Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Ş


 

ŞAHTAXTİNSKAYA Elmira Həbibulla qızı (25.10.1930, Bakı - 13.10.1996, Moskva; Bakıda dəfn olunmuşdur) - Azərb. rəssamı, qrafik. Azərb. Resp. xalq rəssamı (1977), əməkdar incəsənət xadimi (1963). Ə.Əzimzadə ad. Azərb. Dövlət Rəssamlıq Məktəbini (1950) və V.İ.Surikov ad. Moskva Rəssamlıq İn-tunu (1956) bitirmişdir. Plakat, dəzgah rəsmləri və akvarellərin müəllifidir. 70-ci illərdə "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərb.-ın elm, ədəbiyyat və incəsənət xadimlərinin (Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Səfiəddin Urməvi, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və b.) portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada" (1957), "Sosialist Bakısı" seriyası (1958-59), "Bolqarıstanda" (1963), "Qutablar" (1963) və "Novruz bayramı" (1970) tablolarını yaratmışdır. Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilmişdir.

 

 

 

ŞEYDAYEVA Zibeydə Mikayıl qızı (1860, Qusar r-nunun Hil k. - 12.2.1981, Quba) - Azərb. xalça ustası. 8 yaşından xalça toxumağa başlamış, ömrünün 100 ildən çoxunu xalça dəzgahı arxasında keçirmişdir. Toxuduğu incə və nazik xovlu Quba xalçaları, nəfis sumax nümunələri Azərb. tətbiqi sənət əsərləri ilə birgə London, Paris, Nyu-York və Monrealda keçirilmiş ümumdünya sərgi və yarmarkalarında nümayiş etdirilmişdir. Bir neçə xalçası Azərb. Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində (Bakı) saxlanılır. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

 

 

 

ŞƏKİNSKAYA Barat Həbib qızı (28.6.1914, Şuşa - 13.1.1999, Bakı) - Azərb. aktrisası. Azərb. Resp. xalq artisti (1949). Səhnə fəaliyyətinə 1929 ildə Gəncədə İşçi klubunun dram dərnəyində başlamış, 1933-35 illərdə Gəncə Dram Teatrında, 1935-78 illərdə Azərb. Dram Teatrında çıxış etmişdir. "Azərbaycanfilm"in kino aktyoru teatrında (1956-60) və H.Ərəblinski ad. Sumqayıt Dram Teatrında da (1970-71) işləmişdir. Rolları: Cülyetta, Dezdemona, Kordeliya, Viola ("Romeo və Cülyetta", "Otello", "Kral Lir", "On ikinci gecə", U.Şekspir), Luiza ("Məkr və Məhəbbət", F.Şiller), Mirandolina ("Mehmanxana sahibəsi, K.Qoldoni), Florella ("Rəqs müəllimi", Lope de Veqa), Şirin, Xuraman ("Fərhad və Şirin", "Vaqif", S.Vurğun), Yetər ("Yağışdan çıxdıq, yağmura düşdük", N.B.Vəzirov), Zərifə, Gülər ("Nişanlı qız", "Xoşbəxtlər", S.Rəhman), Dilşad xanım ("Atayevlər ailəsi", İ. Əfəndiyev). "Görüş", "Telefonçu qız", "Fövqəladə hadisə", "Kölgələr sürünür", "Qızmar günəş altında", "Onun bəlalı sevgisi", "O olmasın, bu olsun" və s. filmlərdə çəkilmişdir.

 

 

 

ŞƏRİFOVA Firəngiz Abbasmirzə qızı (d. 6.2.1924, Bakı) - Azərb. aktrisası. Azərb. SSR xalq artisti (1969). Bakı Xoreoqrafiya Məktəbində və Azərb. Dövlət Konservatoriyasında oxumuşdur. Səhnə fəaliyyətinə 1947 ildə Azərb. Musiqili Komediya Teatrında başlamışdır. 1949 ildən Azərb. Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Anacan ("Anacan", Y.Əzimzadə), Mətanət, Məhsəti Gəncəvi ("Çiçəkli dağ", "Rübailər aləmində", M.Təhmasib), Beatriça ("İki ağanın bir nökəri", K.Qoldoni), Cemma ("Ovod", E.Voyniç), Həmidə xala ("Keçən ilin son gecəsi", Anar), Mədinə ("Mənim nəğməkar bibim", Ə.Əylisli) və s. rolların ifaçısı olmuşdur. "Qaraca qız", "Qum üzərində ev", "Qərib cinlər ölkəsində" və s. filmlərdə çəkilmişdir.

 

 

 

ŞIXLİNSKAYA Nigar Hüseyn Əfəndi qızı (təqr. 1878, Tiflis - 15.8.1931, Bakı) - ilk azərb. səfqət bacısı. Birinci dünya müharibəsinin iştirakçısıdır. Tiflisdə Zaqafqaziya Qızlar İn-tunu bitirən (1889) ilk ali təhsilli azərb. qadındır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi. Ceneral Ə.Şıxlinskinin həyat yoldaşı kimi 1914-18-ci illərdə zabit arvadlarının yaratdığı "Qırmızı xaç" adlı hərbi xəstəxanaya başçılıq edən komitənin sədri seçilmişdir.

 

 

 

ŞİRƏLİYEVA Tamilla Xudadat qızı (d. 8.12.1946, Bakı) - Azərb. balet artisti. Azərb. Resp. xalq artisti (1978). SSRİ Dövlət mükafatı laureatı (1980). Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir (1964). Həmin ildən Azərb. Dövlət Opera və Balet Teatrının solistidir. Qaraca qız "(" Qaraca qız", Ə.Abbasov), Gülyanaq ("Qız qalası", Ə.Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", A.Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Odetta-Odilliya ("Sonalar gölü", P.Çaykoski), Kitri, Paxita ("Paxita", L.Minkus), Şəhrizad ("Min bir gecə", F.Əmirov) və s. əsas partiyalarıdır. 1977 ildən pedaqoji fəaliyyət göstərir.

 

 

 

ŞİRYE Vera Karlovna (d. 31.1.1915, Bakı) - Azərb. Resp. xalq aptisti (1961). Səhnə fəaliyyətinə 1933 ildən Bakı İşçi Teatrı (1937 ildən Azərb. Dövlət Rus Dram Teatrı) nəzdindəki studiyada başlamışdır. 1938 ildən həmin teatrın aktrisasıdır. Rolları: Mirandolina ("Mehmanxana sahibəsi", K.Qoldoni), Maşa ("Canlı meyit", L.Tolstoy), Melanya ("Günəşin övladları", M. Qorki), Anna İliniçna ("Ailə", İ.Popov), Qızyetər ("Xanlar", S.Vurğun), Nataşa ("Şərqin səhəri", Ə.Məmmədxanlı), Ledi Hef ("Oğruların şənliyi", J.Anuy), Tereza ("Terezanın ad günü", G.Mdivani), Pori xala ("Sən no üçün yaşayırsan?", İ.Qasımov və H.Seyidbəyli), Elizaveta ("Mariya Stüart", F.Şiller), Kuraj ana ("Kuraj ana və uşaqları", B.Brext) və s. Bədii qiraət ustası kimi də tanınmışdır. "Qırmızı Ulduz" ordeni, "Xalqlar dostluğu" ordenləri, və Azərb.-ın "İstiqlal" ordeni ilə təltif cdilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb