Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


DİLARƏ ƏLİYEVA ADINA AZƏRBAYCAN QADIN HÜQUQLARINI MÜDAFİƏ MƏRKƏZİ


Cəfərova Novella Cəfər qızı. 1941-ci il martın 3-də Naxçıvan şəhərində anadan olub. 1958-ci ildə məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1963-cü ildə təhsilini başa vurub. Mərkəzi regional analitik laboratoriyada kimyaçı mühəndis vəzifəsində işləməyə başlayıb. Sonrakı illərdə Cənub Geoloji ekspedisiyasında, Baş Geoloji idarədə, Azərbaycan Əlvan Metallurgiya Elmi-tədqiqat laboratoriyasında müxtəlif vəzifələrdə çalışıb. 1977-ci ildə Balakəndə laboratoriya müdiri vəzifəsində çalışıb. 1984-cü ildə Azərbaycan Əlvan Metallurgiya idarəsində baş mühəndis və şöbə müdiri vəzifəsində işləyib, 1986-cı ildən Bakı Dövlət Universitetində çalışır. Kimya elmləri namizədidir. Çoxlu elmi məqalələri, kitabları çap edilib.

1990-cı ildə Azərbaycan Milli Azadlıq hərəkatına qoşulub, D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin fəallarından olub. 1993-cü ildən həmin cəmiyyətin sədridir. 1998-ci ildə Avropa Şurası və ABŞ-ın Demokratiya uğrunda Marşall mükafatına layiq görülüb.

D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti 1989-cu ildə yaranıb. İlk rəsmi qeydiyyatdan 11 sentyabr 1991-ci ildə Nazirlər Kabinetində keçib. 1993-cü il fevralın 3-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Cəmiyyət qarşısına bütün sahələrdə qadınların hüquqlarını müdafiə etmək məqsədi qoyub. 38 rayon üzrə təşkilatın şöbələri fəaliyyət göstərir. Üzvlərinin sayı 20 min nəfərə yaxındır. Rayon təşkilatları da daxil olmaqla təşkilatın 1000 nəfərə yaxın fəalı var. İdarə heyəti 13 nəfərdən ibarətdir. Fəaliyyət göstərdiyi müddətdə müxtəlif mövzulara həsr olunmuş 1000-dən artıq seminar keçirmişdir. Cəmiyyət 2000-ci ilin iyunundan Ümumdünya Qadınlar Birliyinin Azərbaycan üzrə təmsilçisidir. Məqsəd və vəzifələrini müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 12 mərkəz vasitəsilə həyata keçirir.

"İnsan haqları və demokratiya təhsili" mərkəzi. 1997-ci ildən fəaliyyət göstərir, rəhbəri Ruhəngiz Hüseynova. İnsan haqları və demokratiyanın inkişafı yönümündə maarifləndirmə işləri görür.

"Təmiz dünya" mərkəzi. 1998-ci ildən fəaliyyət göstərir. Rəhbəri Mehriban Zeynalova. Qadınlara qarşı zorakılığın bütün növlərinin aradan qaldırılması, problemin tədqiqi, zorakılıq qurbanlarına hüquqi və psixoloji yardımlar göstərilməsi və qadınlar arasında sağlamlıq çərçivəsində maarifləndirmə işləri aparır. Bu yöndə 15-dən çox buklet hazırlanıb.

"Gender" mərkəzi. 1998-ci ildən fəaliyyət göstərir. Rəhbəri Nigar Məmmədova. Gənclər arasında gender münasibətləri və araşdırmalarla məşğuldur. Elmi araşdırmalar nöqteyi-nəzərindən gənclərin genderə aid biliklərini təkmilləşdirir, seminarlar keçirir.

"Hüquq" mərkəzi AQHMC yarandığı gündən fəaliyyət göstərir. Rəhbəri Məmməd Zeynalov. Üç daimi və bir neçə ehtiyatda olan müdafiəçi çalışır. Müxtəlif hüquq pozuntuları ilə bağlı təşkilata müraciət edən qadınların məhkəmə və digər orqanlar qarşısında hüquqlarını müdafiə edir.

"Sahibkar qadınların hüquqlarını müdafiə" mərkəzi. 1997-ci ildən fəaliyyət göstərir. Rəhbəri Nabat Qəniyeva. Sahibkar qadınlar arasında maarifləndirmə işləri aparır. Şəbəkə yaradılması və kiçik biznesin inkişafı üçün maarifləndirmə işləri aparır. İndiyə qədər bu yöndə 6 buklet buraxıb.

"Milli azlıqların (qadınlar) hüquqlarını müdafiə" mərkəzi. 2000-ci ildən fəaliyyət göstərir. Rəhbəri Sədaqət Paşayeva. Milli, dini və etnik azlıqlardan olan qadınlarla bağlı məlumatlar toplayır, onların hüquq və vəzifələri ilə bağlı maarifləndirmə işləri aparır, problemləri araşdırır.

"İnformasiya" mərkəzi. 1998-ci ildən fəaliyyət göstərir. Rəhbəri Nazilə Cabbarlı. AQHMC-nin fəaliyyəti ilə bağlı bütün informasiyaları mətbuata çatdırır, bülletenlər hazırlayır və çap edir.

"Məhbus qadınların hüquqlarını müdafiə" mərkəzi. 2001-ci ildən fəaliyyət göstərir. Rəhbəri Cəmilə Səmədova. Məhbus qadın və onların uşaqlarının problemlərini araşdırır, hüquqlarını müdafiə edir, hüquq və vəzifələri barədə onlarla maarifləndirmə işi aparır.

"İslam və demokratiya" mərkəzi. 1999-cu ildən fəaliyyət göstərir. Rəhbəri Aytəkin İmranova. Dini dəyərlərin düzgün təbliği və İslamda demokratik prinsiplərin qadınlara düzgün çatdırılması istiqamətində maarifləndirmə işi aparır.

"Sosioloji sorğu" mərkəzi. 2000-ci ildən fəaliyyət göstərir. Rəhbəri Vəfa Salehova. Qadın hüquqlarının vəziyyəti, cəmiyyətdə qadınlarla bağlı hər hansı problemin dəqiq araşdırılması və öyrənilməsi istiqamətində sorğular aparır, onun nəticələrini təşkilatda fəaliyyət göstərən mərkəzlərə təqdim edir.

"Trener" təlim mərkəzi. 2001-ci ildə yaranıb. Rəhbəri Novella Cəfərova, əlaqələndiricisi Mehriban Zeynalova. Əhali arasında vətəndaş təhsili ilə bağiı və yeni trenerlərin hazırlanması məqsədi ilə təsis edilib.

"Münaqişəsiz Gənclər" mərkəzi. 2002-ci ildə yaranıb. Rəhbəri Gülarə Quliyeva. Missiyasına gəncləri sülhsevərlik fəaliyyətinə cəlb etmək, münaqişələrin analizi, tolerantlıq mövzusu daxildir.

1997-ci il. İSAR-Azərbaycan. Demokratiya və insan hüquqlarına dair kitabxananın təşkili. Əldə edilən kitablardan minlərlə insan de­mokratiya və insan haqları barədə maariflənmişlər. Kitabxana zənginləşməkdə davam edir. Rayon şöbələri və yeni yaranan QHT-na yardım üçün istifadəyə verilir.

1997-ci il. ABŞ səfirliyi. "Demokratiya və insan hüquqları" üzrə layihə.

1998-ci il. SOROS fondu. Qadınlar arasında seçki üzrə maarifləndirmə.

1999-cu il. ABŞ səfirliyi. Azərbaycanda qadın alveri. Layihə üzrə Azərbaycanda qadın alveri, fahişəliyin mövcudluğu, bu prob­lemin ictimaiyyətə çatdırılması, mövzu ilə bağlı gənclər arasında maarifləndirici seminarların aparılması, statistik məlumatların toplanması həyata keçirilmişdir. Əlavə olaraq bu problemlə bağlı MM-ə təkliflər paketi göndərilmişdir. Layihə üzrə Bakı, Gəncə və Naxçıvan şəhərlərində də iş aparılmışdır. Bukletlər çap edilib paylanmışdır.

1999-cu il. Şərqi Avropa Demokratiya İnstitutu. İmkansız qadınlara hüquqi yardımlar. Bu layihə üzrə Gəncə və Sumqayıt şəhərlərində ictimai müdafiəçilər hazırlanması və imkansız qadınlara pulsuz hüquqi yardımlar göstərilməsi nəzərdə tutulur.

1999-cu il. MDC və AQHMC birgə bələdiyyə seçkilərində qadınların fəallaşması üzrə layihə həyata keçirdi. Nəticədə 40-a yaxın qadın öz namizədliyini irəli sürərək bələdiyyələrə üzv seçildi.

2000-ci il. BMT. HİÇ/AIDS profilaktikasına dair layihədə Ramana xəstəxanasında məcburi müalicəyə gətirilmiş fahişəliklə məşğul olan qadınlar arasında AIDS, qadın hüquqları və zorakılıqla bağlı maarifləndirmə işləri aparılmış, 450 qadın bu seminarın iştirakçısı olmuşdur. Bukletlər çap olunub paylanmışdır.

2000-ci il. MDİ. Parlament seçkilərində qadınların aktivliyinin təmin edilməsi və maarifləndirilməsi üzrə layihə. Layihə Azərbaycanın bir çox regionlarında həyata keçirildi. Seçkilər saxtalaşdırıldığı üçün cəmi 13 qadın parlamentə seçildi.

2000-ci il. Böyük Britaniya səfirliyi. Parlament seçkilərində qadınların aktivliyinin təmin edilməsi və maarifləndirilməsi üzrə layihə. Layihə Azərbaycanın bir çox regionlarında həyata keçirildi. Bukletlər çap edilərək qadınlara paylandı.

2001-ci il. İSAR-Azərbaycan humanitar təşkilatı. Gənclər arasında CYKX-profilaktikasına dair layihə. Layihə Gəncə, Əli Bayramlı, Bakı, Bərdə, Naxçıvan, Xaçmaz şəhərlərində gənclər arasında maarifləndirmə işi aparmağı nəzərdə tutmaqla 600 nəfər gənc arasında seminarlar keçirmiş və onlar arasında şəbəkə yaradılmasına nail olmuşdur.

2002-ci il. Böyük Britaniya səfirliyi. Qadınlara qarşı zorakılığın aradan qaldırılması, onların hüquqlarının müdafiəsi, vətəndaş cəmiyyəti quruculuğunda qadınların fəallığının artırılması üzrə layihə. Yevlax, Şəki, Mingəçevir, Gədəbəy rayonlarında qadınlar arasında onların hüquqlarının konvensiya çərçivəsində öyrənilməsi, qadınlara qarşı baş verən zorakılığın aradan qaldırılması, bu mövzu ilə bağlı seminarların keçirilməsi, sorğuların aparılması, broşür çapı, bukletlərin paylanılması nəzərdə tutulmuşdur.

2002-ci il. İDEE-nin xəttilə Gürcüstanın Rustavi şəhərində, Marneuli, Bolnisi və Qardabani rayonlarında "Qafqaz evini birgə quraq" adlı layihəyə əsasən 3 günlük treninqlər və dəyirmi masalar keçirilmişdir. Layihədə erməni, gürcü, Azərbaycan və digər millətlər təmsil olunmuşlar.

2002-ci il. İDEE-nin xəttilə Gəncədə Qafqaz Lider qadınlar şəbəkəsi çərçivəsində Gürcüstan QHT ilə birgə liderlik, könüllülük, planlaşdırma və s. mövzularda 4 günlük seminar treninq keçirilmişdir. Bu layihədə 60 nəfər müxtəlif millətlər təmsil edilmişlər.

2001-ci il. ABŞ səfirliyinin xətti ilə Naxçıvan şəhərində qadın liderlərin aşkarlanması, onların aktivləşməsi, seminar treninqlər keçirməklə həmin bölgədə qadın hüquqları üzrə yeni treninqlərin hazırlanması.

2001-ci il. Norveç səfirliyinin xətti ilə Azərbaycanın cənub bölgəsində - Astara, Cəlilabad, Masallı rayonlarında qadınlara qarşı zorakılığın aradan qaldırılması, onların hüquqlarının müdafiə olunması. Vətəndaş cəmiyyəti quruculuğunda qadınların fəaliyyətinin artırılması üzrə layihə qeyd olunan rayonlarda qadınlar arasında onların hüquqlarının konvensiya çərçivəsində öyrənilməsi, qadınlara qarşı baş verən zorakılıqların aradan qaldırılması, broşür çapı, bukletlərin paylanması nəzərdə tutmuşdur.

Sentyabr 2001. ABŞ səfirliyi. Naxçıvan və onun rayonlarında (Ordubad, Culfa, Şərur, Sədərək, Babək) qadınlar arasında aktivliyin artırılması və lider qadınların formalaşması. 7 ay ərzində hər bir rayonda 5 gün treninqlər və sonda Naxçıvan ərazisində bu işləri apara biləcək yeni QHT və trenerlərin hazırlanması ilə nəticələnəcək. Layihənin rəhbəri Novella Cəfərovadır.

Oktyabr 2001. Böyük Britaniya səfirliyi. Qadınlara qarşı zorakılıqla bağlı bir günlük konfrans. Konfransın məqsədi - qadınlara qarşı bütün sahələrdə zorakılığı əks etdirən bülletenin çapı.

Fevral 2002. Böyük Britaniya səfirliyi. Qazax rayonunda "İnsan haqları və QHT-ların İnkişaf Resurs Mərkəzi"nin açılışı. Bu Mərkəzin məqsədi bölgədə insan haqlarının qorunması və həmin regionda QHT hərəkatının inkişafına dəstək olmaqdır. Mərkəz bu məqsədlə texniki avadınlıqla təmin edilmiş, ev icarəyə götürülmüşdür.

Mart 2002. İDEE. Qazax rayonunda "Yerli hakimiyyət və ictimaiyyət - partnyor, yoxsa opponent" mövzusunda Vətəndaş Forumu. Forumun məqsədi yerli hakimiyyətlə ictimaiyyətin dialoqa girməsi, problemlərin səbəblərini birgə araşdıraraq onun həlli yollarını artırmaq idi. Forumda ictimaiyyətin 32 müxtəlif təbəqəsinin nümayəndələri - QHT, yerli hakimiyyət, ziyalılar, KİV və s. iştirak edirdi.

Ünvan: 4/6 Mirzə Mənsur küç., İçərişəhər. Bakı, Azərbaycan, AZ1004. Tel/Fax: (99412) 4972108; (99450) 3346150. E-mail: n_jafarova@azeri.com
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb