QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
P
|
Paşayeya Minayə Məmməd qızı
|
|
1915-ci ildə Quba rayonunun Şudux kəndində anadan
olmuşdur. Ailə tərkibi: oğlu Acaza, qızı Köksəma - 2 yaşında. Həyat yoldaşı
Paşayev İskəndər Hacı Bala oğlu (1903) 09.09.1941-ci il tarixdə Qızıl Ordu
sıralarına səfərbər edilmiş, 12 aprel 1942-ci il tarixdə 386-cı atıcı
diviziyanın Hərbi Tribunal tərəfindən vətən xaini kimi güllələnməyə məhkum
edilmişdir. Paşayeva Minayə Məmməd qızı vətən xaininin həyat yoldaşı kimi
Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə repressiyaya məruz qalmış, SSRİ
XDİK-nin 22.06.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstana
sürgün edilmişdir. Azərbaycan SSR XDİK tərəfindən 24.07.1945-ci il tarixdə
Paşayeva Minayə Məmməd qızının işinə xitam verilmişdir.
|
|
|
|
Paşayeva Sahibə Soltan qızı
|
|
1911-ci ildə İsmayıllı rayonunun Sulut kəndində
anadan olmuşdur. Ailə tərkibi: qızları Roza - 8 yaş, Elmira - 6 yaş, Rəfiqə -
1 yaş, qaynatası Səfurə - 80 yaş, qardaşı Mahmud Səfizadə - 32 yaş, Ənvər Sultan
oğlu 22 yaş, Bəhrəm - 27 yaşında. Həyat yoldaşı Paşayev Sultan Həmid oğlu 3 yanvar
1938 ci il SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən
əksinqilabi-millətçılik fəaliyyətinə görə I kateqoriyası ilə həbs edilmişdir.
Paşayeva Sahibə Soltan qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas
rutularaq Azərbaycan SSR CM-nin 72/73-cü maddələrı ilə təqsirli bilinərək 9 aprel
1938-ci ildə XDİK tərəfindən məsuliyyətə cəlb edilərək 2 №-li həbsxanada
saxlanılmışdır. Azərbaycan SSR XDİK-nin 8 mart 1939-cu il qərarına əsasən
yaşadığı yerdən çıxmamaqla işinə xitam verilmişdir.
|
|
|
|
Paşayeva Şövkət
İbrahim qızı
|
|
1916-cı ildə Kirovabad şəhərində anadan olmuş,
Salyan şəhəri, Beriya küçəsi ev 68 ünvanında yaşamışdır. Əksinqilabi
trotskiçilik fikirlərinə görə 23 oktyabr 1937-ci il tarixdə Gürcüstan XDİK
Üçlüyünün qərarı ilə Paşayeva Şövkət İbrahim qızı 10 il müddətinə azadlıqdan
məhrum edilmişdir. Azərbaycan SSR DTN-nin 10 avqust 1951-ci il qərarına
əsasən Paşayeva Şövkət İbrahim qızının işinə xitam verilmişdir.
|
|
|
|
Pənahova Xatın
Hüseyn qızı
|
|
1914-cü ildə Tovuz rayonunun Qaraxanlı kəndində
anadan olmuşdur. «Kirov» adına kolxozda işləmişdir. Ailə tərkibi: qızı Sona -
1938-ci il, oğlu İsa - 1942-ci il təvəllüdlü. Həyat yoldaşı Abdullayev İlyas
Qəmbər oğlu (1904) 1942-ci ilin mart ayında Qızıl Ordu sıralarına səfərbər
edilmiş, 12.04.1943-cü il tarixdə Kirovabad qarnizonu Hərbi Tribunalı
tərəfindən ordudan qaçdığına görə vətən xaini kimi güllələnməyə məhkum
edilmişdir. Pənahova Xatın Hüseyn qızı vətən xaininin həyat yoldaşı kimi
SSRİ XDİK Xüsusi Müşavirəsinin 12 fevral 1944-cü il tarixli qərarına əsasən 5
il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR
Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Pənahova Xatın Hüseyn
qızına bəraət verilmişdir.
|
|
|
|
Pəri Bağır qızı
|
|
1881-cü ildə Gəncə dairəsi Hacıalı rayonunun
Ağasıbəyli kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Cahangir
Cəfər oğlu kolxoz quruculuğu əleyhinə çıxdığına görə həbs edilmişdir.
Azərbaycan SSR Gəncə Dairəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına
əsasən Pəri Bağır qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR
CM-nin 18/79 maddələri ilə təqsirli bilinərək 6 mart 1931-ci ildən
hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 3 il müddətinə
Gəncədən Şamaxıya sürgün edilmişdir. 13 iyul 1931-ci ildə Azərbaycan Dövlət
Siyasi İdarəsinin rəisi Safronov Azərbaycan Dövlət Siyasi İdarəsinin Şamaxı Rayon
Şöbəsinin rəisinə yazılmış sorğuda Pəri Bağır qızının sürgünün qalan
hissəsindən azad edilməsi haqqında qərarın təcili yerinə yetirilməsini tələb
etmişdir.
|
|
|
|
Pirəliyeva
Veysəl Ağabala qızı
|
|
1877-ci ildə Qonaqkənd rayonunun Oyumur kəndində
anadan olmuş, Dəvəçi rayonunun Noxudar kəndində yaşamışdır. Ailə tərkibi:
oğlu Şamil - 11 yaş, nəvəsi Abdulxaliq Yusif oğlu 2 yaşında. Oğlu Soyuqov
Yusif Ələddin oğlu (1914) 27 may 1942-ci ildə 388-ci atıcı diviziyasının
Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçməyə cəhd göstərdiyinə görə
güllələnməyə məhkum edilmişdir. Pirəliyeva Veysəl Ağabala qızı vətən xaininin
anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə təqsirli bilinərək
repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin müstəntiqi
Dövlət Təhlükəsizlik leytenantı Pyaseçkaya vətən xaininin anası Pirəliyeva
Veysəl Ağabala qızının 66 №-li işinə baxaraq qərara almısdır ki, Pirəliyeva
Veysəl Ağabala qızının ögey oğlu Qızıl Orduda xidmət etdiyinə görə sürgün
edilməsi ləğv edilsin.
|
|
|
|
Pirəliyeva Zuriyət Atakişi qızı
|
|
1918-ci ildə Qusar rayonunun Laza kəndində anadan olmuşdur. Ailə tərkibi:
oğlu Pirəliyeva Şıxqaib İslam oğlu - 1938-ci il, qızı Pirəliyeva Pakizə - 1940-cı il
təvəllüdlü. Həyat yoldaşı
Pirəliyev İslam Aslan
oğlu (1910) 30 may 1942-ci ildə 25-ci
atıcı diviziyasının Hərbi Tribunalı
tərəfindən mövqeyini
dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Pirəliyeva Zuriyət Atakişi
qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə təqsirli bilinərək vətən
xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 31
mart 1943-cü il qərarına əsasən Pirəliyeva Zuriyət Atakişi qızı vətən
xaininin ailə üzvü kimi 5 il müddətinə Novosibirsk vilayətinə sürgün
edilmişdir.
Azərbaycan SSR Prokurorluğunun 29 yanvar 1990-cı
il rəyinə əsasən Pirəliyeva Zuriyət Atakişi qızına bəraət verilmişdir.
|
|
|
|
Pirməmmədova
Qızxanım Abdulla qızı
|
|
1875-ci ildə Naxçıvanın Arovsa kəndində anadan
olmuş, Qubadlı rayonunun Feyyal kəndində yaşamışdır. Ailə tərkibi: qızı
Pirməmmədova Pərizad Soltan qızı - 1928-ci il, gəlinləri - Pirməmmədova
Bədircahan Abış qızı -1910-cu il, Pirməmmədova Şahsənəm Təhməz qızı - 1912-ci
il, nəvələri Pirməmmədova Meyxanım Osman qızı - 1938-ci il, Pirməmmədova
Nurxanım Osman qızı - 1941-ci il, Fərman Emin oğlu- 1939-cu il, oğlanları
Pirməmmədov Emin Salman oğlu- 1912-ci il, Pirməmmədov Pirməmməd - 1918-ci il
təvəllüdlü. Oğlu Osman Salman oğlu (1907) 27 dekabr 1941-ci ildə Qubadlı
rayon Hərbi Komissarlığından Qızıl Ordu sıralarına səfərbər edilmiş, 3 iyun
1942-ci ildə Primorsk Ordusu 345-ci atıcı diviziyasının Hərbi Tribunalı
tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir.
Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə vətən xaininin anası kimi
repressiyaya məruz qalan Pirməmmədov Qızxanım Abdulla qızının 5 il müddətinə
sürgün edilməsi haqqında təklif baxılmaq üçün SSRİ XDİK-nə təqdim edilmiş və
oğlanları Emin və Pirməmməd xidmət etdiyinə görə onun haqqında repressiya
dayandırılmışdır.
|
|
|
|
Pirməmmədova
Bədircahan Abış qızı
|
|
1910-cu ildə Qubadlı rayonunda anadan olmuşdur. Ailə tərkibi: qızları
Meyxanım -
1938-ci
il, Nurxanım -1941-ci il,
qaynanası Qızxanım - 1875-ci il
təvəllüdlü. Həyat yoldaşı
Pirməmmədov Osman
Salman oğlu
(1907) vətən xaini kimi
həbs edilmişdir. Pirməmmədova Bədircahan Abış qızı vətən xaininin
həyat yoldaşı kimi
Azərbaycan SSR CM-nin 63-3-cü maddəsilə repressiyaya məruz qalmış SSRİ
XDİK Xüsusi Müşavirəsinin 30.01.1943-cü il tarixli qərarına əsasən Novosibirsk vilayətinə 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR
Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən
Pirməmmədova
Bədircahan Abış qızına bəraət verilmişdir.
|
|
|
|
Pirməmmədova
Şahsənəm Təhməz qızı
|
|
1912-ci ildə Qubadlı rayonunun Tustkain kəndində
anadan olmuş, Qubadlı rayonunun Taqdi kəndində yaşamışdır. Ailə tərkibi:
həyat yoldaşı Pirməmmədov Əmin Salman oğlu 1912-ci il təvəllüdlü. Qaynı
Pirməmmədov Osman Salman oğlu (1907) 27 dekabr 1941-ci ildə düşmən tərəfə
keçdiyinə görə 03 iyun 1942-ci il tarixdə Primorski Ordusunun 345-cı atıcı
diviziyanın Hərbi Tribunal tərəfindən güllələnməyə məhkum edilmişdir. Pirməmmədova
Şahsənəm Təhməz qızı Azərbaycan SSR Cinayət Məcəlləsinin 63-3-cü maddələri ilə
vətən xaininın ailə üzvü kimi repressiyaya məruz qalmışdır.
|
|
|
|
Poladova Beyçinin Cəfər qızı
|
|
1864-cü ildə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. Ailə tərkibi: bacısı
Poladova
Sənəm
Cəfər qızı -
1920-ci
il, qardaşları Qarayev Lətif Cəfər oğlu, Şəmsəddin, Abuzər. Kürəkəni Poladov
Zahid Ramazan oğlu (1906) 3 fevral 1942-ci ildə 224-cü atıcı
diviziyasının Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Poladova Beyçinin Cəfər
qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə təqsirli bilinərək vətən xaininin qaynanası kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 4 aprel 1944-cü il
qərarına əsasən Poladova Beyçinin Cəfər
qızının yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.
|
|
|
|
Poladova Sənəm Cəfər qızı
|
|
1920-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. Ailə tərkibi:
həyat yoldaşı Poladov
Zahid Ramazan oğlu
(1906) 3
fevral
1942-ci ildə 224-cü atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə
məhkum edilmişdir.
Poladova Sənəm
Cəfər qızı Azərbaycan SSR CM-nin 63-3-cu maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 18 yanvar 1944-cü il
qərarına əsasən Poladova
Sənəm
Cəfər qızının 3 qardaşı Qızıl
Orduda xidmət etdiyinə görə ona qarşı
repressiya
dayandırılmışdır. SSRİ XDİK-nin 4 aprel 1944-cü il
qərarına əsasən Poladova
Sənəm Cəfər qızının yaşadığı
yerdən çıxmamağı haqqında işinə xitam verilmişdir.
|
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|