Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


S


 

Sadıxova Maya Çərkəz qızı

 

1892-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Tərlan - 16 yaş, Xumar - 1 yaş, oğlanları Həsən - 10 yaş, Xosrov - 4 yaşında. Həyat yoldaşı Ələsgər Abdulla oğlu 30-cu il üsyanının iştirakçısı kimi həbs edilmişdir. Sadıxova Maya Çərkəz qızı vətən xaininin həyat yoldaşı ki­mi Azərbaycan SSR CM-nin 18/79 maddələri ilə günahlandırılaraq 10 yanvar 1932-ci ildə həbs edilmişdir. Azərbaycan XDİK Ağdam rayon şöbəsinin 12 aprel 1941-ci il qərarına əsasən Sadıxova Maya Çərkəz qızının günahı olmadığı üçün işinə xitam verilmişdir.

 

 

 

Sadıxova (Rəsulzadə) Ümmügülsüm Əbdüləziz qızı

 

Abşeronun Novxanı kəndində anadan olub. 10 yaşında ilk şerlərini yazıb. Şerləri «Məktəb», «Dəbistan» jurnallarında, «Açıq söz», «İğbal», «Azərbaycan» və başqa qəzetlərdə çap edilib. Şerlərində  milli azadlıq uğrunda mübarizə ön plana çəkilmişdir. 1920-ci ildə Azərbaycanın görkəmli maarifpərvər ziyalısı Seyid Hüseynlə ailə həyatı qurub. 1937-ci ildə Hüseyn xalq düşməni kimi həbs edilib. Xalq düşməninin həyat yoldaşı kimi Ümmügülsüm xanım da həmin ildə həbs edilib. Beş ay Bayıl həbsxanasında qalıb, sonra 8 illik həbs cəzasına məhkum edilərək 21 may 1938-ci ildə Temlaq İslah Əmək Düşərgəsinə göndərilmişdir. O, düşərgədə tikişçi işləmiş və yaxşı işi ilə daima fərqlənmişdir. 1941-ci ildə ərnək yarışında fəal iştirak etdiyinə görə Ümmügülsüm xanım düşərgə rəhbərliyindən ailə üzvlərinə növbədən kənar məktub göndərilməsinə razılıq almışdır. Ümmügülsüm xanım 25 yanvar 1943-cü ildə SSRİ XDİK-nın Xüsusi Müşavirəsinə ərizə ilə müraciət edərək buraxılmasını xahiş etmişdir. Xüsusi Müşavirənin göstərişinə əsasən Ümmügülsüm xanımın işi yenidən yoxlanılmış və 15 aprel 1945-ci ildə onun azadlığa buraxılması barədə qərar qəbul edilmişdir. Sürgündən sonra Ümmügülsüm xanıma Bakıda yaşamağa icazə verilməmişdir. Məcburiyyət üzündən Şamaxıya köçən Ümmügülsüm xanım bir neçə aydan sonra orada vəfat etmişdir. Həbs edilərkən Ümmügülsüm xanımın 3 övladı olub: Oktay, Toğrul və Qumral. Bakı Dövlət Universitetin məzunu olan Qumral xanım valideynlərinin faciəsini «Son mənzilin Xəzər oldu» romanında əks etdirmişdir.

 

 

 

Sadıxova Qeysi Nəsir qızı

 

1912-ci ildə Şuşa şəhərində anadan olmuş, Bakı şəhəri Şaumyan küçəsi ev 14, mənzil 25 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Zaur Qəmbər oğlu - 1932-ci il, qızı Sima Qəmbər qızı - 1934-cü il, bacısı Ənvər Nəsir qızı 30 yaş, anası Maya Şükür qızı 60 yaşında. Həyat yoldaşı Sadıxov Qəmbər Nəsir oğlu (1899) Marksizm - Leninizm İnstitutunun direktoru olmuşdur.  12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyasının qərarı ilə əksinqilabi trotski-terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Sadıxova Qeysi Nəsir qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən 15 oktyabr 1937-ci ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Uşaqlarının tərbiyəsi ilə baldızı Sadıxova Zəhra Nəsir qızı məşğul olmuşdur. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyanın 19 noyabr 1956-cı il qərarına əsasən Sadıxova Qeysi Nəsir qızına bəraət verilmişdir.

 

 

 

Sadıxova Pəri Bayrəməli qızı

 

1914-cü ildə Abrakunis rayonunun Ərəfsə kəndində anadan olmuşdur. Ailə tərkibi: qardaşları Əsədov Məmməd Bayraməli oğlu, Məşədi Bayraməli oğlu, Nəsir Bayraməli oğlu. Sadıxova Pəri Bayrəməli qızı əksinqilabi təbliğat apardığına görə Azərbaycan SSR CM-nin 130-cu maddəsi ilə təqsirli bilinərək həbs edilmişdir. Azərbaycan SSR Naxçıvan XDİK-nin 24 avqust 1943-cü il tarixli qərarına əsasən Sadıxova Pəri Bayraməli qızının işinə xitam verilmişdir.

 

 

 

Səqətova Sayat Minəcəb qızı

 

1917-ci ildə Dəvəçi rayonunun Qarasank kəndində anadan olmuşdur. «20 il Oktyabr» adına kolxozda işləmişdir. Ailə tərkibi: həyat yoldaşı Saqatov Saqat Əcaib oğlu (1914) 09.09.1941-ci il tarixdə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 27.05.1942-ci il tarixdə 388-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən silahla düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Səqətova Sayat Minəcəb qızı vətən xaininin həyat yoldası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 21.11.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Səqətova Sayat Minəcəb qızına bəraət verilmişdir.

 

 

 

Salahova Fatma Qara qızı

 

1918-ci ildə Şamaxı rayonunun Zəngəbiz kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Salahov Salah 1938-ci il təvəllüdlü. Həyat yoldaşı Salahov Babalar Mənsim oğlu 5 sentyabr 1941-ci ildə Qızıl Orduya səfərbər edilmiş, 2 aprel 1942-ci il 775-ci atıcı alay komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Salahova Fatma Qara qızı SSRİ XDİK-nin 28 iyun 1941-ci il 00247/00884 №-li əmrinə əsasən 8 aprel 1942-ci il tarixdə vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR SM 63-3-cü maddəsilə yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Salahova Fatma Qa­ra qızının yaşadığı yerdən çıxmaması haqqında işi dayandırılmışdır.

 

 

 

Salahova Sona Dərgah qızı

 

1906-cı ildə Bakı dairəsi Suraxanı kəndində anadan olmuş, Bakı şəhəri Qasım-İsmayılov küçəsi, ev 7 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Mahir - 9 yaş, Tahir - 8 yaş, qızları Zərifə - 6 yaş, Leyla - 5 yaşında. Həyat yoldaşı Salahov Teymur Heydər oğlu (1896) 3 iyul 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi təşkilatın fəal iştirakçısı kimi I kateqoriya ilə həbs edilmişdir. Tutulana qədər Laçın Rayon Partiya Komitəsinin katibi işləmişdir. Salahova Sona Dərgah qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi cinayət məsuliyyətinə cəlb edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin qərarı ilə Salahova Sona Dərgah qızının Qazaxstanın Alma - Ata şəhərinə 5 il müddətinə sürgün edilməsi haqqında göstəriş verilmişdir. Lakin uşağı olduğunu nəzərə alaraq 23 noyabr 1937-ci ildə Bakı şəhərindən çıxmamaqla iltizam alınmışdır. SSRİ XDİK-nin 20 mart 1939-cu il qərarına əsasən Salaho­va Sona Dərgah qızının işinə xitam verilmişdir.

 

 

 

Salamzadə Fəridə Əbdülrəhman qızı

 

1910-cu ildə Nuxa şəhərində anadan olmuşdur. Ailə tərkibi: qızı Quzeyda Əbdüləziz qızı 1933-cü il təvəllüdlü. Həyat yoldaşı Salamzadə Əbdül Əziz oğlu (1907) 11 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən trotski-terrorçuluq fəaliyyətinə go­rə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Salamzadə Fəridə Əbdülrəhman qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı ki­mi SSRİ DTK Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il qərarına əsasən 15 oktyabr 1937-ci ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 26 iyun 1956-cı il qərarına əsasən Salamzadə Fəridə Əbdülrəhman qızına bəraət verilmişdir.

 

 

 

Salayeva Zümrüd Məmmədəli qızı

 

1916-cı ildə Şuşa şəhərində anadan olmuş, Bakı şəhəri, Qızıl Ordu küçəsi 1 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Ofeliya - 3 yaşında. Həyat yoldaşı Salayev Ağa Dadas oğlu Azərbaycan SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərafindən 07.07.1937-ci il tarixdə əksinqilabi-millətçi və üsyançı təşkilatın üzvü olduğuna görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Salayeva Zümrüd Məmmədəli qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən XDİK Xüsusi Müşavirəsinin 11.05.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 05.07.1960-cı il tarixli rəyinə əsasən Sa­layeva Zümrüd Məmmədəli qızına bəraət verilmişdir.

 

 

 

Salayeva Fəridə Fərəc qızı

 

1916-cı ildə Bakı şəhərində anadan olmuş, Qasım - İsmayılov küçəsi dalan 19, mənzil 4 ünvanında yaşamışdır. Ailə tərkibi: anası Salayeva Xırdaxanım Məlikrza qızı -1877-ci il, qardaşları Muxtar - 1913-cü il, Tağı - 1910-cu il, bacıları - Tükəzban, Mərziyə - 1907-ci il təvəllüdlü. Salayeva Fəridə Fərəc qızı 7 sentyabr 1941-ci ildə Oktyabr Rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına səfərbər edilmişdir. 4 iyun 1942-ci ildə Sevastopol şəhəri ətrafında gedən döyüşlər zamanı almanlar tərəfindən əsir götürülmüş Bağçasaray və Slavute şəhərlərindəki hərbi əsir düşərgələrində saxlanılmış,  sonralar oradan qaçmışdır. Bir müddətdən sonra rumun jandarmları tərəfindən tutulmuş və sovet kəşfiyyatında şübhəli göründüyü üçün həbs edilmişdir.

Bakı qarnizonu Hərbi Prokurorluğunun 16 iyun 1944-cü il qərarı ilə 23917 №-li orderlə Azərbaycan SSR CM-nin 63-2 maddələri ilə Zaqafqaziya cəbhəsi Əks - kəşfiyyat idarəsinin 23 sentyabr 1944-cü il qərarına əsasən Salayeva Fəridə Fərəc qızının əməlində cinayət tərkibi olmadığı üçün işinə xitam verilmişdir.

 

 

 

Salmanova Sayalı Bəkir qızı

 

1910-cu ildə Qazax rayonunun Aşağı Salahlı kəndində ana­dan olmuşdur. «K.Marks» adına kolxozun üzvü və uşaq bağçasında tərbiyəçi işləmişdir. Ailə tərkibi: oğlu İbrahim Əmirxan oğlu - 1937-ci il, Vidadi - 1941-ci il, qızları Nabat - 1929-cu il, Nəzakət - 1933-cü il, Elmira - 1934-cü il təvəllüdlü. Həyat yoldaşı Salmanova Əmirxan İbrahim oğlu (1900) 29 iyun 1942-ci ildə əlində silah düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Salmanova Sayalı Bəkir qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirli bilinərək repressiyaya məruz qalmış və Azərbaycan SSR XDİK-nin 7 oktyabr 1942-ci il qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir.

 

 

 

Salmanova Göhər Baxşəli qızı

 

1911-ci ildə Bakı şəhərində anadan olmuşdur, Lenin fabriki yeni qəsəbə, korpus 28, mənzil 713 ünvanında yaşamışdır. Aılə tərkibi: oğlanları Yavər - 13 yaş, Salman - 3 yaş, Nəriman - 10 aylıq, qızı Xanım - 7 yaşında. Həyat yoldaşı Salmanov Rza Ağa oğlu (1904) 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmənin Səyyar Sessiyasının qərarı ilə Azərbaycanda əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə təqsirli bilinərək həbs edilmişdir. Salmanova Göhər Baxşəli qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 yanvar 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə, 21 iyun 1938-ci ildən hesablanmaqla, 867 №-li orderə əsasən 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri Məhkəmə Kollegiyasının 22 fevral 1956-cı il qərarına əsasən Salma­nova Göhər Baxşəli qızına günahı sübuta yetmədiyi üçün bəraət verilmişdir.

 

 

 

Saniyeva Hənifə Məmməd Həsən qızı

 

1913-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Eldar -9 yaş, Elmir - 5 yaşında. Həyat yoldaşı Saniyev Kəbi Murad oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyasının 10.10.1937-ci il tarixli qərarına əsasən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Saniyeva Hənifə Məmməd Həsən qızı vətən xaininin həyat yoldaşı kimi SSR MİK 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 29.10.1956-cı il tarixli rəyinə əsasən Sa­niyeva Hənifə Məmməd Həsən qızına bəraət verilmişdir.

 

 

 

Salayeva Tura Rza qızı

 

1920-ci ildə Quba şəhərində anadan olmuş, Bakı şəhəri, Aşağı Priyutskaya küçəsi, Kirov prospekti 169 ünvanında yaşamışdır. Ailə tərkibi: atası Salayev Rza Məmməd oğlu 46 yaş, vətən xaini kimi sürgün edilmişdir, anası Əliyeva Mahrux Süleyman qızı - 40 yaş, bacısı Salayeva Sənubər Rza qızı 22 yaşında. Salayeva Tura Rza qızı əksinqilabi fəaliyyətinə görə Azərbaycan SSR CM-nin 72 maddəsinin I hissəsi ilə təqsirli bilinərək SSRİ XDİK Xüsusi Müşavirənin 25 yanvar 1941-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə, 24 noyabr 1940-cı ildən hesablanmaqla, 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həbs olunana qədər Dzerjinski küçəsi 37 №-li evdə yaşayırdı. 9 may   1956-cı  ildə Salayeva Tura Rza qızı SSRİ MK-nin Katibi Nikita Sergeyeviç Xruşova   məktub   yazmışdır: «1937-ci ildə valideyinlərimi  Bakı   şəhərində əmlakları müsadirə edilməklə həbs etdilər. Mən həddi buluğa çatmadığıma görə əmimgildə qaldım,  orta məktəbi oxumaqda davam  etdim. 1940-ci ildə Universitetdə  dərs   zamanı   məni həbs etdilər. Bakıya qayıdıb ev və yardımla təmin edilməyimə köməklik etməyinizi sizdən xahiş edirəm. Mən 9 yaşlı qızımla tək qalmışam. Xahiş edirəm əsl insan kimi yaşamaqda mənə köməklik edəsininz.» Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 26 dekabr 1956-cı il qərarına əsasən Salayeva Tura Rza qızına bəraət verilmişdir.

 

 

 

Sanəliyeva Dəstəgül Camaləddin qızı

 

1912-ci ildə Quba rayonının Kunçal kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Sürməxanım - 6 yaş, oğlu Zümrəddin - 3 yaş, qaynı Ağaşirin İnayət oğlu 1882-ci il təvəllüdlü. Həyat yoldaşı Şaxi İnayət oğlu 2 aprel 1942-ci ildə 772-ci atıcı alayın komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Sanəliyeva Dəstəgül Camaləddin qızı SSRİ XDİK-nin 2 iyun 1941-ci il tarixli 00247/00884 №-li əmri ilə vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-cü maddəsi ilə yaşadığı yerdən çıxmamaq şərti ilə 4 aprel 1942-ci il qərarına əsasən repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Sanəliyeva Dəstəgül Camaləddin qızının yaşadığı yerdən çıxmaması haqqında işi dayandırılmışdır.

 

 

 

Sarıyeva Fatma Sultan qızı

 

1911-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. «Staxanov» adına kolxozda işləmişdir. Ailə tərkibi: bacıları - Ruqiyyət - 1932-ci il, Kərimət -1934-cü il, qardaşları İsmayıl - 1933-cü il, Mustafa - 1935-ci il təvəllüdlü. Qardaşı Qasım (1919) 1940-cı ilin fevral ayında Qızıl Ordu sıralarına səfərbər olunmuş, əsgərlər arasında sovet hökuməti əleyhinə təbliğat apardığına görə 20 sentyabr 1942-ci ildə Hərbi Tribunal tərəfindən güllələnməyə məhkum olunmuşdur. Sarıyeva Fatma Sultan qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddəsı ilə vətən xainınin bacısı kimi yaşadığı yerdən çıxmamaq şərtı ilə repressiyaya məruz qalmış Azərbavcan SSRİ XDİK-nin 29 yanvar 1943-cü il qərarına əsasən 5 il müddətinə sürğün olunmuşdur. Onun 5 il müddətinə sürgün olunması haqqılnda arayış baxılmaq üçün SSRİ XDİK yanında Xüsusi Müşavirəsinə təqdım olunmuşdur, lakin Sarıyeva Fatma Sultan qızının iki qardaşı Qızıl Orduda xidmət etdiklərınə görə 27 fevral 1943-cu il tarixdə yaşadığı yeri tərk etməməklə işinə xitam verilmişdir.

 

 

 

Saruxanova Şəkər Bayrambəy qızı

 

1910-cu ildə Qusar rayonunun Yil kəndində anadan olmuşdur. «Staxanov» adına kolxozda işləmişdir. Ailə tərkibi: qızı Xanbikə - 1927-ci il, Gülbikə - 1928-ci il, oğlanları Camələddin - 1934-cü il, Ələddin - 1937-ci il təvəllüdlü. Həyat yoldaşı Saruxanov Atlıxan İsmayıl oğlu (1906) 1941-ci ilin sentyabr ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 31.01.1942-ci il tarixdə 172-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən cəbhə xəttini keçərək düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Saruxanova Şəkər Bayrambəy qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 30.12.1942-ci il ta­rixli qərarına əsasən 21.11.1942-ci il tarixdən hesablanaraq 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Saruxanova Şəkər Bayrambəy qızına bəraət verilmişdir.

 

 

 

Sayalı

 

1881-ci il, Qasım-İsmayılov rayonunun Səfikürd kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Alış - 1906-cı il, Həsən - 1911-ci il, Baxış - 1922-ci il, Talış - 1913-cü il, gəlinləri Bilqeyis - 22 yaş, Məliksim - 19 yaş, nəvələri Elmar - 1928-ci il təvəllüdlü. Həyat yoldaşı Abdulla Bəy Həsən Əlibəy oğlu (1876) 1930-cu il aprel üsyanının fəal iştirakçısı kimi güllələnməyə məhkum edilmişdir. Sayalı Gəncə Dairəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 may 1990-cı il rəyinə əsasən Sayalı xanıma bəraət verilmişdir.

 

 

 

Sedi Xızrı qızı

 

1906-cı ildə Zaqatala rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Fatimat - 9 aylıq, oğlu Maqona - 5 yaşında. Həyat yoldaşı Məmmədxan Maqoma oğlu aprel üsyanının iştirakçısı kimi güllələnməyə məhkum edilmişdir. Sedi Xızrı qızı vətən xaininin həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19.03.1931-ci il tarixli qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29.06.1990-cı il tarixli rəyinə əsasən Sedi Xızrı qızına bəraət verilmişdir.

 

 

 

Seyidbəyli Kövşər Seyfulla qızı

 

1895-ci ildə Tbilisi şəhərində anadan olmuş, Varvarinskaya 5 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Liliya - 14 yaşında. Həyat    yoldaşı     Seyidbəyli Zülfuqar Abbas oğlu 07.01.1938-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçi terrorçuluq fəaliyyətinə  görə I kateqoriya ilə həbs edilmişdir. Seyidbəyli Kövşər Seyfulla qızı vətən xaininin həyat yoldaşı kimi SSR MİK 04.07.1934 - cü il tarixli qərarına əsasən SSR XDİK Xüsusi Müşavirəsinin 26.03.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə 28.10.1937-ci il tarixdən hesablanmaqla həbs edilmişdir. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının  11.04.1956-cı il tarixli rəyinə əsasən Seyidbəyli Kövşər Seyfulla qızına bəraət verilmişdir.

 

 

 

Seyidəliyeva Əminə Aşur qızı

 

1919-cu ildə Xaçmaz rayonunun Bəyoba kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Seyidəliyev Seyfəddin Bəkir oğlu 02.04.1942-ci il tarixdə Komandanlığın məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə  məsuliyyətə cəlb edilmişdir. Seyidəliyeva Əminə Aşur qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-cü maddənin III hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır.

 

 

 

Seyidəliyeva Əsmər İsmayıl qızı

 

1885-ci ildə Nuxa rayonunun Kiş kəndində anadan olmuşdur. Ailə tərkibi: qızlan Əkbərova Xatın İdris qızı - 1924-cü il, Məsumə İdris qızı - 1927-ci il, oğlu Əkbərov Şirəli İdris oğlu -1922-ci il, Nurəli İdris oğlu, Səltənət İdris oğlu - 1929-cu il, oğlu Əkbərov Pirəli İdris oğlu 1932-ci il təvəllüdlü. Həyat yoldaşı Seyidəliyev İdris Əkbər oğlu (1880) (meşə idarəsində fəhlə). 12 yanvar 1942-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 3 sentyabr 1942-ci ildə düşmən tərəfə keçməyə cəhd göstərərkən öldürülmüşdür. Seyidəliyeva Əsmər İsmayıl qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə repressiyaya düşmüş, başqa oğlu Orduda olduğuna görə şəhərdən çıxmamaqla cəzalandırılmışdır. SSRİ XDİK-nin 30 mart 1945-ci il qərarına əsasən Seyidəliyeva Əsmər İsmayıl qızının işinə xitam verilmişdir.

 

 

 

Seyidməmmədova Sitarə Səfalı qızı

 

1910-cu ildə Şamaxı rayonunun Soyundu kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Baba - 1932-ci il, Seyidməmməd - 1937-ci il, qızı Nadimə - 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Seyidməmmədov Seyidəmir Seyidəhməd oğlu (1903) 02.03.1942-ci il tarixdə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 02.09.1942-ci il tarixdə 137-ci atıcı diviziyanın 409-cu atıcı alayının 7-ci atıcı rotanın Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişib Sovet əleyhinə təbliğat apardığına görə güllələnməyə məhkum edilmişdir. Seyidməmmədova Sitarə Səfalı qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.01.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Seyidməmmədova Sitarə Səfalı qızına bəraət verilmişdir.

 

 

 

Seyid-Hüseynova Xədicə Əfəndi qızı

 

1901-ci ildə Dağıstan SSR Buynaks şəhərində anadan olmuş, Suraxanı küçəsi ev 200 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Xəyyam - 11 yaş, bacıları Xurşud - 32 yaş, Cəmilə - 24 yaş, anası Kəbə xanım - 60 yaşında. SSRİ XDİK Xüsusi Müşavirəsinin 19 sentyabr 1936-cı il qərarına əsasən trotskiçilikdə təqsirləndirilərək cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 28 mart 1956-cı il qərarına əsasən Seyid - Hüseynova Xədicə Əfəndi qızına bəraət verilmişdir.

 

 

 

Seyidova Xatın Abdulla qızı

 

1907-ci ildə Naxçıvan rayonunun Xicab kəndində anadan olmıış, Naxçıvan şəhəri, Komsomol küçəsi 1 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Seyidov Əli Məhəmməd oğlu 1933-cü il təvəllüdlü. Həyat yoldaşı Ağayev Həbib Ağa Bala oğlu (1895) 25.10.1941-ci il tarixdə vətən xaini kimi Hərbi Tribunal tərəfindən güllələnməyə məhkum edilmişdir. Seyidova Xatın Abdulla qızı vətən xaininin həyat yoldaşı ki­mi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə repressiyaya məruz qalmış 23.12.1942-ci il tarixdə SSRİ XDİK Xüsusi Müşavirəsinin qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Seyidova Xatın Abdulla qızına bəraət verilmişdir.

 

 

 

Səfərova Xeyrənsə Abuzər qızı

 

1875-ci ildə Şamaxı rayonunun Bağırlı kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Babayeva Aişə 1929-cu il, oğlu Dədəkişi -1922-ci il təvəllüdlü. Oğlu Babayev Səfər Şəfəqət oğlu 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 2 aprel 1942-ci ildə 775-ci atıcı alay komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Səfərova Xeyrənsə Abuzər qızı SSRİ XDİK-nin 28 iyul 1942-ci il əmrinə əsasən Azərbaycan SSR CM-nin 63 - III hissəsi ilə vətən xaininin anası kimi 28 aprel 1942-ci ildən yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Səfərova Xeyrənsə Abuzər qızının yaşadığı yerdən çıxmaması haqqında işi dayandırılmışdır.

 

 

 

Səfərova Səriyyə İsmayıl qızı

 

1882-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu  Səfərov Səfər Həsən oğlu 1933-cü il təvəllüdlü. Oğlu Səfərov Hüseyn Həsən oğlu (1916) 21 avqust 1941-ci ildə Orlov Hərbi Dairəsinin Bryanski qarnizonunun Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Səfərova Səriyyə İsmayıl qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə təqsirli bilinərək vətən xaininin anası kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR Prokurorluğunun və XDİK-in 215/51 №-li 30 may və 1942-ci il 27 iyun qərarlarını əsas tutaraq Səfərova Səriyyə İsmayıl qızının 5 il müddətinə sürgün edilməsi haqqında təklif baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə verilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 5 iyun 1944-cü il qərarına əsasən sürgün edilməsi haqqında işi dayandırılmış, 18 iyul 1944-cü ildə (yaşadığı yerdən çıxmamaq haqqında) Səfərova Səriyyə İsmayıl qızının işinə xitam verilmişdir.

 

 

 

Səfərova Süsən xanım Məmməd qızı

 

1904-cü ildə Qusar rayonunun Avaran kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Qeybətulla - 1939-cu il, qızları Bikə - 1931-ci, Nərgiz - 1934-cü il təvəllüdlü. Həyat yoldaşı Səfərov Gülmət Mirzəbəy oğlu (1907) 8 iyul 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 772-ci atıcı alay komandirinin məlumatına əsasən 2 aprel 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Səfərova Süsən Məmməd qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-cü maddənin III hissəsi ilə təqsirli bilinərək SSRİ XDİK-nin 28 may 1941-ci il əmrinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Səfərova Süsən Məmməd qızının yaşadığı yerdən çıxmamaq haqqında iltizam Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 25 iyul 1943-cü il məlumatına əsasən həyat yoldaşının vətən xaini olması barədə Hərbi Tribunaldan sorğu daxil olmadığı üçün Səfərova Süsən Məmməd qızının işinə xitam verilmişdir.

 

 

 

Səfiyeva Dilbər Teymur qızı

 

1909-cu ildə Naxçıvan şəhəri, Noraşen kəndində anadan olmuş, Bakı şəhəri, Tolstoy küçəsi 156 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Rəna - 9 yaş, oğlu Arif - 5 yaşında. Həyat yoldaşı Səfiyev Əhməd Səfərəli oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyasının 03.01.1938-ci il tarixli qərarına əsasən əksinqilabi-terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Səfiyeva Dilbər Teymur qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14.06.1956-cı il tarixli rəyinə əsasən Səfiyeva Dilbər Teymur qızına bəraət verilmişdir.

 

 

 

Səfiyyə Məhəmməd Hacı qızı

 

1871-ci ildə Balakən rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları İbrahim -10 yaş, Şaban - 5 yaşında. Həyat yoldaşı Ömər Hacı İbrahim oğlu (60 yaş) 1930-cu ildə aprel üsyanının iştirakçısı kimi güllələnməyə məhkum edilmişdir. Səfiyyə Məhəmməd Hacı qızı aprel üsyanının iştirakçısının həyat yoldaşı kimi Zaqatala Dairəsi Fövqəladə Üçlüyünün 19.03.1931-ci il tarixli qərarına əsasən 03.03.1931-ci il tarixdən hesablanaraq Qazaxstan vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 20.06.1990-cı il tarixli rəyinə əsasən Səfiyyə Məhəmməd Hacı qızına bəraət verilmişdir.

 

 

 

Səkinə xanım Məhərrəm qızı

 

1890-cı ildə Bakıda anadan olmuşdur. Azərbaycan SSR Fövqəladə Komissiyasının 24 iyul 1920-ci il tarixli qərarına əsasən 476 №-li orderlə Səkinə xanım Məhərrəm qızı əksinqilabi təbliğatda sovet hökuməti əleyhinə çıxmaqda təqsirli bilinərək həbs edilmişdir. Səkinə xanım Məhərrəm qızı Azərbaycan Fövqəladə Komissiyanın 8 avqust 1920-ci il tarixli 119 №-li orderi ilə azad edilmişdir.

 

 

 

Səkinə xanım

 

1911-ci il Qasım-İsmayılov rayonunun Ağamalı  kəndində anadan olmuşdur. Ailə təpkibi: oğlanları Ağa Hüseyn - 1928-ci il, Çərkəz-1929-cu il, Şikar - 1930-cu il, qaynı İsgəndər - 1901-ci il təvəllüdlü. Həyat yoldaşı Yunis Məmməd oğlu (1901) 1930-cu il aprel üsyanının fəal iştirakçısı kimi həbs edilmişdir. Səkinə xanım 19 fevral 1931-ci ildə vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR Gəncə Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 may 1990-cı il rəyinə əsasən Səkinə xanıma bəraət verilmişdir.

 

 

 

Səlimbəyova Natalya Reynqardovna

 

1902-ci ildə Bakı şəhərində anadan olmuş, Quba şəhəri, Qızıl Əsgər küçəsi, ev 24 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Aleksandr - 1931-ci il təvəllüdlü. Həyat yoldaşı Səlimbəyov Sultan Səlimoviç (1903) Qızıl Ordu sıralarında xidmət etmiş, 16.04.1943-cü il tarixdə Şimali Qafqaz cəbhəsində düşmən tərəfə keçdiyinə görə Hərbi Tribu­nal tərəfindən güllələnməyə məhkum edilmişdir. Səlimbəyova Natalya Reynqardovna vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK tərəfindən Şimali Qazaxstan vilayətinə 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19 fevral 1990-cı il rəyinə əsasən Səlimbəyova Natalya Reynqardovnaya bəraət verilmişdir.

 

 

 

Səlimova Qızqayıt Səadət qızı

 

1915-ci ildə Quba rayonunun Sirçiçi kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Gülxanım - 7 yaş, oğlu Nadir - 3 yaşında. Həyat yoldaşı Səlimov Mömin Nəsib oğlu (1904) 23 fevral 1942-ci ildə 386-cı atıcı diviziyası tərəfindən güllələnməyə məhkum edilmişdir. Səlimova Qızqayıt Səadət qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə təqsirli bilinərək repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 24 iyul 1945-ci il qərarına əsasən Səlimova Qızqayıt Səadət qızının işinə xitam verilmişdir.

 

 

 

Səlimova-Səmədova Qunsi Qulam qızı

 

1869-cu ildə Xıllı rayonunun Qaçalı kəndində anadan olmuşdur. Ailə tərkibi: gəlini Xanım - 1903-cü il, nəvələri - Milya 1925-ci il təvəllüdlü. Nəvəsi Xeyrulla (1922) 1942-ci il fevral ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 25 iyun 1942-ci ildə 50-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən düşmən  tərəfə keçdiyinə görə güllələnməyə məhkum olunmuşdur. Səlimova - Səmədova Qunsi Qulam qızı vətən xaininin nənəsi kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Lakin nəvəsi Qızıl Orduda xidmət etdiyinə görə SSRİ XDİK tərəfindən Səlimova - Səmədova Qunsi Qu­lam qızı haqqında yaşadığı yeri tərk etməmək haqqında arayışı ləğv olunmuşdur. Azərbaycan SSR XDİK-nin 21 sentyabr 1943-cü il qərarına əsasən Səlimoya - Səmədova Qunsi Qulam qızının işinə xitam verilmişdir.

 

 

 

Səltənət Ağa kişi qızı

 

1876-ci ildə Qasım-İsmayılov rayonunun Ağamalı - oğlu kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Böyük bəy - 1901-ci il, gəlini Bəyaz xanım - 1901 -ci il, nəvəsi Balabəy - 1926-cı il, Şamilbəy - 1928-ci il, Qəndab xanım - 1921-ci il təvəllüdlü. Həyat yoldaşı Cavad bəy Balabəy oğlu (1871) qolçomaq ki­mi güllələnməyə məhkum edilmişdir. Səltənət Ağa kişi qızı Gəncə Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 may 1990-cı il rəyinə əsasən Səltənət xanıma bəraət verilmişdir.

 

 

 

Səmədova Gülarə Musa qızı

 

1888-ci ildə Nuxa rayonunun Oxud kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı İsayev Abdul Cəlil Məmməd oğlu 1880-cı il, oğlanları Məmmədov İsa Abdul Cəlil oğlu -1931-ci il, Bəybəla - 1934-cü il təvəllüdlü. Oğlu Əli Bala (1921) 1942-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmişdir və 14 noyabr 1942-ci ildə 48-ci Ordunun Hərbi  Tribunalı  tərəfindən mövqeyini dəyişdiyinə    görə güllələnməyə məhkum edilmişdir. Səmədova Gülarə Musa qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə vətən xaininin anası kimi repressiyaya məruz qalmışdır.

 

 

 

Səmədova Xanım Hüseyn qızı

 

1903-cü ildə Salyan rayonunun Xallı kəndində anadan olmuşdur. «Kalinin» adına kolxozda işləmişdir. Ailə tərkibi: oğlu Babakişi - 1930-cu il, Soltan - 1932-ci il, qızı Milya - 1925-ci il, qaynanası Səlimova-Səmədova Qunsi Qumyan qızı 1869-cu il təvəllüdlü. Oğlu Səmədov Xeyrulla Məmməd Əli oğlu (1922) 25.06.1942-ci ildə 50-ci atıcı diviziyanın Hərbi Tribunal tərəfindən vətən xaini kimi düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Səmədova Xanım Hüseyn qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsilə repressiyaya məruz qalmış, Azərbaycan SSR XDİK-nin 27.10.1943-cü il tarixli qərarına əsasən işə xitam verilmışdır.

 

 

 

Səmədova Milya Məmmədəli qızı

 

1925-ci ildə Salyan rayonunda anadan olmuşdur. Ailə tərkibi: anası Xanım - 1903-cü il, ögey qardaşları Babakişi- 1930-cu il, Soltan - 1932-ci il təvəllüdlü. Qardaşı Xeyrulla (1920) 1942-ci il fevral ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 25 iyun 1942-ci ildə 50-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum olunmuşdur. Səmədova Milya Məmmədəli qızı vətən xaininin bacısı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Lakin qardaşı Qızıl Orduda xidmət etdiyinə görə  SSRİ XDİK tərəfindən Səmədova Milya Məmmədəli qızının yaşadığı yeri tərk etməmək haqqında arayışı ləğv olunmuşdur. Azərbaycan SSR XDİK-nin 21 sentyabr 1943-cü il qərarına əsasən Səmədova Milya Məmmədəli qızının işinə xitam verilmişdir.

 

 

 

Səriyyə Səfqulu qızı

 

30 yaş. Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Sənəm - 3 aylıq. Səriyyə Səfqulu qızı Sovet əleyhinə təbliğat apardığına və kolxoz əleyhinə çıxdığına görə Azərbaycan SSR CM-nin 18/79 və 72 maddələri ilə təqsirli bilinərək 17 mart 1932-ci ildən Ağdam şəhərində nəzarətdə saxlanılmışdır. 12 aprel 1941-ci il Azərbaycan SSR XDİK Ağdam şöbəsinin qərarı ilə Səriyyə Səfqulu qızının günahı sübuta yetmədiyinə görə 99 №-li işinə xitam verilmişdir.

 

 

 

Sofiya Məhəmməd Hacı qızı

 

1871-ci ildə Zaqatala rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu İbrahim - 10 yaş, qızı Şaban - 5 yaşında. Həyat yoldaşı Xutra Ömər Hacı İbrahim oğlu 1930-cu il üsyanının iştirakçısı kimi həbs edilmişdir. Sofiya Məhəmməd Hacı qızı 1930-cu ildə aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi 3 mart 1931-ci ildə həbs edilmiş və Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 20 iyun 1990-cı il rəyinə əsasən Sofiya Məhəmməd Hacı qızına bəraət verilmişdir.

 

 

 

Soltanova Fatma Məmmədəli qızı

 

1901-ci ildə Dəvəçi rayonunun Gülamlı kəndində ana­dan olmuşdur. Ailə tərkibi: oğlanları Soltanov Əli Qulu Cənnət oğlu - 1924-cü il, Həmidov Dünyamalı İbrahim  oğlu - 1918-ci  il təvəllüdlü. Həyat yoldaşı Soltanov Cənnət Soltan oğlu 29 noyabr 1941-ci ildə Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə­ güllələnməyə məhkum edilmişdir. Soltanova Fatma Məmmədəli qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 5 oktyabr 1942-ci il qərarı ilə oğlu Əliqulu Qızıl Orduda xidmət etdiyinə görə Soltanova Fatma Məmmədəli qızının işinə xitam verilmişdir.

 

 

 

Suqayeva Nurca Dadaş qızı

 

1893-cü ildə Dağıstan MSSR Rutul rayonunun Bordçu kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Suqayev Şirəli Alim oğlu - 1927-ci il, Balası - 1930-cu il, İsmayıl - 1941-ci il, qızları Navsar Alim qızı - 1928-ci il, Efirat - 1931-ci il, Dəstəgül - 1934-cü il. Həyat yoldaşı Suqayev Alim Suqay oğlu 1880-cı il təvəllüdlü. Oğlu Suqayev Əsgər Alim oğlu (1921) 25 sentyabr 1942-ci ildə düşmən tərəfə keçməyə cəhd göstərdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Suqayeva Nurca Dadaş qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə vətən xaininin anası kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 22 may 1943-cü il qərarına əsasən Suqaye­va Nurca Dadaş qızı vətən xaininin anası kimi 27 may 1943-cü ildən hesablanmaqla 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 07 mart 1990-cı il rəyinə əsasən Suqayeva Nurca Dadaş qızına bəraət verilmişdir.

 

 

 

Sultanova Hökümə İsmayıl qızı

 

1909-cu  ildə  Bakı anadan olmuş,  Bakı, Ağamalı-oğlu küçəsi, ev 3, m. 46 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Yunis - 27 yaş, anası Dəstə- 66 yaş, qardaşı Ağa-17 yaş, oğlu Yusif- 8 yaşında. 1930-cu ildən 1938-ci ilə kimi Azərbaycan K(b)P-nın üzvü olmuşdur. Azərbaycan K(b)P-nın mədəni-maarif şöbəsinin müdiri, sonra Azərbaycan SSR Xalq Komissarları Sovetində qrup rəhbəri vəzifəsində çalışmışdır. Sultanova Hökümə İsmayıl qızı Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri ilə əksinqilabi-millətçilik təşkilatın iştirakçısı kimi təqsirli bilinərək SSRİ XDİK Xüsusi Müşavirəsinin göstərişi ilə 23 iyul 1938-ci il tarixdə həbs edilmişdir. Azərbaycan SSR XDİK-nin 9 avqust 1939-cu il tarixli qərarına əsasən Sultanova Hökümə İsmayıl qızının işi yenidən baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə göndərilmiş, lakin iş sübuta yetmədiyi və əməlində cinayət tərkibi olmadığı üçün Sultanova Hökümə İsmayıl qızı Azərbaycan SSR XDİK tərəfindən 28 dekabr 1939-cu il tarixdə 315 №-li orderlə azad edilmişdir.

 

 

 

Sultanova Ayna Mahmud qızı

 

1810-cu ildə Dəvəçi rayonunun Pirəbdil kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1902-ci ildə Ayna xanım Bakıda Rus - Azərbaycan məktəbinə daxil olmuş və 1912-ci ildə oranı bitirmişdir. Orta məktəbi bitirdikdən sonra o, Bakıda qalıb müəllimlik etmişdir. Burada müəllimlərdən Şəfiqə Əfəndizadə, Reyhan Topçubaşova, Niğar Aslanova, Rəhilə Hacıbabayeva, Sona Axundova, Nabat Nərimanova və başqaları ilə tanış olur. 1917-1918-ci illərdə Ayna xanım qardaşı Qəzənfər Musabəyov vasitəsilə görkəmli inqilabçılardan N. Nərimanov, H. Sultanov, B. Sərdarov, M. Əzizbəyov və başqaları ilə tanış olur. Ayna xanım 1918-ci ildə bolşeviklər partiyasına daxil olub. Həmin ildə o, Həmid Sultanovla ailə həyatı qurmuş və partiyanın tapşırığı ilə Həştərxana gedib. 1919-cu ilin avqustunda Ayna Sultanova Movskvaya oxumağa göndərilir və Y.M.Sverdlov adına Kommunist Universitetində təhsil almağa başlayır. Eyni zamanda Moskvada N. Nərimanovun başçılıq etdiyi RSFSR Xarici İşlər Komissarlığı Yaxın Şərq şöbəsində katib vəzifəsində işləmişdir. 1920-ci ildə RK (b) P Mərkəzi Komitəsi terəfindən Ayna Sultanova Qafqaz İnqilab Komitəsinin sərəncamına göndərilib. Bakıya gələn kimi AK (b) P MK-si A. Sultanovanı partiya işinə cəlb etmişdir. Ona qadınlar arasında işləmək kimi məsul bir iş tapşırılmışdır. 1923-cü ilin noyabrında Azərbaycan K (b) P MK-nın orqanı olan «Şərq qadını» jurnalının birinci nömrəsi çapdan çıxmışdır.  Jurnalın ilk redaksiya heyətinə Ayna Sultanova, Şəfiqə Əfəndiyeva, Mina Mirzəyeva, Mədinə Qiyasbəyli, M.S. Ordubadi və başqaları daxil olur. Jurnalın ilk redaktoru A. Sultanova olmuşdur. 1929-ci il oktyabrın 30-da Azərbaycan Sovet Hökuməti Ay­na Sultanovanı Azərbaycan SSR-nin Maarif Komissarı əvəzi təyin edir. Ancaq bir müddətdən sonra o, təhsilini artırmaq üçün Moskvaya gedir Qırmızı Professorlar İnstitutunun fəlsəfə şöbəsinə daxil olur. 1932-ci ildə Ayna Sultanova Qırmızı Əmək Ordeni ilə təltif olunub. 1933-cü ildə Ayna xanım Azərbaycan SSR Xalq Maarif Komissarlığının müavini vəzifəsinə təyin edilir. 1934-cü ildə Ayna xanım Sultanova 39 yaşında ikən Azərbaycan SSR Xalq Ədliyyə Komissarı və Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunmuşdur. 1937-ci ildə Moskvada həbs olunmuş və xüsusi mühafizə dəstəsi ilə Bakıya göndərilib. Həbs edilərkən ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: oğlu Həmid - 16 yaş, qızı Nazənin -10 yaş, oğlu Vladlen - 8 yaşında. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə ən yüksək cəzaya - güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 1955-ci il 19 yanvar tarixli qərarı ilə Ayna Sultanovaya bəraət verilmişdir.

 

 

 

Sultanova Fatma Ağa Bala qızı

 

1924-cü ildə Sumqayıt rayonunun Corad kəndində anadan olmuş, Sumqayıt qəsəbəsi, TES, barak 16, mənzil 3 ünvanında yaşamışdır. Ailə tərkibi: qaynatası Məmməd - 1880-cı il, qaynanası Balaxanım - 1896-cı il, qaynı Mirzə - 1944-cü il təvəllüdlü. Həyat yoldaşı  Quliyev Məmmədqulu Həsənqulu  oğlu (1920) 1942-ci ilin yanvar ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 27-01.1943-cü il tarixdə 44-cü atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Sultanova Fatma Ağa Bala qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 29.07.1944-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azerbaycan SSR Prokurorluğunun 14.03.1990-cı il tarixli rəyinə əsasən Sultanova Fatma Ağa Bala qızına bəraət verilmişdir.

 

 

 

Sultanova Xanım Hüseyn qızı

 

1914-cü ildə Dəvəçi rayonunun İzmir kəndində anadan olmuşdur. Ailə tərkibi: oğluHəsən- 1933-cü il, qızları Sultanə - 1941-ci il, Pəri - 1934-cü il təvəllüdlü.Həyat yoldaşı Sultanov Əsəd Məstəli oğlu (1910) 09.09.1941-ci il tarixdə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 27.05.1942-ci il tarixdə 388-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən silahla düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Sultanova Xanım Hüseyn qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 30.12.1942-ci il tarixli qərarına əsasən 21.11.1942-ci il tarixdən hesablanaraq 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29.01.1990-cı il tarixli rəyinə əsasən Sultanova Xanım Hüseyn qızına bəraət verilmişdir.

 

 

 

Sultanova Xanım Novruz qızı

 

1907-ci ildə Şamxor rayonunun Morul kəndində anadan olmuş, Gədəbəy rayonunun Axilka kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları Ələkbər - 6 yaş, Əli - 4 yaş, Qiyas - 1 yaş, qızları Sənubər - 1 yaş, Göncə - 10 yaşında. Həyat yoldaşı Məlik Sultanov Məşədi Əkbər oğlu Sovet hökuməti eleyhinə təbliğat apardığına görə həbs edilmişdir. Sultanova Xanım Novruz qızı vətən xaininin həyat yoldas kimi Azərbaycan SSR CM-nin 18/79 maddəsi ilə təqsirli bilinərək Gəncə Dairə Fövqəladə Komissiyasının 4 fevral 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 15 may 1990-cı il qərarına əsasən Sultanova Xanım Novruz qızına əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir.

 

 

 

Sultanova Leyla Rüstəm qızı

 

1897-ci ildə anadan olmuş, st. Poçtovaya 53/55, döngə 9 ünvanında yaşamışdır. Ailə tərkibi: atası Sultanov Rüstəm Paşa oğlu - 45 yaş, anası Zeynəb - 43 yaş, bacıları - Firuzə, Dilarə. Sultanova Leyla Rüstəm qızı Azərb. FK Xüsusi Şöbəsi tərəfindən müsavatçılıqda təqsirli bilinərək 44 №-li orderlə 11 iyun 1921-ci il tarixdə həbs edilmişdi.

 

 

 

Sultanova Mila Petrovna

 

1905-ci ildə Stavropol vilayətinin Şimali Qafqaz şəhərində anadan olmuş, Bakı şəhəri Proletarskaya 59 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Tofiq - 11 yaşında. Həyat yoldaşı Sultanov Əsgər Cabbar oğlu (1897) 2  yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilərək güllələnməyə məhkum edilmişdir. Sultanova Mila Petrovna SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 11 noyabr 1937-ci ildən hesablanmaqla, cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Zaqafqaziya Dairə Hərbi Tribunalının 31 yanvar 1956-cı il qərarına əsasən Sultanova Mila Petrovnaya bəraət verilmişdir.

 

 

 

Sultanova Naibə Məmməd qızı

 

1909-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Saraykina küçəsi, ev 3, döngə 5 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Sultanov Əli Sultan oğlu 3 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmişdir. Sultanova Naibə Məmməd qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır.

 

 

 

Sultanova Nənəş Abi qızı

 

1888-ci ildə Astraxan-Bazar (Cəlilabad) rayonunun Kürdanc kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Sitarə Tapdıq qızı - 1932-ci il, Nabat Tapdıq qızı - 1936-cı il, Kaida Tapdıq qızı 1938-ci il təvəllüdlü. Həyat yoldaşı Süleymanov Məmi İbad oğlu 15 fevral 1942-ci ildə XDİK-in sərhəd qoşunları tərəfindən düşmən tərəfə keçməyə cəhd göstərərkən güllələnmişdir. Sultanova Nənəş Abi qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə vətən xaininin həyat yoldaşı kimi represiyaya məruz qalmışdır. SSRİ Prokurorluğunun 30 may 1942-ci il 215/51 və 27 iyun 1942-ci il 252 №-li əmri rəhbər tutularaq Sultanov Nənəs Abi qızının vətən xaininin həyat yoldaşı kimi tutulub SSRİ hüdudlarından kənara sürgün edilməsi haqqında göstəriş vermişdir.  28 iyun 1945-ci il Azərbaycan SSR XDİK-nin qərarına əsasən Sultanova Nənəş Abi qızının körpə uşaqları olduğunu nəzərə alaraq işə xitam verilmişdir.

 

 

 

Sultanova Nisəxanım İbrahim qızı

 

1907-ci ildə Salyan şəhərində anadan olmuş, Bakı şəhəri, Darvin küçəsi 13 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Sabir - 12 yaşında. Həyat yoldaşı Sultanov Abbas Ağalar oğlu (1896) 8 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Səyyar Sessiyasının qərarı ilə Azərbaycanda əksinqilabi ittihad təşkilatının üzvü kimi I kateqoriya ilə həbs edilmişdir. Sultanova Nisəxanım İbrahim qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsaslanaraq vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsi 23 avqust 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 21 iyun 1938-ci ildən hesablanmaqla, 867 №-li orderə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri Məhkəmə Kollegiyasının 4 avqust 1956-cı il qərarına əsasən Sultano­va Nisəxanım İbrahim qızına günahı sübuta yetmədiyi üçün bəraət verilmişdir.

 

 

 

Sultanova Sayat İskəndər qızı

 

1871-ci ildə Qusar rayonunun Sündüzqala kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Rəsulov Sultan Rəsul oğlu. (1891) 5 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 772-ci atıcı alay komandirinin məlumatına əsasən 2 aprel 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Sultanova Sayat İskəndər qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-cü maddənin III hissəsi ilə təqsirli bilinərək SSRİ XDİK-nin 28 may 1941-ci il əmrinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Sultanova Sayat İskəndər qızının yaşadığı yerdən çıxmamaq haqqında iltizam Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 25 iyul 1943-cü il məlumatına əsasən həyat yoldaşının vətən xaini olması barədə Hərbi Tribunaldan sorğu daxil olmadığı üçün Sultanova Sayat İskənlər qızının işinə xitam verilmişdir.

 

 

 

Sultanova Sara Musa qızı

 

1910-cu ildə Naxçıvan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Atası Sultanov Musa Tağı oğlu 1922-ci ildə Bakıda Malıqina küçəsində ticarət mağazası açmış, 1927-ci ilə kimi orada satıcı işləmişdir. Sara Sultanova atası Olqa adlı rus qadını ilə evləndiyinə görə anası Bəyim xanımın himayəsində Poluxina küçəsi, ev 136 ünvanında yaşamışdır. 1920-ci ildən 1929-cu ilə kimi Bakı şəhərində əvvəl 16 saylı məktəbdə, sonra isə 33 saylı məktəbdə oxuduqdan sonra Sara xanım diş həkimi texnikumuna, daha sonra instituta daxil olmuş və 1933-cü ildə institutu bitirib, 1938-ci ildə diş həkimi kimi işləməyə başlamışdır. Sara xanım 3 saylı poliklinikada 3 ay işlədikdən sonra 10 saylı poliklinikaya işə düzəlmiş və həbs olunana kimi orada işləmişdir. Sara xanım 11 yanvar 1930-   cu  ildə  Məmmədbəyli  Nadir  Heybətqulu oğlu ailə qurmuş, Bakı şəhəri, Zamkovski döngəsi,  ev  17, mənzil 2 ünvanında yaşamışdır. 1933-cü ilin yanvar ayında anası Bəyim xanım vəfat etmişdir. Sara xanım anasının ölüm xəbərini 1929-cu ildən İranda yaşamış atasına məktub vasitəsilə  bildirmişdir.  Atası Sara xanıma maddi yardım göstərəcəyini cavab məktubu ilə bildirmiş və həmin vaxtan etibarən posılka almağa başlamışdır. O vaxtdan İran konsulluğu ilə əlaqə saxladığına görə    Sara xanımdan şübhələnmişlər. Sara Sultanova Azərbaycan SSR XDİK-nin 5 yanvar 1940-cı il qərarına əsasən SSRİ əleyhinə casusluqda və xarici kəşfiyyat agenti kimi şübhəli göründüyünə görə Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə təqsirli bilinərək, cəza müddəti 7 yanvar 1940-cı ildən hesablanmaqla (21 №-li orderlə) həbs edilmişdir. 13 fevral 1940-cı il tarixdə Azərbaycan SSR XDİK tərəfindən Sara xanımın evində axtarış aparılması haqqında göstəriş verilmişdir. Axtarış zamanı Sara xanınım evində İrandan qeyri-qanuni gətirilmiş mallar aşkar edilmişdir. Lakin sonralar məlum olmuşdur ki, həmin mallar içərisində sübutedici fakt üzə çıxmamışdır. Azərbaycan SSR XDİK Sara Sultanovanın hamilə olması ilə bağlı vəziyyəti nəzərə alaraq 3 iyun 1940-cı il tarixdə 25 №-li orderlə azad edilməsi və Bakı şəhərindən çıxmaması haqqında göstəriş vermişdir. Sultanova Sara Musa qızının ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: qızları- Elmira-8 yaş, Merseda-5 yaş, oğlu Xəyyam - 2 yaşında. Həyat yoldaşı  Məmmədbəyov Nadir Heybətqulu  oğlu XDİK Xüsusi Müşavirəsi tərəfindən 8 il müddətinə azadlıqdan məhrum edilmışdir. Azərbaycan SSR XDİK-nin 25 sentyabr 1940-cı il tarixdə Sultanova Sara Musa qızının istintaq işinə yenidən baxmış, əlində cinayət tərkibi olmadığı üçün və sübutedici fakt aşkar edilmədiyi üçün işinə xitam vermişdir. Azərbaycan Respublika Prokurorluğunun 12 iyul 1999-cu il tarixli rəyinə əsasən Sultanova Sara Musa qızına bəraət verilmişdir.

 

 

 

Sultanova Zümrüd Xanım Həsən qızı

 

1887-ci ildə Tovuz rayonunda anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Yusif - 50 yaş, qızları Nəsibə - 12 yaş, Adilə - 11 yaşında. Sultanova Zümrüd Həsən qızı Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə təqsirli bilinərək 2276 №-li orderlə Azərbaycan Fövqəladə Komissiyasının 27 noyabr 1924-cü il qərarına əsasən Sovet hökuməti əleyhinə fəaliyyətinə görə həbs edilmişdir. Sultanova Zümrüd Xanım Həsən qızı Azərbaycan Fövqəladə Komissiyası tərəfindən 377 №-li orderlə günahı sübuta yetmədiyi üçün azad edilmişdir.

 

 

 

Sultanova Vera Kirillovna

 

1910-cu ildə Berdyansk şəhərində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Nəriman - 1927-ci il, Zelf - 1933-cü il təvəllüdlü. Həyat yoldaşı Sultanov Sultan Teymur oğlu (1905) 8 yanvar 1938-ci ildə SSRİ Ali məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının  qərarı  ilə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Həbs olunana kimi alay komandirinin köməkçisi mayor vəzifəsində xidmət etmişdir. Sultanova Vera Kirillovna SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK-nin 9 aprel 1938-ci il qərarına əsasən 11 dekabr 1937-ci ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Mordova MSSR Timnikovski düşərgəsinə göndərilmiş, cəza müddəti başa çatdıqdan sonra 1945-ci ildə azad edilmiş və Osipenko şəhərinə - qohumlarının yanına qayıtmışdır. (Osipenko şəhəri Engels küçəsi ev № 8). Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 28 mart 1958-ci il qərarına əsasən Sultanova Vera Kirillovnaya bəraət verilmişdir.

 

 

 

Sultanova mrüd Şamil qızı

 

1889-cu ildə Şamxor rayonımun Dəlla kəndində anadan olmuş, Tovuz rayonu Yuxarı Oksüzlü kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları Usub - 1917-ci il, İbrahim - 1921-ci il, İsmayıl - 1921-ci il, qızları - Gülgəz - 1929-cu il, Gülarə -1931-ci il təvəllüdlü. Həyat yoldaşı Sultanov Yusif bəy İsmayıl oğlu (1866) vətən xaini kimi həbs edilmişdir. Sultanova Zümrüd Şamil qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR 12 mart 1931-ci il Gəncə Dairə Fövqəladə Üçlüyünün 27 mart 1931-ci il qərarına əsasən Azərbaycan SSR CM-nin 72 maddəsi ilə əksinqilabi təbliğat apardığına go­rə həbs olunmuş 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 20 noyabr 1989-cu il rəyinə əsasən Sultanova Zümrüd Şamil qızına bəraət verilmişdir.

 

 

 

Süleymanova Fatma Əli qızı

 

1907-ci ildə Lənkəran şəhərində anadan olmuş, Bakı şəhəri, Torqovı 15 ünvanında yaşamışdır. Ailə   tərkibi: həyat yoldaşı Süleymanov Nəriman Həsən oğlu (1902) 4 iyul 1928-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi hərbi təşkilatın üzvü olduğuna görə I kateqoriya ilə həbs olunmuşdur. Süleymanova Fatma Əli qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xainin həyat yoldaşı kimi 9 iyul 1938-ci ildən Bakı şəhər 2 saylı həbsxanada saxlanılmaqla həbs olunmuşdur. Süleymanova Fatma Əli qızı Azərbaycan SSR XDİK-nin 15 avqust 1938-ci il tarix qərarına əsasən 1136 saylı orderlə azad olunmuşdur.

 

 

 

Süleymanova Cənnət Məhəmməd qızı

 

1919-cu ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Süleymanov Sabah Süleyman oğlu- 1940-cı il, qızı Süleymanov Necat Süleyman qızı 8 aylıq. Həyat yoldaşı Süleymanov Süleyman Qurban Məhəmməd oğlu (1914) 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 12 aprel 1942-ci ildə 345-ci atıcı diviziyasının Primorski Ordu Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Süleymanova Cənnət Məhəmməd qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirini bilinərək repressiyaya məruz qalmışdır. Azərbaycan SSRİ XDİK-nin 24 iyul 1945-ci il qərarına əsasən Süleymanova Cənnət Məhəmməd qızının işinə xitam verilmişdir.

 

 

 

Sultanova-Musayeva Simuzər Mustafa qızı

 

1905-ci ildə Tiflis şəhərində anadan olmuş, Bakı şəhəri, Malıqina küçəsi, ev 8, mənzil 23 ünvanında yaşamışdır. Sultanova - Musayeva Simuzər Mustafa qızı türk kəşfiyyatları ilə birləşərək Sovet əleyhinə kəşfiyyat apardığına görə SSRİ XDİK Xüsusi Müşavirəsinin 21.09.1940-cı il tarixli qərarına əsasən sosial təhlükəli ünsür kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.

 

 

 

Süleymanova Kərimət Qıztərə İbrahim qızı

 

1913-cü ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdur. «III internasional» adına kolxozda işləmişdir. Ailə tərkibi: qızları Süleymanova Çetay Ramazan qızı 8 yaş, Cəvahir - 5 yaş, oğlu Məmməd - 3 yaşında. Həyat yoldaşı Süleymanov Ramazan Hacı Məmmədəli oğlu (1901) 1941-ci ilin dekabrında ordu sıralarına səfərbər edilmiş, 10 aprel 1942-ci ildə Primorski ordu 345-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Süleymanova Kərimət Qıztərə İbrahim qızı Azərbaycan SSR Cinayət Məcəlləsinin 63-3-cü maddəsi ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. 25 oktyabr 1942-ci il Azərbaycan SSR XDİK-nin qərarı ilə Süleymanova Kərimət Qıztərə İbrahim qızının yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.

 

 

 

Süleymanova-Abdullayeva Süracət Gülbala qızı

 

1920-ci ildə Qusar rayonunun Kuzun kəndində anadan olmuşdur. «İnqilab» adına kolxozda işləmişdir. Ailə tərkibi: əmisi Qayıbxanov Bəy Əbdül oğlu (1905) 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılmış, 2 aprel 1942-ci il tarixdə 772-ci atıcı alay komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Süleymanova Süracət Gülbala qızı vətən xainin qohumu ki­mi Azərbaycan SSR CM-nin 63-3-cü maddənin III hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repres­siyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Süleymanova Süracət Gülbala qızının işi Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 13 avqust 1943-cü il məlumatına əsasən Qayıbxanov Bəy Əbdül oğlunun vətən xaini olması barədə Hərbi Tribunaldan məlumat daxil olmadığına görə Süleymanova Süracət Gülbala qızının işinə xi­tam verilmişdir.

 

 

 

Süleymanova Marfa Semyonovna

 

17 aprel 1905-ci ildə Xızı rayonunun Altı - Ağac kəndində anadan olmuş, Bakı şəhəri Ermənikənd 226-cı məhəllə, blok 3, mənzil 16 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Azaliya - 9 yaşında. Həyat yoldaşı Süleymanov Əbülfəz Yarəhməd oğlu (1905) 2 iyul 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə əksinqilabi-trotski terrorçu təşkilatının üzvü kimi həbs edilmişdir. Tutulana qədər Bakı - Sabunçu dəmiryolunda rəis müavini işləyib. Süleymanova Marfa Semyonovna SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarINa əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 23 avqust 1938-ci il qərarına əsasən 10 iyul 1938-ci ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 1 mart 1957-ci il qərarına əsasən Süleymanova Marfa Semyonovna qanunsuz tutulduğuna görə ona bəraət verilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb