Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


T


 

Tağıyeva Fərrux Əvəz qızı

 

1910-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Ba­sin küçəsi, ev 9 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Parlat - 3 yaş, Adamyat - 10 yaş, qızı Minurə - 8 yaşında. Həyat yoldaşı Tağıyev Bayram Əli oğlu (1907) 9 yanvar 1938-ci ildə əksinqilabi fəaliyyətinə görə həbs edilmişdir. Tağıyeva Fərrux Əvəz qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək Bakı şəhərindən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. 

 

            

 

Tağıyeva Aişə Saleh qızı

  

1903-cü ildə Simferopol şəhərində anadan olmuş, Bakı şəhəri, Kooperativ küçəsi 14 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Tağıyev İsmayıl Əhməd oğlu (1897) 8 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Səyyar Sessiyasının qərarı ilə Azərbaycanda əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə təqsirli bilinərək həbs edilmişdir. Tağıyeva Aişə Saleh qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsaslanaraq vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 11 dekabr 1937-ci ildən hesablanmaqla, 867 №-li orderə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 iyun 1956-cı il qərarına əsasən Tağıyeva Aişə Saleh qızına günahı sübuta yetmədiyi üçün bəraət verilmişdir.

 

 

 

Tağıyeva Dilarə Rüstəm qızı

 

1902-ci ildə Bakı quberniyasında anadan olmuş, st. Poçtovaya, döngə 9 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı İbrahim Tağızadə - 23 yaşında. Tağıyeva Dilarə Rüstəm qızı Azərbaycan Fövqəladə Komissiyasının Xüsusi Şöbəsi tərəfindən müsavatçılıqda təqsirli bilinərək 45 №-li orderlə 31 may 1921-ci il tarixdə həbs edilmiş, Azərbaycan Fövqəladə Komissiyasının 3 iyun 1921-ci il tarixli qərarına və 66/34 №-li orderə əsasən həbsdən azad edilmişdir.

 

 

 

Tağıyeva Minaxanım Tanrıvermiş qızı

 

1925-ci ildə Dəvəçi rayonunun Uqax kəndində anadan olmuşdur. «Hüsü Hacıyev» adına kolxozda işləmişdir. Ailə tərkibi: atası Tağıyev Tanrıvermiş Qəray oğlu - 1879-cu il, anası Tağıyeva Ziba Əsəd qızı - 1885-ci il, bacısı Sonaxanım - 1926-cı il təvəllüdlü. Qardaşı Qarayev Cəllad Tanrıvermiş oğlu (1908) 09.09.1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 25.06.1942-ci ildə 385-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Tağıyeva Minaxanım Tanrıvermiş qızı vətən xaininin bacısı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nm 26.10.1943-cü il tarixli qərarına əsasən işə xitam verilmişdir.

 

 

 

Tağıyeva Natalya İvanovna

 

1899-cu ildə Kursk vilayətinin Rilsk rayonunun Akimovka kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Əhməd - 22 yaş, qızı Roza - 14 yaşında. Həyat yoldaşı Tağıyev İbra­him Tağı oğlu (1894) əksinqilabi fəaliyyətinə görə həbs olunmuşdur. Tağıyeva Natalya İvanovna vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən həbs olunmuşdur. Azərbaycan SSR XDİK Xüsusi Müşavirəsinin 9 yanvar 1938-ci il qərarı və 1897 saylı orderlə vətən xaininin həyat yoldaşı kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum olunmuşdur. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyanın 14 may 1955-ci il qərarına əsasən Tağıyeva Natalya İvanovnaya bəraət verilmişdir.

 

 

 

Tağıyeva Ruqiyyə Əhməd qızı

 

1907-ci ildə Yardımlı rayonunun Daşkənd kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Tavarxan Qafar oğlu - 1934-cü il, Yəhya - 1935-ci il, Əzizağa - 1940-cı il, Ayzadə - 1941-ci il, qızı Fındıq - 1938-ci il təvəllüdlü. Həyat yoldaşı Tağıyev - Abdulov Qafar Abdulla oğlu (1903) 13 oktyabr 1942-ci ildə Bakı Hava Hücumundan Müdafiə Ordusunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə Tağıyeva Ruqiyyə Əhməd qızı vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 oktyabr 1943-cü il qƏrarına əsasən Tağıyeva Ruqiyyə Əhməd qızı 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 25 iyul 1945-ci il qərarına əsasən Tağıyeva Ruqiyyə Əhməd qızı azad edilmişdir.

 

 

 

Tağıyeva Zəhra Məhəmməd qızı

 

1913-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Qusar rayonu, Proletar küçəsi 86 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Stella - 2 yaş, anası Fatma - 60 yaş (evdar qadın), qaynanası Şixkərimova Aynisə Tahir qızı, atası Məhəmməd, qardaşı Hacı - 1921-ci il, bacıları - İzzət - 1917-ci il, Xanım -1905-ci il, Sima - 1907-ci il təvəllüdlü. Həyat yoldaşı Şixkərimov Sədrəddin Şixkərim oğlu (1913) alman ordusunda xidmət etdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Tağıyeva Zəhra Məhəmməd qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-4 maddənin II hissəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuş, 28 avqust 1942 ildən Qusar Rayon XDİK tərəfindən həbs edilmişdir. Tağıyeva Zəhra Məhəmməd qızı SSRİ XDİK Xüsusi Müşavirəsinin 20 oktyabr 1942-ci il tarixli qərarına əsasən Qazax­stana sürgün olunmuşdur. 2 ay Quba həbsxanasında saxlanıldıqdan sonra Orta Asiyaya, Səmərqənd vilayətinə göndərilmişdir. 1954-cü ilin oktyabr ayına kimi orada işləyib. Sonra Səmərqənd vilayətinin DİN tərəfindən 26 sentyabr 1954-cü ildə azad edilib vətənə qayıtmışdır. Azərbaycan SSR Prokurorluğunun 3 may 1994-cü il rəyinə əsasən Tağıyeva Zəhra Məhəmməd qızına bəraət verilmişdir.

 

 

 

Tağıyeva Sonaxanım Tanrıvermiş qızı

 

1926-cı ildə Dəvəçi rayonunun Uqax kəndində anadan olmuşdur. «Hüsü Hacıyev» adına kolxozda işləmişdir. Ailə tərkibi: atası Tağıyev Tanrıvermiş Qəray oğlu - 1879-cu il, anası Tağıyeva Ziba Əsəd qızı - 1885-ci il, bacısı Minaxanım - 1925-ci il təvəllüdlü. Qardaşı Cəllad (1908) 09.09.1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 25.05.1942-cü ildə 385-ci atıcı diviziyasının Hərbi Tribunal tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Tağıyeva Sonaxanım Tanrıvermiş qızı vətən xaininin bacısı kimi Azərbaycan SSR CM-nin 63 3 maddəsilə repressiyaya məruz qalmış SSRİ XDİK Xüsusi Müşavirəsinin 27.06.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR XDİK 26.10.1943-cü il tarixli qərarına əsasən işə xitam verilmişdir.

 

 

 

Tağıyeva Telli Əli qızı

 

1909-cu ildə Gədəbəy rayonunun Yeşkər kəndində anadan olmuşdur. Ailə tərkibi: qardaşı Məhərrəm - 1940-cı il tarixdə tutulmuşdur, anası Navad 1875-ci il, oğlu Murtuz - 1930-cu il, qızı Dursun - 1932-ci il təvəllüdlü. Həyat yoldaşı Tağıyev Zaman Paşa oğlu Qızıl Orduda 74-cü atıcı diviziyanın 109-cu atıcı alayında xidmət etmiş, 13.07.1942-ci il tarixdə Azərbaycan SSR CM-nin 16-54-Ib, 54-10 II hissəsi ilə təqsirli bilinərək güllələnməyə məhkum edilmişdir. Tağıyeva Telli Əli qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsilə təqsirli bilinərək 30.05.1942-ci il tarixdən yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin qərarına əsasən 31.03.1944-cü il qərarına əsasən Tağıyeva Telli Əli qızının işinə xitam verilmişdir.

 

 

 

Tağıyeva Ziba Əsəd qızı

 

1885-ci ildə Dəvəçi rayonunun Uqax kəndində anadan olmuşdur. «Hüsü Hacıyev» adına kolxozda işləmişdir. Ailə tərkibi: həyat yoldaşı Tağıyev Tanrıvermiş Qəray oğlu - 1879-cu il, qızı Minaxanım - 1925-ci il, Sonaxanım - 1926-cı il təvəllüdlü. Oğlu Qarayev Cəllad Tanrıvermiş oğlu (1908) 09.09.1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 25.05.1942-ci ildə 385-ci atıcı divizayanın Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Tağıyeva Ziba Əsəd qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsilə repressiyaya məruz qalmış və 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR XDİK-nin 26.10.1943-cü il tarixli qərarına əsasən işə xitam verilib dayandırılmışdır.

 

 

 

Tahirova Tehran İsmayıl qızı

 

1905-ci ildə Salyan şəhərində anadan olmuş, Bakı şəhəri, Feoletov küçəsi, 6/8 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Şəmsi - 10 yaş, qızı Nazilə - 11 yaş, anası Kafiya. Həyat yoldaşı Məmmədov Şəmsəddin Musa oğlu 1938-cü ildə Sovet hökuməti əleyhinə təşkilatın üzvü kimi 10 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Tahirova Tehran İsmayıl qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 21 iyun 1939-cu il qərarına əsasən 21 yanvar 1938-ci ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Azərbaycan SSR CM-nin 68 - 70 maddələrilə (Alman kəşfiyyat orqanlarının agenti) 358 saylı orderlə 1 iyun 1949-cu ildə Krasnovodsk vilayətinin Suxobuzimsk rayonuna sürgün olunmuşdur. SSRİ Prokurorluğunun, SSRİ DİN, DİK və SSRİ Nazirlər Sovetinin 16 avqust 1954-cü il qərarına əsasən Tahirova Tehran İsmayıl qızı sürgündən azad olunmuş və yuxarıda göstərilən qərarlar ləğv olunmuşdur. 16 avqust 1954-cü ildə SSRİ DİN tərəfindən Tahirova Teh­ran İsmayıl qızına bəraət verilmişdir.

 

 

 

Talıblı Natalya Mixaylovna

 

1895-ci ildə Moskvada anadan olmuşdur. Uşaqlıq illəri Novoçerkask şəhərində keçmişdir. Ali təhsilli idi. Ailə tərkibi: qızı Sona Talıblı -1920-ci il təvəllüdlü. Həyat yoldaşı Böyükağa Talıblı 9 yanvar 1937-ci ildə əksinqilabi-millətçilik fəaliyyətinə görə vətən xaini kimi Azərbaycan SSR XDİK tərəfindən həbs edilmiş və SSRİ Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 12 oktyabr 1937-ci ildə birinci kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Talıblı Natalya Mixaylovna 14 oktyabr 1937-ci ildə vətən xaininin həyat yoldaşı kimi həbs olunmuş və SSRİ XDİK yanında Xüsusi Müşavirəsinin 9 yanvar 1938-ci il qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Talıblı Natalya Mixaylovnaya 4 avqust 1956-cı ildə bəraət verilmişdir.

 

 

 

Tahirova Gülməryəm Nizaməddin qızı

 

1896-cı ildə Ufa şəhərində anadan olmuş, Bakı şəhəri, Arsen Əmiryan küçəsi 85, mənzil 21 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Leyla - 20 yaş, Asiya - 15 yaş, Valya -14 yaşında. Həyat yoldaşı Tahirov Yusif Paşa oğlu (1893) 20 sentyabr 1937-ci ildə SSRİ Ali Məhkəmənin Səyyar Sessiyasının qərarı ilə Azərbaycanda əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə təqsirli bilinərək həbs edilmişdir. Tahirova Gülməryəm Nizaməddin qızı SSRİ MİK-nin 4 ivul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 31 dekabr 1937-ci ildən hesablanmaqla, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 31 may 1944-cü il qərarına əsasən Tahirova Gülməryəm Nizaməddin qızı İslah-Əmək Düşərgəsindən azad edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 12 dekabr 1956-cı il tarixli qərarına əsasən Tahirova Gülməryəm Nizaməddin qızına bəraət verilmişdir.

 

 

 

Talıbova (Bilalova) Bahar Məcnun qızı

 

1912-ci ildə Ağdaş rayonunun Ağbəyazı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Talıbov İbrahim Abbas oğlu - 1935-ci il, Nemət - 1942-ci il təvəllüdlü. Həyat yoldaşı Talıbov Abbas Əli oğlu (1907) 10.06.1942-ci il tarixdə Hərbi Tribunal tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Talıbova Bahar Məcnun qızı XDİK Xüsusi Müşavirəsinin 21.11.1942-ci il tarixli qərarına əsasən Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Talıbova Bahar Məcnun qızına bəraət verilmişdir.

 

 

 

Talıbova Almaz Qədir qızı

 

1913-cü ildə Kirovabad şəhərində anadan olmuş, Bakı şəhəri, Slovenskiy döngəsi, ev 29, mənzil 2 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Sevil - 8 yaş, Tamilla - 6 yaş, oğlu Valeh - l yaşında.

Həyat yoldaşı Talıbzadə Murtuz Heydər oğlu (1902) 5 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmənin Səyyar Sessiyasının qərarı ilə Azərbaycanda əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə təqsirli bilinərək həbs edilmişdir. Talıbova Almaz Qədir qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 11 dekabr 1937-ci ildən hesablanmaqla 867 №-li orderə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Talıbova Almaz Qədir qızının haqqında nüfüzdan salan məlumat olmadığına görə cinayət işi ləğv edilmişdir. Zaqafqaziya Dairə Hərbi Tribunalının 6 yanvar 1956-cı il qərarına əsasən Talıbova Almaz Qədir qızına bəraət verilmişdir.

 

 

 

Tamara Poladaşvili

 

1912-ci ildə Qax rayonunun İnqilay kəndində anadan olmuşdur. Ailə tərkibi: qardaşları Darqo - 1907-ci il, Şaliko - 1912-ci il təvəllüdlü. Atası Yaso Abulaşvili 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Tamara Poladaşvili 1930-cu il aprel üsyanının fəal iştirakçısının ailə üzvü kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 3 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 

 

 

Tarışova Gülxanım Nurulla qızı

 

 1913-cü ildə Astraxan-Bazar (Cəlilabad) rayonunun Şərəfxanlı kəndində anadan olmuşdur.

Ailə tərkibi: oğlanları Həsrət Nüsrət oğlu - 1936-cı il, Adış Nüsrət oğlu - 1942-ci il, qızı Səyyarə Nüsrət qızı 1942-ci il təvəllüdlü. Həyat yoldaşı Tarışov Nüsrət Balaxan oğlu (1913) 1 aprel 1943-cü ildə vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Tarışova Gülxanım Nurulla qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 8 aprel 1944-cü il qərarına əsasən Tarışova Gülxanım Nurulla qızı vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29 yanvar 1990-cı il rəyinə əsasən Tarışova Gülxanım Nurulla qızına bəraət verilmişdir.

 

 

 

Tarverdiyeva Xoşu Rəcəb qızı

 

1910-cu ildə Yardımlı rayonunun Ovra kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Qılıncxan Buludxan oğlu - 1940-cı il, Tarverdiyev Şükür Rəcəb oğlu - orduda. Həyat yoldaşı Həsənov Buludxan Kazım oğlu (1907) 5 sentyabr 1942-ci il tarixdə Qızıl Ordunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə Tarver­diyeva Xoşu Rəcəb qızı vətən xaininin həyat yoldaşı kimi rep­ressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nın 24 iyul 1945-ci il qərarına əsasən Xarverdiyeva Xoşu Rəcəb qızının yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.

 

 

 

Talışinskaya Yekaterina Aleksandrovna

 

1892-ci ildə Latviyanın Tukum şəhərində anadan olmuş, Bakı 1-ci Kantaynsk küçəsi 79, mənzil 3 ünvanında yaşamışdır. Orta təhsilli idi. «Semaşka» adına xəstəxanada tibb bacısı işləmişdir. Ailə tərkibi: həyat yoldaşı Saviçskiy Frons Vikenteviç (1874) əksinqilabi fəaliyyətinə görə həbs edilmişdir. Talışinskaya Ye­katerina Aleksandrovna əksinqilabi fəaliyyətinə görə Azərbaycan SSR XDİK-nin 9 dekabr 1938-ci il qərarına əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 20 noyabr 1989-cu il rəyinə əsasən Talışinskaya Yekaterina Aleksandrovnaya bəraət verilmişdir.

 

 

 

Telli Nəsib qızı

 

1889-cu ildə Azərbaycan SSR Zaqatala rayonunun Zəqəm kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Ağabəy-1919-cu il, Balabəy-1926-cı il, qızları Bədircahan-1925-ci il, Musovet-1929-cu il təvəllüdlü. Həyat yoldaşı Cuma Təmraz oğlu (1882) 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Telli Nəsib qızı Azərbaycan Dövlət Siyasi İdarəsi Fövqəladə Üçlüyünün 09.03.1931-ci il qərarına əsasən 1930-cu il aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi Qazaxstana sürgün edilmişdir. Azərbaycan Respublika Prokurorluğunun 28 iyun 199l-ci il rəyinə əsasən Telli Nəsib qızına bəraət verilmişdir.

 

 

 

Teyyubova Sitarə Allahverdi qızı

 

1913-cü ildə Cəbrayıl rayonunun Şirik kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Teyyubov Moxu aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Teyyubova Sitarə Allahverdi qızı aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 20 mart 1943-cü il qərarına əsasən Azərbaycan SSR CM-nin 18 -79 maddəsilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan SSR XDİK Cəbrayıl rayon şöbəsinin 27 aprel 1943-cü il qərarına əsasən Teyyubova Sitarə Allahverdi qızının işinə xitam verilmişdir.

 

 

 

Təhməzova-Kobelinskaya Dora Pavlovna

 

1898-ci Kiyev şəhərində anadan olmuş, Bakı şəhəri, Buynakskaya 35, ev 29 ünvanında yaşamışdır. Təhməzova - Kobelinskaya Dora Pavlovna Xarici dövlətlə əlaqədə olduğuna görə 18 mart 1933-cü ildə Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən nəzarətdə saxlanılmaqla Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə cəzalandırılmışdır. Azərbaycan Dövlət Siyasi İdarəsinin 3 aprel 1933-cü il qərarı ilə Təhməzova - Kobelinskaya Dora Pavlovna haqqında cinayət işi sübuta yetmədiyi üçün 406 saylı orderə əsasən nəzarətdən azad edilməsi və işinə xitam verilməsi haqqında göstəriş verilmişdir.

 

 

 

Tinay Ömər qızı

 

1904-cu ildə Zaqatala rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Ramazan Ata oğlu 1930-cu il ap­rel üsyanının fəal iştirakçısı kimi həbs edilmişdir. Tinay Ömər qızı 1930-cu ildə aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi 4 mart 1931-ci ildə həbs edilmiş və Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 20 iyun 1990-cı il rəyinə əsasən Tinay Ömər qızına bəraət verilmişdir.

 

 

 

Tuqanova Alimə Xambiyevna


1893-cü ildə Orconikidze şəhərində anadan olmuş, Bakı şəhəri, Mirzə Fətəli küçəsi, ev 3 ünvanında yaşamışdır. Ailə tərkibi: qardaşı İbrahim -1880-cı il, bacıları - Fatma -1875-ci il, Lezi - 1875-ci il təvəllüdlü. Tuqanova Alimə Xambiyevna 24 sentyabr 1941-ci ildə müsavatçılarla əlaqəsinə görə Azərbaycan SSR CM-nin 75 maddəsi ilə təqsirli bilinərək həbs olunmuş, SSRİ XDİK-nin 26 fevral 1942-ci il tarixli qərarına əsasən sosial təhlükəli ünsür kimi 5 il müddətinə Şimali Qazax­stana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 16 sentyabr 1989-cu il rəyinə əsasən Tuqanova Alimə Xambiyevnaya bəraət verilmişdir.

 

 

 

Tonoçova Xanım Xanov qızı

 

1894-cü ildə Zaqatala rayonunun Çörək Oba kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Aba - 6 yaş, Subeybət - 4 yaş, Ruqiyət - 2 yaşında. Həyat yoldaşı Tonoçov Məhəmməd İsmayıl oğlu vətən xaini kimi Hərbi Tribunal tərəfindən həbs edilmişdir. Tonoçova Xanım Xanov qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 21.08.1944-cü il qərarına əsasən Azərbaycan SSR CM-nin 18/63-2 maddəsi ilə 5 il müddətinə  Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR XDİK-nin 15.09.1944-cü il tarixli rəyinə  əsasən Tonoçova Xanım Xanov qızına bəraət verilmişdir.

 

 

 

Töhvə İsa qızı

 

1862-ci ildə Nuxa rayonunun Oxut kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Veysəl - 30 yaş, Məhərrəm - 20 yaş, Əbdülrəhim - 40 yaşında. Əbdülrəhim Qədir oğlu 1930-cu illərdə aprel üsyanının iştirakçısı kimi təqsirləndirilərək həbs olunmuşdur. Töhvə İsa qızı oğlunun üsyan iştirakçısı olduğuna görə Azərbaycan SSR CM-nin 18/79 maddələri ilə Azərbaycan Dövlət Siyasi İdarəsinin Nuxa Rayon Şöbəsi tərəfindən təqsirli bilinərək 25 iyun 1932-ci il tarixdə həbs olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsinin Nuxa Şəhər Şöbəsinin 20 oktyabr 1932-ci il qərarına əsasən Töhvə İsa qızının əməlində cinayət tərkibi olmadığı üçün işinə xitam verilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb