QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
X
|
XANLAROVA Zeynəb Yəhya qızı (d. 28.12.1936, Bakı)
- Azərb. müğənnisi, xanəndə. Azərb. Resp. xalq artisti (1975). SSRİ xalq
artisti (1980). Azərb. SSR Dövlət mükafatı laureatı (1985). M.Ə. Sabir ad.
Bakı Pedaqoji məktəbini (1956) və A.Zeynallı ad. Bakı Musiqi Texnikumunu (1961) bitirmişdir. 1961 ildən opera və balet
teatrının solistidir. Ü. Hacıbəylinin "Leyli və Məcnun", "Əsli
və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaratmışdır.
Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və
Azərb. xalq mahnıları, Azərb. bəstəkarlarının (Q. Qarayev, F. Əmirov, T.
Quliyev, C. Cahangirov, A. Məlikov, E. Sabitoğlu, Ə. Tağıyev və b.) və Şərq
xalqlarının mahnıları geniş yer tutur. Azərb. qadın xanəndələri içərisində
"Çahargah" muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra
mahnıların müəllifidir. Dünyanın əksər ölkələrində konsertlər vermişdir.
Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi
çəkilmişdir. Azərb. SSR Ali Sovetinin (11-12-ci çağırış) deputatı olmuş,
Azərb. Resp. Milli Məclisinin (1-2-ci çağırış) deputatıdır. Azərb-ın
"Şöhrət" ordeni ilə təltif edilmişdir.
|
|
|
|
XƏLƏFOVA Fəxriyyə Rafiq qızı (d.31.12.1969,
Bakı) - Azərbaycan modelyeri. Azərb. Dövlət Un-tini (1990), aspiraturanı
(1994), Türkiyə Ali İxtisaslaşdırılmış Bədii Dizayn Məktəbini (1997)
bitirmişdir. 1988 ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət
göstərir. "Sirr", "Neft ilahəsi", "Ays",
"Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan,
Gürcüstan, Belorus və Almaniyada nümayiş etdirilmişdir.
"EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda
müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur. Beynəlxalq
müsabiqələrdə diplom və mükafatlara layiq görülmüşdür.
|
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|