Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


AZƏRBAYCAN QADINLARININ BAKI ASSOSİASİYASI


 

Salahova Zərifə Teymur qızı.1932-ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə M.Ə. Sabir adına Pedaqoji texnikumda təhsil alıb. Sonra M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib. Gənc yaşlarından idmana maraq göstərərək voleybol komandasının üzvü olub. İnstitutu bitirəndən sonra təyinat üzrə Xankəndindəki məktəbdə müəllim işləyib, sonra bir müddət Mingəçevirdə təhsil sistemində çalışıb. Sumqayıt şəhər partiya komitəsinin katibi seçilib, uzun müddət məsul vəzifələrdə çalışıb. İşləyə-işləyə təhsilini də artırıb, Moskva Poliqrafiya İnstitutunu və İctimai Elmlər Akademiyasını bitirib.

1981-ci ildən Zərifə Salahova Respublika "Kitab" cəmiyyətinin idarə heyətinin sədridir. 1992-ci ildə Beynəlxalq Kitabsevərlər İttifaqı Şurasının, Moskva miniatür kitab həvəskarları klubunun üzvüdür. Harada işlədiyindən asılı olmayaraq daim qadın hərəkatının təşkilatçılarından və fəal iştirakçılarından olub. 10 ildən artıqdır Azərbaycan Qadınları Bakı Assosiasiyasına başçılıq edir. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar" Dövlət Komissiyasinın üzvüdür.

Azərbaycan Qadınları Bakı Assosiasiyası 1995-ci il fevralın 11-də Ədliyyə Nazirliyində qeydə alınıb. Assosiasiya 1949-cu ildən Bakı Şəhər Partiya Komitəsi nəzdində fəaliyyət göstərən Bakı Qadınlar Şurasının varisidir. Respublikamız müstəqillik əldə edəndən sonra təşkilatın nizamnamə və proqramında köklü dəyişiklik edilmişdir. Yeni yaradılmış Assosiasiya əslində ölkədə gedən demokratikləşmə prosesindən doğulmuşdur. Qarşısına respublikamızın keçid dövründə qarşılaşdığı sosial, iqtisadi vəzifələrin həllinə kömək etmək, Azərbaycan qadınının hüququnu - onun analıq və qadınlıq haqqını müdafiə etmək, ona cəmiyyətin ictimai-siyasi sahələrində əlverişli şərait yaratmaq vəzifəsini qoyub. Müstəqillik əldə etmiş Azərbaycan bu gün hər şeydən çox bu müstəqilliyi qoruyub saxlamaq uğrunda mübarizə aparır. Müstəqil milli siyasətə malik Azərbaycan dövlətinin qurulmasına yardım etmək Assosiasiyanın da ən ümdə vəzifələrindəndir. Hazırda cəmiyyətin birlik, həmrəylik ideyasına böyük ehtiyacı var. Assosiasiyanın ümumi qayəsi bu birliyi təmin etmək, millət qayəsini əsas tutub fəaliyyət göstərməkdədir.

Konkret vəzifələrə gəldikdə, AQBA ana və uşağın sağlamlığı profilaktikasının daxil olduğu "Təhlükəsiz analıq" proqramının işlənməsi və praktiki surətdə həyata keçirilməsi işində fəal iştirak edir.

Assosiasiya qadın əməyi sahəsində böhranlı vəziyyətin yüngülləşdirilməsinə, qadınların təhlükəsiz əmək, qısaldılmış iş günü və iş həftəsi hüququnun təmin olunmasına imkan yaradan şəraitin formalaşmasına çalışır, qaçqın qadınlara, uşaqlara və ailələrə çətin həyat şəraitinin öhdəsindən gəlmək üçün kompleks tədbirlər sistemi yaradılmasında və bütün səviyyələrdə qərarlar qəbul edilməsində Bakı qadınlarının iştirakının təmin edilməsinə nail olmağa cəhd edir. Respublikada bərabər hüquq və bərabər imkanlar cəmiyyətinin yaradılmasına yönəldilmiş qanunvericilik və vətəndaşlıq təşəbbüslərinin müdafiə olunması, ailə və qadının sosial müdafiəsini bütün səviyyələrdə idarə edən orqanlarla fəal əməkdaşlıq edilməsi, xalqımızın mədəni irsinin təbliğində, milli ənənələrimizin qorunmasında, böyüməkdə olan nəslin mənəvi tərbiyəsində qadınların fəal iştirakının təmin olunması, səlahiyyətli hakimiyyət orqanlarında qadın nümayəndələrin sayının artırılması üçün seçki kompaniyalarına hazırlıq və onun keçirilməsi strategiyasının işlənməsi, beynəlxalq qadın təşkilatları və birlikləri ilə əməkdaşlıq etmək və s. Assosiasiyanın fəaliyyət proqramına daxildir. Məqsəd qadınların ictimai həyatdakı rolunu artırmaq, onların mövqeyinin və fəaliyyətinin gücləndirilməsinə, qadın millət vəkillərinin parlamentdə təmsil olunmasına nail olmaqdır.

Təşkilat yarandığı gündən qısa müddətdə Gürcüstan, Baltikyanı, Ukrayna, Belorus qadın cəmiyyətləri ilə sıx əlaqə yaradıb, MDB ölkələri qadın təşkilatları alyansına daxil olub. Assosiasiyanın üzvləri Çin Xalq Respublikası, Amerika Birləşmiş Ştatları, Türkiyə və s. dövlətlərin ziyalı qadınları ilə tez-tez görüşür, beynəlxalq konqres və simpoziumlarda Qarabağ müharibəsi fonunda Azərbaycan tərəfinin ədalətli mövqeyini, qaçqınların faciəsini dünya ictimaiyyətinin nəzərinə çatdırmaq üçün problemin əsas mahiyyətini açan çıxışlar edir, materiallar yayırlar.

Assosiasiyada uşaq və qocalar evinə, kimsəsiz xəstələrə, çoxuşaqlı analara, şəhid və qaçqın ailələrinə yardım etmək məqsədilə qruplar yaradılıb. Nizami rayonundakı 2 saylı uşaq evi himayəyə götürülüb. YUNİCEF və BMT-nin Baş Qaçqınlar Komissarlığının Azərbaycandakı nümayəndəlikləri ilə sıx əlaqə yaradılıb. Assosiasiyanın fəaliyyəti Bakı şəhərinin ərazisini və onun əsas subyekti sayılan bölmələrinin fəaliyyət göstərdiyi hüdudlara daxil olan 11 rayonu əhatə edir.

Oktyabr 1997. Azərbaycan Qadınlarının Bakı Assosiasiyasının sədri Zərifə Salahovanın rəhbərlik etdiyi bir qrup qadın bir həftə müddətində Moskvada olmuş, RF Dövlət Dumasının, Hərbi prokurorluğun, Müdafiə Nazirliyinin məsul işçiləri ilə görüşmüş, Rusiya Federasiyasının Ermənistana silah verməkdə davam etdiyini onların diqqətinə çatdırmağa çalışmışlar. Azərbaycanlı qadınlar həmçinin Rusiya Qadınları İttifaqında da olmuş, bu ölkənin qadın ictimaiyyətinin də nəzərini bu ağrılı problemə cəlb etmişlər.

2-4 sentyabr 1998. İnsan hüquqları üzrə Konvensiyanın qəbul edilməsinin 50 illiyi ilə əlaqədar BMT-nin İnkişaf Proqramı tərəfindən Yaltada təşkil olunmuş konfrans da bu əlamətdar hadisə ilə bağlı dünyanın müxtəlif guşələrində keçirilən konfrans, simpozium və seminarlar silsiləsinə daxil idi. Konfransda MDB-nin və Şərqi Avropanın bütün dövlətlərindən nümayəndələr iştirak edirdi. Azərbaycan Qadınlarının Bakı Assosiasiyasının sədri Zərifə Salahova da konfransın işində iştirak etmişdir. Z.Salahova öz çıxışında BMT-nin qadın hüquqlarına dair bir sıra qərarlarının Ermənistan tərəfindən kobudcasına pozulduğunu göstərmişdir. Z.Salahovanın çıxışında göstərilən konkret faktlar işçi qrupunun rəhbəri, BMT Baş Katibinin insan hüquqları üzrə köməkçisi Roksana Karilanın təklifi ilə BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı Meri Robinsona göndərildi.

25 yanvar 1999. Harvard Universitetinin "Qadın və ictimai siyasət" proqramının kuratoru Svenn Hant Azərbaycan Qadınlarının Bakı Assosiasiyasının binasında ölkəmizdəki qeyri-hökumət qadın təşkilatlarının nüməyəndələri ilə görüş keçirmişdir. Svenn Hant bu gün Azərbaycan həqiqətlərinin diqqətdən kənarda qalmasını ədalətsizlik hesab edərək, bu ədalətsizliyin aradan qaldırılması üçün xarici mətbuat orqanları ilə sıx əlaqə yaratmağın vacibliyindən söhbət açmışdır. Z.Salahova BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığına göndərilən məktubun laqeydliklə qarşılandığı, beynəlxalq təşkilatların bir çox məsələlərdə obyektiv mövqe tutmadığı barədə məlumat vermişdir.

11-16 may 1999. 1899-cu ildə Hollandiyanın Haaqa şəhərində rus carı II Nikolayın təşəbbüsü ilə keçirilmiş Beynəlxalq Sülh Konfransının 100 illiyi münasibətilə həmin şəhərdə Konqres Mərkəzində dünyanın 100 ölkəsindən gəlmiş 8 min nəfərin iştirakı ilə Sülh Konfransı keçirilmişdir. Azərbaycanı təmsil edən 100 nəfərlik nümayəndə heyətinin tərkibində AQBA-nın 18 nəfər qadın və 6 nəfər gənc nümayəndəsi iştirak edirdi. Assosiasiyanın sədri, Demokratik Alyansın İdarə Heyətinin üzvü Z. Salahova söz deməyə müvəffəq olmuş və dünya ictimaiyyətinin diqqətini Qafqazda baş verən konfliktlərə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinə, konfliktin tarixi köklərinə, səbəbinə cəlb etmişdir.

5-18 iyun 1999. AQBA-nın sədri Z. Salahovanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 15-dən 18-dək Cenevrədə olmuş və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirmişdir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Rita Reddi, Beynəlxalq Sülh Bürosunun Baş Katibi Kolin Arçer, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının Qadın və İnkişaf şöbəsinin rəhbəri xanım Bayarma, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığının QHT üzrə koordinatoru Arnulv Torbyansen, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Şərqi Avropa ölkələri üzrə nümayəndəsi Bertrand Kernlə keçirilən görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, qaçqınlar və girovlar haqqında ətraflı məlumat verilmişdir. Onların hər biri ilə söhbət zamanı erməni işğalçıları tərəfindən Dağlıq Qarabağa aid olmayan 7 rayonun da zəbt olunduğu deyilib. Görüşdə əsirlikdə olanların və itkin düşənlərin siyahısı, "Erməni-Azərbaycan münaqişəsi" toplusu, xalqımızın başına gətirilən faciələri əks etdirən foto-şəkillər və videolentlər xarici nümayəndələrə təqdim olunmuşdur.

28-29 aprel 2001. AQBA-nın sədri Zərifə Salahova Rostov-Don-da daimi fəaliyyət göstərən "Qadınlar müharibəsiz və zorakılıqsız həyat uğrunda" Beynəlxalq konfransının III forumunda iştirak etmişdir.

 

Ünvan: Bülbül prospekti 18, VI mərtəbə. AZ1000, Bakı, Azərbaycan, tel.: (99412) 4929464, 4931902, faks: (99412) 5961712 (13/14), E-mail: zarifasalaxova@hotmail.ru, zarifa_salaxova@yandex.ru
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb