Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


H


 

HACIYEVA Sona Salman qızı (25.6.1907, Şəki - 24.12.1979, Bakı) -Azərb. aktrisası. Azərb. Resp. xalq artisti (1949). Səhnə fəaliyytinə 1920 ildə Bakıda Əli Bayramov klubu nəzdindəki dram dərnəyində başlamış, 1923-79 illərdə Azərb. Dram Teatrının aktrisası olmuşdur. 1927 ilədək teatrda opera və musiqili komediyalarda çıxış etmişdir: Leyli, Əsli, Asya ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın mal alan", Ü.Hacıbəyli), Şahsənəm ("Aşıq qərib", Z.Hacıbəyli) və s. Dram tamaşalarında Sona ("Hacı Qara", M.F.Axundov), Xumar ("Şeyx Sənan", H.Cavid), Atlas ("Həyat" M.İbrahimov), Gülnar, Mehriban ("Vaqif", "Xanlar", S.Vurğun), Zinyət ("Toy", S.Rəhman), Ofelya, Cülyetta ("Hamlet", "Romeo və Cülyetta", U.Şekspir), Qalçixa ("Günahsız müqəssirlər", A.Ostrovski), Anna ("Həyatın dibində", M.Qorki), Solmaz, Sevil, Gülüş, Almas, Sona ("Od gəlini", "Sevil, "Almas", "1905-ci ildə", C.Cabbarlı) kimi və s. yaddaqalan obrazlar yaratmışdır. "Bəxtiyar", "Qızmar günəş altında", "O olmasın, bu olsun", "Səhər" filmlərində çəkilmişdir. "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.

 

 

 

HASİLOVA Xalidə Məmməd qızı (10.4.1920, Zaqatala ş. - 5.12.1996, Bakı) - Azərb. yazıçısı, əməkdar mədəniyyət işçisi (1974). "Kiçik hekayələr" (1950), "Lalənin kitabı" (1955), "Ulduzlu papaq" (1960), "Yaşıl ayna" (1971) və s. kitabları kiçik və məktəbyaşlı uşaqlara həsr olunmuşdur. "İki yoldaş" (1955), "Sular durulur" (1958), "Ləpələr" (1964), "Zəhra" (1966), "Unutmaram" (1969), "Kaman" (1972), "Nəğməli könül" (1976), "Xatirə" (1978), "Məhəbbət olanda" (1979) hekayə və povest kitabları müasirlərimizin həyatından bəhs edir. "Göyərçin" jurnalının (1966-1972), "Azərbaycan qadını" jurnalının (1972-96) baş redaktoru işləmişdir. Resp. Qadınlar Şurası Rəyasət Heyətinin üzvü (1975 ildən) olmuşdur. Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.

 

 

 

HAŞIMOVA Şahnaz Həsən qızı (d.2.6. 1957, Gəncə) - Azərb. müğənnisi. Azərb. Resp. xalq artisti (2000). Q. Hüseynli ad. Gəncə Musiqi Məktəbini bitirmişdir (1979). 1971-73 illərdə bədii özfəaliyyət kollektivlərinin "Oxu, tar" festivalının iştirakçısı olmuşdur. 1975 ildən "Göy-göl" xalq çalğı alətləri ansamblının (1977 ildən "Göy-göl" Dövlət Mahnı və Rəqs Ansamblının) solistidir. 1997 ildən Gəncə Dövlət Filarmoniyasının direktorudur. Repertuarına xalq mahnıları ("Uca dağlar", "Qaragilə", "Şuşanın dağlan", ve s.), muğamlar (Kəsmə şikəstə, Qarabağ şikəstəsi, Mirzə Hüseyn segahı, Şahnaz, Dəstgah və s.), Azərb. bəstəkarlarının mahnıları, həmçinin türk, fars, tacik, əfqan, ərəb və s. xalqların mahnıları daxildir.

 

 

 

HEYRAN XANIM Dünbuli (?, Naxçıvan - ?,Təbriz) - Azərb. şairi. 18 əsrin sonlarında Dünbuli Kəngərli xanları ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərb. və fars əd.-tını öyrənmişdir. 19 əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə H.X.-ın da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. 19 əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərb. poeziyasının tanınmış nümayəndələrindəndir. Azərb. və fars dillərində, əsasən, aşiqanə şerlər yazmışdır. Rudəki, Həsənoğlu, Sədi, Hafiz, Nəsimi, Nəvai, Füzuli, Qövsi Təbrizi və b.-na nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq əd-tı nümunələrinə yaxındır. Əsərlərinin 3 əlyazması (Bakı, Tehran və Tbilisi nüsxələri) məlumdur; bunlardan ən mükəmməli şairənin sifarişi ilə yazılmış Bakı nüsxəsidir. Həmin nüsxə Azərb. Resp. Əlyazmalar İn-tunda saxlanılır.

 

 

 

HƏMZƏYEVA Zəroş Mirzəbağır qızı (d.22.3.1925, Babək r-nunun Nehrəm k.) - Azərb. Resp. xalq artisti (1967). 1941-97 illərdə C.Məmmədquluzadə ad. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktrisası olmuşdur. Müxtəlif səpkili səhnə obrazları yaratmışdır: Xumar ("Şeyx Sənan", H.Cavid), Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Dezdemona ("Otello", U.Şekspir), Kruçinina ("Günahsız müqəssirlər", A. Ostrovski), Zinyət ("Toy", S.Rəhman), Xuraman ("Vaqif", S.Vurğun), Məhsəti ("Məhsəti", K.Ağayeva), Sevinc ("Sensiz", Ş. Qurbanov) və s. Azərb. Dövlət Akademik Dram Teatrının səhnəsində "Vaqif" tamaşasında Xuraman rolunu oynamışdır. Azərb.-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

 

 

 

HƏSƏNOVA Gülxar İbrahim qızı (d. 10.12.1918, Şəmkir r-nunun Kolxozkənd k.) - Azərb. müğənnisi (soprano). Azərb. Resp. xalq artisti (1982). Bakı Teatr Texnikumunda oxumuş (1935-37), ADU-nu bitirmişdir (1959). Səhnə fəaliyyətinə Azərb. Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936-42). 1942-80 illərdə Azərb. Opera və Balet Teatrının solisti olmuşdur; 1980 ildən teatrın məşqçi pedaqoqudur. Leyli və Leylinin anası, Əsli, xanəndə qız ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), ana ("Gəlin qayası", Ş.Axundova) və s. partiyalarda çıxış etmişdir. Lenin ordeni, "Şərəf nişanı" ordeni, Azərb.-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

 

 

 


HÜSEYNOVA Elmira Mehralı qızı (İ2.2.1933, Bakı - 24.1.1945, Bakı) - Azərb. heykəltəraşı, əməkdar rəssam (1967). İ.Y. Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İn-tunu bitirmişdir (1960). "Kolxozçu qız" (1957), "Fəhlə" (1958), "Ailə" (1960), "Ana" (1970) və s. əsərlərin müəllifidir. Monumental heykəltəraşlıq sahəsində də fəaliyyət göstərmişdir (Sumqayıtda C. Cabbarlının abidəsi, 1966; Bakıda Azərbaycan Milli Ensiklopediyasının binası qarşısında H. Zərdabinin abidəsi, 1983).

 

 

 

HÜSEYNOVA Sofya Həsən qızı (d. 17.2.1926, Bakı) - Azərb. Resp. xalq artisti (1982). 1942 ildən C. Məmmədquluzadə ad. Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləyir. Klassik və müasir dramaturqların əsərlərində müxtəlif səpkili obrazlar yaratmışdır: Kruçinina, Larisa ("Günahsız müqəssirlər", "Cehizsiz qız", A. Ostrovski), Xuraman ("Vaqif", S Vurğun), Sara ("Solğun çiçəklər", C.Cabbarlı), Tərgül ("Məhsəti", K. Ağayeva), Nərminə ("Göz həkimi", İ. Səfərli) və s. Azərb-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb