Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Y


 

Yaqubova Gülfari İsmixan qızı

 

1886-cı ildə Qusar rayonunun Avaran kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Yaqubov Hörmət Məhəmməd oğlu (1912) 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılmışdır. 2 aprel 1942-ci il tarixdə 772-ci atıcı alay komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Yaqubova Gülfari İsmixan qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddənin III hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 9 iyul 1943-cü il qərarına əsasən Yaqubova Gülfari İsmixan qızının işi Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 3 iyul 1943-cü il məlumatına əsasən Yaqubov Hörmət Məhəmməd oğlunun vətən xaini olması barədə Hərbi Tribunaldan məlumat daxil olmadığına görə Yaqubova Gülfari İsmixan qızının işinə xitam verilmişdir.

 

 

 

Yaqubova İnci Daşdəmir qızı

 

1911-ci ildə Qusar rayonunun Avaran kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Şövlət - 1936-cı il, qızı Lazımyat - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Yaqubov Şövliyət Hörmət Məhəmməd oğlu (1912) 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılmışdır. 2 aprel 1942-ci il tarixdə 772-ci atıcı alay komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Yaqubova İnci Daşdəmir qızı vətən xainin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddənin III hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 9 iyul 1943-cü il qərarına əsasən Yaqubova İnci Daşdəmir qızının işi Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 3 iyul 1943-cü il məlumatına əsasən Yaqubov Hörmət Məhəmməd oğlunun vətən xaini olması barədə Hərbi Tribunaldan məlumat daxil olmadığına görə Yaqubova İnci Daşdəmir qızının işinə xitam verilmişdir.

 

 

 

Yaqubova Məsmə Rza qızı

 

1885-ci ildə Lənkəranda anadan olmuş, Lənkəran şəhəri, Kommunist küçəsi, ev 141 ünvanında yaşamışdır. Ailə tərkibı: gəlini Zərifə - 1920-ci il, nəvəsi Faiq - 1940-ci il təvəllüdlü. Oğlu Novruzov Sadıx Qulam Hüseyn oğlu (1910) 396 atıcı diviziyanın tərkibində xidmət etmişdir. Düşmən tərəfə keçməyə cəhd göstərdiyinə görə 7 aprel 1942-ci ildə təqsirli bilinərək güllələnməyə məhkum olunmuşdur. Yaqubova Məsmə Rza qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan SSR XDİK-nin 29 iyul 1942-ci il qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 2 fevral 1990-cı il rəyinə əsasən Yaqubova Məsmə Rza qızına bəraət verilmişdir.

 

 

 

Yaqubova Seyidbanı Rəcəb qızı

 

1862-ci ildə Siyəzən rayonunun Qılmanlı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Yaqubov Zülfüqar Qulam oğlu, vətən xa­ini kimi həbs edilmişdir. Yaqubova Seyidbanı Rəcəb qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddənin 2-ci hissəsi ilə vətən xaininin anası kimi yaşadığı yerdən çıxmamaq şərti ilə təqsirli bilinərək repressiyaya məruz qalmışdır.

 

 

 

Yusifova Mira Mixaylovna

 

1902-ci ildə Novoçersk şəhərində anadan olmuş, Bakı şəhəri, Karqanov küçəsi 32, mənzil 5 ünvanında yaşamışdır. Pedoqoji İnstitutda alman dili müəlliməsi işləmişdir. Ailə tərkibi: həyat yoldaşı Yusifov Abbas Əli oğlu (1900) 11 oktyabr 1937 SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası  tərəfindən  əksinqilabi-terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Yusifova Mira Mixaylovna SSRİ MİK-nın 4 iyul 1934-cü il qərarını rəhbər tutaraq vətən xaininin həyat yoldaşı kimi 15 oktyabr 1937-ci ildə SSRİ XDİK Xüsusı Müşavirəsinin 9 dekabr 1937-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 16 sentyabr 1942-ci ildə cəzasının qalan hissəsindən azad olunmuşdur. SSRİ Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 27 yanvar 1956-cı il qərarına əsasən Yusifova Mira Mixaylovnaya bəraət verilmişdir.

 

 

 

Yasəmən Əhməd qızı

 

1914-cü ildə Nuxa rayonunun Oxut kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Gülsənəm - 3 yaş, oğlu Zakir - 2 yaş. Həyat yoldaşı Veysəl Qədir oğlu (30 yaş) 30-cu il üsyanının iştirakçısı kimi həbs edilmişdir. Yasəmən Əhməd qızı Azərbaycan SSR CM-nin 18/79 maddələri ilə təqsirli bilinərək Azərbaycan Dövlət Siyasi İdarəsi Nuxa Rayon Şöbəsi tərəfindən 19 iyul 1932-ci il tarixdə həbs olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsi Nuxa Şəhər Şöbəsinin 20 oktyabr 1932-ci il qərarına əsasən Yasəmən Əhməd qızının əməlində cinayət tərkibi olmadığı üçün işinə xitam verilmişdir.

 

 

 

Yolçuyeva Savad Tanrıverdi qızı

 

1910-cu ildə Tovuz rayonunun Keşişkənd kəndində anadan olmuşdur. Ailə tərkibi: qardaşları Əliyev Qulu Tanrıverdi oğlu - 1940-cı il, Səməd - 1941-ci il, oğlanları Yolçuyev Məmməd - 1932-ci il, Abbasəli - 1939-cu il, qızı Leyli - 1936-cı il təvəllüdlü. Həyat yoldaşı Yolçuyev Musa Əli oğlu (1900) düşmən tərəfə keçdiyinə görə Hərbi Tribunal tərəfindən 10 il müddətinə həbs edilmişdir. SSRİ XDİK-nin 13 yanvar 1943-cü il tarixli qərarına əsasən Yolçuyeva Savad Tanrıverdi qızı vətən xaininin həyat yoldaşı kimi sürgün edilmişdir.             

 

 

 

Yusubova Mulxisa Bəndəli qızı

 

1920-ci ildə Şamaxı rayonunun Zəngəbiz kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Yusifova Nəsibə Yusif qızı - 1942-ci il, oğlu Haqverdiyev Yusif -1934-cü il təvəllüdlü. Həyat yoldaşı Yusifov Yusif Nağı oğlu 11 noyabr 1941-ci ildə Qızıl Orduya çağırılıb. 2 aprel 1942-ci ildə 775-ci atıcı alay komandanlığının 4/02 №-li məlumatı ilə onun düşmən tərəfə keçdiyi bildirilmişdir. Yusubova Mulxisa Bəndəli qızı SSRİ XDİK-nin 28 iyun 1941-ci il 00247/00884 №-li əmrinə əsasən vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-cü maddəsinin III hissəsi ilə yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Yusubova Mulxisa Bəndəli qızının yaşadığı yerdən çıxmaması haqqında işi dayandırılmışdır.

 

 

 

Yusubova Telli Rüstəm qızı

 

1887-ci ildə Tovuz rayonunun Nanıxoş kəndində anadan olmuşdur. «Beriya» adına kolxozda işləmişdir. Ailə tərkibi: oğlu Qədir Hüseynəli oğlu - 1934-cü il, gəlini Havva Əli Məmməd qızı 20 yaş, nəvəsi Səmayə Yusif qızı 1941-ci il təvəllüdlü. Oğlu Yusif Musa Vəli oğlu (1918) SSRİ XDİK Xüsusi Müşavirəsinin 18 noyabr 1942-ci il tarixli qərarı ilə düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Yusubova Telli Rüstəm qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK Xüsusi Müşavirəsinin 4 yanvar 1943-cü il qərarına əsasən oğlu Yusif Musa Vəli oğlu orduda olduğuna görə Yusubova Telli Rüstəm qızına qarşı repressiya dayandırılmışdır.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb