Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


R


 

RƏHİMOVA Elmira Allahverdi qızı (d. 31.8.1941, Bakı) - Azərb. Resp. xalq artisti (2000). Azərb. Dövlət Dillər İn-tunu (1970), Azərb. Dövlət Musiqi Texnikumunu (1965) bitirmişdir. 1956 ildən Azərb. Dövlət Filarmoniyasının və Azərb. Teleradio Verilişləri Şirkətinin solistidir. 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınmış, Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olmuş, hind mahnı və rəqslərini öyrənmişdir. Azərb. bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edir. Dünyanın 30-dan çox ölkəsində konsert proqramları ilə çıxış etmişdir.

 

 

 

RƏFİBƏYLİ Nigar Xudadat qızı (29.6.1913, Gəncə-10.7.1981, Bakı) - Azərb. xalq şairi (1981), əməkdar mədəniyyət işçisi (1967). Moskva Pedaqoji İn-tunu bitirmişdir (1936). 1934 ildə "Şerlər" kitabı nəşr olunmuşdur. "Şerlər" (1959), "Dənizin səsi gəlir" (1964), "İşıqlı dünyam" (1969), "Günəşdən gənclik istədim" (1974) və s. kitabların müəllifidir. Uşaqlar üçün də əsərlər ("Qoçaq Kərim" (1937), "Balaca qəhrəman" (1942), "Günəşin cavabı" (1966), "Məstanın balaları" (1968), "Bizə bahar yaraşır" (1978) və s.) yazmışdır. Dünya ədəbiyyatından tərcümələr etmişdir. Bir çox şerinə mahnılar bəstələnmişdir.

 

 

 

RƏHMANZADƏ Maral Yusif qızı (d. 23.7.1916, Bakı) Azərb. rəssamı, qrafik. Azərb. Resp. xalq rəssamı (1964). Azərb. Resp. Dövlət mükafatı laureatı (1965). Azərb. Dövlət Rəssamlıq Texnikumunda (1930-33) və Moskva Rəssamlıq İn-tunda (1934-40) oxumuşdur. Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində ("Azərbaycan qadını keçmişdə və indi", 1940, "Qadınlar müharibə illərində", 1942) Azərb. qadınlarının həyatı öz əksini tapmışdır. Azərb. kəndinin həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin mövzusudur ["Bizim qızlar", "Mənim bacılarım", "Doğma vətənim", "Azərbaycan" və s. (1965-75)]. Kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərmiş, bədii əsərlərə illüstrasiyalar çəkmişdir. Bir sıra xarici ölkələrdə olmuş, həmin ölkələrin həyatından silsilə qravüralar yaratmışdır ("Çexoslovakiyada", 1959-60). Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilmişdir. Dəfələrlə Moskvada, Bakıda və Azərb.-ın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri göstərilmişdir. Əsərləri Tretyakov qalereyası (Moskva), R.Mustafayev ad. Azərb. Dövlət İncəsənət Muzeyi, Azərb. Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı" ordeni, Azərb.-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

 

 

 

RƏNCUR (təxəllüsü) Şahnigar xanım Kazımağa qızı (1850, Qazax mahalının Ağköynək k. - 1899, Qazax) - Azərb. şairi. Qazaxda "Mollaxanım" ləqəbi ilə tanınmışdır. Təhsili və təlimini qardaşı Hacı Məhəmməd ağadan almışdır. Klassik üslubda və janrlarda (münacat, mərsiyə, qəzəl) şerlər yazmışdır. Nəqşibəndi təriqətinə mənsub olmuşdur. Şerlərinin çoxunu müridi Hacı Mirhəmzə Əfəndiyə (Seyid Nigariyə) xitabən yazmışdır.

 

 

 

RƏSULOVA Lidiya Xudat qızı (d. 1941, Bakı) - Azərb. Dövlət Pedaqoji Dillər İn-tunu bitirmişdir. Əmək fəaliyyətinə orta ümumtəhsil məktəbi və məktəbdənkənar tərbiyə müəssisələrində başlamış, 1963-66 illərdə seçkili gənclər təşkilatında rəhbər vəzifələrdə çalışmışdır. 1966-81 illərdə partiya orqanlarında, o cümlədən Azərb. KP Mərkəzi Komitəsi elm və tədris müəssisələri şöbəsinin müdir müavini, Azərb. KP Nəsimi RK-nin birinci katibi işləmişdir. 1981-88 illərdə Azərb. Həmkarlar İttifaqı Şurasının sədri, 1988-93 illərdə Azərb. Sosial Təminat naziri, Azərb. Dövlət Elm və Texnika Komitəsinin sədr müavini, 1993-97 illərdə Təhsil naziri olmuşdur. Azərb. SSR Ali Sovetinin (9-cu və 10-cu çağırış) deputatı, Ali Sovetin Xalq maarifi və elm komissiyasının üzvü, SSRİ Ali Sovetinin (11-ci çağırış) deputatı, Millətlər Sovetinin Xarici işlər komissiyasının üzvü olmuşdur. Azərb.-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

 

 

RZAYEVA Ağabacı İsmayıl qızı (15.12.1912, Bakı - 4.7.1975, Bakı) - Azərb. bəstəkarı, əməkdar incəsənət xadimi (1960). Azərb. Dövlət Konservatoriyasında oxumuş, Ü.Hacıbəylidən bəstəkarlıq üzrə dərs almışdır. İlk azərb. qadın bəstəkarlarındandır. Yaradıcılığında mahnı və romanslar mühüm yer tutur ("Neftçi Qurban", "Çoban Qara", "Oxuma, gözəl" və s.). Nəsiminin sözlərinə 7 romansın, simli kvartet üçün pyeslərin və s. müəllifidir.

 

 

 

RZAYEVA Həqiqət Əli qızı (20.5.1907, Lənkəran - 2.8.1969, Bakı) - Azərb. Resp. xalq artisti (1943). Azərb. səhnəsində çıxış edən ilk azərb. qadın müğənnilərindəndir. Kiçik yaşlarından Lənkəranda qadın məktəbində, 1923 ildən isə Bakıda pedaqoji texnikumda təhsil alarkən musiqili tamaşalarda çıxış etmişdir. 1928-32 illərdə Azərb. Dövlət Konservatoriyasının muğam şöbəsində oxumuşdur. 1927-52 illərdə Azərb. Opera və Balet Teatrının solisti olmuş, muğam və xalq mahnılarının ifaçısı kimi də şöhrət qazanmışdı. Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev), Leyli, Əsli, Telli ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın mal alan", Ü.Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z.Hacıbəyli) onun yaratdığı əsas səhnə obrazlarıdır.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb