Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


AZƏRİ -TÜRK QADINLAR BİRLİYİ


 

Rüstəmxanlı Tənzilə Yolçu qızı. 1960-cı il noyabrın 28-də Ermənistanın Amasiya rayonunun Əzizbəyli kəndində anadan olub. Babaları sovet dövründə repressiyaya məruz qalıb. Ermənilərin təzyiqinə, millətçi siyasətinə tab gətirə bilməyən ailə Azərbaycanın Balakən rayonuna köçmüşdür. Tənzilə xanım orta məktəbi Balakəndə bitirmiş, Sovet Ticarəti Texnikumuna daxil olmuşdur. İşləyə-işləyə qiyabi Moskva Kooperativ İnstitutunu bitirib. 1980-ci ildən Azərittifaq sistemində işləyir. 1992-ci ildən Azərittifaqın İdarə Heyətinin üzvü, sədrin I müavinidir. Dünyanın bir çox ölkələrində (Avstriya, Hollandiya, Kanada, ABŞ, Almaniya, İsveç və s.) Azərbaycan qadınını təmsil etmişdir. "Xatın" jurnalının təsisçisidir. İki övlad anasıdır.

Azəri-Türk Qadınlar Birliyi 1995-ci ildə yaranıb. 1996-cı il mayın 3-də qeydiyyatdan keçib. Ölkədə və beynəlxalq qurumlarda təmsil olunub. 10 min nəfərə yaxın üzvü var. Birlik müstəqil Azərbaycan dövlətinin inkişafı və möhkəmlənməsində qadınların daha fəal iştirakına nail olmaq, milli kimliyin təbliği, xalqımızın tarixi faciələrini, torpaqlarımızın parçalandığını, milyonlarla soydaşımızın müxtəlif dövlətlərin tərkibində yaşadığını və onların arasında mənəvi, mədəni, iqtisadi əlaqələrin möhkəmlənməsi zərurətini təbliğ edir. Dünyanın bütün qitələrinə səpələnmiş azərbaycanlı qadınları öz ana vətəninə daha möhkəm bağlamaq, onların gücünü millətimizin ümumi problemlərinin həllinə istiqamətləndirmək yönündə iş aparır. Digər ölkələrdə yaşayan azərbaycanlı qadınların vasitəsilə həmin ölkələrin qadın təşkilatları və qabaqcıl qadınları ilə işgüzar, dostluq, elmi və mədəni əlaqələr qurmaq və inkişaf etdirməyə çalışır. Azərbaycan qadınlarının sülh hərəkatında, beynəlxalq görüşlərdə, elmi, siyasi və yaradıcılıq konfranslarında iştirakına yardım göstərir.

Birliyin Bakının rayon və qəsəbələrində, həmçinin Azərbaycanın bütün bölgələrində bölmələri fəaliyyət göstərir. Birlik Kanada, Hollandiya, Almaniya, Türkiyə, Avstriya, İran, ABŞ və s. qadın təşkilatları və ictimai qurumları ilə daim əlaqə saxlayır.

İyul 1996. Birliyin sədri T. Rüstəmxanlı Kanada Azərbaycanlıları Milli Federasiyasının dəvətilə Torontoda olmuş və onun təşəbbüsü ilə orada "Kanada-Azərbaycan qadınlarının beynəlxalq klubu" yaradılmışdır. Kanadanın bir sıra nüfuzlu qadınları klubun üzvü olmuşlar. Həm də Kanadadakı Azərbaycan qadın dərnəkləri ilə əlaqələr yaradılmış, Azərbaycan dilində səslənən televiziya proqramında Tənzilə xanım Azərbaycanda ictimai-siyasi durum və qadın hərəkatı, Ermənistanın işğalçılıq siyasəti barədə çıxış etmişdir.

Avqust 1996. Türkiyənin İzmir şəhərində türk xalqlarının, xüsusən Ural, Mərkəzi Asiya türklərinin Türkiyədə fəaliyyət göstərən 16 təşkilatının nümayəndələri qarşısında Birliyin və digər Azərbaycan qadın təşkilatlarının işi barədə ümumi məlumat verilmiş və bu təşkilatlarla əlaqələr yaradılmışdır.

Dekabr 1997. BMT-nin Azərbaycandakı nümayəndəsi Paolo Lembonun yanında Qarabağın işğaldan azad olunmuş sahələrinin bərpasına həsr olunmuş simpoziumda Birliyin sədri təkliflər paketi ilə çıxış etmişdir.

May 1997. Kanadadan gəlmiş 14 nəfər qadının iştirakı ilə Azərbaycanda ilk dəfə "Ümumdünya qadın hərəkatı və Azərbaycan qadınının problemləri" mövzusunda beynəlxalq konfrans keçirildi. Kanadalı qadınlar Sabirabad, Saatlı, Biləsuvar, İmişli, Beyləqan, Ağcabədi və Bərdədə məskunlaşmış qaçqınlarla görüşmüşlər. Konfransın sonuncu günü Kanada-Azərbaycan qadınlarının gələcək əməkdaşlığı haqqında niyyət protokolu imzalanmışdır.

Noyabr 1997. Türkiyənin İstanbul şəhərində qadın problemləri ilə bağlı keçirilən konfransda Tənzilə Rüstəmxanlı "Ümumdünya qadın hərəkatında türk qadınlarının rolu" mövzusunda məruzə etmiş, "Saman yolu" televiziyası ilə çıxış etmişdir.

Dekabr 1997. Saatlı rayonunda yerləşən çadır şəhərciyində valideynlərini itirmiş uşaqlar üçün Yeni il şənliyi təşkil edilmiş, hədiyyələr paylanmışdır.

May 1998. Birliyin sədri T. Rüstəmxanlı Vaşinqtonda keçirilən Dünya azərbaycanlılarının II konqresində iştirak etmiş və "Milli dirçəlişdə Azərbaycan qadınının rolu" mövzusunda çıxış etmişdir.

27 iyun 1998. Azəri-Türk Qadınlar Birliyinin BMT İP-nin "Gender inkişafda" Qurumu ilə birgə "Qeyri-hökumət təşkilatlarının gender münasibətlərində vəzifələri" mövzusunda Biləsuvar, Yardımlı, Masallı rayonlarında konfrans keçirilmişdir. Konfrans ərəfəsində qadınların ictimai-sosial vəziyyətini öyrənmək, toplanan məlumatı elmi baxımdan araşdırmaq və təhlil etmək üçün iştirakçılar arasında səyyar sosioloji sorğu keçirilmişdir.

İyul 1998. İsraildə keçirilən Beynəlxalq "Sosial əmin-amanlıq zəminində qadınların rolu" mövzusunda konfransda Birliyin üzvü Mələk Bayramova iştirak və çıxış etmişdir.

Sentyabr 1998. Güney Azərbaycanından 12 nəfər fəal qadın Birliyin dəvətilə Bakıya gəlmiş və iki həftə respublikamızla tanış olmuşlar. Görüşdə Nuşin xanım Musəvinin başçılığı ilə Təbrizdə Azəri-Türk Qadınlar Birliyinin bölməsinin açılması qərara alınmışdır. Noyabrın 20-də Birliyin ofisində Bakıda yaşayan qaqauz türkləri ilə görüş keçirilmişdir. Millət vəkili, şair Sabir Rüstəmxanlı qaqauz türklərinin faciəvi tarixi barədə söhbət açmışdır.

Mart 1999. Press-klubda İngiltərədən gəlmiş kiprli pianoçu Rüya Tanerin ziyalı qadınlarla görüşü keçirilmişdir. Görüşdə Azərbaycan tərəfindən pianoçu Nərgiz Əliyarova və bəstəkar Zabitə Məmmədova iştirak etmişlər.

Aprelin 7-də Milli Akademiyanın Fəlsəfə İnstitutu ilə ATQB "Azərbaycan - keçmişdən gələcəyə" mövzusunda elmi-praktiki konfrans keçirmişdir. Aprelin 21-də Dövlət Akademik Milli Dram Teatrında məşhur türk şairi Yavuz Bülənd Bakilərlə görüş keçirilmişdir. Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri iştirak etmişdir.

Mayın 5-dən 10-dək İstanbulda Türk Dünyası Qadınlarının ilk qurultayı keçirildi. Azərbaycandan qurultayın təşkilatçısı ATQB, Türkiyə tərəfdən isə Türk Dünyası Araşdırmaları Vəqfi idi. Qurultayda Birliyin sədri T.Rüstəmxanlı çıxış edərək Azərbaycanın bölünmüş bir dövlət kimi qəbul olunmasına, Cənubi Azərbaycanın mədəni muxtariyyət qazanmasına, Xocalı soyqırımının dünya tərəfindən qəbul olunmasına aid təkliflər irəli sürmüşdür. İyulun 12-də Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında "Təriqətçilik - əsrin təhlükəsi" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.

Avqustun 20-də "Milli dirçəlişdə türk qadınının rolu" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransın işində ATQB-nin Türkiyədəki təmsilçisi Sevgi Erenol da iştirak etmişdir.

17 avqust 1999. ATQB Sumqayıt ş. şöbəsi "Təriqətçilik - əsrin bəlası" mövzusunda konfrans keçirdi. ATQB-nin sədri T. Rüstəmxanlı, şəhər İH başçısının müavini Seyfəddin Rəhimov, Birliyin Türkiyədəki təmsilçisi Sevgi Erenol çıxış edərək təriqətçiliyin çox təhlükəli olduğunu qeyd etmişlər. Cavanların bu bəlaya mübtəla olmasının qarşısını almaq üçün tədbirlər görülməsini planlaşdırmışlar.

Fevral 2000. ATQB "Qafqaz qadınları barış uğrunda" mövzusunda elmi-nəzəri konfrans keçirmişdir. Qeyri-hökumət qadın təşkilatlarının nümayəndələri, müstəqil ekspertlər, ali məktəb müəllimləri bu konfransda iştirak etmişlər.

Fevral 2000. Yazıçılar Birliyinin "Natəvan" ad. klubunda ATQB-nin təşəbbüsü ilə "Millət - Din - Dövlət" mövzusunda konfrans keçirilmişdir. BMT nümayəndəsi və Türkiyə din xadimlərinin də iştirak etdikləri tədbirdə Güntay Qocabəyli müxtəlif dövrlərdə Azərbaycanda dövlətlə din arasındakı münasibət barədə məruzə etmişdir. Tədbirdə eks-prezident Ə.Elçibəy və b. siyasi xadimlər iştirak etmişlər.

16 iyun 2001. ATQB-nin ofisində Quzey Kıprıs Türk Qadınlar Birliyinin nümayəndələrilə görüş keçirilmişdir. Nümayəndə heyətinin sədri Süheylə Küçük ölkəsinin rastlaşdığı ağır problemlərdən söhbət açmış, üzləşdikləri ədalətsizliklərdən danışmışdır.

İyul 2001. ATQB Sumqayıt ş. şöbəsi İSAR/Azərbaycan Beynəlxalq təşkilatının maliyyə dəstəyilə "Narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə Sumqayıt şəhərində gənc oğlan və qızlar arasında maariflənmənin aparılması" mövzusunda layihə həyata keçirmişdir. Təqdimat mərasimində iştirakçılara broşür və vərəqələr paylanmışdır. Seminarlarda 140 nəfər iştirak etmişdir.

Oktyabr 2001. ATQB Sumqayıt şəhər şöbəsi İSAR/Azərbaycan Beynəlxalq təşkilatı ilə "Narkomaniya - uçuruma aparan yol" mövzusunda layihə həyata keçirmişdir. Layihənin məqsədinə uyğun olaraq "Xəzər" SC-nin konfrans salonunda eyniadlı elmi-praktik konfrans keçirilmişdir. ATQB Sumqayıt ş. şöbəsinin sədri Vəsilə Hüseynova konfransın məramını açıqlamışdır. Konfransın işində şəhərin baş narkoloqu K. Mehdiyev, baş psixiatr M. Tagıyev, prokuror köməkçisi O. Bağırov, məhkəmə sədri E. Nəbiyev, Pİ-si narkotiklərlə mübarizə şöbəsinin rəisi N. Əlirzayev və b. iştirak etmişlər.

29 yanvar 2002. ATQB-nin II qurultayı keçirilmişdir. T. Rüstəmxanlı yenidən Birliyin sədri seçilmişdir. Qurultaya Tansu Çillər təbrik teleqramı göndərmişdir.

Mart 2002. ATQB-nin təşəbbüsü ilə Quzey Kıprıs Türk Cümhuriyyəti nümayəndələrilə görüş keçirildi. Quzey Kıprıs problemlərini işıqlandıran yazıçı və jurnalistlərə mükafatlar təqdim olundu.

Ünvan: Səməd Vurğun küç. 68, AZ1022, Bakı, Azərbaycan. Tel: (99412) 4991335 Fax: (99412) 4988331, E-mail: azeriturk@planet-az.com; azeriturk@mail.ru, Veb-sayt: http://www.tanzilarustamhanli.com
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb