QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
D
|
DAVUDOVA Mərziyə Yusif qızı (8.12.1901, Həştərxan
- 5.1.1962, Bakı) - Azərb. aktrisası. Azərb. Resp. xalq artisti (1936). SSRİ
xalq artisti (1949). Səhnə fəaliyyətinə dram dərnəyində başlamışdır. 1918
ildə H.Ərəblinski Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və
Bakıya dəvət etmişdi. 1920 ildə Bakıya köçmüş, Birləşmiş Dövlət Teatrının
dram truppasına (indiki Azərbaycan Milli Dram Teatrı) daxil olmuşdur.
Yaradıcılığı müasir Azərb. dramaturgiyası, xüsusilə C.Cabbarlının
əsərlərindəki qadın surətləri ilə sıx bağlıdır. Gültəkin, Firəngiz, Sevil,
Turac ("Aydın", "Oqtay Eloğlu", "Sevil", "Dönüş",
C.Cabbarlı) rollarının ilk ifaçısı olmuşdur. Yaratdığı Sevil obrazı Azərb.
teatr sənəti tarixində mühüm yer tutur. Həyat ("Həyat".
M.İbrahimov), Lyubov Yarovaya ("Lyubov Yarovaya", K.Trenyov),
Oksana ("Eskadranın məhvi", A.Korneyçuk), Klara ("Qorxu",
A.Afinogenov), Qızyetər ("Xanlar", S.Vurğun), Cülzar ("Şərqin
səhəri", Ə.Məmmədxanlı; SSRİ Dövlət mükafatı, 1948) rollarında müxtəlif
xarakterli qadın obrazlarını yaratmışdır. Yaradıcılığında romantik təmayüllər
Xumar, Südabə ("Şeyx Sənan", "Səyavuş", H.Cavid),
Xuraman, Şirin ("Vaqif", "Fərhad və Şirin", S.Vurğun)
rollarının ifasında öz əksini tapmışdır. Azərb. səhnəsində Şekspir
faciələrinin ən yaxşı ifaçılarından olmuşdur: Qonerilya ("Kral
Lir"), Gertruda ("Hamlet"), Dezdemona ("Otello"),
Ledi Makbet ("Makbet"). Rus klassiklərinin pyeslərində də çıxış
etmişdir: Kruçinina, Kabanixa ("Günahsız müqəssirlər",
"Tufan", A.Ostrovski), Nastya, Vassa Jeleznova ("Həyatın
dibində", "Vassa Jeleznova", M.Qorki).
Kino aktrisası kimi də tanınmış, "Hacı
Qara", "Bir ailə", "Bakının ışıqları", "Bir
məhəlləli iki oğlan", "Koroğlu" və s. fılmlərə çəkilmişdir.
1956-62 illərdə Azərb. Teatr Cəmiyyətinə rəhbərlik etmişdir. Azərb. SSR. Ali
Sovetinin (2-5-ci çağırış) deputatı olmuşdur. Mingəçevir Dram Teatrı onun
adınadır.
|
|
|
|
DƏRBƏNDLİ Zərnigar (?-?) - Azərb.
aşığı. 18 əsrin ikinci yarısı - 19 əsrin əvvəllərində yaşamışdır. Dərbənd
hakiminin qızıdır. Mükəmməl təhsil görmüş, at çapmaq, qılınc oynatmaqla
yanaşı, şer qoşmaqda, aşıq məclisləri keçirməkdə ad çıxarmışdı. Rəvayətə
görə, məğlub etdiyi aşıqları zindana saldıran D.Z. Xudatlı Loğmanla yarışda
məğlub olmuş, ona ərə getmək istəmiş, lakin bu sevda baş tutmamışdır.
Sonralar Aşıq Valehə məğlub olan D.Z. ona ərə getmiş və Qarabağa köçmüşdür.
Cünklərdə aşıq şerinin qoşma, gəraylı, təcnis, müxəmməs, qoşayarpaq, varsağı
və s. şəkillərində yaratdığı şerlər mühafizə olunur. Onun Aşıq Valehlə eşq
macəraları sonralar qoşulmuş "Valeh-Zərnigar" dastanında əksini
tapmışdır.
|
|
|
|
DİLBAZİ Əminə
Paşa qızı (d.
26.12.1919, Qazax) - Azərb. rəqqasəsi, baletmeyster və pedaqoq. Azərb. Resp.
xalq artisti (1959). Rəqqasəlik fəaliyyətinə 1935 ildən başlamışdır. 1936-69
illərdə M. Maqomayev ad. Azərb. Dövlət Filarmoniyası Mahnı və Rəqs
Ansamblının solisti, 1946-52 və 1962-65 illərdə rəqs qrupunun rəhbəri olmuşdur.
Oynadığı "İnnabı", "Tərəkəmə",
"Vağzalı-Mirzəyi", "Turacı", "Naz eləmə"
rəqsləri xüsusilə məşhurdur. Repertuarında rus, Ukrayna, özbək, ərəb rəqsləri
də olmuşdur. Azərb. Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblında, Şimali
Osetiyanın "Alan" rəqs ansamblı və Çeçen-İnquş Dövlət Milli
Ansamblında bir çox rəqslərin, "Leyli və Məcnun" operası,
"Arşın mal alan" və "O olmasın, bu olsun" (Ü.Hacıbəyli)
musiqili komediyalarında və s. əsərlərdə rəqslərin quruluşunu vermişdir. Resp.-da
professional və özfəaliyyət rəqs ansambllarının təşkili onun adı ilə
bağlıdır. O, Azərb. Dövlət Tibb Un-ti "Çinar" (1959 ildən)
ansamblının, Azərb. Dövlət Filarmoniyası "Sevinc" (1967-68) qızlar
ansamblının yaradıcısıdır. Müxtəlif illərdə "Şərur" folklor
ansamblının, birləşmiş "Yallı" ansamblının bədii rəhbəri və
baletmeysteri olmuşdur. 1949-69 illərdə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji
fəaliyyət göstərmişdir. Estrada artistlərinin Ümumittifaq müsabiqəsində
diploma (1946, Moskva), tələbə və gənclərin 6-cı Ümumdünya festivalında
(1957, Moskva) qızıl medala layiq görülmüşdür. Bir sıra xarici ölkələrdə
çıxış etmişdir (Tunis, Almaniya, Pakistan, Hindistan və s.). Azərb.-ın
"İstiqlal" ordeni ilə təltif edilmişdir.
|
|
|
|
DİLBAZİ Mirvarid Paşa qızı (19.8.1912, Qazax
r-nunun Musaköy k. - 12.7.2001, Bakı) - Azərb. xalq şairi (1979), əməkdar mədəniyyet
işçisi (1967), əməkdar incəsənət xadimi (1973). Darülmüəllimatı (1927), APİ-nin
ədəbiyyat və ictimaiyyət fakültəsini bitirmişdir (1932). Yaradıcılığa təhsil
illərində başlamışdır. Qadın azadlığı mövzusunda yazdığı "Qadınların
hürriyyəti" adlı ilk kiçik həcmli poeması 1928 ildə "Maarif və
mədəniyyət" jurnalında dərc olunmuş, "Bizim səsimiz" adlı ilk
kitabı 1934 ildə çapdan çıxmışdır. "Döyüş mahnıları" (1941),
"Xatirələr" (1945) toplularında, "Berlin yanır" və s.
şerlərində qələbəyə sarsılmaz inam əksini tapmışdır. Əmək adamlarının mənəvi
zənginliyi, beynəlmiləlçilik müharibədən sonrakı lirikasının ana xəttini
təşkil edir: "Sənətkarın xəyalı" (1948), "Seçilmiş
şerlər" (1957), "Xatirələr olan yerdə" (1964), "Həyat
lövhələri" (1967), "Ana qanadı" (1972), "Yasəmən
fəsli" (1976), "Məhəbbət bizimlə qoşa doğulur" (1979), "Qar
çiçəkləri" (1984; Azərb. Resp. Dövlət mükafatı, 1986), "Çiçəkdən çiçəyə"
(1991), "Durnalar ötüşəndə" (1992) və s. topluları.
Yaradıcılığının aparıcı mövzularından biri də
qadınlıq mövzusudur: "Məhəbbət" (1945), "Əlcəzairli qız"
(1961), "Partizan Aliyə" (1972), "Ana ürəyi",
"Məhəbbətin göz yaşları" poemaları, "Analıq duyğuları"
silsiləsi və s. Yaradıcılığında təbiət lirikası əhəmiyyətli yer tutur:
"Bənövşələr üşüyəndə" (1970), "Abşeron bağları" (1984)
kitabları və s.
Çağdaş Azərb. uşaq əd-tının yaradıcılarından və
ən görkəmli nümayəndələrindəndir: "Nağıllar" (1940), "Şerlər"
(1951), "Kiçik dostlarıma" (1956), "Yaz gəlir" (1968),
"Lalənin ağacları" (1970) və s.). Ə. Nəvai, A.S. Puşkin, T.Q.
Şevçenko, N. Tixonov, S. Mixalkov, S. Marşak, Zülfiyyə, A. Sereteli, Jalə və
b.-ndan tərcümələr etmişdir. Əsərləri bir sıra dillərə tərcümə olunmuş,
şerlərinə mahnı, romans və oratoriyalar bəstələnmişdir. 2 "Şərəf
nişanı" ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Azərb-ın
"İstiqlal" ordeni ilə təltif
edilmişdir.
|
|
|
|
DUXOVNAYA Lyudmila Semyonovna (d. 23.10.1944,
Bakı) - aktrisa. Azərb.
Resp. xalq artisti (1991). S. Vurğun ad. Azərb. Dövlət Rus Dram Teatrı
nəzdindəki studiyanı bitirmişdir (1963). Həmin ildən bu teatrda çıxış edir.
Klassik və müasir dramaturqların pyeslərində müxtəlif obrazlar yaratmışdır:
Nastya ("Həyatın dibində", M. Qorki), dul qadın
("Kaliforniyada dəfn", R. İbrahimbəyov), Valentina ("Valentin
və Valentina", M. Roşşin), Natalya Qolubeva ("Aləmlə üz-üzə",
A. Gelman), Karolli ("Əldən düşmüş at", F. Saqan), Eleonora
("Əliaçıq", İ. Jamiak), Jülyetta ("Oğrular balı", J.
Anuy) və s. Azərb. Milli Dram Teatrında Elçinin "Ah Paris, Paris"
pyesinin tamaşasında Vera rolunda çıxış etmişdir.
|
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|