QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
Döyüşçü-qadınlar tarixdə
|
HƏCƏR (I860, Qubadlı, Yuxarı Mollu k. -
1914) - Qaçaq Nəbinin ömür yoldaşı. Əri ilə birlikdə əlinə silah götürüb
iyirmi beş ildən artıq at belində qaçaq həyatı keçirmiş, Azərbaycandakı
kəndli hərəkatında fəal iştirak etmişdir.
|
|
|
|
MEHRİCAN XATIN (XIII əsrin əvvəlləri) - sultan Toğrulun
qızı, Atabəylər dövlətinin axırıncı hökmdarı Müzəfərəddin Özbəyin arvadı.
Xarəzmşah Cəlaləddin Azərbaycana soxulanda Özbək Təbrizdən Gəncəyə, oradan da
Naxçıvana, Əlincə qalasına qaçmışdı. Onun Təbrizdə qalan arvadı Mehrican
xatın özünün nüfuzu hesabına Xoy, Səlmas və Urmiyəni öz idarəçiliyində
saxlaya bilmişdi. Mehrican xatın 1225 ildə Təbrizli Şəmsəddinlə birlikdə
Təbriz, Xoy, Naxçıvan şəhərlərinin işğalçılardan azad olunmasında böyük hünər
göstərmişdir.
|
|
|
|
MÖMİNƏ xatın (? - sentyabr, oktyabr, 1175, "Naxçıvan)
- Azərb. atabəyi Şəmsəddin Eldəgizin zövcəsi, Məhəmməd Cahan Pəhləvan və
Qızıl Arslanın anası. Ərinin və oğlanlarının hakimiyyətləri dövründə böyük
siyasi nifuza malik olmuşdur. Sultanla atabəylər arasında normal
münasibətlərin qurulmasına çalışmış, ara müharibələrinin qarşısını almışdır.
Naxçıvanda dahi Əcəminin ucaltdığı möhtəşəm Möminə xatın türbəsi (1186) bu
qadının şərəfinə tikilmişdir.
|
|
|
|
NÜŞABƏ (eramızdan əvvəl IV əsrin ikinci yarısı)
- Bərdə hakimi. Onun haqqında məlumatı Nizami Gəncəvi
"İskəndərnamə" poemasında vermişdir. Qədim dünyanın böyük fatehi Makedoniyalı
İsgəndərlə görüşmüş, öz müdrikliyi və dərin ağlı ilə onu sülhə çağırmış,
dünya malı üçün qan tökməkdən çəkindirmişdir.
|
|
|
|
TOMRİS (e.ə.VII əsr) - adı qəhrəmanlıq rəmzi
kimi tarixə düşmüş hökmdar qadın. İran şahı Kirin Azərbaycana hücumunun
qarşısını almaq üçün ağıl və böyük mətanət göstərmişdir. Kir hiylə ilə
Tomrisin oğlunu əsir almışdı. Tomris Kir-in hiyləsi müqabilində döyüş
meydanında vuruşmağı üstün tutmuş və onu məğlub etmişdi. Tomris Kirin
cəsədini onun qanı ilə dolu olan böyük bir tuluğun içinə salıb istehza ilə
demişdi: "Sən oğlumu hiylə ilə əlimdən aldın, mən isə səni döyüşdə
məğlub etdim. Dediyim kimi səni qanla doydururam. İstədiyin qədər iç, bəlkə
doyasan".
|
|
|
|
TUTİ BİKƏ (?-1786, Dərbənd) - Quba xanı Fətəli
xanın arvadı, Qara-qaytaq hakimi Əmir Həmzənin bacısı, dövlət xadimi. 1776
ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin
döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər
müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır. 1786 ildə vəfat
etmiş, Dərbəndin Qırxlar qəbiristanlığında, səkkizguşəli məqbərədə dəfn
olunmuşdur.
|
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|