Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


B


BABAYEVA Çimnaz Məmməd qızı (d.23.12.1946, Bakı) - Azərb. balet artisti, Azərb. Resp. xalq artisti (1978). Azərb. SSR Dövlət mükafatı laureatı (1974). Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir (1964). 1964-77 illərdə Azərb. Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Əsas partiyaları: Şirin ("Məhəbbət əfsanəsi", A. Məlikov), Ayişə, Sari ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Gülyanaq ("Qız qalası", Ə.Bədəlbəyli), qız, Nəsiminin sevgilisi ("Şur", "Nəsimi haqqında dastan", F.Əmirov), Kitri ("Don Kixot", L.Minkus), xanım ("Xanım və xuliqan", D.Şostakoviç) və s. 1977 ildən Azərb. Opera və Balet Teatrının məşqçi baletmeysteridir. Teatrın balet truppası ilə xarici ölkələrdə (Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyə və s.) çıxış etmişdir.

 

 

BABAYEVA Ələviyyə Hənifə qızı (d. 12.8.1921, Bakı) - Azərb. yazıçısı. "Mənim müəllimim" (1952), "Kənd yolları" (1958), "Payızda" (1960), "Yenə bahardı" (1963), "Sehirli pillələr" (1974) kitabları kiçik və məktəbyaşlı uşaqlara həsr olunmuşdur. "Kölgə" (1964), "Yarpaqlar nə haqda pıçıldaşır" (1965), "Tut ağacı" (1967) adlı hekayə kitablarında, "Adamlar və talelər" (c.l-2, 1971-73), "Haradasan, dost, harada?" (1976) romanlarında gənclərin həyatından bəhs edilir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.

 

 

BABİÇEVA Kseniya Lvovna (19.11.1907, Varşava - 16.6.1984, Bakı) - aktrisa. Azərb. Resp. xalq artisti (1946). 1938-83 illərdə S.Vurğun ad. Azərb. Dövlət Rus Dram Teatrında çıxış etmişdir. Rolları: Xuraman ("Vaqif", S.Vurğun), Sona ("1905-ci ildə", C.Cabbarlı), Tugina ("Son qurban", A.Ostrovski), Nadejda, Sofya ("Düşmənlər", "Zıkovlar", M.Qorki), Nadejda Leonidovna ("Kino çəkilir...," E.Radzinski), Məryəm ("Dairəni genişləndirin", İ.Qasımov) və s. Azərb. SSR Ali Sovetinin (2-ci və 9-cu çağırış) deputatı, Ali Sovetin Mədəniyyət komissiyasının üzvü olmuşdur.

 

 

BALIYEVA Natalya Gennadiyevna (d.1954, Samara ş.) - Azərb. Resp. xalq artisti (2000). F. Volkov ad. Yaroslavl Teatr məktəbini bitirmişdir. 1975 ildən səhnə fəaliyyətinə başlamışdır. Azərb. Dövlət Rus Dram Teatrının səhnəsində müxtəlif səpkili obrazlar yaratmışdır: Fitnə ("Fərhad və Şirin", S. Vurğun), Dina Fyodorovna ("Kişi qadının yanına gəldi", S. Zlotnikov), Aynur ("Büllur sarayda", İ. Əfəndiyev), Nastasya Filippovna ("İdiot", F. Dostoyevski), Şarlotta ("Müqəddəs əjdahalar", J. Kokto) və s.


 

BAYRAMOVA Ceyran Şirin qızı (22.3.1896, Quba r-nunun Zərqova k. - 1987, Bakı) - Azərb.-da qadın hərəkatının veteranı. Şərqdə ilk dəfə olaraq öz mənzilində qadınlar klubu yaratmışdır. Azərb.-ın ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərb. qadınlarının 1-ci qurultayının keçirilməsində böyük rol oynamışdır. 30-cu illərdə repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. 1956 ildə bəraət almış, Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılmışdır. 2 dəfə Lenin ordeni, Oktyabr İngilabı ordeni ilə təltif edilmişdir.


 

BAYRAMOVA Cəmilə Əsədulla qızı (d.1957, Bakı) - Azərb. Respublikasının xalq artisti (2000). Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir (1975). 1975-91 illərdə Azərb. Dövlət Rəqs Ansamblında işləmiş, 1999 ildən Azərb. Dövlət Mahnı və Rəqs Ansamblında rəqqasə işləyir.

 

 

BƏDİRBƏYLİ Leyla Ağalar qızı (8.1.1920, Bakı - 23.11.1999, Bakı) - Azərb. aktrisası. Azərb. Resp. xalq artisti (1959). Azərb. SSR Dövlət mükafatı laureatı (1972). Azərb. Teatr İn-tunu bitirmişdir (1952). 1937-42 illərdə Azərb. Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solist-rəqqasəsi olmuşdur. 1942-75 illərdə Azərb. Milli Dram Teatrının aktrisası kimi fəaliyyət göstərmişdir. İlk dəfə səhnədə Zöhrə rolunda ("Məhəbbət", M. İbrahimov) çıxış etmişdir. Yaratdığı bir sıra obrazlar Azərb. teatrı tarixində özünəməxsus yer tutur: Dezdemona ("Otello", U.Şekspir), Almaz, Firəngiz ("Almaz", "Oqtay Eloğlu", C. Cabbarlı), Vasantasena ("Hind gözəli", Y.Osnos və V.Vinnikov), İnci ("Xoşbəxtlər", S.Rəhman), Fəxrəndə ("Mahnı dağlarda qaldı", İ.Əfəndiyev) və s. Kino aktrisası kimi də tanınmış, "Səbuhi", "Fətəli xan", "Koroğlu", "Onun böyük ürəyi", "Dəli Kür" və s. filmlərdə yaddaqalan obrazlar yaratmışdır. "Arşın mal alan" (1945) filmindəki Cülçöhrə roluna görə 1946 ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Televiziya filmlərinə də çəkilmişdir: "Abşeron" (M.Hüseynin eyniadlı romanı üzrə), "Çarvadarların izi ilə", "Anamın çırağı", "Bir məhəllənin oğlanları", "Vasif, Asif, Ağasif və s. Azərb.-ın "İstiqlal" ordeni ilə təltif edilmişdir.

   

BƏXTİYEVA İradə Ağaməlik qızı (d.1960) - əmək fəaliyyətinə 1978 ildən Bakı Uşaq Paltarları Tikiş İstehsal Birliyində başlamışdır. Azərb. SSR Ali Sovetinin (11-ci çağırış) deputatı, Ali Sovetin Xalq istehlakı malları və əhaliyə xidmət komissiyasının üzvü olmuşdur.
   

BƏSİRZADƏ Sofya Bəsir qızı (28.3.1918, Bakı - 4.1.2000, Bakı) - Azərb. aktrisası. Azərb. Resp. xalq artisti (1974). Bakı Teatr Texnikumunu bitirmişdir (1939). 1938-1991 illərdə Azərb. Milli Dram Teatrının aktrisası olmuşdur. 1992 ildən Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərmişdir. Rolları: İradə ("Göz həkimi", İ.Səfərli), Məryəm, Amaliya ("Fərhad və Şirin", "İnsan", S.Vurğun), Nihal ("Qəribə adam", N.Hikmət), Natalya ("Vassa Jeleznova, M.Qorki), Mariya Antonovna ("Müfəttiş", N.Qoqol), Rüxsarə, Aliyə ("Şəhərin yay günləri", "Təhminə və Zaur", Anar), Cavahir xanım ("Büllur sarayda", İ.Əfəndiyev), frau Anna ("Mənsiz dünya", N.Xəzri) və s. "Azərbaycanfilm"in istehsal etdiyi "Romeo mənim qonşumdur", "Bizim Cəbiş müəllim", "Şərikli çörək" və s. filmlərdə çəkilmişdir.
   

BİLLURİ Həkimə (H ö k ü m ə) İbrahim qızı (3.3.1926, Cənubi Azərb., Zəncan-23.11.2000, Bakı) - Azərb. şairi, ədəbiyyatşünas, filol. e.n. (1963), Azərb. Resp. əməkdar incəsənət xadimi (1984). Azərb. Dövlət Un-tinin filol. fakültəsini (1952) və Moskvada İctimai Elmlər Akademiyasını (1963) bitirmişdir. Cənubi Azərb.-da milli azadlıq və demokratik hərəkatın (1941-45) fəal iştirakçısı olmuşdur. Əsərləri: "Mənim arzum" (1949), "Mübarizə illərində" (1951), "Şairin yadigarı" (1957), "Səndən uzaqlarda" (1961), "Səhər günəşi" (1964), "İstərəm" (1969), "Çinar gözləyir məni" (1975), "Şerlər" (1980), "Bir də bahar gəlsə" (1984) və s. kitabları, "Səriyyə" ("Ölməz qəhrəman"), "Sənin həyatın", "Məhin", "O göylərin altında" poemaları. M. Şəhriyarın farsca şerlərini Azərb., Səməd Vurğunun "Zəncinin arzuları" poemasını, C.Cabbarlı. M.Dilbazi, Nəbi Xəzri və b.-nın şerlərini isə fars dilinə tərcümə etmişdir. Müasir Cənubi Azərb. əd-tına, o cümlədən M.Şəhriyarın həyat və yaradıcılığına dair tədqiqatların müəllifidir. Azərbaycan Demokrat Firqəsi MK orqanı "Azərbaycan" qəzetinin baş redaktoru (1956-60), Azərb. EA Şərqşünaslıq İn-tunun baş elmi işçisi (1964 ildən) olmuşdur.
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb