Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


AZƏRBAYCAN QADIN VƏ İNKİŞAF MƏRKƏZİ


Süleymanova Elmira Teymur qızı. 1937-ci il iyulun 17-də Bakı şəhərində anadan olub. 1954-cü ildə 134 saylı orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuş və 1959-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təyinat üzrə Neft-Kimya Prosesləri İnstitutuna göndərilib. Əvvəl laborant, sonra kiçik və böyük elmi işçi, 1985-ci ildən laboratoriya müdiri işləmişdir. Hazırda həmin institutda baş elmi işçidir. 1967-ci ildə namizədlik, 1980-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1981-ci ildən professordur. 1996-cı ildə Nyu-York Elmlər Akademiyasına üzv seçilmişdir. Kimya elminin inkişafındakı nailiyyətlərinə görə 1979-cu ildə SSRİ-nin "Fəxri kimyaçı" və sənayedə tətbiq olunmuş ixtiralarına görə "SSRİ ixtiraçısı" fəxri adlarını almışdır. Akademik Y.Məmmədəliyev adına mükafatın laureatıdır.

1980-ci ildən respublika qadın hərəkatı rəhbərlərindən biridir. İctimai və qadın problemləri üzrə 12 Ümumdünya və regional təşkilatın üzvüdür. 30-dan artıq beynəlxalq konfransda, 7 neft-kimya və 5 aroma-simpoziumda iştirakçı olmuş və çıxış etmişdir. BMT-nin qadın problemləri üzrə 20-dən çox konfransında məruzələrlə çıxış edib.

Mərkəz 1994-cü ildə yaranmış, 1995-ci il iyun ayında qeydiyyatdan keçmişdir. 10 min nəfərdən çox üzvü və könüllüləri Bakıda, Abşeronda, Sumqayıtda, Şəkidə, Gəncədə və b. bölgələrdə fəaliyyət göstərir.

Qarşısına qoyduğu məqsəd qadınların sabit inkişaf prosesində iştirakını və rolunu gücləndirmək, qadınların və uşaqların, o cümlədən qaçqın və məcburi köçkünlərin ehtiyaclarını öyrənmək, vəziyyətlərini yaxşılaşdırmaq və sosial problemlərini həll etməkdə onlara yardımçı olmaqdır. Bundan başqa Birlik qadınların və uşaqların, o cümlədən qaçqın və məcburi köçkünlərin insan hüquqlarını müdafiə edir, sosial problemlərin həllinə yönəldilmiş tədqiqatlar aparır, əməli fəaliyyətlər təşkil edir və həyata keçirir. Təhsil, sağlamlıq, in­san hüquqları üzrə icma səviyyəsində maarifləndirmə işləri, xidmətlər təşkil edir. Yoxsulluğun aradan qaldırılması yollarını araşdırmaq, sülh hərəkatını inkişaf etdirmək, gənclərin və uşaqların mənəvi və mədəni inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün çalışır. Dünya azərbaycanlılarının başqa xalqlarla elmi-praktik, dostluq əlaqələrini inkişaf etdirməyə, Azərbaycan qadınlarının, gənclərinin və uşaqlarının ümumdünya qadın hərəkatına inteqrasiyasina çalışır.

Mərkəz 1998-ci ilin iyul ayında BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) ilə Xüsusi məsləhətçi statusu almışdır. 1998-ci ilin aprelində BMT-nin Qadınların İnkişafı üzrə Tədqiqatlar və Treninqlər İnstitutunun (INSTRAW) Azərbaycan üzrə təmsilçisi təyin olunmuşdur. 1999-cu ildə BMT-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin (UNDPI) statusunu almışdır. 18 beynəlxalq qurumun üzvüdür.

Öz fəaliyyətini və proyektlərini BMT, dövlət qurumları, milli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə sıx əlaqədə qurur. Bir sıra konfransların təşkilatçısı, BMT-nin 5 qlobal konfransının, 3 Baş Assambleyasının xüsusi sessiyasının iştirakçısıdır.

Ölkə daxilində və beynəlxalq qurumlardakı fəaliyyətini 10 bölmə üzrə müxtəlif proyektlər vasitəsilə həyata keçirir.

Təhsil bölməsi. Rəhbəri Zemfira Mehdizadə.

İnsan hüquqları bölməsi. Rəhbəri Leyla Əliyeva.

Qanunçuluq, qadınların məşğulluğu, sosial müdafiəsi bölməsi. Rəhbəri Mələk Bayramova.

Qadın və ətraf mühit bölməsi. Rəhbəri Pərvin Məmmədova.

Sağlamlıq və ailə planlaşması bölməsi. Rəhbəri İzzət Şamxalova.

Kəndli və qaçqın qadınlar bölməsi. Rəhbəri Mahirə Sadıqova.

Gənclər bölməsi, Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsi. Rəhbəri Cəmilə Abdullayeva. Sülh bölməsi. Rəhbəri Gülşən Seyidova.

Kütləvi informasiya vasitələri bölməsi. Rəhbəri Zemfira Məhərrəmova.

AQİM BMT-nin İnkişaf proqramı (UNDP), Əhali fondu (UNFPA), Uşaq fondu (UNICEF), Qadınlar üçün inkişaf fondu (UNIFEM), İctimai əlaqələr (UNDPI), Qaçqınlar üzrə (UNHCR) bölmələrin proqramlarını həyata keçirir. BMT-nin qeyri-hökumət təşkilatları uçün Resurs və Təlim Mərkəzi (UNRTC) ilə sıx əlaqədə işləyir. AQİM 12 beynəlxalq təşkilatın - "Qadınlar inkişafda" Beynəlxalq Assosiasiyası (AWID), Asiya-Sakit Okean hövzəsi üzrə müşahidə qrupu (APWG), Beynəlxalq Sülh Bürosu (IPB) Habibat - Beynəlxalq Koalisiyası (HIC), Qadınların Sülh və Dostluq üzrə Beynəlxalq Liqası (WILPF), Bacılıq Ümumdünya Şəbəkəsi (SIGN), MDB ölkələrinin qadın təşkilatlarının Alyansı, Şimali Qafqaz Qadınlarının İttifaqı, Qadınların Beynəlxalq Ekoloji Alyansı, Körpələrin qidalanması üzrə Beynəlxalq Şəbəkənin (IBFAN) Azərbaycanda təmsilçisidir, MDB ölkələrində miqrasiya problemləri üzrə işçi qrup, QHTUNICEF-in Mərkəzi və Şərqi Avropa, MDB və Baltik ölkələri üzrə Regional şəbəkəsinin üzvüdür. Qeyri-hökumət təşkilatları ilə sıx əlaqə saxtayır, qadın, gənclər, uşaq və b. qeyri-hökumət təşkilatları ilə müntəzəm əlaqədə işləyir. Mərkəzin təşəbbüsü ilə Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsi (2000-ci ildən), Azərbaycan qadın, gənclər, uşaq təşkilatlarının Uşaqlar Naminə Alyansı, Azərbaycan Sülh və İnkişaf alyansı yaranıb və inkişaf edir. Mərkəz həmçinin ölkə Konstitusiyası, qadınlara qarşı ayrı-seçkiliyin əleyhinə və s. konvensiyaların, BMT-nin qərarlarının və qətnamələrinin öyrədilməsi, Pekin Fəaliyyət Platformasının, konvensiyalarının və s. sənədlərin Azərbaycan dilinə tərcüməsi, bu sənədlərin şəhər və kənd rayonları qadınları ilə öyrənilməsi istiqamətində fəaliyyət göstərir. Müxtəlif mövzularda tədqiqatların aparılması (yoxsulluğun aradan qaldırılması, qadınların sağlamlığı, ailə planlaşdırması, insan hüquqları, qadınların ailədə istismarı, miqrasiya, qadın və ətraf mühit və s.), qlobal, regional və milli konfrans, seminar və treninqlərdə iştirak etmək, qadın və gənclər təşkilatlarını cəlb etməklə müxtəlif mövzularda konfrans və seminarlar təşkil etmək, onların təklif və ehtiyaclarını inkişaf planlarında əks etdirmək də Mərkəzin gördüyü işlərin siyahısına daxildir. Respublika sakinləri üçün qadın problemləri və uşaq haqları üzrə zona müşavirələri, BMT-nin və QHT-lər üçün Resurs mərkəzində həftəlik toplantılar keçirmək, onları ingilis dilindən tərcümə olunmuş BMT-nin cari sənədləri və tədbirlərilə tanış etmək, fəaliyyət planları işləyib QHT-lərə paylamaq, birgə həyata keçirmək, məqalələr, hesabatlar, sorğu kitabçaları, məlumat vərəqələri və s. çap etdirmək, kütləvi informasiya vasitələri ilə sıx əlaqədə işləmək, qadın mövzuları üzrə televiziya və radio verilişləri təşkil etmək və s. Mərkəzin mütəmadi gördüyü işlərdir.

Aşağıdakı proyektlər üzərində işlənilir:

 

Qaçqınların və məcburi köçkünlərin sağlamlığı (Saatlı-1);

Reproduktiv sağlamlıq və ailə planlaşdırması (Şəki, Sumqayıt, UNFPA və Pathfinder International təşkilatı ilə birgə);

Azərbaycan kənd rayonları yerli əhalisinin miqrasiyası (Şəki; IOM);

Qadınların ailədə istismarı (Bakı, UNIFEM, UNICEF);

Qaçqın uşaqların reabilitasiya mərkəzləri (35 qaçqın düşərgəsində; UNICEF);

Qaçqınlar üçün "Sağlamlıq" proyekti. Pathfinder International təşkilatı ilə birgə (Bakı, Sumqayıt, Abşeron);

Körpələrin ana südü ilə qidalandırılması (IBFAN);

Uşaqlar üçün resurs mərkəzi;

Uşaqların liderlik mərkəzi;

Qocalar üçün resurs mərkəzi.

QHT-lərin fəaliyyəti üzrə nümayiş edilən bir sıra sərgilər Qadın və İnkişaf Mərkəzi tərəfindən təşkil olunmuşdur.

Mərkəz bir sıra konfranslarda iştirak etmişdir:

IV Ümumdünya Qadınlar Konfransına regional hazırlıq konfransları (Vyana, Cakarta, Əmman, Nyu-York, Banqkok, Manila və s., 1994-1995);

IV Ümumdünya Qadınlar Konfransı (Pekin, 1995);

BMT-nin Qadın Statusu üzrə Komissiyasının 39-cu, 42-ci - 45-ci sessiyaları (Nyu-York, 1995, 1998-2001);

Əhali və inkişaf problemləri üzrə qlobal konfrans (Qahirə, 1994);

Qaçqın qadınların problemləri üzrə konfrans (Afina, 1994, Şarca, 1995);

Habibat (İstanbul, 1996);

Qidalanma üzrə sammit (Roma, 1996);

BMT-nin ictimaiyyətlə əlaqələr bölməsinin 49-cu İllik Konfransı (Nyu-York, 1996);

Sosial problemlər üzrə 28-ci Beynəlxalq Konfrans (Yerusəlim 1998);

Sənədləşmə və İnformasiya üzrə Nau-Hau Konfransı (Amster­dam, 1998);

Sosial Əmin-amanlıq üzrə 28-ci Beynəlxalq Konfrans (Yerusəlim, 1998);

Ümumdünya Sülh Konfransı (Haaqa, 1999);

Əhali Problemləri üzrə Qahirə+5 Beynəlxalq Konfransı (Haaqa, 1999);

BMT-nin Baş Assambleyasının Qadın Problemləri üzrə (Pekin+5) Xüsusi Sessiyası (Nyu-York, 2000);

BMT-nin Baş Assambleyasının Sosial İnkişaf üzrə (Kopenhagen+5) Xususi Sessiyası (Cenevrə, 2000);

BMT-nin Baş Assambleyasının Habibat üzrə (Habitat+5) Xüsusi Sessiyası (Nyu-York, 2001);

BMT-nin Uşaq Haqları üzrə Baş Assambleyasına 3 hazırlıq sessiyası (Nyu-York, may, 2000, yanvar-fevral, 2001, iyun, 2002);

BMT-nin Uşaqlar üzrə Baş Assambleyasının Xüsusi Sessiyası (Nyu-York, 2002);

Uşaq haqları üzrə konfranslar (Budapest, 2001, Buxarest, 2001, Berlin, 2001);

Qadınlar İnkişafda Assosiasiyasının Konfransı (Vaşinqton, 1999);

İstanbul Sammiti, 1999;

Dinlər uşaqlar üçün (Bakı, 2001);

AQİM üzvləri cəmi 60-dan artıq beynəlxalq konfransda məruzə və çıxışlarla iştirak etmişlər.

AQİM qadın, gənclər və b. qeyri-hökumət təşkilatları üçün İnsan hüquqları, Ailədə qadının istismarı, Reproduktiv sağlamlıq və ailə planlaşması, Körpələrin ana südü ilə qidalanması, QİÇS, narkotik maddələr, ətraf mühit, uşaqların tərbiyəsi, psixoloji reabilitasiyası və b. mövzular üzrə onlarla konfrans, seminar, treninqlər keçirməkdədir.

AQİM-in fəaliyyəti haqqında Azərbaycan, rus, ingilis və s. diliərdə beynəlxalq və yerli mətbuatda 100-dən artıq məqalə çap olunmuşdur. Onlarla televiziya və radio verilişləri hazırlanıb tamaşaçılara çatdırılmışdır.

AQİM fəaliyyətini bütün istiqamətlərdə (tədqiqatlar, treninqlər, monitorinqlər və b.) davam etdirməkdədir.

 

Ünvan: S.Rüstəmov küçəsi, 36, AZ1001, Bakı, Azərbaycan. Telefon: (99412) 4927920, 4929902. Faks: (99412) 4972073. E-mail: elmira@awdc.baku.az

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb