Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Q


 

Qırxlarova Hökumə Nurəddin qızı

 

1916-cı ildə İsmayıllı rayonunun Culyan kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Dürrə Şaban qızı - 1935-ci il, Maica -1939-cu il, oğlu Səfər - 1942-ci il təvəllüdlü. Həyat yoldaşı Q.Şaban Nuhi oğlu (1909) 31 may 1942-ci ildə 25-ci atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Qırxlarova Hökumə Nurəddin qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 28 aprel 1943-cü il qərarına əsasən Qırxlarova Hökumə Nurəddin qızı 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 28 yanvar 1990-cı il rəyinə əsasən Qırxlarova Hökumə Nurəddin qızına bəraət verilmişdir.

 

 

 

Qayibxanova Qızbala Həsənbəy qızı

 

1904-cü ildə Qusar rayonunun Kuzun kəndində anadan olmuşdur. «İnqilab» adına kolxozda işləmişdir. Ailə tərkibi: həyat yoldaşı Qayibxanov İsmiçay Abdul oğlu, oğlanları Muxtar - 1922-ci il, Rəhimbəy - 1923-cü il, qızları Mehrəbani - 1933-cü il, Güldəstə - 1923-cü il təvəllüdlü. Qaynı Qayibxanov Bəy Əbdül oğlu (1905) 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına çağrılmışdır. 2 aprel 1942-ci il tarixdə 772-ci atıcı alay komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə təqsirli bilinmişdir. Qayibxanova Qızbala Həsənbəy qızı vətən xainin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddənin III hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repres­siyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 9 iyul 1943-cü il qərarına əsasən Qayibxanova Qızbala Həsənbəy qızının işi Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 13 avqust 1943-cü il məlumatına əsasən Qayibxanov Bəy Əbdül oğlunun vətən xaini olması barədə məlumat Hərbi Tribunaldan daxil olmadığına görə Qayibxanova Qızbala Həsənbəy qızının işinə xi­tam verilmişdir.

 

 

 

Qayibxanova Sona Əmirbəy qızı

 

1913-cü ildə Qusar rayonunun Kuzun kəndində anadan olmuş, «İnqilab» adına kolxozda işləmişdir. Ailə tərkibi: oğlu Abdullayev Abusərdar Bəy oğlu, qızı Zalikə - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Qayibxanov Bəy Əbdül oğlu (1905) 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına çağrılmışdır. 2 aprel 1942-ci il tarixdə 772-ci atıcı alay komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə təqsirli bilinmişdir. Qayibxanova Sona Əmirbəy qızı vətən xainin həyat yoldaşı  Azərbaycan SSR CM-nin 63-3 maddənin III hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Qayibxanova Sona Əmirbəy qızının işi Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 13 avqust 1943-cü il məlumatına əsasən Qayibxanov Bəy Əbdül oğlunun vətən xaini olması barədə Hərbi Tribunaldan məlumat daxil olmadığına görə Qayibxanova Sona Əmirbəy qızının işinə xitam verilmişdir.

 

 

 

Qarakişiyeva Apilsin Hacıbala qızı

 

1911-ci ildə Qax rayonunun Ləqəm kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Mürsəl - 7 yaş, Zabitdin - 5 yaş, Nurəddin - 4 yaşında. Qarakişiyeva Apilsin Hacıbala qızı Azərbaycan XDİK Qax Rayon Şöbəsi tərəfindən 15 oktyabr 1937-ci ildə əksinqilabi fəaliyyətdə təqsirli bilinərək 55 saylı orderə əsasən Nuxa (Şəki) şəhər həbsxanasında saxlanılmaqla həbs olunmuşdur. Azərbaycan SSRİ XDİK Üçlüyünün 21 oktyabr 1937-ci il qərarına əsasən Qarakişiyeva Apilsin Hacıbala qızının işi sübuta yetmədiyi üçün nəzarətdən azad olunmuşdur.

 

 

 

Qarayeva Qumru Xanhüseyn qızı

 

1924-cü ildə Jdanov rayonunun, Eyvazlar kəndində anadan olmuş, Qaryagin rayonunun, Qızıl - Quşlaq kəndində yaşamışdır. «Qırmızı Oktyabr» adına kolxozun üzvü olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Qarayev Əhəd Muxtar oğlu (1902) 31 dekabr 1945-ci ildə vətənə xəyanət etdiyinə görə Bakı Qarnizonu Hərbi Tribunalı tərəfindən güllələnməyə məhkum edilmişdir. Qarayeva Qumru Xanhüseyn qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə repressiyaya məruz qalmış və SSRİ DTN Xüsusi Müşavirəsi tərəfindən vətən xaininin həyat yoldaşı kimi Semipalatinski vilayətinə 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 fevral 1990-cı il rəyinə əsasən Qarayeva Qumru Xanhüseyn qızına bəraət verilmişdir.

 

 

 

Qarayeva-Şabanova Xavər Şaban qızı

 

1901-ci ildə Tiflisdə qulluqçu ailəsində anadan olub. 1917-ci ildə H.Z.Tağıyevin rus - müsəlman qız məktəbini bitirmiş, həmin il Saratova getmiş və orada diş həkimliyi məktəbində təhsil almışdır. 1919-cu ildə Həştərxana köçən Xavər xanım hərbi xəstəxanada diş həkimi işləmişdir. 1920-ci ildə Xavər Şabanova XI Qızıl Ordu ilə Azərbaycana qayıtmışdır. Həmin ildə Bakıda keçirilən Şərq xalqlarının birinci qurultayında Xavər xanım rəyasət heyətinə seçilmişdir. 1891 nümayəndənin iştirak etdiyi bu beynəlxalq məclisin rəyasət heyətinə seçilməsi həmin dövr üçün əlamətlər bir hadisə idi. Qurultayda Şərq xalqlarının fəaliyyət və təbliğat Şurasının tərkibinə 19 yaşlı Xavər xanım da seçilmişdir. Bir ildən sonra Xavər xanım Azərbaycan qadınlarının birinci qurultayının keçirilməsində mühüm rol oynamışdır. 1922-ci ildə isə Xavər xanım dövrün ictimai - siyasi xadimlərindən Ceyran Bayramova, Ayna Sultanova, Frida Şlemova ilə birlikdə Bakıda Zaqafqaziya qadınlarının birinci qurultayının keçirilməsində fəal iştirak etmişdir. Bu il Xavər xanım görkəmli inqilabçı Əliheydər Qarayevlə ailə həyatı qurmuşdur. O, əvvəlcə bir müddət Bakı Şəhər Partiya Komitəsi qadınlar şöbəsində təlimatçı, sonra isə Əli Bayramov adına Mərkəzi Qadınlar klubunda partiya təşkilat katıbi kimi fəaliyyət göstərmiş, «Şərq qadını» jurnalının yaradıcılarından biri olmuşdur. Bütün bunlarla yanaşı, Xavər xanım Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirmiş, ali təhsilli həkim kimi fəaliyyət göstərmişdir. 1930-cu illərin əvvəllərində Xavər xanım Ə. Qarayevlə birlikdə Moskvaya oxumağa göndərilir və bununla da onların ağır günləri başlayır. O, Moskvada Kommunist İnternasionalı İcraiyyə Komitəsində Şərq şöbəsinə başçılıq etməklə yanaşı təhsilini də davam etdirmişdir. 1938-ci ildə Xavər xanımın həyat yoldaşı Ə. Qarayev Mosk­vada SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə güllələnmiş, özü isə 8 illik həbs cəzasına məhkum edilərək uzaq Şimalın Vyatlaq, həbs düşərgəsinə göndərilmişdi. Sürgün edilərkən onun üç övladı olmuşdur. 1943-cü ildə azad edilmişdir. SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi Xüsusi Müşavirəsinin 24 sentyabr 1949-cu il tarixli qərarına əsasən Qarayeva Xavər Azərbaycan SSR CM-nin 21 - 64, 70,73 maddələri ilə təqsirli bilinərək yenidən həbs olunmuş, əvvəl Perm şəhərinə, sonra isə Krasnoyarsk vilayətinə sürgün edilmişdir. Xavər xanım 1958-ci ildə Bakıda vəfat etmişdir.

 

 

 

Qarayeva Saray Şahpolad qızı

 

1905-ci ildə Quba rayonunun Nüyədi kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Cavanşir - 5 yaş, qızları Əminə - 12 yaş, Məsumə - 10 yaş, Tamam - 8 yaş, Solmaz - 2 yaş, Simnarə, Çimnaz - 6 yaşında. Həyat yoldaşı Qarayev İsmayıl Orucbəy oğlu 25.02.1942-ci il tarixdə Komandanlığın məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Qarayeva Saray Şahpolad qızı vətən xaininin həyat yoldaşı kimi 07.07.1943-cü il tarixdə Azərbaycan SSR CM-nin 63-cü maddənin III hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır.

 

 

 

Qarayeva Suqra Əsəd qızı

 

Füzuli rayonunda anadan olmuşdur. Ailə tərkibi: bacısı Qarayeva Zöhrə, qardaşı Rzayev Fəttah Əsəd oğlu. Atası Qarayev Əsəd əksinqilabi fəaliyyətinə görə həbs edilmişdir. Qarayeva Suqra Əsəd qızı əksinqilabi fəaliyyətdə təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72 maddənin I hissəsi ilə 13 dekabr 1938-ci il tarixdə həbs edilmiş, Azərbaycan SSR Ali Məhkəmənin 9 dekabr 1939-cu il qərarına əsasən 346 №-li orderlə 5 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Azərbaycan SSR Prokurorunun 11 mart 1994-cü il rəyinə əsasən Qarayeva Suqra Əsəd qızına bəraət verilmişdir.

 

 

 

Qarayeva Sitarə Hüseyn qızı

 

1890-cı ildə Karyagin rayonu­nun Karka kəndində anadan olmuş, Ermənikənd 224, blok 5, ev 25 ünvanında yaşamışdır. Pambıq sovxozunda labarant işləyib. Ailə tərkibi: qızı Q.Şəfiqə   -14   yaş,   oğlu Q. Rafiq   -   10  yaşında. Həyat yoldaşı Qarayev Əsəd Həsən Əli oğlu əksinqilabi-millətçilik fəaliyyətinə görə 5 avqust 1937-ci ildə həbs edilmiş, 5 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kolegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik, trotskiçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnəməyə məhkum edilmişdir. Qarayeva Sitarə Hüseyn qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən 17 noyabr 1937-ci ildə SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə Kollegiyasının 13 fevral 1956-cı il qərarına əsasən Qarayeva Sitarə Hüseyn qızına bəraət verilmişdir.

 

 

 

Qaraəhmədova-Eyvazova Vahidə Əli qızı

 

1906-cı ildə Zaqatala rayonunun Talı kəndində anadan olmuş, Bakı şəhəri Kaqanoviç № 6 ünvanında yaşamışdır. Azərbaycan tikiş istehsalı biriliyində inspektor vəzifəsində çalışmışdır. 1926-cı ildən 1937-ci ilə kimi ÜİK (b) p üzvü olmuşdur. Ailə tərkibi: oğlanları Zəkəriyyə-13 yaşında, Nadir-2 yaşında, qızları Vahidə-7 yaşında, Aliyə-8 aylıq. Həyat yoldaşı Eyvazov Ələkbər İbrahim oğlu 21 aprel 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən terrorçu təşkilatın fəal iştirakçısı kimi I kateqoriya ilə təqsirli bilinərək həbs olunmuşdur. Qaraəhmədova-Eyvazova Vahidə Əli qızı SSRİ MİK-nın 4 iyul 1934-cü il qərarına əsasən Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi 5 may 1938-ci ildə Bakı şəhəri № 2 həbsxanasında saxlanılmaqla K-869 №-li orderlə həbs olunmuşdur. Azərbaycan SSR XDİK Baş Siyasi İdarəsi tərəfindən göstəriş verilmişdir. Azərbaycan SSR XDİK-nin 7 dekabr 1938-ci il qərarına əsasən Qaraəhmədova-Eyvazova Vahidə Əli qızının günahı sübuta yetmədiyi üçün azad edilmişdir.

 

 

 

Qasımova Güldərə Ağaddin qızı

 

1923-cü ildə Yardımlı rayonunun Piştasar kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Qasımov Mirzə Səfər oğlu (1908) vətən xaini kimi məsuliyyətə cəlb edilmişdir. Qasımova Güldərə Ağaddin qızı Azərbaycan SSR XDİK-nin 7 iyul 1942-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır. XDİK 24 iyul 1945-ci il qərarı ilə Qasımova Güldərə Ağaddin qızının işinə xitam verilmişdir.

 

 

 

Qarayeva-Səlimxanova Səkinə xanım İsabəy qızı

 

1896-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Krasnaya küçəsi, ev 8 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Mirulduz -14 yaş, qızları Minəvvər - 23 yaş, Dilarə - 22 yaşında. Qarayeva - Səlimxanova Səkinə xanım İsabəy qızı SSRİ XDİK Xüsusi Müşavirəsinin 22 fevral 1938-ci il qərarına əsasən Azərbaycan SSR CM-nin 68 maddəsi ilə əksinqilabi fəaliyyətdə təqsirli bilinərək 2252 saylı orderlə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunmuş, 26 iyun 1943-cü ildə Cənubi - Qazaxstana sürgün olunmuşdur. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 6 iyul 1956-cı il qərarına əsasən Qa­rayeva - Səlimxanova Səkinə xanım İsabəy qızının əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilmişdir.

 

 

 

Qasımova Gülsüm Məmməd qızı

 

1873-cü ildə Kirovabad şəhəri Böyük Bəhmənlər kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı İbrahimova Rübabə  Məşədi Salman qızı 1930-cu il təvəllüdlü. Ögey oğlu İbrahimov Adil Salman oğlu (1919) 18 noyabr 1942-ci ildə SSRİ XDİK Xüsusi Müşavirəsinin qərarı ilə tutulub güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə repressiyaya məruz qalmış Qasımova Gülsüm Məmməd qızının oğlu İbrahimov Süleyman Salman oğlu Qızıl Orduda olduğuna görə Azərbaycan SSR XDİK Xüsusi Müşavirənin 20 yanvar 1943-cü il qərarına əsasən yaşadığı yerdən çıxmamaq haqda işinə xitam verilmişdir.

 

 

 

Qasımova  Anastasiya  İvanovna

 

1905-ci ildə Tiflis şəhərində anadan olmuş, Bakı şəhəri, Voroşilov 8 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Karl -14 yaş, Sübhi - 12 yaş, qızı Tamara - 16 yaşında.  Həyat yoldaşı Qasımov Mirzə Məmməd Abdul oğlu (1899) 02.07.1938-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyası Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik, üsyançılıq fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Qasımova Anastasiya İvanovna vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə SSRİ XDİK Xüsusi Müşavirəsinin 23.08.1938-ci il tarixli qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir.

 

 

 

Qasımova Xanənə Əlihüseyn qızı

 

1924-cü ildə Salyan rayonunun Borankənd kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Qasımov Həsən Qulu Qudrət oğlu 6 yaşında. Həyat yoldaşı Qasımov Qudrət Abdulla oğlu 1912-ci il təvəllüdlü. Qaynı Qasımov Nüsrət Abdul oğlu (1909) 13 aprel 1942-ci ildə Hərbi Tribunal tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Qasımova Xanənə Əli Hüseyn qızı 5 may 1942-ci il tarixdə Azərbaycan SSR CM-nin 63-3 maddənin II hissəsilə vətən xaininin ailə üzvü kimi təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 30 may 1942-ci il qərarına əsasən Qasımova Xanənə Əlihüseyn qızının həyat yoldaşı Qasımov Qudrət Abdulla oğlu Qızıl Orduda xidmət etdiyinə görə işinə xitam verilmişdir.

 

 

 

Qasımova Bibixanım Ağa Rəhim qızı

 

1910-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Doktosk döngə, ev 4 ünvanında yaşamışdır.

Ailə tərkibi: qızları Solmaz - 5 yaş, Almaz - 3 yaşında. Həyat yoldaşı Qasımov Ağa Rza Fərman oğlu (1906) SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 03.01.1938-ci il tarixli qərarına əsasən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Qasımova Bibixanım Ağa Rəhim qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 22.12.1961-ci il tarixli rəyinə əsasən Qasımova Bibixanım Ağa Rəhim qızına bəraət verilmişdir.

 

 

 

Qasımova Moruq Məmmədəli qızı

 

1898-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Qasımov Ənvər Süleyman oğlu -1926-cı il, Qasımov Firudun Süleyman oğlu - 1934-cü il, Qasımov Qədir Süleyman oğlu - 1914-cü il, İsmayıl Süleyman oğlu, qızları Gülşad Süleyman qızı - 1933-cü il, Ləzni - 27 yaş, Şah - 1937-ci il təvəllüdlü. 15 iyul 1942-ci ildə XDİK-in qərarına əsasən 25-ci atıcı diviziyasının 54-cü atıcı alayı 3-cü batalyon, 7-ci rota, 1-ci tağım komandiri kiçik leytenantı Qasımov Qəmbər Süleyman oğlu mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Qasımova Moruq Məmmədəli qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə vətən xaininin anası kimi repressiyaya məruz qalmışdır.

 

 

 

Qasımova Püstəxanım Xəlil qızı

 

1982-ci ildə Salyan rayonunun Borankənd kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Qasımov Nüsrət Abdulla oğlu (1909) 13 aprel 1942-ci ildə Qızıl Ordu sıralarına çağırılmış, 2 aprel 1942-ci il tarixdə 772-ci atıcı alay komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə təqsirli bilinmişdir. Qasımova Püstəxanım Xəlil qızı vətən xainin anası kimi Azərbaycan SSR CM-nin 63-3 maddənin II hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 30 may 1942-ci il qərarına əsasən Qasımova Püstəxanım Xəlil qızının 2-ci oğlu Qasımov Qüdrət Abdulla oğlu Qızıl Orduda xidmət etdiyinə görə işinə  xitam verilmişdir.

 

 

 

Qasımova Şirinqız İlyas qızı

 

1924-cü ildə Salyan rayonunun Borankənd kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Qasımov Nüsrət Abdul oğlu (1902) 13 aprel 1942-ci ildə Hərbi Tribunal tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Qasımova Şirinqız İlyas qızı 13 aprel 1942-ci il tarixdə Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə vətən xaininin həyat voldaşı kimi təqsirli bilinərək 5 il müddətinə sürgün edilmişdir.

 

 

 

Qayıbova Xədicə Xanım Osman qızı

 

1893-cü ildə Tiflisdə anadan olub. İlk təhsilini «Müqəddəs Nina» adlı məktəbdə alıb. 1920-ci illərin əvvələrində Xalq Maarif Komissarlığı nəzdində olan Şərq müsiqi şöbəsinin müdiri təyin olunub. 1927-ci ildə konservatoriyaya daxil olmuş, eyni zamanda teatr texnikumunda dərs demiş və elmi - tədqiqat işi ilə məşğul olmuşdur. Bakıda Şərq konservatoriyasının yaradıcılarından biri olub. 1938-ci il martın 16-da Azərb. Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini leytenant Tevosyan belə bir arayış tərtib edib: «Türk və İngilis qərarqahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş, Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində musavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizləmiş və onun qaçması üçün şərait yaratmışdır. M. Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sul­tan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib Azərbaycan SSR CM-nin 68 maddəsinə əsasən istintaqa cəlb edilməlidir». Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17 - də Dövlət Təhlükəsizlik İdarəsinin 4390 №-li orderinə əsasən həbs edilib. 1938-ci il aprelin 28-ə kimi Xədicə xanım müstəntiq tərəfindən 9 dəfə dindirilib. 1938-ci il mayın 7-də Xədicə Qayıbovanın işi üzrə istintaqın başa çatması barədə protokol tərtib edlib. Bu ittihamnaməyə əsasən Xədicə xanım Qayıbova Azərbaycan SSR CM-nin 68 maddəsi ilə müqəssir hesab edilir. Azərbaycan SSR XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il 19 oktyabr tarixli qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızı Türkiyə konsulluğu ilə əlaqəsinə və cəsuzluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilmişdir. 1954-cü ildə Xədicə xanımın qızı Sultanova Alanqu Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edərək anası haqqında məlumat istəmişdir. 1955-ci il aprelin 28-də Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi şöbəsinin müstəntiqi Menyayev A. Sultanovanın ərizəsi ilə bağlı bildirmişdir: «Qayıbova Xədicə xanım yoxlanmamış və səthi ifadələrlə ifşa olunub. İstintaq Qayıbovanın cəsuzluğunu təsdiq edən heç bir material əldə etməmişdir.   Buna görə də Azərbaycan  XDİK-in  Xüsusi Üçlüyünün 1938-ci il oktyabrın 19-da Qayıbova Xədicə xanım Osman qızının güllələnməsi haqda qərarı əsassız hesab edilib, ləğv olunmalı və işdə cinayət tərkibi olmadığı üçün iş xətm olunmalıdır.» Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızına bəraət verilmiş və fevralın 29-da qızı Alanquya bu haqda arayış təqdim edilmişdir.

 

 

 

Qasımova Reyhan Cuma qızı

 

1911-ci ildə Samux rayonunun, Poylu kəndində anadan olmuşdur. «Stalin» adına kolxozda işləmişdir. Ailə tərkibi: qızı Əhmədova Tərlan Məmməd qızı - 1928-ci il, oğlu Qəhrəman - 1926-cı il, anası Abdullayeva Cəvahir Abdulla qızı 70 yaş, qızı Osmanova Asya Qəmbər qızı - 1939-cu il. Həyat yoldaşı Əli Tağı oğlu (1900) 1942-ci ilin fevralında Qızıl Orduya çağrılmışdır. 8 yanvar 1943-cü ildə Kirovabad Qarnizonu Hərbi Tribunalı tərəfindən vətənə xəyanət etdiyinə görə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə Qasımova Rey­han Cuma qızı vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmış və 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. SSRİ DİN-nin 23 sentyabr 1949-cu il qərarına əsasən Qasımova Reyhan Cuma qızı vətən xaininin həyat yoldaşı kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 3 il müddətinə sürgündən qaçdığına görə yenidən tutularaq Şimali Qazaxstan vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 2 fevral 1990-cı il rəyinə əsasən Qasımova Reyhan Cuma qızına bəraət verilmişdir.

 

 

 

Qədimova Əminə Şükür qızı             

 

1912-ci ildə Kirovabad şəhərində anadan olmuş, Kirovabad şəhəri, Kooperativ küçəsi 57 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Almaz -1937-ci il, oğlu Aydın - 1933-cü il təvəllüdlü. Həyat yoldaşı Qədimov Ələsgər Almaz oğlu SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 09.01.1938-ci il tarixli qərarına əsasən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Qədimova Əminə Şükür qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə sosial təhlükəli ünsür kimi 2 il müddətinə səsi allınmışdır. Azərbaycan SSR Prokurorluğunun 19.06.1990-cı il tarixli rəyinə əsasən Qədimova Əminə Şükür qızına bəraət verilmişdir.

 

 

 

Qayıtmazova Mafiyat Cəfər qızı

 

1903-ci ildə Qusar rayonunun Acaxar kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Qayıtmazov Manaf Şinqar oğlu (1897) 9 iyun 1942-ci ildə XDİK-in Xüsusi Şöbəsi tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Qayıtmazova Mafiyat Cəfər qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR Prokurorluğunun 2 oktyabr 1944-cü il qərarına əsasən Qayıtmazova Mafiyat Cəfər qızının qaynı İmaməddin Şinqar oğlu Qızıl Orduda xidmət etdiyinə görə yaşadığı yerdən çıxmamaq haqqında işi dayandırılmışdır.

 

 

 

Qədirbəyova Gülarə İbrahim Xəlil qızı

1905-ci ildə Şəkinin Baş Köynük kəndində anadan olub. 1920-ci ildə Şəkidə açılmış pedaqoji kursu bitirmiş, müəllimlik hüququ almışdır. Əmək fəaliyyətinə Şəki Partiya Komitəsində başlayıb. Sonra partiyanın göstərişi ilə Şamxor və Quba rayonlarında işləyib. 1925-ci ildə Moskvada Şərq qadınlarının Üçüncü Ümumittifaq Müşavirəsində iştirak edib. 1927-ci ildə Gülarə xanım Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında qadınların həyat və məişətini yaxşılaşdıran komitənin müdiri seçilmişdir. 1936-cı il yanvarın 7-də «Pravda» qəzetində Gülarə xanımın ictimai və siyasi həyatını əks etdirən böyük bir oçerk dərc edilmişdir. O, qısa müddət ərzində Əli Bayramov adına Qadınlar klubunun direktoru, «Şərq qadını» jurnalının redaktoru, Azərbaycan Xalq Maarif Komissarlığı kütləvi mədəni - maarif işlər şöbəsinin rəhbəri kimi məsul vəzifələrə seçilmişdir. Gülarə xanım 1938-ci il iyulun 26-da antisovet təşkilatın nümayəndəsi kimi həbs edilmişdir. 1938-ci il noyabrın 21-nə kimi 4 dəfə dindirilmiş və 1939-ci il yanvarın 20-də Qədirbəyovanın işi haqda istintağın bitməsi ilə əlaqədar protokol tərtib olunub. Həmin gün Gülarə xanımın işi üzrə ittihamnamə tərtib olunub. Orada göstərilir: «Qədirbəyova Gülarə xanım İbrahim Xəlil qızı müqəssirdir. O, əksinqilabi-millətçi təşkilatın fəal üzvü olaraq həmin təşkilatın üzvləri ilə əlaqə saxlayırdı. O, Azərbaycan K(b)PMK rəhbərliyini hörmətdən salmaq üçün millətçi söhbətlərdə iştirak edirdi və əksinqilabi iş aparırdı. Ona gorə də Azərbaycan SSR CM-nin 72 və 73 maddələri ilə ci­nayət məsuliyyəti daşıyır. Qədirbəyova özünü müqəssir bilmir. Qədirbəyova təqdim olunan ittihamın sübüt olunmasını nəzərə alaraq, həmin işin baxılması SSRİ Xalq Daxili İşlər Komissarı yanında olan Xüsusi Müşavirəyə verilsin...» Xüsusi Müşavirənin 1939-cu il 9 iyun tarixli qərarına əsasən Qədirbəyova Gülarə İbrahim Xəlil qızı 5 il müddətinə həbs düşərgəsinə göndərilmişdir. Gülarə xanımın sonrakı taleyi məlum deyil. 30 oktyabr 1957-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə Kollegiyası Gülarə xanım haqqında 1939-cu il tarixli qərarı ləğv etmiş, onun işində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir.

 

 

 

Qəmbərova Əminə Cəfər qızı

 

1916-cı ildə Bakı şəhərində anadan olmuş, 4-cü Paralel küçəsi 56 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Əli Abbas - 5 yaş, Kamilə - 2 yaş, Əjdər - 1 aylıq. Həyat yoldaşı Qəmbərova Sala Əhməd oğlu (1898) 5 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi musavatçılıq fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən Qəmbərova Əminə Cəfər qızı repressiyaya məruz qalmışdır. 20 mart 1939-cu il Azərbaycan SSR XDİK-nin qərarına əsasən Qəmbərova Əminə Cəfər qızının işinə xitam verilmişdir.

 

 

 

Qəribova Muxsa Suleyman qızı

 

1893-cü ildə Göyçay rayonunun İnqutlu kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Qəribov Hüseyn Məhəmməd oğlu (1928) 13 yanvar 1943-cü ildə Hərbi Tribunal tərəfindən güllələnməyə məhkum edilmişdir. Qəribova Musxa Suleyman qızı Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə vətən xaininin anası kimi təqsirli bilinərək repres­siyaya məruz qalmışdır.

 

 

 

Qədirli Mələk Mustafa qızı

 

1905-ci ildə Şamaxı rayonunda anadan olmuş, Bakı şəhəri, Buynakskaya 24 ünvanında yaşamışdır. Kimya müəlliməsi işləmişdir. Ailə tərkibi: qızı Nilüfər - 11 yaş, oğlu Aydın - 14 yaşında. Həyat yoldaşı Qədirli Mövsüm Nəcməddin oğlu 02.01.1938-ci il tarixdə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik terrorçuluq fəaliyyətine görə I kateqo­riya ilə güllələlənməyə məhkum edilmişdir. Qədirli Mələk Mustafa qızı vətən xaininin həyat yoldaşı ki­mi SSR MİK 04.07.1934-cü il tarixli qərarına əsaslanaraq 10.11.1937-ci il tarixdə həbs edilmiş, SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum  edilmişdir.

 

Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının 26.10.1955-ci il tarixli qərarına əsasən Qədirli Mələk Mustafa qızına bəraət verilmişdir.

 

 

 

Qədirova Xatun Əbdülrəhim qızı

 

1912-ci ildə Qax rayonunda anadan olmuş, Qax rayonu İbaxl kəndində yaşamışdır. Ailə tərkibi: oğlu Qədirov Əhməd Həsən oğlu 1933-cü il, qızı Tamara Həsən qızı 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Qədirov Həsən Rəsul oğlu (1913) 23 sentyabr 1942-ci ildə mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Qədirova Xatun Əbdülrəhim qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 17 fevral 1943-cü il qərarına əsasən Qədirova Xatun Əbdülrəhim qızı vətən xaininin həyat yoldaşı kimi 21 fevral 1943-cü ildən hesablanmaqla 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 07 mart 1990-cı il rəyinə əsasən Qədirova Xatun Əbdülrəhim qızına bəraət verilmişdir.

 

 

 

Qəmbərova Şanana Heydər qızı

 

1887-ci ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Müseyib - 14 yaş, oğlu Firudin - 9 yaşında. Həyat yoldaşı Qəmbərov Nəriman Nəcəf oğlu (1872) düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Qəmbərova Şanana Heydər qızı ailəsi ilə birlikdə CM 63-3 maddəsi ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışlar. Azərbaycan SSR XDİK-nin 7 iyul 1942-ci il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi işi dayandırılmışdır. Azərbaycan XDİK Astara Rayon Şöbəsinin 22 iyul 1943-cü göstərişinə əsasən işə xitam verilmişdir.

 

 

 

Qızxanım Məşədi Mövbalı qızı

 

1886-cı ildə Tovuz rayonunun Xatınlı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları 16 yaşında, Seyidrza - 12 yaşında. Qızxanım Məşədi Mövbalı qızı Azərbaycan Dövlət Siyasi İdarəsinin Tovuz rayon şöbəsi tərəfindən 15 may 1931-ci ildə antisovet təbliğatda təqsirli bilinərək Azərbaycan SSR CM-nin 18-79 maddəsi ilə həbs olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsinin Tovuz rayon şöbəsinin 23 dekabr 1931-ci tarixli qərarına və 1768 orderə əsasən azad olunmuşdur.

 

 

 

Qiyasbəyli  Mədinə  Xanım Mehdi qızı

 

Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, görkəmli pedaqoq və ictimai xadim M. Qiyasbəyli 1889-cu ildə Qazax rayonunun Salahlı kəndində ana­dan olub. 1904-cü ildə Tiflisdə «Müqəddəs Nina» rus qız məktəbini bitirib. 1906-cı ildə Salahlı kəndində ilk rus qız məktəbini açmışdır. Bu, Zaqafqaziyada ilk qız məktəbi olmuşdur. 1918-ci ildə Qazax qəzası kənd məktəblərinin inspektoru işləmişdir. 1919-cu ildə ailə həyatı qurub. İki qızı, bir oğlu olub. 20-ci illərin axırlarında Bakıya köçüb. 1920-26-cı ildə Bakı Qadınlar Pedaqoji Texnikumunun müdiri işləmişdir. 1930-cu ilin dekabr ayının 8-də 1747 №-li orderə əsasən həbs edilib. 8 sentyabr 1937-ci ilə kimi 12 dəfə dindirilmiş və sentyabrın 23-də tərtib olunmuş ittihamnamədə aşağıdakılar yazılmışdır: «Azərbaycanda Sovet hakimiyyəti hələ bərqərar olmamışdan qabaq Mədinə xanım Qiyasbəyli musavat partiyasının fəal üzvü olub, M.Ə.Rəsulzadə və başqa musavatçılarla sıx əlaqə saxlamışdır. Azərbaycanda Sovet Hakimiyyəti qurulandan sonra Qiyasbəyli yenə də musavatçı mövqeyində qalıb və qeyri-feodal musavat mərkəzi ilə əlaqə saxlamışdır. Həmin təşkilatın 1927-ci ildə ləğv olunmasından sonra Mədinə xanım Qiyasbəyli öz ətrafına əksinqilabi ruhda gəncləri yığmağa başlamışdır. 1930 - 33-cü illərdə Qiyasbəyli İranda olan musavatçılarla gizli əlaqə saxlamışdır. Həbs olunana kimi Qiyasbəyli əksinqilabi-millətçi təşkilatın üzvləri R.Axundov, B.Çobanzadə ilə əlaqə saxlamış və Sovet Hökuməti ilə mübarizə mövqeyində qalıb. Göstərilənlərə əsasən Qiyasbəyli Mədinə xanım Mehdi qızı Azərbaycan CM 72 və 73-cü maddələri ilə təqsirləndirilir və 13506 №-li İstintaq işi bitmiş hesab edilsin. Qiyasbəyli Mədinə xanımın işi Azərbaycan XDİK nəzdində olan Xüsusi Üçlüyə verilsin.» Azərbaycan SSR XDİK nəzdindəki Üçlüyün 1937-ci il sentyabrın 26-da keçirilən iclasın protokolundan çıxarış. Eşidildi: Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri ilə təqsirkar sayılan Qiyasbəyli Mədinə Mehdi qızının 13506 №-li cinayət işi. Qərara alındı: Qiyasbəyli Mədinə xanım Mehdi qızı əmlakı müsadirə edilsin, güllələnsin. 13506 №-li cinayət işinin 202-ci vərəqəsindəki aktdan çıxarış: «Azərbaycan SSR XDİK Xüsusi Üçlüyün 1937-ci il 26 sentyabr tarixli, 45 yaşında olan Qiyasbəyli Mədinə xanım Mehdi qızının güllələnməsi haqda qərarı 1937-ci il sentyabrın 28-də gecə saat 1.25 dəqiqə yerinə yetirilmişdir. Baş leytenatıt Suxanov». Mədinə xanım Qiyasbəyli haqqında çıxarılmış ədalətsiz hökm 24 avqust 1956-cı ildə Azərbaycan Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası tərəfindən ləğv edilmiş və ona bəraət verilmişdir.

 

 

 

Qızılgül İslam qızı

 

1901-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Gülgəz - 1927-ci il, Hürü - 1926-cı il təvəllüdlü. Həyat yoldaşı Baba Hacı Ömər oğlu əksinqilabi fəaliyyətinə görə həbs edilmişdir. Qızılgül İslam qızı Azərbaycan SSR Zaqatala Dairəsi XDİK Fövqəladə Üçlüyünün 8 fevral 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 06 iyun 1990-cı il rəyinə əsasən Qızılgül İslam qızına bəraət verilmişdir.

 

 

 

Qocayeva Xırda Məşədi Nəcəf qızı

 

1900-cu ildə Əli - Bayramlı rayonunun Xalac kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Qocayev Orucəli Məmmədəli oğlu -1932-ci il, Qocayev Abbasəli Məşədəi oğlu - 1938-ci il, qızı Qocayeva Vilayət Məmmədəli qızı 1935-ci il təvəllüdlü. Həyat yoldaşı Qocayev Məmmədəli Gəray oğlu (1898) 1942-ci ilin mart ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 23 dekabr 1942-ci ildə 416-cı atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 11 sentyabr 1943-cü il qərarına əsasən Qocayeva Xırda Məşədi Nəcəf qızı vətən xai­ninin həyat yoldaşı kimi 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 9 fevral 1990-ci il rəyinə əsasən Qocayeva Xırda Məşədi Nəcəf qızına bəraət verilmişdir.

 

 

 

Qocayeva Sara Rza qızı

 

1902-ci ildə Lənkəran rayonu­nun Girdəni kəndində anadan olmuş, Bakı şəhəri, Poçt küçəsi 81, mənzil 13  ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Qocayeva Beyca -1925-ci il təvəllüdlü. Həyat yoldaşı Qocayev Xəlil Seyid oğlu (1888) Azərbaycan Pedoqoji İnstitutunda müəllim işləmişdir. 4 iyul 1937-ci ildə Azərbaycan XDİK tərəfindən əksiniqilabi təbliğatda şübhəli olduğu üçün həbs edilmişdir. 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Qocayev Xalid Seyid oğlunu Sovet hökuməti əleyhinə təşkilatçılıqda günahkar bilərək Azərbaycan SSR CM-nin 63, 70 və 73 maddələri ilə güllələnməyə məhkum etmişdir. Qocayeva Sara Rza qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 15 oktyabr 1937-ci ildən hesablanmaqla 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsi 26 aprel 1941-ci il qərarına əsasən Qocayeva Sara Rza qızının cəza müddəti məhdudlaşdırılmış və nəzarətdən azad edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 3 fevral 1956-cı il qərarına əsasən Qocayeva Sara Rza qızına bəraət verilmişdir.

 

 

 

Qonaqova Kafiyə İsrafil qızı

 

1897-ci ildə Quba rayonunun Kunçal kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Hökumə - 15 yaş, Hənifə - 6 yaş, Səmayə - 4 yaş, oğlanları İraxan - 13 yaş, Əhmədağa - 10 yaş, Mehdi - 2 yaşında.

Həyat yoldaşı Vəliyullah Həmdulla oğlu 2 aprel 1942-ci ildə 772-ci atıcı alayı komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Qonaqova Kafiyə İsrafil qızı SSRİ XDİK-nin 00247 №-li 28 iyun 1942-ci il 00884 №-li əmrinə əsasən vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63 maddəsi ilə yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Qonaqova Kafiyə İsrafil qızının yaşadığı yerdən çıxmaması haqqında işi dayandırılmışdır.

 

 

 

Qönçə Aslan qızı

 

1886-cı ildə Qasım-İsmayılov rayonunun Xanavənd kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Yunis - 1906-cı il, gəlini Gülşən - 1911-ci il. Həyat yoldaşı Sadıx Həsən oğlu qolçomaq kimi həbs edilmişdir. Qönçə Aslan qızı Gəncə Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 may 1990-cı il rəyinə əsasən Qönçə Aslan qızına bəraət verilmişdir.

 

 

 

Qubadova Sülfinaz Həbib qızı

 

1916-cı Qusar rayonunun Xuray kəndində anadan olmuş, Qusar rayonu, Kuzin kəndində yaşamışdır. Ailə tərkibi: qızları Şahpələngova Sabirə Şıxı qızı - 1935-cı il, Şahpələngova Lizə Şıxı qızı 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Qubadov Şıxı Şahpələng oğlu 10 yanvar 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Qubadova Sülfinaz Həbib qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddənin II hissəsilə repressiyaya məruz qalmışdır.

 

 

 

Qubadova Şahnigar İmamqulu qızı

 

1905-ci ildə Qusar rayonunun Kuzin kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Şahpələngov Əbdülməcid Yardım oğlu 1927-ci il, Şahpələngov Sultanməcid Yardım oğlu - 1931-ci il, Şahpələngov Şıxheybət Yardım oğlu - 1938-ci il, Şahpələngov Nurheybət Yardım oğlu - 1940-cı il, qızı Şahpələngova Gülarə Yardım qızı 1938-ci il təvəllüdlü. Həyat yoldaşı Qubadov Yardım Şahpələng oğlu düşmən tərəfə keçdiyinə görə Hərbi Tribunal tərəfindən məsuliyyətə cəlb edilmişdir. Qubadova Şahnigar İmamqulu qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddənin II hissəsi ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1943-cü il məlumatına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi, onların işi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar Rayon Şöbəsinin 22 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunal tərəfindən hökm daxil olmadığına görə Qubadova Şahnigar İmamqulu qızının işinə xitam verilmişdir.

 

 

 

Qubaydulina Rəbiqə Şakir qızı

 

1893-cü ildə Həştərxan şəhərində anadan olmuş, Bakı şəhəri, Kommunist küçəsi, ev 6, mənzil 2 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Salman - 22 yaş, Mikayıl - 14 yaşında. Həyat yoldaşı Qubaydulin Əziz Saleh oğlu 02.10.1937-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi təxribatçılıq fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Qubaydulina Rəbiqə Şakir qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 28.12.1937-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə təqsirli bilinərək 15.10.1937-ci il tarixdə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Qubaydulina Rəbiqə Şakir qızına bəraət verilmişdir.

 

 

 

Quliyeva Anaxanım Nəriman qızı

 

1895-ci il Maştağa rayonunun Maştağa kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Hacıyev Nəsir Hacıbaba oğlu (1912) 26 aprel 1943-cü ildə Maxaçqala Qarnizonu Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Quliyeva Anaxanım Nəriman qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə vətən xaininin anası kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 17 may 1944-cü il qərarına əsasən Quliyev Anaxanım Nəriman qızına qarşı repressiya dayandırılmışdır.

 

 

 

Qubadova Zərbacı Əmirsultan qızı

 

1915-ci ildə Qusar rayonunun Kuzin kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Şahpələngova Nicabət Şəfəqət qızı -1933-cü il, Şahpələngova Simnarə Şəfəqət qızı - 1938-ci il, Şahpələngova Familiya Şəfəqət qızı 1937-ci il təvəllüdlü. Həyat yoldaşı Qubadov Şəfəqət Şahpələng oğlu (1911) 10 yanvar 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə 772-ci atıcı alay komandanlığının məlumatına əsasən məsuliyyətə cəlb edilmişdir. Oubadova Zərbacı Əmirsultan qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1943-cü il məlumatına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi iş dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar Rayon Şöbəsinin 22 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan vətən xaini barəsində hökm daxil olmadığına görə Qubadova Zərbacı Əmirsultan qızının işinə xitam verilmişdir.

 

 

 

Quliyeva Arus Hüseyn qızı

 

1913-cü ildə Astraxan-Bazar rayonunun Germi - Qurudərə kəndində anadan olmuşdur. «Kalinin» adına kolxozda işləmişdir. Ailə tərkibi: qızları Gülsüm - 1931-ci il, Xanımgül - 1938-ci il, oğlu Qüdrət 1936-cı il təvəllüdlü. Atası Hüseyn Qulu oğlu 1932-ci ildə Azərbaycan Baş Siyasi İdarəsi tərəfindən həbs edilmişdir. Həyat yoldaşı Əliyev Yadulla Zəkulla oğlu (1908) 1942-ci ilin martında vətən xaini kimi məsuliyyətə cəlb olunmuşdur. Quliyeva Arus Hüseyn qızı vətən xaininin həyat yoldaşı ki­mi 10 sentyabr 1942-ci ildə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK tərəfindən Quliyeva Arus Hüseyn qızı haqqında ittiham 24 iyul 1945-ci ildə ləğv edilmişdir.

 

 

 

Quliyeva Həvvaxanım Mehdi qızı

 

1892-ci ildə Qubadlı rayonunun Taravru kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Xudiyeva Sona Səfər qızı - 1928-ci il, nəvəsi Səfərova Nizam Ağa Məmməd oğlu 1939-cu il təvəllüdlü. Oğlu Ağa Məmməd Səfər oğlu Qızıl Ordu sıralarına səfərbər edilmiş, 3 iyun 1942-ci ildə Primorsk Ordusunun 345-ci atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə və əksinqilabi təbliğat apardığına görə güllələnməyə məhkum edilmişdir. Quliyeva Həvvaxanım Mehdi qızı Azərbaycan SSR 63-3 maddələri ilə vətən xaininin anası kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsi 5 dekabr 1942-ci il qərarına əsasən vətən xaininin anası kimi 9 dekabr 1942-ci ildən hesablanmaqla 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19 fevral 1990-cı il rəyinə əsasən Quliyeva Həvvaxanım Mehdi qızına bəraət verilmişdir.

 

 

 

Quliyeva Cuna Məmməd qızı

 

1922-ci ildə Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Zümrüd - 1940-cı il, baldızı Sarıbel -1932-ci il, qaynı Əli - 1922-ci il, Salman - 1924-cü il təvəllüdlü. Həyat yoldaşı Quliyev Yunis Şirin oğlu (1910) 21.08.1944-cü il tarixdə Kirovabad şəhər qarnizonu Hərbi Tribunalının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Quliyeva Cuna Məmməd qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsilə repressiyaya məruz qalmış SSRİ XDİK Xüsusi Müşavirəsinin 20.10.1945-ci il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Quliyeva Cuna Məmməd qızına bəraət verilmişdir.

 

 

 

Quliyeva Güllü Ələkbər qızı

 

1930-cu ildə Siyəzən rayonunun Eynibulaq kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Rahib - 6 aylıq. Həyat yoldaşı Məmmədov Məmməd Abuzər oğlu 775-ci atıcı alayı komandirinin Q2.04.1942-ci il tarixli göstərişinə əsasən 04.03.1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Quliyeva Güllü Ələkbər qızı vətən xaininin həyat yoldaşı ki­mi Azərbaycan SSR 25.04.1942-ci il tarixli qərarına əsasən rep­ressiyaya məruz qalmışdır. 04.07.1943-cü il tarixdə XDİK-in qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi işə xitam verilmışdır.

 

 

 

Quliyeva Fatma Adış qızı

 

1922-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. «Telman» adına kolxozda işləmişdir. Ailə tərkibi: qaynanası Quliyeva Əzizə Mirzə qızı 67 yaş, qızı Sahilə Böyükkişi qızı 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Böyükkişi Əsəd oğlu (1913) 1941-ci ilin iyulunda ordu sıralarına səfərbər edilmiş, 16 iyul 1942-ci ildə 15-ci Kavaler korpusu Hərbi Tribunalı tərəfindən vətənə xəyanət etdiyinə görə 151-ci atıcı diviziyasının, 626-cı atıcı alayının keçmiş əsgəri kimi güllələnməyə məhkum edilmişdir. Zaqafqaziya cəbhəsi Hərbi Tribunalının 13 avqust 1942-ci il qərarına əsasən güllələnmə 10 il işlə əvəz edilmişdir. Quliyeva Fatma Adış qızı vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSRİ XDİK-nin 4 oktyabr 1942-ci il qərarına əsasən Quliyeva Fatma Adış qızının yaşadığı yerdən çıxmamaq haqqında işi dayandırılmışdır.

 

 

 

Quliyeva Əminə Əli Əsgər qızı

 

1917-ci ildə Xızı rayonunun, Emmizlar kəndində anadan olmuş, Siyəzən rayonu, Giləzi kəndində yaşamışdır. Ailə tərkibi: oğlu Məmməd - 1 yaş, qızları Gülcamal - 5 yaş, Zərifə - 4 yaşında. Həyat yoldaşı Ağayev Ağa Rza Seyid Məmməd oğlu 775-ci atıcı alay komandanlığı tərəfindən 02.04.1942-ci il tarixdə məsuliyyətə cəlb edilmişdır. Quliyeva Əminə Əli Əsgər qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddənin II hissəsilə təqsirli bilinərək Azərbaycan SSR XDİK Xüsusi Müşavirəsinin 28.06.1941-ci il tarixli 00247/00884 №-li əmrinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSRİ XDİK-nin 07.07.1943-cü il tarixli qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi SSRİ XDİK Xızı Rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə Quliyeva Əminə Əli Əsgər qızının işinə xitam verilmişdir.

 

 

 

Quliyeva-Hacıyeva Mina Həsən qızı

 

1923-cü ildə Şuşa şəhərində anadan olmuş, Bərdə şəhərində yaşamışdır. Rayon maliyyə şöbəsində mühasib işləmişdir. Ailə tərkibi: həyat yoldaşı Hacıyev Saleh İsfəndiyar oğlu (1914) 1941-ci ilin oktyabr ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 22 may 1943-cü il tarixdə 803-cü atıcı alayının komandanlığı tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Quliyeva-Hacıyeva Mina Həsən qızı Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsi 18 mart 1944-cü il qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstan vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19 fevral 1990-cı il tarix­li rəyinə əsasən Quliyeva-Hacyeva Mina Həsən qızına bəraət verilmişdir.

 

 

 

Quliyeva Xanım Abbas qızı

 

1922-ci ildə Şamxor rayonunun Abbaslı kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Həqiqət Hüseyn qızı 1938-ci il təvəllüdlü. Həyat yoldaşı Quliyev Hüseyn Babakişi oğlu (1904) 1941-cı ilin iyulunda Qızıl Ordu sıralarına səfərbər edilmiş, 12 may 1942-ci ildə 386-cı atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə vətən xaini­nin həyat yoldaşı kimi repressiyaya məruz qalan Quliyeva Xanım Abbas qızının 5 il müddətinə sürgün edilməsi haqqında təklif baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmiş və SSRİ XDİK Xüsusi Müşavirəsinin 14 oktyabr 1944-cü il qərarına əsasən 5 il müddətinə Cənubi - Qazaxstan vilayətinə sürgün edilmişdir.

Azərbaycan SSRİ Prokurorluğunun 7 yanvar 1998-ci il tarix­li rəyinə əsasən materiallardan göründüyü kimi Quliyeva Xanım Abbas qızı heç bir təqsiri olmadan əsassız sürgün edilmişdir və ona «Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında» Azərbaycan Respublikasının 15 mart 1996-cı il tarix­li qanununun 1, 2, 5 maddələrinə əsasən bəraət verilməklə təmizə çıxarılmışdır.

 

 

 

Quliyeva Xatın Abbas qızı

 

1895-ci ildə Şamxor rayonunun Morul kəndində anadan olmuşdur. «Dzerjinski» adına kolxozda işləmişdir. Ailə tərkibi: həyat yoldaşı Quliyev Qulu İsmayıl oğlu -1890-cı il, oğlu İsmayılov Mikayıl Qulu oğlu - 1937-ci il, qızları İsmayılova Səriyyə Qulu qızı - 1927-ci il, Firuzə -1931-ci il, Tamam - 1935-ci il, Sənubər - 1933-cü il, Fatma -1943-cü il təvəllüdlü. Oğlu İsmayılov İsmayıl Qulu oğlu (1923) 29 may 1942-ci ildə XDİK Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Quliyeva Xatın Abbas qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə vətən xaininin anası kimi yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır.

SSRİ XDİK-nin 22 sentyabr 1943-cü il qərarına əsasən işə xitam verilmişdir.

 

 

 

Quliyeva Mədət Əli Mərdan qızı

 

1905-ci ildə Bakı şəhərinin Ramana kəndində anadan olmuşdur. Evdar qadın idi. Ailə tərkibi: oğlanları Fərrux - 1925-ci il, Əli - 1927-ci il, qızı İsmət - 1929-cu il. Həyat yoldaşı Quliyev Məmmədəli Əsmət oğlu (1900) 3 iyul 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə əksinqilabi-trotski terrorçuluq mərkəzin üzvü kimi güllələnməyə məhkum edilmişdir. Quliyeva Mədət Əli Mərdan qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq Azərbaycan SSRİ XDİK Xüsusi Müşavirəsinin 23 avqust 1938-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 fevral 1990-cı il rəyinə əsasən Quliyeva Mədət Əli Mərdan qızına bəraət verilmişdir.

 

 

 

Quliyeva RuqiySaleh qızı

 

1905-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qızıl Ordu küçəsi, ev 54, mənzil 4 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Oktyabr -11 yaş, qızı Sübhiyyə - 9 yaşında. Həyat yoldaşı Quliyev Cəfər Mirzə oğlu SSRİ ALİ Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 12.10.1937-ci il tarixdə əksinqilabi trotski terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Quliyeva Ruqiyyə Saleh qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK-nin 9 dekabr 1937-ci il qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 13.02.1956-cı il rəyinə əsasən Quliyeva Ruqiyyə Saleh qızına bəraət verilmişdir.

 

 

 

Quliyeva Sofiya Vahid qızı

 

1912-ci ildə Laçın rayonunun Oyaq kəndində anadan olmuşdur. Ailə  tərkibi: qızları Quliyeva Mehriban Aslan qızı 10 yaş, Züleyxa - 8 yaş, Zöhra - 5 yaş, Zibeydə 4 yaş, Səyyarə 2 yaş, Zərxana 1 yaşında. Həyat yoldaşı Quliyev Aslan Məhərrəm oğlu (1900) 6 noyabr 1942-ci ildə XDİK Xüsusi Müşavirəsi tərəfindən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Quliyeva Sofiya Vahid qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. 17 mart 1943-cü il qərarına əsasən Quliyeva Sofiya Vahid qızına qarşı repressiya dayandırılmışdır.

 

 

 

Quliyeva Səkinə Abbas qızı

 

1916-cı ildə Tbilisi şəhərində anadan olmuş. Bakı Hərbi Şəhərcik, korpus 3, mənzil 12 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Talya - 5 yaş, oğlu Tahir - 2 yaşında. Həyat yoldaşı Quliyev Çərkəz Firudin oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə 11.10.1937-ci il tarixli qərarına əsasən I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Quliyeva Səkinə Abbas qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK-nin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. XDİK Xüsusi Müşavirəsinin 04.12.1939-cu il tarixli rəyinə əsasən Quliyeva Səkinə Abbas qızına bəraət verilmişdir.

 

 

 

Quliyeva Sürəyya Ağası qızı

 

1909-cu ildə Bakı şəhrində anadan olmuş, Voroşilov küçəsi 14 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Sara 2 yaşında. Həyat yoldaşı Quliyev Əhməd Xəlil oğlu 3 avqust 1937-ci ildə əksinqilabi- millətçilik təşkilatının üzvü kimi həbs edilmiş 4 iyul 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Quliyeva Sürəyya Ağası qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsaslanaraq vətən xaininin həyat yoldaşı kimi Bakı şəhəri 2 №-li həbsxanada saxlanılmaqla 639 №-li orderə əsasən Azərbaycan XDİK Dövlət Siyasi İdarəsi 4 iyul 1938-ci il qərarına əsasən həbs edilmişdir.   Azərbaycan XDİK Dövlət Siyasi İdarəsinin 26 iyul 1938-ci il qərarına əsasən Quliyeva Sürəyya Ağası qızı azad edilmişdir.

 

 

 

Quliyeva Validə Hilal qızı

 

1914-cü ildə Şuşa şəhərində anadan olmuş, Bakı şəhəri, Azadlıq küçəsi, ev 19, rastvor 6 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Rauf - 2 yaş 7 aylıq, qızı Zemfira -11 aylıq, anası Hüseynova Səriyyə - 42 yaş, qardaşları Nadir - 17 yaş, Çingiz - 13 yaşında. Həyat yoldaşı Quliyev Əşrəf Qulu oğlu (1908) 13 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyasının qərarı ilə əksinqilabi-trotski terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Quliyeva Validə Hilal qızı SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 yanvar 1938-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir (4308 №-li orderlə). Azərbaycan SSR Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 12 yanvar 1956-cı il qərarına əsasən Quliyeva Validə Hilal qızına bəraət verilmişdir.

 

 

 

Quliyeva Ziba Mehdi qızı

 

1898-ci ildə Ağdam şəhərində anadan olmuş, Füzuli küçəsi eV 72 ünvanında yaşamışdır. Ağdam şəhər xəstəxanasında xadimə işləyib. Ailə tərkibi: həyat yoldaşı Məmmədov Qurban Rəcəb oğlu, övladları Nurəddin Əliş oğlu - 1920-ci il, Şəmsəddin Əliş oğlu, qızları - Firuzə, Roza. 1 iyul 1942-ci ildə 15-ci kavaler korpusunun Hərbi Tribunalının qərarı ilə 1-ci Kavaler diviziyasının 6-cı alayının əsgəri Nurəddin Əliş oğlu vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Quliyeva Ziba Mehdi qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə vətən xaininin anası kimi yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 23 oktyabr 1943-cü qərarına əsasən Quliyeva Ziba Mehdi qızının işinə xitam verilmişdir.

 

 

 

Quliyeva-Məmmədova Caqar Salar qızı

 

1923-cü ildə Bakı şəhərinin Keşlə qəsəbəsində anadan olmuşdur. Ailə tərkibi: qızı Məmmədova Raisə - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Məmmədov Rza Cavad oğlu (1917) 10 fevral 1943-cü ildə 68-ci Ordunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Quliyeva - Məmmədova Caqar Salar qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin ai­lə üzvü kimi repressiyaya məruz qalmışdır. Quliyeva-Məmmədova Caqar Salar qızı 4 noyabr 1943-cü ildə Keşlə rayon Xalq Məhkəməsi tərəfindən 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin 31 yanvar 1945-ci il qərarı ilə Quliyeva - Məmmədova Caqar Salar qızı vaxtından əvvəl azad edilmişdir.

 

 

 

Qurbanova Bağdagül Əsmət qızı

 

1902-ci ildə Yardımlı rayonunun Ostair kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Qulam- 1933-cü il, qızı Səbrigul - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Qurbanov Hacı Ağa Mirzə oğlu 02.03.1942-ci il tarixdə Hərbi Tribunal tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Qurbanova Bağdagül Əsmət qızı vətən xaininin ailə üzvü ki­mi Azərbaycan SSR CM-nin 63-3 maddəsilə repressiyaya məruz qalmış SSRİ XDİK Xüsusi Müşavirəsinin 15.04.1944-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 09.02.1990-cı il tarixli rəyinə əsasən Qurbanova Bağdagül Əsmət qızına bəraət verilmişdir.

 

 

 

Qurbanova Bəyim Qasım qızı

 

1881-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Şamxor rayonunun Koltaxnallı kəndində yaşamışdır. Pambıqçı olmuşdur. Ailə tərkibi: qızı Susanna - 10 yaş, oğlanları Əli - 15 yaş, Vəli -20 yaşında. Həyat yoldaşı Qurbanov Məmməd Namaz oğlu (1909) 5 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyanın Səyyar Sesiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Qurbanova Bəyim Qasım qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 4 yanvar 1938-ci ildə cazasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbacan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 22 fevral 1956-cı il qərarına əsasən Qur­banova Bəyim Qasım qızına bəraət verilmişdir.

 

 

 

Qurbanova Səriyyə Rza qızı

 

1902-ci ildə Səfərəliyev rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Zahid - 1933-cü il, Musa - 1935-ci il, Əfrail - 1942-ci il təvəllüdlü. Oğlu Məmmədov Qədir Usub oğlu (1918) 1941-ci ilin oktyabr ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 12.03.1942-ci il tarixdə 386-cı atıcı diviziyanın Hərbi Tribunal tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Qurbanova Səriyyə Rza qızı vətən xaininin anası kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 23.09.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Qurbanova Səriyyə Rza qızına bəraət verilmişdir.

 

 

 

Qurbanova Ruqiyyə Hənifə qızı

 

1913-cü ildə Lənkəran rayo­nunun, Qızıl Ağac kəndində ana­dan olmuş, Bakı şəhəri, Kommunist küçəsi, ev 6 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Ramiz -7 yaş, Rafiq - 4 yaşında. Həyat yoldaşı Qurbanov Seyfulla Məmməd oğlu 13.11.1937-ci il tarixdə əksinqilabi-terrorçuluq   fəaliyyətinə görə 30.12.1937-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə həbs edilmişdir. Qurbanova Ruqiyyə Hənifə qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsaslanaraq 31.01.1938-ci il tarixdə tutulmuş SSRİ XDİK-nin 09.04.1938-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 08.02.1990-cı il tarixli qərarına əsasən Qur­banova Ruqiyyə Hənifə qızına bəraət verilmişdir.

 

 

 

Qurbanova Telli Fətulla qızı

 

1925-ci ildə Şəmkir rayonunun Seyfəlli kəndində anadan olmuşdur. «8 mart» adına kolxozda işləmişdir. Ailə tərkibi: oğlu Nəriman Qəmbər oğlu - 1933-cü il, anası Şaravanı Oruc qızı 1892-ci il təvəllüdlü. Həyat yoldaşı Qurbanov Qəmbər Rüstəm oğlu 25 yanvar 1943-cü ildə fərari kimi güllələnməyə məhkum edilmişdir. Qurbanova Telli Fətulla qızı Azərbaycan SSR CM-nin 63 -II maddələri ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSRİ XDİK-nin 28 avqust 1943-cü il qərarına əsasən Qurbanova Telli Fətulla qızının yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.

 

 

 

Qurbanova Zülfü Mustafa qızı

 

1909-cu ildə Qusar rayonunun Avaron kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Qurban- 1940-cı il, qızı Gülxanım - 1942-ci il təvəllüdlü. Həyat yoldaşı Qurbanov Qurban Osman oğlu (1912) 8 iyul 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 772-ci atıci alay komandirinin məlumatına əsasən 25 fevral 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Qurbanova Zülfü Mustafa qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63 maddənin III hissəsi ilə təqsirli bilinərək SSRİ XDİK-nin 28 may 1941-ci il əmrinə əsasən yaşadığı yerdən çıxmamaq şərtı ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Qurbanova Zülfü Mustafa qızının yaşadığı yerdən çıxmamaq haqqında iltizamı Hərbi Tribunaldan cavab gələnə kımi dayandırışmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 25 iyul 1943-cü il məlumatına əsasən həyat yoldaşının vətən xaini olması barədə Hərbi Tribunaldan sorğu daxil olmadığı üçün Qurbanova Zülfü Mustafa qızının işinə xitam verilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb