QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
G
|
GİNZBURQ Raxil Solomonovna (1.6.1920, Bakı -
6.12.1995, Bakı) - Azərb. Resp. xalq artisti (1964). Səhnə fəaliyyətinə 1941 ildən
başlamış, 1943-cü ildən Azərb. Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur.
Rolları: Nina ("Maskarad", M.Lermontov), Negina ("İstedadlar
və pərəstişkarlar", A.Ostrovski), İrina ("Üç bacı", A.Çexov),
Polya, Liza ("Meşşanlar", "Günəşin övladları", M.Qorki),
Valya, Lidiya ("İrkutsk əhvalatı", "Köhnə dəbli
komediya", A.Arbuzov), Mariya Stüart ("Mariya Stüart",
F.Şiller), Epifaniya, Eliza ("Milyonçu xanım",
"Piqmalion", B.Şou), Katarina ("Şıltaq qızın yumşalması",
U.Şekspir), Şirin ("Fərhad və Şirin", S.Vurğun), Gültəkin
("Aydın", C.Cabbarlı), Klitemnestra ("Mənim məhəbbətim
Elektra", L.Dürko), Sara Bernar ("Lanqust gülüşü", C.Marrel)
və s.
|
|
|
|
GÖVHƏR
AĞA (1796, Şuşa-1888, orada; Ağdamda
Cavanşir nəslinə mənsub İmarət qəbiristanlığında dəfn edilmişdir) - Azərb.
şairi, mesenat. Qarabağ xanı İbrahimxəlil xanın qızı, Ağabəyim ağanın bacısı,
X.Natəvanın bibisi. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanım idi.
Mükəmməl təhsil almış, maarif və mədəniyyətə maraq göstərmiş, sənət adamlarına,
alim və şairlərə hamilik etmişdir. 1789 ildə İbrahimxəlil xanın Şuşada
tikdirdiyi məscidi (indi "Gövhər ağa məscidi" adı ilə məşhurdur)
təmir və bərpa etdirmişdir. "Məclisi-fəramuşan"ın məşğələləri çox
vaxt bu məscidin hücrələrində keçirilərdi. Azərb. və fars dillərində şerlər
yazmışdır. Bəzi mənbələrdə qəzəl və fəxriyyələri olduğu göstərilir. Ədəbi
irsindən hələlik, azərb.-ca bir beyt, farsca bir fərd (beyt) məlumdur.
X.Natəvanı tərbiyə edib, böyütmüş, ona musiqini, şeri, rəsmi
sevdirmişdir.
|
|
|
|
GÜLƏHMƏDOVA-MARTINOVA Gülcahan Şüaulla qızı (d. 23.6.1925, Bakı)
- Azərb. rejissoru. Azərb. SSR xalq artisti (1981). Azərb. SSR Dövlət
mükafatı laureatı (1972). İlk azərb. qadın rejissorlardandır. 1952-82 illərdə S.Vurğun
ad. Azərb. Dövlət Rus Dram Teatrında işləmişdir. Ən yaxşı tamaşaları: "Mariya
Stüart" (1965, F.Şiller), "Sirano de Berjerak" (1965,
E.Rostan), "Sən həmişə mənimləsən" (1967, İ.Əfəndiyev),
"Antiqona" (1968, J.Anuy), "Varşava melodiyası" (1969,
L.Zorin), "Həmişə təmizlikdə" (1970, E.Braginski və E.Ryazanov),
"Komandorun addımları" (1971, V.Korostılyov), "Sakit
üfüqlərdə" (1975, B.Vasilyev), "Şəhərin yay günləri" (1978,
Anar), "Əldən düşmüş at" (1979, F.Saqan), "On üçüncü
sədr" (1981, A.Abdullin) və s. 1982-ci ildən Ş. Məmmədova ad. opera
studiyasının rejissorudur. "Şərəf nişanı" ordeni ilə təltif
edilmişdir.
|
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|