Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


ŞƏHİD UŞAQLARI VƏ ANALARI XEYRİYYƏ MƏRKƏZİ


Tağızadə Zemfira Abdulla qızı. 1943-cü il yanvarın 16-da Bakda ziyalı ailəsində anadan olub. Orta məktəbi 1960-cı ildə bitirib, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsilini davam etdirib. 1965-ci ildə ali məktəbi bitirib, AEA-nın Genetika və Seleksiya İnstitutunun biokimya laboratoriyasında kiçik elmi işçi vəzifəsində işə başlayıb. 1969-cu ildə SSRİ EA-nın Moskva vilayətindəki Biofizika institutunun aspiranturasına daxil olub, 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi elmi adını alıb.

1973-cü ildən ADU-nun biokimya kafedrasına keçmişdir. Dosentdir. Oğlu - Tağızadə Eldar Abdulla oğlu Qarabağa erməni təcavüzü nəticəsində gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Banditizm və terrorçuluğa qarşı göstərdiyi igidliyə görə Eldar Tağızadə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Şəhid anası olan Zemfira Tağızadə müharibədə övlad və ata itirmiş, əzizlərindən ayrı düşmüş adamların ağrı-acısını yaxşı başa düşdüyü üçün 1995-ci ildə Nəsimi rayonunda yaşayan 205 şəhid ailəsini ətrafına yığaraq onların məişət qayğıları, mənəvi vəziyyəti ilə məşğul olan "Şəhid Uşaqları və Anaları" Mərkəzini yaratmışdır.

Mərkəz 1995-ci ildən fəaliyyət göstərir, rəsmi qeydiyyatdan 1997-ci ildə keçib. Mərkəzin əsas məqsədi şəhid ailələrini bir-birinə yaxınlaşdırıb bir böyük ümumi ailə yaratmaq, ana və dul qalmış qadınların ağrısını imkan daxilində ovutmaq, gələcəyə inam hissi yaratmaqdan ibarətdir. Müharibə ümumiyyətlə faciə, bədbəxtlik deməkdir. Müharibədə yaxınını, övladını, atasını, ərini itirmiş ailələr üçün isə bu, ikiqat faciədir. Belə bir faciə keçirmiş adamlara maddi və mənəvi cəhətdən yardımçı olmaq, onlarda yaşamağa həvəs oyatmaq, üzlərinə təbəssüm qaytarmaq, uşaqların gələcək inkişaflarına kömək etmək olduqca humanist bir məqsəddir. Mərkəz bu humanist missiyanı yerinə yetirməklə məşğuldur.

Mərkəz həmçinin gündəlik konkret tədbirlər planını da yerinə yetirir. Şəhid ailələrindəki hər bir uşaq (210 nəfər) fərdi qaydada Mərkəzdən humanitar yardım alır. Maddi və mənəvi köməkdən başqa onlara səhiyyə xidməti göstərilir, təhsil almalarına, intellektual inkişaflarına nəzarət olunur.

Fəaliyyət göstərdiyi 7 il ərzində Mərkəz xeyli xeyriyyəçilik tədbirləri həyata keçirib. Ayda hər uşağa 5 kiloqram ərzaq paylanmış, il ərzində Almaniyadan göndərilmiş ərzaq bağlaması, «Havva» Yəhudi Mərkəzinin köməyi ilə geyim şeyləri, isti ədyallar, dərman preparatları verilmişdir.

Təşkil edilmiş müxtəlif kurslarda qadınlara və yeniyetmələrə ilk yardım göstərilməsi, xəstələrə qulluq və s. öyrədilmişdir.

4 nömrəli diş poliklinikasında şəhid ailələrindən olan 18 nəfər qadına pulsuz diş düzəldilmişdir.

75 ailə türk avtofirmasının köməyilə Bakı ətrafındakı müqəddəs yerləri ziyarət etmişdir. Mərkəz qadın hərəkatında böyük təcrübəsi olan "Qadın və inkişaf» Mərkəzinin prezidenti Elmira Süleymanova ilə sıx əlaqə saxlayaraq onun zəngin təcrübəsindən bəhrələnir.

Uşaqlar üçün özfəaliyyət dərnəyi təşkil edilmişdir. Burada onlar bədii qiraətlə məşğul olur, rəqs edir, mahnı oxuyurlar. Fəalların öz hesabına evlərdən yığılan vəsaitlə kitabxana təşkil edilmişdir.

İngilis dili və kompüter texnikası dərnəkləri fəaliyyət göstərir. BDU-nun rektoru Abel Məhərrəmovun Mərkəzə bağışladığı 2 kompüter bu işdə əvəzsiz kömək olmuşdur.

Qız uşaqları tikmə bölməsində həvəslə iştirak edirlər.

20 nəfər uşaq üçün Xüsusi Kompüter Mərkəzindəki kurslarda pulsuz təhsil təşkil edilmişdir.

Şəhid övladlarının özlərini yalnız, kimsəsiz hiss etməmələri üçün onların Gənc Tamaşaçılar teatrında, Opera və Balet teatrında, Sirkdə tamaşalara pulsuz baxmaları təşkil edilir. Uşaqlar Azərbaycan Tarixi muzeyində, R.Mustafayev adına İncəsənət muzeyində olmuş, müxtəlif sərgilərə tamaşa etmişlər.

Uşaqlar mütəmadi olaraq Yeni il şənliklərində iştirak edir, konsertlərə gedir, Bakı Əyləncə Mərkəzində olurlar. Hər il iyun ayının 1-də - Uşaqları Beynəlxalq Müdafiə günündə Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Tahir Quliyevin və s. iştirakı ilə restoranda Şənlik keçirilir, uşaqlara qiymətli hədiyyələr paylanılır. Belə tədbirlərdə bir qayda olaraq Mərkəzin özfəaliyyət dərnəyi maraqlı proqramla çıxış edir.

Mərkəzin hamilik etdiyi uşaqlar "Dünya - uşaqlar üçün, uşaqlar - dünya üçün" rəsm müsabiqəsində iştirak edirlər. Balaca rəssamlarımızın əl işləri ABŞ-da nümayiş etdirilmişdir. Bakıda keçirilən sərgilərdə də uşaqlarımız fəal iştirak edirlər. Şəhid ailələrinin sevincli və kədərli günləri Mərkəz üzvlərinin iştirakı olmadan ötüşmür. Onlar məktəblərə, universitetlərə gedir, şəhid övladlarının müvəffəqiyyətlərilə maraqlanır, problemlərinin həllində yaxından iştirak edirlər. Şəhid ailələri yaşayan mənzillərə baş çəkir, ehtiyacı olanların pulsuz müalicə olunması qayğısına qalır, onlar üçün pulsuz dərman əldə edirlər. Cərrahiyyə əməliyyatına möhtac olanların qayğısına qalır, onlara maddi və mənəvi, fiziki yardım göstərirlər.

Hər il birinci sinfə gedən balacalar Mərkəzdən məktəb çantası, kitab-dəftər, dərs ləvazimatı hədiyyə alırlar. Tələbə adını qazanıb ali məktəbə daxil olanlar da diqqətdən kənar qalmırlar. Mərkəz üzvləri mütləq onları təbrik edir, hədiyyə verirlər.

Həyat yalnız şən hadisələrdən, xoşbəxt anlardan ibarət deyil. Şəhid ailələri bunu hamıdan yaxşı bilirlər. Onların kədərli günlərində, faciəvi ildönümlərində Mərkəzin könüllüləri həmişə onlarla olur. Bu da təbiidir. Çünki Mərkəzin sədri Zemfira xanım Tağızadə özü də şəhid anasıdır. O, həmçinin "Sülh alyansı»nın sədr müavini, Qarabağ müharibəsi Əlillər, Veteranlar və Şəhid ailələrinin ictimai birliyinin Nəsimi rayonu üzrə üzvüdür. Odur ki, anım günlərində Şəhidlərin qəbirlərinin ziyarəti, anım gecələri həmişə Mərkəz üzvlərinin iştirakı, onların təşkilat dəstəyilə keçirilir.

"Şəhid Uşaqları və Anaları" Mərkəzində çalışanların gələcək üçün müəyyən planları var. Onlardan ən əsası Qarabağ müharibəsi əlilləri və şəhidlərinin övladları üçün Sağlamlıq Mərkəzi yaratmaqdır. Bu yöndə artıq xeyli iş görülüb.

Ünvan: Sarayevo küç. 112. Bakı, AZ1034. Tel.: (99412) 4415023. E-mail: zemfiretagizaede@mail.ru

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb