|
Ramazanova Aliyə Əziz qızı
|
|
1911-ci ildə Qusar rayonunun Avaran kəndində anadan
olmuşdur. Ailə tərkibi: qızı
Gülşən Əbdülrəhman qızı - 1936-cı il, oğlu Ramazan - 1938-ci il təvəllüdlü. Həyat yoldaşı
Ramazanov Əbdülrəhman Ramazan oğlu 1941-ci ilin sentyabrında Qusar rayon
hərbi komissarlığı tərəfindən Qızıl Ordu sıralarına səfərbər edilmiş, düşmən
tərəfə keçdiyinə görə 15 fevral 1942-ci il tarixdə 386-cı atıcı diviziyasının
Hərbi Tribunalı tərəfindən güllələnməyə məhkum edilmişdir. Ramazanova Aliyə
Əziz qızı Azərbaycan SSR XDİK tərəfindən vətən xaininin həyat yoldaşı kimi
Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirli bilinərək 26 aprel 1942-ci
ildə həbs edilmiş SSRİ XDİK Xüsusi Müşavirəsinin 24 iyun 1942-ci il tarixli
qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR
Prokurorluğunun 30 may 1942-ci il qərarına əsasən Ramazanova Aliyə Əziz qızı
günahı sübuta yetmədiyi üçün azad edilmişdir.
|
|
|
|
Ramazanova Xanımbacı Xudabaxış qızı
|
|
1897-ci ildə Astara rayonunun Şiyəkəran kəndində
anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Ramazanov Musa Ramazan oğlu -
1872-ci il. Oğlu Mikayıl Musa oğlu (1915) 25 fevral 1942-ci ildə düşmən
tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Ramazanova Xanımbacı
Xudabaxış qızı 28 iyun 1941-ci il tarixdə yaşadığı yerdən çıxmamaq şərti ilə
Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə vətən xaininin anası kimi təqsirli
bilinərək repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul
1942-ci il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi iş dayandırılmışdır.
Azərbaycan XDİK Astara Rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən
Ramazanova Xanımbacı Xudabaxış qızının işinə xitam verilmişdir.
|
|
|
|
Rəhimbəyova-Məmmədova Zəhra Məmmədsadıx qızı
|
|
1921-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailə
tərkibi: anası Rəhimbəyova Böyükxanım - 63 yaş, atası Məmmədsadıx Məmmədbağır
70 yaş. (Bakı şəhər Tibb İnstitutunda kamendant işləyib), həyat yoldaşı
Məmmədov Səbzəli Rza oğlu (1913). Rəhimbəyova-Məmmədova Zəhra Məmmədsadıx
qızı 1914-cü ilin sentyabr ayında Bakı şəhər Oktyabr rayon Hərbi Komissarlığı
tərəfindən Tibb bacısı kimi Qızıl Orduya səfərbər edilmiş, 6 sentyabr 1941-ci
ildən 5 iyul 1942-ci ilə kimi Qızıl Orduda Tibb bacısı kimi xidmət etmişdir.
Səfərbərlikdən sonra Kutaisi şəhərinə 388-ci atıcı diviziyasının 475-ci
sanitar batalyonuna göndərilmiş, döyüş zamanı sol çiynindən yaralanmış və
almanlar tərəfindən əsir götürülmüşdür. Əsir düşəndən sonra başqa əsirlərlə
birlikdə Sevostopol həbsxanasında yerləşdirildi və orada ona tibbi yardım
göstərilmişdir. Təxminən 3 aydan sonra düşərgə komendant qadınlardan ibarət
hərbi əsirləri eşalonla Polşanın Smela şəhərinə göndərir, hərbi əsirlərdən
ibarət düşərgədə 4 ay saxlanıldıqdan sonra Vladimir Volinsk şəhərində
yerləşən hərbi əsirlər düşərgəsinə göndərilmişdir. Orada 5 ay saxlanıldıqdan
sonra Almaniyanın Vustrov şəhərinə aparılmış və 1943-cü ilin axırlarına kimi
«Vustrov» düşərgəsində saxlanılarkən başqa əsirlərdən öyrənir ki, burada
Azərbaycan legionu fəaliyyət göstərir hansı ki, Azərbaycanlı mayor Fətəlibəyli
rəhbərlik edir və Azərbaycanlı hərbi əsirlər onun sərəncamındadır və onlar
heç bir işə göndərilmir. Təxminən 1944-cü ilin yanvarında 26 hərbi əsirlərlə
birlikdə Rəhimbəyova-Məmmədova Zəhra Məmmədsadıx qızı düşərgədən azad edilib
Berlin şəhərinə gətirilir. (Azərbaycan legionu ştabına). Rəhimbəyova-Məmmədova
Zəhra Məmmədsadıx qızı RSFSR CM-nin 58-3 maddələri ilə təqsirləndirilmiş, 1009
№-li cinayət işi baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmiş
və 14 iyul 1945-ci ildə həbs edilmiş, Cacikan şəhər XDİK-in 1 №-li həbsxanasında
saxlanılması haqqında göstəriş verilmişdir. 1003 №-li 17 iyul 1945-ci il
tarixli orderlə 8 il müddətinə azadlıqdan məhrum edilmiş,
Rəhimbəyova-Məmmədova Zəhra Məmmədsadıx qızının günahı sübuta yetmədiyi üçün 3
iyul 1946-cı il 26 №-li orderlə azad edilmişdir.
|
|
|
|
Rəcəbova Mürvət Balabəy qızı
|
|
1908-ci ildə Zaqatala rayonunun Əliabad kəndində anadan olmuşdur.
Ailə tərkibi: həyat yoldaşı Rəcəbov Rəcəb İsa oğlu (1906) 11 iyul 1942-ci
ildə 456-cı atıcı alayı XDİK Xüsusi Müşavirəsi tərəfmindən Qızıl Orduda
xidmətdən yayındığına görə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR
CM-nin 63-3-cü maddələri ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya
düşən Rəcəbova Mürvət Balabəy qızının 5 il müddətinə sürgün edilməsi haqqında
təklif baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmişdir. SSRİ
XDİK-nin 10 sentyabr 1943-cü il tarixli qərarına əsasən müəyyən edilmişdir
ki, Rəcəbova Rəcəb İsa oğlunun cinayət işində kifayət qədər əsas olmadığı
üçün onun həyat yoldaşı Rəcəbova Mürvət Balabəy qızının sürgün edilməsi qəbul
edilməmiş və yaşadığı yerdən çıxmamaq haqqında qeydiyyatı
dayandırılmışdır.
|
|
|
|
Rəcəbova Nigar Rza qızı
|
|
1911-ci ildə Astara rayonunun Ərçivan kəndində
anadan olmuşdur. Ailə tərkibi: oğlanları Əliyev Mirqələm Fətəli oğlu - 1930-cu
il, Əli Fətəli oğlu - 1937-ci il, Ağaməd Fətəli - 1941-ci il, Novruz - 1942-ci
il, qızı Nisə - 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Rəcəbov Fətəli Əli Məhəmməd
oğlu (1903) 1942-ci ilin sentyabrında Qızıl Orduya səfərbər edilmiş, 5 noyabr
1942-ci ildə Hərbi Tribunal tərəfindən mövqeyini dəyişdiyinə görə
güllələnməyə məhkum edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan SSR CM-nin
63-3-cü maddəsi ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya düşən
Rəcəbova Nigar Rza qızının 5 il müddətinə sürgün edilməsi haqqında təklif
baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmiş və SSRİ XDİK
Xüsusi Müşavirəsinin 15 may 1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə
Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan Respublikası Baş
Prokurorluğunun 8 yanvar 1998-ci il rəyinə əsasən Rəcəbova Nigar Rza qızının
əri ilə heç bir qanunsuz cinayət hərəkəti olmadığı üçün, Azərbaycan Respublikası
«Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında» 16 mart 1996-cı il
tarixli qanununun 1 və 5 maddələrini rəhbər tutaraq təmizə çıxarılaraq bəraət
verilmişdir.
|
|
|
|
Rəhimə Mahmud Zeynal qızı
|
|
1913-cü ildə Zaqatala Dairəsi Caro Muxax
rayonunun, Talı kəndində anadan olmuşdur. Ailə tərkibi: qayınatası Hafiz
Əfəndi 1920-1930-cu illərdə üsyanın iştirakçısı kimi həbs edilmişdir. Rəhimə Mahmud
Zeynal qızı Zaqatala Dairə Fövqəladə Üçlüyünün 9 mart 1931-ci il qərarına
əsasən vətən xaininin ailə üzvü kimi Qazaxstana sürgün edilmişdir.
|
|
|
|
Rəhimova Güldəstə Dadaş qızı
|
|
1885-ci ildə Bakı şəhərinin Suraxanı kəndində
anadan olmuşdur. Ailə tərkibi: oğlu Rəhimov Mürsəl 23 - yaş, Kazım - 32 yaş,
qızı Korsun - 21 yaş, qardaşları Dadaşov Ağami - 75 yaş, bacıları - Balabəyova
Gülnarə - 80 yaş, Pərzad Dadaş qızı Salayev, atası Dadaş Kərim oğlu. Rəhimov
Mürsəl Barzi oğlu düşmən tərəfə keçdiyinə görə 09.01.1943-cü il tarixdə həbs
edilmişdir. Rəhimova Güldəstə Dadaş qızı Azərbaycan SSR CM-nin 74-cü maddəsi
ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 may 1943-cü il
qərarına əsasən Rəhimova Güldəstə Dadaş qızının işinə xitam verilmişdir.
|
|
|
|
Rəhimxanova Məsən Əli qızı
|
|
1913-cü ildə Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Ailə tərkibi:
həyat yoldaşı Rəhimxanov Bəkir Mirzəli oğlu 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına
səfərbər edilmiş, düşmən
tərəfə keçdiyinə görə 772-ci atıcı alay komandirinin məlumatına əsasən 25 fevral 1942-ci ildə məsuliyyətə cəlb
olunmuşdur. Rəhimxanova Məsən
Əli qızı vətən xaininin
həyat
yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-cü maddənin III hissəsi ilə təqsirli bilinərək SSRİ
XDİK-nin 28
may 1941-ci
il əmrinə əsasən yaşadığı yerdən
çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən
Rəhimxanova Məsən Əli qızının yaşadığı yerdən çıxmamağı haqqında iltizam Hərbi
Tribunaldan
cavab gələnə
kimi dayandırılmışdır. Azərbaycan SSR
XDİK Qusar
rayon şöbəsınin
25 iyul 1943-cü il məlumatına əsasən həyat
yoldaşının vətən xaini
olması barədə Hərbi Tribunaldan sorğu daxil olmadığı üçün Rəhimxanova
Məsən Əli qızının işinə xitam verilmişdir.
|
|
|
|
Rəhimova Xanım Ağasi qızı
|
|
1894-cü ildə Nuxa rayonunda anadan olmuş, Nuxa
Qışlaq 29, Noul küçəsi, ev 26 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları
Ömərov Qurban Əhməd oğlu - 1926-cı il, Məmmədsaleh - 1930-cu il, qızı Minarə -
1926-cı il təvəllüdlü. Ögey oğlu Bəxtiyar (1932) 27.06.1942-ci il tarixdə
211-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə
məhkum edilmişdir. Rəhimova Xanım Ağasi qızı vətən xaininin analığı kimi
17.05.1944-cü il tarixdə Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə təqsirli
bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan
SSR XDİK-nin 17 may 1944-cü il qərarına əsasən ailəsində Qızıl Orduda xidmət
edən olduğu üçün Rəhimova Xanım Ağasi qızının işinə xitam verilmişdir.
|
|
|
|
Rəhimova Xanımağa Ağamalı qızı
|
|
1912-ci ildə Astara rayonunun Dilmədi kəndində
anadan olmuşdur. Ailə tərkibi: oğlu Kazımov Həbibulla Nuru oğlu
1940-cı il təvəllüdlü. Həyat yoldaşı Rəhmanov Nurməmməd Kazım oğlu (1907) 12 yanvar 1943-cü
ildə düşmən tərəfə keçməyə cəhd göstərdiyinə görə 270-ci atıcı diviziyasının əsgərləri tərəfindən öldürülmüşdür. Azerbaycan SSR
CM-nin 63-3-cü maddələri ilə Rəhmanova Xanımağa Ağamalı qızı vətən xaininin həyat yoldaşı
kimi repressiyaya məruz qalmışdır. 15 iyul 1943-cü il qərarına əsasən Rəhimova Xanımağa Ağamalı qızının qardaşlarının orduda
olduğunu nəzərə alaraq işə xitam verilmişdir.
|
|
|
|
Rəhimova Leyla
Məhərrəm qızı
|
|
1917-ci ildə Şuşa rayonunda anadan olmuş, Göyçay
şəhəri, Krestyanskaya küçəsi 13 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Fuad
- 1936-cı il, Vaqif- 1940-cı il, qızı Zərifə - 1937-ci il təvəllüdlü. Həyat
yoldaşı Rəhimzadə Rəsul Abdulla oğlu (1909) 23.11.1942-ci il tarixdə 34-cü xüsusi
atıcı briqadanın Hərbi Tribunal tərəfindən vətən xaini kimi güllələnməyə
məhkum edilmişdir. Rəhimova Leyla Məhərrəm qızı vətən xaininin həyat yoldaşı
kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə repressiyaya məruz qalmış
Azərbaycan SSR XDİK-nin 29.12.1940-cı il tarixli qərarına əsasən 5 il
müddətinə Şimali Qazaxstan vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR
Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Rəhimova Leyla
Məhərrəm qızına bəraət verilmişdir.
|
|
|
|
Rəhimova Nazlı Hacı Əli qızı
|
|
1857-ci ildə Naxçıvan ASSR Abrakunis rayonunun
Bananyar kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Rəhimov Miri Abbas
oğlu - 1910-cu il, gəlini Durna Əlimirzə qızı - 1917-ci il, nəvələri - İsa
Abdulla oğlu - 1925-ci il, Qəndab - 1928-ci il, Nəsir Miri oğlu -1941-ci il,
Abbas Miri oğlu 1942-ci il təvəllüdlü. Rəhimov Rəhim Abbas oğlu (1915)
1941-ci ilin iyun ayında Oızıl Ordu sıralarına səfərbər edilmiş, 29 mart
1943-cü ildə Bakı Qarnizonu Hərbi Tribunalı tərəfindən vətənini dəyişdiyinə
görə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM-nin 63-3-cü maddələri
ilə vətən xaininin anası kimi repressiyaya düşən Rəhimova Nazlı Hacı Əli
qızının 2 oğlu Mirzəməmməd və Mirzəli Abbas oğlanlarının Qızıl Orduda
olduğunu və yaşını nəzərə alaraq (yaşadığı yerdən çıxmamaqla) repressiyanın
dayandırılması haqqında göstəriş verilmişdir. SSRİ DTK-nın 12 noyabr 1943-cü
il tarixli qərarına əsasən Rəhimova Nazlı Hacı Əli qızının yaşadığı yerdən
çıxmamaq haqqında işinə xitam verilmişdir.
|
|
|
|
Rəhimova Pakizə
|
|
1915-ci ildə Ermənistan SSR Vedinski rayonunda
anadan olmuş, Naxçıvan SSSR, Çulfa rayonu, Abrakünis kəndində yaşamışdır.
Rəhimova Pakizə Azərbaycan SSR CM-nin 72,130 II hissəsilə 139 və 143
maddələri ilə təqsirli bilinərək 15.08.1940-cı il tarixdə Naxçıvan MSSR Prokurorluğu
tərəfindən həbs edilmişdir. 28.01.1955-ci il tarixdə Naxçıvan MSSR
Prokurorluğu tərəfindən işinə xitam verilmişdir.
|
|
|
|
Rəhimova
Səfurə Ağa Rəhim qızı
|
|
1912-ci ildə Göyçay rayonunda anadan olmuş, Bakı
şəhəri, Azadlıq küçəsi 94 ünvanında yaşamışdır. Ailə tərkibi: atası Rəhimov
Ağa Rəhim Rza Məmməd oğlu 65 yaş, anası Rəhimova Bəyimcan Kazım
qızı 50 yaşında. 1924-cü ilə kimi Göyçay rayonunda oxumuş, sonra Bakı
Pedaqoji Texnikumuna daxil olmuşdur. Oranı bitirdikdən sonra Göyçay rayonuna
müəllimə vəzifəsinə göndərilir. 1933-cü ildə Tibb İnstitutuna daxil olmuş,
1938-ci ildə institutu bitirdikdən sonra Qazı-Məmməd rayonunun Rəncbər
kəndində sahə həkiminin müavini işləmişdir. Azərbaycan SSR XDİK-nin 8 yanvar
1940-cı il qərarına əsasən Rəhimova Səfurə Ağa Rəhim qızı Bakı İran
Konsulluğunun əməkdaşları ilə əlaqəsinə görə Azərbaycan SSR CM-nin 68-ci
maddəsilə 27 №-li orderlə məsuliyyətə cəlb edilərək həbs olunmuşdur.
Azərbaycan SSR XDİK-nin 8 fevral 1940-cı il qərarına əsasən Rəhimova Səfurə
Ağa Rəhim qızının işinin dayandırılması haqqında təklif verilir. Rəhimova
Səfurə Ağa Rəhim qızının 9 fevral 1940-cı il tarixdə 46 №-li orderlə yaşadığı
yerdən çıxmamaq haqqında işinə xitam verilmiş və azad edilmişdir.
|
|
|
|
Rəhimova Pəri
Əlirza qızı
|
|
1919-cu ildə Karyagin rayonunun Kərimbəyli
kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu İsmayıl - 1935-ci il, Heydər -
1939-cu il təvəllüdlü. Həyat yoldaşı Rəhimov Muxtar Alanqulu oğlu
20.11.1941-ci il tarixdə Hərbi Tribunal tərəfindən vətən xaini kimi
güllələnməyə məhkum edilmişdir. Rəhimova Pəri Əlirza qızı vətən xaininin
həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsilə repressiyaya məruz
qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 17.10.1942-ci il tarixli qərarına
əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Sonra isə
30.12.1942-ci il tarixli qərara əsasən Şimali Qazaxstana köçürülmüşdür.
Azərbaycan SSR Prokurorluğunun 09.02.1990-cı il tarixli rəyinə əsasən
Rəhimova Pəri Əlirza qızına bəraət verilmişdir.
|
|
|
|
Rəxşəndə Əzim qızı
|
|
1881-ci ildə Qaradonlu rayonunun Əlyetməz
kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Ələkbər - 12 yaş, qızları Kubra,
Səkinə -9 yaş, qaynanası Qönçə - 80 yaşında. Rəxşəndə Əzim qızı sovet
hökuməti əleyhinə tədbirlər keçirdiklərinə görə 22 avqust 1937-ci ildə 41
saylı orderlə XDİK Sabirabad Rayon Şöbəsi tərəfindən həbs edilmiş, Kirovabad
həbsxanasında saxlanmışdır. Rəxşəndə Əzim qızının işi sübuta yetmədiyi üçün
22 sentyabr 1937-cı il tarixdə azad olunmuşdur.
|
|
|
|
Rəsulova Leyla xanım Allahverdi qızı
|
|
1899-cu ildə Bakı şəhərində anadan olmuşdur. Ailə
tərkibi: həyat yoldaşı Rəsulov Nəcəf Məmməd oğlu 1882-ci il təvəllüdlü, qızı
Rəsulova İfrat Nəcəf qızı (1862) sovet hökuməti əleyhinə təbliğat apardığına
görə RSFSR CM-nin 58 - 6-cı maddələri ilə təqsirli bilinərək SSRİ XDİK-nin 25
sentyabr 1943-cü il qərarını əsasən 7 yanvar 1943-cü ildən hesablanmaqla, 10 il
müddətinə azadlıqdan məhrum edilmişdir. Rəsulova Leyla xanım Allahverdi qızı
Sovet hökuməti əleyhinə təbliğat apardığına görə Azərbaycan SSR CM-nin 68-ci
maddənin I hissəsilə təqsirli bilinərək SSRİ XDİK Xüsusi Müşavirəsinin 25
sentyabr 1943-cü il qərarına əsasən 17 noyabr 1942-ci ildən hesablanmaqla
cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrurn
edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsi Cinayət İşləri üzrə Məhkəmə
Kollegiyasının 18 avqust 1956-cı il qərarına əsasən Rəsulova Leyla xanım Allahverdi
qızına bəraət verilmişdir.
|
|
|
|
Rəsulova Fatma
Hüseyn qızı
|
|
1900-cu ildə Naxçıvan ASSR Noraşen rayonunun
Tumaslu kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Məcid - 12 yaşında. Rəsulova
Fatma Hüseyn qızı Naxçıvan MSSR DTK-nın 19 iyun 1941-ci il tarixli qərarına
əsasən Tumaslı kənd kolxozçu qadınları arasında Sovet hökuməti əleyhinə,
kolxoz quruluşuna qarşı əksinqilabi təbliğat apardığına görə Azərbaycan SSR
CM-nin 72-ci maddəsinin I hissəsilə təqsirləndirilərək 24 iyun 1941-ci ildə
həbs edilmiş və Noraşen rayon KPZ-də saxlanılmışdır. Rəsulova Fatma Hüseyn
qızı 1941-ci ilin avqust ayında Naxçıvan MSSR Ali Məhkəməsi tərəfindən 5 il
müddətinə azadlıqdan məhrum edilmişdir. 10 avqust 1941-ci ildə Rəsulova Fatma
Hüseyn qızı ərizə ilə günahkar olmadığı üçün Ali Məhkəməyə müraciət edir və
isə yenidən baxılmasını xahiş edir. Naxçıvan MSSR Ali Məhkəməsinin 18 dekabr 1941-ci
il tarixli qərarına əsasən məlumat verilmişdir ki, Rəsulova Fatma Hüseyn qızı
düşərgədə vəfat etmişdir.
|
|
|
|
Rəsulova Kövsər Musa qızı
|
|
1898-ci ildə Nuxa şəhərində anadan olmuş, Nuxa
şəhəri Zaqatala küçəsi ev 31 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları
Məmmədova Suraya Cabbar qızı, Məmmədova Nuriyə Cabbar qızı - 1930-cu il, oğlu
Məmmədova Səttar Cabbar oğlu 1935-ci il təvəllüdlü. Oğlu Məmmədov Fərrux Cabbar
oğlu (1921) 18 noyabr 1942-ci ildə SSRİ XDİK-nın Xüsusi Müşavirəsi tərəfindən
mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR
CM-nin 63-3-cü maddələri ilə vətən xaininin anası kimi repressiya düşən
Rəcəbova Kövsər Musa qızının 5 il müddətinə sürgün edilməsi haqqında təklif
baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmiş, SSRİ XDİK Xüsusi
Müşavirəsinin 20 yanvar 1943-cü il qərarına əsasən 5 il müddətinə uşaqları
ilə birlikdə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR
Prokurorluğunun 21 fevral 1990-cı il rəyinə əsasən Rəcəbova Kövsər Musa
qızına bəraət verilmişdir.
|
|
|
|
Rəsulova Maqi Mirzə qızı
|
|
1917-ci ildə Siyəzən rayonunun Zərgərli kəndində
anadan olmuşdur. Ailə tərkibi: qızı Ağabacı - 3 aylıq, oğlu Qiyas - 10
yaşında. Həyat yoldaşı Rəsulov Rəsul İlyas oğlu 775-ci atıcı alay
komandirinin 02.04.1942-ci il tarixli məlumatına əsasən düşmən tərəfə
keçmişdir. Rəsulova Maqi Mirzə qızı vətən xaininin həyat yoldaşı kimi
Azərbaycan SSR CM-nin 63-3-cü maddənin II hissəsi ilə DİK-in 27.04.1942-ci il
tarixli qərarına əsasən repressiyaya məruz qalmışdır. 04.07.1943-cü il
tarixdə XDİK-in qərarına əsasən Hərbi
Tribunaldan cavab gələnə kimi işə xitam verilmişdır.
|
|
|
|
Rəsulova Nailə Əmirsultan qızı
|
|
1914-cü ildə Qusar rayonunun Gündüzqala kəndində
anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Rəsulov Mirzağa Sultan oğlu 5 sentyabr
1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş düşmən tərəfə keçdiyinə
görə 772-ci atıcı alay komandirinin məlumatına əsasən 2 aprel 1942-ci ildə
məsuliyyətə cəlb olunmuşdur. Rəsulova Nailə Əmirsultan qızı vətən xaininin
həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-cü maddənin III hissəsi ilə
təqsirli bilinərək SSRİ XDİK-nin 28 may 1941-ci il əmrinə əsasən yaşadığı
yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR
XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Rəsulova Nailə Əmirsultan qızının
yaşadığı yerdən çıxmamaq haqqında iltizamı Hərbi Tribunaldan cavab gələnə kimi
dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 25 iyul 1943-cü
il məlumatına əsasən həyat yoldaşının vətən xaini olması barədə Hərbi Tribunaldan
sorğu daxil olmadığı üçün Rəsulova Nailə Əmirsultan qızının işinə xitam
verilmişdir.
|
|
|
|
Rəsulova Sayat İsgəndər qızı
|
|
1877-ci ildə Qusar rayonunun Gunduzqala kəndində
anadan olmuşdur. Ailə tərkibi: oğlu Rəsulov Mirzə Ağa Həsən Ağa oğlu Qızıl
Ordu sıralarına səfərbər edilmiş, düşmən tərəfə keçdiyinə görə Komandanlığının
məlumatına əsasən 25 fevral 1942-ci il tarixli qərarına əsasən güllələnməyə
məhkum edilmişdir. Rəsulova Sayat İsgəndər qızı vətən xaininin anası kimi
Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirli bilinərək repressiyaya
məruz qalmışdır.
|
|
|
|
Rəsulova Səkinə Abbas qızı
|
|
1870-ci ildə Qazax rayonunun Eynallı kəndində
anadan olmuşdur. Ailə tərkibi: oğlu Ələkbərov Musa Məmmədəli oğlu. Oğlu
Rəsulov İbrahim İbrahim oğlu düşmən tərəfə keçdiyinə görə Komandanlığının
məlumatına əsasən həbs edilmişdir. Rəsulova Səkinə Abbas qızı vətən xaininin
anası kimi 18.05.1944-cü il tarixdə Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə
təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya
məruz qalmışdır.
|
|
|
|
Rəşidova Bilqeyis Rəfi qızı
|
|
1914-cü ildə Bakı şəhərində anadan olmuş, Malıqina 15/3, mənzil 11 ünvanında
yaşamışdır. Ailə tərkibi: qardaşları Məmmədov İsmayıl Rəfi oğlu - 1923-cü il,
Məmməd Rəfi oğlu - 1924-cü il, İbrahim Rəfi oğlu - 1931-ci il, anası Səkinə Həbib
qızı - 45 yaş. Həyat yoldaşı Xıdırov Atabala İbrahim oğlu - 35 yaşında. Rəşidova
Bilqeyis Rəfi qızı Azərbaycan SSR CM-nin 17 və 69-cu maddələri ilə
əksinqilabi təbliğatda təqsirli bilinərək 15 yanvar 1942-ci ildə həbs edilmiş
SSRİ XDİK Xüsusi Müşavirənin 26 fevral 1942-ci il qərarına əsasən cəzasını
İslah-Əmək Düşərgəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum
edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 30 noyabr 1989-cu il tarixli
rəyinə əsasən Rəşidova Bilqeyis Rəfi qızına bəraət verilmişdir.
|
|
|
|
Rəşidzadə Xavər
Əli qızı
|
|
1880-ci ildə Ordubad rayonunda anadan olmuşdur. Ailə tərkibi:
qızları Mustafayeva Firuzə - 1897-ci il, Əlizadə Qəmər - 1917-ci il, oğlanları Mustafayev
Ələkbər - 1906-cı il, Ələsgər - 1910-cu il
təvəllüdlü. Həyat yoldaşı
Rəşidzadə Faiq əksinqilabi təbliğat apardığına görə həbs edilmişdir. Rəşidzadə Xavər
Əli qızı Azərbaycan SSR Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 noyabr 1947-ci il
qərarı ilə Azərbaycan SSR CM-nin 130-cu maddəsinin II hissəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ Ali
Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasıın 7 aprel 1948-ci il qərarına əsasən
Rəşidzadə Xavər Əli qızına bəraət verilmişdir.
|
|
|
|
Rüstəmova
Məhtəban Əsgər qızı
|
|
1890-cı ildə Kirovobad şəhərində anadan olmuş,
Kirovobad şəhəri, Papanin küçəsi ev 49 ünvanında yaşamışdır. Ailə tərkibi:
oğlu Hacıyev Məmməd Ələkbər oğlu (1912) 22 may 1943-cü il SSRİ XDİK Xüsusi
İdarəsinin qərarı ilə mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum
edilmişdir. Rüstəmova Məhtəban Əsgər qızı Azərbaycan SSR CM-nin 63-3-cü
maddələri ilə təqsirli bilinərək vətən xaininin anası kimi repressiyaya məruz
qalmışdır. SSRİ XDİK-nin 17 may 1944-cü il qərarına əsasən Rüstəmov Məhtəban
Əsgər qızının oğlu Məhəmməd Ələkbər oğlu ondan ayrı yaşadığına görə yaşadığı
yerdən çıxmamaq haqqında işi dayandırılmışdır.
|
|
|
|
Ruqiyət Hacı
Məhəmməd qızı
|
|
1876-cı ildə Zaqatala Dairə Caro - Muxax
rayonunun Talı kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Fatma -
1918-ci il, Asuray - 1920-ci il, Əminət - 1922-ci il təvəllüdlü. Həyat
yoldaşı Molla Məhəmməd Şeyxzadə 1920-30-cu illərdə aprel üsyanının
iştirakçısı kimi həbs edilmişdir. Ruqiyət Hacı Məhəmməd qızı aprel üsyanının
fəal iştirakçısının həyat yoldaşı kimi 24 mart 1931-ci ildə həbs edilmiş,
Zaqafqaziya Dairə Fövqəladə Üçlüyünün 25 mart 1931-ci il qərarı ilə
Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 20 iyun 1990-cı
il rəyinə əsasən Ruqiyət Hacı Məhəmməd qızına bəraət verilmişdir.
|
|
|
|
Rüstəmova Bənövşə Məmmədəli qızı
|
|
1914-cü ildə Kirovabad şəhərində anadan olmuş,
Kirovabad şəhəri, 28 aprel, ev 166 ünvanında yaşamışdır. Ailə tərkibi:
qızları Brilliant- 1934-cü il, Həqiqət - 1938-ci il, Elmira - 1942-ci il,
oğlu Telman - 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Rüstəmov Tərlan Mehdi oğlu
(1905) Qızıl Ordu sıralarında xidmət etmiş, 775-ci atıcı Divizayının Hərbi
Tribunalı tərəfindən 25.04.1942-ci il tarixli 00107 №-li əmrinə əsasən düşmən
tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdır. Sonra güllələnmə ləğv
edilərək cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 10 il müddətinə azadlıqdan
məhrum edilmişdir. Rüstəmova Bənövşə Məmmədəli qızı vətən xaininin həyat
yoldaşı kimi Azərbaycan SSR 63-3-cü maddənin II hissəsilə təqsirli bilinərək
yaşadığı yerdən çıxmamaq şərti ilə Azərbav can SSR XDIK-nin 07.07.1942-ci il
qərarına əsasən repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin
23.07.1942-ci il tarixli qərarına əsasən Rüstəmova Bənövşə Məmmədəli qızının
işinə xitam verilmişdir.
|
|
|
|
Rüstəmova Fatma
Niyaz qızı
|
|
1922-ci ildə Siyəzən rayonunun Məsrif kəndində anadan
olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Rüstəmov Şirin Nəzər Əli oğlu (1905) 1941-ci
ilin sentyabr ayında Dəvəçi rayon Hərbi Komissarlığı tərəfindən ordu
sıralarına səfərbər edilmişdir. 27 may 1942-ci ildə 388-ci atıcı diviziyasının
Hərbi Tribunalı tərəfindən əlində silah düşmən tərəfə keçdiyinə görə 775-ci
atıcı alayının, 9-cu rotanın 1-ci vzvodunun keçmiş əsgəri Rüstəmova Şirin
Niyaz oğlu güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM-nin 63-3-cü
maddələri ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya düşən Rüstəmova
Fatma Niyaz qızının 5 il müddətinə sürgün edilməsi haqqında təklif baxılmaq
üçün SSRİ XDİK Xüsusi Müşavirəyə təqdim edilmiş və SSRİ XDİK Xüsusi
Müşavirəsinin 21 noyabr 1942-ci il qərarına əsasən 5 il müddətinə Novosibirsk
vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 9 fevral 1990-cı
il rəyinə əsasən Rüstəmova Fatma Niyaz qızına bəraət verilmişdir.
|
|
|
|
Rüstəmova
Səlimə xamtn Sobi qızı
|
|
1893-cü ildə Bakının Əmircan kəndində anadan
olmuşdur. Ailə tərkibi: kürəkəni Məmmədov Məmməd İbrahim oğlu, oğlanları
Məmmədəli, Rüstəm, qızı Rüstəmova Gülsüm Tahir qızı 1917-ci il təvəllüdlü.
Rüstəmova Səlimə xanım Sobi qızı SSRİ XDİK-nin 20 fevral 1939-cu il qərarına
əsasən Azərbaycan SSR CM-nin 74 maddəsi ilə təqsirli bilinərək həbs
edilmişdir. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə
kollegiyasının 04 sentyabr 1963-cü il qərarına əsasən SSRİ XDİK Xüsusi
İdarəsinin qərarı ləğv edilmiş, Rüstəmova Səlimə xanım Sobi qızına bəraət
verilmişdir.
|
|
|
|
Rüstəmova Güllü
Niftulla qızı
|
|
1913-cü ildə Qaradonlu rayonunun Qaradonlu
kəndində anadan olmuş, Qaradonlu rayonu Qızıl - kənd kəndində yaşamışdır.
Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan SSRİ
XDİK Xüsusi Müşavirəsinin 10 oktyabr 1937-ci il qərarına əsasən cəzasını
İslah-Əmək Düşərgəsində çəkməklə 15 avqust 1937-ci ildən hesablanmaqla 8 il
müddətinə azadlıqdan məhrum olunmuşdur. Zaqafqaziya Hərbi Dairəsi Hərbi
Prokurorluğunun 1 noyabr 1989-cu il rəyinə əsasən Rüstəmova Güllü Niftulla
qızına bəraət verilmişdir.
|
|
|
|
Rüstəmova Zinyət Şərif qızı
|
|
1892-ci ildə Xaçmaz rayonunun Qaraçay kəndində
anadan olmuşdur. Ailə tərkıbı: oglu Rüstəmov Məhəmməd Mirzə Məmməd oğlu
1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, düşmən tərəfə keçdiyinə
görə Hərbi Tribunal tərəfindən məsuliyyətə cəlb edilmişdir. Rüstəmova Zinyət
Şərif qızı 1941-ci il tarixdə yaşadığı yerdən çıxmamaq şərti ilə Azərbaycan
SSR CM-nin 63-3-cü maddəsinin 2-ci hissəsi ilə vətən xaininin anası kimi
təqsirli bilinərək repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7
iyul 1942-ci il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Rüstəmova
Zinyət Şərif qızının işi dayandırılmışdır. Azərbaycan XDİK Xaçmaz Rayon
Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən Rüstəmova Zinyət Şərif
qızının işinə xitam verilmişdir.
|
|
|
|
Rzayeva Balabacı
Hüseyn qızı
|
|
1907-ci ildə Ərdəbil şəhərində anadan olmuş,
Q.İsmayılov küçəsi, I kanitapinok № 108/66 ünvanında yaşamışdır. Ailə
tərkibi: qızı Sona 8 yaşında. Həyat yoldaşı Rzayev Cəfər İbad oğlu 1938-ci
ildə anadan olmuşdur, əksinqilabi-terrorçuluq fəaliyyətinə görə I kateqoriya
ilə həbs edilmişdir. Rzayeva Balabacı Hüseyn qızı vətən xaininin həyat
yoldaşı kimi SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq Azərbaycan
SSR XDİK-nin 9 aprel 1938-ci il qərarına əsasən 10 noyabr 1937-ci ildə həbs
edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə
Kollegiyasının 23 yanvar 1957-ci il qərarına əsasən Rzayeva Balabacı Hüseyn
qızına bəraət verilmişdir.
|
|
|
|
Rüstəmova Züleyxa İbad qızı
|
|
1882-ci ildə Şamaxı rayonunun Hacı - Qədirli
kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Feyzullayev Əli Heydər Əsəd
oğlu -1924-cü il, Çoban - 1929-cu il, qızı Turfa Əsəd qızı 1921-ci il, nəvəsi
Məhəmməd Kərim oğlu 1939-cu il təvəllüdlü. Oğlu Kərim (1914) 8 sentyabr
1941-ci ildə Şamaxı Rayon Hərbi Komissarlığı tərəfindən Qızıl Ordu sıralarına
səfərbər edilmiş, 6 aprel 1942-ci ildə 386-cı atıcı diviziyasının Hərbi
Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum
edilmişdir. Rüstəmova Züleyxa İbad qızı Azərbaycan SSR CM-nin 63-3-cü
maddələri ilə vətən xaininin anası kimi təqsirli bilinərək repressyiaya məruz
qalmış, Azərbaycan SSR XDİK tərəfindən 13 iyul 1942-ci il tarixdən yaşadığı
yerdən çıxmamaq haqqında göstəriş verilmişdir. Azərbaycan SSR XDİK-nin 29
iyul 1942-ci ildə Rüstəmova Züleyxa İbad qızının yaşadığı yerdən çıxmamaq
haqqında işi Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdir. SSRİ XDİK
tərəfindən 31 iyul 1942-ci il tarixdə işə xitam verilmişdir.
|
|
|
|
Rzayeva Fatma Vladimirovna
|
|
1899-cu ildə Vladiqafqazda anadan olmuş, Bakı
şəhəri, Qızıl Ordu 46, tin 2 ünvanında yaşamışdır. Katibə makinaçı
işləmişdir. Ailə tərkibi: oğlu Cəlil - 14 yaş, qızı Tamilla - 4 yaşında.
Həyat yoldaşı Rzayev Əhməd Əsəd oğlu (1893) Türk ordusunda xidmət edib. 2
iyul 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası
tərəfindən əksinqilabi təşkilatının üzvü kimi I kateqoriya ilə vətən xaini
kimi həbs edilmişdir. Rzayeva Fatma Vladimirovna SSRİ MİK-nin 4 iyul 1934-cü
il qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 23 avqust 1938-ci il qərarı
ilə Azərbaycan SSR CM-nin 72-73-cü maddələri ilə təqsirli bilinərək, 10 iyul
1938-ci ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə
(Temnikovsk İslah-Əmək Düşərgəsində) 5 il müddətinə azadlıqdan məhrum
edilmişdir. Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının 10 iyul 1956-cı il
qərarına əsasən Rzayeva Fatma Vladimirovnaya bəraət verilmişdir.
|
|
|
|
Rzayeva Asya İba qızı
|
|
1906-cı ildə Cəbrayıl rayonunun Sirik kəndində
anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Rzayev Yusif Süleyman oğlu vətən
xaini kimi Hərbi Tribunal tərəfindən həbs edilmişdir. Rzayeva Asya İba qızı
vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 21.08.1944-cü il
qərarı ilə Azərbaycan SSR CM-nin 18/63-2 maddə ilə 5 il müddətinə Qazaxstana
sürgün edilmişdir. Azərbaycan SSR XDİK-nin 15.09.1944-cü il tarixli qərarına
əsasən Rzayeva Asya İba qızına bəraət verilmişdir.
|
|
|
|
Rzayeva Xumarə Əbdul Hüseyn qızı
|
|
1920-ci ildə Sabirabad rayonunun Qamışçı kəndində
anadan olmuşdur. Ailə tərkibi: qızı Ofeliya Müseyib qızı - 1938-ci il, Səmayə
Müseyib qızı - 1942-ci il, oğlu Etibar Müseyib oğlu -1940-cı il təvəllüdlü. Həyat
yoldaşı Rzayev Müseyib Qabil oğlu (1915) 1942-ci ilin sentyabrında Qızıl Ordu
sıralarına səfərbər edilmiş, 30 mart 1943-cu ildə Bakı Hava Hucumundan
Mudafiə Ordusunun Hərbi Tribunalı tərəfindən Qızıl Ordu sıralarından
qaçdığına görə güllələnməyə məhkum edilmişdir. Rzayeva Xumarə
Əbdul Hüseyn qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə təqsirli
bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ
XDİK Xüsusi Müşavirəsinin 2 oktyabr 1943-cü il qərarına əsasən Rzayeva Xumarə
Əbdul Hüseyn qızı 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan
SSR Prokurorunun 19 fevral 1990-cı il rəyinə əsasən Rzayeva Xumarə Əbdul Hüseyn
qızına bəraət verilmişdir.
|
|
|
|
Rzayeva Lalə Mahmud qızı
|
|
1911-ci ildə Cəbrayıl rayonunun Sirik kəndində
anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Qarayev Humay vətən xaini kimi
Hərbi Tribunal tərəfindən həbs edilmişdir. Rzayeva Lalə Mahmud qızı vətən xaininin
həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin qərarına əsasən 21.08.1944-cü il
Azərbaycan SSR CM-nin 18/63-2 maddə ilə 5 il müddətinə Qazaxstana sürgün
edilmişdir. Azərbaycan SSR XDİK-nin 15.09.1944-cü il tarixli qərarına əsasən Rzayeva
Lalə Mahmud qızının işinə xitam verilmişdir.
|
|
|
|
Rzayeva Qızxanım Əsədulla qızı
|
|
1880-cı ildə Sabirabad rayonunun Qamışçı kəndində
anadan olmuşdur. Ailə tərkibi: gəlini Xumarə - 1920-ci il, nəvəsi Ofeliya -1938-ci
il, Enqibar -1940-cı il, Soniya - 1942-ci il təvəllüdlü. Oğlu Rzayev Museyib
Qabi oğlu 30.03.1943-cü il tarixdə Hərbi Tribunal tərəfindən vətən xaini kimi
güllələnməyə məhkum edilmişdir. Rzayeva Qızxanım Əsədulla qızı vətən xaininin
anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə repressiyaya məruz
qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 2 oktyabr 1943-cü il tarixli qərarına
əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR
Prokurorluğunun 19 fevral 1990-cı il tarixli rəyinə əsasən Rzayeva Qızxanım
Əsədulla qızına bəraət verilmişdir.
|
|
|
|
Rzayeva Lalə Mustafa qızı
|
|
1873-cü ildə Cəbrayıl rayonu Sirik kəndində anadan
olmuşdur. Ailə tərkibi: oğlu Mahmud Zeynal oğlu vətən xaini kimi Hərbi Tribunal
tərəfindən həbs edilmişdir. Rzayeva Lalə Mustafa qızı vətən xaininin anası
kimi Azərbaycan SSR XDİK-nin qərarına əsasən 21.08.1944-cü ildə Azərbaycan
SSR CM-nin 18/63-2 maddə ilə 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan
SSR XDİK-nin 15.09.1944-cü il tarixli qərarına əsasən Rzayeva Lalə Mustafa qızına
bəraət verilmişdir.
|
|
|
|
Rzayeva Nabat Musa qızı
|
|
1878-ci ildə Cəbrayıl rayonu Sirik kəndində anadan
olmuşdur. Ailə tərkibi: oğlanları Cəmil və Yusif vətən xaini kimi Hərbi Tribunal
tərəfindən həbs edilmişdir. Rzayeva Nabat Musa qızı vətən xaininin anası kimi
Azərbaycan SSR XDİK-nin qərarına əsasən 21.08.1944-cü ildə Azərbaycan SSR
CM-nin 18/63-2 maddə ilə 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan
SSR XDİK-nin 15.09.1944-cü il tarixli rəyinə əsasən Rzayeva Nabat Musa qızının
işinə xitam verilmişdir.
|
|
|
|
Rzayeva Ruqiyyə Əzim qızı
|
|
1915-ci ildə Sabirabad rayonunun Qamışçı kəndində
anadan olmuş, Sabirabad rayonu Qaracalar kəndində yaşamışdır. Ailə tərkibi:
qayınanası Əsədova Ağanisə Əhməd qızı 1880-cı il, qızları Xanbəyi Novruzəli
qızı - 1934-cü il, Zivər-1938-ci il, oğlanları Əsəd - 1937-ci il, Əlikram - 1941-ci
il təvəllüdlü. Həyat yoldaşı Əsədov Novruzəli Mövsüməli oğlu 30 mart 1943-cü
ildə Bakı Hava Hücumundan Müdafiə Ordusunun Hərbi Tribunalı tərəfindən
ordudan qaçdığına görə məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan SSR CM-nin
63-3-cü maddələri ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya düşən
Rzayeva Ruqiyyə Əzim qızının 5 il müddətinə sürgün edilməsi haqqında təklif
baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmişdir. Rzayeva
Ruqiyyə Əzim qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi
Müşavirəsinin 16 oktyabr 1943-cü il qərarına əsasən 5 il müddətinə Qazaxstana
sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 09 fevral 1990-cı il rəyinə
əsasən Rzayeva Ruqiyyə Əzim qızına bəraət verilmişdir.
|
|
|
|
Rzayeva-Səfərova Firəngiz Mirzə qızı
|
|
1901-ci ildə İranın Qəzvin kəndində anadan olmuş,
Bakı, Azadlıq küçəsi, ev 5, mənzil 13 ünvanında yaşamışdır. Ailə tərkibi:
qızları Zara - 17 yaş, Kamilə - 9 yaşında. Həyat yoldaşı Səfərov Həsən Qulam
oğlu 28 avqust 1936-cı ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən
I kateqoriya üzrə həbs edilmişdir. Rzayeva-Səfərova Firəngiz Mirzə qızı SSRİ
MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi
SSRİ XDİK Xüsusi Müşavirəsinin 7 iyul 1938-ci il qərarına əsasən 11 may 1938-cü
il tarixdən hesablanmaqla, cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il
müddətinə azadlıqdan məhrum edilmişdir. Zaqafqaziya Dairə Hərbi Tribunalının 4
sentyabr 1956-cı il qərarına əsasən Rzayeva-Səfərova Firəngiz Mirzə qızına
bəraət verilmişdir.
|