anası Növrəstə, ögey anası Gülxanım, ögey bacısı Mülayim - 10 yaş., qardaşı İnişalla. Həyat yoldaşı Kərimov Narça İsim oğlu əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Kərimova Gülrüf Əmir qızı vətən xaininin həyat yoldaşı ki­mi Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 20.01.1949-cu il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 30.05.1956-cı il tarixli qərarına əsasən Kərimova Gülruf Əmir qızına bəraət verilmişdir.

 

 

 

Kərimova Sənubər Mustafa qızı

 

1919-cu ildə Qasım-İsmayılov rayonunun Fəhralı kəndində anadan olmuşdur. «Karl Marks» adına kolxozda işləmişdir. Ailə tərkibi: qayınanası Əhmədova Gülbanı Vəli qızı 65 yaş, qızları- Zenfira - 7 yaş, Bəsti - 4 yaşında. Həyat yoldaşı Şirinov Binnət Yusuf oğlu (1908) 1941-ci ilin iyul ayında Qızıl Orduya çağrılmış, 29 iyun 1944-cü ildə Qızıl Ordudan qaçdığına görə Hərbi Tribunal tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Kərimova Sənubər Mustafa qızı Azərbaycan SSR CM-nin 63-2 maddəsinin II hissəsi ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi yaşadığı yerdən çıxmamaqla repressiya olunmuşdur. Azərbaycan SSR XDİK-nin 12 dekabr 1944-cü il qərarına əsasən Kərimova Sənubər Mustafa qızının öhdəsində 3 uşağı olduğuna görə ona qarşı repressiya dayandırılmışdır.

 

 

 

Kərimova Həmayıl Həsən qızı

 

 

1909-cu ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olmuş, Bakı şəhəri, Suraxanı 243 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları - Əsli - 7 yaş, Ofelya - 4 yaşında. Həyat yoldaşı Kərimov Mus­tafa Bayram oğlu SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyasının 5 iyul 1938-ci il qərarına əsasən əksinqilabi burjua-millətçilik təşkilatının üzvü kimi I kateqoriya ilə həbs edilmişdir. Kərimova Həmayıl Həsən qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi 1938-ci ildə həbs edilmiş, SSRİ XDİK-nm Xüsusi Müşavirəsinin 23 avqust 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir, (2 №-li həbsxanada saxlanılmışdır). Qızları uşaq qəbulu məntəqəsində yerləşdirilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 3 dekabr 1955-ci il qərarına əsasən Kərimova Həmayıl Həsən qızı qanunsuz olaraq həbs edilmiş, əməlində cinayət tərkibi olmadığı üçün işinə xitam verilmiş və bəraət qazanmışdır.

 

 

 

Kiçibəyli Mərziyə Əli qızı

 

1878-ci ildə Qusar rayonunun Ənıx kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Kiçibəyov Mehdi Kiçibəy oğlu 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Kiçibəyova Mərziyə Əli qızı 2 may 1942-ci il tarixdə Azərbaycan SSR CM-nin 63-3 maddənin 2-ci hissəsi ilə vətən xaininin anası kimi təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1942-ci il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Kiçibəyli Mərziyə Əli qızının işi dayandırılmışdır. Azərbaycan XDİK Qusar Rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən Kiçibəyli Mərziyə Əli qızının işinə xitam verilmişdir.

 

 

 

Kiçibəyova Xeyrənsa Bayram qızı

 

1916-cı ildə Qusar rayonunun Ənıx kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Kiçibəyov Mehdi Kiçibəy oğlu 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 2 aprel 1942-ci ildə 772-ci atıcı alay komandanlığı tərəfindən düşməni tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Kiçibəyova Xeyrənsa Bayram qızı 2 may 1942-ci il tarixdə yaşadığı yerdən çıxmamaq şərti ilə Azərbaycan SSR CM-nin 63-3 maddəsinin 2-ci hissəsi ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1942-ci il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Kiçibəyova Xeyrənsa Bayram qızının işi dayandırılmışdır. Azərbaycan XDİK Qusar Rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən işə xitam verilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb