Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


"AZƏRBAYCAN QADINLARI ZAQAFQAZİYADA SÜLH VƏ DEMOKRATİYA UĞRUNDA" TƏŞKİLATI


Səfərəliyeva Rəna Teymur qızı. 1959-cu il avqustun 3-də Bakıda anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olub. 1981-ci ildə institutu ingilis və fransız dili müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1981-1986-cı illərdə M.Torez adına Mos­kva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun aspiranturasında təhsildən sonra elmlər namizədi elmi dərəcəsi alıb. Azərbaycan Dövlət Dillər İnstitutunda, Qərb və Xəzər Universitetlərində, Rus dili və Ədəbiyyatı institutunda dərs deyib. Dünyanın müxtəlif ölkələrində keçirilən seminar və proqramlarda, ixtisasartırma kurslarında iştirak edib. 1992-ci ilin noyabrından 1994-cü ilin iyununa qədər AMOCO Caspian Sea Petroleumda, 1994-cü ilin sentyabrından 1997-ci ilin iyununa qədər Beynəlxalq Valyuta Fondunda, Dünya Bankında tərcüməçi, 1997-ci ilin iyulundan 2000-ci ilin iyununa qədər Monu­ment Resourses (Caspian) Ltd.-də ofis-menecer işləyib. 2000-ci ilin sentyabrından indiyəcən Transperansi Azərbaycanda icraçı direktordur.

QHT-da iş təcrübəsinə malikdir. 1994-cü ildən Zaqafqaziya Qadınlarının Dialoqunun əlaqələndiricisidir. 1989-1994-cü illərdə Azərbaycan Qadınları Assosiasiyasının ictimaiyyətlə əlaqələr üzrə meneceri olub.

17 məqalə və linqvistikaya aid 2 kitabın müəllifidir.

Azərbaycan Qadınları Zaqafqaziyada Sülh və Demokratiya uğrunda Təşkilatı öz sıralarında əsasən akademiya və ali məktəb işçiləri olan qadınları birləşdirir. Cəmiyyət 1996-cı il martın 27-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Təşkilat daha böyük Zaqafqa­ziyada Sülh və Demokratiya uğrunda Qadınların Dialoqu Təşkilatının bir hissəsidir. Buraya Azərbaycanla yanaşı Gürcüstan və Ermənistan təşkilatları da daxildir. Təşkilatda daimi çalışan işçilərin sayı 12 nəfərdir.

Zaqafqaziya Qadınlarının Dialoqu 1994-cü ilin iyununda ABŞ-da Milli Sülh Fondunun səyi ilə yaradılmışdır. MSF təşkilatın fəaliyyətinin məsləhətçisi, Zaqafqaziyada Sülh və Demokratiya uğrunda Qadınların Dialoqunun əlaqələndiricisi kimi çıxış edir, seminarlar aparmaq üçün dərsliklərlə təchiz edir. Təşkilatın əsas məqsədi diplomatik yolla və maariflənmə vasitəsilə Zaqafqaziyada sülh və demokratiyanın inkişafına yardım göstərməkdir. Təşkilat universitet və kollec tələbələri üçün seminarlar keçirir. Biznes, etika, menecment və münaqişələrin qarşısının alınması, beynəlxalq danışıqlar və ya vasitəçilik, XXI əsrdə idarəetmə üzrə kurslar keçirilir. Qadınların maariflənməsi, onların problemlərinin tədqiqi və öyrənilməsi təşkilatın əsas məqsədlərindəndir.

Fəaliyyət göstərdiyi gündən təşkilat aşağıdakı işləri yerinə yetirmişdir:

1995-ci ilin may-sentyabr ayları. Qaçqın uşaqların psixoloji reabilitasiya proqramı. Proqramın rəhbəri professor Hənifə xanım Qəhrəmanova və psixoloq-həkim Azad İsayev Dəmir Yolu İdarəsi nəzdindəki 1 nömrəli uşaq bağçasında tərbiyə alan 100 nəfərə yaxın uşağı müayinədən keçirmişlər. Burada tərbiyə alan uşaqların 75 faizə qədəri qaçqın ailələrindəndir. Müayinə göstərdi ki, uşaqların əksəriyyətində psixi normadan kənara çıxma halları yoxdur, lakin onlardan çoxu adi ailələrin uşaqlarından fərqli olaraq daha aqressivdir. Sabirabad yaxınlığındakı çadır şəhərciyində də buna bənzər tədqiqatlar aparılmışdır.

Bu zaman stress vəziyyətini onun klinik təzahürünün üzə çıxmasından əvvəl müəyyənləşdirən üç tip metodikadan istifadə edilmişdir. Nəticədə yerli xəstəxana və Qırmızı Xaç cəmiyyətinin bölmələrinə 5 klinik hal barədə məlumat verilmiş və vaxtında mütəxəssis yardımı göstərilmişdir.

1996-cı ilin iyununda Xəzər dənizi sahillərinin ekoloji sağlamlaşdırılması probleminə həsr olunmuş layihə başa çatdırılmışdır. Bilgəhdə uzunu 1000 m, eni 300 m olan sahədə aparılan təcrübə OXFAM-ın humanitar fonduna təqdim edilmiş və bəyənilmişdir.

1997-ci ilin mayında Ədilə Manafova ətraf mühit üzrə ekspert kimi Sorğu İctimai Tədqiqat Mərkəzi və Dünya Bankının "Xəzər dənizi səviyyəsinin yüksəlməsinin nəticələri" üzrə tədqiqatlarında iştirak etmişdir.

1997-ci il, oktyabr. Bütün üzvlər Sorğu ictimai Tədqiqat Mərkəzi və Açıq Kütləvi informasiya vasitələri İnstitutunun keçirdiyi ABŞ, Azadlıq radiosu Azərbaycan redaksiyasının işi barədə keçirilən ictimai rəy sorğusunda iştirak etmişlər.

2001-ci ilin mayında Uşaq Televiziya layihələri rejissorları üçün Gürcü pilot layihəsi hazırlanmışdır.

Hazırda Zaqafqaziya Qadınlarının Azərbaycan təşkilatı uşaqlar üçün Televiziya layihəsinin milli hissəsinin partnyorudur. Qrant sifarişi Avropa Komissiyasına 2001-ci ilin martında Brüsseldə Soros Fondu vasitəsilə təqdim olunub.

Təşkilat həmçinin Azərbaycanın ali təhsil ocaqlarında Qərb təhsili üzrə layihəni yaradan Təşəbbüs Qrupunun üzvüdür.

Bu müddətdə təşkilat üzvlərinin müxtəlif mətbuat orqanlarında məqaləsi, araşdırması və s. çap olunmuşdur.

Müxtəlif məsələlərə dair seminarlar təşkil edilmiş, mühazirələr oxunmuş, başqa ölkələrdə keçirilən seminar və konfranslarda iştirak edilmişdir. Məsələn, "Xəzər dənizi problemləri üzrə", "Azərbaycanın su mənbəyindəki içməli suyun keyfiyyəti", "Xəzər regionunda atmosfer dəyişiklikləri" və s. seminarlar təşkil edilmişdir.

Rəna Səfərəliyeva tərəfindən ABŞ-ın Massaçusets ştatındakı kollecin professoru Debora Uelş Filbrayt fondunun təqaüdçüsü kimi Xəzər Universitetində dərs demək üçün dəvət olunmuşdur. Pro­fessor D.Uelş və R.Səfərəliyeva Xəzər Universitetində "İşgüzarlıq etikası və "Münaqişələrin həlli" mövzusunda mühazirələr oxumuşlar. Dərs vəsaiti və dərsliklər Fubrayt fondu tərəfindən təqdim olunmuş və ya dəyəri ödənilmişdir.

Həmçinin professor Debora Uelşin BDU-da dərsləri təşkil olunmuşdur.

"XXI əsrdə idarəetmə" mövzusunda Tbilisi və Yerevanda keçirilən tədbirlərdə iştirak edib.

Cəmiyyət aşağıdaki təşkilatlarla əməkdaşlıq edir: Milli Sülh Fon­du, ZQD Azərbaycan Təşkilatının Gənclər şöbəsi, QD-nın Gürcüstan bölməsi, QD-nın Ermənistan bölməsi, Sülh və Demokratiya İnstitutu.

 

Ünvan: S. Vurğun küç. 108, otaq 71. Bakı, AZ1022, Azərbaycan.Tel: (99412) 4415672, faks: (99412) 4941458. E-mail: renasafar@azeurotel.com

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb