|
Nadirşina Arifa Musa qızı
|
|
1902-ci ildə Penza vilayətinin Qaraçayka kəndində
anadan olmuş, Bakı şəhəri, Zabrat, 57 mənzil 26 ünvanında yaşamışdır. Ailə
tərkibi: oğlanları Əhməd - 1928-ci il, Əlif - 1933-cü il təvəllüdlü. Həyat
yoldaşı Nadirşina Abdulla İbrahim oğlu (1902) 4 yanvar 1938-ci ildə SSRİ Ali
Məhkəmənin Səyyar Sessiyası tərəfindən əksinqilabi, ziyanverici - təxribatçı
və terrorçuluq fəaliyyətlərinə görə I kateqoriya ilə həbs edilmişdir. Nadirşina
Arifa Musa qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin
həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 16 mart 1938-ci il qərarına
əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum
edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə
Kollegiyasının 14 dekabr 1957-ci il qərarına əsasən Nadirşina Arifa Musa qızına
bəraət verilmişdir.
|
|
|
|
Nadirəliyeva Sayaxanım Ağahüseyn qızı
|
|
1914-cü ildə Qusar rayonunun Tahircan kəndində anadan olmuşdur. Ailə tərkibi:
qızı Qulan- 1940-cı il, baldızı Pakı - 1927-ci il təvəllüdlü. Həyat yoldaşı
Nadirəliyev Nadirəli Əziz oğlu 36-cı kursant atıcı brıqadanın Hərbi Tribunalı
tərəfindən 10.05.1942-ci il tarixdə düşmən tərəfə
keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Nadirəliyeva Sayaxanım Ağahüseyn qızı
vətən xaininin həyat yoldaşı
kimi Azərbaycan SSRİ XDİK Xüsusi Müşavirəsinin 05.09.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR
Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Nadirəliyeva Sayaxanım
Ağahüseyn qızına bəraət verilmişdir.
|
|
|
|
Nağıyeva
Gülnaz Bəxtiyar qızı
|
|
1878-ci ildə anadan olmuşdur. Ailə tərkibi: qızı
Bədir- 1930-cu il, oğlanları Məşq- 1928-ci il, İdris - 1923-cü il təvəllüdlü.
Həyat yoldaşı Nağıyev Usub Əbdül Əzim oğlu (1875) 10 mart 1938-ci il tarixdə
əksinqilabi fəaliyyətinə görə güllələnib. Nağıyeva Gülnaz Bəxtiyar qızı vətən
xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır.
|
|
|
|
Nağıyeva Səkinə Məmməd Sadıx qızı
|
|
1917-ci ildə Dəstəfur rayonunun Qabaq Təpə
kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Tərlan - 1 yaşında. Həyat
yoldaşı Nağıyev Hüseyn Hacı Əli oğlu SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyası
tərəfindən 5 yanvar 1937-ci il
tarixli qərara əsasən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya
ilə güllələnməyə məhkum edilmişdir. Nağıyeva Səkinə Məmməd Sadıx qızı vətən xaininin
həyat yoldaşı kimi SSR MİK 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK
Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək
Düşərgəsində çəkməklə 3 il müddətinə adazlıqdan məhrum edilmişdir. Zaqafqaziya
Dairə Hərbi Tribunalının 18.06.1957-ci il tarixli qərarına əsasən Nağıyeva
Səkinə Məmməd Sadıx qızına bəraət verilmişdir.
|
|
|
|
Nağıyeva Leyli Xanməmməd qızı
|
|
1920-ci ildə Şamaxı rayonunun Ərəbşahverdi
kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Gülrza - 2 yaş, qayınatası Mİrzə
Mustafayev Nağı oğlu 1877-ci il, qayınanası İzzət Mustafayeva. Həyat yoldaşı Rzabala
Nağıyev Qızıl Ordu sıralarına səfərbər edilmiş, düşmən tərəfə keçdiyinə görə 2
aprel 1942-ci ildə 775-ci alay komandanlığının məlumatına əsasən həbs
edilmişdir. Nağıyeva Leyli Xanməmməd qızı SSRİ XDİK-nin 2 aprel 1941-ci il
tarixli 00247/00884 №-li əmri ilə vətən xaininin həyat yoldaşı kimi
Azərbaycan SSR CM-nin 63 maddəsi ilə yaşadığı yerdən çıxmamaq şərti ilə, 28 aprel
1943-cü ildən hesablanaraq repressiyaya məruz qalmışdır. Azərbaycan SSR
XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə
kimi Nağıyeva Leyli Xanməmməd qızının yaşadığı yerdən çıxmaması haqqında işi
dayandırılmışdır.
|
|
|
|
Nağıyeva
Tamara Məryəm xanım qızı
|
|
1906-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı
şəhəri Kommmunist küçəsi 116 mənzil 17 ünvanında yaşamışdır. Ailə tərkibi:
atası Xələf Meylamov, qardaşları Əsəd, Qüdrət, Səməd. Bacısı Züleyxa.
Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən 25 mart 1933-cü il tarixdə Siyasi
fəaliyyətinə gorə həbs edilmiş, Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə
təqsırli bilinərək nəzarətdə saxlanılmışdır. Azərbaycan Dövlət Siyasi
İdarəsinin 20 may 1933-cü il qərarı ilə günahı sübuta yetmədiyi üçün 27 may
1933-cu il tarixdə 599 №-li orderə əsasən azad edilmişdir.
|
|
|
|
Nağıyeva Şəkər Bayram qızı
|
|
1892-ci ildə Ermənistan SSR Basarkeçər rayonunun
Kəsəmənli kəndində anadan olmuşdur. Nağıyeva Şəkər Bayram qızı dövlət
əleyhinə əksinqilabi çıxışlar etdiyinə görə Azərbaycan SSR CM-nin 72-ci
maddəsi ilə müqəssir bilinərək 27 mart 1942-ci il qərarına əsasən 10 il
müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət
işləri üzrə Məhkəmə Kollegiyasının 26 dekabr 1989-cu il qərarına əsasən
Nağıyeva Şəkər Bayram qızına bəraət verilmişdir.
|
|
|
|
Namazova Bilqeyis Kəlbə Cabbar qızı
|
|
1889-cu ildə Naxçıvan ASSR Abrakunis rayonunun Abrakunis kəndində
anadan olmuşdur. Ailə tərkibi: oğlanları Cəlal - 21 yaş, Salman - 8 yaş, qızı
Balaxanım - 15 yaş, qardaşı Həsənov Meşi Kəlbə Cabbar oğlu 1895-ci il
təvəllüdlü. Namazova Bilqeyis Kəlbə Cabbar qızı sovet hökuməti əleyhinə
təbliğat apardığına görə Azərbaycan SSR CM-nin 71 və 72-ci maddələrilə
təqsirli bilinərək 5 il müddətinə sürgün edilmişdir. 20 iyul 1939-cu il
Zaqafqaziya Hərbi Dairə 340-cı Hərbi Tribunalının qərarı ilə 19 iyul 1941-cı
ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının qərarı ilə şikayət əsasında işə
baxılmış 6 mart 1941-ci il qərarı ilə Namazova Bilqeyis Kəlbə Cabbar qızı
günahsız olduğuna görə azad olunmuşdur.
|
|
|
|
Namazova
Güləmbər Ağalar qızı
|
|
1911-ci ildə Cəbrayıl rayonunun Pir
Əhmədli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Tavat - 4 yaş, qızı
Sona - 7 yaşında. Həyat yoldaşı Əmirqulu Abbas oğlu 22.07.1931-ci il tarixdə
əksinqilabi-millətçilik fəaliyyətinə görə vətən xaini kimi həbs edilmişdir.
Namazova Güləmbər Ağalar qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan
Dövlət Siyasi İdarə Kollegiyasının 23.10.1931-ci il tarixli qərarına əsasən
01.11.1931-ci il tarixdən hesablanmaqla 3 il müddətinə Qazaxstana sürgün
edilmişdir. Zaqafqaziya Sovet
Federativ Sosialist Respublika Dövlət Siyasi İdarə Kollegiyasının Məhkəmə
İclasının 29.05.1932-ci il tarixli qərarına əsasən Namazova Güləmbər Ağalar
qızı azad edilmişdir.
|
|
|
|
Namazova
İmileyla Rzaqulu qızı
|
|
1894-cü ildə Naxçıvan ASSR Abrakunis rayonunun Abrakunis kəndində anadan olmuşdur. Ailə tərkibi:
qızları Narxanım -
14 yaş,
Göhər -
10 yaş,
Məleykə -
8 yaş,
Şahlar -
6 yaşında. Həyat yoldaşı
Namazov Lətif.
Namazova İmileyla
Rzaqulu qızı sovet əleyhinə təbliğat apardığına görə Azərbaycan SSR CM-nin 71 və 72 maddələrilə təqsirli bilinərək 5 il müddətinə
sürgün edilmişdir.
20 iyul 1939-cu il Zaqafqaziya Hərbi Dairə 340-cı Hərbi Tribunalının qərarı ilə 19 iyul 1940-cı ildə
SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının qərarı ilə şikayət əsasında işə baxılmış, 6 mart 1941-ci il qərarı ilə Namazova İmileyla
Rzaqulu qızı
günahsız olduğuna görə azad olunmuşdur.
|
|
|
|
Nemətova
Dusarə Kərbala Tağı qızı
|
|
1912-ci ildə Naxçıvan rayonunun Nehrəm kəndində anadan
olmuşdur. «Qızıl Ordu» adına kolxozda işləmişdir. Ailə tərkibi: qızı Nemətova
Xanım - 1934-cü il, oğlu Nəsir - 1938-ci il, Həsən - 1941-ci il təvəllüdlü.
Həyat yoldaşı Nemətova Məmmədəli Nəsir oğlu (1905) 1941-ci ilin iyununda
orduya səfərbər edilmiş, 16 iyul 1942-ci ildə 15-ci süvari korpusunun Hərbi
Tribunalı tərəfindən vətənə xəyanət etdiyinə görə güllələnməyə məhkum
edilmişdir. Sonra güllələnmə 10 il işlə əvəz edilmişdir. Nemətova Dusarə
Kərbala Tağı qızı vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz
qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 oktyabr 1942-ci il qərarına əsasən
Nemətova Dusarə Kərbala Tağı qızının 3 azyaşlı körpə uşağı olduğunu nəzərə
alaraq yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.
|
|
|
|
Nəbiyeva Hənifə Məmməd qızı
|
|
1924-cü ildə Nuxa rayonunun Qışlaq kəndində
anadan olmuşdur. Ailə tərkibi: anası Məmmədova Gülzar İlyas qızı - 1893-cü
il, bacısı Mina - 1926-cı il təvəllüdlü. Qardaşı Məmmədov Rəşid Məmməd oğlu
(1943) 9 yanvar 1942-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 3
oktyabr 1942-ci il tarixdə 48-ci Ordunun 211-ci atıcı diviziyanın Hərbi
Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum
olunmuşdur. Nəbiyeva Hənifə Məmməd qızı vətən xaininin bacısı kimi Azərbaycan
SSR CM-nin 63-3-cü maddə ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq
şərti ilə repressiyaya məruz qalmışdır. Lakin əmiləri Qızıl Orduda xidmət
etdikləri üçün SSRİ XDİK-nin 11 sentyabr 1943-cü il qərarına əsasən yaşadığı
yeri tərk etməmək haqqında arayış ləğv olunmuşdur. Azərbaycan SSR XDİK-nin 23
oktyabr 1943-cü il qərarına əsasən Nəbiyeva Hənifə Məmməd qızının işinə xitam
verilmişdir.
|
|
|
|
Nəcəfova
Bikə Hüseynqulu qızı
|
|
1921-ci ildə Astraxan-Bazar (Cəlilabad) rayonunda
anadan olmuşdur. Molotov adına kolxozda işləmişdir. Ailə tərkibi: qızları
Səniyyə - 1933-cü il, Ədilə - 1938-ci il, oğlu Əli - 1940-cı il təvəllüdlü.
Həyat yoldaşı Nəcəfov Sayad Əmir oğlu (1904) 03.07.1942-ci il tarixdə Qızıl
Ordudan qaçıb düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Nəcəfova Bikə
Hüseynqulu qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63 -
1 maddənin 30.05.1943-cü il tarixli qərarına əsasən 10 il müddətinə həbs
edilmişdir. Azərbaycan SSR XDİK Xüsusi Müşavirəsininın 03.12.1943-cü il
tarixli qərarına əsasən Nəcəfova Bikə Hüseynqulu qızının işinə xitam
verilmişdir.
|
|
|
|
Nəcəfova Ceyran Fərəc qızı
|
|
1917-ci ildə Astara rayonunun Şiyəkəran kəndində
anadan olmuşdur. Ailə tərkibi: oğlanları Teyubməmməd - 3 yaş, Xanəhməd -2 yaşında.
Həyat yoldaşı Nəcəfov Xeybər Nəriman oğlu 1942-ci ildə Qızıl Ordu sıralarına
səfərbər edilmiş, Ordudan qaçdığına görə həbs edilmişdir. Nəcəfova Ceyran
Fərəc qızı 1942-ci il tarixdə vətən xaininin həyat yoldaşı kimi repressiyaya
məruz qalmışdır.
Azərbaycan SSR XDİK-nin 7 iyul 1942-ci il
qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Nəcəfova Ceyran Fərəc
qızının işi dayandırılmışdır. Azərbaycan XDİK Astara Rayon Şöbəsinin 22 iyul
1943-cü il göstərişinə əsasən Nəcəfova Ceyran Fərəc qızının işinə xitam
verilmişdir.
|
|
|
|
Nəcəfova
Göyçək Sadat qızı
|
|
1922-ci ildə Cəbrayıl rayonunun Maralyan kəndində
anadan olmuşdur. Ailə tərkibi: atası Sadat, anası Nülar, qardaşı Kərim.
Nəcəfova Göyçək Sadat qızı əksinqilabi təbliğat apardığına görə Azərbaycan
SSR CM-nin 130-cu maddənin II hissəsi ilə təqsırli bilinərək 2 il müddətinə
həbs edilmişdir. 1945-ci ildə əfv olunmuşdur.
|
|
|
|
Nəcəfova Keç-xanım Yəhya qızı
|
|
1913-cü ildə Astara rayonunun Şiyakəran kəndində
anadan olmuşdur. Ailə tərkibi: qızları Şahnisə - 8 yaş, qızı Bacı - 7 yaş,
oğlu İbrahim Ağa - 6 yaş. Həyat yoldaşı Nəcəfov Yavər Nəriman oğlu 1942-ci
ildə Qızıl Ordu sıralarına səfərbər edilmişdir. 25 fevral 1942-ci ildə düşmən
tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Nəcəfova Keç - xanım Yəhya
qızı 1942-ci il tarixdə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz
qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1942-ci il qərarına əsasən Hərbi
Tribunaldan cavab gələnə kimi işi dayandırılmışdır. Azərbaycan XDİK Astara
Rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən Nəcəfova Keç - xanım
Yəhya qızının işinə xitam verilmişdir.
|
|
|
|
Nəcəfova Zərri Nağı qızı
|
|
1920-ci ildə Abrakunis rayonunun Ərifsə kəndində
anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Nəcəfov Xeybər əksinqilabi
fəaliyyət göstərdiyinə görə həbs edilmişdir. Nəcəfova Zərri Nağı qızı
əksinqilabi təbliğat apardığına gorə Azərbaycan SSR CM-nin 130-cu maddəsi
ilə təqsirli bilinərək həbs edilmişdir. Azərbaycan SSR Naxçıvan XDİK-nin 24
avqust 1943-cü il qərarına əsasən Nəcəfova Zərri Nağı qızının işinə xitam
verilmişdir.
|
|
|
|
Nənəxanım
Əsəd qızı
|
|
1894-cü ildə Cəbrayıl rayonunun Pri- Əhmədli
kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Mütəllim - 6 yaş, Əhməd - 4
yaşında. Həyat yoldaşı Hüseyn Əhməd oğlu 22.07.1931-ci il tarixdə
əksinqilabi-millətçilik fəaliyyətinə görə vətən xaini kimi həbs edilmişdir.
Nənəxanım Əsəd qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan Dövlət
Siyasi İdarəsi Kollegiyasının 23.10.1931-ci il tarixli qərarına əsasən
01.11.1931 -ci il tarixdən hesablanmaqla 3 il müddətinə Qazaxstana sürgün
edilmişdir. Zaqafqaziya Sovet Federativ Sosialist Respublika Dövlət Siyasi
İdarə Kollegiyasının Məhkəmə İclasının 29.05.1932-ci il tarixli qərarına
əsasən Nənəxanım Əsəd qızı azad edilmişdir.
|
|
|
|
Nərimanova Marina Alekseyevna
|
|
1902-ci ildə Saratov şəhərində anadan olmuş, Bakı
şəhəri, Myasnikova küçəsi, ev 4 ünvanında yaşamışdır. Ali təhsilli rəssam
idi. 1927-ci ildən ÜİK(b)P - nın üzvü olmuşdur. 30 sentyabr 1937-ci ildə
vətən xaininin həyat yoldaşı kimi partiyadan xaric edilmişdir. Ailə tərkibi:
qızı Cəmilə -12 yaşında. Həyat yoldaşı Nərimanov Müzəffər Əkbər oğlu (39 yaş)
3 sentyabr 1937-ci ildə Azərbaycan XDİK tərəfindən əksinqilabi fəaliyyətinə
görə güllələnməyə məhkum edilmişdir. Nərimanova Marina Alekseyevna SSRİ
MİK-nin 4 iyul 1934-cü il qərarın əsas tutularaq vətən xaininin həyat yoldaşı
kimi SSRİ XDİK-nin 29 may 1938-ci il qərarına əsasən 1585 №-li orderlə
cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum
edilmişdir. Nərimanova Marina Alekseyevna XDİK-in 30 sentyabr 1945-ci il
qərarına əsasən azad edilmişdir. SSRI Ali Məhkəməsinin Cinayət İşləri Məhkəmə
Kollegiyasının 17 sentyabr 1955-ci il qərarına əsasən Nərimanova Marina
Alekseyevna bəraət qazanmışdır.
|
|
|
|
Nərgiz Mehdi qızı
|
|
1907-ci ildə Nuxa rayonunun Zeqzit kəndində
anadan olmuşdur. Ailə tərkibi: qızları Zoqray - 3 yaş, Alagöz - 9 aylıq.
Həyat yoldaşı Sultan Abdulla oğlu 1930-cu il Nuxa üsyanın iştirakçısı kimi
həbs olunmuşdur. Nərgiz Mehdi qızı Azərbaycan SSR CM-nin 18/79 maddələri ilə
təqsirli bilinərək Azərbaycan Dövlət Siyasi İdarəsinin Nuxa Rayon Şöbəsi
tərəfindən 15 aprel 1932-ci il tarixdə həbs olunmuşdur. Azərbaycan Dövlət
Siyasi İdarəsi Nuxa Şəhər Şöbəsinin 20 oktyabr 1932-ci il qərarına əsasən
günahı olmadığı üçün azad olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsi Nuxa
Şəhər Şöbəsinin 16 aprel 1941-ci il qərarına əsasən Nərgiz Mehdi qızının
işinə xitam verilmişdir.
|
|
|
|
Nəsibova Tükəzban Qəmbər qızı
|
|
1917-ci ildə Tovuz rayonunun Ala-Kol kəndində
anadan olmuşdur. Ailə tərkibi: oğlu Tağıyev Mikayıl Oruc oğlu - 1932-ci il,
qardaşı Qiyas - 1937-ci il, qızları Gülisat - 1939-cu il, Gilas -1941-ci il
təvəllüdlü. Həyat yoldaşı Məmmədov Oruc Tağı oğlu (1904) 12-13 noyabr 1942-ci
ildə 283-cü atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövqeyini
dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Nəsibova Tükəzban Qəmbər
qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə təqsirli bilinərək vətən
xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi
Müşavirəsinin 16 iyun 1943-cü il qərarına əsasən Nəsibova Tükəzban Qəmbər
qızı vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Novosibirsk vilayətinə
sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 07 mart 1990-cı il rəyinə
əsasən Nəsibova Tükəzban Qəmbər qızına bəraət verilmişdir.
|
|
|
|
Nəsifat Murtuzəli qızı
|
|
1896-cı ildə Zaqatala rayonunun Çardaxlar kəndində anadan olmuşdur.
Ailə tərkibi: qızları Fatimat - 12 yaş, Səlimət - 5 yaş, oğlanları Şamil - 3
yaş, Əhməd - 2 aylıq. Həyat yoldaşı Abdulla Salam Əli oğlu (36 yaş) 1930-cu
il üsyanın iştirakçısı kimi həbs edilmişdir. Azərbaycan SSR Zaqatala Dairə
Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Nəsifat Murtuzəli qızı
həyat yoldaşına görə ailəsi ilə
birlikdə Qazaxstana sürgün edilmişdir. Azərbaycan Respublikası
Prokurorluğunun 13 aprel 1994-cü il rəyinə əsasən Nəsifat Murtuzəli qızına
bəraət verilmişdir.
|
|
|
|
Nəsirova Nərgiz Feyzulla qızı
|
|
1923-cü ildə Quba rayonunun Amsar kəndində anadan olmuşdur. Ailə
tərkibi: qızı Xavər. Həyat yoldaşı Nəsirov Bircəbala Heybət oğlu
25.02.1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə Komandanlıq tərəfindən
məsuliyyətə cəlb edilmişdir. Nəsirova Nərgiz Feyzulla qızı vətən xaininin
həyat yoldaşı kimi 07.07.1943-cü il tarixdə Azərbaycan SSR CM-nin 63-cü
maddənin III hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti
ilə repressiyaya məruz qalmışdır.
|
|
|
|
Nəsirova
Məhfuzə Bərtitdin qızı
|
|
30 oktyabr 1912-ci ildə Çkalov vilayətinin
Buqruslan şəhərində anadan olmuş, Bakı şəhəri Ermənikənd küçəsi, 5-ci
Naqornıy, 189-cu məhəllə, ev 15, mənzil 30 ünvanında yaşamışdır. Ailə
tərkibi: oğlu Eldar Hakim oğlu 1932-ci il təvəllüdlü. Həyat yoldaşı Nəsirov
Hakim Əzim oğlu (1905) 12 okyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi
Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi, pantürkist,
təxribatçılıq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Nəsirova
Məhfuzə Bərtitdin qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq
15 oktyabr 1937-ci ildə vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi
Müşavirəsinin 9 yanvar 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək
Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ XDİK
Xüsusi Müşavirəsinin 12 avqust 1942-ci il tarixli qərarına əsasən Nəsirova
Məhfuzə Bərtitdin qızı azad edilmişdir.
|
|
|
|
Nəsirova Zəhra Şükür qızı
|
|
1911-ci ildə Yardımlı rayonunun Kənar Qışlaq
kəndində anadan olmuşdur.
Ailə tərkibi: qızı Firuzə.Həyat yoldaşı Nəsirov Məmməd Ağahüseyn oğlu
01.04.1943-cü ildə Bakı Hava Hücumundan Müdafiə Ordusunun Hərbi Tribunalı
tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir.
Nəsirova Zəhra Şükür qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR
CM-nin 63-3-cü maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi
Müşavirəsinin 02.09.1944-cü il tarixli qərarına əsasən 5 il müddətinə Cənubi
Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 09.02.1990-cı il
tarixli rəyinə əsasən Nəsirova Zəhra Şükür qızına bəraət verilmişdir.
|
|
|
|
Nəzakət Murtuzəli qızı
|
|
1906-cı ildə Zaqatala rayonunun Çardaxlı kəndində
anadan olmuşdur. Ailə tərkibi: qızı Səlimə - 1926-cı il, oğlu Əhməd - 2
yaşında. Həyat yoldaşı Abdulla Salam Əli oğlu 1895-ci il təvəllüdlü.
Azərbaycan Dövlət Siyasi İdarəsi 18 mart 1931-ci il qərarına əsasən qolçomaq
ailəsi kimi həbs edilmiş, 19 mart 1931-ci il Azərbaycan Dövlət Siyasi İdarəsi
Fövqəladə Üçlüyünün qərarı ilə uşaqları ilə birlikdə Qazaxstana sürgün
edilmişdir. Azərbaycan Respublika Prokurorluğunun 13 aprel 1994-cü il rəyinə
əsasən Nəzakət Murtuzəli qızına bəraət verilmişdir.
|
|
|
|
Nəzərli
Zivər Məmmədəli qızı
|
|
1902-ci ildə Şamaxı rayonunda anadan olmuş, Bakı
şəhəri, Suraxanı küçəsi, 81, mənzil 4 ünvanında yaşamışdır. Ailə tərkibi:
oğlu Böyük-Ağa - 18 yaşında. Həyat yoldaşı Nəzərli Hacı Ələsgər oğlu (18 95)
16.07.193 7-ci il tarixdə tutulmuşdur. XDİK-in 08.01.1938-ci il tarixli
qərarına əsasən SSRİ Ali Məhkəmə HKSS tərəfindən I kateqoriya ilə əksinqilabi
ziyanverici, millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir.
Nəzərli Zivər Əli qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 00486
№-li 04.07.1934-cü il tarixli qərarını rəhbər tutaraq SSRİ XDİK Xüsusi
Müşavirəsinin CM 72,73-cü maddələrilə təqsirli bilinərək 22.11.1937-ci il
tarixdən hesablanmaqla 09.04.1938-ci il tarixli qərarına əsasən cəzasını
İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının 07.02.1956-cı il tarixli
qərarına əsasən Nəzərli Zivər Əli qızına bəraət verilmişdir.
|
|
|
|
Nəzərova
Gülgəz Əzim qızı
|
|
1898-ci ildə Siyəzən rayonunun
Saadan kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Nəzərov Mustafa
Güləli oğlu (60 ) 775-ci atıcı alay komandirinin 02.04.1942-ci il tarixli
məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir.
Nəzərova Gülgəz Əzim qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR
CM-nin 63-cü maddənin III hissəsilə yaşadığı yerdən çıxmamaq şərti XDİK-in
25.04.1942 il tarixli qərarına əsasən repressiyaya məruz qalmışdır. XDİK-in
11.07.1943-cü il tarixli qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi
Nəzərova Gülgəz Əzim qızının işinə xitam verilmişdir.
|
|
|
|
Nifəliyeva Minəvvər Məmmədəli qızı
|
|
1892-ci ildə Quba rayonunun Xaspolad kəndində
anadan olmuşdur. Ailə tərkibi: qızı Məhəbbət - 1 yaşında. Həyat yoldaşı
Zamanov Xıdır Nadir oğlu (1915) 22.05.1941-ci il tarixdə Hərbi Tribunal
tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Nifəliyeva
Minəvvər Məmmədəli qızı XDİK-in 30.05.1942-ci il tarixli qərarına əsasən
vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək 5 il müddətinə sürgün
edilmişdir. Azərbaycan SSR XDİK-nin 31 oktyabr 1942-ci il qərarına əsasən
Nifəliyeva Minəvvər Məmmədəli qızının əməlində cinayət tərkibi olmadığına
görə işə xitam verilmişdir.
|
|
|
|
Niftalıyeva
Zeynəb Haçıbala qızı
|
|
1910-cu ildə Qusar rayonunun İmamqulu kəndindən
anadan olmuşdur. Ailə tərkibi: qızları Xanımnaz - 1932-ci il, Kigixanım -
1936-cı il, oğlu Razmet - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Əhməd Xan
Bəbirxan oğlu (1907) Hərbi Trbiunal tərəfindən 12 fevral 1942-ci il tarixdə
Azərbaycan SSR CM-nin 58 - 1-ci maddəsi ilə güllələnməyə məhkum olunmuşdur.
Niftalıyeva Zeynəb Haçıbala qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan
SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə sürgün
edilmişdir.
|
|
|
|
Niftiyeva-Qarayeva Zeynəb Cəbi qızı
|
|
1898-ci ildə Astraxan-Bazar (Cəlilabad) rayonunda
anadan olnıuşdur. Ailə tərkibi:
oğlanları Niftulla - 1928-ci il, Divan - 1930-cu il təvəllüdlü. Oğlu Qarayev
Fərrux Poli oğlu 06.12.1942-ci il tarixdə Hərbi Tribunal tərəfindən vətən
xaini kimi güllələnməyə məhkum edilmişdir. Niftiyeva-Qarayeva Zeynəb Cəbi
qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsilə
repressiyaya məruz qalmış SSRİ XDİK Xüsusi Müşavirəsinin 01.03.1944-cü il
tarixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstan vilayətinə sürgün
edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 09.02.1990-cı il tarixli rəyinə
əsasən Niftiyeva-Qarayeva Zeynəb Cəbi qızına bəraət verilmişdir.
|
|
|
|
Nisanova Rahilə Alan qızı
|
|
1885-ci ildə Quba şəhərində anadan olmuş, Bakı
şəhəri, Azad Azərbaycanlılar küçəsi, ev 218 ünvanında yaşamışdır. Ailə
tərkibi: oğlu Nisanov Yakov Savelyeviç (1919) -21.12.1941-ci il tarixdə
404-cü atıcı diviziyanın göstərişi ilə vətən xaini kimi güllələnməyə məhkum
edilmişdir. Nisanova Rahilə Alan qızı vətən xaininin anası kimi Azərbaycan
SSR CM-nin 63-3-cü maddəsilə repressiyaya məruz qalmış SSRİ XDİK Xüsusi
Müşavirəsinin 03.03. 1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk
vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il
tarixli rəyinə əsasən Nisanova Rəhilə Alan qızına bəraət verilmişdir.
|
|
|
|
Nizaməddinova Sofiya Nikolayevna
|
|
1900-cu ildə Tatarıstan ASSR-də Kazan quberniyasının
Onbiya kəndində anadan olmuş, Bakı şəhəri, Çadra küçəsi ev 27 unvanında
yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Nizaməddinov Ayməddin (1900) 10
oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar
Sessiyası tərəfindən əksinqilabi fəaliyyətinə görə I kateqoriya ilə həbs
edilmişdir. Nizamməddinova Sofiya Nikolayevna SSRİ MİK-nin 4 iyul 1934-cü il
qərarını əsas tutaraq 15 oktyabr 1937-ci ildə vətən xaininin həyat yoldaşı
kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il qərarına əsasən
cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum
edilmişdir. Azərbaycan SSR Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının
5 fevral 1957-ci il qərarına əsasən Nizamməddinova Sofiya Nikolayevnaya
bəraət verilmişdir.
|
|
|
|
Novruzəliyeva Həcər Paşa qızı
|
|
1924-cü ildə Nuxa rayonunun Şirinbulaq kəndində
anadan olmuşdur. Ailə tərkibi: qardaşları Yəhya Paşa oğlu - 1929-cu il,
Təmraz Paşa - 1932-ci il təvəllüdlü. Qardaşı Əsgər Paşa oğlu (1922) 1942-ci
ilin oktyabrında Orduya səfərbər edilmiş, iyul ayının 14-də 15-ə keçən gecə
düşmən tərəfə keçməyə cəhd göstərərkən 894-cü atıcı alayı, 2-ci batalyonunun
keçmiş əsgəri Novruzəliyev Əsgər Paşa oğlu güllələnməyə məhkum edilmişdir. Azərbaycan
SSR CM-nin 63-3-cü maddələri ilə vətən xaininin bacısı kimi repressiyaya
məruz qalmış İsmayılova Zeynəb İsgəndər qızının 5 il müddətinə sürgün
edilməsi haqqında təklif SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmişdir. Materiallardan
göründüyü kimi Novruzəliyeva Həcər Paşa qızı qardaşından ayrı yaşadığına görə
onun sürgün edilməsi qəbul edilməmiş və şəhərdən çıxmamaqla
cəzalandırılmışdır. SSRİ XDİK 7 iyul 1944-cü il qərarına əsasən Novruzəliyeva
Həcər Paşa qızının işinə xitam verilmişdir.
|
|
|
|
Novruzova-Bayramova Həmail Həsən qızı
|
|
1909-cu ildə Laçın rayonunun Zürük kəndində anadan olmuş, Tərtər
rayonunun Köçərli kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları Yusif -
1935-ci il, Nəsib - 1940-cı il qızı Ağgül - 1937-ci il təvəllüdlü. Həyat
yoldaşı Novruzov Qaraş Süleyman oğlu (1906) 1942-ci ilin fevral ayında Qızıl
Ordu sıralarına səfərbər edilmiş 13.01.1943-cü il tarixdə 3-cü Ordunun Hərbi
Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Novruzova
- Bayramova Həmail Həsən qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK
Xüsusi Müşavirəsinin 16.06.1943-cu ıl tarıxli qərarına əsasən 5 il müddətinə
Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorlğunun
19.02.1990-cı il tarixli rəyinə əsasən Novruzova - Bayramova Həmail Həsən qızına
bəraət verilmişdir.
|
|
|
|
Novruzova
Gülxanım Hüseyn Əli qızı
|
|
1925-ci ildə Zəngilan rayonunun Ağali kəndində
anadan olmuşdur. Ailə tərkibi: qardaşı Novruzov İslam - 1927-ci il, bacısı
Novruzova Balaxanım - 1918-ci il təvəllüdlü. Qardaşı Novruzov Əli Hüseyn Əli
oğlu vətən xaini kimi həbs edilmişdir. Novruzova Gülxanım Hüseyn Əli qızı 27
may 1943-cü il tarixdə Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə vətən xaininin
bacısı kimi təqsirli bilinərək repressiyaya məruz qalmışdır.
|
|
|
|
Novruzova
Xanım Novruz qızı
|
|
1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailə
tərkibi: oğlanları Qulu - 10 yaş, Tofiq - 4 yaş, Vahab - 2 yaş, Soxçu - 6
aylıq. Həyat yoldaşı Novruzov Heyrət Qulu oğlu (1902) 3 yanvar 1938-ci ildə
SSRİ Ali Məhkəmənin Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən
əksinqilabi, millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir.
Novruzova Xanım Novruz qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən
vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 72-73-cü maddələri
ilə təqsirli bilinərək 9 oktyabr 1937-ci il tarixdə məsuliyyətə cəlb
edilmişdir. Azərbaycan SSRİ XDİK-nin 19 aprel 1939-cu ildə qərarına əsasən
Novruzova Xanım Novruz qızının işinə xitam verilmişdir.
|
|
|
|
Novruzova Savad Qəhrəman qızı
|
|
1913-cü ildə Kəlbəcər rayonunun Abdullauşağı
kəndində anadan olmuş, Bərdə rayonu, Hacıllı kəndində yaşamışdır. Ailə
tərkibi: oğlanları Cəfər - 1933-cü il, Hidayət - 1937-ci il, Əli - 1939-cu
il, qızı Məryəm - 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Novruzov Şahmar Abdul
oğlu (1905) 1942-ci ilin fevral ayında Qızıl Ordu sıralarına səfərbər
edilmiş, 13.11.1942-ci il tarixdə 283-cü atıcı diviziyanın Hərbi Trıbunalı
tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir.
Novruzova Savad Qəhrəman qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan
SSR CM-nin 63-3-cü maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi
Müşavirəsinin 21.08.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali
Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il
tarixli rəyinə əsasən Novruzova Savad Qəhrəman qızına bəraət verilmişdir.
|
|
|
|
Novruzova Səlbi Əliqulu qızı
|
|
1903-cü ildə Cəbrayıl rayonunun Balyand kəndində
anadan olmuşdur. Ailə tərkibi: oğlanları Qəmbər Qasım oğlu- 1929 cu il,
Sərməz Qasım oğlu - 1937-ci il, Çimnaz
Qasım qızı 1942-ci ıl təvəllüdlü. Heyat yoldaŞ1 Novruzov Qasım İvas
oğlu (1902) 4 may 1942-ci ildə 3-cu ordunun Hərbi Tribunalı tərəfindən vətən
xaini kimi güllələnməyə məhkum edilmişdir. Novruzova Səlbi Əliqulu qızı
Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə təqsirli bilinərək vətən xaininin
həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi
Müşavirəsinin 29 dekabr 1943-cü il qərarına əsasən Novruzova Səlbi Əliqulu
qızı vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Şimali Qazaxstana
sürgün edilmişdir. SSRİ XDİK-nin 12 yanvar 1946-cı il qərarına əsasən Novruzova
Səlbi Əliqulu qızı cəzasının qalan hissəsindən azad edilmişdir. Azərbaycan
SSR Prokurorluğunun 19 fevral 1990-cı il rəyinə əsasən Novruzova Səlbi
Əliqulu qızına bəraət verilmişdir.
|
|
|
|
Novruzova-Aslanova Zinyət Xanlar qızı
|
|
1910-cu ildə Qubadlı rayonunda anadan olmuş, Bakı
şəhəri, Basin küçəsi 71 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı
Novruzov Müseyib Mail oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar
Sessiyası tərəfindən 25.07.1937-ci il tarixdə əksinqilabi-millətçilik
fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Novruzova-Aslanova
Zinyət Xanlar qızı vətən xaininin
həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarı əsas tutularaq
SSRİ XDİK Xüsusi Müşavirəsinin 05.11.1937- ci il tarixli qərarı ilə həbs
edilmişdir.
|
|
|
|
Numinat Camal qızı
|
|
1911-ci ildə Azərbaycan SSR Zaqatala rayonunun
Zəqəm kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Əmrah Cuma oğlu
(1907) 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Numinat
Camal qızı Azərbaycan Dövlət Siyasi İdarəsi Fövqəladə Üçlüyünün 09.03.1931-ci
il qərarına əsasən 1930-cu il aprel üsyanının fəal iştirakçısının həyat
yoldaşı kimi Qazaxstana sürgün edilmişdir. Azərbaycan Respublika
Prokurorluğunun 28 iyun 1991-ci il rəyinə əsasən Numinat Camal qızına bəraət
verilmişdir.
|
|
|
|
Nuriyeva
Gövhər Aman qızı
|
|
1910-cu ildə Astraxan-Bazar (Cəlilabad) rayonunun
Kurunc kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Nuriyev Hüsü Abbas oğlu (1898)
14 mart 1942-ci ildə Bakı Hava Hücumundan Müdafiə ordusunun Hərbi Tribunalı
tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Nuriyeva Cövhər
Aman qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddələri
ilə təqsirli bilinərək repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 10
may 1943-cü il qərarına əsasən Nuriyeva Cövhər Aman qızının işinə xitam
verilmişdir.
|
|
|
|
Nuriyeva Məryəm Abdulla qızı
|
|
1897-ci ildə Balakən rayonunun Mula kəndində anadan olmuşdur.
«Telman» adına kolxozda işləmişdir. Ailə tərkibi: oğlanları Nuriyev Müqbil
Rəsul Əli oğlu -1930-cu il, Ramazan - 1932-ci il, Şamil - 1939-cu il, Musa -
1917-ci il, qızı Aişə - 1925-ci il təvəllüdlü. 1941-ci ilin iyun ayında ordu
sıralarına çağırılmış, 3 fevral 1949-ci ildə 224-cü atıcı diviziyasının Hərbi
Tribunalı tərəfindən güllələnməyə məhkum edilmiş 160-cı atıcı alayının əsgəri
Nuriyev Musa Əli oğlunun həyat yoldaşı Nuriyeva Məryəm Abdulla qızı
Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə repressiyaya məruz qalmışdır.
Azərbaycan SSR XDİK-nin 29 dekabr 1942-ci il qərarına əsasən Nuriyeva Məryəm
Abdulla qızının atası Nuriyev Əli Murtuzəli oğlunun orduda olduğuna görə işi
dayandırılmışdır.
|
|
|
|
Nuriyeva
Sarat Xubəddin qızı
|
|
1890-cı ildə Siyəzən rayonunun Şaqlocan kəndində
anadan olmuşdur. Ailə tərkibi: oğlu Nuriyev Muradəli Əbdüləli oğlu 1909-cı il
təvəllüdlü. Oğlu Nuriyev Şəkərəli Əbdüləli oğlu Qızıl Ordu sıralarında xidmət
etmiş, 04.03.1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə 775-ci atıcı
alay komandirinin 02.04.1942-ci il tarixli göstərişinə əsasən məsuliyyətə
cəlb olunmuşdur. Nuriyeva Sarat Xubəddin qızı vətən xaininin anası kimi
Azərbaycan SSR CM-nin 63-3-cü maddənin II hissəsi ilə repressiyaya məruz
qalmışdır. XDİK-in 04.07.1943-cü il tarixli qərarına əsasən Hərbi Tribunaldan
cavab gələnə kimi Nuriyeva Sarat Xubəddin qızının işinə xitam verilmişdir.
|
|
|
|
Nuriyeva
Şirinbəyim Əliverdi qızı
|
|
1904-cü ildə İmişli rayonunun Soltanmuradlı
kəndində anadan olmuşdur. Nuriyeva Şirinbəyim Əliverdi qızı Azərbaycan SSR
CM-nin 72-ci maddəsinin I hisəsi ilə təqsirli bilinərək (kolxozçular arasında
əksinqilabi təbliğat apardığına görə) Azərbaycan SSR Ali Məhkəməsinin cinayət
işləri üzrə Məhkəmə kollegiyasının 10 yanvar 1940-cı il qərarına əsasən 4 il
müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası
Prokurorluğunun 11 dekabr 1991-ci il rəyinə əsasən Nuriyeva Şirinbəyim
Əliverdi qızına bəraət verilmişdir.
|
|
|
|
Nurməmmədova Fatma Əbdül qızı
|
|
1899-cu ildə Şamaxı şəhərində anadan olmuş, Bakı
şəhəri, Köhnə Poçt 43 ünvanında yaşamışdır. Ailə tərkibi: anası Əliyeva
Zabitə - 90 yaşında. Həyat yoldaşı Nurməmmədov Mirzə Həsən Nurməmməd oğlu
(1896) 4 iyul 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar
Sessiyası tərfindən əksinqilabi terrorçuluq fəaliyyətinə görə II kateqoriya
ilə həbs edilmişdir. Nurməmmədova Fatma Əbdül qızı SSRİ MİK-nin 4 iyul
1934-cü il qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi 8 sentyabr
1937-ci ildə SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il qərarına
əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan
məhrum edilmişdir. Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının 2 mart
1956-cı il qərarına əsasən Nurməmmədova Fatma Əbdül qızına bəraət
verilmişdir.
|
|
|
|
Nuriyeva Zeynəb Bayram qızı
|
|
1913-cü ildən İsmayıllı rayonunun Daxar kəndində
anadan olmuşdur. «1 may» adına kolxozda işləmişdir. Ailə tərkibi: oğlu Nuriyev
Balaəhməd İbrahim oğlu - 1938-ci il, Nuru- 1940-cı il. Həyat yoldaşı Nuriyev
İbrahim Nuru oğlu 10 iyun 1942-ci il, 25-ci atıcı diviziyasının Hərbi
Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Nuriyeva
Zeynəb Bayram qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3-cü
maddələri ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 13 yanvar
1944-cü il qərarına əsasən Nuriyeva Zeynəb Bayram qızının qardaşı orduda
xidmət etdiyinə görə işə xitam verilmişdir.
|
|
|
|
Nuriyeva Zərif Rüstəm qızı
|
|
1882-ci ildə İsmayıllı rayonunun Daxar kəndində anadan
olmuşdur. Ailə tərkibi: gəlini Zeynəb - 1913-cü il, nəvələri - Baləhməd - 1938-ci
il, Nuru - 1940-cı il təvəllüdlü. Oğlu Nuriyev İbrahim Nuru oğlu (1909) 10
iyun 1942-ci ildə 25-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən vətənini
dəyişdiyinə görə güllələnməyə məhkum olunmuşdur. Nuriyeva Zərif Rüstəm qızı
vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirli
bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan
SSRİ XDİK-nin 14 yanvar 1944-cü il qərarına əsasən yaşadığı yeri tərk etməmək
haqqında iltizamnamə imzalanmışdır. SSRİ DTK 8 iyul 1944-cü il qərarına
əsasən Nuriyeva Zərif Rüstəm qızının işinə xitam verilmişdir.
|