Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


M


 

Mahmudbəyova Əntiqə Əli qızı

 

1919-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Ailə tərkibi: qızları Rəfiqə Şahbaz qızı - 1937-ci il, Zemfira - 1938-ci il, Dilarə - 1942-ci il təvəllüdlü. Həyat yoldaşı Bəhbudov Şahlar İbadulla oğlu 3 noyabr 1942-ci ildə mövqeyini dəyişdiyinə görə komandanlıq tərəfindən güllələnməyə məhkum edilmişdir. Mahmudbəyova Əntiqə Əli qızı  Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 10 mart 1943-cü il qərarına əsasən Mahmudbəyova Əntiqə Əli qızı 5 il müddətinə Novosibirisk vilayətinin Tomsk şəhərinə sürgün edilmişdir. Azərbaycan SSR Ali Məhkəmənin cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 8 mart 1956-cı il qərarına əsasən Mahmudbəyova Əntiqə Əli qızının işinə xitam verilmişdir.

 

 

 

Mahmudova Bəsdi Bəbir qızı

 

1912-ci ildə Yardımlı rayonunun Macair kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Balaşirin- 1938-ci il, Balabəy - 1939- cu il təvəllüdlü. Həyat yoldaşı Mahmudov Adışirin Əbdülhəsən oğlu (1907) 31 mart 1943-cü ildə Bakı Hava Hücumundan Müdafiə ordususunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə Mahmudova Bəsdi Bəbir qızı vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. Bununla əlaqədar olaraq Mahmudova Bəsdi Bəbir qızının 5 il müddətinə sürgün edilməsi haqqında təklif baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmiş və SSRİ XDİK Xüsusi Müşavirəsinin 7 mart 1944-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. SSRİ Ali Məhkəmə Hərbi Kollegiyası Mahmudova Adışirin Əbdül Həsən oğlunun güllələnmə haqda işinə yenidən baxmış və 30 dekabr 1944-cü ildə 10 il işlə əvəz edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 07 yanvar 1998-ci il rəyinə əsasən Azərbaycan Respublikası «Siyasi repressiya qurbanlarının bəraət verilməsi haqqında» 16 mart 1996-cı il tarixli qanununun I və V maddələrini rəhbər tutaraq Mahmudova Bəsdi Bəbir qızına bəraət verilmişdir.

 

 

 

Mahmudova Fazilə İslam qızı

 

1918-ci ildə Qusar rayonunun Hilcil kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Mədinə - 1930-cu il, Əminə - 1934-cü il təvəllüdlü. Həyat yoldaşı Mahmudov Şəmsəddin Rəhim oğlu (1906) 25-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən 31.05.1942-ci il tarixdə vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Mahmudova Fazilə İslam qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsilə repressiyaya məruz qalmış SSRİ XDİK Xüsusi Müşavirəsinin 05.06.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 09.02.1990-cı il tarixli rəyinə əsasən Mahmudova Fazilə İslam qızına bəraət verilmişdir.

 

 

 

Mehdiyeva Zəhra Mustafa qızı

 

1878-ci ildə Cəbrayıl rayonunun Sirik kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Mehdiyev Cabbar vətən xaini kimi Hərbi Tribunal tərəfindən həbs edilmişdir. Mehdiyeva Zəhra Mustafa qızı vətən xaininin anası kimi 21.08.1944-cü ildə Azərbaycan SSR XDİK-nin qərarı ilə Azərbaycan SSR CM-nin 18/63-2 maddə ilə 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR XDİK-nin 15.09.1944-cü il tarixli rəyinə əsasən Mehdiyeva Zəhra Mustafa qızına bəraət verilmişdir.

 

 

 

Makfiyeva Münəvvər

 

1877-cı ildə Qasım-İsmayılov rayonunun Eyaldılı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Hüseyn - 1915-ci il, Bağır - 1913-cü il, Ələkbər - 1930-cu il,Həsən- 1930-cu il, Məzlum- 1906-cı il, Bəkir - 1908-ci il, qızları Səltənət - 1916-cı il, Səkiyyə - 1927-ci il, gəlini Növrəstə - 1911-ci il, nəvəsi Əlövsət - 1930- cu il təvəllüdlü. Həyat yoldaşı Makfiyev Seyid İbrahim oğlu (1871) qolçomaq kimi güllələnmişdir. Makfiyeva Münəvvər Gəncə Dairəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən 3 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 may 1990-cı il rəyinə əsasən Makfiyeva Münəvvərə bəraət verilmişdir.

 

 

 

Manafova Xanım Soltan Ağasəfər qızı

 

1909-cu ildə Siyəzən rayonunun, Dara - Zarat kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Aycamal - 7 yaş, Firuzə - 4 yaş, Xanım - 2 yaşında. Həyat yoldaşı Manafov Əmir Qərib oğlu (1909) 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 388-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən 27.05.1942-ci il tarixli qərarına əsasən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Manafova Xanım Soltan Ağasəfər qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddələrilə repressiyaya məruz qalmış Azərbaycan SSR XDİK-nin 27.06.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR XDİK-nin 10.08.1944-cü il tarixli qərarına əsasən Manafova Xanım Soltan Ağasəfər qızının günahı sübuta yetmədiyinə görə yaşadığı yerdən çıxmamaq şərtilə işə xitam verilmişdir.

 

 

 

Maral Ramazan qızı

 

1986-cı ildə Zaqatala rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Nazı - 9 yaş, oğlu Nəzmiyyət - 1 yaşında. Həyat yoldaşı Mehdiyev Qasım aprel üsyanının iştirakçısı güllələnməyə məhkum edilmişdir.

Maral Ramazan qızı vətən xaininin həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19.03.1931-ci il tarixli qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29.06.1990-cı il tarixli əsasən Maral Ramazan qızına bəraət verilmişdir.

 

 

 

Mardiyeva Zeynəb Şirəli qızı

 

1912-ci ildə İsmayıllı rayonunun Sulut kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Mətləb - 1936-cı il, qızı Əflakə - 1933-cü il təvəllüdlü. Həyat yoldaşı Mardiyev Xanı Nəcəf oğlu (1908) SSR CM 58 - II, 58 - Ib bəndi ilə əksinqilabi-millətçi təşkilatının üzvü kimi 19 sentyabr 1942-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edimişdir. Mardiyeva Zeynəb Şirəli qızı vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmış, Azərbaycan SSR XDİK-nin 15 iyun 1943-cü il qərarına əsasən Mardiyeva Zeynəb Şirəli qızı repressiyaya düşmədiyinə görə işə xitam verilmişdir.

 

 

 

Mehdiyeva Dilşad Tərcüman qızı

 

1918-ci il Füzuli rayonunun Seyidəhmədli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Mehdiyev Rafiq, qayınları Şahlar, Hüseynqulu, qızı Mehdiyeva Səltənət - 1942-ci il təvəllüdlü. Həyat yoldaşı Mehdiyev Şahpələng Qızıl Ordu sıralarına səfərbər edilmiş, 3 may 1942-ci ildə 388-ci atıcı diviziyasının Hərbi tribunalı tərəfindən düşmən tərəfinə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Mehdiyeva Dilşad Tərcüman qızı Azərbaycan SSR XDİK-in 14 avqust 1942-ci il qərarına əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz  qalmışdır. Azərbaycan SSR XDİK-nin 6 oktyabr 1942-ci il qərarına əsasən Mehdiyeva Dilşad Tərcüman qızının işinə xitam verilmişdir.

 

 

 

Mehdiyeva Dursun qızı

 

1907-ci ildə Gəncə şəhərində anadan olmuş, Bakı şəhəri, Salyan Kazarması, ev 17 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Sahib - 8 yaş, qızı Xalidə-3 yaşında. Həyat yoldaşı Mehdiyev Eyyub Nağı oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 13.10.1937-ci il tarixli qərarına əsasən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Mehdiyeva Dursun Həmzə qızı vətən xaininin həyat yoldaşı kimi SSR MİK 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.12.1937-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 23.01.1957-ci il tarixli rəyinə əsasən Kərimova Dursun Həmzə qızına bəraət verilmişdir.

 

 

 

Mehdiyeva Səkinə Ələkbər qızı

 

1906-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Bül-Bülə kəndi, Əzizbəyov küçəsi ev l döngə 3 ünvanında yaşamışdır. Ailə tərkibi: övladları - 2 yaş və 6 aylıq. Həyat yoldaşı Hüseynov Ramazan. Mehdiyeva Səkinə Ələkbər qızı əksinqilabi təbliğatda təqsirli bilinərək 15 iyul 1941-ci il tarixdə Azərbaycan SSR CM-nin 72 maddəsinin II hissələri ilə 6 aylıq uşağı olduğunu nəzərə alaraq nəzarətdə saxlanılmaqla cəzalandırılmışdir. Orconikidze Rayon Prokurorluğu tərəfindən həbs edilərək 1 №-li həbsxanada saxlanılmışdır. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 3 sentyabr 1941-ci il hökmü ilə Mehdiyeva Səkinə Ələkbər qızının işinə xitam verilmişdir.

 

 

 

Mehdiyeva   Sitarə   Hüseyn qızı

 

1907-ci ildə Qaryagin şəhərində anadan olmuş, Bakı şəhəri, Vaqzalnaya ev 10, mənzil 29 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Fikrət - 9 yaş, qızı Rima - 3 yaşında. Həyat yoldaşı Mehdiyev Mehdi Adıgözəl oğlu SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 13.10.1937-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Mehdiyeva Sitarə Hüseyn qızı vətən xainin həyat yoldaşı ki­mi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.12.1937-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 17.02.1956-cı il tarixli rəyinə əsasən Mehdiyeva Sitarə Hüseyn qızına bəraət verilmişdir.

 

 

 

Mehdiyeva Sərmayə Allahverən qızı

 

1908-ci ildə Cəbrayıl rayonunun Sirik kəndində anadan ol-muşdur. Ailə tərkibi: həyat yoldaşı Mehdiyev Cabbar vətən xaini kimi Hərbi Tribunal tərəfindən həbs edilmişdir. Mehdiyeva Sərmayə Allahverən qızı vətən xaininin həyat yoldaşı kimi 20.03.1943-cü ildə Azərbaycan SSR XDİK-nin qərarı ilə Azərbaycan SSR CM-nin 18/79 maddələri ilə həbs edilmişdir. Azərbaycan SSR XDİK Cəbrayıl Rayon Şöbəsinin 27 aprel 1943-cü il tarixli qərarına əsasən Mehdiyeva Sərmayə Allahverən qızının işinə xitam verilmişdir.

 

 

 

Mehdiyeva Ziba Əbdül Əzim qızı

 

1910-cu ildə Şuşa rayonunda anadan olmuş, Bakı şəhəri, Tols­toy küçəsi, ev 62 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Səadət - 9 yaş, oğlanları Nazim - 7 yaş, Rasim - 6 yaşında. Həyat yoldaşı Qoşqarov Ağa Mirzə İbrahim oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 03.01.1938-ci il tarixdə millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Mehdiyeva Ziba Əbdül Əzim qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarı əsas tutalaraq SSRİ XDİK-nin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 22.08.1956-cı il tarixli rəyinə əsasən Mehdiyeva Ziba Əbdül Əzim qızına bəraət verilmişdir.

 

 

 

Mesed Ramazan qızı

 

1886-cı ildə Zaqatala Dairəsi Balakən rayonunun Kovaxceli kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Molla Ramazan Qurban oğlu, oğlanları Abdul - 15 yaş, Bəşir - 12 yaşında. Qızı Mesed Ramazan qızı sovet hökuməti əleyhinə təbliğatda günahı olduğuna görə həbs edilmiş Molla Ramazan Qurban oğlunun həyat yoldaşı kimi 1 mart 1931-ci ildə nəzarətə götürülmüşdür. Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Mesed Ramazan qızı nəzarətdən azad edilmişdir.

 

 

 

Melnikova-Cəfərova Zəhra Hüseyn qızı

 

1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailə tərkibi: qızları Emiliya -3 yaş, Luiza - 8 yaşında.

Həyat yoldaşı Cəfərov Əliyusif Abutalıb oğlu (1901) SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 03.01.1938-ci il tarixli qərarına əsasən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Melnikova-Cəfərova Zəhra Hüseyn qızı vətən xaininin həyat yoldaşı kimi SSR MİK 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 29.10.1956-cı il tarixli rəyinə əsasən Melnikova-Cəfərova Zəhra Hüseyn qızına bəraət verilmişdir.

 

 

 

Mehdiyeva-Orucova Gülayət Kərim qızı

 

1921-ci ildə Ucar rayonunun Güləbənd kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Mehdiyev Mehdi Bəşir oğlu 1920-cı il təvəllüdlü 15 iyun 1942-ci ildə Bakı Qarnizonu Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Mehdiyeva - Orucova Gülayət Kərim qızı Azərbaycan SSR CM-nin 63-2 maddəsi ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK-nin 9 sentyabr 1942-ci il qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 28 fevral 1990-cı il rəyinə əsasən Mehdiyeva-Orucova Gülayət Kərim qızına bəraət verilmişdir.

 

 

 

Mədətova Hafizə Yarəli qızı

 

1904-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Mus­tafa Sübhi küçəsi, dalan 9, ev 6 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Sara - 14 yaşında, Nəsibə - 12 yaşında. Həyat yoldaşı Mədətov Hənifə İbrahim oğlu (1888) 31 iyul 1937-ci ildə SSRİ Ali Məhkəməsi  Hərbi  Kollegiyanın  Səyyar Sessiyasının qərarı ilə əksinqilabi trostki - terrorçuluq fəaliyyətnə görə təqsirli bilinərək güllələnməyə məhkum olunmuşdur. Mədətova Hafizə Yarəli qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsaslanaraq vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 dekabr 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 sentyabr 1937-ci ildən hesablanmaqla 867 №-li orderə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 may 1956-cı il qərarına əsasən Mədətova Hafizə Yarəli qızına bəraət verilmişdir. 1946-cı ildə cəza müddəti başa çatmış Mədətova Hafizə Yarəli qızı azad edilib yaşadığı Şamaxı şəhərinə göndərilmişdir. 1946-cı ildən 1951-ci ilə kimi Böyük Vətən Müharibəsi əlillərinin internatında tərbiyəçi işləmiş 1951-ci ildən « 2 №-li Şamaxı şəhəri orta rus məktəbində xadimə işləmişdir.

 

 

 

Məcidova Hüsnücamal Əsgər qızı

 

1912-ci ildə Quba rayonunun Nevdun kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Məcidova Tamara Məhəmməd qızı 5 yaşında. Həyat yoldaşı Məcidov Məmməd Kor oğlu (1906) 2 aprel 1942-ci il tarixdə 772-ci atıcı alay komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə təqsirli bilinmişdir. Məcidova Hüsnücamal Əsgər qızı vətən xainin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 00247/00884 №-li 28 iyun 1941-ci il qərarına əsasən CM 63-3 maddə ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyun 1943-cü il qərarına əsasən Məcidova Hüsnücamal Əsgər qızının işi Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Quba rayon şöbəsinin 22 iyul 1943-cü il məlumatma əsasən həyat yoldaşının vətən xaini olması barədə Hərbi Tribunaldan məlumat daxil olmadığına görə Məcidova Hüsnücamal Əsgər qızının işinə xitam verilmişdir.

 

 

 

Məhərrəmova (Abbasova) Tamara Stepanovna

 

1913-cü ildə Tiflis şəhərində anadan olmuş, Bakı şəhəri 1-ci Sverdlovski dalan 6 ev 3 ünvanında yaşamışdır. Ailə tərkibi: 4 nəfərdən ibarət azyaşlı uşağı olmuşdur. Məhərrəmova (Abbasova) Tamara Stepanovna Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə Kollegiyası tərəfindən Azərbaycan SSR CM-nin 72 maddənin II hissəsi ilə müqəssir bilinmişdir. Guya o, sovet hökuməti əleyhinə təbliğat aparmışdır. Lakin məhkəmə istintaqından məlum oldu ki, Məhərrəmova tərəfindən heç bir əksinqilabi təbliğat aparılmamışdır və şahidlərin ifadəsi yalan olmuşdur. Ona görə də Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 30 dekabr 1941-ci il qərarına əsasən 316 - 317 və 323 maddələrini rəhbər tutaraq hökrn edilmişdir. Məhərrəmova Tamara Stepanovna CM 72 maddəsinin II hissəsi ilə müqəssir bilinməyib ona bəraət verilmişdir.

 

 

 

Məhərrəmova Əminə Mehralı qızı

 

1925-ci ildə Yevlax rayonunun Aşağı Karxun kəndində anadan olmuşdur. Ailə tərkibi: anası Cəfərova Xədicə Nəsir qızı - 1896-ci il, qardaşı Mehralı - 15 yaşında, bacısı Hurü - 1952-ci il, Urizə -1932-ci il təvəllüdlü. Atalığı Cəfərov Məmmədəli İman oğlu (1905) 2 mart 1942-ci ildə Qızıl Orduya çağırılmış, 1 aprel 1943-cü ildə 18-ci diviziyanın Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum olunmuşdur. Məhərrəmova Əminə Mehralı qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə vətən xaininin ailə üzvü kimi repressiyaya məruz qalmış 5 il müddətinə sürgün edilməsi haqqında təklif baxılmaq üçün 29 oktyabr 1943-cü ildə SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmişdir. SSRİ XDİK-nin 15 yanvar 1944-cü il qərarına əsasən Məhərrəmova Əminə Mehralı qızının sürgün edilməsi ləğv olunmuşdur.

 

 

 

Məhərrəmova Fatma Əlinağı qızı

 

1982-ci ildə Tovuz rayonunun Qaraxanlı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Abdullayev İlyas Qəmbər oğlu (1904) 12 aprel 1943-cü ildə ordudan qaçdığına görə Kirovabad qarnizonun Hərbi Tribunalı tərəfindən güllələnməyə məhkum edilmişdir. Məhərrəmova Fatma Əlinağı qızı XDİK Xüsusi Müşavirəsinin qərarına əsasən Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə vətən xaininin anası kimi təqsirli bilinərək 23 dekabr 1942-ci il tarixdə Azərbaycan SSR Hərbi Tribunalı tərəfindən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 20 mart 1990-cı il tarixli rəyinə əsasən Məhərrəmova Fatma Əlinağı qızına bəraət verilmişdir.

 

 

 

Məhərrəmova Tofisa Məmməd Hüseyn qızı

 

1900-cı ildə Quba şəhərində anadan olmuş, Quba şəhəri, Sovetski küçəsi, döngə 1, ev 4-də yaşamışdır. Ailə tərkibi: oğlanları Adil -13 yaş, Cavanşir - 18 yaşında, Ba­hadur - 7 yaş, Sübhi - 4 yaş, qızı Dürdanə - 10 yaş. Həyat yoldaşı  Məhərrəmov Həsən Əbdül Əli oğlu 10.10.1937-ci il tarixdə Azərbaycan XDİK tərəfindən həbs edilmiş, 09.01.1938-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən II kateqoriya ilə düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Məhərrəmova Tofisa Məmməd Hüseyn qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsaslanaraq 02.01.1938-ci il tarixdə tutulmuş Azərbaycan SSR 72 - 73 maddələrilə SSRİ XDİK-nin 09.04.1938-ci il tarixli qərarı ilə 2 il müddətinə səsi alınmışdır. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Məhərrəmova Tofisa Məmməd Hüseyn qızına bəraət verilmişdir.

 

 

 

Məhərrəmova Qəndab Əsgər qızı

 

1902-ci ildə Qazax rayonunun Qızıl Hacılı kəndində anadan olmuş, Qazax rayonu, Boqanis kəndində yaşamışdır. Ailə tərkibi: qardaşı Xasıyev Məmməd Əsgər oğlu, oğlanları Arıxov Nadir Zeynal oğlu - 1930-cu il, Qədir - 1932-ci il, qızları Zərnişan - 1935-ci il, Minayə - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Məhərrəmov Zeynal Arıx oğlu Qızıl Ordudan qaçdığına görə məsuliyyətə cəlb edilmişdir. Məhərrəmova Qəndab Əsgər qızı vətən xaininin həyat yoldaşı kimi 13 yanvar 1943-cü il tarixdə XDİK-in 24 noyabr 1943-cü il tarixli qərarına əsasən CM 63-2 maddəsi ilə təqsirli bilinərək repressiyaya məruz qalmışdır.

 

 

 

Məhərrəmova Züleyxa Ağa qızı

 

1912-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, 1-ci Sverdovskaya küçəsi, ev № 38 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Arif - 1933-cü il, qızları Elmira - 1937-cı il, Esfir - 1942-ci il təvəllüdlü. Həyat yoldaşı Məhərrəmov Hacı baba bala Abdul oğlu (1909) 02.01.1943-cü il tarixdə SSRİ XDİK Xüsusi Müşavirəsi tərəfindən düşmən tərəfinə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Məhərrəmova Züleyxa Ağa qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə repressiyaya məruz qalmış SSRİ XDİK Xüsusi Müşavirəsinin 22.05.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Məhərrəmova Züleyxa Ağa qızına bəraət verilmişdir.

 

 

 

Məleykə Məmməd qızı

 

1880-ci ildə Quba rayonunun Amsar kəndində anadan olmuşdur. Ailə tərkibi: anası Möhtəbər Hacı Məhərrəm qızı 75 yaş, bacıları Nurka - 25 yaş, Fatma - 20 yaşında. Qardaşı Sultan (40 yaş) qolçomaq kimi həbs edilmişdir. Məleykə Məmməd qızı Azərbaycan Fövqəladə Üçlüyünün 17 avqust 1925-cı ıl qərarına əsasən vətən xaininin bacısı kimi Azərbaycanın hüdudlarından kənara Perm quberniyasına 3 il müddətinə sürgün edilmişdir.

 

 

 

Məlikova Maral Mürsəl qızı

 

1917-ci ildə Bərdə rayonunun Qılışlı kəndində anadan olmuşdur. «M.Qorki» adına kolxozda işləmişdir. Ailə tərkibi: qızları Məlikova Ulduza - 1939-cu il, Məlikova Mənsurə - 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Məlikov Musa Hümbətəli oğlu (1909) 1941-cı ilin avqustunda ordu sıralarına çağırılmış, 16 iyul 1942-ci il 15-ci kavaler korpusu Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Məlikova Maral Mürsəl qızı vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 oktyabr 1942-ci il qərarına əsasən Məlikova Maral Mürsəl qızının yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.

 

 

 

Məlikova Nemət Kamal qızı

 

1903-cü ildə Serbiyanın İskut şəhərində anadan olmuş, Bakı şəhəri Böyük Qala küçəsi 45 ünvanında yaşamışdır. Müəllimə işləmişdir. Ailə tərkibi: həyat yoldaşı Məlikov Musa - 33 yaş, qızı Şahpəri - 7 yaş, qardaşı Əhməd Trinç-Türk kəşfiyyatçısı (Azərnəşrin keçmiş rəhbəri). Məlikova Nemət Kamal qızı Azərbaycan XDİK DTİ tərəfindən 23 iyul 1937-ci il qərarına əsasən tutulmuş, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 7 yanvar 1938-ci il qərarına əsasən Azərbaycan SSR CM-nin 63 - 1, 70 və 73 maddələri ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəmənin Hərbi kollegiyasının 15 mart 1958-ci il qərarına əsasən Məlikova Nemət Kamal qızına bəraət verilmişdir.

 

 

 

Məmmədhəsənova Anaxanım Hüseyn qızı

 

1921-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Şors küçəsi № 14 ünvanında yaşamışdır. Ailə tərkibi: qaynatası Hacıyev Əsəd Əknər oğlu - 1861-ci il, oğlu Hacıyev Ramiz Hüseyn oğlu -1941-ci il təvəllüdlü. Həyat yoldaşı Hacıyev Hüseyn Əsəd oğlu (1909) 14 avqust 1943-cü ildə 10-cu atıcı korpusunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Məmmədhəsənova Anaxanım Hüseyn qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 9 fevral 1944-cü il qərarına əsasən Məmmədhəsənova Anaxanım Hüseyn qızının yaşlı qaynatasına baxdığını nəzərə alaraq işinə xitam verilmişdir.

 

 

 

Məlikova Nərgiz Osman qızı

 

1910-cu ildə Gürcüstanın Ba­tumi şəhərində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Məlikov Bəhram Yusif oğlu (ayrılıb) əksinqilabi fəaliyyətinə go­rə güllələnməyə məhkum edilmişdir.  Məlikova Nərgiz Osman qızı xalq düşməninin keçmiş həyat yoldaşı kimi 1942-ci ildə Qazaxstana sürgün edilmişdir. 1943-cü ilin axırlarında sürgündə olarkən Alma - Ata şəhərindən qaçmış, 1945-ci ilin axırlarına kimi Tiflis və Ağdaş şəhərlərində yaşamışdır. Daha sonra RSFSR CM-nin 82 maddələri ilə 12 yanvar 1949-cu ildən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakıda 1 №-li həbsxanada saxlanılmışdır.

 

 

 

Məlikova Şamama Bəybala qızı

 

1920-ci ildə Siyəzən rayonunun Saadan kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Savat - 3 yaşında. Həyat yoldaşı Qiyas - 80 yaş, bacısı Kərimova Bikə Məhəmməd qızı. Qohumu Qəniyev Babalı Azay oğlu 775-ci alayı komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Məlikova Şamama Bəybala qızı Azərbaycan SSR CM-nin 63-3 maddəsilə vətən xaininin qohumu kimi 25 aprel 1942-ci il-də yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Məlikova Şamama Bəybala qızının yaşadığı yerdən çıxmaması haqqında işi dayandırılmışdır.

 

 

 

Məmmədov Tərlan İsgəndər qızı

 

1892-ci ildə Göyçay rayonunda anadan olmuş, Kirovabad şəhəri, Nizami küçəsi, 18 ünvanında yaşamışdır. Evdar qadın idi. Ailə tərkibi: qızları Hacıyeva Əminə, Validə, oğlanları Firudin Hacı oğlu - 1914-cü il təvəllüdlü. Oğlu Məmmədov Veys (1920) 1941-ci ilin iyununda Qızıl Orduya çağrılmış, 4 aprel 1942-ci ildə 383-cü atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən vətəni dəyişməyə cəhd göstərdiyinə görə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə Məmmədov Tərlan İsgəndər qızı vətən xaininin anası kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 29 iyul 1942-ci il qərarına əsasən Məmmədov Tərlan İsgəndər qızının oğlu Veys orduda olduğuna görə yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.

 

 

 

Məlikova Umuxanım Kərimbəy qızı

 

1906-cı ildə Maştağa rayonunun Buzovna qəsəbəsində anadan olnıuş, Buzovna qəsəbəsi, 164 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Məlikov Nuru Salam oğlu 1886-cı il təvəllüdlü. Oğlu Məmməd Nuru oğlu 10 noyabr 1942-ci ildə fərrari kimi güllələnməyə məhkum edilmişdir. Məlikova Umuxanım Kərimbəy qızı Azərbaycan SSR CM-nin 63-3 maddə ilə vətən xaininin anası kimi yaşadığı yerdən çıxmamaq şərti repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin sentyabr 1943-cü il qərarına əsasən Məlikova Umuxanım Kərimbəy qızının oğlu Qızıl Or­duda xidmət etdiyinə görə yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.

 

 

 

Məmmədova Ağabacı Səməd qızı

 

1913-cü ildə Lənkəran rayonunda anadan olmuşdur. Ailə tərkibi: oğlanları Oktay - 7 yaş, Loğman - 1 yaş 3 aylıq. Həyat yoldaşı Məmmədov Nəsir Məmməd oğlu (1904) 1 oktyabr 1937-ci ildə Azərbaycan XDİK tərəfindən həbs edilmiş, 3 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Məmmədova Ağabacı Səməd qızı SSRİ XDİK yanında Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi cəzasını İslah-Əmək Düşərgəsində Çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının 21 yanvar 1956-cı il qərarına əsasən Məmmədova Ağabacı Səməd qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova (Sadıxova) Sara Səfər qızı

 

1924-cü ildə Ermənistan SSR-nin Meğri rayonunun Leyfaz kəndində anadan olmuş, Naxçıvan rayonunun Eşməbazar (Nehrəm) kəndində yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Sadıxov Məhərrəm Rəcəbəli oğlu (1912). Ordudan qaçdığına görə Hərbi Tribunal tərəfindən məsuliyyətə cəlb edilmişdir.

Məmmədova (Sadıxova) Sara Səfər qızı Azərbaycan SSR CM-nin 63-3 maddə ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır.

 

 

 

Məmmədova Bənövşə Abbas qızı

 

1908-ci il Tovuz rayonunun Tovuz kəndində anadan olmuşdur. Ailə tərkibi: qaynanası Mərdanova Nabat Hüseyn qızı -1863-cü il, oğlanları Orucov Əşrəf Əli oğlu - 1938-ci il, İslam - 1940-cı il, İsgəndər - 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Məmmədov Əli Orucoğlu (1910) 7 dekabr 1942-ci ildə düşmən tərəfə keçməyə cəhd göstərərkən güllələnmişdir. Məmmədova Bənövşə Abbas qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK yanında Xüsusi Müşavirəsinin 8 yanvar 1944-cü il tarixli qərarına əsasən Məmmədova Bənövşə Abbas qızı vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19 fevral 1990-cı il rəyinə əsasən Məmmədova Bənövşə Abbas qızına bəraət verilsin.

 

 

 

Məmmədova Asya Hüseyn qızı

 

1897-ci ildə Karyagin rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Ağca - 8 yaşında. Oğlu Məmmədov Məmmədəli İsfəndiyar oğlu (1891) 5 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 772-ci atıcı alay komandirinin məlumatına əsasən 2 aprel 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Məmmədova Asya Hüseyn qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63 maddənin III hissəsi ilə təqsirli bilinərək SSRİ XDİK-nin 28 may 1941-ci il əmrinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Məmmədova Asya Hüseyn qızının yaşadığı yerdən çıxmaması haqqında iltizam Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 25 iyul 1943-cü il məlumatına əsasən oğlunun vətən xaini olması barədə Hərbi Tribunaldan sorğu daxil olmadığı üçün Məmmədova Asya Hüseyn qızının işinə xitam verilmişdir.

 

 

 

Məmmədova Əsmər Əbdul Alim qızı

 

1882-ci ildə Nuxa (Şəki) rayonunun Orta Zeqzit kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Nübar Abdulla qızı - 22 yaşında. Ögey oğlu Yəhya Abdulla oğlu əks inqilabçı kimi həbs edilmişdir. Məmmədova Əsmər Əbdul qızı 26 avqust 1937-ci il qərarı ilə 72 №-li orderə əsasən vətən xaininin anası kimi həbs edilmişdir.

 

 

 

Məmmədova Dursun Əhməd qızı

 

1922-ci ildə Dəvəçi rayonunun Dağbilici kəndində anadan olmuşdur. Ailə tərkibi: ögey oğlu Əhməd - 1922-ci il, ögey qızları Gülxanım- 1931-ci il, Asya - 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Məmmədov Ramazan Teymur oğlu (1905) 12 may 1942-ci ildə 386-cı atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum olmuşdur. Məmmədova Dursun Əhməd qızı Azərbaycan SSR CM-nin 63-3   maddələri   ilə   vətən   xaininin   həyat   yoldaşı   kimi repressiyaya məraz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 21 oktyabr 1942-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29 yanvar 1990-cı il rəyinə əsasən Məmmədova Dursun Əhməd qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova Duruş Cabbar qızı

 

1890-cı ildə İmişli rayonunun Murquzallı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Nurulla Şirməmməd oğlu (1918) 1942-ci ilin sentyabrında SSRİ XDİK Xüsusi Müşavirəsinin qərarı ilə vətən xaini kimi Azərbaycan SSR CM-nin 61-1, 79 və 11 maddələri ilə güllələnməyə məhkum edilmişdir. Məmmədova Duruş Cabbar qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə təqsirli bilinərək repressiyaya məruz qalmışdır. Həmin vaxt oğlu Nurulla anası ilə birlikdə olmadığı üçün yaşadığı yerdən çıxmamaq şərti ilə 18 may 1942-ci ildən məsuliyyətə cəlb edilmişdir. Azərbaycan SSR XDİK-nin 14 aprel 1943-cü il qərarı ilə Məmmədova Duruş Cabbar qızının işinə xitam verilmişdir.

 

 

 

Məmmədova-Əfəndiyeva Nəimə Rəşid qızı

 

1906-cı ildə Nuxa (Şəki) şəhərində anadan olmuş, Bakı şəhəri Saraykina 59, mənzil 12 ünvanında yaşamışdır. Ali təhsilli. Azərbaycan Dövlət Universitetində təbiət elmləri üzrə aspirant olmuşdur. Həyat yoldaşı: Məmmədov Ağamir  adıq oğlu 10 yanvar 1937-ci ıldə Azərbaycan SSR XDİK tərəfindən terrorçu əksinqilabi-millətçi, pantürkist təşkilatın üzvü kimi həbs edilmiş və 5 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyasının qərarına əsasən 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən Məmmədova Nəimə Rəşid qızı vətən xaininin həyat yoldaşı kimi 10 aprel 1938-ci ildə həbs edilmişdir. SSRİ XDİK-nin 15 avqust 1937-ci il tarixli qərarına əsasən 00486 №-li əmrini əldə rəhbər tutaraq Məmmədova Nəimə Rəşid qızının 23337 №-li istintaq işi SSRİ XDİK Xüsusi Müşavirəsinə göndərilmişdir. SSRİ XDİK yanında Xüsusi Müşavirənin 29 may 1938-ci il qərarına əsasən Məmmədova Nəimə Rəşid qızı 10 aprel 1937-ci ildən hesablanmaqla, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ DTİ-nin yanında Xüsusi Müşavirəsinin 28 oktyabr 1950-ci il qərarına əsasən Məmmədova Nəimə Rəşid qızının məhkumluğu üzərindən götürülmüşdür. 13 noyabr 1956-cı ildə işə yenidən baxılmış və Məmmədova-Əfəndiyeva Nəimə Rəşid qızına tam bəraət verilmişdir.

 

 

 

Məmmədova Əsli İsgəndər qızı

 

1892-ci ildə Qasım-İsmayılov rayonunun Rəhimbəyli kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Qönçə - 1926-cı il təvəllüdlü. Həyat yoldaşı Məmmədov Taptıq Əhməd oğlu (1880) 7 may 1943-cü ildə Kirovabad qarnizonu Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum olunmuşdur. Məmmədova Əsli İsgəndər qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə təqsirli bilinərək repressiyaya məruz qalmış, onun 5 il müddətinə sürgün olunması haqqında təklif baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim olunmuşdur. Lakin 2 -ci oğlu Əhmədov Əsəd Taptıq oğlu BVM əlili olduğu üçün SSRİ XDİK-nin 11 noyabr 1943-cü il qərarına əsasən sürgün edilməsi ləğv olunmuşdur.

 

 

 

Məmmədova Fatma Mirfəttah qızı

 

1909-cu ildə Quba şəhərində anadan olmuş, Quba şəhəri, Karl Marks küçəsi, № 36 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Əkbər - 16 yaş, Qafar - 13 yaşında. Həyat yoldaşı Məmmədov Rza Əli Heydər oğlu 386-cı atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən 11.11.1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Məmmədova Fatma Mirfəttah qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə repres­siyaya məruz qalmış SSRİ XDİK Xüsusi Müşavirəsinin 05.09.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 28.02.1990-cı il tarixli rəyinə əsasən Məmmədova Fatma Mirfəttah qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova Fərəhnisə Mehdi qızı

 

1907-ci ildə Astara rayonunun Şahağacı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Xəlil Səfərəli oğlu 12 yaş, Qürbət - 5 yaş; qızları Şövkət - 7 yaş, Küşvər - 7 yaşında. Həyat yoldaşı Qarayev Səfərəli Xəlil oğlu (1909) 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmişdir. 2 fevral 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Məmmədova Fərəhnisə Mehdi qızı 28 iyun 1941-ci il tarixdən yaşadığı yerdən çıxmamaq şərti ilə Azərbaycan SSR CM-nin 63-3 maddəsi vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1942-ci il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Məmmədova Fərəhnisə Mehdi qızının işi dayandırılmışdır. Azərbaycan XDİK Astara Rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən işə xitam verilmişdir.

 

 

 

Məmmədova Güldanə İman qızı

 

1876-cı ildə Qubadlı rayonunun Fərcan kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Məhəmməd - 14 yaş, Rəsul - 12 yaşında. Həyat yoldaşı Məmmədov Baba Məhəmməd oğlu (64 yaşında) sovet hökuməti əleyhinə çıxdığına görə həbs edilmişdir. Məmmədova Güldanə İman qızı Sövet hökuməti əleyhinə çıxanın həyat yoldaşı kimi 13 sentyabr 1937-ci ildə həbs edilmişdir. Həbsə alınarkən Azərbaycan SSR CM-nin 72 18/79 maddələrilə təqsirləndirilərək XDİK-nin Qubadlı rayonunda nəzarətdə saxlanılıb. Azərbaycan SSR Prokurorluğunun 17 mart 1993-cü il tarixli rəyi ilə Məmmədova Güldanə İman qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova Güləndam Şahüseyn qızı

 

1903-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olmuş, Yardımlı rayonunun Gilar kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları Bəhmən Yunis oğlu - 1939-cu il, Əlibəndə Yunis oğlu - 1941-ci il, qızları Mirvari Yunis qızı -  1937-ci il, Mənsumə Yunis qızı -1930-cu il təvəllüdlü. Həyat yoldaşı Məmmədov Yunis Sultan oğlu (1901) 5 iyul 1942-ci ildə 113-cü atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişidir. Məmmədova Güləndam Şahüseyn qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə vətən xainin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 12 dekabr 1942-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 12 may 1943-cü il qərarına əsasən Məmmədova Güləndam Şahüseyn qızının yaşadığı yerdən çıxmaması haqqında qərarı ləğv edilmişdir.

 

 

 

Məmmədova Gülzar İlyas qızı

 

1893-cü ildə Nuxa (Şəki) rayonunun Qışlaq kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Nəbiyeva Hənifə Məmməd qızı, Mina -1926-cı il təvəllüdlü. Oğlu Məmmədov Rəşid Məmməd oğlu (1943) 9 yanvar 1942-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 3 oktyabr 1942-ci il tarixdə 48-ci Ordunun 211-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum olunmuşdur. Məmmədova Gülzar İlyas qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3 maddə ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Lakin qardaşları Qızıl Orduda xidmət etdiklərinə görə SSRİ XDİK-nin 11 sentyabr 1943-cü il qərarına əsasən yaşadığı tərk etməmək haqqında arayış ləğv olunmuşdur. Azərbaycan SSR XDİK-nin 23 oktyabr 1943-cü il qərarına əsasən Məmmədova Gülzar İlyas qızının işinə xitam verilmişdir.

 

 

 

Məmmədova Günəş Hüseyn qızı

 

1912-ci ildə Sabirabad rayonunun Seyidlər kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Simuzər Zeyni qızı - 1934-cü il, Gülzar - 1938-ci il təvəllüdlü. Həyat yoldaşı Zeyni Heydər oğlu (1912) vətən xaini kimi həbs edilmişdir. Məmmədova Günəş Hüseyn qızı Azərbaycan SSR CM-nin 63 - II maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 17 mart 1943-cü il qərarına əsasən Məmmədova Günəş Hüseyn qızının işinə xitam verilmişdir.

 

 

 

Məmmədova Həcər Mustafa qızı

 

1912-ci ildə Akstafa rayonunun Qoyçəlı kəndində anadan olmuş, Akstafa rayonunun Qızıllı kəndində (Qazax rayonu) yaşamışdır. Ailə tərkibi: qızı Uçkunaz - 6 yaş, oğlu Əbülfət - 1 yaşında. Həyat yoldaşı Məmmədov Namaz Sevdimalı oğlu (1907) 29.06.1942-ci il tarixdə 283 atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Məmmədova Həcər Mustafa qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsilə repressiyaya məruz qalmış SSRİ XDİK Xüsusi Müşavirəsinin 14.10.1944-cü il tarixli qərarına əsasən Şimali Qazaxstan vilaayətinə 5 il müddətinə sürgün edilmişdir. SSRİ DTN Xüsusi Müşavirəsinin 20.05. 1947-ci il tarixli qərarına əsasən Məmmədova Həcər Mustafa qızı haqqında 14.10.1944 cü il tarixli qərarı ləğv edilmiş və Məmmədova Həcər Mustafa qızı sürgündən azad edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Məmmədova Həcər Mustafa qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova Hürü Əmrah qızı

 

1900-cu ildə Xanlar rayonunun Çaylı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Əli - 19 yaşında, Təhməz - 7 yaşında, qızları Bəyaz - 19 yaşında, Tovuz - 5 yaşında. Həyat yoldaşı Məmmədov İsmayıl Məmməd oğlu vətən xaini kimi təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Məmmədova Hürü Əmrah qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan XDİK Xüsusi Müşavirəsinin 22 sentyabr 1944-cü il 57 saylı orderə əsasən RSFSR CM-nin 17/59 - 3 maddəsi ilə 11 noyabr 1944-cü il tarixdə 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 17 mart 1998-ci il tarixli rəyinə əsasən Məmmədova Hürü Əmrah qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova Xanım Ağa Hüseyn qızı

 

1923-cü ildə Quba rayonunun Amsar kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Katya, oğlu Rasim - 3 yaşında, qaynanası Zabitə - 65 yaşında. Həyat yoldaşı Məmmədov Ağagül Zal oğlu (65 yaşında) 772-ci atıcı alay komandirinin 2 aprel 1942-ci il məlumatına əsasən 25 fevral 1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə go­rə vətən xaini kimi məsuliyyətə cəlb olunmuşdur. Məmmədova Xanım Ağa Hüseyn qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsinin II hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmış, 7 iyul 1943-cü ildə Hərbi Tribunaldan cavab gələnə kimi işin dayandırılması haqqında göstəriş verilmişdir. 22 iyul 1943-cü ildə isə Məmmədova Xanım Ağa Hüseyn qızının işinə xitam verilmişdir.

 

 

 

Məmmədova Xanım Ağaverdi qızı

 

1918-ci ildə Siyəzən rayonunun Keş kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Şövkət - 2 yaş, oğlu Ədalət - 1 aylıq. Həyat yoldaşı Məmmədov İbi Abbas oğlu Qızıl Ordu sıralarında xidmət etmiş, 769-cu atıcı alay komandirinin məlumatına əsasən 3 aprel 1942-ci il tarixdə düşmən tərəfə keçmişdir. Məmmədova Xanım Ağaverdi qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63 maddənin III hissəsilə yaşadığı yerdən çıxmamaq şərti ilə SSRİ XDİK-nin 28.06.1941-ci il tarixli 00247/00884 №-li əmrinə əsasən repres­siyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 07.07.1943-cü il qərarına əsasən Hərbi Tribunaldan məlumat daxil olana kimi işə xitam veilmişdir.

 

 

 

Məmmədova Xurşud Məmməd qızı

 

1909-cu ildə Kirovabad şəhərində anadan olmuş, Bakı şəhəri, L. Şmit küçəsi, ev 8 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Amus -9 yaş, Hamlet - 6 yaş, qızları Mariya - 12 yaş, Amaliya - 2 yaşında. Həyat yoldaşı Məmmədov Cəlil Mustafa oğlu 31.10.1937-ci il tarixdə həbs edilib. SSR Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyasının 04.07.1938-ci il tarixli qərarına əsasən əksinqilabi  təşkilatın üzvü olduğuna görə güllələnməyə məhkum edilmişdir. Məmmədova Xurşud Məmməd qızı vətən xaininin həyat yoldaşı kimi 04.07.38-ci il tarixdən hesablanmaqla XDİK Xüsusı Müşavirəsinin 23.08.1938-cı ıl tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsi Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 03.09.1958-cı il tarixli rəyinə əsasən Məmmədova Xurşud Məmməd qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova Qizbəst Saleh qızı

 

1908-ci ildə Astraxan-Bazar rayonunun, Göründü kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Həsənova Güləksi Rəhim qızı - 1933-ci il, qızı Sanay - 1935-ci il. Həyat yoldaşı Həsənov Rəhim İman oğlu Qızıl Orduda, qaynı Həsənov Qulam İman oğlu (1920) 1942-ci ilin yanvarında Qızıl ordudan qaçdığına görə Azərbaycan SSR CM-nin 63 - 1 maddələri ilə təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Məmmədova Qizbəst Saleh qızı vətən xaininin ailə üzvü ki­mi yaşadığı yerdən çıxmamaqla 8 iyul 1942-ci ildə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 24 iyul 1945-ci il tarixli qərarına əsasən Məmmədova Qizbəst Saleh qızının yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.    

 

              

 

Məmmədova Ləzət Əsgər qızı

 

1887-ci ildə Əli Bayramlı rayonunun Həşimxanlı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Səlim - 1933-cü il, Sultan - 1924-cü il təvəllüdlü. Həyat yoldaşı (1877) 1942-ci ilin əvvəllərində Əli Bayramlı Rayon Hərbi Komissarlığı tərəfindən Qızıl Ordu sıralarına sə­fərbər edilmiş, 30 dekabr 1942-ci il tarixdə 4-cü Qvardiyanın Hərbi Tribunalı tərəfindən güllələnməyə məhkum olunmuşdur. Məmmədova Ləzət Əsgər qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə təqsirli bilinərək repressiyaya məruz qalmış, onun 5 il müddətinə sürgün edilməsi haqqında təklif SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 11 yanvar 1943-cü il qərarına əsasən 5 il müddətinə sürgün olunmuşdur. Azərbaycan Respublikası Prokurorluğunun 8 yanvar 1998-ci il tarixli rəyinə əsasən Məmmədova Ləzət Əsgər qızının həyat yoldaşı ilə heç bir cinayət əlaqəsi və əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir.

 

 

 

Məmmədova Mayaxanım Piri qızı

 

1910-cu ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Baba - 9 yaş, İmaməddin - 3 yaş, Na­dir - 1 yaş, Aluşa - 12 yaş, qızı Salihə - 3 yaşında. Məmmədova Mayaxanım Piri qızı Qızıl Ordu sıralarında olan həyat yoldaşı Məmmədov Osman Şahmərdan oğlunun düşmən tərəfə keçdiyinə görə Azərbaycan SSR XDİK-nin 29 aprel 1942-ci il qərarı ilə Azərbaycan SSR CM-nin 63-3 maddələrinin II hissəsi ilə günahlandırılmışdır. Məmmədova Mayaxanım Piri qızı SSRİ XDİK-nin 00247 №-li 28 may 1942-ci il əmrinə əsasən yaşadığı yerdən çıxmamaqla Azərbaycan SSR CM-nin 63 maddəsi ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Məmmədova Mayaxanım Piri qızının yaşadığı yerdən çıxmaması haqqında işi dayandırılmışdır.

 

 

 

Məmmədova Mədinə Paşa qızı

 

1919-cu ildə Dəvəçi rayonunun Uzun - Boyat kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Müslüm - 1940-cı il, qızı Gülarə - 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Məmmədov Salman Müslüm oğlu (1905) 12.05.1942-ci il tarixdə 386 atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Məmmədova Mədinə Paşa qızı vətən xaininin həyat yoldaşı kimi Azerbaycan SSR CM-nin 63-3 maddəsi ilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 21.11.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Məmmədova Mədinə Paşa qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova Mərcan İman qızı

 

1907-ci ildə Yardımlı rayonunun Abbasəli kəndində anadan olmuş, Astraxan-Bazar (Cəlilabad) rayonunun Kuruns kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları Məmmədov Əli Dadaş oğlu 1939-cu ildə anadan olmuşdur, Dadaş - 1937-ci il, qızları Xanımqız-1939-cu il, Xanımgül - 1941-ci il. Həyat yoldaşı Məmmədov Dadi Allahqulu oğlu (1897) vətən xaini kimi Hərbi Tribunal tərəfindən güllələnməyə məhkum edilmişdir. Məmmədova Mərcan İman qızı Azərbaycan SSR CM-nin 63-2 maddəsi ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi 30 dekabr 1942-ci ildən Azərbaycan SSR XDİK-nin 5 yanvar 1943-cü il qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29 yanvar 1990-cı il qərarma əsasən Məmmədova Mərcan İman qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova Nəcibə Əli Nağı qızı

 

1901-ci ildə Ermənistan SSR, İrəvan mahalının Akara kəndində anadan olmuş, Bakı şəhəri, Malıqina 7, mənzil 17 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Kamal -23 yaş, Camal - 18 yaş, qızı Nairə - 22 yaşında. Həyat yoldaşı Məmmədov Cabbar Abbas oğlu (1882) SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 2 yanvar 1938-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Məmmədova Nəcibə Əli Nağı qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 18.08.1956-cı il tarixli qərarına əsasən Məmmədova Nəcibə Əli Nağı qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova Məsmə Məlik qızı

 

1882-ci Astara rayonunun Şiyəkəran kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Tağı, Ağababa - 1912-ci il, qızları Mədinə, Məhbubə. Oğlu Məmmədov Quçay Murad oğlu (1914) 27 dekabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 772-ci atıcı alay komandirinin məlumatına əsasən 25 fevral 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Məmmədova Məsmə Məlik qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63 maddənin III hissəsi ilə təqsirli bilinərək SSRİ XDİK-nin 28 may 1941-ci il əmrinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Məmmədova Məsmə Məlik qızının yaşadığı yerdən çıxmamaq haqqında iltizam Harbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 25 iyul 1943-cü il məlumatına əsasən oğlunun vətən xaini olması barədə Hərbi Tribunaldan sorğu daxil olmadığı üçün Məmmədova Məsmə Məlik qızının işinə xitam verilmişdir.

 

 

 

Məmmədova Pəricahan Əhməd qızı

 

1892-ci ildə İmişli rayonunun Sərxanlı kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Tanrıqulu Mehdi oğlu 1862-ci il, oğlanları Məmmədəli Tanrıqulu oğlu 1936-ci il, İbrahim Tanrıqulu oğlu 1938-ci il, qızı Leyla Tanrıqulu oğlu 1940-cı il təvəllüdlü. Məmmədova Pəricahan Əhməd qızının qohumu Mehdiyeya Eynulla Məmmədqulu oğlu (1921) 31 avqust 1942-ci ildə Hərbi Tribunal tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Məmmədova Pəricahan Əhməd qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin qohumu kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 12 yanvar 1943-cü il qərarına əsasən Məmmədova Pəricahan Əhməd qızının oğlu Mehdiyev Əli Tanrıqulu oğlu Qızıl Orduda xidmət etdiyinə görə yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.

 

 

 

Məmmədova Saray Gülmalı qızı

 

1872-ci ildə İmişli rayonunun Şükürlü kəndində anadan olmuş, Kürdəmir rayonunun Pirili kəndində yaşamışdır. «Stalin» adına kolxozda işləmişdir. Ailə tərkibi: qızı Məmmədova Əsmət Abbasqulu qızı 1917-ci il, qız nəvəsi Əlixan Sərxan oğlu - 1937-ci il, Marusa Sərxan oğlu 1939-cu il, qızı Mehri - 27 yaşında. Oğlu Əbdülhəsən Abbasqulu oğlu (1909) ordu sıralarında xidmət etmiş, RSFSR CM-nin 19-58-1 maddələri ilə vətən xaini kimi məsuliyyətə cəlb edilmişdir. Məmmədova Saray Gülmalı qızı vətən xaininin anası kimi repressiyaya məruz qalmışdır. Lakin oğlunun günahı sübuta yetmədiyi üçün onun haqqında repressiyaya ləğv edilmişdir. 26 avqust 1943-cü ildən yaşadığı yerdən çıxmamaq haqqında iş dayandırılmışdır.

 

 

 

Məmmədova  Sayat  Abdul Cəlil qızı

 

1894-cü ildə Dağıstan Respublikasının Dərbənd şəhərində anadan olmuş, Bakı şəhəri, Bondarnaya 8, mənzil 4 ünvanında yaşamışdır. Müəllim işləmişdir. Ailə   tərkibi:   həyat  yoldaşı - keçmiş polkovnik Məmmədov, bacısı Şarfa - 42 yaş, Suvad - 36 yaş, Xədicə - 34 yaşında. Məmmədova Sayat Əbdul Cəlil qızı Persiya Konsulluğu ilə əlaqədər şübhəli olduğu üçün 20 mart 1933-cü ildə Azərbaycan SSR CM-nin 68 maddəsilə həbs edilmişdir. Azərbaycan Dövlət Siyasi İdarəsi Məhkəmə Kollegiyasının Ali İclasının 5 iyun 1933-cü il qərarına əsasən Məmmədova Sayat Əbdul Cəlil qızı günahı sübuta yetmədiyi üçün azad edilmişdir.

 

 

 

 Məmmədova Sehran Süleyman qızı

 

1923-cü ildə Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Məmmədov Tapdıq Məmməd oğlu (1909) 13 yanvar 1943-cü il Kirovabad qarnizonu Hərbi Tribunalı tərəfindən şəxsi silahla Qızıl Ordudan qaçdığına görə güllələnməyə məhkum edilmişdir.

Məmmədova Sehran Süleyman qızı Azərbaycan SSR nin 63-2 maddələri ilə vətən xaininin həyat yoldaşı repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 15 may 1943-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 19 may 1943-cü ildən hesablanmaqla 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 07 mart 1990-cı il rəyinə əsasən Məmmədova Sehran Süleyman qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova Serafima Nikolayevna

1907-ci ildə Orcanikidze şəhərində anadan olmuşdur. Ailə tərkibi: oğlu Turan - 11 yaşında. Həyat yoldaşı Məmmədov Mirzə Sultan oğlu (1901) SSRİ XDİK-nin 03.08.1937-ci il tarixli qərarına    əsasən  Azərbaycan XDİK   tərəfindən   əksinqilabi-millətçilik, terrorçuluq təşkilatın üzvü kimi SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyasının 05.01.1938-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Məmmədova Serafima Nikolayevna vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Zaqafqaziya Dairə Hərbi Tribunalının 10.02.1956-cı il tarixli rəyinə əsasən Məmmədova Serafima Nikolayevnaya bəraət verilmişdir.

 

 

 

Məmmədova Səlihət Şaban qızı

 

1913-cü ildə Balakən rayonunun Balakən kəndində anadan olmuş. Zaqatala şəhəri Çapayev 6 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Tofiq - 7 yaşında, Fikrət - 5 yaşında. Həyat yoldaşı Məmmədov Məmməd Məhərrəm oğlu (1901) 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən millətçi, üsyançı, terrorçu təşkilatının fəal iştirakçısı kimi güllələnməyə məşkum edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən Məmmədova Səlihət Şaban qızına vətən xaininin həyat yoldaşı kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 11 aprel 1956-cı il qərarına əsasən Məmmədova Səlihət Şaban qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova Səriyyə Muxtar qızı

 

1912-ci ildə İsmayıllı rayonunun Nanic kəndində anadan olmuş, İsmayıllı rayonunun, Daxar kəndində yaşamışdır. Ailə tərkibi: qızları Zərqələm - 1938-ci il, Narxatın - 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Məmmədov Mirzəməmməd İsrafil oğlu Azərbaycan SSR CM-nin 58 - 1, 58 - 2 maddəsilə Hərbi Tribu­nal tərəfindən əksinqilabi-millətçi təşkilatın üzvü kimi 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Məmmədova Səriyyə Muxtar qızı vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmış, Azərbaycan SSR XDİK-nin 15 iyun 43-cü il qərarına əsasən repressiyaya düşmədiyinə görə işə xitam     verilmişdir.

 

 

 

Məmmədova Sitarə Məmməd qızı

 

1894-cü ildə Kirovabad şəhərində anadan olmuş, Kirovabad şəhəri Sovxoz küçəsi 26 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Məmmədov İsmayıl Hüseyn oğlu (1910) 24 yanvar 1942-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş 31 may 1943-cü ildə düşmən tərəfə keçməyə cəhd göstərərkən güllələnmişdir. Məmmədova Sitarə Məmməd qızı AZ SSR CM 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin anası kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 24 may 1944-cü il qərarına əsasən oğlu Qızıl Orduda olduğu üçün Məmmədova Sitarə Məmməd qızına qarşı repressiya dayandırılmışdır.

 

 

 

Məmmədova Sona Cəbi qızı

 

1923-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Aslanov Hacı Baba Əhəd oğlu (1922) 18.12.1941-ci il tarixdə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 125-ci tank batalyonunda hərbi feldşer kimi xidmət etmişdir. Sevastopol şəhər qarnizonu Hərbi Tribunalının 09.04.1942-ci il tarixli qərarına əsasən RSFSR CM-nin 19-58-1-b bəndi ilə düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Məmmədova Sona Cəbi qızı vətən xaininin həyat yoldaşı kimi XDİK Xüsusi Müşavirəsinin 26.08.1942-ci il tarixli qərarına əsasən Lənkəran şəhər XDİK Rayon şöbəsi tərəfindən Azərbaycan CM 63-3 maddəsilə repressiyaya məruz qalmış 18.07.1942-ci il tarixli qərarına əsasən həbs edilmiş 23 avqust 1942-ci ildə 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. 14.09.1947-ci il tarixli qərarına əsasən Məmmədova Sona Cəbi qızının işi sübuta yetmədiyinə görə yaşadığı yerdən çıxmamaq şərtilə işə xitam verilmişdir.

 

 

 

Məmmədova Sona Aslan qızı

 

1922-ci ildə Qonaqkənd rayonunun Kuçux kəndində anadan olmuşdur. Ailə tərkibi: atası Məmmədov Aslan Cəfər oğlu. Sona Aslan qızı 1942-ci ilin mayında alman kəşfiyyatına cəlb edilərək Azərbaycan milli legionunda Sovet əleyhinə qarşı fəaliyyət göstərmişdir. Ona görə də Azərbaycan SSR CM-nin 63-1 maddəsi ilə təqsirli bilinərək 20 oktyabr 1942-ci ildə XDİK Zəngibasar rayon şöbəsi tərəfindən tutulmuşdur. Məlum olmuşdur ki, Məmmədova Sona Aslan qızı həqiqətən Qonaqkənd rayonunun Kuçux kəndində anadan olmuş və 1934-cü ilə kimi orada yaşamışdır. Həyat yoldaşı ilə birlikdə Quba rayonu, Rustov kəndinə gəlmişdir. Azərbaycan SSR XDİK-nin 21 yanvar 1943-cü il qərarına əsasən azad edilmişdir.

 

 

 

Məmmədova Şahsultan Davud qızı

 

1922-ci ildə Qusar rayonunun Azdur kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Məmmədov Məmmədəli Fətulla oğlu 386-cı atıcı diviziya komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə Hərbi Tribunalın 01.03.1942-ci il tarixli qərarına əsasən güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 30 may 1942-ci il tarixli rəyınə əsasən Məmmədova Şahsultan Davud qızı Azərbaycan SSR CM-nin 63-3 maddəsilə repressiyaya məruz qalmış SSRİ XDİK-nin qərarına əsasən 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR XDİK-nin 26 iyul 1942-ci il tarixli qərarına əsasən Məmmədova Şahsultan Davud qızının işinə xitam verilmişdir.

 

 

 

Məmmədova Şölə Abbas qızı

 

1895-ci ildə Ermənistan SSR Vedi kəndində anadan olmuş, Naxçıvan MR, Myaşnikabad kəndində yaşamışdır. Ailə tərkibi: qızları Yetər - 17 yaş, Almaz - 1936-cı il, oğlanları Məmməd - 1931-ci il, Famil - 1938-ci il, Nuraddin -1942-ci il təvəllüdlü. Həyat yoldaşı Məmmədov Mustafa Hüseyn oğlu (1898) 1942-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 21.08.1942-ci ildə 3-cü ordunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Məmmədova Şölə Abbas qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsilə repressiyaya məruz qalmış SSRİ XDİK Xüsusi Müşavirəsinin 28.11.1942-ci il tarixli qərarına əsasən sürgün edilmişdir.

 

 

 

Məmmədova Telli Həsən qızı

 

1911-ci ildə Tovuz rayonunun Qaraxanlı kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Bəyaz Eyvaz qızı - 1935-ci il, Mazanda Eyvaz qızı - 1941-ci il. Həyat yoldaşı Abdullayev Eyvaz Qəmbər oğlu (1903) 12 aprel 1943-cü ildə Kirovabad qarnizonunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Məmmədova Telli Həsən qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 7 yanvar 1944-cü il qərarına əsasən Məmmədova Telli Həsən qızının qardaşı Məmməd Həsən oğlu Qızıl Orduda xidmət etdiyinə görə ona qarşı repressiya dayandırılmışdır. Azərbaycan SSR XDİK Prokurorluğunun 25 aprel 1944-cü il qərarına əsasən Məmmədova Telli Həsən qızının işinə xitam verilmişdir.

 

 

 

Məmmədova Telli İsmayıl qızı

 

1908-ci ildə Kürdəmir rayonunun Şalyan kəndində anadan olmuşdur. Ailə tərkibı: qızları Pəri - 1935-ci ıl, Pərizə - 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Məmmədov Mısir Yarməmməd oğlu (1905) 20.07.1943-cü il tarixdə vətən xaini kimi Hərbi Tribunal tərəfindən güllələnməyə məhkum edilmişdir. Məmmədova Telli İsmayıl qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 15.04.1944-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli reyinə əsasən Məmmədova Telli İsmayıl qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova Yaqut Xudaverdi qızı

 

1905-ci tldə Şamxor şəhərində anadan olmuş, Kirovabad şəhəri, Komintern küçəsi, ev 24 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Rəhim - 12 yaş, Əlidar - 9 yaş, Rafiq - 6 yaş, Xackazan - 3 aylıq, qızı Gülbər - 11 yaşında. Həyat yoldaşı Məmmədov Əli Qara Yəhya oğlu 5 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Məmmədova Yaqut Xudaverdi qızı Azərbaycan SSR CM-nin 72 - 73 maddələri ilə təqsirli bilinərək SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi XDİK-nin 29 may 1938-ci il qərarına əsasən 2 il müddətinə səsi alınmışdır. Azərbaycan SSR Prokurorluğunun 19 iyun 1990-cı il rəyinə əsasən Məmmədova Yaqut Xudaverdi qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova Zabitə Rizvan qızı

 

1877-ci ildə Quba rayonunun Amsal kəndində anadan olmuşdur. Ailə tərkibi: gəlini Məmmədova Xanım Ağa Hüseyn qızı. Oğlu Məmmədov Ağagül Zal oğlu (65 yaşında) 772-ci aticı alay komandirinin 2 aprel 1942-ci il məlumatına əsasən 25 fevral 1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə vətən xaini kimi məsuliyyətə cəlb olunmuşdur. Məmmədova Zabitə Rizvan qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsinin II hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmış, 7 iyul 1943-cü ildə Hərbi Tribunaldan cavab gələnə kimi işin dayandırılması haqqında göstəriş verilmişdir. 22 iyul 1943-cü ildə isə Məmmədova Zabitə Rizvan qızının işinə xitam verilmişdir.

 

 

 

Məmmədova Zeynəb Əli Murad qızı

 

1901-ci ildə Qusar rayonunun Avaran kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Məmmədov Mövcud Kərim oğlu 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 772-ci atıcı alay komandirinin məlumatına əsasən 2 aprel 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Məmmədova Zeynəb Əli Murad qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63 maddənin III hissəsi ilə təqsirli bilinərək SSRİ XDİK-nin 28 may 1941-ci il əmrinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Məmmədova Zeynəb Əli Murad qızının yaşadığı yerdən çıxmaması haqqında iltizam Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 25 iyul 1943-cü il məlumatına əsasən həyat yoldaşının vətən xaini olması b-rədə Hərbi Tribunaldan sorğu daxil olmadığı üçün Məmmədova Zeynəb Əli Murad qızının işinə xitam verilmişdir.

 

 

 

Məmmədova  Zeynəb İbrahim qızı

 

1915-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Məhluqə Mürsəl qızı 1935-ci il, Bəsdi -1937-ci il, oğlu Sabir - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Məmmədov Mürsəl Nurməmməd oğlu (1898) 26 yanvar 1942-ci ildə Laçın Rayon Hərbi Komissarlığı tərəfindən Orduya səfərbər edilmiş, 13 iyul 1943-cü ildə 330-cu atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya düşən Məmmədova Zeynəb İb­rahim qızının 5 il müddətinə sürgün edilməsi haqqında təklif baxılmaq üçün SSRİ XDİK-nin Xüsusi Müşavirəsinə təqdim edilmişdir. SSRİ XDİK-nin Xüsusi Müşavirəsinin 22 aprel 1944-cü il qərarına əsasən Məmmədova Zeynəb İbrahim qızı vətən xaini­nin həyat yoldaşı kimi 5 il müddətinə Qazaxstan vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 fevral 1990-cı il tarixli rəyinə əsasən Məmmədova Zeynəb İbrahim qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova Zivər Namaz qızı

 

1920-ci ildə Kirovabad şəhərində anadan olmuş, Kirovabad şəhəri, Daşkəsən küçəsi, ev 30 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Qüdrət - 1937-ci il, Fikrət - 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Abdullayev Abdulla Zaman oğlu (1916) 1942-ci ilin yanvar ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 26.11.1942-ci il tarixdə 48-ci Ordunun Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə və döyüşçülər arasında əksinqilabi təbliğat apardığına görə güllələnməyə məhkum edilmişdir. Məmmədova Zivər Namaz qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 31.03.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstan vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 13.02.1990-cı il tarixli rəyinə əsasən Məmmədova Zivər Namaz qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova Zoya Əli qızı

 

1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan SSR XDİK Xüsusi Müşavirəsinin 30 iyun 1945-ci il tarixli qərarına əsasən alman kəşfiyyatçılığında şübhəli göründüyünə görə 155 saylı orderə əsasən, Azərbaycan SSR CM-nin 63-2 maddəsilə təqsirli bilinərək 5 il müddətinə Cənubi Qazaxstana sürgün olunmuşdur. Zaqafqaziya Hərbi Dairə Hərbi Tribunalının 28 aprel 1967-ci il qərarına əsasən əməlində cinayət tərkibi olmadığı üçün Məmmədova Zoya Əli qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova-Mehmandarova Suraya Nağı qızı

 

1910-cu ildə Lənkaran şəhərində anadan olmuşdur. Ailə tərkibi: övladları Məmmədov İzzik - 11 yaş, qızı Sitarə -8 yaşında, Fuad - l yaş 8 aylıq. Həyat yoldaşı Məmmədov Əli Səməd oğlu (1900) 7 yanvar 1938-ci ildə SSR Ali Məhkəmənin Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik və terrorçuluq fəaliyyətlərinə görə I kateqoriya ilə həbs edilmişdir. Məmmədova Suraya Nağı qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xainin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 23 avqust 1938-cü il qərarına əsasən 8 iyul 1938-ci ildən hesablanmaqla 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 29 sentyabr 1956-cı il qərarına əsasən bəraət verilmişdir.

 

 

 

Mənsimoya Anaxanım Şikar qız

 

1895-ci ildə Şamaxı rayonunun Çalov kəndində anadan olmuşdur. «Kommunizm» adına kolxozda işləmişdir. Ailə tərkibi: qızı Vəliyeva Qaraxanım Soydum qızı - 1915-ci il, Fatma Soydum qızı 1936-cı il təvvəlüdlü. Həyat yoldaşı Mənsimov Soydum Vəli oğlu vətən xaini ki­mi həbs edilmişdir. Mənsimova Anaxanım Şikar qızı vətən xaininin həyat yoldaşı Azərbaycan SSR CM-nin 63-2 maddəsi ilə təqsirli bilinərək Azərbaycan SSR XDİK-nin 20 yanvar 1943-cü il qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29 yanvar 1990-cı il rəyinə əsasən Mənsimova Anaxınım Şikar qızına bəraət verilmişdir.

 

 

 

Məmmədova-Nərimanova Fəridə Mirzə Cabbar qızı

 

1911-ci ildə İrəvan şəhərində anadan olmuşdur. Ali təhsilli həkim idi. Ailə tərkibi: oğlu Fikrət - 2 yaşında. Həyat yoldaşı Nərimanov Əbdül Rəhim oğlu 3 sentyabr 1937-ci il tarixdə əksinqilabi-millətçilikdə təqsirli bilinərək Məmmədova - Nərimanova Fəridə Mirzə Cabbar qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 11 noyabr 1937-ci ildə həbs edilmişdir. Məmmədova - Nərimanova Fəridə Mirzə Cabbar qızı Azərbaycan SSR XDİK-nin 9 aprel 1938-ci ıl qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. XDİK-in 25 noyabr 1943-cü il qərarına əsasən Məmmədova Nərimanova Fəridə Mirzə Cabbar qızı azad edilmişdır. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 6 fevral 1957-ci il qərarına əsasən Məmmədova - Nərimanova Fəridə Cabbar qızına bəraət verilmişdir.

 

 

 

Məryəm Əli qızı

 

1900-cı ildə Zaqatala rayonunun Çardaxlar kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Bayram - 1931-ci il, ögey oğlu Qazı Məmməd - 1923-cü il təvəllüdlü. Azərbaycan Dövlət Siyasi İdarəsi 18 mart 1931-ci il qərarına əsasən qolçomaq ailəsi kimi həbs edilmiş, 19 mart 1931-ci il Azərbaycan Dövlət Siyasi İdarəsi Fövqəladə Üçlüyünün qərarı ilə uşaqları ilə birlikdə Qazaxstana sürgün edilmişdir. Azərbaycan Respublika Prokurorluğunun 13 aprel 1994-cü il rəyinə əsasən Məryəm Əli qızına bəraət verilmişdir.

 

 

 

Məryəm Əbdul qızı

 

1881-ci ildə Zaqatala rayonunun Geqam kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Hasilov Şaban 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Məryəm Əbdül qızı 1930-cu il aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstanan sürgün edilmişdir.

 

 

 

Məmmədova-Rüstəmova Gülsüm Tahir qızı

 

1917-ci il Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Məmmədov Məmməd İbrahim oğlu, anası Səlimə xanım, qardışı Məmmədəli, Rüstəm. Məmmədova - Rüstəmova Gülsüm Tahir qızı Azərbaycan SSR CM-nin 74 maddəsi ilə təqsirli bilinərək qardaşlarının türmədən qaçması ilə əlaqədar Azərbaycan SSR XDİK-nin 20 fevral 1939-cu qərarı ilə həbs edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsi Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 4 sentyabr 1963-cü il qərarına əsasən Məmmədova - Rüstəmova Gülsüm Tahir qızına bəraət verilmişdir.

 

 

 

Mərdanova Mollabacı Abbas qızı

 

1904-cü ildə Qusar rayonunun Dibir kəndində anadan olmuşdur. «Frunze» adına kolxozda işləmişdir. Ailə tərkibi: həyat yoldaşı Mərdanov Bahəddin Bəyverdi oğlu (1909) 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılmış, 2 aprel 1942-ci il tarixdə 772-ci atıcı alay komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Mərdanova Mollabacı Abbas qızı vətən xainin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-in 9 iyul 1943-cü il qərarına əsasən Mərdanova Mollabacı Anaxanım qızının işi Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 15 avqust 1943-cü il məlumatına əsasən Mərdanov Bahəddin Bəyverdi oğlunun vətən xaini olması barədə Hərbi Tribunaldan məlumat daxil olmadığına görə Mərdanova Mollabacı Abbas qızının işinə xitam verilmişdir.

 

 

 

Məryəm Hacı Məhəmməd qızı

 

1900-cu ildə Balakən rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Zeynulin - 5 yaş, Əhməd - 3 yaş, qızları Cənnət - 7 yaş, Cəmilət - 6 yaşında. Həyat yoldaşı Hacı Məhəmməd Ata oğlu 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Məryəm Hacı Məhəmməd qızı 1930-cu il aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 

 

 

Məryəm xanım                                                

 

1891-ci ildə Qasım-İsmayılov rayonunun, Ağamalı  kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları İdris - 1911-ci il, Nadir - 1913-cü il, İlyas - 1917-ci il, Cəlil - 1917-ci il, Hacı - 1924-cü il, qızı Şövkət - 1926-cı il, gəlini Kubra xanım - 1911-ci il təvəllüdlü. Həyat yoldaşı Adil bəy Həsən Əlibəy oğlu 1930-cu il aprel üsyanının fəal iştirakçısı kimi güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR Gəncə Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Məryəm xanım vətən xaininın həyat yoldaşı kimi 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 may 1990-cı il rəyınə  əsasən Məryəm xanıma bəraət verilmişdir.

 

 

 

Məryəm Poladaşvili

 

1911-ci ildə Qax rayonunun İnqilaboy kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Darqo Poladaşvili 1907-ci il təvəllüdlü. Qaynatası Yaso Abulaşvili 1930-cu il aprel üsyanının iştirakçisı kimi həbs edilmişdir. Məryəm Poladaşvili 1930-cu il aprel üsyanının fəal iştirakcısının ailə üzvü kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 3 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorunun 05 iyul 1990-cı il rəyinə əsasən Məryəm Poladaşviliyə bəraət verilmişdir.

 

 

 

Məryəm Məhəmməd Əli qızı

 

1906-cı ildə Balakən rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Fatma - 8 yaş, Xanım - 1 aylıq, oğlanları Misur - 6 yaş, Sadıx - 3 yaşında. Həyat yoldaşı Şaban xan Məhəmməd oğlu 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Məryəm Məhəmməd Əli qızı 1930-cu il aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 16 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 

 

 

Məryəm Ramazan qızı

 

1901-ci ildə Balakən rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: övladları- Muqama Əli - 5 yaş, Mələk - 3 yaş, Nəsrəddin - 4 aylıq, Abidat - 8 yaş, Samirat - 2 yaşında. Həyat yoldaşı Molla Bayram Məhəmmədəli oğlu 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Məryəm Ramazan qızı 1930-cu il aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 

 

 

Məstiyeva Ağabacı Əli qızı

 

1912-ci ildə Yardımlı rayonunun Ostair kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Şəkərəliyeva Tura Gülmalı qızı - 1938-ci il, oğlu Şəkərəliyev Rəşid Gülmalı oğlu 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Məstiyev Gülmalı Şəkərəli oğlu (1915) 2 mart 1943-cü ildə Bakı Hava Hücumundan Mudafiə Ordusunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Güllələnmə sonra 10 il işlə əvəz edilmişdir. Məstiyeva Ağabacı Əli qızı SSRİ XDİK Xüsusi Müşavirəsinin 1 aprel 1944-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Məstiyeva Ağabacı Əli qızının 2 oğlu Qızıl Orduda xidmət etdiyinə görə 26 dekabr 1945-ci il tarixdə azad edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29 yanvar 1990-cı il rəyinə əsasən Məstiyeva Ağabacı Əli qızına bəraət verilmişdir.

 

 

 

Məşədi Məsmə Bağır qızı

 

1896-cı ildə Gəncə Dairəsi Hacı - Ağalı rayonunun Ağasıbəyli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Məhəmməd. Həyat yoldaşı Qəmbər Həsən oğlu (kolxoz quruculuğu əleyhinə çıxıdığına görə həbs edilmişdir). Azərbaycan SSR Gəncə Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 18/79 maddəsi ilə təqsirli bilinərək 6 mart 1931-ci ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 3 il müddətinə Gəncədən Şamaxıya  sürgün edilmişdir.

 

 

 

Məşədi Gönçə Ağa Həsən qızı

 

1857-ci ildə Qaradonlu rayonunun Əlyetməzli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Əşrəf, Cümşüd Sovet hökuməti əleyhinə təbdirlər keçirdiklərinə görə həbs olunmuşlar. Məşədi Qönçə Ağa Həsən qızı vətən xaininin anası kimi 22 avqust 1937-ci ildə 41 saylı orderə əsasən XDİK Sabirabad rayon şöbəsi tərəfindən tutulmuş Kirovabad həbsxanasında saxlanılmışdır. Məşədi Qönçə Ağa Həsən qızının günahı sübut olmadığı üçün 22 sentyabr 1937-ci il tarixdə azad olunmuşdur.

 

 

 

Məşədinəcəfova Gülüstan Dadaş qızı

 

1910-cu ildə Cəbrayıl rayonunun Pirəhmədli kəndində ana­dan olmuşdur. Ailə tərkibi: qızı Sərqiyə - 4 yaşında. Həyat yoldaşı İbiş Hüseynəli oğlu 22.07.1931-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə vətən xaini kimi həbs edilmişdir. Məşədinəcəfova Gülüstan Dadaş qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan Dövlət Siyasi İdarə Kollegiyasının 23.10.1931-ci il tarixli qərarına əsasən 01.11.1931-ci il tarixdən hesablanmaqla 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Zaqafqaziya Sovet Federativ Sosialist Respublika Dövlət Siyasi İdarə Kollegiyası Məhkəmə İclasının 29.05.1932-ci il ta­rixli qərarına əsasən Məşədinəcəfova Gülüstan Dadaş qızı azad edilmişdir.

 

 

 

Mikayılova Fatma Qasımbəy qızı

 

1881-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Krepost, Zamkovskiy prospekti ev 23 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Mikayılov Mirzə (1878) 2 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi-terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Mikayılova Fatma Qasımbəy qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il göstərişinə əsasən vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 14 iyun 1941-ci il qərarına əsasən Mikayılova Fatma Qasımbəy qızı azad edilmişdir.

 

 

 

Mikayılova Lətifə Camal qızı

 

1910-cu ildə Qubadlı rayonunun Saldat kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Zərqələm - 5 yaş. Həyat yoldaşı Mikayılov İbrahim Cəbrayıl oğlu 1929-cu il təvəllüdlü, ögey qardaşı Mikayılov Məhəmməd Əli Mehdi oğlu (1912) 27 dekabr 1941-ci ildə ordu sıralarına səfərbər edilmiş, 3 iyun 1942-ci ildə Primorski Ordu 345-ci atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə 1165-ci atıcı alayı, 6-cı rotanın keçmiş əsgəri kimi güllələnməyə məhkum edilmişdir. Mikayılova Lətifə Camal qızı vətən xaininin bacısı kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR 7 noyabr 1942-ci il tarixli qərarına əsasən Mikayılova Lətifə Camal qızının yaşadığı yerdən çıxmamaq haqqında işi dayandırılmışdır.

 

 

 

Mirqədimova Məryəm İsmayıl qızı

 

1905-ci ildə Ermənistan SSR İrəvan şəhərində anadan olmuş, Bakı şəhəri, 9 yanvar, ev 41 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Əli - 11 yaşında. Mirqədimova Məryəm İsmayıl qızı əksinqilabi  təbliğat apardığına görə Azərbaycan SSR CM-nin 21-64, 69, 70, 71, 73 maddələrilə təqsirli bilinərək SSRİ XDİK-nin 29.06.1938-ci il tarixli qərarı ilə həbs edilmişdir.

 

                      

 

Mikayılova Sona Qaçay qızı

 

1924-cü ildə Şamaxı rayonunun Odculu kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Zöhrab. Həyat yoldaşı Mikayılov İbrahim Qulu oğlu (1910) 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmişdir. 2 aprel 1942-ci il 775-ci alayın komandanlığının məlumatına görə düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Mikayılova Sona Qaçay qızı SSRİ XDİK-nin 28 iyun 1941-ci il tarixli 00247/00884 №-li əmri ilə vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63 maddəsi ilə yaşadığı yerdən çıxmamaq şərti ilə 1 may 1942-ci ildən hesablanaraq repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Mikayılova Sona Qaçay qızının yaşadığı yerdən çıxmaması haqqında işi dayandırılmışdır.

 

 

 

Mirişova Xanım Nisə Zeynal qızı

 

1915-ci ildə Yardımh rayonunun Abdinli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Mirişov Əlixan Feyruz oğlu - 1940-cı il, qızları Mirişova Səməndər - 1924-cü il, Səmərqənd - 1928-ci il, Tuanisə - 1926-cı il, Şahsənəm - 1937-ci il, Dilarə - 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Mirişov Feyruz Hacırza oğlu (1907) 28 oktyabr 1942-ci ildə Zaqafqaziya cəbhəsi Hərbi Tribunalı tərəfindən vətən xaini kimi tutulub güllələnməyə məhkum edilmiş, lakin sonralar güllələnmə 10 il işlə əvəz edilmişdir. Mirişova Xanım Nisə Zeynal qızı SSRİ XDİK Xüsusi Müşavirəsinin 4 dekabr 1943-cü il qərarına əsasən vətən xainin həyat yoldaşı kimi Şimali Qazaxstan vilayətinə 5 il müddətinə sürgün edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 28 aprel 1945-cı il qərarına əsasən Mirişova Xanım Nisə Zeynal qızının cəza müddətinin qalan hissəsi dayandırılmış və sürgündən azad edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 14 mart 1990-cı il rəyinə əsasən Mirişova Xanım Nisə Zeynal qızına bəraət verilmişdir.

 

 

 

Mirsalayeva Tamam İsrafil qızı

 

1900-cu ildə Lənkəran rayonunun, Yermetun kəndində anadan olmuş, Bakı şəhəri, Ermənistan 225-ci məhəllə, blok 6, ev 36 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Salam - 10 yaş, qızları - Tuğra -  14 yaş, Məryəm - 12 yaş, Sadıqa - 10 yaş, Tamara - 8 yaşında. Həyat yoldaşı Mirsalayev Böyükağa Əbülfət oğlu SSRİ Ali Məhkəməsi hərbi Kollegiyası Səyyar Sessiyası tərəfindən 07.01.1937-ci il tarixdə əksinqilabi-millətçi terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Mirsalayeva Tamam İsrafil qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 12.02.1957-ci il tarixli rəyinə əsasən Mirsalayeva Tamam İsrafil qızına bəraət verilmişdir.

 

 

 

Mollayeva Raisə Kazbek qızı

 

1903-cü ildə 20 avqustda Vladivastoq şəhərində anadan olmuş, Bakı şəhəri, Qasım-İsmayılov küçəsi 5 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Fatimə - 8 yaş, oğlu Cəmallədin - 4 yaşında. Həyat yoldaşı Mollayev İsmayıl İsakoviç 2 iyul 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi təşkilatın üzvü kimi I kateqoriya ilə həbs edilmişdir. Mollayeva Raisə Kazbek qızının SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı ilə vətən xaininin həyat yoldaşı kimi 10 iyul 1938-ci ildə SSRİ XDİK Xüsusi Müşavirəsinin 23 avqust 1938-ci il qərarına əsasən cəzasını Bakı şəhəri 2 №-li İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmiş, 10 iyul 1943-cü ildə Mollayeva Raisə Kazbek qızı Amur şəhər düşərgəsindən azad edilmişdir. Zaqafqaziya Hərbi Dairə Hərbi Tribunalının 10 fevral 1956-cı il qərarına əsasən Mollayeva Raisə Kazbek qızına bəraət verilmişdir.

 

 

 

Mirzəyeva Şahnisə Əhmədxan qızı

 

1885-ci ildə Qusar rayonunun Dibir kəndində anadan olmuşdur. «Frunze» adına kolxozda işləmişdir. Ailə tərkibi: həyat yoldaşı Mirzəyev Bəyverdi Mərdan oğlu 1870-ci il təvəllüdlü. Oğlu Mərdanov Bahəddin Bəyverdi oğlu (1909) 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılmış, 2 aprel 1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə Hərbi Tribunal tərəfindən məsuliyyətə cəlb olunmuşdur. Mirzəyeva Şahnisə Əhmədxan qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3 maddə ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 9 iyul 1943-cü il qərarına əsasən Mirzəyeva Şahnisə Əhmədxan qızının işi Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 15 avqust 1943-cü il məlumatına əsasən Mərdanov Bahəddin Bəyverdi oğlunun vətən xaini olması barədə Hərbi Tribunaldan məlumat daxil olmadığına görə Mirzəyeva Şahnisə Əhmədxan qızının işinə xitam verilmişdir.

 

 

 

Mirzəyeva - Müzəffərova Mədinə Poladxan qızı

 

1911-ci ildə Yardımlı rayonunun Ostair kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Noqay - 1930-cu il, Piruz - 1934-cü il, oğlanları İsi - 1938-ci il, Bünyadəli - 1939-cu il, Atlıxan -1941-ci il təvəllüdlü. Həyat yoldaşı Mirzəyev Şirxan Hümbət oğlu (1908) 02.03.1943-cü il tarixdə Bakı Hava Hücumundan Müdafiə Ordusunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Mirzəyeva - Müzəffərova Mədinə Poladxan qızı vətən xai­ninin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.10.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Mirzəyeva - Müzəffərova Mədinə Poladxan qızına bəraət verilmişdir.

 

 

 

Mominat Uluxan qızı

 

1893-cü ildə Balakən rayonunun Balakən kəndində olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Məhəmməd Əli Qaladcev (39 yaş) Sovet hökuməti əleyhinə çıxdığına görə həbs edilmişdir. Zaqatala Dairə Fövqəladə Üçlüyünün 18 mart 1931-ci il qəarına əsasən Mominat Uluxan qızının sürgün edilməsi haqqında işinə baxılmış, lakin günahsız olduğu üçün 19 mart 1931-ci il qərarı ilə azad edilmişdir.

 

 

 

Moset Hacı Məmməd qızı

 

1901-ci ildə Balakən rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Hidayət Sultan Məcid oğlu 7 yaş, Ab­dul Məcid - 5 yaş, qızı Əminə 2 yaş. Qardaşı Cavad Hacı Mahmud oğlu (40 yaş) 1930-cu il üsyanının iştirakçısı kimi həbs edilmişdir. Moset Hacı Məmməd qızı Zaqatala Dairesi Fövqəladə Üçlüyünün 4 fevral 1931-ci il tarixli qərarına əsasən həbs olunmuşdur. Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Moset Hacı Məmməd qızı (uşaqları ilə) azad edilmişdir.

 

 

 

Möhtəbər Hacı Məhərrəm qızı

 

1850-ci ildə Quba rayonunun Amsar kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Məleykə - 45 yaş, Nurka - 25 yaş, Fatma - 20 yaş, gəlini - Sona xanım - 20 yaşında. Oğlu Sultan Məcid oğlu Məmmədov (40 yaş) 30-cu il üsyanının iştirakçısı kimi həbs edilmişdir. Möhtəbər Hacı Məhərrəm qızı Azərbaycan Fövqəladə Uçlüyünün 17 avqust 1925-ci il qərarına əsasən vətən xaininin anası kimi Azərbaycanın hüdudlarından kənara Perm quberniyasına 3 il müddətinə sürgün edilmişdir.

 

 

 

Möminət Məmməd qızı

 

1909-cu ildə Nuxa rayonunun Ziqziq kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Qara - 2 yaş. Həyat yoldaşı Kərim Lətif oğlu 30 yaşında 30-cu il üsyanının iştirakçısı kimi həbs edilir. Möminət Məmməd qızı Azərbaycan SSR CM-nin 18/79 maddələri ilə təqsirli bilinərək 15 aprel 1932-ci il tarixdə Azərbaycan Dövlət Siyasi İdarəsinin Nuxa şəhər şöbəsi tərəfindən həbs olunmuş, həmin ilin oktyabr ayının 20-də isə Azərb. SSR Dövlət Siyasi İdarəsi Nuxa şəhər şöbəsinin qərarına əsasən əməlində cinayət tərkibi olmadığı üçün həbsdən azad olunmuşdur.

 

 

 

Muxsa Vassala Hacı qızı

 

1861-ci ildə Balakən rayonunda anadan olmuşdur. Ailə tərkibi: oğlu Bədrəddin - 17 yaşında. Həyat yoldaşı Abdulla Butai oğlu 1930-cu ilin aprel ayında baş vermiş Şəki üsyanının iştirakçısı kimi həbs edilmişdir. Muxsa Vassala Hacı qızı 19 mart 1931-ci ildə Zaqatala Dairə Fövqəladə Üçlüyünün qərarı ilə Qazaxstana sürgün edilmişdir.

 

 

 

Muxtarova Rübabə Yusif qızı

 

1876-cı ildə Bakı quberniyasının Əmircan kəndində anadan olmuş, Vranqel küçəsi, ev 8 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Hüseyn - 25 yaş, qızı Umı - 21 yaşında. Muxtarova Rübabə Yusif qızı Sovet hökuməti əleyhinə düşmən mövqeyi tutduğuna görə, 439 №-li orderlə 18 avqust 1920-ci il tarixdə Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edilmiş, avqust ayının 30-da isə 206 - №-li orderə əsasən həbsdən azad edilmişdir.

 

 

 

Muradova Səfurə Nəsib qızı

 

1902-ci  ildə  Zaqatala şəhərində anadan olmuş, Zaqatala şəhəri, Çapayev küçəsi 13 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Oğuz - 16 yaşında. Həyat yoldaşı Muradov Səbri Murad oğlu 3 yanvar 1938-ci idə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Muradova Səfurə Nəsib qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsasında vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK-nın Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə (4 yanvar 1938-ci ildən hesablanmaqla) azadlıqdan məhrum edilmişdir. Zaqatala Hərbi Dairəsi Hərbi Tribunalının 31 yanvar 1956-cı il qərarına əsasən Muradova Səfurə Nəsib qızının əməlində cinayət tərkibi olmadığı üçün işinə xitam verilmiş, və o, bəraət qazanmışdır.

 

 

 

Muxtarova Rübabə Yusif qızı

 

1876-cı ildə Bakı şəhərinin Əmircan kəndində anadan olmuş, Vranqel küçəsi, ev 8 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Hüseyn - 25 yaş, qızı Umi - 21 yaşında. Muxtarova Rübabə Yusif qızı Sovet hökuməti əleyhinə cıxdığına görə, Azərb. SSR Dövlət Siyasi İdarəsi tərəfindən 18 av­qust 1920-ci il tarixdə 439 №-li orderlə həbs edilmişdir. Muxtarova Rübabə Yusif qızı Azərbaycan Respublikası Fövqəladə Komissiya tərəfindən 206 №-li orderə əsasən həbsdən azad edilmişdir.

 

 

 

Musabəyova  Arifə Əhməd qızı

 

1896-cı ildə Həştərxan şəhərində anadan olmuş, Həştərxan şəhəri, ev 1, mən. 2 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Adrəhman - 24 yaş, Oqtay - 14 yaş, qızı Sara - 21 yaşında. Həyat yoldaşı Musabəyov Qəzənfər əksinqilabi-millətçilik hərəkatının iştirakçısı kimi həbs edilmişdir. Musabəyova Arifə Əhməd qızı əksinqilabi-millətçilik hərəkatının fəal iştirakçısının həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 13 fevral 1940-cı il qərarına əsasən 27 iyul 1939-cu ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Zaqafqaziya Dairə Hərbi Tribunalının 30 mart 1956-cı il qərarına əsasən Musabəyova Arifə Əhməd qızının günahı olmadığına go­rə bəraət verilmişdir.

 

 

 

Muminat Hacı Əli qızı

 

1906-cı ildə Balakən rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Abdulla - 6 yaş, qızları Pəri - 5 yaş, Zalxay - 5 yaşında. Həyat yoldaşı Məhəmməd Osmanzadə  1930-cu il aprel üsyanin iştirakçısı kimi həbs edilmişdir. Muminat Hacı Əli qızı vətən xaininin həyat yoldaşı kimi 11.02.1931-ci il tarixdə həbs edilmiş, 03.03.1931-ci il tarixdə Zaqatala dairəsi Fövqəladə Üçlüyünün qərarına əsasən uşaqları ilə  birgə Qazaxstana sürgün edilmişdir.

 

 

 

Musabəyova Diba (Ziba) Hüseyn qızı

 

1872-ci ildə Quba şəhərində anadan olmuş, Bakı şəhəri, Kommunist küçəsi. 15 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Ayna, oğlu Qəzənfər (1936) vətən xaini kimi güllələnmişdir. Həyat yoldaşı Musabəyov Müzəffər Mahmud oğlu 1896 SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 03.01.1938-ci il tarixli qərara əsasən əksinqilabi - millətçi terrorçu təşkilatın üzvü olduğuna görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Musabəyova Diba (Ziba) Hüseyn qızı vətən xaininin anası kimi SSR MİK 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 02.08.1938-ci il tarixli qərarı ilə 5 il müddətinə Qazaxstana sürgün edilmişdir.

Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 27.04.1956-cı il tarixli qərarına əsasən Musabəyova Diba (Ziba) Hüseyn qızına bəraət verilmişdir.

 

 

 

Muradova Ziyafət Həsrət qızı

 

1916-cı ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Bənzər - 10 yaş, Sənubər - 5 yaş, Gülnaz - 1 yaş, oğlu Minxar - 9 yaşında. Həyat yoldaşı Muradov Oruc Şahgəldi oğlu Qızıl Ordu sıralarına səfərbər edilmiş, Komandanlığının 25 fevral 1942-ci il 2823 №-li məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Muradova Ziyafət Həsrət qızı SSRİ XDİK-nin 28 iyun 194l-ci il tarixli 00247/00884 №-li əmri ilə vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63 maddəsi ilə yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Muradova Ziyafət Həsrət qızının yaşadığı yerdən çıxmaması haqqında işi dayandırılmışdır.

 

 

 

Musayeva Sara İsa qızı

 

1912-ci ildə Kirovabad şəhərində anadan olmuş, Kirovabad şəhəri Firdovsi küçəsi 11 ünvanında yaşamışdır. Müəllimə işləmişdir. Ailə tərkibi: qızı Lətifə - 14 yaş (5 sinif şagirdi), Nadejda - 5 yaş, oğlanları Təyyar - 12 yaş, İttifaq - 8 yaşında. Həyat yoldaşı Musayev Məmməd Osman oğlu (1896) Azərbaycan K(b)P Kirovabad şəhər komitəsində təlimatçı işləmişdir. 1937-ci ildə əksinqilabi-millətçilik fəaliyyətinə görə həbs edilmiş və 7 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən Musayeva Sara İsa qızı vətən xaininin həyat yoldaşı kimi 3 yanvar 1938-ci ildə SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 10 iyul 1940-cı il qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsi Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 4 aprel 1956-cı il qərarına əsasən Musaye­va Sara İsa qızına bəraət verilmişdir.

 

 

 

Murtuzova Zərifə Kondratyevna

 

1914-cü ildə Saratov quberniyası, Berezovka kəndində anadan olmuş, Astraxan-Bazar rayonunun, Abbasəli kəndində yaşamışdır. Ailə tərkibi: oğlu Aftandil - 1942-ci il, qızları Ceyran -1939-cu ıl, Əzəmət - 1936-cı il, Şəfiqə - 1933-cü il təvəllüdlü. Həyat yoldaşı Murtuzov Sarast Rüstəm oğlu (1912) 06.10.1942-ci il tarixdə Hərbi Tribunal tərəfindən vətən xaini kinıi güllələnməyə məhkum edilmişdir. Murtuzova Zərifə Kondratyevna vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 20.01.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29.01.1990-cı il tarixli rəyinə əsasən Murtuzova Zərifə Konratyevnaya bəraət verilmişdir.

 

 

 

Musabəyova Zəhra Balabəy qızı

 

1910-cu ildə Quba rayonunda anadan olmuşdur. Ailə tərkibi: oğlanları Mahmud - 11 yaş, Ramazan - 9 yaş, Mansur - 1 yaşında. Həyat yoldaşı Musabəyov Müzəffər Mahmud oğlu (1896) 3 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətlərinə görə I kateqoriya ilə güllələnməyə məhkum olunmuşdur. Musabəyova Zəhra Balabəy qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində (Temlaq XDİK Potma şəhəri) çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Zaqafqaziya Dairə Hərbi Tribunalı işə yenidən baxmış, Musabəyova Zəhra Balabəy qızının əməlində cinayət tərkibi olmadığı üçün Hərbi Tribunalın 09 dekabr 1955-ci il tarixli qərarı ilə işin icratına xitam verilərək Musabəyova Zəhra Balabəy qızı təmizə  çıxarılmışdır.

 

 

 

Musayeva Xeyrənsə Qurbanəli qızı

 

1857-cı ildə Nuxa şəhərinin Dağ - Kəsəmənli kəndində anadan olmuşdur. Ailə tərkibi: gəlini - Güllər Nurəli qızı 41 yaş, nəvələri -Hənifə Əşrəf qızı, Fatma Əşrəf qızı 1 yaş, Kərim Əşrəf oğlu 10 yaş, Veysəl - 8 yaş, Şərif - 5 yaşında. Oğlu - Əsrəf Səfər oğlu sovet hökuməti əleyhinə çıxdığına görə həbs edilmişdir. Musayeva Xeyrənsə Qurbanəli qızı Azərbaycan SSR XDİK-nin 26 avqust 1937-ci il qərarına əsasən 71 №-li orderlə vətən xaininin anası kimi həbs edilmişdir.

 

 

 

Mustafayeva Hökumə Əli Rza qızı

 

1907-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailə tərkibi: qızı Sonya - 10 yaş, Elza - 5 yaş, Solmaz - 2,5 aylıq. Həyat yoldaşı Mustafayev Qurban Əli Yaqub oğlu 1937-ci ilin noyabrında vətən xaini kimi SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Mustafayeva Hökumə Əli Rza qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 7 iyul 1938-ci il qərarına əsasən sosial-təhlükəli ünsür kimi (körpə uşağı olduğu üçün) yaşadığı yerdə 2 il müddətinə səsi alınmışdır. Azərbaycan SSR Prokurorluğunun 15 iyun 1990-cı il rəyinə əsasən Mustafayeva Hökumə Əli Rza qızına bəraət verilmişdir.

 

 

 

Mustafayeva Hürü Rüstəm qızı

 

1926-cı ildə Qazax rayonunda anadan olmuş, Kirov küçəsi, ev 89 ünvanında işləmişdir. Ailə tərkibi: qaynanası Mustafayeva Almaz - 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Mustafayev Xan Əli oğlu (1919) vətən xaini kimi həbs edilmişdir. Mustafayeva Hürü Rüstəm qızı Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə vətən xaininin ailəsi kimi təqsirli bilinərək repressiyaya məruz qalmışdır.

 

 

 

Mustafayeva İzzət Məmməd Əli qızı

 

1898-ci ildə Şamaxı rayonunun Ərəbşahverdi kəndində ana­dan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Mustafayev Mirzə Nağı oğlu -1877-ci il, gəlini Leyli - 1920-ci il təvəllüdlü. Oğlu - Rzabala Qızıl Ordu sıralarına səfərbər edilmiş, 775-ci atıcı alay komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Mustafayeva İzzət Məmməd Əli qızı SSRİ XDİK-nin 2 aprel 1941-ci il tarixli 00247/00884 №-li əmri ilə vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə yaşadığı yerdən çıxmamaq şərti ilə 28 aprel 1942-cü ildən hesablanmaqla repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Mustafayeva İzzət Məmməd Əli qızı yaşadığı yerdən çıxmamaq haqqında işi dayandırılmışdır.

 

 

 

Mustafayeva Maya Tanrıverdi qızı

 

1914-cü ildə Ermənistan SSR Sisiyan rayonunun Vaqudi kəndində anadan olmuşdur. Ailə tərkibi: qızlan Mərziyə - 1940-cı il, Mixək - 1941-ci il, oğlu Əmirxan - 1938-ci il təvəllüdlü. Həyat yoldaşı Mustafayev Vəli Heydər oğlu (1906) 21 aprel 1943-cü ildə Bakı Qarnizonu Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum olunmuşdur. Mustafayeva Maya Tanrıverdi qızı Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək repressiyaya məruz qalmışdır. Azərbaycan SSRİ XDİK Xüsusi Müşavirəsinin 15 aprel 1944-cü il qərarına əsasən Şimali Qazaxstan vilayətinə 5 il müddətinə sürgün olunmuşdur. Azərbaycan SSR Prokurorluğunun 7 mart 1990-cı il rəyinə əsasən Mustafayeva Maya Tanrıverdi qızına bəraət verilmişdir.

 

 

 

Mustafayeva Məryəm Baxış qızı

 

1896-cı ildə Balakən rayonunun Balakən kəndinədə anadan olmuşdur. Ailə tərkibi: qızı Xanım - 1930-cu il, qardaşları Abdulla -1896-cı il, Heybulla - 1921-ci il təvəllüdlü. Həyat yoldaşı Mustafayev Hacı Əli oğlu (1901) 1930-cu il aprel üsyanın iştirakçısı kimi həbs olunmuşdur. Mustafayeva Məryəm Baxış qızı 1930-cu il aprel üsyanının iştirakçısının həyat yoldaşı kimi 11 fevral 1931-ci il tarixdə Zaqatala Dairə Fövqəladə Üçlüyünün qərarına əsasən 9 mart 1931-ci ildə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 6 iyul 1990-cı il rəyinə əsasən Mustafayeva Məryəm Baxış qızına bəraət verilmişdir.

 

 

 

Mustafayeva-Şərifova Tutu Hacı qızı

 

1917-ci ildə Türkmenistan Respublikasının Çarçub kəndində anadan olmuşdur. Ailə tərkibi: bacısı Güllü - 1920-ci il, Rahilə - 1923-cü il, Mahirə - 1925-ci il, qardaşı - Ramil - 1926-cı il, Faiq - 1930-cu il təvəllüdlü. Həyat yoldaşı Şərifov Əli İsmayıl oğlu (1902) 3 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə həbs edilmişdir. Mustafayeva-Şərifova Tutu Hacı qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi hamilə olduğunu nəzərə alaraq SSRİ XDİK Xüsusi İdarəsinin 9 aprel 1938-ci il qərarına əsasən Azərbaycan SSR CM-nin 72-73 maddələri ilə təqsirləndirilərək cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 15 iyun 1990-cı il rəyinə əsasən Mustafayeva-Şərifova Tutu Hacı qızına bəraət verilmişdir.

 

 

 

Mustafayeva Yaqut Xoca qızı

 

1910-cu ildə Qusar rayonunun Kuzun kəndindən anadan olmuşdur. Ailə tərkibi: oğlanları Ənvər - 1942-ci il, Hadi Əfəndi -1930-cu il, qızları Haxad - 1935-ci il, Hənifə - 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Mustafayev Müzəffər Mürşüd oğlu (1908) 08.07.1941-ci il tarixdə Qızıl Ordu sıralarına səfərbər edilmiş, düşmən tərəfə keçdiyinə görə komandanlığın məlumatı ilə 25.02.1942-ci il tarixli qərara əsasən güllələnməyə məhkum edilmişdir. Mustafayeva Yaqut Xoca qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsilə repressiyaya məruz qalmış 09.07.1943-cü il tarixdə günahı sübuta yetmədiyinə görə işə xitam verilmişdir.

 

 

 

Mürsəlova-Səmədova Kövsər Əbduləli qızı

 

1915-ci ildə İsmayıllı rayonunın Hacıman kəndində anadan olmuş, Şamaxı şəhəri, Şərifzadə 48, mənzil 3 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Mürsəlov Nəsrəddin Ağa Kişi oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyasının 03.01.1938-ci il tarixli qərarına əsasən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Mürsəlova-Səmədova Kövsər Əbdüləli qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 12.09.1990-cı il tarixli rəyinə əsasən Mürsəlova-Səmədova Kövsər Əbdüləli qızına bəraət verilmişdir.

 

 

 

Mustafayeva Yasəmən Mustafa qızı

 

1890-cı ildə Ağdam rayonunun Sarı-Hacılı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Mustafayev Bəhrəm Abbasqulu oğlu, Sultan, gəlini Matan - 1920-ci il, nəvələri - Paket - 1935-ci il, Silsin - 1937-ci il, Məhbub - 1938-ci il, Məmməd - 1938-ci il, Jaket - 1939-cu il təvəllüdlü. Oğlu Mustafayev Şiraslan Abbas­qulu oğlu (1942), 1941-ci ilin iyununda Qızıl Orduya səfərbər edilmiş, 16 iyul 1942-ci ildə 15-ci süvari korpusunun Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Mustafayeva Yasəmən Mustafa qızı Azərbaycan SSR CM-nin 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin anası ki­mi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 31 mart 1943-cü il qərarına əsasən Musta­fayeva Yasəmən Mustafa qızının 2 oğlu Qızıl Orduda olduğuna görə sürgün edilməsi dayandırılmışdır.

 

 

 

Mustafayeva Firuzə Səlim qızı

 

1905-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Ailə tərkibi: qızı Cavadova Xalidə - 1933-cü il, Zülfiyyə -1935-ci il, bacısı Əlizadə Qəmər - 1917-ci il, qaynı Savadov Adil - 1919-cu il təvəllüdlü. Həyat yoldaşı Əlicavad Məmmədəli oğlu (1899) əksinqılabi təbliğat apardığına görə həbs edilmişdir. Mustafayeva Firuzə Səlim qızı Azərbaycan SSR Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 noyabr 1947-ci il qərarına əsasən Azərbaycan SSR CM-nin 130 maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 7 aprel 1948-ci il qərarına əsasən Mustafayeva Firuzə Səlim qızına bəraət verilmişdir.

 

 

 

Müslümova Güllü Əbduləli qızı

 

1887-ci ildə Şamaxı rayonu Çağırlı kəndində anadan olmuş, Şamaxı şəhəri, Fioletov küçəsi, ev 3 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Nazilə - 1923-cü il, Firəngiz - 1930-cu il, oğlu Müseyib - 1921-ci il təvəllüdlü. Həyat yoldaşı Müslümov Məcid Müslüm oğlu (1857) 18.11.1942-ci il tarixdə SSRİ XDİK Xüsusi Müşavirəsinin qərarına əsasən təxribatçı paraşütçü almanları buraxdığına görə güllələnməyə məhkum edilmişdir. Müslümova Güllü Əbduləli qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 30.01.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Müslümova Güllü Əbdüləli qızına bəraət verilmişdir.

 

 

 

Mütəllimova Ümüdxanım İbrahim qızı

 

1913-cü ildə Bakı şəhərinin Bül Bülə kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Kamil - 6 yaş, Qabil - 5 aylıq. Həyat yoldaşı Mütəllimov Yusif Qebulla oğlu (1907) Azərbaycan XDİK-nin 2 dekabr 1937-ci il qərarına əsasən əksinqilabi trotski terrorçü təşkilatının üzvü kimi SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 3 iyul 1938-ci ildə I kateqoriya ilə həbs edilmişdir. Mütəllimova Ümüdxanım İbrahim qızı SSRİ MİK-nin 4 iyul 1934-cü ildə qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi körpə uşağı olduğu üçün SSRİ XDİK Xüsusi Müşavirəsinin qərarı ilə Bakı şəhərindən çıxmamaq haqqında 28 iyul 1938-ci il tarixdə göstəriş verilmişdir. Azərbaycan SSR XDİK-nin 27 mart 1939-cu il qərarına əsasən Mütəllimova Umudxanım İbrahim qızının işinə xitam verilmişdir.

 

 

 

Müzəffərova Anaş Əsgər qızı

 

1903-cü ildə Bərdə rayonunun Muğanlı kəndində anadan olmuşdur. «Qızıl Ordu» adına kolxozda işləmişdir. Ailə tərkibi: oğlanları Kazım - 1934-cü il, Nəriman - 1942-ci il, qızı Suruş - 1937-ci il təvəllüdlü. Həyat yoldaşı Müzəffərov Balakişi Saleh oğlu (1896) 1942-ci ilin mart ayında Qızıl Ordu sıralarına səfərbər edilmış 26.11.1942-ci il tarixdə 157-ci atıcı briqadanın Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Müzəffərova Anaş Əsgər qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSRİ XDİK Xüsusi Müşavirəsinin 05.08.1944-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı ıl tarixli rəyinə əsasən Müzəffərova Anaş Əsgər qızına bəraət verilmişdır.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb