Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


N


 

NATƏVAN Xurşudbanu Mehdiqulu xan qızı (avqust, 1832, Şuşa - 2.10.1897, Şuşa, Ağdamda "İmarət" qəbiristanında dəfn olunmuşdur) - Azərb. şairi. Mehdiqulu xanın qızı, İbrahimxəlil xanın nəvəsidir. "Xan qızı" adı ilə də tanınmışdır. Bibisi Gövhər xanım tərbiyə edib böyütmüş, ona musiqini, şeri, rəsmi sevdirmişdir. Şərq dillərini öyrənmiş, Firdovsi, Nizami, Sədi, Hafiz, Nəvai, Füzuli və b. klassiklərin əsərlərini oxumuşdur. Dövrünün qabaqcıl ziyalılarından olan Xasay xan Usmiyevə ərə getmiş, Dağıstanı gəzmiş, Tiflisdə, Bakıda olmuşdur. 1858 ildə Bakıda A.Düma (ata) ilə görüşmüş, öz əl işlərindən ona hədiyyə vermişdir. Düma isə ona nəfis fiqurlu şahmat bağışlamışdır. 1872 ildə Şuşada "Məclisi-üns" ədəbi məclisini təşkil etmişdir. 1873 ildə Şuşaya su kəməri çəkdirmişdir; bu su kəməri "Xan qızı bulağı" adı ilə məşhurdur. Araz çayından Mil düzünə qədər su kəməri çəkdirməyə təşəbbüs göstərmişdir. Yaradıcılığa 50-ci illərdən ənənəvi Şərq mövzu və janrlarında şerlərlə başlamışdır. Qəzəllərində məhəbbət, təbiət gözəllikləri ("Gülün", "Qərənfil" və s.) tərənnüm olunur. 16 yaşlı oğlu Mir Abbasın ölümündən sonra bədbin ruhlu şerlər yazmışdır ("Ağlaram", "Olaydı", "Getdi", "Sənsiz", "Ölürəm" və s.). İstedadlı rəssam olmuşdur. Onun bədii tikmələri, "Gül dəftəri" (1886) adlı albomundakı rəsmlər buna sübutdur. Bakıda heykəli, Şuşada büstü, Ağdamda isə qəbirüstü abidəsi qoyulmuşdur.

 

 

 

NƏCƏFOVA Hökümə Yusif qızı (d.19.11.Bakı) - ilk azərb. qadın tarzən, bəstəkar. Azərb. Sənaye İn-tunu (1937) və A.Zeynallı ad. Azərb. Dövlət Musiqi Məktəbini (1939) bitirmişdir. Azərb. Dövlət Konservatoriyasında xalq musiqisi üzrə bəstəkarlıq kursunda (1942-48; Ü.Hacıbəylinin sinfində) oxumuşdur. 1936-47 illərdə Azərb. Dövlət Filarmoniyası xalq çalğı alətləri orkestrində tarda çalmışdır. Bakının müxtəlif musiqi məktəblərində və mədəniyyət saraylarında dərs demişdir. Bir sıra mahnı, romans və rəqslər ("Şənlik rəqsi", "Rəqs melodiyası") bəstələmişdir. 1938 ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında tarda Bayatı-Şiraz muğamını ifa etmişdir. Fortepiano üçün "Yarım gəldi" (1945), "Arzu" (1946), fortepiano ilə oxumaq üçün "Uşaq mahnıları" (1967), "Mahnılar" (1968, 1975) və "Ana yurdum" (1986) adlı mahnı və romanslar not kitablarının müəllifidir. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

 

 

 

NƏRİMANOVA Zemfira ƏIi qızı (d. 20.4.1959, Bakı) - Azərb. Resp. xalq artisti (2000). Azərb. Dövlət İncəsənət İn-tunu bitirmişdir (198 ). Həmin ildən Azərb. Milli Akademik Dram Teatrının aktrisası kimi səhnə fəaliyyətinə başlamışdır. Rolları: Nastya ("Həyatın dibində", M. Qorki), Çiçək ("Torpağa sancılan qılınc", N. Xəzri), Arzu ("Kimdir haqlı", B. Vahabzadə), Ayxanım ("Yayda qartopu oyunu", V. Səmədoğlu), Gülnaz ("Tənha iydə ağacı", İ. Əfəndiyev), Züleyxa ("Ah, Paris, Paris!", Elçin), Sofa ("Yad adam", D. Frank) və s. Televiziya tamaşalarında ("Pəncərədə işıq", "Sarıköynəklə Valehin nağılı", "Göz həkimi", "İtkin gəlin" və s.) çəkilmişdir.

 

 

 

NƏZİROVA Elmira Mirzərza qızı (d. 30.11.1928, Bakı) - Azərb. bəstəkarı, pianoçu. Azərb. SSR əməkdar incəsənət xadimi (1964), prof. (1971). Azərb. Dövlət Konservatoriyasının fortepiano və bəstəkarlıq siniflərini bitirmişdir (1950, 1954). Fortepiano ilə orkestr üçün 12 prelüd, sonatina, ərəb mövzuları əsasında fortepiano ilə orkestr üçün konsert (1957, F.Əmirovla birgə), sonata-poema, Azərb. xalq mahnıları işləmələri (3 dəftər) və s. əsərlərin müəllifidir. 1951 ildən Azərb. Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərmişdir. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

 

 

 

NOVRUZOVA Cəmilə Həsən qızı (d. 9.4.1930, Naxçıvan) - sənətşünaslıq doktoru (1978). Leninqrad Dövlət Un-tini (1949) və Azərb. Dövlət Un-tini (1952) bitirmişdir. Azərb. Resp. EA Memarlıq və İncəsənət in-tunda işləyir (1962 ildən baş elmi işçi). Azərb. müasir heykəltaraşlığının yaranması və inkişafı problemlərinə, eləcə də ayrı-ayrı heykəltəraşların yaradıcılığına həsr olunmuş monoqrafiya və məqalələrin müəllifidir. Çoxcildli "SSRİ xalqlarının incəsənəti tarixi" əsərinin hazırlanmasında iştirak etnıişdir.

 

 

 

NOVRUZOVA Mirvari Balaqardaş qızı (17.4.1923, Bakı-20.3.1994, Bakı) -Azərb. Resp. əməkdar artisti (1949). Bakı Teatr Texnikumunu bitirmişdir (1942). 1939 ildən Azərb. Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. İlk rolu "Eşq və intiqam tamaşasında" (S.S.Axundov) Qəmər obrazı olmuşdur. Digər rolları: Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Xuraman ("Vaqif", S.Vurğun), Gülnisə ("Solğun çiçəklər", C.Cabbarlı), Ceyran xala, Zalxa ("Nişanlı qız", "Toy", S.Rəhman), Tükəz ("Hacı Qara", M.F.Axundov), Hafizə ("Pəri-cadu", Ə.B.Haqverdiyev), Zeynəb ("Dumanlı Təbriz", M.S.Ordubadi), Teklə ("Xanuma", A.Saqareli), Qadın ("Qadın faciəsi", F.Q.Lorka) və s.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb