Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


YƏHUDİ QADINLARININ HUMANİTAR ASSOSİASİYASI


Reyxrudel Larisa Yefimovna. 1942-ci ilin dekabrında Bakıda anadan olub. 1 nömrəli məktəbi bitirib. 1961-1967-ci illərdə N.Nərimanov adına Tibb İnstitutunda təhsil alıb. 1968-ci ildən bu günə qədər Yasamal rayonundakı 5 nömrəli uşaq poliklinikasının həkimidir.

1994-cü ildən Azərbaycan Yəhudi Təşkilatının volontyorudur. 1995-ci ildə həmin təşkilatın

prezidenti seçilib. 1996-cı ilin may ayında İsraildə Yəhudi Liderləri Proqramının "Bançer proqramları" diplomuna layiq görülüb. 1997-ci ilin avqustunda ABŞ-ın qadın liderləri üçün təsis etdiyi proqramın sertifikatını alıb. 1997-1998-ci illərdə sosial və icma işçiləri hazırlayan Sankt-Peterburq İnstitutunun iki illik fakültəsində təhsil alıb. Xeyriyyəçilik Mərkəzi direktorunun diplomunu alıb. 1999-cu ildə Con Hopkins Universitetinin proqramı üzrə Türkiyədə kurs keçmiş, qadın problemlərinə həsr olunmuş bir çox konfranslarda iştirak etmişdir.

YQHA 1992-ci il iyunun 10-da dövlət qeydiyyatına alınmış "Azərbaycan Yəhudi Qadınlar Təşkilatı"nın varisidir. Yeni adla - "Yəhudi Qadınlarının Humanitar Assosiasiyası" adı ilə 2000-ci ilin fevral ayından qeydiyyata alınmışdır. Qeyri-hökumət, ictimai təşkilatdır. Azərbaycanda yaşayan yəhudi qadınların təşəbbüsü ilə yaradılıb. Əsas məqsədi yəhudi qadınların ictimai həyatda iştirakını fəallaşdırmaqdır. Assosiasiya həmçinin sülhməramlı xeyriyyəçilik fəaliyyəti göstərir, miliətlərarası dostluğun möhkəmlənməsinə, dövlətçiliyin qorunmasına xidmət edir. 1998-ci ilin avqust ayından etibarən "Azərbaycan Yəhudi Qadınlar Təşkilatı" qeyri-hökumət Qadın Konsorsiumunun (Moskva) üzvüdür. Öz əsas missiyasını Assosiasiya əhalinin ən yoxsul təbəqəsinin hüquqlarının qorunmasında görür. Assosiasiya kimsəsizləri, ahılları, əlilləri, tək anaları, əlil uşaqları, qaçqın və məcburi köçkünləri öz himayəsi altına alır.

Assosiasiyanın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: İctimai-sülhsevər, mədəni-maarif, xeyriyyəçilik.

Bu proqramların həyata keçirilməsi üçün aşağıdakı tədbirlər nəzərdə tutulur:

- Yoxsullar üçün xeyriyyə naharları təşkil olunur;

- Tənha, ahıl adamlara evlərdə qulluq göstərilir;

- Yoxsullar üçün səhiyyə proqramı;

- Əsəb-psixi pozuntulu xəstələrdən ibarət uşaq evlərinə yardım göstərilir.

Assosiasiya aşağıdakı layihələri həyata keçirmişdir:

Azərbaycanın QHT üçün patronaj xidməti ictimai işçilərin hazırlanması üzrə kurs-treninq.

İki dildə - rus və Azərbaycan dillərində "Evdə xidmətin təşkili" metodiki vəsaitin nəşri.

Assosiasiya Azərbaycanda həyatının sonuna altı aydan az qalan və ölmək üzrə olan ağır xəstələr üçün "mobil xospis xidməti" layihəsini həyata keçirən ilk təşkilatdır. Palleativ terapiyaya aid iki kitabın ingiliscədən azərbaycancaya tərcüməsini Assosiasiya öz üzərinə götürüb. Bu kitablar onkoloqlar üçün çox vacib vəsait olub elmin son nailiyyətləri barədə həkimləri məlumatlandırır.

Assosiasiya "Yəhudilər Azərbaycanda" mövzusunda iki sərgi keçirmişdir. Sərgidə Azərbaycanda yaşayan yəhudi alimlərinin ölkəmizin səhiyyə, təhsil sistemindəki əvəzolunmaz xidmətləri, kimya və neft emalı sahəsindəki rolu işıqlandırılmışdır.

Tatyana Kesarın studiyasında məşğul olan rəssamlar yəhudi tematikasına həsr olunmuş rəsmləri ilə tamaşaçıların böyük rəğbətini qazanmışlar. Ən müvəffəqiyyətli rəsm əsərləri fəxri fərman və mükafatlara layiq görülmüşdür.

Assosiasiyanın üzvləri bütün sülh proseslərində yaxından iştirak edirlər. Rostov-Donda keçirilən "Cənubi Qafqaz qadınları müharibə və zorakılıq əleyhinə" mövzusuna həsr olunmuş dörd konfransda iştirak edərək öz fəal mövqelərini nümayiş etdirmişlər.

AYA və USAID-nin fəal qadınları qaçqınlara və köçkün qadınlara mütəmadi olaraq yardım göstərir.

"Vətəndaş Cəmiyyəti" proqramı çərçivəsində Yəhudi Qadınlar Humanitar Assosiasiyası Təşəbbüsçü Gənclər Qrupu "XX əsl QİÇS-ə və narkomaniyaya qarşı" broşür-buklet buraxmışdır. Broşürdə Azərbaycanda alkoqolizm, narkotik və digər toksiki maddələrdən sui-istifadənin tarixi, sovet quruluşu illərində bu problemləri örtülü qalması və onunla mübarizə aparılmaması barədə ümumi məlumat verilir. Zövqlə tərtib olunmuş və oxucuya narkotik maddələrin törətdiyi fəlakət barədə yığcam məlumat verən broşür həmçinin "Orqanizm sistemlərinə narkotik maddələrin təsiri" bölməsində narkotik maddələrin konkret olaraq hansı orqanlara nə kimi fəsad törətdiyi barədə bilgi verir. Həmin seriyadan olan digər broşür əsrin bəlası QİÇS barədə gəncləri məlumatlandırır. Xəstəliyin yayılma tarixi, bu gün yer üzündə 50 milyona qədər QİÇS-ə yoluxmuş insanın olması, yoluxanların əksəriyyətinin 10 yaşdan 24 yaşa qədər cavanlar olması barədə faktlar gətirilir. Broşürdə immundefisit virusuna yoluxma yolları barədə ətraflı və anlaşıqlı məlumat dərc olunmuş, çıxış yolu - xəstəlikdən qorunma yolları göstərilmişdir. Rus dilində çap olunmuş "QİÇS - XXI əsrdən baxış" broşürü də eyni xeyirxah məqsədə xidmət edir. QİÇS-in profilaktikasına həsr olunmuş bu vəsait yeniyetmələrə ünvanlanmışdır. Broşür Azərbaycan Yəhudi Qadınlar Cəmiyyətinin Təşəbbüsçü Gənclər Qrupu tərəfindən BMT-nin Azərbaycandakı İnkişaf Proqramının köməyi ilə buraxılmışdır.

Yəhudi Qadınları Assosiasiyasının Açıq Cəmiyyət İnstitutunun yardımı ilə buraxılmış "Aşkenazi yəhudilərinin Azərbaycanda yerləşməsinin 190 illiyi" kitabçası bu gün respublikanı öz vətəni sayan minlərlə yəhudinin Bakıya gəlməsi və buradakı həyat tərzi barədə məlumat verir. Başqa millətlərə və dinlərə hörmətlə yanaşan Azərbaycanda yəhudilər üçün tikilən sinaqoqa yerli milyonçulardan H.Z.Tağıyevin və M.Nağıyevin maddi yardım göstərməsi faktı yerli xalqın qonaqpərvərliyindən, sülhsevərliyindən xəbər verir.

Üç gün Bakurianidə (Gürcüstan) sülh və demokratiyanın möhkəmlənməsi şüarı altında ABŞ proqramı çərçivəsində üç tərəfin iştirakı ilə konfliktlərin həlli, qaçqın və köçkünlərin problemlərinə həsr olunmuş konfrans keçirilmişdir. Əlaqələndirici kimi ABŞ komandasına başçılıq edən Valentina Fominıxın çıxışı dinləndi.

Azərbaycan, Gürcüstan və Ermənistan qadın təşkilatlarının liderlərini Ayova ştatının general-qubernatoru Salli Piterson, Nobel mükafatı laureatı (piyadalar əleyhinə minaların qadağan olunması üzrə beynəlxalq kompaniya) Coudi Uilyams, "Ərzaq sahəsində ümum-dünya mükafatı" təşkilatının icraçı direktoru Cennet Kuin salamladı. Bu şəxslər yer üzündə sülhün və əmin-amanlığın qiymətini bilirlər.

Azərbaycan nümayəndə heyəti 17 nəfərdən ibarət idi. Yəhudi Qadınları Humanitar Assosiasiyasının prezidenti Larisa Reyxrudel də konfransda iştirak edirdi. Qaçqınlar və məcburi köçkünlərin (Qarabağ münaqişə zonası, Mesheti türkləri, əfqanlar, İran siyasi mühacirləri) vəziyyəti barədə edilən məruzə bir çox həqiqətləri yeni nöqteyi-nəzərdən işıqlandırdı. Qeyri-ənənəvi münasibət yalnız sosial deyil, həm də psixo-fiziki aspektləri işıqlandırmağa imkan verdi.

Qocalığın ən çətin problemlərindən biri - birdən-birə heç kəsə lazım olmadığını duymaqdır. Ahıl adam həmişə başqalarından asılı olur. Hərdən o, cavanlar üçün yükə çevrilir. Ahıllıqdan qorxmaq, başqa sözlə, qarentofobiya da elə bundan doğur.

Qocalara necə kömək etmək olar? Necə etmək olar ki, onlar özlərini yad və gərəksiz hesab etməsinlər?

Yəhudi Qadınlarının Humanitar Assosiasiyası 1992-ci ildə məhz xəstə, ahıl adamlara yardım layihəsi ilə məşğul olan təşkilat kimi yaranmışdır. Və bütün bu müddət ərzində Assosiasiya özünü real iş görən, hiss olunacaq mənfəət gətirən bir təşkilat kimi təqdim edib. Kiçik qrantlarla onlar çox böyük işlər görürlər.

Assosiasiya eyni vaxtda bir neçə istiqamət üzrə işləyir - xeyriyyəçilik - yeməkxana, patronaj xidməti, səhiyyə proqramı, "Qızıl yaş dövrü" klubu. Təşkilat həmişə beynəlmiləl olub, ehtiyacı olan hamıya yardım göstərilir: azərbaycanlılara, yəhudilərə, ruslara... İndi assosiasiyanın əməkdaşları 56 nəfər yataq xəstəsi olan qocaya xidmət edir.

Assosiasiya Quba, Xaçmaz, Oğuz, Şamaxı və s. rayonlarda da fəaliyyət göstərir. Bütün problemləri əhatə etmək təbii ki, mümkün deyil. Odur ki, patronaj xidməti, xeyriyyə naharlarının təşkili, pulsuz tibbi xidmətə üstünlük verilir. Ahıllar üçün "Qızıl yaş dövrü" klubu fəaliyyət göstərir.

500 ailə Assosiasiyadan müntəzəm kömək alır. İldə iki dəfə YOINT və Avropanın qeyri-hökumət təşkilatlarından humanitar yardım alınır, 1999-cu ilin iyulunda alınan yardım Bərdədəki qaçqınlara, Lənkərana, Ağdaşda zəlzələdən zərər çəkənlərə, uşaq vərəm sanatoriyasına, 1 nömrəli körpələr evinə göndərilib.

Elmi-tədqiqat işlərilə də məşğul olunur. "Evdə xidmətin təşkili" vəsaiti artıq dərc olunub. Bu yaxınlarda daha iki qrant alınıb. Onlardan biri "Azərbaycanın bəzi rayonlarında əhalinin miqrasiyası ənənəsinin öyrənilməsinə (Quba, Oğuz, Privolnı, İsmayıllı yəhudilərinin nümunəsində)" sərf olunacaq. Miqrasiyanı doğuran sosial, iqtisadi, psixoloji səbəblər araşdırılır. Bu da köçməyə təsir edən faktorları aydınlaşdırmağa, qeyri-leqal emiqrasiyaya son qoyacaq daha mükəmməl miqrasiya siyasətinin işləməsinə şərait yaradacaq.

İkinci qrant "QİÇS - XXI əsrdən baxış" informasiya-maarifləndirici broşürün buraxılmasına sərf olunacaq. Bu işi Stanislav Dukerin rəhbərlik etdiyi Təşəbbüskar Gənclər Qrupu həyata keçirəcək. Hər il ölkəmizdə 15 min nəfər xərçənglə xəstələnir və yarısı ölür.

Təkcə qeydiyyatda yüz min nəfərdən çox belə xəstə var, əslində bundan da çoxdur. Bu xəstələr, xüsusilə də həyatlarının son həftələrində şiddətli ağrılara dözür, effektiv ağrıkəsicilərə möhtac olurlar. Bütün bunlar səhiyyə dilində simptomatik müalicə adlanır.

Bir qayda olaraq xəstə simptomatik müalicəyə maddi və mənəvi qüvvəsini itirmiş, tam çaşqınlıq vəziyyətində gəlib çıxır. Xəstənin bütün problemləri başını itirmiş ailənin üzərinə düşür.

Bütün dünyada Xospis deyilən xüsusi klinikalar məhz bunun üçün yaranıb. Ölümə məhkum olmuş onkoloji xəstələr ömürlərinin son həftəsini bu tibb müəssisəsində ağrısız və problemsiz keçirə bilərlər. Xospis - ölüm evidir - deyirlər. Ümidsiz xəstələri ölmək üçün buraya gətirirlər. Bəziləri buna etiraz da edir. "Nəyə lazımdır? Evdə, yaxınlarının əhatəsində ölmək daha yaxşıdır."

Bəs bu "yaxınların" vəziyyətini düşünmək lazım deyilmi? Mütəxəssislərin rəyincə onlardan çoxu aldıqları psixoloji travmadan kanserofobiyaya düçar olurlar. Statistikaya görə ailədəki itkidən sonra qohumların xəstələnmə halları 40-50 faiz artır. Xəstəliklə əlaqədar yaranan problemlər nəinki təkcə xəstəni, onun bütün ailəsini ümidsiz vəziyyətə salır. Bax, belə vaxtda Xospis köməyə gəlir.

Azərbaycanda Xospisin təsis olunması məsələsini qeyri-hökumət və qeyri-dini təşkilat olan Yəhudi Qadınları cəmiyyəti qaldırıb. Cəmiyyətdə müxtəlif ixtisas sahibi olan 300 nəfər könüllü birləşir. İnkişaf etmiş ölkələrdə Xospis xidməti artıq çoxdandır ki, əhaliyə tibbi xidmət və sosial yardım sisteminə daxildir. Ölkəmizdə isə dövlət tibb və sosial xidmət təşkilatları məhkum olmuş xəstələrlə əlaqədar problemlərin həllinə girişmirlər.

Assosiasiyanın yaratdığı xidmət artıq uzun illər Moskvada və Sankt-Peterburqda fəaliyyət göstərən Xospislərə çox az bənzəyir. Orada bu xidmət stasionardır. Assosiasiyanın üzvləri isə evlərə gedir, xəstəyə və onun ailə üzvlərinə yardımçı olmağa çalışırlar. Onlara əlavə tibbi xidmət göstərir, psixoloji, maliyyə və hüquqi problemlərin həllində yardımçı olurlar. Beləliklə, Xospisin əməkdaşları eyni zamanda tibb işçisi və psixoloq, həm də bir qədər ruhani olmalıdır. Yəhudi Qadınları Assosiasiyasında bu mürəkkəb işdə çalışanlar üçün xüsusi kurslar təşkil olunmuşdur. Layihə elə böyük müvəffəqiyyətlə həyata keçirilmişdir ki, bu gün dünyanın bəzi dövlətləri YQA-na məsləhət üçün müraciət edirlər.

 

Ünvan: Azadlıq pr. 70, mən.50. AZ1007, Bakı, Azərbaycan. Tel.: (99412) 5962705; 4952544, Faks: (99412) 4403627 E-mail: jwoar@azeurotel.com
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb