Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


S


SADIQOVA Məhluqə Ələsgər qızı (d.28.4.1917, Şuşa) - Azərb. aktrisası. Azərb. Resp. xalq artisti (1978). 1936 ildən Azərb. Dövlət Dram Teatrının aktrisası olmuşdur. Sona, Gülüş, Yaxşı ("1905-ci ildə", "Sevil", "Almas", C.Cabbarlı), Tərlan ("Həyat", M.İbrahimov), İntizar ("Vəfa", R.Rza), Zəhra ("Şeyx Sənan", H.Cavid), Sonya ("Vanya dayı", A.Çexov), ("Tufanlı il", A.Kapler və T.Zlatoqorova) və başqa obrazların ifaçısı olmuş, eyni zamanda bədii qiraət ustası kimi tanınmışdır. Azərb.-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

 

 

 

SARNATSKAYA Nina Dmitriyevna (8. 12.1909, Bakı - 6.4. 1986, Bakı) - Azərb. Resp. xalq artisti (1974). Bakıda fəhlə-gənclər teatrı nəzdindəki studiyanı bitirmiş (1932), həmin ildən Bakı İşçi Teatrında işləmişdir. 1941-57 illərdə Ufa, Ulyanovsk, Sverdlovsk dram teatrlarında fəaliyyət göstərmişdir. 1957 ildən Azərb. Rus Dram Teatrının aktrisası olmuşdur. Rolları: Mariya Aleksandrovna ("Ailə", İ.Panov), Murzavetskaya ("Qurdlar və qoyunlar", A.Ostrovski), Pəri xala ("Sən nə üçün yaşayırsan", İ.Qasımov və H.Seyidbəyli), Solomonida ("Ağır ittiham", L.Şeynin), madam Ksidios ("Müdaxilə", L.Slavin), Voynitskaya, Avdotya Nazarovna ("Vanya dayı," "İvanov", A.Çexov), Kvaşnya ("Həyatın dibində", M.Qorki), Balaca ("Ömrümüz çox qısadır", İ.Qasımov) və b.

 

 

 

SEYİDOVA İzzət Əli qızı (20. 10. 1910, Xarkov - 30.11.1973, Bakı) -ilk azərb. qadın teatr rəssamlarından biri, əməkdar incəsənət xadimi (1943). Azərb. Dövlət Rəssamlıq Texnikumunda (1927-31) və Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İn-tunda (1931-38) oxumuşdur. 1938 ildən M.F.Axundov ad. Azərb. Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərmiş, "Sevilya bərbəri" (1938, C.Rossini), "Qaratoxmaq qadın" (1941, P.Çaykovski), "Vətən" (1941, Q.Qarayev və C.Hacıyev), "Maskarad" (1945, B.Zeydman), "Sevil" (1953, F.Əmirov), "Leyli və Məcnun" (1958, Ü.Hacıbəyli) və s. opera və balet tamaşalarına tərtibat vermişdir.

 

 

SEYİDOVA Səadət Ağamməd qızı (17.1.1942, Bakı) - sənətşünaslıq e.n., professor (1996). Ü.Hacıbəyov ad. Azərb. Dövlət Konservatoriyasını bitirmişdir (1964). Konservatoriyanın tarix-nəzəriyyə fakültəsinin dekanı (1991-96) olmuşdur. 1996 ildən musiqi nəzəriyyəsi kafedrasının müdiridir. Tədqiqatı dini musiqi janrına həsr edilmişdir. Dini oxuma nümunələrini ilk dəfə Azərb.-da məcmuə şəklində yazıya almışdır.

 

 

 

SƏFƏRƏLİYEVA Kövkəb Kamil qızı (3.1.1907, Bakı - 1985, Bakı) - Azərb. pianoçusu, pedaqoq. Azərb. SSR xalq artisti (1972). Azərb. Dövlət Konservatoriyasını bitirmişdir (1932). Solo və ansambl musiqisinin ifaçısı kimi tanınmışdır. Pedaqoji fəaliyyətə 1922 ildən başlamışdır (1952 ildən konservatoriyanın prof., 1952-53 illərdə kafedra müdiri). Konservatoriya nəzdində istedadlı uşaqlardan təşkil etdiyi qrupun əsasında orta ixtisas musiqi məktəbi yaradılmışdır (hazırda Bülbül ad.) 1937-52 illərdə həmin məktəbin direktoru olmuşdur. Fortepiano üçün bir sıra tədris-metodiki məcmuələrin tərtibatçisi və redaktoru, Azərb. musiqisinə dair məqalələrin müəllifidir. SSRİ Ali Sovetinin (3-cü çağırış) deputatı olmuşdur. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

 

 

 

SƏFƏROVA Xalidə Ələkbər qızı (d. 25.8.1926, Gəncə) - Azərb. Resp. xalq rəssamı (1989). Ə.Əzimzadə ad. Azərb. Dövlət Rəssamlıq Məktəbini (1944) və Ümumittifaq Kinematoqrafiya İn-tunun (Moskva) rəssamlıq fakültəsini (1955) bitirmişdir. Yaradıcılığında natürmort, mənzərə, xalq nağıllarına illüstrasiyalar, idman mövzusu, tematik tablolar ("Dağ çayı", "Aşıq Qərib", "Velosiped yarışı", "Çövkən oyunu", "Payız bağında" və s.) geniş yer tutur. Əsərləri Azərb. Resp. muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Bakıda (1947, 1984) və Moskvada (1990) fərdi sərgiləri keçirilmişdir. Bir sıra xarici ölkələrdə əsərləri nümayiş etdirilmişdir.

 

 

 

SƏFƏROVA Zemfira Yusif qizi (d. 10.6.1937, Bakı) - Azərb. musiqişünası. Sənətşünaslıq doktoru (1996), prof. (1998), əməkdar incəsənət xadimi (1989). Azərb. Dövlət Konservatoriyasının nəzəriyyə fakültəsini bitirmişdir (1960). 1962 ildən Azərb. EA Memarlıq və İncəsənət İn-tunda elmi işçi, baş elmi işçi. 1980 ildən musiqi sənəti şöbəsinin müdiridir. Tədqiqatları qədim və orta əsrlər Azərb. musiqisinə, o cümlədən, Səfiəddin Urməvi, Əbdülqadir Marağı, eləcə də Mir Möhsün Nəvvab, Ü.Hacıbəyli və b.-nın yaradıcılığına həsr edilmişdir. "Azərbaycanın musiqi elmi", "Dədə Qorqudun musiqi dünyası" və s. kitabların müəllifidir. Bir sıra beynəlxalq elmi simpozium və konqreslərdə çıxış etmişdir.

 

 

 

SƏLİMOVA Cənnət  Əlibəy qızı (d.20.1.1940, Bakı) - Azərb. Resp. xalq artisti (1998), prof. Azərb. Dövlət Un-tini (1962), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İn-tunu (1967) bitirmişdir. S.Vurğun ad. Azərb. Dövlət Rus Dram Teatrında rejissor, baş rejissor (1967-91) olmuşdur. Azərb. Musiqili Komediya Teatrının bədii rəhbəri (1991 ildən) və Bakı Kamera Teatrının bədii rəhbəri və müdiridir. 1975 ildən Azərb. Dövlət Mədəniyyət və İncəsənət Un-tində pedaqoji fəaliyyət göstərir. "Şərəf nişanı" ordeni və Azərb.-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

 

 

 

SƏMƏDOVA Vəcihə Əli qızı (d. 24. 11. 1924, Bakı - 24. 10. 1965, Bakı) - Azərb. boyakarı, əməkdar incəsənət xadimi (1965). Ə.Əzimzadə ad. Azərb. Dövlət Rəssamlıq Məktəbini (1944) və V.İ.Surikov ad. Moskva Rəssamlıq İn-tunu (1951) bitirmişdir. Portret, mənzərə və tematik tablolar çəkmişdir. "Aktrisa L.Bədirbəyli" (1954), "Geoloq M.Məmmədbəyli" (1959), "Heykəltəraş H.Abdullayeva" (1964) və b. portretlərin, "Azərbaycan bəstəkarları" (1951), "Mahnı" (1956), "Kürün sahilində" (1961), "Xəbər gözləyənlər" (1963) kimi mənzərə və tematik tabloların müəllifidir. Əsərləri R. Mustafayev ad. Azərb. Dövlət İncəsənət Muzeyində saxlanılır.

 

 

 

SƏNANİ Ofelya Hacağa qızı (d. 26.5.1941, Bakı) - Azərb. Resp. xalq artisti (1991). Azərb. Dövlət Un-tini bitirmişdir (1966). 1959 ildən Azərb. Teleradio Verilişləri Şirkətinin diktorudur. 1959-75 illərdə radioda işləmiş, bir sıra radio tamaşalarında baş rollarda çıxış etmişdir. 1975 ildən televiziyada fəaliyyət göstərir. 1960-90 illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləmiş, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirmişdir. Kinofilmlərdə də çəkilmişdir ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).

 

 

 

SULTANOVA Ayna Mahmudağa qızı (1895, Quba qəzasının Pirəbədil k. - 1938) - Azərb. dövlət və ictimai xadimi. 1912-ci ildə Bakıda "Müqəddəs Nina" gimnaziyasını bitirmiş və həmin məktəbdə dərs demişdir. 1917-1918 illərdən inqilabi hərəkata qoşulmuşdur. AK(b) PMK aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsi müdirinin müavini, sonra müdiri vəzifələrində çalışmış, "Şərq qadını" (indiki "Azərbaycan qadını") jurnalının ilk redaktoru olmuşdur. 1930-37 illərdə Azərb. SSR Xalq Maarif Komissarının müavini, Zaqafqaziya Həmkarlar İttifaqları Şurası mədəniyyət bölməsinin müdiri olmuş, Moskvada Qırmızı Professura İn-tunda oxumuş, ÜİK (b)P Zaqafqaziya Ölkə Komitəsində qadınlar bölməsinin müdiri və kütləvi təşviqat şöbəsi müdirinin müavini, Azərb. SSR Xalq Maarif Komissarı, sonra Xalq Ədliyyə Komissarı vəzifələrində işləmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. 1938 ildə repressiya qurbanı olmuşdur.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb